Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-35/2021 06.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi Abbasov Nəvaid Noruz oğlunun iştirakı ilə 06 may 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1982-ci ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tural Quliyev koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 28 noyabr 2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasına müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə və 03 dekabr 2020-ci il tarixdə keçirilmiş müayinəsi zamanı koronavirus (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilərək evdə qalmaqla müalicə olunmasının qərara alınmasına, habelə karantin qaydalarını pozmağa görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən elan edilmiş və həmin vaxt davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq 15 dekabr 2020-ci il tarixdə saat 09:00 radələrində yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən evini tərk etməklə kənd ərazisi ilə piyada hərəkətdə olaraq Qaraməryəm-İsmayıllı-Şəki yolunun kənarına gəlmişdir. Oradan tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşərək İsmayıllı şəhərinə gəlmiş və insanların sıx və daimi hərəkətdə olduqları İsmayıllı şəhərinin M.F.Axundov küçəsi ilə hərəkətdə olmaqla, habelə həmin küçədə “Bərəkət Market” adlanan dükana gəlmişdir. Orada satıcı işləyən Şahid1 ilə ünsiyyətdə olaraq dükana qoyulmuş ona çatmalı 25 manat pulu götürmüş və saat 11:00 radələrində tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşib Kürdmaşı kəndinə qayıtmaqla koronavirus (Covid-19) infeksion xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 12:40 radələrində İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən koronavirus (Covid-19) infeksiyası xəstələrinin yoxlanışı keçirilərkən onun evdə olmaması müəyyən edilmişdir. Tural Quliyev ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, 28 noyabr 2020-ci il tarixdə anasının səhhətində narahatlıq olduğu üçün təcili tibbi yardım xidmətinə zəng etmişdir. Təcili tibbi yardım şöbəsinin həkimləri anasını müayinə etmiş, anasından, arvadından və ondan Covid-19 infeksiyası ilə əlaqədar yaxma götürmüşlər. 01 dekabr 2020-ci il tarixdə həkimlər anasının “Covid-19 infeksiyası ilə əlaqədar laborator analizinin cavabının pozitiv olduğunu, onun və arvadının analiz cavabının hələ çıxmadığını və onlara evi tərk etməməklərini bildirmişlər. Həkimlər onun və ailə üzvlərinin qeydiyyatını apararaq onlara müvafiq iltizamlara imza etdirmiş və həmin iltizamların bir nüsxəsini də onlara təqdim etmişlər. O, iltizama imza edərkən analiz cavabının təsdiqlənməsini və koronovirus xəstəsi olduğunu bilmişdir. İltzamda mobil telefon qeyd olunsa da mobil telefonuna koronovirus xəstəsi olmağı barədə mesaj gəlməmişdir. 15 dekabr 2020-ci il tarixədək ailə üzvləri ilə birlikdə yaşadıqları evdə olmuş və evi tərk etməmişlər. O, elə zənn etmişdir ki, 01 dekabr 2020-ci il tarixdə qeydiyyata alındığı üçün 14 gün ərzində onun evdən çıxmağına qoyulmuş məhdudiyyət başa çatmışdır. Ona görə də həmin tarixdə saat 09:00 radələrində azyaşlı uşağına dərman və evə ərzaq almaq üçün rayon mərkəzinə getməyə qərar vermişdir. Bu məqsədlə evdən çıxaraq Qaraməryəm-İsmayıllı-Şəki yolunun kənarına çıxmışdır. Həmin vaxt yoldan keçən tanımadığı şəxsin idarə etdiyi avtomobili ilə rayon mərkəzinə gəlmişdir. Samir adlı tanışının ona borclu olduğu 25 manat pulu şəhərin M.F.Axundov küçəsində yerləşən “Bərəkət market” də qoyduğu üçün ora getmişdir. Orada satıcı işləyən tanışı Babəkdən Samirin ora qoyduğu 25 manat pulu götürmüşdür. Mağazadan ərzaq və aptekdən dərman alaraq yoldan keçən tanımadığı şəxsin idarə etdiyi avtomobili ilə yaşadığı kəndə getmişdir. Avtomobildə sürücüdən başqa heç kim olmamış və kəndə çatdıqdan sonra avtomobildən düşərək piyada evə getmişdir. Saat 11:30 radələrində evə çatmış və təsərrüfat işləri ilə məşğul olmağa başlamışdır. Saat 12:00 radələrində özünü İsmayıllı rayon Polis şöbəsinin əməkdaşı Fərid Bağıyev kimi təqdim edən şəxs ona zəng edərək harada olduğunu soruşmuşdur. O, evdə olduğunu demiş, polis əməkdaşı isə evi yoxladıqlarını və onun evdə olmadığını bildirmişdir. O, polis əməkdaşlarının evi yoxladıqlarını başa düşüb gəldiyini bildirmişdir. O, həyətdən küçəyə çıxdıqda qapıda polis əməkdaşlarının və anasının olduğunu görmüşdür. O, 15 dekabr 2020-ci il tarixədək xəstəlik müddəti ərzində yaşadığı evi tərk etməmiş və ailə üzvlərindən başqa heç kimlə ünsiyyətdə olmamışdır. Hesab edir ki, ondan və ailə üzvlərindən Covid-19 infeksiyası ilə əlaqədar 28 noyabr 2020-ci il tarixdə yaxma götürülmüş, 01 dekabr 2020-ci il tarixdə bu barədə tərtib edilmiş iltizamnamnaməyə imza etmişdir. Həmin tarixdən hesablanmaqla onun olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamədə göstərilmiş 14 günlük müddət 15 dekabr 2020-ci il tarixdə başa çatmışdır. Ona görə də o, həmin tarixdə səhhətində heç bir narahatlıq hiss etmədiyindən yaşadığı evini tərk etmiş və rayon mərkəzinə gələrək işlərini gördükdən sonra evinə qayıtmışdır. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli saymır və ona bəraət verilməsini xahiş edir. Məhkəmə Tural Quliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə ifadəsinə münasibət bildirərək hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti güdür. Onun ifadəsi şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasına dair protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilir. Şahid X1 ifadə verərək göstərdi ki, İsmayıllı rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ona və digər polis əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Siyahıda infeksiyaya yoluxan xəstələrin bioqrafik məlumatları və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar öz əksini tapmışdır. 15 dekabr 2020-ci il tarixdə saat 12:00 radələrində şöbənin CAB-nin əməliyyat müvəkkili Fərid Bağıyevlə birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində “Covid-19” infeksiyası xəstələrinin ev şəraitində müalicə olması və evdən çıxışı qadağan edilmiş şəxslərin yoxlanışını həyata keçirmişlər. Saat 12:40-da həmin siyahıda olan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər. Turalı səslədikdə anası qapıya çıxaraq Turalın evdə olmadığını bildirmişdir. Turalla telefon əlaqəsi saxlanıldıqda o, yolda olduğunu və bir qədər sonra evə gələcəyini bildirmişdir. Fərid Bağıyev bu barədə raportla rəhbərliyə məruzə etmiş, qısa müddət sonra aidiyyatı polis əməkdaşları evin qarşısına gəlmişər. Turalın anası Nailə Quliyevaya hal şahidləri dəvət edilmədiyinə görə evə və həyətyanı sahəyə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Nailə baxışın videoçəkilişlə keçirilməsinə etirazının olmadığını bildirmişdir. Karantin qaydaları gözlənilməklə obyektlərə baxış keçirilmişdir. Baxış zamanı Nailə Quliyeva bildirmişdir ki, 28 noyabr 2020-ci il tarixdə özü Covid-19 yolxucu xəstəliyi ilə əlaqədar analiz vermiş, 29 noyabr 2020-ci il tarixdə analizi pozitiv olmuşdur. Həkimlər yaşadığı ünvana gələrək oğlu Turaldan və gəlini Rəvanədən yaxma üsulu ilə analiz götürmüş və onlara yaşadığı ünvandan çıxmamalarına dair iltizama imza etdirmişlər. 3 dekabr 2020-ci il tarixdə Turalın “Covid-19 infeksiyası ilə əlaqədar analiz cavabı pozitiv olmuşdur. Tural 15 dekabr 2020-ci il tarixdə saat 09:00 radələrində 01 dekabr 2020-ci il tarixdə onlara imza etdirilmiş iltizamnaməyə əsasən 14 gün xəstəlik müddətinin başa çatdığını düşünüb yaşadığı evdən çıxıb getmişdir. Videçəkiliş başa çatdıqdan sonra protokol tərtib edilməyə başlanılmışdır. Bu zaman Tural həyətin giriş qapısından çölə çıxmışdır. Bu zaman Tural səhər ona çatası 25 manat pulu götürmək üçün İsmayıllı şəhərinə getdiyini və saat 11:00 radələrində qayıtdığını, həyətində mallara su verdiyini bildirmişdir. Onlar əmin olmuşlar ki, Tural yaşadığı evin qarşısında anasının iştirakı ilə videoçəkilişlə baxış keçirilməsini görmüş və onun evdə olması görüntüsünü yaratmaq üçün həyətə başqa bir yerdən daxil olmuşdur. Protokol tərtib edildikdən sonra o və digər polis əməkdaşları protokola imza etmiş, Nailə Quliyeva isə Turalın günahının olmadığını əsas gətirərək protokola imza etməkdən imtina etmişdir. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşı X3 şahid İsmayıl Muradov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid Şahid1 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərindəki “Bərəkət” adlanan mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs mağazanın qonşuluğunda yerləşən ət mağazasında qəssablıq edir. 15 dekabr 2020-ci il tarixdə saat 09:00 radələrində tanımadığı bir oğlan mağazaya daxil olaraq Turala çatası 25 manat pulu ona vermişdir. Təxminən 30-35 dəqiqə sonra Tural mağazaya daxil olmuş və həmin pulu götürərək çıxıb getmişdir. Sonradan eşitmişdir ki, Tural polis əməkdaşları tərəfindən koronavirus xəstəsəsi olmasına baxmayaraq evini tərk etdiyi üçün saxlanmışdır. Üzürlu səbəblərdən məhkəmə baxışı iclasına gələ bilməmiş şahid Şahid2 oğlunun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı RMX-nın PHŞ-nin Ailə Sağlamlıq Mərkəzinin şöbəsində terapevt həkim işləyir. O, koronavirus (Covid-19) infeksiyası xəstəliyi ilə əlaqədar analizi pozitiv çıxmış xəstələrin ambulator şəraitdə müalicəsini həyata keçirir. 03 dekabr 2020-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kənd sakini Təqsirləndirilən şəxs “Covid-19 infeksiyası ilə əlaqədar verdiyi laborator analizin nəticəsi pozitiv çıxmışdır. Tural Ailə Sağlamlıq Mərkəzinin şöbəsində dispanser qeydiyyatına alınmış və o, Turala həkim təyin olunmuşdur. 03 dekabr 2020-ci il tarixdə Turalın mobil telefonuna zəng edib analiz cavabının pozitiv olduğunu və 17 dekabr 2020-ci il tarixədək yəni 14 günlük karantin müddətində ev şəraitində müalicə olunacağını, bu müddət ərzində yaşadığı evi tərk etməməsini, səhhətində narahatlıq olarsa onunla dərhal əlaqə saxlamasını bildirmişdir. Tural bu barədə məlumatlı olduğunu və iltizamnaməyə də imza etdiyini demişdir. Sonrakı günlərdə mütəmadi olaraq Turala zəng edərək vəziyyətini öyrənmiş və hər dəfə 17 dekabr 2020-ci il tarixədək karantin müddəti olduğunu, bu müddətdə evi tərk etməməsini, karantin rejiminə əməl etməli olduğunu Turala xatırlatmışdır. Tural səhhətində heç bir narahatlıq olmadığını bildirmişdir. O, Turala hər dəfə telefonla danışdıqdan sonra bu barədə ambulator kartanın içərindəki müvafiq sənəddə qeydiyyat aparmışdır. 15 dekabr 2020-ci il tarixdə Turalın yaşadığı evi tərk etməklə karantin qaydalarını pozduğuna görə barəsində İsmayıllı RPŞ-nin istintaq bölməsində araşdırma aparıldığını eşitmişdir. İsmayıllı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş test nümunəsi 02 dekabr 2020-ci il tarixdə qeydiyyata alınmış, testin nəticəsi 03 dekabr 2020-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) cavablandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair 01 dekabr 2020-ci il tarixdə tərtib edilmiş iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs və onun ailə üzvləri test nəticəsi “pozitiv” təsdiqlənən tarixdən sonra 14 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. Məhkəmə-tibbi ekspertizasının 29 yanvar 2021-ci il tarixli 72/KEŞ nömrəli rəyindən görünür ki, 02 dekabr 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. İsmayıllı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin Poliklinika şəbəsi tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli 363 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiq tərəfindən tərtib edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 15 mart 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs koronavirus (Covid-19) infeksiyası xəstəsi olduğu halda 15 dekabr 2020-ci il tarixdə saat 09:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində yaşadığı evi tərk edərək İsmayıllı şəhəri ərazisində olduğu yeri göstərmişdir. Müstəntiq tərəfindən tərtib edilmiş “ yaşayış sahəsinə baxış keçirilməsi haqqında” 15 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə “Covid-19” infekasiyası xəstəsi olan Təqsirləndirilən şəxs İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən yaşadığı evdə olmadığı və evi tərk etdiyi müəyyən edilmişdir. Müstəntiq tərəfindən tərtib edilmiş “ müşahidə kamerasına baxış keçirilməsi haqqında” 16 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, İsmayıllı şəhərində yerləşən “Bərəkət market” adlanan mağazanın müşahidə kamerasından götürülmüş videogörüntülərdə Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdə saat 09:00 radələrində “Bərəkət market” mağazasının qarşısında insanların sıx və daimi hərəkətdə olduqları yolda dayandığı müəyyən edilir. Bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatları olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi 15 dekabr 2020-ci il tarixdə saat 10:00 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndindən 18,2 km aralıda İsmayıllı şəhəri H.Əliyev prospektində qeydiyyata alınmışdır. TQS-025 nömrəli ambulator tibbi kitabçanın surətindən görünür ki, Tural Quliyev 03 dekabr 2020-ci il tarixdə İsmayıllı RMX-nın PHŞ-nn Ailə Sağlamlıq Mərkəzinin şöbəsində dispanser qeydiyyatına alınmışdır. İsmayıllı RMX-nın PHŞ-nn Ailə Sağlamlıq Mərkəzinin şöbəsindən alınmış epikrizin surətindən görünür ki, sahə həkimi Şahid2 tərəfindən 4 dekabr 2020-ci il tarixdə saat 15:19-da, 5 dekabr 2020-cil tarixdə saat 14:27-də, 7 dekabr 2020-ci il tarixdə saat 12:14də, 8 dekabr 2020-ci il tarixdə saat 15:38-də, 12 dekabr 2020-ci il tarixdə saat 11:40-da “Covid-19” infeksiyası xəstəsi Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılaraq səhhəti ilə maraqlanılmış və karantin rejiminə əməl etməsi bildirilmişdir. 13 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 05 mart 2021-ci il tarixli 190 və 191 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı Əliyeva Rəvanə Sahib qızı, 2006, 2010 və 2015-ci il təvəllüdlü uşaqları Kamilə, Sahab və Leyladan ibarətdir. Ərazidə yaşadığı müddətdə barəsində ərizə və şikayət daxil olmamışdır. AZ-İ seriyalı 932619, AZ-İİ seriyalı 447464 və AZ-İİİ seriyalı 582043 nömrəli doğum haqqında şəhadətnamələrnin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Rəvanə Əliyeva ilə birgə nikahlarından 11 aprel 2006-cı il tarixdə Kamilə, 23 fevral 2010-cu il tarixdə Sahab və 05 avqust 2015-ci il tarixdə Leyla adında uşaqları anadan olmuşlar. Müstəntiqin 11 mart 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 01(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-35/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-35/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver