Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-35/2022 11.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Qəbələ rayon Vəkil bürosunun vəkili X1 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Rəsul oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 iştirakı ilə 11 oktyabr 2022-ci il tarixdə saat 15:50-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, İsmayıllı rayon Cülyan kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri R.Bədəlov küçəsi ev 61 ünvanda yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 4(037)-15/2022 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmənin 28 aprel 2022-ci il tarixli 4(037)-37/2022 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1993-cü ildə İsmayıllı rayonunun Qalagah kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 1(037)-20/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03(üç) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 7(037)-48/2021 nömrəli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 4(037)-15/2022 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, üzəridə çəkilməmiş 10 (on) ay 07(yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, İsmayıllı rayon Qalagah kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ç.Əmrəliyev küçəsi ev 14 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 həbsdə saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Firidun oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 19 radələrindən xx.xx.2021-ci il tarixə, saat 09 radələrinədək olan müddət ərzində, dəqiq tarixi və saatı məlum olmayan vaxtda, saat 01 radələrində Zərərçəkmiş şəxs2 mülkiyyətində olan və saxlanc yeri hesab edilən İsmayıllı şəhəri, Natavan küçəsi, 13 saylı ünvanda yerləşən ətrafı hasarlanmış və dəmir qapısı olan fərdi yaşayış evinin qarşısına gələrək, evdə və ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra o, saxlanc yeri hesab olunan evin hasarının üzərindən keçməklə həyətinə qanunsuz daxil olmuş, sonra isə hərəkətlərini davam etdirərək həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan tikilinin içərisinə qanunsuz daxil olmaqla, oradan hər birinin dəyəri 100 manat təşkil edən, Türkiyə istehsalı olan 2 ədəd preferatoru, dəyəri 60 manat təşkil edən, Rusiya istehsalı olan 1 ədəd laqondanı, dəyəri 100 manat təşkil edən, Rusiya istehsalı olan 3 gözlü 1 ədəd elektrik paylayıcısını, dəyəri 70 manat təşkil edən 100 metr uzunluğunda, qalınlığı 6 millimetr olan elektrik kabelini, dəyəri 35 manat təşkil edən 50 metr uzunluğunda, qalınlığı 2,5 millimetr olan elektrik kabelini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 465 (dörd yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək olan müddət ərzində, dəqiq tarixi və saatı məlum olmayan vaxtda, saat 02 radələrində İsmayıllı şəhəri, S.Mehdiyev küçəsi, ev 42 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evininin qarşısına gəlib həmin evi müşahidə edərək, evdə və ətrafda kimsənim olmamasına tam əmin olduqdan sonra ətrafı mişar daşları ilə hasara alınmış evin hasarının üzərindən keçməklə həyətinə qanunsuz daxil olmuş, sonra isə hərəkətlərini davam etdirərək həyətyanı sahədə yerləşən iki mərtəbəli fərdi yaşayış evinə yaxınlaşıb, evin mişar daşlarından inşa edilmiş divarından tutaraq pəncərə önünə qalxmış, taxta materialdan olan pəncərənin çərçivəyə kilitlənən hissəsindən tutub içəriyə doğru sıxıb fiziki güc tətbiq edərək açmaqla qanunsuz olaraq saxlanc yeri hesab edilən evin salon hissəsinə daxil olmuş, oradan mətbəx otağına keçərək divarda asılmış, dəyəri təxminən 120 manat təşkil edən 1 ədəd “Güven” markalı su qızdırıcı cihazı, dəyəri 150 manat təşkil edən 1 ədəd qutuda Türkiyə istehsalı olan boşqab dəstini, dəyəri təxminən 15 manat təşkil edən 1 ədəd mis kəfkiri, dəyəri təxminən 30 manat təşkil edən 1 ədəd elekrikli sac qazanını, dəyəri təxminən 20 manat təşkil edən 1 ədəd ütünü, dəyəri 35 manat təşkil edən 1 ədəd elektrikli sərinkeşi, dəyəri təxminən 600 manat təşkil edən 1 ədəd 1980-1990-ci illərə aid, 4 kvadrat metr ölçüdə xalçanı və dəyəri təxminən 250 manat təşkil edən 1 ədəd 1991-ci ilə aid cehizlik aldığı palazı qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 1220 (bir min yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin yanvar ayının ikinci yarısında, dəqiq tarixi və vaxtı məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, saat 02 radələrində Zərərçəkmiş şəxs5 məxsus İsmayıllı şəhəri, S.Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlib həmin evi müşahidə edərək, evdə və ətrafda kimsənim olmamasına tam əmin olduqdan sonra ətrafı şiferlə çəpərlənmiş saxlanc yeri hesab olunan fərdi yaşayış evinin giriş hissəsində qoylmuş dəmir materialdan olan qapını açmaqla qanunsuz olaraq həyətə daxil olmuş, sonra isə hərəkətlərini davam etdirərək həyətyanı sahədə yerləşən bir mərtəbədən ibarət evə yaxınlaşıb evin pəncərəsinin taxta materialdan olan çərçivəsinin bir tərəf şüşəsini sındırmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan evin salon hissəsinə daxil olmuş, evin salon hissəsində hər biri 600 manat olan cəmi 1200 manat dəyərində 2 ədəd xalçaları, dəyəri 300 manat olan 1 ədəd palazı, dəyəri 150 manat olan 1 ədəd qutuda yeni çay dəstini və dəyəri 350 manat olan 1 ədəd qutuda yemək dəstini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, dəqiq tarixi və saatı məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus İsmayıllı şəhəri, F.Feyzullayev küçəsində yerləşən yaşayış olamayan evin qarşısına gəlib həmin evi müşahidə edərək, ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra ətrafı mişar daşları ilə hasara alınmış saxlanc yeri hesab edilən həyətə hasarın üzərindən keçməklə qanunsuz daxil olaraq həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, evin birinci mərtəbəsinin plastik materialdan olan pəncərəsinin çərçivəyə kilitlənən hissəsindən tutub içəriyə doğru fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan evin salon hissəsinə daxil olmuş, təmirsiz olan evin salon və otaqlardan dəyəri 180 manat olan 1 ədəd hamam üçün duş dəstini, dəyəri 80 manat olan 1 ədəd 40 metr uzunluqda elektrik-cərəyan uzadıcısını, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində yeni vəziyyətdə 15 metr uzunluqda 2 ədəd elektrik cərəyanı qoşmaq üçün uzadıcıları, 15 manat dəyərində 1 ədəd işıq sayğacını, 350 manat dəyərində 1 ədəd ölçü götürülməsi üçün istifadə edilən lazer ölçü cihazını, hər biri 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd elektrik cərəyan ayırıcılarını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə 2022-ci ilin fevral ayının əvvəllərində, dəqiq tarixi və saatı məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, saat 24 radələrində Zərərçəkmiş şəxs9 məxsus İsmayıllı şəhəri, K.Əhmədov küçəsi, 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda və evdə kimsənin olmamasına tam əmin olduqdan sonra aralarında olan rol bölgüsünə əsasən özü kiminsə gəldiyi halda xəbər verməkdən ötrü çöldə duraraq ətrafa nəzarət etmiş, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 isə saxlanc yeri hesab olunan ətrafı mişar daşları ilə hasara alınmış evin hasarı üzərindən keçməklə həyətinə qanunsuz daxil olaraq həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, evin mətbəx hissəsi tərəfdə yerləşən, plastik materialdan olan nəfəslik hissəsinin qapısının çərçivəyə kilitlənən hissəsindən tutub fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan evin zirzəmisinə daxil olmuş, oradan da evin birinci mərtəbəsində yerləşən mətbəxə keçərək, mətbəxdə divara bərkidilmiş, dəyəri 400 manat olan 1 ədəd qara rəngli, 82 diaqonallı led ekranlı “Shivaki” markalı televizoru, həmçinin mətbəxdə soyuducu üzərində olmuş, dəyəri təxminən 150 manat olan 1 ədəd qızılı rəngli, latun materialdan, təxminən 7 litr su tutumu olan samovarı və zirzəmidən dəyəri təxminən 100 manat olan 1 ədəd gümüşü rəngli, təxminən 7 litr su tutumlu, köhnəlmiş vəziyyətdə samovarı qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 650 (altı yüş əlli) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə 2022-ci ilin fevral ayının əvvələrində, dəqiq tarixi məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, saat 24 radələrində Zərərçəkmiş şəxs7 məxsus İsmayıllı şəhəri, R.Behbudov küçəsi, ev 25A ünvanında yerləşən yaşayış olamayan evi müşahidə edərək, ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra ətrafı mişar daşları ilə hasara alınmış, lakin giriş hissəsi açıq olan saxlanc yeri hesab edilən həyətə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən bir mərtəbəli evə yaxınlaşmış, saxlanc yeri hesab olunan evin qapısı olmayan giriş hissəsindən qanunsuz olaraq salon hissəsinə daxil olub oradan 1 metrinin qiyməti 1,20 manat təşkil edən, hər biri 100 metr uzunluğunda olan 3 ədəd 4 millimetr qalınlığında, cəmi 360 manat dəyərində elektrik naqillərini və 1 metrinin qiyməti 1 manat təşkil edən, 450 metr uzunluğunda olan 3,5 millimetr qalınlığında, 450 manat dəyərində elektrik naqilini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 810 (səkkiz yüz on manat) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs1 mülkiyyətində olan İsmayıllı şəhəri, Soltan Mehdiyev küçəsi, 18 saylı ünvanda yerləşən ətrafı hasarlanmış və dəmir qapısı olan, yaşayış olmayan evin qarşısına gələrək, ətrafda kimsənim olmamasına tam əmin olduqdan sonra ətrafı mişar daşları ilə hasara alınmış saxlanc yeri hesab olunan həyətə hasarın üzərindən keçməklə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən saxlanc yeri hesab olunan tikilinin içərisinə daxil olmaqla oradan dəyəri 200 manat təşkil edən 1 ədəd 7 litr tutumu olan samovarı və 1 metrinin dəyəri 1,15 manat təşkil edən 400 metr uzunluğunda, 4 millimetr qalınlığında, Türkiyə istehsalı olan “Türksan kablo” markalı, cəmi 460 manat dəyərində elektrik kabelini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 660 (altı yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə 2022-ci ilin yanvar ayının ikinci yarısında, dəqiq tarixi və saatı məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, saat 24 radələrində Zərərçəkmiş şəxs9 məxsus İsmayıllı şəhəri, K.Əhmədov küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda və evdə kimsənin olmamasına tam əmin olduqdan sonra əvvəlcədən aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 kiminsə gəldiyi halda xəbər verməkdən ötrü çöldə duraraq ətrafa nəzarət etmiş, o, isə ətrafı mişar daşları ilə hasara alınmış saxlanc yeri hesab olunan həyətə hasarın üzərindən keçməklə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, saxlanc yeri hesab olunan evin mətbəx hissəsi tərəfdə yerləşən, plastik materialdan olan nəfəslik hissəsinin qapısının çərçivəyə kilitlənən hissəsindən tutub fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq evin zirzəmisinə daxil olmuş, oradan da evin birinci mərtəbəsində yerləşən mətbəxə keçərək, mətbəxdə divara bərkidilmiş, dəyəri 400 manat təşkil edən 1 ədəd qara rəngli, 82 diaqonallı led ekranlı “Shivaki” markalı televizoru, həmçinin mətbəxdə soyuducu üzərində olmuş, dəyəri təxminən 150 manat təşkil edən, 1 ədəd qızılı rəngli, latun materialdan, təxminən 7 litr su tutumu olan samovarı və zirzəmidən dəyəri təxminən 100 manat təşkil edən 1 ədəd gümüşü rəngli, təxminən 7 litr su tutumlu, köhnəlmiş vəziyyətdə samovarı qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin yanvar ayının axırlarında, dəqiq tarixi və saatı məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, saat 22 radələrində Zərərçəkmiş şəxs4 məxsus İsmayıllı şəhəri, Z.Bünyadov küçəsi, 1 saylı ünvanda yerləşən fərdi yaşayış evini müşahidə edərək, ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra, ətrafı mişar daşları ilə hasara alınmış saxlanc yeri hesab olunan həyətə hasarın üzərindən keçməklə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, saxlanc yeri hesab olunan evin birinci mərtəbəsinin açıq olan eyvanından içəri qanunsuz daxil olaraq, birinci mərtəbədə evin divarına bərkidilməklə qurulmuş dəyəri təxminən 900 manat təşkil edən 1 ədəd Türkiyə istehsallı E.C.A markalı, 32 litr su tutumu olan kombi hesab edilən su qızdırıcısını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə 2022-ci ilin fevral ayının əvvələrində, dəqiq tarixi məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, saat 24 radələrində Zərərçəkmiş şəxs7 məxsus İsmayıllı şəhəri, R.Behbudov küçəsi, ev 25A ünvanında yerləşən yaşayış olamayan evi müşahidə edərək, ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra ətrafı mişar daşları ilə hasara alınmış, giriş hissəsi açıq olan saxlanc yeri hesab olunan həyətə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən bir mərtəbəli evə yaxınlaşmış, saxlanc yeri hesab olunan evin qapısı olmayan girişindən evin salon hissəsinə qannusuz daxil olub oradan 1 metrinin qiyməti 1,20 manat təşkil edən, hər biri 100 metr uzunluğunda olan 3 ədəd 4 millimetr qalınlığında, cəmi 360 manat dəyərində elektrik naqillərini və 1 metrinin qiyməti 1 manat təşkil edən, 450 metr uzunluğunda olan 3,5 millimetr qalınlığında, 450 manat dəyərində elektrik naqilini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 810 (səkkiz yüz on manat) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə təxminən 2022-ci ilin fevral ayının 16-da, dəqiq tarixi və saatı məlum olmayan vaxtda, havanın qaranlıq vaxtı, saat 22 radələrində Zərərçəkmiş şəxs8 məxsus İsmayıllı rayonunun Cülyan kəndində yerləşən, yaşayış olmayan evin qarşısına gələrək, ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra, ön hissəsi mişar daşları ilə hasara alınmış və digər tərəfləri məftil setka ilə çəpərlənmiş saxlanc yeri hesab olunan həyətə çəpərin üzərindən keçməklə qanunsuz daxil olaraq, həyətyanı sahədə yerləşən bir mərtəbəli evə yaxınlaşmış, saxlanc yeri hesab olunan evin bağlı olmayan giriş qapısını açmaqla içəri qanunsuz daxil olub təmirsiz otaqların birində saxlanılan, dəyəri təxminən 800 manat təşkil edən 50-55 metr uzunluğunda 16 millimetrlik mis materialdan olan elektrik naqilini qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurulmaqla təkrarən oğurluq etmişdir. Qeyd edilən əməllərə görə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri R.Bədəlov küçəsi ev 61 ünvanında yaşayır, himayəsində iki azyaşlı övladı var, fərdi əməklə məşğul olmaqla dolanışığını təmin edir. Maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə təxminən 2021-ci ilin noyabr ayının 24-də İsmayıllı şəhəri, Natavan küçəsi 13 ünvanında yerləşən evdə işıqların sönülü vəziyyətdə və kimsənin olmadığını görüb tək halda həmin evdən oğurluq etməyi planlaşdırmışdır. xx.xx.2021-ci il tarixə keçən gecə saat 01 radələrində həmin evin həyətyanı sahəsinə hasardan keçməklə daxil olmuş, oradan da həyətyanı sahədə yerləşən təmir işləri gedən evə daxil olmuşdur. Ətrafa baxaraq evin otaqlarından 2 ədəd preferator, 1 ədəd laqonda, 1 ədəd elektrik paylayıcı, iki yerdən topa şəkildə elektrik kabelləri oğurlayaraq həmin evi tərk etmişdir. Oğurladığı həmin əşyaları satmaqla pul əldə etmiş, həmin pulu isə maddi ehtiyaclarına sərf etmişdir. Aparılan istintaq zamanı həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs2 evindən törətdiyini bilmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2022-ci ilin yanvar ayının sonlarında, dəqiq xatırlamadığı gündə saat 02 radələrində İsmayıllı şəhəri S.Mehdiyev küçəsi ev 42 ünvanında yerləşən evin qarşısına gəlmişdir. Həmin vaxtı tək olmuş, evin ətrafını müşahidə edərək evdə və ətrafda kimsənin olmamasına əmin olduqdan sonra hasardan keçməklə həyətə daxil olmuşdur. Oradan da həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, evin divarından yapışaraq pəncərə önünə dırmaşmış, taxta materialdan olan pəncərəni açaraq evə keçmişdir. Ətrafa baxdıqdan sonra evin mətbəx hissəsinə divarda asılmış, 01 ədəd qara rəngli su qızdırıcı cihazı, 01 ədəd qutuda boşqab dəstini, 01 ədəd mis kəfkir, 01 ədəd elekriklə işləyən sac qazanı, 01 ədəd ütünü, 01 ədəd elektriklə işləyən sərinkeşi, 01 ədəd xalça və 01 ədəd palazdan ibarət əşyaları götürərək evdən çıxartmışdır. Oğurladığı həmin əşyaları satmaqla pul əldə etmiş, həmin pulu maddi ehtiyaclarına sərf etmişdir. İstintaq zamanı həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs6 evindən törətdiyini bilmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2022-ci ilin yanvar ayının axırlarında, dəqiq tarixini xatırlamadığı gündə, saat 02 radələrində İsmayıllı şəhəri S.Mehdiyev küçəsində yerləşən evin qarşısına gəlmişdir. Evdə və ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra həyətin girişində olan kiçik həcmli dəmir qapını açmaqla həyətə daxil olmuş, həyətyanı sahədə yerləşən bir mərtəbədən ibarət evə yaxınlaşaraq evin taxta materialdan olan pəncərəsinin bir tərəf şüşəsini sındırmaqla evə keçmişdir. Ətrafa baxdıqdan sonra evin salon hissəsindən 02 ədəd xalçaları, 01 ədəd palazı, 01 ədəd qutuda yeni çay dəstini və 01 ədəd qutuda yemək dəstindən ibarət əşyaları götürərək oradan çıxmış, oğurladığı həmin əşyaları satmaqla pul əldə etmişdir. İstintaq zamanı həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs5 evindən törətdiyini bilmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2022-ci ilin fevral ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə, saat 01 radələrində İsmayıllı şəhəri F.Feyzullayev küçəsində yerləşən evin qarşısına gəlmiş, həmin evdə yaşayış olmadığına və ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra hasardan aşmaqla həyətə daxil olmuşdur. Həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşmış, evin birinci mərtəbəsinin plastik materialdan olan pəncərəni içəriyə doğru sıxıb açmaqla içəri keçmişdir. Evin təmirsiz və yaşayış olmadığını görərək ətrafa baxmış, evin salon və otaqlarından 01 ədəd hamam üçün duş dəstini, 01 ədəd uzun elektrikcərəyan uzadıcısını, 02 ədəd digər elektrik-cərəyanı qoşmaq üçün uzadıcıları, 01 ədəd işıq sayğacını, 01 ədəd lazer işıqlı ölçü cihazını, təxminən 10 ədəd elektrik cərəyan ayırıcılarından ibarət əşyaları götürərək oradan çıxmış, oğurladığı həmin əşyaları satmaqla pul əldə etmişdir. İstintaq zamanı həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs3 evindən törətdiyini bilmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu barədə tanışı və qohumu olan Təqsirləndirilən şəxs2 bildirmişdir. Samir onunla razılaşmış, onlar birlikdə oğurluq etməyi planlaşdırmılar. Bu məqsədlə 2022ci ilin fevral ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə, saat 24 radələrində havanın qaranlıq vaxtı onlar birlikdə İsmayıllı şəhəri, K.Əhmədov küçəsi 5 ünvanında yerləşən evin önünə gəlmiş, ətrafda və evdə kimsənin olmamasını bildikdən sonra o, kiminsə gəldiyi halda xəbər verməkdən ötrü çöldə duraraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə həmin həyətə hasardan aşmaqla daxil olmuşdur. Samir həyətyanı sahədə yerləşən iki mərtəbəli evə keçərək oradan 01 ədəd qara rəngli, 82 diaqonallı led ekranlı televizoru, 01 ədəd qızılı rəngli samovarı və 01 ədəd gümüşü rəngli samovarı götürərək çıxmışdır. Onlar həmin oğurluq hadisəsini birlikdə törətmiş, oğurladıqları həmin əşyaları satmaqla pul əldə etmiş, həmin pulu maddi ehtiyaclarına sərf etmişlər. İstintaq zamanı həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs9 evindən törətdiyini bilmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu barədə təkrar Samirə bildirmişdir. Samir onunla razılaşmış, bu məqsədlə 2022-ci ilin fevral ayının əvvələrində, dəqiq tarixini xatırlamadığı vaxtda, saat 24 radələrində İsmayıllı şəhəri R.Behbudov küçəsi ev 25A ünvanında yerləşən evin qarşısına gəlmiş, evdə yaşayış olmadığını bilərək və ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra həyətin açıq olan giriş hissəsindən həyətə daxil olmuşlar. Həyətyanı sahədə yerləşən bir mərtəbəli evə yaxınlaşaraq qapısı olmayan girişdən evin salon hissəsinə keçmiş, oradan birlikdə 3 ədəd orta həcmli dairəvi formada topa şəklində və bir ədəd iri həcmli topa şəklində elektrik naqilini götürərək oranı tərk etmişlər. Onlar həmin oğurluq hadisəsini birlikdə törətmiş, oğurladıqları həmin əşyaları satmaqla pul əldə etmiş, pulu maddi ehtiyaclarına sərf etmişlər. İstintaq zamanı həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs7 evindən törətdiyini bilmişdir. Barələrindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduqları ziyanı tam olaraq ödəmiş və zərərçəkmiş şəxslər ona qarşı tələb və şikayətlərinin olmadığına dair istintaq orqanına və məhkəməyə ərizə təqdim etmişlər. Məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs2 ona qarşı mülki iddia tələbi irəli sürərək ondan əlavə 2000 manat pul tələb etmişdir. O, barəsində olan cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs2 vurmuş olduğu ümumilikdə 465 (dörd yüz altmış beş) manat məbləğində maddi ziyanı tam şəkildə ödədiyindən sonuncunun ona qarşı olan iddia tələbini qəbul etmir. Himayəsində iki azyaşlı uşağı var, zərərçəkmişlərə vurulmuş ziyanın böyük hissəsi onun tərəfindən ödənilmişdir, birinci dəfə az ağır cinayət törətmişdir, törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri Ç.Əmrəliyev küçəsi ev 14 ünvanında yaşayır, fərdi əməklə məşğul olmaqla dolanışığnmı təmin edir. Maddi vəziyyəti pis olduğundan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat 23 radələrində İsmayıllı şəhəri Soltan Mehdiyev küçəsi 18 ünvanında yerləşən evin qarışısına gəlmişdir. Həyət hasarla əhatəli və giriş hissəsində dəmir qapısı olmuşdur. Həmin həyətin qarşısına gələrək ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra hasardan dırmanmaqla həyətə daxil olmuşdur. Həyətyanı sahədə yerləşən, qapısı olmayan evin içərisinə keçmiş, həmin ev təmir olunmadığından orada yaşayış olmamışdır. Həmin vaxtı o, ətrafa baxmış, orada olan 1 ədəd samovarı və iri həcmlı topa şəklində olan 1 ədəd elektrik kabel topasını oğurlayaraq oradan çıxmışdır. Oğurladığı həmin əşyaları aparıb satmaqla pul əldə etmiş, pulu maddi ehtiyaclarına sərf etmişdir. İstintaq zamanı həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs1 evindən törətdiyini bilmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2022-ci ilin yanvar ayının axırlarında, dəqiq tarixini xatırlamadığı gündə, saat 22 radələrində İsmayıllı şəhəri Z.Bünyadov küçəsi ev 1 ünvanında yerləşən evin qarşısına gəlmişdir. Evin işıqları sönülü olduğundan ətrafa baxmış, lakin ətrafda və həmçinin evdə kimsənin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla həyətə daxil olmuşdur. Həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşaraq evin birinci mərtəbəsinin açıq olan eyvanında evin divarında qurulmuş kombi aparatının olmasını görmüş, həmin kombini sökərək evdən çıxartmışdır. Oğurladığı kombini sonrakı günlərdə aparıb satmaqla pul əldə etmiş, pulu maddi ehtiyaclarına sərf etmişdir. İstintaq zamanı həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs4 evindən törətdiyini bilmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu barədə tanışı və qohumu Təqsirləndirilən şəxs1 bildirmişdir. Rəsul onunla razılaşmış, onlar birlikdə oğurluq etməyi planlaşdırmışlar. Bu məqsədlə 2022-ci ilin fevral ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə, saat 24 radələrində onlar birlikdə İsmayıllı şəhəri, Soltan Mehdiyev küçəsi 18 ünvanında yerləşən evin önünə gəlmişlər. Ətrafda və evdə kimsənin olmamasını bildikdən sonra Rəsul kiminsə gəldiyi halda xəbər verməkdən ötrü çöldə duraraq ətrafa nəzarət etmiş, o isə hasardan aşmaqla həmin həyətə daxil olmuşdur. Həyətyanı sahədə yerləşən iki mərtəbəli evə yaxınlaşaraq evin birinci mərtəbə hissəsi tərəfdə yerləşən, plastik materialdan olan nəfəslik hissəsinin pəncərəsini sıxıb açmaqla evin zirzəmisinə girmiş, oradan isə evin birinci mərtəbəsindən yerləşən mətbəxə keçmişdir. Ətrafa baxdıqdan sonra mətbəxdə divara bərkidilmiş, 01 ədəd qara rəngli, led ekranlı televizoru, həmçinin mətbəxdə soyuducu üzərində olmuş, 01 ədəd qızılı rəngli samovarı və zirzəmidən isə 01 ədəd gümüşü rəngli köhnəlmiş vəziyyətdə olan samovarı götürərək çölə daşıyıb Rəsula vermiş, sonra özü də oradan çıxdıqdan sonra oğurladıqları əşyaları aparıb gizlətmişlər. Onlar həmin oğurladıqları əşyaları ertəsi günü aparıb satmaqla pul əldə etmiş, sonra həmin pulu maddi ehtiyaclarına sərf etmişdir. İstintaq zamanı həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs9 evindən törətdiyini bilmişdir. Həmin hadisədən bir müddət sonra yenidən oğurluq etmək qərarına gəlmiş, bu barədə yenə də tanışı Rəsula bildirmişdir. Rəsul onunla razılaşdıqdan sonra birlikdə oğurluq etməyi planlaşdırmışlar. Bu məqsədlə 2022-ci ilin fevral ayının əvvələrində, dəqiq tarixini xatırlamadığı vaxtda, saat 24 radələrində İsmayıllı şəhəri R.Behbudov küçəsi ev 25A ünvanında yerləşən evin qarşısına gəlmişlər. Evdə yaşayış olmadığının və ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra həyətin açıq olan giriş hissəsindən həyətə daxil olmuş, həyətyanı sahədə yerləşən bir mərtəbəli evə yaxınlaşaraq qapısı olmayan girişdən evin salon hissəsinə keçmişlər. Oradan birlikdə 3 ədəd orta həcmli dairəvi formada topa şəklində və bir ədəd iri həcmli topa şəklində elektrik naqilini götürərək oranı tərk etmişlər. Onlar həmin oğurluq hadisəsini birlikdə törətmiş, oğurladıqları əşyaları satmaqla pul əldə etmiş, həmin pulu maddi ehtiyaclarına sərf etmişlər. İstintaq zamanı həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs7 evindən törətdiyini bilmişdir. Həmin hadisədən bir müddət sonra o, yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 2022-ci ilin fevral ayının təxminən 16-da, saat 22 radələrində tək olaraq İsmayıllı rayon Cülyan kəndində yerləşən evin qarşısına gəlmiş, evdə və ətrafda kimsənin olmamasına tam əmin olduqdan sonra, çəpər hissədən keçərək həyətə daxil olmuş, oradan da həyətyanı sahədə yerləşən bir mərtəbəli evə yaxınlaşmış, evin bağlı olmayan giriş qapısını açaraq içəri keçmişdir. Ev təmirsiz və yaşayış olmayan halda olmuşdur. Həmin vaxtı o, ətrafa baxdıqdan sonra ona pul əldə etməkdən ötrü lazım olacaq əşya üçün ətrafa baxmış və orada bir ədəd topa şəklində olan mis naqili görərək götürüb evi tərk etmişdir. Həmin oğurluq hadisəsini tək halda törətmişdir. Oğurladığı həmin əşyanı isə ertəsi günü aparıb satmaqla pul əldə etmiş, həmin pulu maddi ehtiyaclarına sərf etmişdir. İstintaq zamanı həmin oğurluq hadisəsinin Zərərçəkmiş şəxs8 evindən törətdiyini bilmişdir. Barələrindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduqları ziyanı tam olaraq ödəmişlər. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri ünvan 1 ünvanında yaşayır. İsmayıllı şəhəri, Soltan Mehdiyev küçəsi 18 ünvanında fərdi yaşayış evi tikmək məqsədilə 6 sot həyətyanı torpaq sahəsi alaraq orada 2 mərtəbəli, 6 otaqlı ev tikmişdir. 14 ildir ki, həmin evi hissə-hissə tikərək üstünü örtmüş və pəncərələrini qoysa da, evin təmir işləri hələ başa çatmamışdır. Əlinə pul düşdükcə hissə-hissə materiallar alaraq öz evini özü təmir etmişdir. 27 dekabr 2021-ci il tarixdə, səhər saat 10 radələrində tikdirdiyi yeni evinə gedib işləmək istəyərkən görmüşdür ki, evdən 1 ədəd 200 manata almış olduğu 7 litrlik samovar, 400 metr 4 mm-lik qalınlığında, metrəsini 1,15 manata cəmi 460 manata aldığı elektrik naqilləri ümumilikdə 660 manat dəyərində əmlakı oğurlanmışdır. İsmayıllı rayon polis şöbəsinə gedərək baş vermiş ourluq hadisəsi barədə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Aparılan istintaq zamanı evindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs2 olduğu məlum olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Onun hazırda maddi ziyanla bağlı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, o, ünvan 2 ünvanında yerləşən evi vardır. İki ilə yaxındır həmin evin təmiri ilə məşğul olur. Özü Bakı şəhərində yaşadığı üçün vaxtı olduqca İsmayıllı şəhərinə gəlib evdə təmir işləri görmüşdür. Qonşuluqda yaşayan Səlimov Babadan evinə nəzarət etməyi xahiş etmiş və evin darvaza qapısının açarını ona vermişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Baba ona zəng edərək evin pəncərəsinin açıq olduğunu bildirmişdir. O, Babaya pəncərəni açıq qoymadığını dedikdən sonra ondan həyətin işığını yandırmağını xahiş etmişdir. Baba ona işıqların yanmadığını demişdir. O, Babadan açıq olan pəncərənin yanında işıq sayğacı olduğunu deyərək pəncərədən içəri daxil olmasını və sayğacı yoxlamağını xahiş etmişdir. Baba içəri daxil olduqdan sonra ona sayğacın məftillərini kəsildiyini və sayğacın yerə atıldığını bildirmişdir. Bundan sonra o, Babaya özünün gələcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, evə gəlib içəri baxdıqdan sonra evin işıqlandırılması üçün zirzəmidə və birinci mərtəbədə olan bütün elektrik naqillərinin kəsilib aparıldığını, zirzəmidə olan soyducunun naqilinin kəsilib götürüldüyünü və bundan başqa birinci mərtəbədəki hamamda olan duş dəstinin və bütöv top şəkildə olan, 100 metr uzunluğunda elektrik naqillərinin yerində olmadığını və oğurlandığını müəyyən etmişdir. O bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan zirzəmidə olan otağa baxan zaman otaqdan elektrik naqillərindən başqa əşyalarında oğurlandığını bilmişdir. Oğurlanmış əşyalar dəyəri 180 manat olan 01 ədəd hamam üçün duş dəsti, dəyəri 80 manat olan 01 ədəd 40 metr uzunluqda elektrik-cərəyan uzadıcısı, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində yeni vəziyyətdə, 15 metr uzunluqda 02 ədəd elektrikcərəyanı qoşmaq üçün uzadıcılar, 15 manat dəyərində 01 ədəd işıq sayğacı, 350 manat dəyərində 01 ədəd ölçü götürülməsi üçün istifadə etdiyim lazer ölçü cihazı, hər biri 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd elektrik cərəyan ayırıcılarından ibarət olmuşdur. Həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 830 manat maddi ziyan vurulmuşdur. İsmayıllı RPŞ-də aparılan istintaq zamanı evindən qeyd etdiyi əşyaları oğurlayan şəxsin İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Onun hazırda maddi ziyanla bağlı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs5 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri S.Mehdiyev küçəsində fərdi yaşayış evi vardır, orada yaşayış yoxdur. Evinin açarı yalnız özündə olur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin evə baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində həmin evə baş çəkdikdə evin yataq otağının birindən 1 ədəd palaz, digər yataq otağından isə 2 ədəd xalça, yeni vəziyyətdə 1 ədəd çay dəsti və yeni vəziyyətdə 1 ədəd yemək dəstinin olmadığını görmüş, pəncərə açıq və şüşə hissəsi də sınmış vəziyyətdə olduğu üçün evindən oğurluq olmasını başa düşmüşdür. Bundan sonra o, İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Evindən oğurlanmış 1 ədəd palaz – eni 2,5, uzunluğu 3,5 metr, tük və yunun qarışığından olan materialdan olmaqla boz rəngdə və təxminən qiyməti 300 manat olmuş, xalçalardan biri - eni 1,5, uzunluğu 2 metr, süd rəngli qarışıq rəngdə güllü qədimi yun materialdan və təxminən qiyməti 600 manat, digəri xalça eni 2,5, uzunluğu 3 metr, qədimi bir tərəfi çəhrayı rəngli yun, digər tərəfi qara rəngli tüklü və qiyməti təxminən 600 manat, 1 ədəd çay dəstinə - şəffaf xrustaldan 1 ədəd çaydan, 6 ədəd fincan, 1 ədəd podnoz və təqminən qiyməti 150 manat, 01 ədəd qutuda yemək dəstiisə 1 ədəd yağ tökmək üçün saxsı çaydan, 6 ədəd saxsı dərin, 6 ədəd də dayaz saxsı boşqab, 6 ədəd nikel yemək qaşığı, 6 ədəd də nikel çəngəl aid olmaqla təxminən qiyməti 350 manat olmuşdur. Həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 2000 manat maddi ziyan vurulmuşdur. O, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmiş, lakin İsmayıllı RPŞ-də aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən qeyd etdiyi əşyaları oğurlayan şəxs İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs1 olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Onun hazırda maddi ziyanla bağlı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs6 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri S.Mehdiyev küçəsi ev 42 ünvanında yaşayır. Qızı Gəncə dövlət universitetində təhsil aldığı üçün müəyyən vaxtlarda Gəncə şəhərində, qızının yanında qalır. Gəncə şəhərində qaldığı ərəfədə isə İsmayıllı şəhərində yerləşən yaşadığı evdə həmin vaxtlarda kimsə olmur. xx.xx.2022-ci il tarixdə o, Gəncə şəhərində qızı Nazəninin yanında olmuşdur. xx.xx.2022-ci il tarixdə qızı ilə birlikdə İsmayıllı şəhərinə qayıtmışlar. Evi daxil olmazdan əvvəl çöl tərəfə baxan evin plastik pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş, evə daxil olduqdan sonra ətrafa baxarkən mətbəx hissədə divarda qurulmuş su qızdırıcı cihazın, evin yataq otağından 1991-ci ildə gəlin köçdüyü zaman ona cehizlik verilmiş hər biri 4 kvadrat netr olmuş xalça və palazın, evin saxlanc yeri kimi istifadə etdiyi otaqdan isə boşqab dəstinin olmadığını görərək və pəncərənin də açıq olmasına görə evə oğru girməsi və həmin əşyaların oğurlanmasını başa düşmüşdür. Həmin vaxtı qızı Nazənin dərhal DİNin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra evə baxarkən 01 ədəd ütü, 01 ədəd elektrikli sərinkeş, 01 ədəd mis kəfkir, 01 ədəd elektrikli sac qazanından ibarət əşyaların da yerində olmadığını və oğurlandığı ona məlum olmuşdur. Evindən oğurlanmış əşyalardan birini təxminən 1 il bundan əvvəl, yəni 2021-ci ilin mart ayında 120 manata alaraq evin mətbəx hissəsində quraşdıraraq hazırkı vaxta kimi işlətdiyi 01 ədəd Türkiyə istehsalı olan, “Güven” markalı qara rəngli su qızdırıcı cihaz, digəri təxminən iki ay bundan əvvəl, yəni 2021-ci ilin dekabr ayında 150 manata alaraq evin saxlanc yeri kimi istifadə etdiyi otaqda saxladığı, Türkiyə istehsalı olan 01 ədəd qutuda boşqab dəsti, digəri təxminən 600 manat dəyərində olan, 1991-ci ildə gəlin köçdüyü zaman ona cehizlik verilmiş, 1980-1990-cı illərə aid, 4 kvadrat metr ölçüdə, istifadə etdiyi 01 ədəd xalça və təxminən dəyəri 250 manat olan 1991-ci ildə gəlin köçdüyü zaman ona cehizlik verilmiş, həmin ilə aid, sərəcək kimi istifadə etdiyi 01 ədəd palaz, təxminən dəyəri 15 manat olan 01 ədəd boz rəngli uzun dəmir qulplu, dairəvi ağızlığı və deşikləri olan mis kəfkir, təxminən dəyəri 30 manat olan elektriklə işləyən, dairə şəkilli təxminən 46 sm diametrli sac qazanı, təxminən dəyəri 35 manat olan 01 ədəd elektriklə işləyən sərinkeş və təxminən dəyəri 20 manat olan ağ-qızılı rəngli köhnə ütü olmuşdur. Həmin əşyaların oğurlanması nəticəsində isə ona ümumilikdə təxminən 1220 manat maddi ziyan vurulmuşdur. Aparılan istintaq zamanı evindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs2 olduğu məlum olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Onun hazırda maddi ziyanla bağlı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs7 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri R.Behbudov küçəsi ev 25A ünvanında özünə ev tikdirir, maddi imkanı olduqca orada tikinti işlərini davam etdirir, evin həyətinin ətrafının bir hissəsi mişar daşları ilə hasarlanmış, digər tərəfləri isə açıq vəziyyətdədir. 2021-ci ilin dekabr ayından isə həmin inşa etdirdiyi evdə elektrik naqilləri çəkdirməyə başlamış, sonuncu dəfə isə evdə xx.xx.2022-ci il tarixdə olmuşdur, daha sonra orada iş görmədiyi üçün evə getməmişdir. xx.xx.2022-ci il tarixdə həmin yeni inşa etdirdiyi evə gedib baş çəkərkən elektrik naqillərinin yerində olmadığını və oğurlandığını bilmişdir. xx.xx.2022-ci il tarixdə İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Evindən oğurlanmış naqillər mis tərkibli, üzəri qalın rezinlə izolyasiya olunmuş elektrik naqili olmuşdur, həmin naqillərdən 3 ədədi hər biri 100 metirlik olan 4 mm-lik və 1 ədədi 450 metrlik olan isə 3.5 mm-lik olmuşdur. O, 3 ədəd hər biri 100 metr olan naqilin bir metrini 1.2 manata və 1 ədəd 450 metr olan naqilin isə bir metrini 1 manatdan almışdır. Həmin naqilin oğurlanması nəticəsində ona ümumilikdə 810 manat maddi ziyan vurulmuşdur. İsmayıllı RPŞ-də aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən oğurluq hadisəsini törətmiş şəxslər İsmayıllı şəhəri sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşlar. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Onun hazırda maddi ziyanla bağlı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs8 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayon Cülyan kəndində yaşamaqla həmin kənddə uşaq baxçasında gözətçi işləyir. İsmayıllı rayon Cülyan kəndində ev tikdirir, maddi imkanı olduqca orada tikinti işlərini davam etdirir. Bir neçə il bundan əvvəl Bakı şəhərindən 800 manata, Rusiya istehsalı 50 metr uzunluğunda topa halda çoxsimli, mis tərkibli, üzəri qalın rezinlə izolyasiya olunmuş elektrik naqili almışdır. Həmin naqili isə tikinti işləri ilə əlaqədar 2021-ci ilin may ayında inşa etdirdiyi evdə saxlamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin tikiliyə baş çəkmiş, orada hər şey yerində olmuşdur. xx.xx.2021-ci il tarixdə həmin evə baş çəkdikdə görmüşdür ki, tikilinin girişində sol tərəfdə qoyduğu qeyd etdiyi həmin topa şəklində elekrik naqili oğurlanıb. Buna görə bir neçə gün özü soraqlaşıb oğurunu tapa biləcəyini düşündüyündən ərizə ilə rəsmi müraciət etməmişdir. Lakin heç bir nəticə və ya məlumat əldə edə bilmədiyindən xx.xx.2022-ci il tarixdə İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Qeyd etmişdir ki, o, həmin naqilin bir metrini 16 manata olmaqla 50 metr almışdır, araşdırma zamanı həmin naqilin 50-55 metr olmasını təxmini qeyd etmişdir, lakin dəqiq olaraq 50 metr olmuşdur. Həmin naqilin oğurlanması nəticəsində ona 800 manat maddi ziyan vurulmuşdur. O, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmişdir, lakin İsmayıllı RPŞ-də aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən həmin elektrik naqillərini oğurlayan şəxs İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs2 olmuşdur. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Onun hazırda maddi ziyanla bağlı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs, eyni zamanda Təqsirləndirilən şəxs1 qarşı qaldırdığı iddiaya münasibətdə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri Natavan küçəsi ev 9 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İsmayıllı şəhər Natavan küçəsi ev 13 ünvanında özünə məxsus həyətyanı torpaq sahəsi və həmin həyətyanı sahədə 120 m2-lik sahəni əhatə edən fərdi yaşayış evi vardır. Evin 1 zal, 1 mətbəx, 1 hamam-tualet və 3 yataq otağı vardır. Ev tam olaraq hazır deyildir, yəni evdə təmir-tikinti işləri davam etməkdədir. Evdə usta kimi qohumu Mehman adlı şəxs işləmişdir. Mehman orada üzlənmə işləri görmüşdür. 24 noyabr 2021-ci il tarixdə o, həmin evə gedib baxmış, usta isə oradan təxminən saat 19 radələrində çıxıb getmişdir. 25 noyabr 2021-ci il tarixdə saat 09 radələrində usta həmin evin darvazasının kilidini açaraq həyətyanı sahəyə daxil olmuşdur. Daha sonra isə giriş qapısı olmayan fərdi yaşayış evinə daxil olmuş və orada oğurluq edildiyini aşkar etmişdir. Usta ona bu barədə xəbər verdikdə o da evə getmiş və evindən oğurluq olduğunu özü də görmüşdür. Fərdi yaşayış evindən hər birinin dəyəri 100 manat olan Türkiyə istehsalı 02 ədəd işlənmiş prefarator, dəyəri 60 manat olan Rusiya istehsalı 01 ədəd laqonda, dəyəri 100 manat olan Rusiya istehsalı 3 gözlü 01 ədəd işlənmiş elektrik paylayıcısı, dəyəri 70 manat olan, 100 metr uzunluqda, qalınlığı 6 mm olan elektrik kabeli, dəyəri 35 manat olan 50 metr uzunluqda qalınlığı 2.5 mm olan elektrik kabeli oğurlanmışdır. O, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmişdir, lakin İsmayıllı RPŞ-də aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən həmin elektrik naqillərini oğurlayan şəxs İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs1 olmuşdur. Onun evindən olunan oğurluq zamanı divar boyu çəkilmiş elektrik xətti sökülməklə bütün elektrik sistemi məhv edilmiş, həmin elektrik sisteminin yenidən bərpa olunmasına da xeyli xərc tələb edilir. Həmin xətti onun usta tanışı olan X14 çəkmiş, bu iş üçün ondan zəhməthaqqı olaraq real bazar qiymətlərindən xeyli ucuz olmaqla cəmi 700 manat pul almışdır. Hazırda evindən oğurlanmış və məhv edilmiş kabellərin, həmin kabellərin sökülməsi nəticəsində ona dəymiş ziyanı 2500 manat məbləğində dəyərləndirir. Həmin məbləğin 500 manatı ibtidai istintaqın gedişində ona ödənilmiş, qalan məbləğin tələbinə dair isə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun evindən olunmuş oğurluq hadisəsinə görə ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməlidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada daha ciddi cəza verilməsi, həmçinin ondan maddi ziyana görə 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə baxışı iclasına gələ bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsi oxunaraq elan olunmuşdur. Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır, İsmayıllı şəhəri Z.Bünyadov küçəsi ev 1 ünvanında iki mərtəbəli fərdi yaşayış evi vardır, evin ətrafı daş hasarla çəpərlənmiş və giriş hissəsində isə dəmir darvazadan ibarət qapı vardır, əsasən yaz-yay fəslində və bəzən də arabir gəlib həmin ünvanda yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, o, 2021-ci ilin dekabr ayında İsmayıllı rayonunda yerləşən həmin yaşayış evində olmuş, sonra yenidən Bakı şəhərinə qayıtmış, qayıdarkən isə evi və həyətin giriş qapısını kilitləyərək, evə arabir nəzarəti isə qohumu X4 tapşırmışdır, həmin ərəfədə evdə yaşayış olmadığından Əllam Poladov arabir gedərək evə nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə Əllam Poladov ona zəng edərək evinə nəzarət etməyə getdiyi zaman, evin açıq olan birinci mərtəbəsində divara bərkidilmiş istilik sistemi olan kombi aparatının yerində olmadığını və oğurlandığını bildirmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək evindən oğurluq hadisəsi olması barədə məlumat vermişdir, lakin özü göz əməliyyatı olunacağı üçün həmin ərəfədə İsmayıllı RPŞ-yə gələ bilməmişdir, lakin hadisə barədə poçt vasitəsilə ərizə ilə də müraciət etmişdir. Qeyd etmişdir ki o, həmin kombi aparatını təxminən 6-7 il bundan əvvəl təxminən 1300 manata alaraq evin istiliklə təmin etməkdən ötrü quraşdırmışdır, həmin kombi aparatı Türkiyə istehsallı E.C.A markalı 28 litirlik istilik sistemli, ağ rəngli, su qızdırıcı aparatdır. Həmin kombi aparatının oğurlanması nəticəsində işlənmiş olmasını nəzərə alaraq hesab edir ki, ona 900 manat maddi ziyan vurulmuşdur. O, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmiş, lakin İsmayıllı RPŞ-də aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən kombi aparatını oğurlayan şəxs İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs2 olmuşdur. Zərərçəkmiş şəxs9 məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə baxışı iclasına gələ bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ibtidai istintaqa verdiyi ifadəsi oxunaraq elan olunmuşdur. Zərərçəkmiş şəxs9 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır, fərdi əməklə məşğul olaraq dolanışığını təmin edir. xx.xx.2021-ci il tarixdə İsmayıllı şəhəri K.Əhmədov küçəsi 5 ünvanında yerləşən evindən çıxaraq işləri ilə bağlı faktiki yaşadığı ünvan 6 ünvanına köçmüşdür, evdən çıxarkən isə evin və həyətin qapılarını bağlamışdır, lakin nəmişliyə görə havalanma olsun deyə evin birinci mərtəbəsində zirzəmi hissəsinin nəfəslik hissəsini yarımçıq bağlamışdır. Bir də İsmayıllı rayonundakı evinə xx.xx.2022-ci il tarixdə gəlmiş, həmin vaxta kimi isə evi nəzarətsiz qalmışdır. Qeyd etdiyi tarixdə qayıdaraq səhər saatlarında İsmayıllı şəhəri K.Əhmədov küçəsi 5 ünvanında yerləşən evinə daxil olub və mətbəxə keçdiyi zaman mətbəxdə divara bərkidərək quraşdırdığı televizorun yerində olmadığını və yerinin sökülmüş vəziyyətdə olmasını görmüş, həmin vaxtı mətbəxdə digər hissəyə baxarkən isə soyüdücü üzərində olmuş samovarın olmadığını görmnüşdür, daha sonra evin digər otaqlarına və zirzəmisinə baxarkən isə zirzəmidə samovarın yerində olmadığını görərək, həmçinin zirzəminin nəfəslik hissəsinin də açıq vəziyyətdə olmasını görərək evə oğru girməsini və nəticədə oğurluq olmasını bilmişdir. Bundan sonra İsmayıllı RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Qeyd etmişdir ki, evindən oğurlanmış televizor led ekranlı, 82 dioqanallı, qara rəngli və Shivaki markalı olmaqla dəyəri 400 manat olmuşdur, həmin televizoru 2017-ci ildə yeni vəziyyətdə 400 manat pul ödəyərək almışdır və həmin vaxtdan etibarən istifadə etmişdir. Televizor təmirdə olmamış və istifadəyə tam yararlı olmuşdur. Televizorun oğurlanması nəticəsində ona təxminən 400 manat maddi ziyan dəymişdir. Samovarlardan biri qızılı rəngli, latun materialdan hazırlanmış, 7 litr su tutumlu və qızılı rəngli olmuşdur, həmin samovarı 2019-cu ildə işlənmiş formada 150 manat ödəyərək almış və bu samovarın oğurlanması nəticəsində ona təxminən 150 manat maddi ziyan dəymişdir. Digər samovar isə alminium metala bənzəməklə gümüşü rəngli, 7 litr su tutumlu həcmində olmuşdur. Həmin samovarı 2015-ci ildə təzə formada 100 manat ödəyərək almış və daima istifadə etmişdir, bu samovarın oğurlanması nəticəsində ona təxminən 100 manat maddi ziyan dəymişdir. Evindən baş vermiş hadisə nəticəsində isə ona ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. O, həmin oğurluq hadisəsinin nə vaxtı, hansı şəraitdə və kim tərəfindən törədilməsini bilməmişdir. Lakin aparılan istintaq zamanı ona məlum olmuşdur ki, evindən oğurluq hadisəsini törətmiş şəxslər İsmayıllı şəhəri sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. Şahid X12 ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhəri şəhəri M.Əsədov küçəsi ev 1 ünvanında yerləşən mağazada xalça və palazlar, ili köhnə və yaxud təzə olan əşyaların satışı ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Həmin mağazada satıcı kimi fəaliyyət göstərir və buna dair müvafiq sənədləri vardır. 2022-ci ilin təxminən yanvar ayında tarixini dəqiq xatırlamadığı gündə, günorta saatlarında əvvəllər həyətində usta işdədiyi üçün tanıdığı, İsmayıllı rayon sakini Təqsirləndirilən şəxs1 ona zəng edərək “evdə köhnə palazlar var, satmaq istəyirəm, körpə uşağım xəstədir, pul lazımdı, ehtiyacım var” deyə bildirmişdir. O avtomobilinə əyləşərək Rəsulun yaşadığı ünvana getmiş, çöldə durduğu zaman Rəsul evindən iki yük çantasında palazlar və bir ədəd mis materialdan kəfkir gətirərək avtomobilə qoymuşdur. Sonra onlar avtomobilə əyləşərək işlədiyi mağazanın yanına gəlmişdir. Rəsul həmin palazları və mis kəfkiri mağazanın salonuna gətirərək yerdə açıb ona göstərmişdir. Mis kəfkir xoşuna gəldiyi üçün 10 manata Rəsul ilə razılaşaraq almışdır, palazlara baxdığı zaman isə onlardan biri köhnəlmiş və pis vəziyyətdə, digəri yaxşı olduğu üçün onu bəyənmiş və almaq istədiyini demişdir. Həmin vaxtı o, palazlardan birini bəyəndiyinə görə Rəsul ilə qiymətləşərək 60 manata razılaşmış və pulu verərək həmin palazı almışdır, digər palazı isə istəmədiyini və həmin palazın işə yaramadığını demişdir. Həmçinin həmin vaxtı qonşuluğunda yaşayan, əvvəllər tanıdığı Şahid1 də yanlarına gəlmiş, gəlib onunla və Rəsulla görüşmüş, həmçinin Rəsulun ona iki ədəd palazları satmaq istəməsinə şahidi olmuşdur. Rəsul həmin palazı götürərək Zakir ilə birlikdə mağazadan çıxıb getmişdir. Rəsulu tanıdığı üçün və özü də həmin əşyaları evindən gətirib avtomobilə qoyduğuna görə o, Rəsulun həmin palazlardan və kəfkirdən ibarət əşyaları oğurlamasını düşünməmiş, özü də ona bu barədə deməmişdir və bundan məlumatı olmamışdır. Bundan sonra o, həmin palazı təmizlədərək satmaq məqsədilə mağazanın önündə çölə vitrinə asmışdır. Həmin vaxtdan da təxminən 15-20 gün sonra, yəni 2022-ci ilin təxminən yanvar ayında, tarixini dəqiq xatırlamadığı gündə, Təqsirləndirilən şəxs1 ona zəng edərək evində samovar olduğunu, həmin samovarı xəstəsi olduğundan pula ehtiyacı olması səbəbilə satmaq istədiyini demişdir, o isə ona samovarı gətirməsini və baxmaq istədiyini demişdir. Bir qədər sonra Rəsul gələrək Samovarı mağazaya gətirmiş, yanında kimsə olmamışdır. Rəsul bir ədəd gümüşü rəngli, latun materialdan samovarı ona göstərərək xəstəsi olduğu üçün pula ehtiyacı olduğunu, bu səbəbdən satmaq istədiyini demişdir. O, həmin samovara baxaraq vəziyyəti yaxşı olduğu üçün ala biləcəyini demişdir. Rəsul ilə qiymətləşərək 60 manata razılaşmış və pulu verərək həmin samovarı almışdır. Rəsulu tanıdığı üçün və özü də həmin samovar əşyasını evindən gətirdiyini dediyi üçün oğurlamasını düşünməmiş, Rəsul da ona bu barədə deməmişdir. Bundan sonra Rəsul çıxıb getmişdir. Həmin vaxtdan da təxminən 15 gün sonra, yəni 2022-ci ilin təxminən fevral ayında, tarixini dəqiq xatırlamadığı gündə, Təqsirləndirilən şəxs1 ona zəng edərək evində digər bir samovar olduğunu, həmin samovarı da xəstəsi olduğundan pula ehtiyacı olması səbəbilə satmaq istədiyini demişdir, o isə Rəsula samovarı gətirməsini və baxmaq istədiyini demişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 yanında Samir adlı şəxslə işlədiyi mağazaya gəlmişdir. O, əvvəllər Samiri Rəsulun yanında küçədən keçdikləri zaman görmüş və qohumu olduğunu Rəsul özü ona demişdir. Həmin vaxtı Rəsul bir ədəd qızılı rəngli, latun materialdan samovarı ona göstərərək xəstəsi olduğu üçün satmaq istədiyini demiş, o, həmin samovara baxaraq vəziyyəti xoşuna gəlmədiyi üçün almamış, bundan sonra onlar çıxıb getmişdir. Daha sonra Rəsul və ya Samir onun işlədiyi mağazaya gəlməmiş və ona başqa hər hansı bir əşya təklif etməmişdir. O, aparılan istintaq zamanı bilmişdir ki, Təqsirləndirilən şəxs1 ona gətirib göstərdiyi və satdığı əşyalar oğurluq olmuş, yəni Rəsul həmin əşyaları oğurlayaraq satmışdır. Rəsul özü də ona bu barədə deməmişdir. O, Rəsulun həmin əşyaları haradan və ya kimdən əldə etməsini, oğurlamasını bilməmiş və bu barədə məlumatsız olmuşdur. Şahid1 ifadəsində X9 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid X15 ifadə verərək göstərdi ki, 2022-ci ilin təxminən yanvar ayında, tarixini dəqiq xatırlamadığı gündə, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlmiş, Rəsul ona Samirlə bir yerdə fəhlə işlədiklərini, onlara pul əvəzində məişət əşyalar verildiyini və həmin əşyaları satmaq istədiklərini demişlər. O da, onları tanıdığı üçün və etibar edərək həmin əşyalara baxmaq istədiyini, ehtiyacı olarsa ala biləcəyini demişdir.Həmin vaxtı Rəsul həyətinə bir ədəd televizor və bir ədəd sərinkeş (vintilyator) gətirmiş, Samir isə köhnə bir ədəd kombi cihazı gətirmişdir. O, həmin əşyalara baxaraq və ehtiyacı olduğundan, yəni televizoru evində baxmaq üçün, sərinkeçi kondisoneri olmadığından sərinlik kimi istifadə etmək üçün və kombi cihazını isə gələcəyi üçün evinin istilik sistemlərini kombi ilə təhciz etdirməyi düşündüyü üçün onlarla razılaşmış və almaq qərarına gəlmişdir. Belə ki, televizor “Shivaki” markalı və 82 düyüm olmaqla işlənmiş vəziyyətdə olmuş, razılığa görə həmin televizora görə 130 manat, sərinkeş isə üst hissəsi dəmir torlu, içərisində pərləri və matoru, ayaqlıq hissəsi iə plastik materialdan ibarət və işlənmiş olmuş, həmin sərinkeşə görə isə 20 manat olmaqla Rəsula 170 manat pul vermişdir. Həmçinin Rəsulun gətirdiyi kombi aparatı isə ağ rəngli, üstündə E.C.A yazısı olan, Türkiyə istehsallı, 32 litrlik olmaqla işlənmiş vəziyyətdə olmuşdur. Həmin kombi aparatına görə isə Samirə 150 manat pul vermişdir. Bundan sonra Samir və Rəsul çıxıb getmişdir. Onların fəhlə işlədiyini bildiyi üçün düşünmüşdür ki, həmin əşyalar onlara pul qarşılığında verilmiş və onları tanıdığı üçün etibar edərək həmin əşyaları almışdır. Samir və Rəsul həmin əşyaların oğurluq yolu ilə əldə etdiklərini ona deməmiş və onun da bundan qabaqcadan xəbəri olmamışdır. Aparılan istintaq zamanı bilmişdir ki, Rəsul və Samirin gətirib ona satdıqları əşyalar oğurluq olmuşdur. Lakin həmin əşyaları nə vaxtı, kimdən və haradan əldə etmələrindən məlumatsız olmuşdur. Şahid2 ifadə verərək göstərdi ki, 2022-ci ilin təxminən yanvar ayının axırlarında, tarixini dəqiq xatırlamadığı gündə, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng edərək onda xalça, palaz və elektrikl işləyən sac aparatı olmasını, satmaq istədiyini bildirmişdir. Həmin ərəfədə o, Rəsul ilə İsmayıllı şəhəri ərazisində görüşərkən Rəsul ona bir ədəd xalça, bir ədəd palaz və bir ədəd elektriklə işləyən sac aparatı göstərmişdir. O, həmin əşyalara baxarkən ona lazım olmadığını və köhnə əşyalar olmasını deyərək istəmədiyini demişdir. Lakin Rəsul həmin əşyaların ona da lazım olmadığını və atacağını demişdir. Bundan sonra o, həmin əşyaları ondan götürmüşdür. Bundan sonra Rəsul çıxıb getmişdir. O, Rəsulun həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bilməmiş, özü də ona deməmiş və onun da bundan qabaqcadan xəbəri olmamışdır. Aparılan istintaq zamanı bilmişdir ki, Rəsulun ona gətirib satdığı əşyalar oğurluq olmuşdur. Lakin o, Rəsulun həmin əşyaları nə vaxtı, kimdən və haradan əldə etmələrindən məlumatsızdır. Şahid X6 ifadə verərək göstərdi ki, 2022-ci ilin təxminən yanvar ayında, tarixini dəqiq xatırlamadığı gündə, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ona zəng edərək onda samovar olmasını və satmaq istədiyini bildirmişdir. O da, ona ala biləcəyini və əvvəlcə samovara baxmaq istədiyini demişdir. Həmin ərəfədə o, Rəsul ilə İsmayıllı şəhəri ərazisində görüşərkən Rəsul, ona bir ədəd samovar göstərmiş və maddi ehtiyacına görə evində xəstə uşağı olduğu üçün satmaq məcburiyyətində olduğunu bildirmişdir. O, həmin samovara baxarkən normal vəziyyətdə və işlək olmasını bilib aralarında olan razılığa əsasən həmin samovara görə Rəsula 100 manat pul vermişdir. Rəsul pulu alıb və samovarı ona verdikdən sonra çıxıb getmişdir. O, Rəsulun həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bilməmiş, özü də ona deməmiş və onun da bundan qabaqcadan xəbəri olmamışdır. Aparılan istintaq zamanı bilmişdir ki, Rəsulun ona gətirib satdığı əşya, yəni samovar oğurluq olmuşdur. Lakin o, Rəsulun həmin əşyanı nə vaxtı, kimdən və haradan əldə etmələrindən məlumatsız olmuşdur. Zərərçəkmiş şəxs2 vəsatəti əsasında məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X14 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs2 onun tanışıdır. 2021-ci ilin təxminən orta aylarında Elməddin ondan İsmayıllı şəhər Natavan küçəsi ev 13 ünvanında özünə tikdirdiyi fərdi yaşayış evinin elektrik işlərini görməyi xahiş etmişdir. O işlə tanış olaraq razılıq vermiş və işə başlamışdır. Bir aya yaxın orada işləmiş və işini tanmamladıqdan sonra Elməddinlə tanışlıq münasibəti olduğundan zəhməthaqqı olaraq real bazar qiymətlərindən xeyli ucuz olmaqla cəmi 700 manat pul almışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. 25 noyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin İsmayıllı şəhəri Natavan küçəsi ev 9 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus, İsmayıllı şəhəri Natavan küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evinin təmir edilməkdə olan salon hissəsi və otaqlarında baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı evin təmir edilməkdə olan hamam otağının içərisindən 2 ədəd preferator, 1 ədəd laqonda və 1 ədəd elektrik paylayıcın, tikilinin təmir edilməkdə olan zal və otağında yerdən topa şəkildə elektrik kabellərinin oğurlandığı müəyyən edilmişdir. 30 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin İsmayıllı şəhəri ünvan 1-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus, İsmayıllı şəhəri S.Mehdiyev küçəsi ev 18 ünvanında yerləşən fərdi yaşayış evinin təmir edilməkdə olan salon hissəsi və otaqlarında baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı evin təmir edilməkdə otaq hissəsindən 01 ədəd 7 litr tutumu olan samovar, 400 metr uzunluğunda, Türkiyə istehsalı olan “Türksan kablo” markalı, elektrik kabelinin oğurlandığı müəyyən edilmişdir. 31 yanvar 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin İsmayıllı şəhər sakini Zərərçəkmiş şəxs6 məxsus, İsmayıllı şəhəri S.Mehdiyev küçəsində yerləşən 18 saylı fərdi yaşayış evinin mətbəx, yataq otağı və saxlanc yeri kimi istifadə edilən otağında baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı evin salon hissəsinə bitişik olan mətbəxin divarında quraşdırılmış 01 ədəd Türkiyə istehsalı olan, “Güven” markalı qara rəngli su qızdırıcı cihazın, 01 ədəd mis kəfkirin, evin yataq otağından hər biri 4 kvadrat metr olmuş xalça və palazın, evin saxlanc yeri kimi istifadə etdiyi otaqdan isə boşqab dəstinin, 01 ədəd ütünün, 01 ədəd elektrikli sərinkeşinin (vintilyator), 01 ədəd elektrikli sac qazanının oğurlandığı müəyyən edilmişdir. 24 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin İsmayıllı şəhər sakini Zərərçəkmiş şəxs5 məxsus, İsmayıllı şəhəri S.Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evinin saxlanc yeri kimi istifadə edilən otağında baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı evin yataq otağının birindən eni 2,5, uzunluğu 3,5 metr, tük və yunun qarışığından olan materialdan olmaqla boz rəngdə 01 ədəd palaz, digər yataq otağından isə eni 1,5, uzunluğu 2 metr, süd rəngli qarışıq rəngdə güllü qədimi yun materialdan və eni 2,5, uzunluğu 3 metr, qədimi bir tərəfi çəhrayı rəngli yun, digər tərəfi qara rəngli tüklü 02 ədəd xalça, 01 ədəd çay dəsti və 01 ədəd yemək dəstinin oğurlandığı müəyyən edilmişdir. 04 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 məxsus, İsmayıllı şəhəri F.Feyzullayev küçəsində yerləşən fərdi yaşayış evinin saxlanc yeri kimi istifadə edilən zirzəmisində baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı evin zirzəmisindən 01 ədəd hamam üçün duş dəsti, 01 ədəd 40 metr uzunluqda elektrik-cərəyan uzadıcısı, 15 metr uzunluqda 02 ədəd elektrik-cərəyanı qoşmaq üçün uzadıcıları, 01 ədəd işıq sayğacı, 01 ədəd ölçü götürülməsi üçün istifadə etdiyim lazer ölçü cihazı, 10 ədəd elektrik cərəyan ayırıcılarının oğurlandığı müəyyən edilmişdir. 21 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin İsmayıllı rayonu Cülyan kənd sakini Zərərçəkmiş şəxs8 məxsus, İsmayıllı rayonu Cülyan kəndində yerləşən fərdi yaşayış evinin təmir edilməkdə olan otağında baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı evin giriş qapısından sağ tərəfdə yerləşən təmir edilməkdə olan otağından bir ədəd topa şəklində olan mis naqilin oğurlandığı müəyyən edilmişdir. 24 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 məxsus, İsmayıllı şəhəri Z.Bünyadov küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən açıq halda olan zal hissəsində baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı evin birinci mərtəbəsində yerləşən açıq halda olan zal hissəsində divara quraşdırılmış vəziyyətdə olan 01 ədəd Türkiyə istehsallı E.C.A markalı kombi hesab edilən su qızdırıcısının oğurlandığı müəyyən edilmişdir. 25 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin İsmayıllı rayonu Topçu kənd sakini Zərərçəkmiş şəxs7 məxsus, İsmayıllı şəhəri R.Behbudov küçəsi ev 25A ünvanında yerləşən fərdi yaşayış evinin təmir edilməkdə olan salon hissəsində baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı evin təmir edilməkdə olan salon hissəsindən 03 ədəd orta həcmli dairəvi formalı topa şəklində və 01 ədəd iri həcmli topa şəklində elektrik naqillərinin oğurlandığı müəyyən edilmişdir. 26 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin Bakı şəhər sakini Zərərçəkmiş şəxs9 məxsus, İsmayıllı şəhər K.Əhmədov küçəsi ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mətbəx hissəsində baş verdiyi müəyyən edilmişdir. Baxış zamanı evin birinci mərtəbəsində yerləşən mətbəx hissəsində, divara quraşdırılmış 01 ədəd “Shivaki” markalı televizorun, həmçinin soyuducunun üzərində olmuş 01 ədəd qızılı rəngli samovarın və 01 ədəd gümüşü rəngli samovarın oğurlandığı müəyyən edilmişdir. 26 fevral 2022-ci il tarixli təqdim edilmiş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşya 01 ədəd üstü ağ rəngli plastik materialdan qulplu, alt hissəsi gümüşü rəngli dəmir metal, üzərində hərəkət edici düyməsi, işıq düyməsi və elektirkə birşəşdirici naqil hissəsi kəsik olan ütü olması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin əşyanı ona İsmayıllı rayon sakini vət. Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evindən oğurladığını bildirmişdir. 27 fevral 2022-ci il tarixli təqdim edilmiş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 təqdim etdiyi əşyalar 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara, yaşıl rəng çalarları qarışığından, təxminən 4 kv metr ölçüdə xalça, 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara, yaşıl, sarı, mavi rəng çalarları qarışığından, təxminən 4 kv metr ölçüdə palaz və 1 ədəd qara rəngli dair əşkilli, elekriklə işləyən qazan tipli sac cihazı olması müəyyən olunmuşdur. Baxışda iştirak edən Şahid2 təqdim etdiyi həmin əşyanı ona İsmayıllı rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 gətirib satdığlarını bildirmişdir. 27 fevral 2022-ci il tarixli təqdim edilmiş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X2 təqdim etdiyi əşyalar 01 ədəd qızılı rəngli, latun materialdan, təxminən 7 litr su tutumu olan samovar olması müəyyən olunmuşdur. Baxışda iştirak edən X6 təqdim etdiyi həmin əşyanı ona İsmayıllı rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 gətirib satdığlarını bildirmişdir. 27 fevral 2022-ci il tarixli təqdim edilmiş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X11 təqdim etdiyi əşyalar 01 ədəd qara rəngli, 82 diaqonallı led ekranlı “Shivaki” markalı televizor, 01 ədəd elektriklə işləyən, ayaqlıq hissəsi plastik, üst hissəsi dəmir torla bağlı və içərisində matoru və pərləri olan sərinkeş və 01 ədəd Türkiyə istehsallı E.C.A markalı, 32 litr su tutumu olan kombi hesab edilən su qızdırıcısı olması müəyyən olunmuşdur. Baxışda iştirak edən X15 təqdim etdiyi həmin əşyaları ona İsmayıllı rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gətirib satdığlarını bildirmişdir. 27 fevral 2022-ci il tarixli təqdim edilmiş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X9 təqdim etdiyi əşyalar 01 ədəd palaz, 01 ədəd mis kəfkir və 01 ədəd gümüşü rəngli samovar olmuşdur. Baxış zamanı 01 ədəd kəfkir təxminən 40-45 sm uzunluqda, qulpu nazik, ağız hissəsi dairəsi və üzərində xırda deşikləri olan, boz rəngli mis materialdan, 01 ədəd samovar gümüşü rəngli, 9l su tutumu olan, təxminən 50-55 sm hündürlükdə, üzəri xrom materialdan gümüşü rəngli və 01 ədəd palaz isə yun materialdan, toxunma, üzərində qırmızı, qara rəng çalarları qarışığından, təxminən 4 kvmetr ölçüdə olması məlum olmuşdur. Baxışda iştirak edən X12 təqdim etdiyi həmin əşyaları ona İsmayıllı rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 satdığını bildirmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 aprel 2022-ci il tarixli 9/2784 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin yanvarfevral aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1950.00 (bir min doqquz yüz əlli) manat, qərarda qeyd edilən tədqiqata təqdim edilməyən malların 2022-ci ilin yanvar-fevral və 2021-ci ilin noyabr-dekabr aylarına olan (istifadə olunmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq) nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3545 (3150 + 395) (üç min beş yüz qırx beş) manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin yanvarfevral aylarına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: 1) 01 ədəd Özbəkistanda istehsal edilmiş, qara rəngli, 82 sm (32 düym) diaqonal led ekranlı “Shivaki” markalı televizor – 180 (bir yüz səksən) manat; 2) 01 ədəd elektriklə işləyən, ayaqlıq hissəsi plastik, üst hissəsi dəmir torla bağlı və içərisində motoru və pərləri olan sərinkeş – 20 (iyirmi) manat; 3) 01 ədəd Türkiyə istehsalı E.C.A. markalı, 32 litr su tutumu olan kombi hesab edilən su qızdırıcısı – 500 (beş yüz) manat; 4) 01 ədəd təxminən 40-45 sm uzunluqda, qulpu nazik, ağız hissəsi dairəvi və üzərində xırda deşiklər olan, boz rəngli mis materialdan kəfkir – 30 (otuz) manat; 5) 01 ədəd 3 litr su tutumu olan, təxminən 50-55 sm hündürlükdə, üzəri xrom materialdan gümüşü rəngli samovar – 150 (bir yüz əlli) manat; 6) 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara rəng çalarları qarışığından təxminən 4 m2 ölçüdə xalça – 100 (bir yüz) manat; 7) 01 ədəd qızılı rəngli, latun materialdan, təxminən 7 litr su tutumu olan samovar – 200 (iki yüz) manat; 8) 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara, yaşıl rəng çalarları qarışığından təxminən 4 m2 ölçüdə xalça – 100 (bir yüz) manat; 9) 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara, yaşıl, sarı, mavi rəng çalarları qarışığından təxminən 4 m2 ölçüdə üç gül xalça – 600 (altı yüz) manat; 10) 01 ədəd qara rəngli dairə şəkilli, elektriklə işləyən qazan tipli sac cihazı – 40 (qırx) manat; 11) 01 ədəd ütü – 30 (otuz) manat. Ekspertiza tədqiqatına təqdim edilməyən malların 2022-ci ilin yanvar-fevral aylarına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: 1) 01 ədəd “Güven” markalı (pitminutka) su qızdırıcı cihaz – 120 (bir yüz iyirmi) manat; 2) 01 ədəd qutuda Türkiyə istehsalı olan boşqab dəsti – 150 (bir yüz əlli) manat; 3) 01 ədəd qutuda təzə vəziyyətdə çay dəsti – 150 (bir yüz əlli) manat; 4) 01 ədəd qutuda təzə vəziyyətdə yemək dəsti – 250 (iki yüz əlli) manat; 5) 01 ədəd hama üçün duş dəsti – 120 (bir yüz iyirmi) manat; 6) 01 ədəd 40 metr uzunluqda elektrik-cərəyan uzadıcısı – 60 (altmış) manat; 7) 02 ədəd hər birinin dəyəri 25 (iyirmi beş) manat olan yeni vəziyyətdə 15 metr uzunluqda elektrik cərəyanı qoşmaq üçün uzadıcı – 50 (əlli) manat; 8) 01 ədəd işıq sayğacı – 15 (on beş) manat; 9) 01 ədəd ölçü götürülməsi üçün istifadə edilən lazer ölçü cihazı – 300 (üç yüz) manat; 10) 10 ədəd hər birinin dəyəri 10 (on) manat olan elektrik cərəyan ayırıcıları – 100 (bir yüz) manat; 11) 03 ədəd hər biri 4 mm ölçülərdə 100 metr uzunluqda hər metrinin dəyəri 0.70 manat olan elektrik naqilləri – 210 (iki yüz on) manat; 12) 3.5 mm ölçüdə 450 metr uzunluqda hər metrinin dəyəri 0.60 manat olan elektrik naqili – 270 (iki yüz yetmiş) manat; 13) 400 metr uzunluqda 4 mm ölçülərdə hər metrinin dəyəri 0.70 manat olan Türkiyə istehsalı “Türksan kablo” markalı elektrik naqili – 280 (iki yüz səksən) manat; 14) 16 mm ölçüdə 50-55 metr uzunluqda hər metrinin dəyəri 10 manat olan mis materildan olan elektrik naqili – 525 (beş yüz iyirmi beş) manat; 15) 01 ədəd palaz – 100 (bir yüz) manat; 16) 01 ədəd xalça – 300 (üç yüz) manat; 17) 01 ədəd gümüşü rəngli, təxminən 7 litr su tutumlu, köhnəlmiş vəziyyətdə olan samovar – 150 (yüz əlli) manat. Ekspertiza tədqiqatına təqdim edilməyən malların 2021-ci ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: 1) 02 ədəd hər birinin dəyəri 100 (bir yüz) manat olan Türkiyə istehsalı preferator – 200 (iki yüz) manat; 2) 01 ədəd Rusiya istehsalı laqonda – 60 (altmış) manat; 3) 01 ədəd Rusiya istehsalı 3 gözlü elektrik paylayıcısı – 20 (iyirmi) manat; 4) 100 metr uzunluqda, 6 mm qalınlıqda hər metrinin dəyəri 0.90 manat olan elektrik kabeli – 90 (doxsan) manat; 50 metr uzunluqda, 2.5 mm qalınlıqda hər metrinin dəyəri 0.50 manat olan elektrik kabeli – 25 (iyirmi beş) manat göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin 26 aprel 2022-ci il tarixli maddi sübut qismində tanınması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşyaya baxış keçirilən zaman götürülmüş, 01 ədəd üstü ağ rəngli plastik materialdan qulplu, alt hissəsi gümüşü rəngli dəmir metal, üzərində hərəkətedici düyməsi, işıq düyməsi və elektirkə birşəşdirici naqil hissəsi kəsik olan ütü, Şahid2 təqdim etdiyi əşyaya baxış keçirilən zaman götürülmüş, 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara, yaşıl rəng çalarları qarışığından, təxminən 4 kv metr ölçüdə xalça, 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara, yaşıl, sarı, mavi rəng çalarları qarışığından, təxminən 4 kv metr ölçüdə palaz və 1 ədəd qara rəngli dair əşkilli, elekriklə işləyən qazan tipli sac cihazı, X2 təqdim etdiyi əşyaya baxış keçirilən zaman götürülmüş, 01 ədəd qızılı rəngli, latun materialdan, təxminən 7 litr su tutumu olan samovar, X11 təqdim etdiyi əşyaya baxış keçirilən zaman götürülmüş, 01 ədəd qara rəngli, 82 diaqonallı led ekranlı “Shivaki” markalı televizor, 01 ədəd elektriklə işləyən, ayaqlıq hissəsi plastik, üst hissəsi dəmir torla bağlı və içərisində matoru və pərləri olan sərinkeş və 01 ədəd Türkiyə istehsallı E.C.A markalı, 32 litr su tutumu olan kombi hesab edilən su qızdırıcısı və X9 təqdim etdiyi əşyaya baxış keçirilən zaman götürülmüş, 01 ədəd təxminən 40-45 sm uzunluqda, qulpu nazik, ağız hissəsi dairəvi və üzərində xırda deşikləri olan mis kəfkir, 01 ədəd 9 litr su tutumu olan, təxminən 50-55 sm hündürlükdə, üzəri xrom materialdan gümüşü rəngli samovar, 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara rəng çalarları qarışığı olan palazdan ibarət əşyalar cinayət işi üzrə maddi subut kimi tanınmış və müvafiq olaraq sahiblərinə təhvil verilmişdir. 05 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. 05 may 2022-ci il tarixli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(037)-20-2020 nömrəli hökmün surətindən, məhkəmənin xx.xx.2021-ci il tarixli 7(037)-48/2021 nömrəli qərarından və İsmayıllı rayon İcra və probasiya şöbəsinin 23 avqust 2022-ci il tarixli 21/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 1(037)-20/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03(üç) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 7(037)-48/2021 nömrəli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 4(037)-15/2022 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçildiyi günədək həmin cəzanı çəkmiş, üzəridə çəkilməmiş 10 (on) ay 07(yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İsmayıllı RİHB-nin Cülyan kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən, cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Bəbirov X7 rayonunun Cülyan kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri R.Bədəlov küçəsi ev 61 ünvanında yaşayır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin Cülyan kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli 02-02- 393/2022 nömrəli məktubdan görünür ki, Bəbirov X7 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. İsmayıllı RİHB-nin Qalagah kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Əsədli X8 rayonunun Qalagah kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ç.Əmrəliyev küçəsi ev 14 ünvanında yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHBnin Qalagah kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli 02-02- 394/2022 nömrəli məktubdan görünür ki, Əsədli X8 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiq tərəfindən tərtib edilmiş “şübhəli şəxs qismində tutulma” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiq tərəfindən tərtib edilmiş “şübhəli şəxs qismində tutulma” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Firidun oğlu 26 fevral 2022-ci il tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2022-ci 4(037)-15/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 28 fevral 2022-ci 4(037)-16/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Firidun oğlu barəsində 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 4(037)-37/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işində bu hal mövcud deyildir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. O cümlədən, məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətini, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Belə ki, zərərçəkmiş şəxslərin ifadələrindən müəyyən edilmişdir ki, onlara dəyən zərərin böyük hissəsini məhz Təqsirləndirilən şəxs1 ödəmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə təqsirləndirilən şəxs Elçin Pirverdiyevin ilk dəfə az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın böyük bir hissəsinin məhz onun təfindən ödənildiyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 02(iki) ay 02 (iki) gün və 28 aprel 2022ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 05(beş) ay 13 (on üç) gün, cəmi 07 (yeddi) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) il 03 (üç) ay ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonunun ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri, R.Bədəlov küçəsi ev 61 ünvanında yerləşən evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham edildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 1(037)-20/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 03(üç) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 07(yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 05 (beş) ay 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və bu cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddələrinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 26 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X10 müəyyən edilməli və hökmün surəti həmin Müəssisəyə göndərilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd yun materialdan toxunma, üzərində qırmızı, qara, yaşıl, sarı, mavi rəng çalarları qarışığından, təxminən 4 kv metr ölçüdə palaz və 1 ədəd qara rəngli dairə şəkilli, elekriklə işləyən qazan tipli sac cihazı, 01 ədəd üstü ağ rəngli plastik materialdan qulplu, alt hissəsi gümüşü rəngli dəmir metal, üzərində hərəkət edici düyməsi, işıq düyməsi və elektirkə birşəşdirici naqil hissəsi kəsik olan ütü, 01 ədəd elektriklə işləyən, ayaqlıq hissəsi plastik, üst hissəsi dəmir torla bağlı və içərisində matoru və pərləri olan sərinkeş və 01 ədəd təxminən 40-45 sm uzunluqda, qulpu nazik, ağız hissəsi dairəsi və üzərində xırda deşikləri olan, boz rəngli mis materialdan olan mis kəfkirin Zərərçəkmiş şəxs6, 01 ədəd Türkiyə istehsallı E.C.A markalı, 32 litr su tutumu olan kombinin Zərərçəkmiş şəxs4, 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara rəng çalarları qarışığından təxminən 4 m2 ölçüdə olan palazın və 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara, yaşıl rəng çalarları qarışığından, təxminən 4 kv metr ölçüdə xalçanın Zərərçəkmiş şəxs5, 01 ədəd qızılı rəngli, latun materialdan, təxminən 7 litr su tutumu olan samovarın və 01 ədəd qara rəngli, 82 diaqonallı led ekranlı “Shivaki” markalı televizorun Zərərçəkmiş şəxs9, 01 ədəd gümüşü rəngli, 9l su tutumu olan, təxminən 50-55 sm hündürlükdə, üzəri xrom materialdan ibarət gümüşü rəngli samovarın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə iclasında həm də müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 1(037)-35/2022 nömrəli qərarı əsasında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 qarşı cinayət hadisəsi nəticəsində vurulmuş maddi zərər olaraq 2000 manat məbləğinin cavabdehdən alınaraq ona verilməsinə dair mülki iddia ərizəsi qəbul edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 mülki iddiaçı, Təqsirləndirilən şəxs1 isə mülki cavabdeh qismində tanınmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs2 verdiyi iddia ərizəsinə 11 sentyabr 2021-ci mil tarixli qaimə əlavə etmiş və həmin qaimədən görünür ki, Zərərçəkmiş şəxs2 müxtəlif növ inşaat materialları ilə yanaşı 5 növdə elektrik naqilləri almışdır. Cinayət işinin materiallarından isə müəyyən olunur ki, onun evindən dəyəri 70 manat təşkil edən 100 metr uzunluğunda, qalınlığı 6 millimetr olan və dəyəri 35 manat təşkil edən 50 metr uzunluğunda, qalınlığı 2,5 millimetr olan iki növdəki elektrik naqilləri oğurlanmışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən 2 növ elektrik naqillərinin oğurlanması müəyyən edilmiş, zərəçəkmiş/mülki iddiaçı isə iddia ərizəsinə əlavə edilmiş qaimə təqdim edərək sözügedən naqillərin 7 növünü tələb edərək, ümumi ziyanın 2000 manat olmasını qeyd etmişdir. Eyni zamanda iddia ərizəsinə sözügedən elektrik naqillərinin hansılar olması və məhz hansılarının təqsirləndirilən şəxslər tərəfindən cinayət nəticəsində kəsilərək ziyan vurulması göstərilməmişdir. Belə olan halda, sözügedən mülki iddia tələbinin əlavə araşdırma zərurəti yarandığından hazırki cinayət işi ilə birlikdə baxılması məqsədmüvafiq deyildir. Ona görə də zərçəkmiş şəxsə hazırki iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmə hüququ izah edilməklə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.2.1 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Firidun oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 02(iki) ay 02 (iki) gün və 28 aprel 2022ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 05(beş) ay 13 (on üç) gün, cəmi 07 (yeddi) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) il 03 (üç) ay ona təyin edilən 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonunun ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri, R.Bədəlov küçəsi ev 61 ünvanında yerləşən evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Firidun oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İsmayıllı Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 1(037)-20/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Firidun oğluna təyin edilmiş 03(üç) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 07(yeddi) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 05 (beş) ay 03 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və bu cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddələrinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 Firidun oğluna qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Firidun oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 Firidun oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 26 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Firidun oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 Firidun oğlunun həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X10 müəyyən edilsin və hökmün surəti həmin Müəssisəyə göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd yun materialdan toxunma, üzərində qırmızı, qara, yaşıl, sarı, mavi rəng çalarları qarışığından, təxminən 4 kv metr ölçüdə palaz və 1 ədəd qara rəngli dairə şəkilli, elekriklə işləyən qazan tipli sac cihazı, 01 ədəd üstü ağ rəngli plastik materialdan qulplu, alt hissəsi gümüşü rəngli dəmir metal, üzərində hərəkət edici düyməsi, işıq düyməsi və elektirkə birşəşdirici naqil hissəsi kəsik olan ütü, 01 ədəd elektriklə işləyən, ayaqlıq hissəsi plastik, üst hissəsi dəmir torla bağlı və içərisində matoru və pərləri olan sərinkeş və 01 ədəd təxminən 40-45 sm uzunluqda, qulpu nazik, ağız hissəsi dairəsi və üzərində xırda deşikləri olan, boz rəngli mis materialdan olan mis kəfkirin Zərərçəkmiş şəxs6, 01 ədəd Türkiyə istehsallı E.C.A markalı, 32 litr su tutumu olan kombinin Zərərçəkmiş şəxs4, 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara rəng çalarları qarışığından təxminən 4 m2 ölçüdə olan palazın və 01 ədəd yun materialdan, toxunma, üzərində qırmızı, qara, yaşıl rəng çalarları qarışığından, təxminən 4 kv metr ölçüdə xalçanın Zərərçəkmiş şəxs5, 01 ədəd qızılı rəngli, latun materialdan, təxminən 7 litr su tutumu olan samovarın və 01 ədəd qara rəngli, 82 diaqonallı led ekranlı “Shivaki” markalı televizorun Zərərçəkmiş şəxs9, 01 ədəd gümüşü rəngli, 9l su tutumu olan, təxminən 50-55 sm hündürlükdə, üzəri xrom materialdan ibarət gümüşü rəngli samovarın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Firidun oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı 2000 (iki min) manat məbləğində pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 Firidun oğlu isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-35/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-35/2022
11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver