Məhkəmə qərarları › İş №1(037)-35/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-35/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-35/2023 18.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X8 və nümayəndəsi Nümayəndə iştirakı ilə 18 iyul 2023-cü il tarixdə saat 11:58-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1999-cu ildə İsmayıllı rayonun Vaşa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 26A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 18 radələrində BD seriyalı 953317 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, "xxxx" MMC-yə məxsus mexaniki nəqliyyat vasitəsi olan “Toyota Corolla minik” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı sedan tipli avtomobillə İsmayıllı şəhərinin H.Əliyev prospektində quru vəziyyətdə olan asfaltbeton yolda İsmayıllı şəhərinin “Kolxoz bazarı” istiqamətində hərəkətdə olarkən, yolun “Oba marketin” qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücünün hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair və həmin maddənin 2-ci hissəsinin 1-ci bəndinin nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yolun zəif işıqlandırılması şəraitində, yaşayış məntəqəsi daxilində “Toyota Corolla minik” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsi daxilində təqribən saatda 70-80 kilometr sürətlə idarə edib yol hərəkəti qaydalarını pozmuş və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməyərək idarəetməni itirib yolu piyada keçən Zərərçəkmiş şəxs yolun özünə aid hərəkət hissəsində avtomobilin qabaq tərəfi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş-beyin maddəsinin əzilib dağılması, başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına, beyin toxumasına və beyin kötüyünə geniş qansızmalar, ənsə sümüyünün açıq qəlpəli sınığı, təpə və kəllə əsası sümüyünün xətti sınığı, sağ qamış sümüyünün açıq qəlpəli sınığı, sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı, başın və sağ qulaq seyvanının əzilmiş yaraları, başın və bədənin sıyrıqları, sağ bazunun və sağ baldırın qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq, almış olduğu travma nəticəsində beyin toxumasının əzilib dağılması və baş-beyin toxumasına geniş qansızmalardan hadisə yerində ölməsinə, habelə hadisə nəticəsində “Toyota Corolla minik” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə "xxxx" MMC-yə 550 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmədiyi üçün 20 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində yerləşən "xxxx" MMC-dən 1 aylıq müddətində etibarnamə ilə tünd boz rəngli “Toyota Corolla” markalı Az **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşını götürməklə taksi fəaliyyəti ilə məşğul olaraq dolanmağa çalışmışdır. Hər gün şirkətə pul keçirmiş, 19 noyabr 2022-ci il tarixdə də eyni qaydada Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş, günortadan sonra şəxsi işləri ilə bağlı İsmayıllı rayonuna gəlmişdir. Saat 18:19-da İsmayıllı şəhəri H.Əliyev prospektində Kolxoz bazarı istiqamətində idarəsindəki avtomaşınla təxminən 70-80 km/s sürətlə hərəkət etmişdir. “Oba market” adlanan marketin qarşısından Kolxoz bazarı istiqamətində hərəkətini davam etdirmiş, yol işıqlandırılmadığından qaranlıq vəziyyətdə olmuşdur. Avtomaşının yaxın işıqlarını yandırıb hərəkətini davam etdirmiş, təhlükəsizlik kəməri də taxılı vəziyyətdə olmuşdur. Qəflətən qarşısına yaxınlıqdakı piyada keçidindən keçməyən, sonradan adının Mərdan olduğunu bildiyi şəxs çıxmış və o, Zərərçəkmiş şəxs öz hərəkət hissəsində vurmuşdur. Həmin şəxs avtomaşınının qabaq kapotunun üzərində təxminən 25-30 metr məsafə qət etmiş və daha sonra həmin şəxs yerə çırpılmasın deyə sürətini azaldıb avtomaşını saxlamışdır. Həmin şəxsin xəsarəti çox ciddi olmuş, o Zərərçəkmiş şəxs kömək göstərmək istəmiş, kənardan da tanımadığı bir neçə şəxs hadisə yerinə gəlmişlər. Zərərçəkmiş şəxs hadisə yerinə TTY avtomaşını gələnə qədər vəfat etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşları ilə İsmayıllı RPŞ-nə gəlmişdir. Hadisə vaxtı spirtli içki qəbul etməmiş, avtomaşına aid sənədləri qaydasında olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Hadisə baş verən zaman avtomaşınında tək olmuş, digər sərnişin və yük olmamışdır. Avtomaşını texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı qarşısına hər hansı başqa bir maneə və ya avtomaşın çıxmamış, baş vermiş hadisə digər şəxslərin hərəkətinə maneə olmamışdır. Qəza zamanı özü hər hansı bədən xəsarəti almamışdır. O, barəsində olan cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı dəfələrlə zərərçəkmiş tərəflə barışıq əldə etməyə, vurulmuş maddi ziyanı qismən də olsa ödəməyə çalışmış, lakin zərərçəkmiş tərəf qəti olaraq onun barışıq təkliflərini rədd etmişdir. Məhkəmə istintaqı zamanı ona qarşı verilmiş mülki iddia tələbini qəbul etmir. Belə ki, zərərçəkmiş tərəfin ona qarşı qaldırdığı iddia tələbində göstərilmiş məbləği ödəmək onun maddi imkanları xaricindədir. O, birinci dəfə az ağır cinayət törətmişdir, törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Ülkər Əhmədova ifadə verərək göstərdi ki, o, 2008-ci ildə mərhum Zərərçəkmiş şəxs ilə rəsmi ailə həyatı qurmuşdur. Bu nikahdan iki övladı anadan olmuşdur. Qızı Sevginin 13 yaşı, oğlu Nicatın isə 6 yaşı vardır. 19 noyabr 2022-ci il tarixdə əri Zərərçəkmiş şəxs həmin tarixdə İsmayıllı şəhərində “Qala palace” adlanan şadlıq sarayında keçiriləcək toy məclisində iştirak etmək üçün gəlmiş və həmin məclisdə iştirak etmişdir. Özü isə uşaqları ilə birlikdə Bakı şəhərində olmuşdur. Saat 20 radələrində yaşadığı evdə olarkən ona qohumlarından biri zəng edərək Mərdanı maşın vurması nəticəsində ağır yaralandığını və təcili olaraq İsmayıllı rayonuna gəlməyini bildirmişdir. O, atası ilə birlikdə Bakı şəhərindən yola çıxaraq İsmayıllı rayonuna gəlmiş və çatdıqda əri Mərdanın artıq dünyasını dəyişdiyini bilmişdir. Bu hadisədən sonra çox ağır mənəvi sarsıntı keçirmişdir. Əri Mərdan nəinki yaxşı bir ailə başçısı, həmçinin ehtityatda olan yüksək ixtisaslı bir hərbiçi olmuşdur. Onun itkisi cəmiyyət üçün də əvəzolunmaz bir itki olmuşdur. O, heç bir halda barışmaq istəmir, hadisənin baş verməsinə səbəb “Toyota Corolla” markalı Az **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs son dərəcədə səhlənkarlığı olmuşdur. Ona görə də təqsirləndirilən tərəfdən ona olunmuş bütün barışıq təkliflərini rədd edir. Ona maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə ifadəsində Ülkər Əhmədovanın ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi və əlavə olaraq göstərdi ki, məhkəmə istintaqının gedişində cavabdeh Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Zərərçəkmiş şəxs ölümü ilə əlaqədar (dəfni, yas mərasimlərinin keçirilməsi və məzarüstü abidəsinin ucaldılması ilə bağlı) 23.700 (iyirmi üç min yeddi yüz) manat, Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən mərhum Zərərçəkmiş şəxs ölümündən sonra aktiv kreditlərinin cəmi məbləğini təşkil edən 6960.36 (altı min doqquz yüz altmış manat otuz altı qəpik) məbləği, uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik (18) yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə yaşayış minimumu həddində ( bir uşağa görə 220 manat), cəmi 440 (dörd yüz qırx) manat və mənəvi zərərə görə 1.000.000 ( bir milyon) manat məbləğində vəsaitin cavabdehlər Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə mülki iddia vermiş və həmin iddianın təmin edilməsini xahiş edir. Belə lki, mülki iddia ilə bağlı ilkin sübutlar məhkəməyə təqdim edilmiş, dəfn xərcləri ilə bağlı şəkilmiş xərclər isə əvvəlcədən planlaşdırılmadığı üçün dəqiq məblğ müəyyən etmək mümkün deyildir. Belə ki, ölən şəxsin cəmiyyətdə nüfuz sahibi olması onun dəfnində və yas mərasimlərində xeyli sayda şəxslərin iştirak etməsi bir daha sübut edir ki, yas mərasimlərinə böyük məbləğdə xərc çəkilmişdir. Ona görə də mülki iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cinayət işi üzrə mülki cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 ifadə verərək göstərdi ki, "xxxx" MMC-nin hüquqşünası vəzifəsində işləyir. Hazırda o, səlahiyyətli nümayəndəsi olaraq MMC-ni təmsil edir. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə "xxxx" MMC lizinq müqaviləsi bağlayaraq “Toyota Corolla” markalı Az **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşın götürmüş və həmin avtomaşını etibarnamə ilə idarə etmişdir. 21 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin avtomaşınla İsmayıllı şəhərinin H.Əliyev prospektində piyada Zərərçəkmiş şəxs vurması və nəticəsində sonuncunun aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişdiyi ona məlum olmuşdur. Məhkəmə istintaqının gedişində zərərçəkmiş şəxsin hüquqi varisi Ülkər Əhmədova cavabdeh Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Zərərçəkmiş şəxs ölümü ilə əlaqədar (dəfni, yas mərasimlərinin keçirilməsi və məzarüstü abidəsinin ucaldılması ilə bağlı) 23.700 (iyirmi üç min yeddi yüz) manat, Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən mərhum Zərərçəkmiş şəxs ölümündən sonra aktiv kreditlərinin cəmi məbləğini təşkil edən 6960.36 (altı min doqquz yüz altmış manat otuz altı qəpik) məbləği, uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik (18) yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə yaşayış minimumu həddində ( bir uşağa görə 220 manat), cəmi 440 (dörd yüz qırx) manat və mənəvi zərərə görə 1.000.000 ( bir milyon) manat məbləğində vəsaitin cavabdehlər Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə mülki iddia vermişdir. O, "xxxx" MMC-nin nümayəndəsi olaraq iddianın onlara qarşı olan hissəsini qəbul etmir. Belə ki, hadisənin baş verməsində "xxxx" MMC heç bir hüquqi məsuliyyət daşımır. MMC-nin Toyota Corolla” markalı Az **- AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla əlaqədar Təqsirləndirilən şəxslə 20 oktyabr 2022-ci il tarixdə bağladığı lizinq müqaviləsi rəsmi müqavilə olmuş və sonuncu həmin avtomaşını etibarnamə ilə idarə etmişdir. Ona görə də mülki iddianın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı olan hissəsinin rədd edilməsini xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun oğlu olmuşdur. 19 noyabr 2022-ci il tarixdə yaşadığı evdə olmuş, axşam saat 20 radələrində adını xatırlamadığı bir şəxs ona zəng edərək oğlu Mərdanın qəzaya düşməsini demişdir. Belə ki, oğlunun İsmayıllı şəhərində toy məclisinə gəlməsindən məlumatlı olmuşdur. Xəbəri eşitdikdən az sonra hadisə yerinə gəlmişdir. Hadisə yerinə çatanda İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı Az **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla oğlu Mərdanı vurmasını, nəticəsində oğlunun aldığı bədən xəsarətlərindən vəfat etməsini bilmişdir. Təqsirləndirilən şəxs və qohumları tərəfindən dəymiş ziyanın ödənilməsi və ya aradan qaldırılması istiqamətində heç bir iş görülməmişdir. Şahid1 ifadə verərək göstərdi ki, 19 noyabr 2022-ci il tarixdə saat 13 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Qala palace” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmişdir. Məclisdə qohumu Zərərçəkmiş şəxs görmüş və onunla görüşmüşdür. Həmin günü saat 18 radələrində məclisdən çıxaraq İsmayıllı şəhəri H.Əliyev prospekti ilə Kolxoz bazarı istiqamətində yolun sağındakı səki ilə piyada yaşadığı evə tərəf getməyə başlamışdır. Bu zaman hava ala-qaranlıq olmuş, o, yol gedə-gedə mobil telefonla danışmışdır. Səkinin sağında yerləşən “Oba” marketin qarşısına çatmış, həmin vaxt ətrafda özündən başqa heç kim olmamışdır. Telefonla danışa danışa hərəkətini davam etdirmiş, bu zaman qəflətən iki maşının bir-biri ilə toqquşma səsini eşitmişdir. Səsdən elə başa düşmüşdür ki, iki maşın bir-biri ilə toqquşmuşdur. Lakin yola baxdıqda görmüşdür ki, bir avtomaşın bir nəfər piyadanı vurub üzərində bir qədər daşımaqla sonda yerə atmışdır. Həmin yerə yaxınlaşdıqda isə “Toyota Corolla” markalı Az **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşının bir nəfər piyadanı vurmasını və həmin şəxsin sifətinin qan olmasını görmüşdür. Yaralının vəziyyəti çox ağır olmuşdur. “Toyota Corolla” markalı avtomaşın hadisə zamanı çox sürətlə hərəkət etmiş, sürəti isə təxminən 110-120 km olmuşdur. Vurulmuş şəxsi ilk olaraq sifəti qan olduğu üçün tanımasa da az sonra hadisə yerinə başqa şəxslər gəlmiş və bu zaman ona məlum olmuşdur ki, vurulan şəxs qohumu Zərərçəkmiş şəxsdur. Kimsə TTY-a zəng vurmuşdur. Az müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Qohumu Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri İsmayıllı şəhəri Heydər Əliyev prospektində “Oba market” adlanan marketin yaxınlığıdır və baxış məlum yerdə Kolxoz bazarı istiqamətində keçirilmişdir. Hadisə yeri quru vəziyyətdə və asfaltbeton yolun kənarında işıq dirəkləri olsa da işıqlandırma olmamışdır. Hadisə baş vermiş yolun eni 16 metr olmaqla, qoşa düz xətt hərəkət hissəsini ikiyə bölmüşdür. Bir hərəkət hissəsinin eni 8 metrdir. Yol düz ağ qoşa xətlə ayrılmaqla hər iki tərəfə hərəkət nəzərdə tutulmuşdur. Yolun sağında yerləşən piyada keçidi nişanından 11 metr məsafədə “Oba market” adlanan market vardır. Hadisə yerində olan tünd boz rəngli “Toyota Corolla” markalı Az **-AF-*** dövlət qeydiyyat nişanlı minik avtomaşını yolun sağ hərəkət hissəsində Kolxoz bazarı istiqamətində dayanmışdır. Avtomaşının Kolxoz bazarı istiqamətində hərəkət etdiyini nəzərə alaraq piyadanı vurma yerinin avtomaşının qırıntı hissəsi olan 2 rəqəmi ilə işarələnmiş yer olması müəyyən edilmişdir. Vurulma yeri yolun sağ hərəkət hissəsində yerləşmişdir. Sürücünün hərəkəti üçün təhlükə piyadanın onun görünüş dairəsinə düşdüyü andan yaranmış, həmin andan vurulmaya kimi piyada çəpinə 8,55 metr məsafə qət etmişdir. Baxış zamanı baş inspektor kriminalist tərəfindən asfalt örtükdən 2 ədəd, avtomaşının damından 1 ədəd qanabənzər nümünə, eləcə də asfalt örtükdən avtomaşına aid boya hissələri və 2 ədəd fara qırıqları müvafiq qaydada götürülüb qablaşdırılmışdır. Baxış zamanı yaxınlıqda yerləşən Oba marketin müşahidə kamerasının olması nəzərə alınaraq marketin müşahidə kamerasında baxış keçirilmiş və baxış zamanı sözügedən hadisənin videogörüntüsü 1 ədəd CD diskdə götürülüb baxış protokoluna əlavə edilmişdir. Müşahidə kamerasına əsasən “Toyota Corolla” markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomaşının yaxın işıqda yanmaqla yüksək sürətlə (təxminən 110-120 km/s) hərəkət edərək Oba market tərəfə yolu keçən ağ rəng paltarı-köynəyi cüzi hiss olunan piyada Zərərçəkmiş şəxs vurub qabaq kapotun üzərində dayanmadan və yavaşlamadan eyni sürətlə aparması müşahidə olunmuşdur. Avtomaşına baxış keçirilməsi haqqında 29 noyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs idarəsində olmuş avtomaşının markası “Toyota Corolla”dır, tünd boz rənglidir, dövlət qeydiyyat nişanı AZ ** AF ***-dir və avtomaşını etibarnamə əsasında idarə etdiyi üçün nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olmamışdır. Baxış zamanı avtomaşının sol qabaq farasında, alın şüşəsində və həmin yerlərə yaxın yerlərində əzilmələr müşahidə olunmuşdur. Sol yan güzgüsü isə olmamışdır. Avtomaşına baxış zamanı üzərində qanabənzər ləkələr müşahidə olunmuş və avtomaşının tormoz əyləc sistemi işlək vəziyyətdə aşkar edilmişdir. Diskə baxış keçirilməsi haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntüdə yolu digər tərəfə keçən şəxs və səkinin üzərində hərəkət edən şəxs Zərərçəkmiş şəxs deyildir. Belə ki, Zərərçəkmiş şəxs videogörüntüdə yolu Oba market tərəfə keçmək istəyən şəxsdir və onun videogörüntüdə yalnız ağ rəngli köynəyinin xırda bir hissəsi görünür. Mərhum Zərərçəkmiş şəxs yolu keçmək istəyərkən İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən yüksək sürətlə idarə olunan Toyota Corolla markalı Az **-AF-*** dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən vurularaq öldürülmüşdür. Videogörüntü saat 18:19:42-dən saat 18:19:52-dək olan müddət ərzində, yəni 10 saniyə müddətində baş vermişdir. Baxış zamanı Şahid2 mərhum oğlunun əynində göy rəngli pencək, üzərində qara rəngli boylama xətləri olan ağ rəngli köynək, ağ rəngli mayka, belində qara rəngli kəmərlə göy rəngli şalvar, ağ rəngli tursik və qara rəngli corablar olmasını qeyd etmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 İsmayıllı rayon şöbəsindən alınmış meyitin məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2022-ci il tarixli 31 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - baş beyin maddəsinin əzilib dağılması, başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına, beyin toxumasına və beyin kötüyünə geniş qansızmalar, ənsə sümüyünün açıq qəlpəli sınığı, təpə və kəllə əsası sümüyünün xətti sınığı, sağ qamış sümüyünün açıq qəlpəli sınığı, sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı, başın və sağ qulaq seyvanının əzilmiş yaraları, başın və bədənin sıyrıqları, sağ bazunun və sağ baldırın qançırları, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 19112022-ci il tarixdə və şəraitdə, yəni həeəkətdə olan olan avtomaşının qabarıq hissələrinə dəyməsi nəticəsində Zərərçəkmiş şəxs əmələ gələ bilərdi, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vurmanın əlamətlərinə malikdirlər, həyatidir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir.

2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu travma nəticəsində beyin toxumasının əzilib dağılması və baş beyin toxumasına geniş qansızmalar olmuşdur.

3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-3 saat əvvəl baş vermişdir.

4. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı – 0,7%-dir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X7 X11 İsmayıllı rayon şöbəsindən alınmış canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 22 noyabr 2022-ci il tarixli 619 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində, eləcə də başında xəsarətin hər hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 19 yanvar 2023-cü il tarixli 8/3668 nömrəli rəyindən görünür ki, Toyota Corolla markalı 77AF932 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddənin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən ekspertiza yolu ilə nəqliyyat vasitəsinin hərəkət sürəti hadisə yerində qalan tormoz izinə əsasən müəyyən edilir. Qərardan və yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan belə məlum olur ki, hadisə yerində nəqliyyat vasitəsinə məxsus tormoz izi aşkar edilməmişdir. Ona görə də Toyota Corolla markalı 77AF932 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyadaların hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Əlavə təyin olunaraq keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizasının 27 mart 2023-cü il tarixli 8/669 nömrəli rəyindən görünür ki, Toyota Corolla markalı 77AF932 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddənin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. 02 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə 19 noyabr 2022-ci il tarixli 479 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman - 19 noyabr 2022-ci il tarixdə saat 18:35-də ayıq olmuşdur. Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək etibarlılıq müddəti olan B1, B, C1, C kateqoriyalı, BD seriyalı 953317 nömrəli sürücülük vəsiqəsi vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, xx.xx.2023-cü il tarixdə qüvvədə olan etibarnamənin surətindən görünür ki, Toyota Corolla markalı 77AF932 dövlət qeydiyyat nişanlı avtomobil sürücü Təqsirləndirilən şəxs yalnız idarə etmək hüququ verilməklə etibar edilmişdir. İsmayıllı rayon Polis şöbəsinin X16 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Baş DYP MİS-in məlumatına əsasən Təqsirləndirilən şəxs adına B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. Son 1 il ərzində sonuncunun yol hərəkəti qaydaları əleyhinə olan hər hansı qayda pozmasına dair heç bir məlumat yoxdur. “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PNŞ/647-2-2022-519 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X15 Poliklinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetlərdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqında 08 yanvar 2023-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Toyota Corolla minik” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin H.Əliyev prospektində İsmayıllı şəhərinin “Kolxoz bazarı” istiqamətində hərəkətdə olarkən törətdiyi hadisəni ifadəsinə uyğun olaraq yerində göstərir. Müstəntiqin maddi sübut kimi tanınma haqqında 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə “Toyota Corolla minik” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılması üçün qanuni sahibinə təhvil verilmişdir. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 04 fevral 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 25 noyabr 2022-ci il tarixli 4333 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 26A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, ailə tərkibi özündən, anası X2, 1998 və 2002-cı il təvəllüdlü qardaşları Vüqar və Muraddan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs CM-nin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsinə də münasibət bildirərək qeyd edir ki, onun törətdiyi əməlin ictimai təhlükəliliyi hazırki vəziyyətdə sözügedən maddələrin tətbiqini istisna etməklə bunun üçün əsaslar da mövcud deyildir. Belə ki, istər müstəsna hallar, istərsə də təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasınının mümkünlüyü məsələsini müzakirə edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 müəyyən edilməli və qərarın surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan “Toyota Corolla” markalı Az77AF932 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 170 (bir yüz yetmiş) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iclasında həm də müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 1(037)-35/2023 nömrəli qərarı əsasında zərərçəkmiş şəxsin hüquqi varisi Ülkər Əhmədovanın cavabdehlər Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Zərərçəkmiş şəxs ölümü ilə əlaqədar (dəfni, yas mərasimlərinin keçirilməsi və məzarüstü abidəsinin ucaldılması ilə bağlı) 23.700 (iyirmi üç min yeddi yüz) manat, Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən mərhum Zərərçəkmiş şəxs ölümündən sonra aktiv kreditlərinin cəmi məbləğini təşkil edən 6960.36 (altı min doqquz yüz altmış manat otuz altı qəpik) məbləği, uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik (18) yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə yaşayış minimumu həddində ( bir uşağa görə 220 manat), cəmi 440 (dörd yüz qırx) manat və mənəvi zərərə görə 1.000.000 ( bir milyon) manat məbləğində vəsaitin cavabdehlər Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə mülki iddia ərizəsi qəbul edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Ülkər Əhmədova mülki iddiaçı, Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə mülki cavabdehlər qismində tanınmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Ülkər Əhmədova iddia ərizəsinə ərizədə göstərdiyi xüsusatlarla əlaqədar müəyyən sənədləri əlavə etmiş, lakin əri Zərərçəkmiş şəxs ölümü ilə əlaqədar (dəfni, yas mərasimlərinin keçirilməsi və məzarüstü abidəsinin ucaldılması ilə bağlı) 23.700 (iyirmi üç min yeddi yüz) manat, Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən mərhum Zərərçəkmiş şəxs ölümündən sonra aktiv kreditlərinin cəmi məbləğini təşkil edən 6960.36 (altı min doqquz yüz altmış manat otuz altı qəpik) məbləği, uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik (18) yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə yaşayış minimumu həddində ( bir uşağa görə 220 manat), cəmi 440 (dörd yüz qırx) manat və mənəvi zərərə 1.000.000 ( bir milyon) manat tələblərinə dair mötəbər sübutlar əlavə etməmişdir. Belə olan halda, sözügedən mülki iddia tələbinin əlavə araşdırma zərurəti yarandığından hazırki cinayət işi ilə birlikdə baxılması məqsədmüvafiq deyildir. Ona görə də zərçəkmiş şəxsin hüquqi varisinə hazırki iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmə hüququ izah edilməklə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351-353, 356, 358, 384-385–ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5(beş) il 1(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 18 iyul 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 müəyyən edilsin. İş üzrə ekspertiza xərci olan 170 (bir yüz yetmiş) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan “Toyota Corolla” markalı Az77AF932 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 cavabdehlər Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Zərərçəkmiş şəxs ölümü ilə əlaqədar (dəfni, yas mərasimlərinin keçirilməsi və məzarüstü abidəsinin ucaldılması ilə bağlı) 23.700 (iyirmi üç min yeddi yüz) manat, Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən mərhum Zərərçəkmiş şəxs ölümündən sonra aktiv kreditlərinin cəmi məbləğini təşkil edən 6960.36 (altı min doqquz yüz altmış manat otuz altı qəpik) məbləği, uşaqları – xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik (18) yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə yaşayış minimumu həddində ( bir uşağa görə 220 manat), cəmi 440 (dörd yüz qırx) manat və mənəvi zərərə görə 1.000.000 ( bir milyon) manat məbləğində vəsaitin cavabdehlər Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar