Məhkəmə qərarları › İş №1(037)-35/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-35/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-35/2024 30.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 30 iyul 2024-cü il tarixdə saat 16:17-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1953-cü ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonun Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edib özündə saxlamış, 2024-ci ilin aprel ayının ortalarında, dəqiq tarixi müəyyən edilməyən gündə İsmayıllı şəhərində (keçmiş Mican kəndi) yaşadığı evin həyətindəki 1 metr enində, 1 metr uzunluqda torpaq sahəsini kol-kosdan təzmiləyib əkin üçün yararlı vəziyyətə gətirərək torpaq sahəsində 7 (yeddi) ədəd çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 7 (yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə kultivasiya etmiş, 02 may 2024-cü il tarixdə saat 16 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2,31 qram təşkil edən ümumilikdə 7 (yeddi) ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İsmayıllı rayonunun Mican kəndində yaşayır. Təxminən 10-15 ildir ki, ara-sıra narkotik vasitə olan marixuanadan istifadə edir. 2024-cü ilin aprel ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə yaşadığı İsmayıllı rayonunun Mican kəndi ərazisi ilə yaşadığı evə gələrkən asvalt üzərində 1 ədəd gümüşü rəngli kağız bükümü götürüb baxdıqda içərisində çətənə bitkisinin toxumlarının olduğunu görmüş və həmin bükümü şalvarının cibinə qoyub yaşadığı evə gəlmişdir. Ailə üzvlərinə çətənə bitkisinin toxumunu tapmağı barədə heç nə deməmişdir. Şəxsi istifadəsi üçün çətənə bitkisi əkib marixuana əldə etmək üçün 2024-cü ilin aprel ayının ortalarında yaşadığı evin həyətyanı sahəsində kiçik hissəni kol-kosdan təzmiləmiş və torpağı belləmişdir. Həmin yerdə bir-birinə yaxın məsafədə 7 ədəd çətənə bitkisinin toxumunu əkmiş, bitkilərə gübrə verərək vaxtaşırı sulamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı ev istiqamətində gələrkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkməyi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat-axtarış tədbiri qərarının qəbul edildiyini bildirib onu həmin qərarla tanış etmişlər və həyətyanı sahəyə baxış keçirəcəklərini bildirib hər hansı etirazının olub-olmamasını soruşduqda o, evinin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində hər hansı narkotik tərkibli çətənə bitkisi və dövriyyəsi qanunla qadağan edilmiş əşya vardırsa könüllü surətdə təqdim etməyini bildirdikdə o, polis əməkdaşlarına həyətyanı sahəsində çətənə bitkisini toxumlarını əkdiyini, əkib-becərdiyi çətənə bitkisinin şitillərini könüllü surətdə təqdim edə biləcəyini bildirmişdir. Polis əməkdaşları ona hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə baxış keçiriləcəyini bildirdikdə o, heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı həyətdə evin qarşısında 7 ədəd çətənə bitksinin şitilini polis əməkdaşlarına göstərib özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Baxış zamanı həmin çətənə bitkisinin şitilləri torpaqdan çıxarılıb ölçüldükdə 8 sm-dən 12 sm-dək müxtəlif hündürlükdə olması müəyyən edilmiş, bundan sonra həmin bitki şitilləri 1 ədəd zərfdə qablaşdırılıb üzəri onun və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həyətyanı sahənin digər hissələrinə baxış keçirilsə də hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində müdafiə hüquqları izah edildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına hüquqlarının müdafiə olıunmasını xahiş etmiş, təqdim edilmiş vəkillərin siyahısından vəkili seçmiş və qısa müddət sonra həmin vəkil ona təqdim edilmişdir. Həmin gün saat 18 radələrində şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları ona hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da heç bir etiraz etməmiş, onun, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. O bir daha qeyd edir ki, narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkmiş, satış məqsədi olmamışdır. Narkotik tərkibli bitkiləri əkdiyini, ümumiyyətlə həmin vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də qeyd etdikləri nəzərə alınaraq ona həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonunun Mican kənd sakini Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun Mican kəndində yerləşən evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmiş, şöbə rəhbərliyi tərəfindən əməliyyat-təhqiqat qrupu yaradılmış, qrupun tərkibinə digər polis əməkdaşları kimi o da daxil edilmişdir. Həmin gün saat 16 radələrində onlar və mütəxəssis qismində cəlb edilmiş İsmayıllı rayon X12 Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində çalışan X4 ilə birlikdə İsmayıllı rayonunun Mican kəndində Fərman Mürsəliyevi görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. X10 yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisi əkməyi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyat-axtarış tədbiri qərarının qəbul edildiyini bildirib onu həmin qərarla tanış etmiş və həyətyanı sahəyə baxış keçirəcəklərini bildirib hər hansı etirazının olub-olmamasını soruşduqda Fərman, evinin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində hər hansı narkotik tərkibli çətənə bitkisi və dövriyyəsi qanunla qadağan edilmiş əşya vardırsa könüllü surətdə təqdim etməyini bildirdikdə o, polis əməkdaşlarına həyətyanı sahəsində çətənə bitkisini toxumlarını əkdiyini, əkib-becərdiyi çətənə bitkisinin şitillərini könüllü surətdə təqdim edə biləcəyini bildirmiş, onlar Fərmana hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə baxış keçiriləcəyini bildirdikdə sonuncu, heç bir etirazının olmadığını bildirmiş, baxış zamanı həyətdə evin qarşısında 7 ədəd çətənə bitksinin şitilini bizə göstərib özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Baxış zamanı həmin çətənə bitkisinin şitilləri torpaqdan çıxarılıb ölçüldükdə 8 sm-dən 12 sm-dək müxtəlif hündürlükdə olması müəyyən edilmiş, bundan sonra həmin bitki şitilləri 1 ədəd zərfdə qablaşdırılıb üzəri onun və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həyətyanı sahənin digər hissələrinə baxış keçirilsə də hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Fərman onlarla birlikdə polis şöbəsinə gəlmiş və polis şöbəsində müdafiə hüquqları izah edildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına hüquqlarının müdafiə olıunmasını xahiş etmiş, təqdim edilmiş vəkillərin siyahısından vəkili seçmiş və qısa müddət sonra həmin vəkil ona təqdim edilmişdir. Həmin gün saat 18 radələrində şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Onlar Fərmana hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, sonuncu heç bir etiraz etməmiş, Fərmanın və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Üzürlü səbəblərdən, yəni xidməti fəaliyyəti ilə bağlı uzunmüddətli ezamiyyətdə olduğu üçün məhkəmə baxışı iclasına gələ bilməmiş X3nun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan edilmişdir. X3 ibtidai istintaqa verdiyi ifadəsində X7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Həyətyanı sahəyə baxış keçirilməsi” 02 may 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun Mican kəndində yerləşən evinin həyətindən 7 ədəd çətənə bitkisinin şitilləri aşkar edilmiş, həmin 7 ədəd çətənə bitkisinin şitili torpaqdan çıxarılaraq kağız zərfə qoyulub üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 03 may 2024-cü il tarixli 3-16-16/2-17/417 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “xx.xx.2024-cü il tarixdə İsmayıllı şəhəri (keçmiş Mican kəndi) sakini Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş 7 ədəd çətənə bitkisinə bənzər bitki şitilləri.” Yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, uzunluqları 8sm-dən 12sm-dək, yaş halda ümumi çəkiləri- 2,31 qram olan 07 (yeddi) ədəd bitki şitilləri əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Baş məsləhətçi Rəşid Zülfüqarlının 02 may 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli 1077 nömrəli rəyindən görünür ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Yaşı 65-dən yuxarı olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təmiz çəkisi 2,31 qram təşkil edən ümumilikdə 7 (yeddi) ədəd çətənə bitkisinin şitilləri maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan 7 (yeddi) ədəd çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə və kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edib özündə saxlamış, 2024-ci ilin aprel ayının ortalarında, dəqiq tarixi müəyyən edilməyən gündə İsmayıllı şəhərində (keçmiş Mican kəndi) yaşadığı evin həyətindəki 1 metr enində, 1 metr uzunluqda torpaq sahəsini kol-kosdan təzmiləyib əkin üçün yararlı vəziyyətə gətirərək torpaq sahəsində 7 (yeddi) ədəd çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 7 (yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə kultivasiya etmiş, 02 may 2024-cü il tarixdə saat 16 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 2,31 qram təşkil edən ümumilikdə 7 (yeddi) ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Rəvan İslamova təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış 16 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 26 may 2024-cü il tarixli 249 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayır, subaydır, ailə tərkibi özündən və arvadından ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X6 Hüquqi Şəxsindən alınmış 21 may 2024-cü il tarixli 18-1-47/2-542- 2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2024-cü il saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 may 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 21:10-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 2 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd kağız paketdə üzəri ştampla möhürlənmiş vəziyyətdə olan ümumi çəkiləri- 2,31 qram olan 07 (yeddi) ədəd çətənə (kannabis) bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 2(iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 may 2024-cü il saat 18:15-dən 02 may 2024-cü il saat 21:10-dək şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilən 1(bir) il 2(iki) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 1(bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 1(bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonun Mican kəndində) yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd kağız paketdə üzəri ştampla möhürlənmiş vəziyyətdə olan ümumi çəkiləri- 2,31 qram olan 07 (yeddi) ədəd çətənə (kannabis) bitkisinin şitilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar