Məhkəmə qərarları › İş №1(037)-36/2020

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-36/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-36/2020 10.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı oğlunun, Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1993-cü ildə İsmayıllı rayonu Uştal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonu Uştal kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan xx xxxx 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs on altı yaşına çatmadığını bildiyi halda xx xxxxxx 2017-ci il tarixdə evlənmək məqsədi ilə sonuncunun razılığı ilə X1 şəhərində ünvanı məlum olmayan kirayə götürdüyü evə apararaq birlikdə yaşamağa başlamış, həmin gündən təxminən 2-3 gün sonra göstərilən ünvanda ər-arvad münasibətlərində olduqları zaman öz cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına daxil edib təbii yolla cinsi əlaqədə olmaqla qızlıq pərdəsinin tamlığını pozmuş, eləcə də, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə toxunaraq seksual xarakterli digər hərəkətlər etmiş, xx xxxxx 2017-ci il tarixdə İsmayıllı rayonu Uştal kəndinə gəldikdən sonra da həmin hərəkətlərini mütəmadi olaraq davam etdirərək Zərərçəkmiş şəxs razılığı ilə sonuncu ilə dəfələrlə cinsi əlaqədə olaraq, həmçinin sonuncunun bədəninin müxtəlif nahiyələrinə toxunaraq seksual xarakterli digər hərəkətlər etmiş, xx xxxxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ilə toy edərək rəsmi nikaha daxil olmadan sonuncunun on altı yaşının tamam olduğu xx xxxx 2018-ci il tarixədək olan müddət ərzində yaşadıqları Uştal kəndindəki evdə Zərərçəkmiş şəxs ilə müxtəlif vaxtlarda mütəmadi olaraq vahid niyyətlə əhatə olunan qəsdlə cinsi əlaqədə olmuş və seksual xarakterli digər hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 2015-ci ilin may ayında işləmək məqsədi ilə X1 şəhərinə getmiş və orada mebel sexində usta kimi işləyəmə başlamışdır. 2017-ci ilin fevral ayının əvvəllərində həmin şəhərdəki “Takstil” paltar fabrikində işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Söhbət zamanı Xəyalənin əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundan olduğu, anası Nazibə və qardaşı Xəyalla birlikdə işlədikləri ona məlum olmuşdur. Xəyalədən xoşu gəldiyindən həmin şəhərdə yaşayan xalası qızı Arzu ilə Xəyaləyə evlənmək təklifini etmişdir. Arzu Xəyaləyə onun fikrini çatdırmış və Xəyalə onun təklifi ilə razılaşmışdır. Bir həftədən sonra o, Xəyaləyə evlənmək məqsədi ilə ona qoşulub qaçmağı təklif etmişdir. Xəyalə onun təklifi ilə razılaşmış və onlar birlikdə İstanbul şəhərindəki kirayə yaşadığı evə getmişlər. xx xxxxxx 2017-ci il tarixdə həmin evdə Xəyalənin razılığı ilə cinsi əlaqədə olaraq onun bakirəliyini pozmuşdur. Həmin gün Xəyalənin 15 yaşının olduğunu bilmişdir. Xəyaləni evlənmək məqsədi ilə qaçırdığını onun anası Şahid da bilmişdir. Üçdörd gündən sonra həmin evdən çıxaraq xalası qızı Arzunun və qardaşı Racibin kirayə yaşadığı evə köçmüş və orada Xəyalə ilə ər-arvad münasibətlərində yaşamışlar. Xəyalənin anası Nazibə və qardaşı Xəyal onların yaşadıqları evə gələrək barışıq etmiş və Xəyalənin onunla evlənməsinə etirazlarının olmadığını bildirmişlər. İki aya yaxın İstanbul şəhərində yaşamış, qayınanası Nazibə həmişə onların ailə işlərinə müdaxilə etdiyindən xx xxxxx 2017-ci il tarixdə Xəyalə ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışlar. Onlar İsmayıllı rayonu Uştal kəndində atasının evində ər-arvad münasibətlərində yaşamağa başlamışlar. Xəyalənin yaşı az olduğundan onunla nikaha daxil ola bilməmişdir. Xəyalə ilə yaşadığı müddətdə sonuncunun razılığı ilə cinsi əlaqədə olmuşdur. xx xxxxxx 2017-ci il tarixdə Uştal kəndində toyları olmuş, toyda Xəyalənin anası Nazibə və dayıları iştirak etmişlər. xx xxx 2018-ci il tarixdə qayınanası Nazibə gələrək X6 Respublikasına, oradan isə Türkiyə Cümhuriyyətinə aparmışdır. xx xxx 2018-ci il tarixdə onların övladı dünyaya gəlmiş, birgə razılıq əsasında uşağın adını Yusuf qoymuşlar. xx xxx 2019-cu il tarixdə Xəyalə azyaşlı oğlu Yusufla birlikdə Uştal kəndinə qayıdaraq yenidən onunla birlikdə yaşamağa başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Nazibə onların evinə qonaq gəlmiş və müəyyən müddət orada yaşamışdır. Nazibə bu müddətdə dəfələrlə ona valideynlərindən ayrılmağını və Xəyalə ilə ayrı yaşamağını bildirmişdir. Buna görə xx xxxx 2020-ci il tarixdə aralarında mübahisə baş vermiş, Nazibə qızı Xəyaləni və azyaşlı oğlu Yusufu Uştal kəndində yaşayan qohumlarının evinə, oradan isə Naxçıvan Muxtar Respublikasına aparmışdır. Bir müddət sonra onun Xəyalə ilə olan qeyri-rəsmi nikahından ikinci övladı da anadan olmuşdur. O, törətdiyi cinayət əməlini könüllü etiraf edib əməlindən səmimi peşman olmuşdur. Xəyalə ilə tanış olduğu vaxtdan onunla ailə qurmaq niyyətində olmuş və hal-hazırda da ər-arvaddırlar. Xəyaləni öz arvadı kimi yaşadığı evə qeydiyyata salmış və hazırda həmin evdə qeydiyyatda olmaqla birlikdə yaşayırlar. Onlar barışmışlar. Himayəsində iki azyaşlı uşağı vardır, atası İlyas Qasımov hazırda ağır onkoloji xəstəlikdən əziyyət çəkir. Qeyd etdiyi halların cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclasında ifadə verərək göstərdi ki, xx xxxxxx 2016-cı il tarixdə anası Nazibə Mustafayeva və qardaşı Xəyal Musayevlə birlikdə işləmək məqsədi ilə yaşadıqları Şahbuz rayonundan X1 şəhərinə getmişlər. 2017-ci ilin fevral ayının əvvələrində orada İsmayıllı rayonu Uştal kəndindən olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Rahib onunla ailə qurmaq istədiyini, ailə qurduqdan sonra onu İsmayıllı rayonu Uştal kəndinə aparacağını və həmin kənddə birgə yaşayacaqlarını demişdir. Bir müddət sonra Rahib həmin şəhərdə yaşayan xalası qızı Arzu ilə ona xəbər göndərərk fikrinin ciddi olduğunu bildirmiş və o, Rahiblə evlənməyinə razılıq vermişdir. xx xxxxxx 2017-ci il tarixdə Rahib onu İstanbul şəhərində ünvanını bilmədiyi evə aparmış, orada ər-arvad münasibətlərində yaşamağa başlamışlar. Rahib onun 16 yaşına çatmadığını bilmişdir. xx xxxxx 2017-ci il tarixdə o, Rahiblə birlikdə Azərbaycan Respublikasına gələrək İsmayıllı rayonu Uştal kəndindəki Rahibin atasının evində yaşamağa başlamışdır. Birgə yaşadıqları müddətdə Rahib onunla bir ailə kimi yaşamış və onun özünün razılığı ilə cinsi əlaqədə olaraq bakirəliyini pozmuşdur. xx xxxxxx 2017-ci il tarixdə həmin kənddə onların toyu olmuşdur. Rahib həmin gün də onunla cinsi əlaqədə olmuş və o, Rahibdən hamilə qalmışdır. xx xxx 2018-ci il tarixdə anası Nazibə onu yenidən İstanbul şəhərinə aparmışdır. xx xxx 2018-ci il tarixdə oradakı xəstəxanada övladı anadan olmuş və uşağa Yusuf adını qoymuşlar. xx xxx 2019-cu il tarixdə o anası ilə birlikdə Azərbaycan Respublikasına qayıtmış və İsmayıllı rayonu Uştal kəndində Rahiblə birlikdə bir evdə ər-arvad münasibətlərində yaşamağa başlamışdır. 2019-cu ilin iyun ayında Rahibdən hamilə qalmışdır. 2020-ci ilin fevral ayında anası Nazibə yenidən onların evinə gəlmiş və Rahibə ayrıca ev tutaraq həmin evdən çıxmağı təklif etmişdir. Rahib razılaşmamış və buna görə də xx xxxx 2020-ci il tarixdə polis şöbəsinə gedərək Rahibin 16 yaşına çatmadığını bildiyi halda onunla cinsi əlaqədə olduğuna görə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Elə həmin gün də Şəki rayon Mərkəzi Xəstəxanasında onun ikinci uşağı anadan olmuşdur. O, Rahiblə barışmışdır, birgə nikahlarından iki azyaşlı övladları vardır, Rahib onu öz arvadı kimi yaşadığı evdə qeydiyyata salmış və o, hazırda həmin evdə qeydiyyatdadır. Rahibə qarşı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Şahid iştirak etdiyi məhkəmə iclasında ifadə verərək göstərdi ki, xx xxxxxx 2016-cı il tarixdə qızı Xəyalə və oğlu Xəyalla birlikdə işləmək məqsədi ilə yaşadıqları Şahbuz rayonundan X1 şəhərinə getmişlər. Orada “Tekstil” fabrikində işə düzəlmiş və kirayədə yaşamışlar. xx xxxxxx 2017-ci il tarixdə İsmayıllı rayonunun Uştal kəndindən olan Racib və onun xalası qızı Arzu onların yaşadıqları evə gələrək uzaq qohum olduqlarını deyərək tanışlıq vermişlər. xx xxxxxx 2017-ci il tarixdə axşam saatlarında isə Racibin Rahib adlı qardaşının qızı Xəyaləni onun razılığı ilə qaçırmasını eşitmişdir. Bir neçə gündən sonra Xəyalə ona zəng edərək öz razılığı ilə Rahibə qoşulub qaçdığını və onunla cinsi əlaqədə olub qızlıq pərdəsinin tamlığını pozduğunu bildirmişdir. O, Xəyaləyə azyaşlı olduğunu və qayıdıb evinə gəlməsini bildirsə də sonuncu artıq bakirəliyinin pozulduğunu, Rahiblə ailə kimi bir yerdə yaşayacaqlarını demişdir. xx xxxxx 2017-ci il tarixdə Rahib Xəyalə ilə birlikdə Azərbaycan Respublikasına qayıtmış, İsmayıllı rayonu Uştal kəndində gedərək ərarvad münasibətlərində bir yerdə yaşamağa başlamışlar. xx xxxxxx 2017-ci il tarixdə Rahiblə Xəyalənin toyu olmuş, o və digər qohumları da həmin toyda iştirak etmişlər. xx xxx 2018-ci il tarixdə onların arasında münaqişələr olduğunu eşidərək Türkiyədən İsmayıllı rayonu Uştal kəndinə gəlmişdir. Xəyalə artıq 9 aylıq hamilə olmuş, onu Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyə Cümhuriyyətinə aparmışdır. xx xxx 2018-ci il tarixdə Xəyalənin övladı anadan olmuşdur. Rahib bir müddət Xəyalə ilə maraqlanmasa da sonradan Xəyalə və uşağı ilə maraqlanmağa başlamışdır. Xəyalə Rahiblə bir yerdə yaşamaq istədiyi üçün Azərbaycan Respublikasına qayıtmışdır. Onlar Uştal kəndində Rahiblə birlikdə bir evdə yaşamağa başlamışlar. 2020-ci ilin fevral ayının ortalarında qızı Xəyalənin yanına gəlmiş və onun evində yaşamağa başlamışdır. Xəyalə qayınanası və digər qohumları ilə bir evdə yaşadıqları üçün aralarında mübahisələr olmuşdur. x xxxx 2020-ci il tarixdə aralarında yaranmış növbəti mübahisə zamanı o, qızı və azyaşlı nəvəsi ilə həmin evi tərk etmiş və qızı Xəyalə həmin tarixdə polis şöbəsinə ərizə ilə müraciət edərək 16 yaşına çatmadığı halda Rahibin onunla cinsi əlaqəyə girdiyi üçün barəsində qanuni tədbir görülməsini bildirmişdir. xx xxxx 2019-cu il tarixdə Şəki şəhərində Xəyalənin ikinci oğlan uşağı dünyaya gəlmişdir. Rahib və Xəyalə hazırda barışmışlar. Şahid Qasımov Racib İlyas оğlu ifadə verərək göstərdi ki, 2015-ci ilin may ayında qardaşı Rahiblə birlikdə işləmək üçün X1 şəhərinə getmişlər. 2017-ci ilin fevral ayında Rahib əslən X7 Respublikasının Şahbuz rayonundan olan Xəyalə adlı qızla tanış olmuşdur. xx xxxxxx 2017-ci il tarixdə Rahibin Xəyaləni könüllü razılığı ilə evlənmək məqsədi ilə qaçırdığını eşitmişdir. Bundan üç-dörd gün sonra Rahib Xəyalə ilə birlikdə onun kirayə tutduğu evə gəlmiş və onunla birlikdə yaşamağa başlamışlar. Xəyalənin anası Nazibə Rahiblə barışmış və qızının Rahiblə evlənmələrinə etirazının olmadığını bildirmişdir. xx xxxxx 2017-ci il tarixdə Rahib Xəyalə ilə birlikdə Azərbaycan Respublikasına gəlmiş və İsmayıllı rayonu Uştal kəndində atasına məxsus evdə yaşamağa başlamışlar. xx xxxxxx 2017-ci il tarixdə kənddə Rahibin toyu olmuş, həmin toyda Xəyalənin qohumları iştirak etmişlər. Xəyalə Rahiblə ailə kimi yaşamışdır. xx xxx 2018-ci il tarixdə X10 adında uşağı dünyaya gəlmişdir. xx xxxx 2020-ci il tarixdə Rahiblə Xəyalə arasında mübahisə baş vermiş və həmin vaxt onlsarın evində qonaq olan Nazibə qızı Xəyaləni və azyaşlı uşağını götürüb getmişdir. Əlavə şаhid qismində dindirilmiş X2 şahid Racib Qasımov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Səhhəti ilə əlaqədar olaraq üzürlu səbəblərdən məhkəmə baxışı iclasına gələ bilməmiş cinayət işi üzrə şahid X3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında oxunub elan olunmuşdur. Şahid İlyas Qasımov ibtidai istintaqa verdiyi ifadəsində oğlu Racib Qasımov və arvadı Pərişan Qasımova ilə eyni məzmunlu ifadə verərək onların ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizasının x xxxx 2020-ci il tarixlıi 20/326R nömrəli rəyindən görünür ki, xx xxx 2018-ci il təvəllüdlü X4 bioloji atası 99,99947% ehtimalla Təqsirləndirilən şəxs, bioloji anası 99,99912% ehtimalla Zərərçəkmiş şəxsdır. 10 mart 2020-ci il təvəllüdlü Qasımlı Ömər Rahib oğlunun bioloji atası 99,99981% ehtimalla Təqsirləndirilən şəxs, bioloji anası 99,99973% ehtimalla Zərərçəkmiş şəxsdır. xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı rayon X5 X8 şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 112 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “Ruhi-Əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdurlar. xx xxx 2019-cu il tarixli 203903 nömrəli və xx xxxx 2020-ci il tarixli 419013 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 xx xxx 2018-ci il tarixdə X1 şəhərində, Qasımlı Ömər Rahib oğlu xx xxxx 2020-ci il tarixdə Şəki şəhərində anadan olmuş, ataları Təqsirləndirilən şəxs, anaları isə Zərərçəkmiş şəxsdır. xx xxxx 2020-ci iltаriхli 131 saylı аrаyışdаn və xasiyyətnamədən görünürki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Uştal kəndində qeydiyyatda olmaqla orada yaşayır, аilətərkibi özündən, 2002-ci il təvəllüdlü arvadı Zərərçəkmiş şəxs, 2018 və 2020-ci il təvəllüdlü övladları Yusuf və Ömərdən ibаrətdir, yaşayış yeri müsbət xarakterizə olunur. Müstəntiqinin xx xxxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı heç bir pis niyyəti olmamış, onunla ailə qurmaq məqsədilə öz könüllü razılığı ilə münasibət yaratmış və ilk dəfə sonuncunun razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Faktiki nikah münasibətlərindən iki azyaşlı uşaqları vardır. O, Zərərçəkmiş şəxs arvadı kimi öz yaşadığı evə qeydiyyata salmış və sonuncu hazırda həmin evdə qeydiyyatdadır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il müddətə müəyyən edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01(bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hökmün təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs оğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 01(bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs оğlunun davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs оğluna tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməsin və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və Probasiya Şöbəsinə gəlsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar