Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-36/2021 25.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə, 25 may 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1993-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 1(037)-21/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri H.Z.Tağıyev küçəsi ev 6 ünvanında qeydiyyatda olmaqla orada yaşayan,barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü mаddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs müəyyən olunmamış vaxtda və naməlum mənbədən əldə etdiyi 9 mm kalibrli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəşə yararlı, yivli odlu silaha məxsus olmaqla döyüş sursatı hesab edilən 3 (üç) ədəd 9 mm kalibrli patronları və kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olmaqla soyuq silah hesab edilən 1 (bir) ədəd predmeti (beşbarmağı) qanunsuz olaraq əldə edib daşıyaraq 16 yanvar 2021-ci il tarixədək İsmayıllı rayonu Xanagah kəndinin ərazisində yerləşən, icarə əsasında işlətdiyi “Xarı Bülbül” adlı kafedə, özünə məxsus qara rəngli idman çantasının içərisində gizlədib saxlamış, 26 dekabr 2020-ci il tarixdə saat 02:00 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin kafeyə keçirilən baxış zamanı ona məxsus qara rəngli idman çantasının içərisindən döyüş sursatı hesab edilən həmin 3 (üç) ədəd patron və soyuq silah hesab edilən 1 (bir) ədəd predmet (beşbarmaq) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, təxminən 2017-ci il tarixdən icarə əsasında İsmayıllı rayonu Xənəyə kəndində yerləşən “Xarı Bülbül” adlı kafeni işlətmişdir. Respublika ərazisində 2020-ci ilin mart ayından karantin elan olunduğundan kafeni işlətməmişdir. 2020-ci ilin sentyabr ayında 2-ci Qarabağ savaşında iştirak edən dostları ilə görüşmək üçün döyüş bölgəsinə, yəni Fizuli rayonu istiqamətində getmişdir. Beyləqan rayonuna çatdıqda oradan Fizuli rayonu istiqamətindəki döyüş bölgəsinə getmək istəmişdir. Beyləqan rayonu ərazisindəki postdan onlar döyüş bölgəsinə buraxılmamış və dostları üçün apardığı ərzağı və başqa əşyaları tanımadığı şəxslər vasitəsilə Fizuli rayonunda döyüşən dostlarına göndərmişdir.Beyləqan rayonu ərazisindəki adını bilmədiyi yerdə, çınqıllı-daşlı torpaq sahəsində 3 ədəd patron görmüş və həmin patronları götürüb onlara baxmışdır. Döyüş bölgəsindən xatirə saxlamaq üçün patronları şalvarının cibinə qoymuşdur. Patronları yerdən götürüb cibinə qoymasını heç kim görməmişdir. Həmin gün oradan yaşadığı evinə qayıtmış və patronları da özü ilə gətirmişdir. Növbəti gün patronları işlətdiyi kafeyə gətirib özünə məxsus qara rəngli çantanın içərisinə qoymuşdur. Bundan bir neçə gün kafenin ətrafında gəzərkən bir ədəd beşbarmaq tapmış və həmin beşbarmağı da kafedəki qara rəngli çantasına qoymuşdur. 2021-ci ilin yanvar ayında müharibədən qayıdan dostu Şahid1lə həmin kafedə görüş təşkil etmiş və 15 yanvar 2021-ci il tarixdə tanışları Murad Mustafayev, Daşqın Ağamaliyev, Şahid2, Cavid Dəmirli və Samir Hacıyevi də kafeyə dəvət etmiş və Orxanı gözləmişlər. Saat 22:00 radələrində çay dəmləmiş və Orxanın şərəfinə çay süfrəsi hazırlamışlar.Az müddət sonra Orxan da gəlmiş və onlar çay içərək söhbət etməyə başlamışlar. Artıq 16 yanvar 2021-ci il tarixdə saat 01:00 radələrində kafenin qapısı döyülmüş və qapını açmışdır. Bu zaman qapının ağzında mülki geyimdə olan polis əməkdaşlarını görmüş və özlərini təqdim edərək kafedə beşbarmaq və patron saxlamaqda şübhəli olduğunu bildirmişlər. Ona hüquq və vəzifələri izah olunmuş, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az müddət sonra dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməsinə etiraz etməmiş və polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları kafeyə baxış keçirəcəklərini bildirmişlər. O ərizə ilə kafeyə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış zamanı ona kafedə narkotik vasitə və ya digər qadağan olunmuş əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, kafenin girişindəki otaqdakı çarpayının üzərindəki qara rəngli, üzərində “adidas” sözü yazılmış çantanın içində 3 ədəd patron və 1 ədəd beşbarmağın olduğunu bildirmişdir. Polis əməkdaşları çantanı götürərək içərisinə baxış keçirmişlər və oradan 3 ədəd patron və 1 ədəd beşbarmağı aşkar etmişlər. Patronun və beşmarmağı haradan əldə edildiyi barədə soruşulduqda o, patronları 2020-ci ilin sentyabr ayında müharibədə döyüşən dostu Orxanın yanına getdiyi zaman Beyləqan rayonu ərazisində yerdən tapdığını, beşmarmağı isə kafenin yaxınlığından tapdığını bildirmişdir.Patronlar və beşmarmaq qablaşdırılaraq üzəri möhürlənmişdir. Baxış davam etdirilmiş, lakin kafedən qadağan olunmuş digər əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, digər iştirakçılar kimi o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Onun həmin patronları və beşbarmağı saxlamaqda heç bir cinayətkar niyyəti olmamış, silaha həvəsli olduğu üçün, eyni zamanda müharibədə döyüşən dostunun yanına gedərkən həmin patronları tapdığı üçün xatirə məqsədi ilə onları özündə saxlamışdır.Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində xəstə atası var, ailəsində ondan başqa işləyən, ailəyə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü mаddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid İsmayıllı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X4 ifadə verərək göstərdi ki, 16 yanvar 2021-ci il tarixdə İsmayıllı şəhəri sakini Təqsirləndirilən şəxs işlətdiyi İsmayıllı rayonu Xanagah kəndində yerləşən “Xarı Bülbül” kafesində qanunsuz olaraq beşbarmaq adlı soyuq silah və döyüş sursatı hesab olunan patron saxlaması ilə əlaqədar İsmayıllı rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Məlumatla əlaqədar o və digər polis əməkdaşları dərhal həmin kafeyə getmişlər. Saat 01:00 radələrində kafeyə çatmışlar və içəridə işığın yandığını görərək kafenin qapısını döymüşlər. Qapını Təqsirləndirilən şəxs özü açmış və onlar Turala işlətdiyi obyektdə beşbarmaq adlı soyuq silah və döyüş sursatı hesab olunan patron saxlamaqda şübhəli olduğunu bildirilərək barəsində şübhəli şəxs qismində tutma barədə qərar qəbul olunduğunu demişlər.Turala hüquq və vəzifələrini izah edilmiş və sonuncu dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az sonra Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Tural etiraz etməmiş və onlar Turalın üzərinə şəxsi axtarış keçirilmişlər. Şəxsi axtarış zamanı Turalın üzərindən cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Kafedə Turalın bir neçə nəfər tanışı da olmuşlar.Turalın üzərinə şəxsi axtarış keçirildikdən sonra ona işlətdiyi kafeyə də baxış keçirəcəklərini bildirmişlər. Tural kafeyə baxış keçirilməsinə də etirazının olmadığını bildirmişdir. Turaldan kafedə narkotik vasitə və ya digər qadağan olunmuş əşyanın olub-olmadığı barədə sorğu olunduqda sonuncu kafenin giriş hissədəki otağın sağ tərəfindəki çarpayının üzərindəki qara rəngli, üzərində “adidas” sözü yazılmış çantanın içində 3 ədəd patron və 1 ədəd beşbarmağın olduğunu bildirmişdir. Həmin çantanın içərisinə baxıldıqda oradan 3 ədəd patron və 1 ədəd beşbarmaq aşkar edilmişdir. Turaldan patronların və beşmarmağın haradan əldə etdiyi soruşulmuşdur. Tural patronları 2020-ci ilin sentyabr ayında müharibədə döyüşən dostu Orxanın yanına getdiyi zaman Beyləqan rayonu ərazisində yerdən tapdığını, beşmarmağı isə kafenin yaxınlığından tapdığını bildirmişdir.Aşkar olunan 3 ədəd patron və 1 ədəd beşmarmaq götürülüb qablaşdırılmış və üzəri möhürlənmişdir. Baxış davam etdirilsə də kafedən qadağan olunmuş digər əşya və ya predmet aşkar edilməmişdir.Baxış yekunlaşdırıldıqdan sonra bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şаhid İsmayıllı RPŞ-nin PPXB-nün polis sıravisi X7 şahid İsmayıl Muradov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid X5 ifadə verərək göstərdi ki, 15 yanvar 2021-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs, Cavid Dəmirli, Daşqın Ağamaliyev, Şahid2 və Samir Hacıyev bir neçə gün əvvəl müharibədən qayıdan yaxın tanışları Şahid1lə Turalın işlətdiyi “Xarı bülbül” kafesində görüş təyin etmişlər. Bu məqsədlə həmin gün saat 23:00-da kafeyə yığışmışlar.Turalla birlikdə köməkləşərək Orxanın şərəfinə çay süfrəsi hazırlayırmışlar.Az müddət sonra Orxan da kafeyə gəlmiş və onlar görüşdükdən sonra çay süfrəsi arxasında xeyli söhbət etmişlər. Artıq 16 yanvar 2021-ci il tarixdə saat 01:00 radələrində kafenin qapısı döyülmüş, bu zaman Tural qapıya yaxınlaşmış və polis əməkdaşlarının gəldiklərini demişdir.Onlar kafedən çıxmış, lakin oradan uzaqlaşmamışlar. Polis əməkdaşlarının Turalın üzərinə baxış keçirildiklərini, Turalın üzərindən qanunla qadağan olunmuş hansısa bir əşyanın çıxdığını görməmişdir. Bundan sonra polis əməkdaşları Turalın, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə kafeyə baxış keçirməyə başlanılmışdır. Baxış zamanı Turaldan kafedə narkotik vasitə və ya digər qadağan olunmuş əşyanın olub-olmadığı soruşulmuşdur. Tural kafenin girişindəki otağın sağ tərəfində olan çarpayının üzərindəki qara rəngli, üzərində “adidas” sözü yazılmış çantanın içində 3 ədəd patron və 1 ədəd beşbarmağın olduğunu bildirmişdir. Polis əməkdaşları çantanı götürüb içərisinə baxmış və oradan 3 ədəd patron və 1 ədəd beşbarmaq aşkar etmişlər. Turaldan patronların və beşmarmağın haradan əldə edildiyi soruşulduqda sonuncu patronları 2020-ci ilin sentyabr ayında müharibədə döyüşən dostu Orxanın yanına getdiyi zaman Beyləqan rayonu ərazisində yerdən tapdığını, beşmarmağı isə kafenin yaxınlığından tapdığını bildirmişdir. Baxış davam etdirilsə də kafedən qadağan olunmuş digər əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şаhidlər Şahid2 və Şahid1 şahid Murad Mustafayev ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə-ballistik ekspertizasının 16 yanvar 2021-ci il tarixli 17/35 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Tədqiq edilən 03 (üç) ədəd predmet 9 mm kalibrli olmaqla, həmin kalibrə malik tapançalarda, istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış, yivli odlu silaha məxsus patrondurlar, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar, döyüş sursatı hesab edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 60 (altmış) qəpik təşkil edir. 22 yanvar 2021-ci il tarixli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 1(037)-21/2019 nömrəli hökmünün surətindən və İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 1(037)-21/2019 nömrəli hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş və məhkumluğu ödənilməmişdir. İsmayıllı RMX-nın Publik hüquqi şəxsi Poliklinika şöbəsindən alınmış 01 fevral 2021-ci il tarixli 16 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin 16 yanvar 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 16 yanvar 2021-ci il tarixli protokolundan müəyyən edilir ki,Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə saat 01:35-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 16 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 19:30-da saxlanıldığı İsmayıllı RPŞ-dən azad edilmişdir. Müstəntiqinin “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulmasına dair” 26 yanvar 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması qərara alınmışdır. Müstəntiqinin “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsinə dair” 26 yanvar 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barsində axtarış elan edilmişdir. Müstəntiqinin “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulmasına dair” 27 mart 2021-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə saat 21:30-da tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 4(037)-14/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, “ev dustaqlığı” qətimkan tədbirinin əvvəli qərarın elan edildiyi andan, yəni 29 mart 2021-ci il tarixdə saat 17:00-dan hesablanmaqla başa çatma müddəti 28 may 2021-ci il tarixə saat 17:00-dək müəyyən edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 18 yanvar 2021-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə soyuq silah hesab edilən 01 (bir) ədəd predmet (beşbarmaq) və döyüş sursatı hesab edilən 3 (üç) ədəd patron iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. 18 fevral 2021-ci il tarixli 566 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Z.Tağıyev küçəsi dalan 1, ev 8-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən,1958-ci il təvəllüdlü atası X2,1966-cı il təvəllüdlü anası X1, 1995-ci il təvəllüdlü qardaşı Azad və 1998-ci il təvəllüdlü bacısı Cəmalədən ibarətdir. İnzibati ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şifahi və yazılı məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü mаddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü mаddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü mаddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, döyüş sursatı hesab edilən 3 ədəd patronu və kiustar üsulla hazırlanmış beşbarmağı özündə saxlamaqda heç bir cinayətkar niyyətinin olmamasını, həmin patronları İİ Qarabağ savaşında iştirak etmiş dostu Şahid1 (iş üzrə şahid) yanına gedərkən döyüş bölgəsinin yaxınlığında yerləşən Beyləqan rayonunun ərazisindən tapmasını bildirməsini, bununla da Ölkəmizdə olan qələbə sevincinin verdiyi ruh halından qaynaqlanaraq, sözügedən 3 ədəd patronu özündə saxlayaraq, ictimai təhlükəliliyinin azalmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, eyni zamanda cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə görə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il, Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə görə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 1(037)-21/2019 nömrəli hökmünün surətindən və İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2019cu il tarixli 1(037)-21/2019 nömrəli hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 1(037)-21/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay müddətə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən 05 (beş) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli və 05 (beş) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunacaq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün və 29 mart 2021-ci il tarixdən 25 may 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 01(bir) ay 25(iyirmi beş) gün,cəmi 01(bir)ay 28(iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 03 (üç) ay 26 (iyirmi altı) gün ona təyin edilən 02 (iki) il 11(on bir) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 02 (iki) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri H.Z.Tağıyev küçəsi ev 6 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü mаddələriçilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan soyuq silah hesab edilən 01 (bir) ədəd predmet (beşbarmaq) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, döyüş sursatı hesab edilən 3 (üç) ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 60 (altmış) qəpik məbləğ hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü mаddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli 1(037)-21/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay müddətə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən 05 (beş) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs üzərində çəkilməmiş 05 (beş) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67ci maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 02 ( iki) gün və 29 mart 2021-ci il tarixdən 25 may 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 25 (iyirmi beş) gün, cəmi 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 03 (üç) ay 26 (iyirmi altı) gün ona təyin edilən 02 (iki) il 11 (on bir) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 02 (iki) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış 02 (iki) il 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri H.Z.Tağıyev küçəsi ev 6 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan soyuq silah hesab edilən 01 (bir) ədəd predmet (beşbarmaq) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan döyüş sursatı hesab edilən 3 (üç) ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 60 (altmış) qəpik məbləğ hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-36/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-36/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver