Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-36/2022 04.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri X5, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 04 avqust 2022-ci il tarixdə saat 15:12-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 12 avqust 1994-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum edilməmiş, işsiz, İsmayıllı şəhəri, M.Fizuli küçəsi, dalan 3, ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs əvvəllər tanıdığı, gübrə, toxum və pestisidlərin alqı-satqısı ilə məşğul olan “X16” MMC-də satış müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs onun qardaşı X1 üçün təhvil verdiyi gübrə və toxumların İsmayıllı rayonunun İvanovka kəndində yerləşən X10 məxsus anbarda saxlanılan bir hissəsini münasibətləri pisləşməsi səbəbindən xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində İvanovka kəndinə gəlib aparmaq istəməsindən xəbər tutub həmin gün, saat 17 radələrində İsmayıllı rayonunun İvanovka kəndində yerləşən “Göl” adlanan kafeyə gələrək Zərərçəkmiş şəxsla və digər şəxslərlə bir stol arxasında əyləşib Zərərçəkmiş şəxs gübrə və toxumların anbarda saxlanmasına görə 1750 manat və yükün boşaldılmasına görə 600 manat pulun anbarın sahibi O.M.Bağıyevə ödənilməli olmasını əsas gətirərək bu zəmində R.Ə.Əsgərovla mübahisə etmiş, Zərərçəkmiş şəxs ona qanuni işini gördüyünü bildirdikdə o, əyləşdiyi stuldan ayağa qalxıb Zərərçəkmiş şəxs yüksək səslə “beynimi çöndərirsən, başımı xarab eləmə” deyə ifadə işlədib əlləri ilə Zərərçəkmiş şəxs arxaya itələyib özünün şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan kafedə, orada digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, o, cümlədən kafenin iş rejimini pozmaqla və orada olan şəxslərin istirahətinə mane olmaqla təxminən 10 dəqiqə ərzində münaqişə yaradıb yüksək səslə nalayiq ifadələr işlədərək hər hansı əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs ona cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edib stolun üstündən götürdüyü şüşə materialdan olan mineral su butulkasını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsindən 1 dəfə qəsdən zərbə ilə vurub zor tətbiq etməklə sonuncuya qapalı kəlləbeyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən başın təpə-ənsə nahiyəsində dərialtı hematoma və qançır kimi xəsarətlərdən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkəti etmişdir. Qeyd edilən əmələ görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Verilmiş ittihama əsasən o, əvvəllər tanıdığı, gübrə, toxum və pestisidlərin alqısatqısı ilə məşğul olan “X16” MMC-də satış müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs onun qardaşı X1 üçün təhvil verdiyi gübrə və toxumların İsmayıllı rayonunun İvanovka kəndində yerləşən X10 məxsus anbarda saxlanılan bir hissəsini münasibətləri pisləşməsi səbəbindən xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində İvanovka kəndinə gəlib aparmaq istəməsindən xəbər tutub həmin gün, saat 17 radələrində İsmayıllı rayonunun İvanovka kəndində yerləşən “Göl” adlanan kafeyə gələrək Zərərçəkmiş şəxsla və digər şəxslərlə bir stol arxasında əyləşib Zərərçəkmiş şəxs gübrə və toxumların anbarda saxlanmasına görə 1750 manat və yükün boşaldılmasına görə 600 manat pulun anbarın sahibi O.M.Bağıyevə ödənilməli olmasını əsas gətirərək bu zəmində R.Ə.Əsgərovla mübahisə etmiş, Zərərçəkmiş şəxs ona qanuni işini gördüyünü bildirdikdə o, əyləşdiyi stuldan ayağa qalxıb Zərərçəkmiş şəxs yüksək səslə “beynimi çöndərirsən, başımı xarab eləmə” deyə ifadə işlədib əlləri ilə Zərərçəkmiş şəxs arxaya itələyib özünün şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan kafedə, orada digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, o, cümlədən kafenin iş rejimini pozmaqla və orada olan şəxslərin istirahətinə mane olmaqla təxminən 10 dəqiqə ərzində münaqişə yaradıb yüksək səslə nalayiq ifadələr işlədərək hər hansı əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs ona cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edib stolun üstündən götürdüyü şüşə materialdan olan mineral su butulkasını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsindən 1 dəfə qəsdən zərbə ilə vurub zor tətbiq etməklə sonuncuya qapalı kəlləbeyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən başın təpə-ənsə nahiyəsində dərialtı hematoma və qançır kimi xəsarətlərdən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkəti etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, M.Fizuli küçəsi dalan 3, ev 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, evlidir, 2 uşağı vardır. O, Zərərçəkmiş şəxs 2019-cu ildən təxminən 3 ildir ki, tanıyır. Belə ki, o, İsmayıllı şəhəri, H.Əliyev prospektində gübrə və toxum satır. Qardaşı Roman da gübrə və toxum alqı-satqısı ilə məşğul olur. O, gübrə və toxumu 2021-ci ilə qədər Rövşəndən almışdır. Rövşənlə şifahi razılaşmaya görə aldığı hər toxumun 1 kiloqramına 5 qəpik ona bonus verəcəyini demişdi. Rövşənin ona 2019-cu ildən hazırda təxminən 57000 (əlli yeddi min) manat borcu yaranmışdır. Rövşən həmin pulun əvəzində ona toxum və ya gübrə, yaxud da pulu verməli idi. X18 tanışıdır və Orxan İvanovka kəndində toxum və gübrə anbarı işlədir. O, Rövşəni Orxanla tanış edib sonuncunun gübrə və toxum saxlamaq üçün anbar axtardığını demişdir. Rövşən təxminən 15 aydan çoxdur ki, "xxxx" MMC-nin gübrə və toxumlarını Orxanın anbarında saxlayır. Rövşən həmin yerdən gübrə və toxumları rayon ərazisində olan mağazalara satmışdır. Orxanın ona dediyinə görə xx.xx.2022-ci il tarixədək Rövşənin gübrə və toxumlarını gətirən yük maşınlarına, fəhlələrə Rövşənin yerinə Orxan vermiş və Rövşənin Orxana 1740 (min yedid yüz qırx) manat borcu yaranmışdır. 12 yanvar 2022-ci il tarixdə saat 16 radələrində İsmayıllı rayonu İvanovka kənd sakini X18 istifadəsində olan ***-***-**-**- saylı mobil nömrəsinə zəng edərək demişdir ki, “Rövşən gəlib anbardan gübrə və toxumların aparır, nə fəhlələrin, nə gələn yük maşınlarının pulunu vermir”. Həmin vaxt o tanışı Muradla birlikdə İsmayıllı şəhərində “Retro” adlanan kafedə olmuş, Orxanı Rövşənlə tanış etdiyinə görə nə məsələ baş verdiyi ilə maraqlanmaq üçün İvanovka kəndinə getmək üçün yolun kənarına çıxmış, tanışı Kamil adlı şəxsə zəng edərək onları İsmayıllı rayonu İvanovka kəndinə aparıb düşürtməyi xahiş etmişdir. Təxminən 10-15 dəqiqə sonra Kamil idarə etdiyi maşınla gəlib onları götürmüş, o və Murad Kamilin idarə etdiyi maşınla İvanbova kəndinə getmişlər. Orxana məxsus anbarın yanında həm kafe, həm də marketləri vardır. O, ilk öncə Muradla marketə daxil olub Orxanla görüşmüş və nə baş verdiyini bir daha soruşduqda Orxan ona Rövşənin borcu vermək istəmədiyini, əksinə olaraq oradan toxum aparmaq üçün gəldiyini demişdir. Kamil mağazanın içərisində dayanmış, onunla Murad kafeyə daxil olmuş, Rövşən və Ceyhun kafedə stol arxasında əyləşmişlər. Saat 17 radələri olmuş, onunla Murad Rövşən və Ceyhunla həm sözlə, həm də əllə salamlaşmış və stol arxasında əyləşmişlər. Rövşən və Murad çörək yeyən zaman o, Rövşənə nəyə görə Orxanın 1740 manat borcunu vermədiyini soruşduqda, Rövşən “mənim Orxana o qədər borcum yoxdur, nə borcum olubsa sənin qardaşın Romana vermişəm”. O Rövşənə qardaşı Romanın borc məsələsinə heç bir aidiyyətinin olmadığını demiş, həmin vaxt Orxan da kafenin içərisinə daxil olmuşdur. Belə olduqda Orxan Romanın istifadəsində olan mobil nömrəyə zəng etmiş və Rövşənin Romana pul verib-verməməsini soruşmuş və telefonu kənardan hamının eşitməsi üçün səsli rejimə qoymuşdur. Roman telefon danışığı zamanı Orxanın Romana pul vermədiyini bildirmiş, bundan sonra o Rövşənə “Orxanın pulunu ver, malını apar, nə oldu hər işin altından Roman çıxır?” deyə bildirmişdir. Rövşən ona “mən nə edim ki, hər işin altından qardaşın Roman çıxır, bu gün mən malımı anbardan aparacam” deyə bildirib ümumi nalayiq ifadə işlətmişdir. Rövşənin ümumi nalayiq ifadə işlətməsindən əsəbiləşib stuldan ayağa qalxıb stolun üzərindəki içərisində mineral su olan yaşıl rəngli şüşə butulkanı əlinə götürüb 1 dəfə Rövşənin başına vurmuş, lakin zərbədən butulka sınmayaraq stolun üstündə qalmışdır. Bu zaman Ceyhun, Murad və Orxan araya girib mübahisəni sakitləşdirməyə başlamışlar. Bundan sonra o, kafedən çölə çıxaraq Kamilin idarə etdiyi maşınla Muradla birlikdə İsmayıllı şəhərinə qayıtmışdır. Rövşənə ikinci, üçüncü zərbə endirməyə imkanı olsa da bunu etməmiş və hərəkətlərini dayandırmışdır. Sonra isə kafedən çıxaraq şəhərə getmişdir. Həmin günü polis şöbəsinə dəvət olunmuş və orada Rövşəni vuraraq xəsarət yetirməsini səmimi etiraf etmişdir. Onun Rövşənə xəsarət yetirmək niyyəti olmamış, sonuncunun ona borcu olduğu halda onlardan pul tələb etməsi, eyni zamanda onun və ailəsinin ünvanına nalayiq ifadələr (mənim malımı verməyənin varyoxunu belə-belə edərəm) işlətməsi belə bir əməli törətməyə vadar etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə də özünü təqsirli bilmir və hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf edir, əməlindən səmimi peşman olmuşdur və zərərçəkmiş şəxslə dəfələrlə barışıq əldə etməyə çalışsa da nəticəsi olmamışdır. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasnı, barışıq əldə etməyə çalışmasını nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. “X16” MMC-də satış müdiri işləyir. Onların şirkəti ünvan 2 ünvanında yerləşir. Şirkətin əsas fəaliyyəti kənd təsərrüfatı təyinatlı məhsulların alışı və satışıdır. Belə ki, şirkət Respublikanın ərazisində buğda və arpa toxumları, həmçinin gübrə və pestisidlərin topdan və pərakəndə alışı və satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Ruslanı atası Sədyarın vasitəsi ilə tanıyıb. Sədyar İsmayıllı rayonununda toxumları və gübrələrin satışını həyata keçirir. Sədyarı da onunla X24 İnkişaf Mərkəzinin əməkdaşlarının yönləndirməsi ilə tanımışdır. Sədyarın mərkəzi bazarda alqısatqı mağazası və rayonun aşağı hissəsində satış anbarı vardır. 2019-cu ilin noyabrdekabr aylarında dəqiq tarixini xatırlamadığı gündə Sədyarla tanış olduqdan sonra və şirkətin məhsullarının satışını həyata keçirə bilib-bilməyəcəyini soruşmuş, Sədyarla tanış olduğu vaxt Sədyar ondan şirkətin məhsullarının hansı formada satışının həyata keçiriləcəyini soruşduqda o Sədyara anbara gətiriləcək şirkətin olan arpa, buğda toxumlarının, həmçinin gübrə və pestisidlərin satışına görə hər ton üçün 20-40 manat arasında müxtəlif məbləğlərlə bonus kimi mükafat veriləcəyini bildirmişdir. Sədyar oğlanları Roman və Ruslanla onu tanış edib oğlanlarını işə götürməyini bildirmiş, Roman və Ruslan 2019-cu ildə şirkətin satış nümayəndəsi kimi işə götürülmüşlər. Bu barədə müqavilə də imzalanmışdır. Sədyarla aralarındakı razılaşmaya görə ona məxsus İsmayıllı şəhəri, H.Əliyev prospektindəki anbarı rəsmi müqavilə əsasında əvəzsiz şirkətə icarəyə vermiş, çünki aralarındakı razılaşmaya əsasən onlar satdıqları toxum, gübrə və pestisidlərdən alacaqları mükafat bütün xərcləri əvəz edəcəkdi. 2020-ci ilin yanvar ayından etibarən Ruslanin atası Sədyar Səmədova satması üçün gübrə və toxum vermiş, Sədyarın digər oğlu Roman Səmədov həmin gürbə və toxumları sataraq pulun bir hissəsini mənimsəmişdir. Bununla bağlı İsmayıllı RPŞ-nə müraciət etmiş və müvafiq araşdırma aparılmışdı. 2020-ci ilin sentyabr-oktyabr aylarında o, Sədyara məxsus anbara toxum və gübrə göndərən zaman Romanla əlaqə saxladıqda Roman ona bildirmiş ki, onun İvanova kəndində anbarı var, gübrə və toxumların bir hissəsini həmin yerə yığmışdır. Lakin onun və şirkətin bundan məlumatı olmamışdır. Tez-tez gəlib şirkətin məhsullarına baxırmış, həmin ərəfədə həqiqətəndə Romanın İvanovka kəndində Orxan Bağıyevə məxsus anbarda Romanın toxumları yığdığını görmüşdür. 2021-ci ilin yanvar-fevral aylarına qədər Romanla gübrə, toxum və pestisidlərin hesabatını apararkən 90000 manatdan artıq kəsir olduğunu görmüşdür. Roman və Ruslanı 2021-ci ilin fevral-mart aylarında şirkət tərəfindən müqavilələrinə xitam verilmişdir. Lakin Romanın şirkətə borcu qalmışdır. Romanın şirkətə 21152 (iyirimi bir yüz əlli iki) manat kəsir aktı ilə olan borcu vardır. Romanın həmçinin Qubaxəlilli kəndindən olan Ruslan adlı şəxsə 19000 manat dəyərində nisyə verdiyi şirkətin toxum məhsuluna görə həmin məbləğdə borcu da vardır. Romanın həmçinin 5308 (beş min üç yüz səkkiz) manat satılan məhsullardan ödənilməyən borcu da qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində şirkətin toxumlarını İsmayıllı rayonunun Qubaxəlilli kəndində başqa anbara aparmaq üçün köməkçisi X19 ilə birlikdə sonuncunun idarə etdiyi “Ravon” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı rayonunun İvanovka kəndinə X10 məxsus mağazaya getmişdir. Toxum anbarı mağazanın alt hissəsində yerləşir. Orxanla görüşüb toxumları aparmaq üçün gəldiyini dedikdə Orxan “anbara yük maşınlarının toxumları boşaltdığına görə yük maşınlarına 1750 (min yeddi yüz əlli) manat və əlavə olaraq başqa yerdə anbar tutduğuna görə 600 (altı yüz) manat pul vermişəm, o, pulu mənə ödəyin, daha sonra toxumları anbardan aparın” deyə bildirmişdir. O Orxana nəyə görə onun adından pul verdiyini, bu barədə ona xəbər etmədiyini, onun bundan heç bir xəbərinin olmadığını, yük maşınlarının pulunun daşıma şirkəti tərəfindən Azərbaycana daxil olarkən şirkət tərəfindən ödənildiyini, Orxan isə ona “Ruslan mənə deyib ki, Rövşən malın dalınca gələndə mənə xəbər elə gəlim” deyə bildirmişdir. Orxan ona Ruslanı çağıracağını bildirdikdə o Orxana “özün bilərsən” deyə cavabını vermişdir. O və Ceyhun mağazanın yanında olan kafeyə daxil olmuş və yemək sifariş verib yeməyə başlamışlar. Orxan da mağazanın içərisində kafe ilə sərhəddə dayanıb onlarla söhbət etmişdir. Təxminən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs, Murad və Kamillə birlikdə kafeyə gəlmişlər. Orxan da kafenin içərisinə daxil olmuş, Ruslan, Murad və Kamillə səmimi formada görüşmüşlər və o gələnlərə stol arxasına əyləşib yemək yemələrini təklif etmişdir. O stolun baş hissəsində, sağ tərəfində Təqsirləndirilən şəxs, Ruslanın yanında isə Orxan Bağıyev və Murad Qurbanov, sol tərəfində isə Ceyhun və Kamil əyləşmişdir. O Ruslana gəlişinin məqsədini bildirib anbarda olan şirkətin qalıq malını aparmaq istədiyini bildirmiş, Orxana məsələni izah etməsini, kimə, nəyə görə pul verməsini bir daha bildirməsini dedikdə, Orxan anbardan 4 ton toxumun Murad tərəfindən, 1,5 ton toxumun isə Ruslan tərəfindən anbardan götürüldüyünü və toxumlarının pulunun ödənilmədiyini, anbara yük gətirən avtomobillərin daşıma xərci olan 1750 (min yeddi yüz əlli manat) manat pulu da Ruslanın özünün ödədiyini bildirmişdir. O Orxan və Ruslana “mənim yüküm Rusiyadan gəlir, orada ödəniş etmədən bura yük gətirmək olmur” deyə bildirdiyində Ruslan avtomobillərə Orxanın 1750 (min yeddi yüz əlli) manat pul ödədiyini demişdir. O bir daha onlara “siz pul ödəsəz belə hesabat yoxlaması zamanı mən kəsirlərə görə həmin pulu Romana keçmişəm” deyə bildirmişdir. Ruslan ona “nə oldu hər işin altından qardaşım Roman çıxır” dedikdə o Ruslana “nə edim ki, hər işin altından qardaşın Roman çıxır” deyə cavab vermişdir. Ruslan ona yüksək tonla “beynimi çöndərirsən, başımı xarab eləmə” deyə bildirdikdə o Ruslana “səs tonunu aşağı sal, mənimlə bu formada danışma” deyə cavab vermişdir, lakin ona heç bir nalaiq söyüş söyməmişdir. Həmin vaxt Ruslan stoldan ayağa qalxaraq oturduğu yerdə əli ilə onun sinə nahiyəsindən itələmiş, artıq yanında olan Ceyhun, Murad və Kamil də narahatçılıq keçirib həyəcanlanaraq stoldan ayağa qalxmışlar. Ruslan onu qəsdən sinə nahiyəsindən vurub itələdiyi üçün arxaya istiqamətlənmiş və əllərini stolun kənarına qoyub müvazinətini düzəldərkən Ruslan ona yüksək səslə hədə gələrək “səni İsmayıllıya həsrət qoyaram” deyə bildirib stol üzərində içərisində dolu olan mineral su olan butulkanı başının təpə nahiyəsindən vurmuşdur. Ruslan ikinci dəfə oturduğu stulu götürüb onun istiqamətində tullamaq istədikdə bu zaman Ceyhun, Kamil, Murad və Orxan araya girib onları aralaşdırmışlar. O kafedən çıxıb ilk öncə təcili tibbi yardıma, daha sonra isə hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təcili tibbi yardım avtomlbili gələrək onu tibbi yardım alması üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmış və xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, mübahisə və dava 5-10 dəqiqə müddətində davam etmiş, təşvişə səbəb olmuş, kafenin iş fəaliyyəti pozulmuşdur. Eyni zamanda bu hadisədən təxminən 2-3 ay əvvəl Ruslan və onun dostu Muradla onun yaşadığı evə gələrək ona borcundan imtina etməsini əks halda onu İsmayıllı rayonundan ümumiyyətlə çıxaracağını bildirmiş, o, buna etiraz etdikdə isə güc tətbiq edərək onu kirayədə yaşadığı evindən çıxararaq avtomobilə əyləşdirmiş və belə olan halda o, daha ciddi hadisənin baş verməsindən ehtiyat edərək, İsmayıllı rayonunu tərk etmə qərarına gələrək, yola çıxmış, İsmayıllı postunu keçdikdən sonra təkrar ona zəng edərək, “artıq səni bağışladıq, İsmayıllıya qayıda bilərsən və onu da bil ki, mən istəmədən sən İsmayıllıda yaşaya bilmərsən,” dedikdən sonra o təkrar İsmayıllıda kirayədə yaşadığı evə qayıtmışdır. Bundan başqa Ruslanın qardaşı Roman da bir neçə dəfə ona hədə qorxu gələrək puldan imtina etməsini bildirmişdir. Bildirmək istəyir ki, sonuncu hadisədən sonra Ruslan bir dəfə də olsun onunla barışıq etməyə cəhd etməmiş, ona olan borcunu ödəməmiş, hətdə heüç bir əsası olmadan guya onlara borclu olduğunu bildirmişdir. Əlavə olaraq bildirmək istəyir ki, onun leksikonunda ümumiyyətlə söyüş yoxdur, şahidlər də təsdiq edə bilərlər ki, o heç vaxt söyüşlə danışmır və hadisə zamanı da Ruslana və ya başqa şəxslərə söyüş söyməmişdir. İfadəsinin sonunda bildirmək istəyir ki, ilk başlarda borcu ödəniləcəyi təqdirdə Ruslandan şikayətçi olmayacağını bildirsə də borcla bağlı mülki qaydada məhkəməyə müraciət edəcəyindən artıq heç bir şəkildə onu bağışlamayacağını, maddənin saknsiyasında ən ağır cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X19 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusataları təsdiq etmişdir İş üzrə şahid X11 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi ev 5-də qeydiyyatdadır və yaşayır. Zərərçəkmiş şəxs təxminən 1 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs isə təxminən 3 ildir ki, tanıyır, Rövşən və Ruslanla münasibəti həmişə yaxşı olmuşdur. Rövşən və Ruslan gübrə və toxum alqı-satqısı ilə məşğul olurlar. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs ilə bir yerdə olarkən İsmayıllı rayonu İvanovka kənd sakini, X3 Səmədovun istifadəsində olan mobil nömrəmə zəng edərək bildirmişdir ki, “Rövşən gəlib anbardan gübrə və toxumların aparır, nə fəhlələrin, nə gələn yük maşınlarının pulunu vermir”. Ruslanla bir yerdə İsmayıllı şəhəri “Retro” adlanan kafedə olmuş, Ruslan tanışı X4 mobil telefonuna zəng edərək onları kafenin qarşısından götürüb İvanovka kəndinə aparmağı xahiş etmişdir. Onlar kafeyə daxil olan zaman Rövşən və onun köməkçisi Ceyhun Quliyev kafedə əyləşib yemək yemişlər. Onlar salamlaşdıqdan sonra Rövşənin əyləşdiyi stolun ətrafında əyləşmiş, Orxan da kafenin içərisinə daxil olmuşdur. Söhbət zamanı Orxan Rövşəndan anbar xərcini, fəhlələ və yük maşınlarına verdiyi pulu istədikdə Rövşən Orxana “mən pulu Ruslanın qardaşı Romana vermişəm” deyə cavab vermiş, Orxan Romanın istifadəsində olan mobil nömrəyə zəng etmiş və Rövşənin ona pul verib-verməməsini soruşduqda telefonu kənardan hamının eşitməsi üçün səsli rejimə qoymuşdur. Roman telefon danışığı zamanı Rövşənin ona pul vermədiyini bildirmiş, bundan sonra Ruslan Rövşənə “Orxanın pulunu ver, malını apar, nə oldu hər işin altından Roman çıxır?” deyə bildirdikdə Rövşən Ruslana “mən nə edim ki, hər işin altından qardaşın Roman çıxır, bu gün mən malımı anbardan aparacam” deyə bildirmişdir. Mübahisə zamanı Kamil çölə çıxmışdır. Bu zaman Ruslan Rövşənə əsaəbləşərək, ayağa qalxıb stolun üzərindəki içərisində mineral su olan yaşıl rəngli şüşə butulkanı əlinə götürmüş və 1 dəfə Rövşənin başına vurmuş, lakin şüşə sınmamışdır. Səsə Kamil də içəri daxil olmuş, bu zaman o, Ceyhun, Orxan araya girib mübahisəni sakitləşdirməyə başlamış, Ruslanı kafenin içərisindən çölə çıxartmış və Kamilin idarə etdiyi maşına əyləşib İsmayıllı rayonuna gəlmişlər. Sonradan eşitmişdir ki, Rövşən hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, Şəhriyar küçəsi ev 20-də qeydiyyatdadır və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə ev 19-da yaşayır. Təqsirləndirilən şəxs və X14 tanışlarıdır, onlarla münasibəti yaxşıdır. Zərərçəkmiş şəxs təxminən 6-7 aydır ki, tanıyır. Zərərçəkmiş şəxs Ruslan və Romanla gübrə və toxum alqı-satqısı etdiyinə görə onların yanında onu görmüş və tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs mobil telefonuma zəng edərək “Retro” kafesinin qarşısında olduğunu və onu İsmayıllı rayonu İvanovka kəndinə aparmağı xahiş etmişdir. “Renta Car”-dan icarəyə götürdüyü “Mersedes Galinvagen” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomaşınla həmin kafenin qarşısına gəlmiş, X22 bir yerdə olmuşlar. Ruslan qabaq oturacaqda, Murad isə arxa oturacaqda əyləşmiş və idarə etdiyi avtomaşınla İvanovka kəndi istiqamətində yola düşmüşlər. Yolda Ruslan ona bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs İvanovka kəndindədir, anbardan toxum və gübrələri aparmağa gəlib onunla görüşmək üçün İvanovka kəndinə gedir. İvanovka kəndində “Göl” kafesi işlədən Orxan adlı şəxsə məxsus mağazanın qarşısında maşından düşmüş və ilk əvvəl Orxanla görüşmüş, daha sonra isə mağazanın içərisində kafeyə daxil olmuşlar. Kafedə Zərərçəkmiş şəxs və onun köməkçisi X19 oturub çörək yemişlər. O, Ruslan və Murad stol arxasında oturan Rövşən və Ceyhunla əllə salamlaşıb stolun ətrafında əyləşmişlər. Bu zaman Orxan da kafeyə gəlmiş, söhbət zamanı Orxan Rövşəndan anbar xərcini, fəhlə və yük maşınlarına verdiyi pulu istədikdə Rövşən Orxana “mən pulu Ruslanın qardaşı Romana vermişəm” deyə cavab vermişdir. Ruslan da Rövşənə toxum və gübrələrə görə anbarın və fəhlələrə görə Orxana pul vermək öhdəliyinin olduğunu demiş, Rövşən isə qanuni işlədiyini və heç kimə pul verməli olmadığını bildirmişdir. Həmin vaxt onun telefonuna zəng gəldiyi üçün o, kafedən çölə çıxmış, təxminən 5-10 dəqiqə sonra kafenin içərisindən səs-küy və söyüş səsləri eşidib içəri daxil olduqda Rövşənin baş nahiyəsinin tutduğunu görmüşdür. Artıq başa düşmüşdür ki, Rövşəni Ruslan vurub, ona görə də Ruslanı Murad və Orxan çölə çıxarmışlar. Baş nahiyəsindən xəsarət aldığı üçün soyuducudan buz gətirib Rövşənə vermişdir ki, baş nahiyəsinə qoysun. Sonra isə Ruslanla birlikdə İsmayıllı şəhərinə gəlmişlər. İş üzrə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, hazırda İsmayıllı şəhəri H.B.Zərdabi küçəsi ev 5-də yaşayır. Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs isə təxminən 10 ildir ki, tanıyır. Həmin şəxslərlə aralarında ədavət və düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sayəsində tanımışdır. Rövşənlə Ruslan birlikdə gübrə və toxum alqı-satqısı ilə məşğul olurlar. O, İsmayıllı rayonu İvanovka kəndində yerləşən ona məxsus anbarda Rövşənin işlədiyi "xxxx" MMC-yə məxsus buğda və arpa toxumlarını saxlamışdır. Həmin buğda və arpa toxumlarını gətirən ilk yük maşınlarına yol xərci və fəhlə pulu olaraq ümumilikdə 1740 (min yeddi yüz qırx) manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs və köməkçisi X17 rayonu İvanovka kəndində yerləşən ona məxsus anbara gəlmişlər. Rövşən anbara gəldikdən sonra ondan anbarda olan toxumları istəmiş, o isə toxumların anbarda 20 ay müddətində saxlanmasının pulunu və yük avtomobillərinə verdiyi pulu tələb etmişdir. Rövşən ona “o pullar mənlik deyil, mən o pulları Ruslangilə vermişəm” deyə bildirmişdir. O Rövşənə “Ruslanı çağırım, pulu kimə vermisən aydınlaşdıraq” deyə bildirdikdə Rövşən onunla razılaşmış o da Ruslanın istifadəsində olan mobil nömrəyə zəng edərək baş verənləri demiş, Ruslanı İsmayıllı rayonu İvanovka kəndinə çağırmışdır. Bundan sonra Rövşən Ceyhunla birgə yanından ayrılaraq yaxınlıqda olan ona məxsus “Göl” adlı kafeyə getmişlər. Həmin gün saat 17:00 radələrində o kafenin yerləşdiyi binada olan mağazasında olarkən Təqsirləndirilən şəxs və Murad Qurbanov oraya gəlmişlər. Ruslan onunla salamlaşaraq binada olan kafedə nahar edən Rövşənin yanına getmişdir. Təxminən 5 dəqiqə sonra Ruslan onu yanlarına çağırmış, o getdikdə həmin vaxt orada Ruslan, Ceyhun və Rövşən olmuşdur. Söhbət zamanı o, Rövşəndən anbar xərcini, fəhlələrə və yük maşınlarına verdiyi pulu istəmiş, Rövşən ona “mən pulu Ruslanın qardaşı Romana vermişəm” deyə cavab verdikdə o Romanın istifadəsində olan mobil nömrəyə zəng etmiş və Rövşənin pul verib-vermədiyini soruşduqda Roman telefon danışığı zamanı Rövşənin pul vermədiyini bildirmiş və telefon dinamika rejimində olduğundan onlar Romanın bu cavabını eşitmişlər. Bundan sonra Ruslan Rövşənə “Orxanın pulunu ver, malını apar. Nə oldu hər işin altından Roman çıxır?” deyə bildirmiş, Rövşən Ruslana bir neçə dəfə “mən neyləyim ki, hər işin altından qardaşın Roman çıxır, bu gün mən o malı onsuzda buradan aparacam” deyə bildirmiş, o Rövşənə “pul ödənməsə mal buradan getməyəcək” deyə bildirmişdir. Rövşən onlara “mən malı buradan götürəcəm” deyə bildirmişdir. Bu zaman müştəri gəldiyindən o kafenin içərisindəki qapıdan mağazaya keçmiş, bir az keçmiş səs-küy eşidərək geri qayıtmışdır. Ruslanın Rövşəni butulka ilə vurduğunu görmədiyini, sonradan bu barədə eşitdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayından İsmyıllı rayonu İvanovka kəndi ərazisində yerləşən “Göl” adlanan kafedə ofisiant işləyir. 12 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs və yanında olan Ceyhun adlı şəxs gələrək kafenin zalında stol arxasında əyləşmiş, bundan 15-20 dəqiqə sonra isə kafenin zalına Təqsirləndirilən şəxs və yanında olan 2 nəfər tanımadığı şəxslər gəlmiş, onlar da stol arxasında əyləşmişlər. O. ofisiant kimi qulluq etmək üçün ərzaq gətirmək məqsədi ilə mətbəxə getmiş, təxminən 5 dəqiqə sonra söyüş səsləri eşitmiş, qorxduğundan həmin yerə getməmiş, Ruslanın və yanında olan şəxslərin kafedən çıxdığını, Rövşənin də baş nahiyəsini tutub kafenin zalından çıxdığını görmüşdür. Kafedə stolun ətrafında stullar dağınıq olsa da kafenin əmlakına hər hansı zədə dəyməmişdir. Təcili tibbi yardım maşını gəldikdən sonra Rövşəni xəstəxanaya aparmışlar. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs hadisə barədə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Ruslanın atası X15 ifadəsində göstərdi ki, təxminən üç il qabaq yaxın tanışlarının vasitəsi ilə Rövşən Əcgərovla tanışlığı yaranmışdır. Həmin tanış adamlar Rövşənin kənd təsərrüfatında istifadəsi nəzərdə tutulan müxtəlif növlü kübrələrin satışı ilə məşğul olduğunu bildirmiş və Rövşənə İsmayıllı rayonunda və ətraf bölgələrdə həmin kübrələrin satışında köməklik göstərilməsini xahiş etmişlər. Həmin adamlar ciddi fikirli insanlar olduğundan razılıq vermiş və Rövşənlə birlikdə işləməyə başlamışlar. İlkin olaraq Rövşənə məxsus olan 270 ton karbamid kübrəsinin satışını təşkil etmiş və aralarında səmimi münasibətlər yaranmışdır. Öz aralarında olan razılaşmaya əsasən satılan mala görə ona müəyyən faiz ayrılmışdı. Müəyyən bir müddətdən sonra Rövşən ondan borc pul istəməyə başladı və həmin vaxt onun hesabda 31000 manat pulu olduğundan o imtina etməmişdir. Rövşən onun hesabından üç dəfəyə 10000-10000 olmaqla həmin hesabındakı pulun hamısını götürmüşdür. Müəyyən bir müddətdən sonra Rövşən ondan yenə də pul istəməyə başlamış və bu dəfə o pulunun olmadığını bildirərək Rövşəndən uzaqlaşmağa başlamışdır. Onun satdığı kübrələrdən də Rövşənin ona veriləsi xeyli məbləğdə borcu yaranmış və o, Rövşənin artıq onunla münasibətlərində tamamilə qeyri-cəmimi olduğunu başa düşmüşdür. Bu ərəfədə Rövşən ona zəng edərək oğılu Ruslanı Oğuz rayonuna işləməyə aparacağını və ona yüksək məbləğdə maaş verəcəyini bildirmişdir. Bir müddət təkid etdikdən sonra Rövşən onu razılaşdırmış və Ruslanı Oğuza aparmışdır. Bundan bir müddət sonra oğlu Ruslan ona zəng edərək avtomobilindən 7000 manat pulun yoxa çıxdığını demiş və bu zaman yenə də Rövşəndən şübhələnərək Ruslanı təcili geri çağırmışdır. Beləliklə onlsarın aralarında münasibətlər tamamilə soyumuş və sonda Rövşənin ona 57000 manat borcu olması məlum olmuşdur. Dəfələrlə o, həmin pulu Rövşəndən tələb etmiş, Rövşən isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaq istəməmişdir. Aralarında bununla bağlı bir neçə dəfə danışıqlar olmuş, hətta mübahisələri də yaranmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan: Səhiyyə Nazirliyi Məhkəmə X13 X26 rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2022-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərqapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edilən başın təpə-ənsə nahiyəsində dərialtı hematoma və qançır küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edildiyindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş üzrə xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə İsmayıllı rayonu İvanovka kəndi ərazisində “Göl” adlanan kafedə baş vermişdir. İş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu İvanovka kəndində “Göl” adlanan kafedə mübahisə və davanın baş verdiyi yeri göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Məhkəmə sözügedən kafeyə yerli baxış zamanı müəyyən etmişdir ki, kafe İvanovka kəndində yerləşməklə “Göl” adlanır. Kafenin bir girişi mağazanın içərisindən, digər girişi isə aşağı mətrəbədən edilməkdədir. Baxış zamanı hadisə olduğu otaqda məişət soyuducuları, iki ədəd stol və qışda istifadə olunan sona müşahidə olunmuşdur. Tərəflər hadisənin olduğu yeri dəqiq göstəməklə, etdikləri təsvir istintaqda verdikləri ifadələrlə üstüstə düşür. İş üzrə İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış 21 fevral 2022-ci il tarixli 48 nömrəli arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Səmədov X6 RMP-nin narkoloji, ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. İş üzrə ismayıllı RPŞ-dən alınmış xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs gübrə və toxumların alqı-satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs onun qardaşı X1 üçün təhvil verdiyi gübrə və toxumların İsmayıllı rayonunun İvanovka kəndində yerləşən X10 məxsus anbarda saxlanılan bir hissəsini münasibətləri pisləşdiyinə görə İvanovka kəndinə gəlib aparmaq istəməsini bilib xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində İsmayıllı rayonunun İvanovka kəndində yerləşən “Göl” adlanan kafeyə gələrək Zərərçəkmiş şəxsla və digər şəxslərlə bir stol arxasında əyləşib Zərərçəkmiş şəxs gübrə və toxumların anbarda saxlanmasına görə 1750 manat və yükün boşaldılmasına görə 600 manat pulun anbarın sahibi O.M.Bağıyevə ödənilməli olmasını əsas gətirərək bu zəmində R.Ə.Əsgərovla mübahisə etmiş, mübahisə zamanı əyləşdiyi stuldan ayağa qalxıb əlləri ilə Əsgərova Zərərçəkmiş şəxs arxaya itələyib yüksək səslə nalayiq ifadələr işlətmiş, kafedə olan şəxslərin qorxu və narahatçılığına səbəb olmuş, həmçinin kafenin iş fəaliyyətini pozmuş, stolun üzərindən götürdüyü mineral şüşə butulka ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən 1 dəfə vurub xəsarət yetirmişdir. Həmin vaxt kafenin içərisində X7, X11, X19, X18 olmuşdur. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsinə sübut növü kimi İsmayıllı rayonunun İvanovka kəndində yerləşən “Göl” adlanan kafeyə gələrək Zərərçəkmiş şəxsla və digər şəxslərlə bir stol arxasında əyləşib Zərərçəkmiş şəxs gübrə və toxumların anbarda saxlanmasına görə 1750 manat və yükün boşaldılmasına görə 600 manat pulun anbarın sahibi O.M.Bağıyevə ödənilməli olmasını əsas gətirərək bu zəmində R.Ə.Əsgərovla mübahisə etmiş, Zərərçəkmiş şəxs ona qanuni işini gördüyünü bildirdikdə o, əyləşdiyi stuldan ayağa qalxıb Zərərçəkmiş şəxs yüksək səslə “beynimi çöndərirsən, başımı xarab eləmə” deyə ifadə işlədib əlləri ilə Zərərçəkmiş şəxs arxaya itələyib özünün şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai yer hesab olunan kafedə, orada digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, o, cümlədən kafenin iş rejimini pozmaqla və orada olan şəxslərin istirahətinə mane olmaqla təxminən 10 dəqiqə ərzində münaqişə yaradıb yüksək səslə nalayiq ifadələr işlədərək hər hansı əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs ona cavab qaytarmasını cüzi səbəb kimi bəhanə edib stolun üstündən götürdüyü şüşə materialdan olan mineral su butulkasını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsindən 1 dəfə qəsdən zərbə ilə vurub zor tətbiq etməklə sonuncuya qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən başın təpə-ənsə nahiyəsində dərialtı hematoma və qançır kimi xəsarətlərdən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkəti etməsini əsas götürmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2. Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda-iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi mövcud deyildir. Bu hal iş materialları, xüsusən də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, “X16” MMC-də satış müdiri işləyir. Şirkətin əsas fəaliyyəti kənd təsərrüfatı təyinatlı məhsulların alışı və satışıdır. Belə ki, şirkət Respublikanın ərazisində buğda və arpa toxumları, həmçinin gübrə və pestisidlərin topdan və pərakəndə alışı və satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. Aralarında münasibətlərin yaranması və sonradan həmin münasibətlərin gərginləşməsi də məhs sözügedən gübrə və pestisidlərin topdan və pərakəndə alışı və satışı ilə bağlı olmuşdur. Belə ki, hər iki tərəf qarşı tərəfin ona borcu olduğunu iddia edir. Elə məhz bu səbəbdən də aralarında mübahisə yaranmış, tərəflərin özlərinin də etiraf etdiyi kimi, müxtəlif vaxtlarda münasibətləri daha da pisləşmiş, Ruslan və onun qardaşı Raman tərəfindən müxtəlif vatlarda Zərərçəkmiş şəxs təzyiq və təhdidlər olmuşdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə, əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik, özünü cəmiyytin fövqündə görmək xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli qərarında da müdafiə edilir. Həmin qərarın 3-cü bəndinə görə zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Elə işə bu mövqedən yanaşaraq məhkəmə qeyd edir ki, hadisənin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş verməmişdir. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən də göründüyü kimi, təqsirləndirən şəxsin törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təzahür edən əməl mövcud olmamışdır. Hazırkı baxılan cinayət hadisəsinin baş vermə səbəbi Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs( və onun atası və qardaşı) buğda və arpa toxumları, həmçinin gübrə və pestisidlərin topdan və pərakəndə alışı və satışı ilə bağlı aralarında borc mübahisəsinin yaranması olmuşdur. Belə olan halda ölkə iqtisadiyyatındaki dövriyyələrə nəzər yetirdikdə tərəflər arasındaki pul dövriyyəsinin məbləğinin və bunun nəticəsində bir birlərinə qarşı borclu olduqlarını iddia etdikləri məbləğlər ibtidai istintaq orqanının qeyd etdiyi kimi “cüzi səbəb” kimi qiymətləndirilə bilməz. Eyni zamanda ibtidai istintaq orqanı sözügedən cinayət hadisəsi baş verən ana qədər olan dövr ərzindəki (Ruslan və onun dostu Muradla onun yaşadığı evə gələrək ona borcundan imtina etməsini əksi halda onu İsmayıllı rayonundan ümumiyyətlə çıxaracağını bildirmiş, o, buna etiraz etdikdə isə güc tətbiq edərək onu kirayədə yaşadığı evindən çıxararaq avtomobilə əyləşdirmiş və belə olan halda o, daha ciddi hadisənin baş verməsindən ehtiyat edərək, ismayıllı rayonunu tərk etmə qərarına gələrək, yola çıxmış, İsmayıllı postunu keçdikdən sonra təkrar ona zəng edərək, “artıq səni bağışladıq, İsmayıllıya qayıda bilərsən və onu da bil ki, mən istəmədən sən İsmayıllıda yaşaya bilmərsən,” dedikdən sonra o təkrar İsmayıllıda kirayədə yaşadığı evə qayıtmışdır. Bundan başqa Ruslanın qardaşı Roman da bir neçə dəfə ona hədə qorxu gələrək puldan imtina etməsini bildirmişdir.) tərəflər arasındaki münasibətlərə hüquqi qiymət verməmiş, cinayətin baş vermə motivi araşdırılmamış, ittihamı sadəcə cinayət hadisəsi baş verən gün tərəflər arasında yaranan mübahisə kontekstində cüzi səbəb kimi dəyərləndirərək, şəxsi münasibətlər zəminini istisna edərək səhv qənaətə gəlmişdir, halbuki hadisə baş verən ana qədər tərəflər arasında bir neçə dəfə sözügedən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisə olmuş və aralarında gərginlik yaranmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmamışdan əvvəl dediyi ifadə “Orxanın pulunu ver, malını apar, nə oldu hər işin altından Roman çıxır?” onu deməyə əsas verir ki, sözügedən hadisənin yaranma səbəbi tərəflər arasında daha əvvəldən olan münasibət gərginliyi olmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında sahibkarlıq fəaliyyəti nəticəsində, dolayısı ilə şəxsi münasibətlər zəminində yaranmış münasibət gərginliyi və bunun nəticəsində baş vermiş cinayət hadisəsi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə təqsirli bilinməsi əsassızdır. Eyni mövqe B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında nümayiş etdirilmişdir. Belə ki, burada göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Hazırki cinayət işinin araşdırılması zamanı isə məhkəmə müəyyən etdi ki, 12 yanvar 2022-ci il tarixdə saat 16 radələrində İsmayıllı rayonu İvanovka kənd sakini X18 Təqsirləndirilən şəxs zəng edərək, Rövşənin gəlib anbardan gübrə və toxumların aparmasını, nə fəhlələrin, nə də gələn yük maşınlarının pulunu vermədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs oraya gələrək, marketə daxil olmuş, orada Orxanla görüşərək və nə baş verdiyini soruşmuş, Orxan ona Rövşənin borcu vermək istəmədiyini, əksinə olaraq oradan toxum aparmaq üçün gəldiyini demişdir. Rövşən və Murad şam yeməyi yeyən zaman o, Rövşənə nəyə görə Orxanın 1740 manat borcunu vermədiyini soruşmuş, Rövşən “mənim Orxana o qədər borcum yoxdur, nə borcum olubsa sənin qardaşın Romana vermişəm” demiş, o, Rövşənə qardaşı Romanın borc məsələsinə heç bir aidiyyətinin olmadığını demiş, həmin vaxt Orxan da kafenin içərisinə daxil olmuş və Romanın istifadəsində olan mobil nömrəyə zəng edərək, Rövşənin Romana pul veribverməməsini soruşmuş və telefonu kənardan hamının eşitməsi üçün səsli rejimə qoymuşdur. Roman telefon danışığı zamanı Orxanın Romana pul vermədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Rövşənə “Orxanın pulunu ver, malını apar, nə oldu hər işin altından Roman çıxır?” deyə bildirmiş, Rövşən isə ona “mən nə edim ki, hər işin altından qardaşın Roman çıxır, bu gün mən malımı anbardan aparacam” deyə bildirmişdir. Ruslan Səmədəv o danışıq tərzindən əsəbləşərək, stuldan ayağa qalxıb stolun üzərindəki içərisində mineral su olan yaşıl rəngli şüşə butulkanı əlinə götürərək, 1 dəfə Rövşənin başına vurmuş sonra isə kafedən çölə çıxaraq Kamilin idarə etdiyi maşınla Muradla birlikdə İsmayıllı şəhərinə qayıtmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə,onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi hazırkı işdə də mübahisə şəxsi münasibətlər zəminində, zərərçəkən şəxslə təqsirləndirilən şəx və onun arası və qardaşı arasında borc münasibətindən qaynaqlanan narazılıq səbəbindən yaranaqla yanaşı, təqsirləndirilən şəxsin ümumiyyətlə hərəkəti masanın üstündəki şüşə butulkanı götürərək zərərçəkmiş şəxsin baş nahiyəsindən bir dəfə vurması olmuş və bununla onun hərəkəti başa çatmışdır. O, zərərçəkmiş şəxsi butulka ilə bir dəfə vurduqdan sonar isə çıxıb getmişdir ki, bununla onun hərəkətlərinin sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməsi baş verməmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından və onun əməli sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurma kimi qiymətləndirilməli və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə təşəbbüs göstərməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterixə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı RİHB-nın İsmayıllı şəhəri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.Fizuli küçəsi, dalan 3, ev 1-də qeydiyyatdadır və yaşayır, orta təhsillidir, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, həmin ünvanda yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 14 fevral 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə saat 15:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 16 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və həmin tarixdə saat 15:05-də İsmayıllı RPŞ-nin MSY-dən azad olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Sədiyar oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Sədiyar oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakteriza olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Ona görə də məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən bir daha təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsə təyin edilən cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq ona ittiham edildiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 fevral 2022-ci tarixdən 16 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01(bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri M.Fizuli küçəsi, dalan 3, ev 1-də ünvanındaki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-36/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-36/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver