Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-36/2023 25.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs3 müdafiəçisi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 25 iyul 2023-cü il tarixdə saat 16:29-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2000-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Ağsu rayonunun Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 xx xxxx 1983-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində biri yetkinlik yaşına çatmamış, ikisi isə azyaşlı olmaqla üç uşağı olan, işsiz, məhkumluğu olmayan, Ağsu rayonunun Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1975-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Ağsu rayonunun Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində hazırki cinayət işi üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 4(016)-11/2023 nömrəli qərarı ilə barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki penitensiar müəssisəsində saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndliləri və tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə həmin şəxslərlə birlikdə 02 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixə keçən gecə, dəqiq saatı müəyyən edilməyən vaxtda taksi kimi fəaliyyət göstərən həmkəndlisi X6 idarə etdiyi “Vaz 2109” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı-Göyçay-Yevlax avtomobil yolunun İsmayıllı rayonunun Qubaxəlilli kəndinin ərazisindən keçən hissəsinə, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fermanın yaxınlığına gəlmiş və avtomobildən düşüb Yusif Dəmirova oğurluq edəcəkləri barədə heç bir məlumat vermədən, yol gediş haqqını ödəyərək getməsini, bir müddət sonra onu özlərinin çağıracağını demiş, Yusif Dəmirov idarə etdiyi avtomobillə həmin ərazidən uzaqlaşdıqdan sonra o, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə dayandıqları yerdən təqribən 700 metr məsafədə yerləşən, Yaşar Cəlalova məxsus, mal-qoyun saxlanılması üçün nəzərdə tutulmuş, saxlanc yeri hesab olunan, mişar daşı ilə tikilməklə üzəri şifer materialı ilə örtülmüş fermaya şum yeri ilə yaxınlaşmış, ətrafı və fermanın olduğu həyəti müşahidə edərək kimsənin olmamasına tam əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 “xəndəy” deyilən yerin yanında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, o və Təqsirləndirilən şəxs3 isə qanunsuz olaraq saxlanc yeri hesab olunan fermaya pəncərədən daxil olaraq, oradan 1 baş erkək cinsli, 650 manat dəyərində, qara rəngli, diri çəkisi 95-100 kiloqram, xırda buynuzları olan, 7-8 aylıq, başqa xüsusi əlaməti olmayan dananı və 1 baş erkək cinsli, 430 manat dəyərində, qumral-ağ rəngli, diri çəkisi 70-75 kq, buynuzları olmayan, 5-6 yaşlı, böyük quyruğu olan, başqa xüsusi əlaməti olmayan qoçu ayırıb Təqsirləndirilən şəxs2 köməkliyi ilə fermadan çıxararaq birlikdə avtomobildən düşdükləri yerə aparmaqla qəsdən gizli olaraq talamış, daha sonra həmin yerə çağırdıqları Yusif Dəmirovun idarə etdiyi avtomobilə taladıqları 2 baş heyvanı yerləşdirərək və sürücüyə heyvanları onun qohumundan aldıqlarını deyib inandırmaqla həmin avtomobillə hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1080 (min səksən) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndliləri və tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə həmin şəxslərlə birlikdə 02 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixə keçən gecə, dəqiq saatı müəyyən edilməyən vaxtda taksi kimi fəaliyyət göstərən həmkəndlisi Yusif Dəmirovun idarə etdiyi “Vaz 2109” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı-Göyçay-Yevlax avtomobil yolunun İsmayıllı rayonunun Qubaxəlilli kəndinin ərazisindən keçən hissəsinə, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fermanın yaxınlığına gəlmiş və avtomobildən düşüb Yusif Dəmirova oğurluq edəcəkləri barədə heç bir məlumat vermədən, yol gediş haqqını ödəyərək getməsini, bir müddət sonra onu özlərinin çağıracağını demiş, Yusif Dəmirov idarə etdiyi avtomobillə həmin ərazidən uzaqlaşdıqdan sonra o, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə dayandıqları yerdən təqribən 700 metr məsafədə yerləşən, Yaşar Cəlalova məxsus, mal-qoyun saxlanılması üçün nəzərdə tutulmuş, saxlanc yeri hesab olunan, mişar daşı ilə tikilməklə üzəri şifer materialı ilə örtülmüş fermaya şum yeri ilə yaxınlaşmış, ətrafı və fermanın olduğu həyəti müşahidə edərək kimsənin olmamasına tam əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən o, “xəndəy” deyilən yerin yanında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq saxlanc yeri hesab olunan fermaya pəncərədən daxil olaraq, oradan 1 baş erkək cinsli, 650 manat dəyərində, qara rəngli, diri çəkisi 95-100 kiloqram, xırda buynuzları olan, 7-8 aylıq, başqa xüsusi əlaməti olmayan dananı və 1 baş erkək cinsli, 430 manat dəyərində, qumral-ağ rəngli, diri çəkisi 70-75 kq, buynuzları olmayan, 5-6 yaşlı, böyük quyruğu olan, başqa xüsusi əlaməti olmayan qoçu ayırıb onun köməkliyi ilə fermadan çıxararaq birlikdə avtomobildən düşdükləri yerə aparmaqla qəsdən gizli olaraq talamış, daha sonra həmin yerə çağırdıqları Yusif Dəmirovun idarə etdiyi avtomobilə taladıqları 2 baş heyvanı yerləşdirərək və sürücüyə heyvanları Təqsirləndirilən şəxs1 qohumundan aldıqlarını deyib inandırmaqla həmin avtomobillə hadisə yerindən uzaqlaşaraq Yaşar Cəlalova ümumilikdə 1080 (min səksən) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndliləri və tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib bu məqsədlə həmin şəxslərlə birlikdə 02 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixə keçən gecə, dəqiq saatı müəyyən edilməyən vaxtda taksi kimi fəaliyyət göstərən həmkəndlisi Yusif Dəmirovun idarə etdiyi “Vaz 2109” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı-Göyçay-Yevlax avtomobil yolunun İsmayıllı rayonunun Qubaxəlilli kəndinin ərazisindən keçən hissəsinə, həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus fermanın yaxınlığına gəlmiş və avtomobildən düşüb Yusif Dəmirova oğurluq edəcəkləri barədə heç bir məlumat vermədən, yol gediş haqqını ödəyərək getməsini, bir müddət sonra onu özlərinin çağıracağını demiş, Yusif Dəmirov idarə etdiyi avtomobillə həmin ərazidən uzaqlaşdıqdan sonra o, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə dayandıqları yerdən təqribən 700 metr məsafədə yerləşən, Yaşar Cəlalova məxsus, mal-qoyun saxlanılması üçün nəzərdə tutulmuş, saxlanc yeri hesab olunan, mişar daşı ilə tikilməklə üzəri şifer materialı ilə örtülmüş fermaya şum yeri ilə yaxınlaşmış, ətrafı və fermanın olduğu həyəti müşahidə edərək kimsənin olmamasına tam əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 “xəndəy” deyilən yerin yanında dayanıb kiminsə gələcəyi təqdirdə məlumat vermək üçün ətrafa nəzarət etmiş, o və Təqsirləndirilən şəxs1 isə qanunsuz olaraq saxlanc yeri hesab olunan fermaya pəncərədən daxil olaraq, oradan 1 baş erkək cinsli, 650 manat dəyərində, qara rəngli, diri çəkisi 95-100 kiloqram, xırda buynuzları olan, 7-8 aylıq, başqa xüsusi əlaməti olmayan dananı və 1 baş erkək cinsli, 430 manat dəyərində, qumral-ağ rəngli, diri çəkisi 70-75 kq, buynuzları olmayan, 5-6 yaşlı, böyük quyruğu olan, başqa xüsusi əlaməti olmayan qoçu ayırıb Təqsirləndirilən şəxs2 köməkliyi ilə fermadan çıxararaq birlikdə avtomobildən düşdükləri yerə aparmaqla qəsdən gizli olaraq talamış, daha sonra həmin yerə çağırdıqları Yusif Dəmirovun idarə etdiyi avtomobilə taladıqları 2 baş heyvanı yerləşdirərək və sürücüyə heyvanları Təqsirləndirilən şəxs1 qohumundan aldıqlarını deyib inandırmaqla həmin avtomobillə hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1080 (min səksən) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Qeyd edilən əməllərə görə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun həmkəndliləri olmaqla onlarla normal münasibəti olmuşdur. Hadisədən təxminən 3-4 gün əvvəl Vüsal ona zəng edərək üçünün birlikdə oğurluq etmək təklifini vermiş və ondan mal-qoyun oğurlamaq üçün yer soruşmuşdur. O, Vüsala İsmayıllı rayonunun Qubaxəlilli kəndində yaşayan Yaşar adlı şəxsin fermasından oğurluq edə biləcəklərini təklif etmişdir. Belə ki, həmin kənd yaşadığı kəndlə qonşu kənddir. Yaşarın fermasında olduğu üçün oradan oğurluq etməyi məsləhət görmüşdür. Bunun ardınca Vüsal ona dəfələrlə zəng vuraraq dediyi yerə oğurluq etməyə getməyi təklif etmişdir. Lakin o, sonradan oğurluq etməyə tərəddüd etdiyi üçün hər dəfə bir bəhanə gətirmişdir. Bu münvalla bir neçə gün keçmişdir. 02 oktyabr 2022-ci il tarixdə Vüsal ona yenə zəng vuraraq demişdir ki, “dur bizə gəl”. O, səbəbini soruşduqda Vüsal onunla işi olduğunu bildirmişdir. O, az müddət sonra Vüsalın evinə getmişdir. Vüsalın evinə getdikdə birincinin həmkəndlisi Laçınla birlikdə oturduğunu görmüşdür. Adıgözələ kənd arasında Laçın demişlər. Vüsal ondan marketə gedərək araq almağını və marketdə 550 manat pulun olduğunu bildirmişdir. Marketə gedib araq almış və pulu da götürüb Vüsalın evinə gəlmişdir. Vüsal ondan pulu götürmüşdür. Həmin vaxtı Vüsalın evində üçü də araq içmişlər. Bundan sonra isə üçü yaşadıqları kənddə olan Vəli adlı şəxsin işlətdiyi adsız kafeyə getmişlər. Kafedə onlar üçü də pivə içmişlər. Vüsal bundan sonra ona və Adıgözələ Yaşara məxsus fermaya gedərək heyvan oğurlamağı təklif etmişdir. O və Adıgözəl Vüsalın təklifi ilə razılaşmışdır. Daha sonra kafedə Anar adlı şəxsə onları Qubaxəlilli kəndinə aparmasını təklif etsələr də Anar içkili olduğunu bildirib bundan imtina etmiş və qardaşı Yusifə bu barədə demişdir. Yusif içkili olmamışdır. Yusif “Vaz 2109” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə onları Qubaxəlilli kəndinə aparmış və “Göyçay” yazılan iri lövhənin yanında avtomaşını Vüsal saxlatmış və üçü də yerə düşmüşdür. Bu zaman saat 23-24 radələri olmuşdur. Yusifə isə demişlər ki, “biz buradan başqa maşınla gedəcəyik. Əgər lazım olsan sənə zəng vuracıyıq”. Yusif bundan sonra çıxıb getmiş və Vüsal Yusifə yol haqqı 20 manat pul vermişdir. Bunun ardınca üçü də şumun içi ilə piyada fermaya getmişlər. Aralarında olan razılığa əsasən Vüsal fermanın yanında “xəndək” deyilən yerdə dayanmışır ki, gələn olsa xəbər versin. Mişar daşından hörülmüş və üstü isə şiferlə örtülü fermanın açıq olan bir pəncərəsindən o və Adıgözəl birlikdə tövləyə girmişlər. Tövlədə bir neçə baş iri və xırda buynuzlu heyvanlar görmüşlər. Özü və Adıgözəl 1 baş ağ rəngli qoç və qara rəngli 1 baş erkək cinsli dananı tutmuşlar. Həmin vaxtı tutduqları heyvanları Vüsalın verdiyi nazik kəndirlə baş-başa bağlamış və hər iki heyvanı qapıdan çölə çıxarmışlar. Qapı həmin vaxtı məftillə bağlı olmuş və arxasında da daş söykənilmişdir. Heyvanları çölə çıxarıb xeyli apardıqdan sonra Vüsal da köməyə gəlmiş və üçü birlikdə heyvanları avtomaşından düşdükləri yerə gətirmişlər. Daha sonra isə Vüsal Yusifə zəng vuraraq həmin yerə gəlməsini xahiş etmişdir. Yusif gəlməzdən az əvvəl isə Vüsal yola çıxdmışdır ki, Yusif yolu azıb başqa yerə getməsin. Ardınca da Vüsal yola çıxıb Yusifi qarşılamışdır. Yusif də az müddət sonra Vüsalla birlikdə gəlmiş və üçü birlikdə heyvanları maşının baqajına mindirmişlər. Yusif həmin heyvanların kimə məxsus olmasını soruşmuş, Vüsal “heyvanları Bəxtiyara və Adıgözələ qohumları Şəhriyar verdiyini” demişdir. Daha sonra həmin heyvanları Yusifin avtomaşını ilə Vüsalın həyətinə aparıb düşürmüşlər. Vüsal buna görə Yusifə 30 manat pul vermişdir. Yusifin oğurluq etmələrindən xəbəri olmamışdır. Yusif getdikdən sonra üçü qalmış və Vüsal demişdir ki, “siz də evinizə gedin, səhər gələrsiz söhbət edərik. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində o və Adıgözəl birlikdə Vüsalın evinə getmiş və söhbət zamanı Vüsal demişdir ki, “bu heyvanlar mənə qalsın, mən onları kökəldəcəm. Əvəzində isə hərənizə 1 baş quzu verəcəm, aparıb satarsınız”. Həmçinin Vüsal demişdir ki, “quzuları özünüz gedib mənim qoyunlarımın içərisindən tutarsınız”. Onlar Vüsalın təklifi ilə razılaşmayaraq 2 baş quzunu Vüsalın özünün satıb pulunu verəcəyini qərara almışlar. Vüsal həmin təkliflə razılaşmışdır. Lakin quzuları satıb pulunu verməmiş, sabahısı günü polis əməkdaşlarının kəndə gələrək üçünün birlikdə oğurladığı 2 baş heyvanı Təqsirləndirilən şəxs2 götürdüklərini eşitmişdir. Qorxduğu üçün bir neçə gün İsmayıllı RPŞ-nə gəlməmişdir. Lakin sonradan Polis Şöbəsinə gəlmiş və törətdikləri cinayəti olduğu kimi etiraf etmişdir. xx.xx.2022-ci il tarixdə gündüz saatlarında o, Qubaxəlilli kəndində adsız YDM-də Yaşarı kamera görüntülərinə baxarkən görmüş, həmin vaxt Yusifin avtomaşının kameraya düşdüyünü də eyniylə görmüş və Yaşar həmin maşının kimə məxsus olmasını ondan soruşmuşdur. O, tanımadığını bildirib oradan uzaqlaşmışdır. Ardınca isə Laçına və Vüsala zəng vurub heyvanları geri qaytarmağı təklif etsə də Vüsal buna razı olmamışdır. xx.xx.2022-ci il tarixdə heyvanları polis əməkdaşları gəlib təhvil almışlar. Oğurluq heyvanlar sonradan sahibinə geri qaytarılmışdır. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. O, Vətən Müharibəsi iştirakçısıdır, “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı kənddə müxtəlif kənd sakinlərinin həyətində fəhləlik etməklə dolanmağa çalışır. Həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la normal münasibəti vardır. xx.xx.2022-ci il tarixdə həmkəndlisi və tanışı olan Təqsirləndirilən şəxs2 yaşadığı həyətdə sonuncuya köməklik etmiş və orada olarkən Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefonla həmkəndlisi və tanışı Bəxtiyara zəng vuraraq evinə dəvət etmişdir. Az müddət sonra Bəxtiyar Vüsalın evinə gəlmişdir. Bəxtiyar gələrkən o, Vüsalla birlikdə sonuncunun evində olmuşdur. Vüsal Bəxtiyardan marketə gedərək araq almağını və marketdə özünə çatası 550 manat pulun olduğunu bildirmişdir. Bəxtiyar da Vüsala razılıq verib marketə gedərək 1 araq alıb pulu da götürüb geri qayıtmışdır. Vüsal Bəxtiyardan həmin pulu götürmüşdür. Həmin vaxtı üçü Vüsalın evində balıq yeməyi yemiş və üçü də araq içmişlər. Bundan sonra üçü yaşadığı kənddə olan Vəli adlı şəxsin işlətdiyi adsız kafeyə getmişlər. Bu zaman saat 20-21 radələri olmuşdur. Kafedə də üçü birlikdə pivə də içmişlər, təxminən 1 -2 saat vaxt keçmişdir. Vüsal bundan sonra ona və Bəxtiyara İsmayıllı rayon Qubaxəlilli kənd sakini Yaşara məxsus fermaya gedərək oradan heyvan oğurlamağı təklif etmişdir. O və Bəxtiyar Vüsalın təklifi ilə razılaşmışdır. Kafedə Anar adlı şəxsə onları Qubaxəlilli kəndinə aparmasını təklif etsələr də Anar içkili olduğunu bildirib bundan imtina etmiş və qardaşı Yusifə bu barədə demişdir. Yusif isə içkili olmamışdır. Yusif “Vaz 2109” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə onları Qubaxəlilli kəndinə aparmış və “Göyçay” yazılan iri lövhənin yaxınlığında Vüsal avtomaşını saxlatmış və üçü də avtomaşından yerə düşmüşdür. Bu zaman saat 22-23 radələri olmuşdur. Yusifə də həmin vaxtı “biz buradan başqa maşınla gedəcəyik. Əgər lazım olsan sənə zəng vuracıyıq” demişlər. Yusif bundan sonra çıxıb getmiş və Vüsal ona yol haqqı kimi bildiyi qədər 20 manat pul vermişdir. Bunun ardınca üçü birlikdə şumun yanı ilə piyada ferma istiqamətində getmişlər. Aralarında olan rol bölgüsünə əsasən Vüsal fermanın yaxınlığında “xəndək” deyilən yerdə dayanmışdır ki, fermaya gələn olsa xəbər versin. Mişar daşından hörülmüş və üstü isə şiferlə örtülü iri fermanın açıq olan bir pəncərəsindən o və Bəxtiyar birlikdə içəri girmişlər. İçəridə isə bir neçə baş iri və xırda buynuzlu heyvanlardan 1 baş iri qumral-ağ rəngli qoçu və qara rəngli 1 baş erkək cinsli dananı tutmuşlar. Həmin vaxtı tutduqları 2 baş heyvanları Vüsalın özü ilə götürdüyü və içəri daxil olarkən onlara verdiyi nazik kəndirlə ikisi baş-başa bağlamış və hər iki heyvanı qapıdan çölə çıxarmışlar. Qapı həmin vaxtı məftillə bağlı və arxasında isə daş söykənilmiş vəziyyətdə olmuşdur. Heyvanları çölə çıxarıb apardıqdan sonra Vüsal da köməyə gəlmiş və üçü birlikdə həmin 2 baş heyvanları avtomaşından düşdükləri yerə gətirmişlər. Daha sonra isə Vüsal sürücü Yusifə zəng vuraraq həmin yerə gəlməsini xahiş etmişdir. Yusif gəlməzdən az əvvəl isə Vüsal yola çıxmışdır ki, Yusif yolu azıb başqa yerə getməsin. Ardınca da Vüsal yola çıxıb Yusifi qarşılamışdır. Yusif də az müddət sonra Vüsalla birlikdə gəlmiş və üçü birlikdə heyvanları Yusifin maşınına qoymuşlar. Yusif həmin heyvanların kimə məxsus olmasını soruşduqda Vüsal demişdir ki, “Bəxtiyara və mənə qohumumuz Şəhriyar vermişdir. Bu heyvanları kəndə aparmalıyıq”. Daha sonra həmin heyvanları Yusifin avtomaşını ilə Vüsalın yaşadıqları kənddəki həyətinə aparıb düşürmüşlər. Vüsal buna görə Yusifə pul vermişdir. Ancaq nə qədər pul verməsi yadında qalmamışdır. Yusifin isə onların oğurluq etmələrindən xəbəri olmamışdır. Yusif getdikdən sonra üçü qalmış və Vüsal demişdir ki, “siz də evinizə gedin, səhər gələrsiz söhbət edərik”. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində o və Bəxtiyar birlikdə Vüsalın evinə getmişlər. Söhbət zamanı Vüsal demişdir ki, “bu heyvanlar mənə qalsın, mən onları kökəldəcəm. Əvəzində isə hərənizə 1 baş quzu verəcəm, aparıb satarsınız”. Həmçinin Vüsal demişdir ki, “quzuları özünüz gedib mənim qoyunlarımın içərisindən tutarsınız”. Lakin Vüsalın bu təklifi ilə onlar razılaşmamışlar. Belə qərara gəlmişlər ki, Vüsal özü 2 baş quzunu satıb pulunu verər. Vüsal da bu təkliflə razılaşmışdır. Lakin quzuları satıb pulunu verməmiş, sabahısı günü polis əməkdaşlarının kəndə gələrək üçü birlikdə oğurladıqları 2 baş heyvanı Təqsirləndirilən şəxs2 götürdüyünü eşitmişdir. Qorxduğu üçün isə xeyli müddət İsmayıllı RPŞ-nə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə könüllü olaraq İsmayıllı RPŞ-nə gəlmiş və törətdikləri cinayət əməlini olduğu kimi etiraf etmişdir. Sonradan oğurluq heyvanlar da sahibinə geri qaytarılmışdır. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, həmkəndliləri olan Təqsirləndirilən şəxs1 və Adgözəl Süleymanova birlikdə oğurluq etmələrini təklif etmiş və onlar təkliflə razılaşmışlar. 02 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixə keçən gecə onlar birlikdə həmkəndlisi Yusif Dəmirovun idarə etdiyi “Vaz 2109” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşından asfalt yolun kənarında düşmüş və bundan sonra isə əkin sahəsi ilə Təqsirləndirilən şəxs1 və Adgözəl Süleymanov planlaşdırdıqları kimi İsmayılllı rayonu Qubaxəlilli kənd sakini Zərərçəkmiş şəxs1 məxsus mal-qoyun fermasına piyada gedərək oradan 2 baş yəni 1 baş erkək dana və 1 baş qoç oğurlayıb gətirmişlər. Onlar sürücü Yusifə getməsini bildirmiş və ehtiyac olduğu təqdirdə çağıracaqlarını demişlər. Yusif getdikdən sonra onlar birlikdə əkin sahəsi ilə qeyd etdiyi ferma istiqamətində getmişlər. O isə oradakı Xəndək adlanan yerdə gözləmiş və kimsənin gələcəyi təqdirdə Təqsirləndirilən şəxs1 və Adgözəl Süleymanova xəbər verəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Bəxtiyar və Adıgözəl fermadan oğurladıqları heyvanları gətirmişlər. Bundan sonra Yusiflə yenidən zəngləşmiş, az müddətdən sonra Yusif onların düşdükləri əkin yerinin yaxınlığına gəlmişdir. Bəxtiyar və Adıgözəl heyvanların ayaqlarını kəndirlə bağlamışlar. O, bundan sonra Bəxtiyar və Laçına heyvanları Yusifə məxsus Vaz 2109 markalı avtomaşına mindirməyə köməklik etmiş və bundan sonra həmin 2 baş heyvanı onun Ağsu rayonu Ərəbmehdibəy kəndindəki yaşadığı ünvana gətirib düşürmüşlər. Sözügedən oğurluq əməlini o, Təqsirləndirilən şəxs1 və Adgözəl Süleymanov planlı şəkildə törətsələr də heyvanları oğurlamaqlarından taksi sürücüsü Yusif Dəmirovun xəbəri olmamışdır. Səhər evində olarkən polis əməkdaşları gəlmiş və oğurluq etməkdə şübhəli olduqlarını bildirməklə İsmayıllı RPŞ-nə gətirmişlər. RPŞ-də törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir.Heyvanları könüllü olaraq polisə təhvil vermiş və zərərçəkmişə qaytarılmışdır. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların, himayəsində biri yetkinlik yaşına çatmamış, ikisi isə azyaşlı olmaqla üç uşağının olmasının nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, şəxsi təsərüfatında 4 baş iribuynuzlu və 8 baş xırda buynuzlu heyvanı olmuş və heyvanlarını yaşadığı kənddə özünə məxsus fermasında saxlamışdır. Fermanın giriş çıxış qapıları, eləcə də pəncərələri bağlı vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında fermaya gedib heyvanlarına baxarkən 1 baş qara rəngli erkək danasının və 1 baş xırda buynuzlu qumralağ rəngli qoç heyvanının fermanın içərisindən naməlum şəxslər tərəfindən oğurlanmasını bilmişdir. Oğurlanmış həmin heyvanlarının əlamətləri belədir: 1 baş erkək cinsli, qara rəngli, diri çəkisi 95-100 kq, xırda buynuzları olan, 7-8 aylıq, başqa xüsusi əlaməti olmayan, qiyməti 550 manat olan dana. 1 baş erkək cinsli, qumral-ağ rəngli, diri çəkisi 70- 75 kq, buynuzları olmayan, 5-6 yaşlı, böyük quyruğu olan, başqa xüsusi əlaməti olmayan, qiyməti 380 manat olan qoç. O, fermanın içərisinə və həyətyanı sahəsinə baxıb axtarsa da heyvanlarını tapa bilmədiyindən az müddət sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub həmin heyvanlarının oğurlanması barədə məlumat vermişdir. Bundan az müddət sonra isə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş və İsmayıllı Rayon polis Şöbəsinə məlum məzmunda ərizə ilə müraciət etmişdir. Sözügedən hadisə ilk dəfədir baş vermişdir. Yaşadığı və qonşu kənddə düşmənçiliyi və ya ədavəti olan şəxs və ya şəxslər yoxdur. Tələbi cinayəti törətmiş şəxs və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsidir. Cinayəti törətmiş şəxslər olan Ağsu rayonu Ərəbmehdibəy kənd sakinləri X1 və Təqsirləndirilən şəxs2 tanımamış, lakin Təqsirləndirilən şəxs1 tanımışdır. Belə ki, Bəxtiyar bir neçə dəfə fermasına gəlib orada işləmişdir. Onunla hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. Özünə məxsus hər iki heyvanları sağlam vəziyyətdə təhvil almışdır. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Onun hazırda maddi ziyanla bağlı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid X11 ifadə verərək göstərdirki, Vüsal, Bəxtiyar və Adıgözəl onun həmkəndliləri olmaqla onlarla münasibəti həmişə normal olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. İstifadəsində “Vaz 2109” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2022-ci il tarixdə təxminən saat 19-20 radələrində qardaşı Şahid zəng edərək həmkəndliləri Vüsal, Bəxtiyar və Adıgözəlin kənddə Vəlinin kafesindən İsmayıllı rayonu Qubaxəlilli kəndinə gedəcəklərini və onları aparmağını xahiş etmişdir. O, buna razılıq vermişdir. Təxminən 30-40 dəqiqə sonra kafeyə gedərək onları götürmüşdür. Kənddən çıxaraq İsmayıllı rayonu Qubaxəlilli kəndinə getməyə başlamış, yolda adını bilmədiyi yanacaq doldurma məntəqəsinə girib avtomobilə benzin vurduqdan sonra hərəkətinə davam etmişdir. Vüsal, Bəxtiyar və Adıgözəli Qubaxəlilli kəndinin girişindən təxminən 2 km uzaqda avtomobildən endirmişdir. Vüsal ona bir qədər sonra zəng edəcəyini və gəlib onları aparmağını tapşırmışdır. Həmin gün baldızının ad günü olduğu və Vüsalgili təkrar geriyə aparacağı üçün bir qədər ləngiyəcəyini nəzərə alıb Qubaxəlilli kəndində yerləşən bacanağının evinə getmişdir. Təxminən 1 saat orada oturduqdan sonra oradan çıxaraq Qubaxəlilli kəndinin yaxınlığında olan yanacaqdoldurma məntəqəsinə Vüsalın zəngini gözləməyə başlamışdır. Təxminən 10-15 dəqiqə gözləsə də, Vüsaldan xəbər çıxmadığı üçün geriyə qayıtmaq qərarına gəlmiş və bu məqsədlə yola düzəlmişdir. Yolun təxminən yarısında olarkən Vüsal ona zəng edərək gəlib onları aparmağısını xahiş etmişdir. O, geriyə qayıtmış və ilk olaraq Vüsalı götürmüş, çünki Vüsal irəlidə olmuşdur. Qalan 2 nəfər isə 3 nəfəri düşürdüyü yerdə gözləmişdir. Həmin yerə çatdıqda yanlarında 01 baş iribuynuzlu qara rəngli dana və 01 baş xırdabuynuzlu ağ rəngli qoç heyvanı da olmuşdur. Hər üçü heyvanları avtomobilə yükləmiş və həmin heyvanları da kəndə aparmağını xahiş etmişlər. Onlar həmin heyvanların oğurluq olmadığını demiş və o, həmkəndlilərinə inanmışdır. O, həmkəndlilərindən heyvanları haradan əldə etdiklərini soruşduqda Vüsal ona bildirmişdir ki, “öz heyvanlarımdır, pulumnan almışam”. Onlar üçü birlikdə heyvanları avtomobilin baqaj və arxa oturacaq hissəsinə yüklədikdən sonra hərəkətə başlamış və kəndə çatdıqda isə hər üçünü Vüsala məxsus yaşayış evinin yanında avtomobilindən düşürmüşdür. Onlar heyvanları sürərək Vüsalın həyətinə salmışlar. Vüsal yol haqqı kimi ona 20 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Ağsu şəhərində olduğu zaman İsmayıllı RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və onu İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞ-nə gəlmiş və şöbədə olanları səmimi şəkildə etiraf etmişdir. Əvvəllər heç bir zaman oğurluq etməmiş, həmçinin hanısa bir oğurluq cinayətində iştirak etməmişdir. Həmkəndliləri Vüsal, Bəxtiyar və Adıgözəlin etdiyi əməlin oğurluq olmasından xəbəri olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. 03 oktyabr 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmi protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri İsmayıllı rayonunun Qubaxəlilli kəndinin ərazisində yerləşən, həmin kənd sakini X7 məxsus ferma sahəsidir, həmin ferma sahəsi Şamaxı-Göyçay-Yevlax avtomobil yolunun İsmayıllı rayonunun Qubaxəlilli kəndi istiqamətində olmaqla sol tərəfində, yoldan təxminən 700 metr məsafədə yerləşir. 05 oktyabr 2022-ci il tarixli “Təqdim etmə, baxış barədə” protokoldan görünür ki, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı həyətyanı sahəsinə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus 1 baş qoç və 1 baş erkək dana protokol tərtib edilərək müvafiq qaydada götürülmüşdür. 05 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 məxsus 2 baş heyvan özünə məsul saxlanca verilmişdir. 10 oktyabr 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, ilkin araşdırma zamanı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət marşrutu ilə bağlı DİN-in NHİX-nə sorğu verilmiş və bu barədə müvafiq cavab alınmış, daxil olmuş 1 ədəd CD diskə baxış zamanı sözügedən avtomaşının xx.xx.2022-ci il tarixdə saat 22 radələrindən saat 00 radələrinədək Bakı-Şamaxı-Yevlax yolunun 184 və 191-ci kilometrliyində hərəkətdə olması müəyyən edilmişdir. 02 yanvar 2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və həmi protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxs kimi istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək cinayət əməlini necə törətdiyini göstərmişdir. 03 yanvar 2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və həmi protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 iş üzrə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxs kimi istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək cinayət əməlini necə törətdiyini göstərmişdir. 02 yanvar 2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və həmi protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən təqsirləndirilən şəxs kimi istintaqa verdiyi ifadəsini təsdiq edərək etirafedici ifadə vermiş, qeyd olunan cinayət əməlinin törədilməsində təklif verdiyini, həmin əməldə qabaqcadan əlbir olduğunu, sözügedən tövləni həmin vaxtı göstərməklə yanaşı, tanışları Bəxtiyarın və Adıgözəlin tövlədən çıxarıb gətirdikləri 2 baş heyvanı avtomaşına mindirməyə kömək etdiyini qeyd etməklə məlum cinayət əməlini necə törətdiyini göstərmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2022-ci il tarixli 9/7935 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən heyvanların 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1080 manat müəyyən olunur. O cümlədən: 01 baş erkək cinsli, qara rəngli, 7-8 aylıq, diri çəkisi 95-100 kq olan dana- 650,0 manat; 01 baş 5-6 yaşlı, diri çəkisi 70-75 kq olan erkək qoç - 430,0 manatdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Ağsu rayon X5 Hüquqi Şəxsindən daxil olmuş 10 yanvar 2023-cü il tarixli PHŞ- 71678-089-2023 nömrəli arayışdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X10 RMX-nin PHŞ-nin “narkoloji” və “ruhi-əsəb” kabinetlərində dispanser qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 idarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli “8 noyabr Zəfər günü” ilə bağlı Azərbaycan Respublikası Milli X3 2.8ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuş və həmin qərara əsasən məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs1 Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2, 331.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 62 və 66.2-ci maddələri tətbiq edilməklə qəti olaraq 400 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Ağsu rayon İcra və Probasiya şöbəsindən alınmış cavabdan görünür ki, həmin məbləğ tam şəkildə dövlət nəfinə ödənildiyindən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs3 sonuncu dəfə Rusiya Federasiyası Novosibirsk vilayəti Berd şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin 2-ci hissəsinin “Z” bəndi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddəti birmişdir, Novosibirsk vilayəti Berd şəhər məhkəməsinin hökmü Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanınmamışdır. Ona görə də Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxs hesab edilir. Müstəntiqin 16 dekabr 2022-ci il tarixli “maddi sübut kimi tanınma” haqqında qərarınan görünür ki, cinayət işi üzrə 1 baş qoç və 1 baş dana maddi sübut kimi tanınmış, 05 oktyabr 2022-ci il tarixli aktla Zərərçəkmiş şəxs1 məsul saxlanca verilməsi nəzərə alınmışdır. Ağsu rayonu İcra Hakimiyyəti başçısının Ağsu rayonu Ərəbmehdibəy kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli 5 nömrəli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X10 rayonu Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla orada yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Ağsu rayonu İcra Hakimiyyəti başçısının Ağsu rayonu Ərəbmehdibəy kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli 66 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu rayonu Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla orada yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Ağsu rayonu İcra Hakimiyyəti başçısının Ağsu rayonu Ərəbmehdibəy kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli 64 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu rayonu Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailəlidir, ailə tərkibi özündən, arvadı X4, xx.xx.2008-ci il, xx.xx.2011-ci il və xx.xx.2012-cü il təvəllüdlü uşaqları Məmməd, Yalçın və Fatimədən ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. “Şübhəli şəxs qismində tutulma” barədə 15 oktyabr 2022-ci il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 oktyabr 2022-ci il tarixdə saat 15:36-da şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxs qismində tutulma” barədə 15 oktyabr 2022-ci il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 oktyabr 2022-ci il tarixdə saat 16:36-da şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 17 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 14:41-də İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Müstəntiqin 17 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 15:51-də İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Müstəntiqin 29 dekabr 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Adgözəl Süleymanov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Ağsu Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 4(016)-11/2023 nömrəli qərarından görünür ki, Ağsu rayon Polis şöbəsinin İstintaq qrupunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Adgözəl Süleymanov barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 1(037)-36/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, bu hökmlə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması nəzərə alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işində bu hal mövcud deyildir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, Vətən Müharibəsi iştirakçısı olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. O cümlədən, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. O cümlədən, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il Qərarının 50-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətlərini, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsi əsaslı və ədalətlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış azadlığın məhdudlaşdırılması cəzasını Ağsu rayonunun ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Ağsu rayonunun Ərəbmehdibəy kəndində yerləşən evini tərk etməmək, bu müddətdə Ağsu rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış azadlığın məhdudlaşdırılması cəzasını Ağsu rayonunun ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Ağsu rayonunun Ərəbmehdibəy kəndində yerləşən evini tərk etməmək, bu müddətdə Ağsu rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını Ağsu rayonunun ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Ağsu rayonunun Ərəbmehdibəy kəndində yerləşən evini tərk etməmək, bu müddətdə Ağsu rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Ağsu Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 4(016)-11/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs3 bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 1 baş erkək dana və 1 baş erkək qoyunun Zərərçəkmiş şəxs1 oğluna qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin edilən 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 1 (bir) il 5 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Ağsu rayonunun ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Ağsu rayonunun Ərəbmehdibəy kəndində yerləşən evini tərk etməmək, bu müddətdə Ağsu rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin edilən 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Ağsu rayonunun ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Ağsu rayonunun Ərəbmehdibəy kəndində yerləşən evini tərk etməmək, bu müddətdə Ağsu rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını Ağsu rayonunun ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Ağsu rayonunun Ərəbmehdibəy kəndində yerləşən evini tərk etməmək, bu müddətdə Ağsu rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Ağsu Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 4(016)-11/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs3 bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübutlar – 1 baş erkək dana və 1 baş erkək qoyunun Zərərçəkmiş şəxs1 oğluna qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs3 isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-36/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-36/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver