Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-37/2021 03.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun, Surdo tərcüməçi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə 03 iyun 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1985-ci ildə İsmayıllı rayonu Qalınçaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum edilməmiş, subay, himayəsində üç azyaşlı uşağı olan, işsiz, İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkanı tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyаt vаsitələrini idаrə etmə hüququ оlmаdаn аvtоmоbili idаrə edərək yol hərəkəti qaydalarını pozmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sаğlаmlığınа az ağır zərər vurulmаsınа səbəb оlmuşdur. Belə ki, о, 28 avqust 2020-ci il tarixdə saat 15:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2 sahibliyində olan, “SAZ 3507” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Qalınçaq kəndinin ərazisində 50 km/saat sürətlə hərəkətdə olarkən kənd məktəbinin yaxınlığında yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaları, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçıları, onların nəqliyyat vasitələri və başqa əmlakına zərər vurmamalarına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yəni hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda yolun sağ hərəkət hissəsi ilə piyadanın avtomobillə eyni istiqamətdə hərəkət etməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobil ilə piyada arasında təhlükəsiz yan məsafəsini təmin etməli, hərəkətdə olan piyadanın yanından təhlükəsiz yan məsafə saxlamaqla keçib getməli və hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda bunları etməyərək hərəkət təhlükəsizliyinə riayət edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozmuş və idarə etdiyi yük avtomobili ilə ehtiyatsızlıqdan həmin yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs1 vuraraq sonuncunun müştərək travma, qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, çənə və əng sümüklərinin qapalı sınığı, hərəkət məhdudluğu ilə müşayiət edilən hər iki bud sümüyünün aşağı 1/3-nin qapalıçoxqəlpəli oynaqdaxili sınığı, sol diz oynağı, hər iki yan və çarpaz bağlarının zədələnməsi, sağ daban sümüyünün sınığı, burnun yarası (çapıq toxuması) kimi ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən çox olmaqla daimi (dayanıqlı) itirilməsinə səbəb olan sağlamlığa ağır dərəcəli zərər vurmaya aid bədən xəsarətləri almasına və idarə etdiyi “SAZ 3507” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs2 100 (yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, hadisə zamanı idarə etdiyi “SAZ 3507” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil keçmiş qaynatası Rəfaelə məxsus olmuşdur.Əvvəllər bir neçə dəfə qayınatasına məxsus həmin avtomobillə yük daşımışdır. 28 avqust 2020-ci il tarixdə səhər saatlarında yenə də həmin avtomоbili 1 günlük qayınatasından götürmüş və Göyçay rayonu Ərəb kəndinə getmişdir. Orada avtomobilin yük yerinə sığışacaq qədər odunu yığaraq saat 13:00 radələrində yaşadığı kəndə yola düşmüşdür.Saat 15:00 radələrində kəndə çatmış və kənd məktəbininin yaxınlığından təxminən 50 km/saat surətlə keçərkən həmkəndlisi, anadangəlmə lal və kar olan Zərərçəkmiş şəxs1 yolun sağ hərəkət hissəsindən sol hərəkət hissəsi istiqamətində piyada keçmək istədiyini görmüşdür. Mahirin üzü kənd istiqamətində olduğu üçün onu görməmişdir.Buna baxmayaraq siqnal vermiş və avtomobili yolun sol hərəkət hissəsinə doğru çəkmişdir. Hadisənin qarşısını almaq istəsə də buna müvəffəq olmamış və avtomobilin ön sağ hissəsi ilə Mahiri vurmuşdur. Zərbənin təsirindən Mahir yerə yıxılmışdır.O, həmin anda avtomobilini saxlamış və Mahirin yanına gedərək onu ayağa qaldırmağa çalışmışdır. Mahirin vəziyyətinin yaxşı olmadığını görmüş və yoldan ötən bir nəfər şəxsin avtomobili ilə Mahiri İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Mahirin ağır bədən xəsarətləri aldığını bilmiş və ilk gündən hazırki günədək Mahirə hər cür köməklik etmişdir. Mahirin bütün müalicə xərclərini ödəmiş və Zərərçəkmiş şəxs1la barışıq əldə etmişdir.O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs1 ondan şikayət və tələbi yoxdur. Himayəsində üç azyaşlı uşağı vardır. Ailəsində ondan başqa işləyib gəlir əldə edən şəxs yoxdur. Qeyd etdiyi halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Surdo tərcüməçi X1 iştirakı ilə dindirilən anadangəlmə lal-kar olan Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 1995-ci ildən ömürlük olaraq 3-cü qrup əlildir. 28 avqust 2020-ci il tarixdə saat 14:00 radələrində yaşadığı evindən küçəyə çıxmışdır. Küçədə bir neçə dəqiqə dayandıqdan sonra Qalınçaq kənd orta tam orta məktəbinin yanına getmişdir. Hava çox isti olduğu üçün kənd məktəbinin yanındakı ağacın altında dayanmış, saat 15:00 radələrində yavaş-yavaş yolun digər tərəfinə addımlamağa başlamışdır. Təxminən 5-6 addım atdıqdan sonra sol tərəfindən nəyinsə onu vurduğunu hiss etmiş və zərbənin təsirindən yerə yıxılmışdır. Sonra isə gözlərini aça bilməmiş və huşunu itirmişdir. İsmayıllı rayon mərkəzi xəstəxanasında gözlərini açmış və həmin vaxt bədənində ağrılarının olduğunu hiss etmişdir. Orada məlum olmuşdur ki, həmkəndlisi Təqsirləndirilən şəxs ehtiyatsəzləq edərək idarə etdiyi ytük avtomobili ilə onu vurmuşdur. Xəsarətləri ağır olduğundan həmin gün Bakı şəhərindəki xəstəxanaların birinə aparılmış və müalicəsini orada davam etdirmişdir. Hazırki vaxtadək Vüsal onun bütün müalicə və müayinə xərcləri ödəmiş və bundan sonra da çəkiləcəyi tibbi xərcləri ödəyəcəyinə dair söz vermişdir.O,Təqsirləndirilən şəxsla barışmış və sonuncudan şikayət və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, 2019-cu ilin sentyabr ayında mülkiyyətində olan “SAZ 3507” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomоbilini etibarnamə əsasında Göyçay rayon sakini Rəfayel Mayılova satmışdır. Rəfael avtomobili öz mülkiyyətinə keçirməmiş və gələcəkdə avtomobili öz adına keçirəcəyini demişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ona məxsus “SAZ 3507” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomоbillə qəza törətdiyini eşitmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Həmin avtomobil yol-nəqliyyat hadisəsi zamanı və hazırda onun mülkiyyətində olsa da, faktiki olaraq onun istifadəsində olmamışdır. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə-tibbi ekspertizasının 5 mart 2021-ci il tarixli 64 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı aşkar olunan xəsarətlər müştərək travma, qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi, çənə və əng sümüklərinin qapalı sınığı, hərəkət məhdudluğu ilə müşayiət edilən hər iki bud sümüyünün aşağı 1/3-nin qapalı-çoxqəlpəli oynaqdaxili sınığı, sol diz oynağı, hər iki yan və çarpaz bağlarının zədələnməsi, sağ daban sümüyünün sınığı, burnun yarası (çapıq toxuması) bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 28.08.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən çox olmaqla daimi (dayanıqlı) itirilməsinə səbəb olduğundan sağlamlığa ağır dərəcəli zərər vurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 21 yanvar 2021-ci il tarixli 8/2355 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, SAZ 3507 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi, etibarnaməsi və qeydiyyat şəhadətnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 yanvar 2021-ci il tarixli 9/5886 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X6 Servis Mərkəzi” tərəfindən tərtib edilmiş 07 dekabr 2020-ci il tarixli ziyan aktından göründüyü kimi, 1990-cı il buraxlışlı “SAZ 3507” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 100,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. 15 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 63 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə 28 avqust 2020-ci il tarixli 351 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2020-ci il tarixdə saat 20:30-da ayıq olmuşdur. Ağsu Regional Qİ və TBŞ tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli 016-312-492- 1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmamış və o, sürücülük hüququndan məhrum edilməmişdir. “SAZ 3507” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Laçın rayonunun Korcabulaq kəndində qeydiyyatda olan, İsmayıllı şəhəri 30A kvartalında yaşayan Zərərçəkmiş şəxs2 mülkiyyətindədir və həmin avtomobil barəsində X2 adına etibarlılıq müddətli 03 sentyabr 2021-ci il tarixədək olan sərəncam hüququ verən etibarnamə vardır. 10 mart 2021-ci il tarixli 127 və 127/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Qalınçaq kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən,2008,2013 və 2015-cı il təvəllüdlü uşaqları Aytən,Zəhra və İsmayıldan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AD 437893 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “SAZ 3507” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Laçın rayonunun Korcabulaq kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs2 mülkiyyətindədir. Müstəntiqin 19 mart 2021-ci il tаriхli qərаrındаn görünür ki, cinаyət işi üzrə “SAZ 3507” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmış və məsul saxlanılması X3 təhvil vеrilmişdir. Müstəntiqin 05 aprel 2021-ci il tаriхli qərаrındаn görünür ki, Təqsirləndirilən şəxs bаrəsində “polisin nəzarəti altına vermə” qətimkаn tədbiri sеçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq оna ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 02 (iki) il müddətə və azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il müddətə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, ”Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübut olan “SAZ 3507” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin X3 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə 346.1.21 və 353.4.10–ci maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 150 manat təşkil etmişdir. Həmin məbləğ hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına–büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab-AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan “SAZ 3507” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin X3 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-37/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-37/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver