Məhkəmə qərarları › İş №1(037)-37/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-37/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-37/2023 08.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs ( mülki iddiaçı) Zərərçəkmiş şəxs iştirakı ilə 08 iyun 2023-cü il tarixdə saat 16:50-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1990-cı ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, İİİ qrup əlil, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, əməlində cinayətin residivi olan, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə saat 19 radələrində İsmayıllı şəhərinin H.Əliyev prospektinə gələrək gecənin düşməsini gözləmiş, 03 dekabr 2022-ci il tarixdə gecə saat 03 radələrində ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra həmin prospektdə yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, sonuncuya məxsus qızıl-zinət əşyalarının satıldığı dükanın yaxınlığına gələrək əvvəlcə həmin ərazini çəkən müşahidə kamerasının olduğunu görüb həmin kameraya işıq sayğacından çəkilmiş elektrik cərəyanını söndürmüş, sonra isə dükanın plastik materialdan olan qapısına yaxınlaşıb həmin qapının şüşəsini özü ilə götürdüyü dəmir parçası ilə vuraraq sındırıb qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana daxil olmuş, öz cinayətkar niyyətini davam etdirərək dükanın içərisində qapısı açıq vəziyyətdə olan dəmir seyfdən və vitrinlərlərdən Zərərçəkmiş şəxs məxsus 3 ədəd hər biri 1200 manat dəyərində, “Rusiya” istehsalı olan, 916 əyarlı, 8,6 qram çəkidə olmaqla cəmi 3600 manat dəyərində qızıl onluqları, 1 ədəd “Rusiya” istehsalı olan, 916 əyarlı, 8,5 qram çəkidə, “İmperial” modelli, 1100 manat dəyərində qızıl kulonu, 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 8,5 qram çəkidə, 935 manat dəyərində qızıl kulonu, 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 8 qram çəkidə, safir qaşları olan, 900 manat dəyərində qızıl kulonu, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 3,2 qram çəkidə, 300 manat dəyərində qızıl kulonu, 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 3,2 qram çəkidə, 352 manat dəyərində qızıl klonu, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə, “N” hərfi formalı, 380 manat dəyərində qızıl kulonu, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4,5 qram çəkidə, “S” hərfi formalı, 400 manat dəyərində qızıl kulonu, 4 ədəd hər biri 300 manat dəyərində, “Türkiyə” istehsalı olan, 585 əyarlı, 3 qram çəkidə olmaqla cəmi 12 qram çəkidə ümumilikdə 1200 manat dəyərində qızıl kulonları, 4 ədəd hər biri 425 manat dəyərində, “Türkiyə” istehsalı olan, 585 əyarlı, 5 qram çəkidə olmaqla cəmi 20 qram çəkidə ümumilikdə 1700 manat dəyərində qızıl kulonları, 8 ədəd hər biri 400 manat dəyərində, “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə olmaqla cəmi 32 qram çəkidə ümumilikdə 3200 manat dəyərində qızıl kulonları, 4 ədəd hər biri 250 manat dəyərində, “Türkiyə” istehsalı olan, 585 əyarlı, firma istehsallı, 2,45 qram çəkidə olmaqla cəmi 9,8 qram çəkidə ümumilikdə 1000 manat dəyərində qızıl kulonları, 3 ədəd hər biri “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə olmaqla cəmi 12 qram çəkidə ümumilikdə 1000 manat dəyərində qızıl kulonları, 4 ədəd hər biri 275 manat dəyərində, “Türkiyə” istehsalı olan, 585 əyarlı, 3 qram çəkidə olmaqla cəmi 12 qram çəkidə ümumilikdə 1100 manat dəyərində qızıl kulonları, 9 ədəd hər biri “Türkiyə” istehsalı olan, 585 əyarlı, 2,5 qram çəkidə, ümumilikdə 1925 manat dəyərində qızıl üzükləri, 9 ədəd hər biri “Türkiyə” istehsalı olan, 585 əyarlı, 2,5 qram çəkidə, ümumilikdə 1925 manat dəyərində qızıl sırğaları, dəqiq sayı istintaqa məlum olmayan, hər biri “Türkiyə” istehsalı olan, 583 əyarlı, 28,2 qram çəkidə, ümumilikdə 1700 manat dəyərində qızıl sep və bilərzik başlıqlarını, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, qızıl bilərzik, qızıl üzük və qızıl boyunbağıdan ibarət, brilyant qaşlı, 2800 manat dəyərində qızıl qadın dəstini, 450 ədəd Belçika və Sibir istehsalı olan, üzərində 25,5 karat ideal və orta rəng qaşları olan, ümumilikdə 5300 manat dəyərində brilyant qaşları, 11 ədəd hər biri 916 əyarlı, 0,9 qram çəkidə olmaqla cəmi 9,9 qram çəkidə, ümumilikdə 832 manat dəyərində qızıl dişləri, 3 dəst hər dəsti 117 manat dəyərində, “Türkiyə” istehsalı olan, gümüş materialdan hazırlanmış, 15 qram çəkidə, boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət, ümumilikdə 351 manat dəyərində bəzək əşyalarını, 8 dəst hər dəsti 19 manat dəyərində, “Çin” istehsalı olan, boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət, ümumilikdə 152 manat dəyərində adi metal bijuteriyaları, 8 ədəd hər biri 20 manat dəyərində, 19 santimetr enində, 29 santimetr hündürlüyündə, ümumilikdə 160 manat dəyərində plasmas bijuteriya manikenlərini, 16 ədəd hər biri 7 manat dəyərində, 7 santimetr enində, 8 santimetr uzunluğunda, ümumilikdə 112 manat dəyərində karton bijuteriya qablarını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 32424 (otuz iki min dörd yüz iyirmi dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olmuş və orada yaşamışdır, İİİ qrup əlildir. Əvvəllər dəfələrlə məhkum edilmişdir. Sonuncu dəfə Qazax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. 28 noyabr 2022-ci il tarixdə yaşadığı evdən iş tapıb işləmək məqsədi ilə Bakı şəhərinə getmişdir. Bir müddət əvvəl “youtube” kanalında videolara baxarkən təsadüfən videogörüntüdə qarşısına İsmayıllı şəhəri, mərkəzi bazarın qarşısında qızıl mağazaların olduğunu görmüş və İsmayıllı şəhərinə gəlib mağazadan qızıl oğurlamağı fikirləşmişdir. 2 dekabr 2022-ci il tarixdə günorta saatlarında 28 may metrosunun yaxınlığında kafedə pivə içərək sərxoş olmuş, günorta radələrində İsmayıllı şəhərinə gedib oradan oğurluq etməyi qərarlaşdırmışdır. Oradan avtovağzala getmiş, özü ilə içərisində paltarları olan qara rəngli çantanı da götürmüşdür. Avtovağzalda Qəbələ rayonuna gedən maşına əyləşmiş və sürücüdən onu İsmayıllı şəhərində düşürtməyi xahiş etmişdir. Saat 19 radələrində İsmayıllı şəhərinə çatmış və şəhərin avtovağzalında düşmüşdür. O, İsmayıllı ərazisini yaxşı tanımadığı üçün tanımadığı şəxslərdən mərkəzi bazarda qızıl mağazalarının harada yerləşdiyini soruşmuş, həmin şəxslər ona mərkəzi bazara gedən yolu göstərmişlər. O, əlindəki çanta ilə mərkəzi bazar istiqamətində gəlmiş, qızıl mağazalarının yerlərini dəqiqləşdirmiş, bazarın qarşısındakı bağlı vəziyyətdə olan qızıl mağazalarına baxdıqda əksər mağazalarda vitrinlərdə qızılların olmadığını, lakin üzərində “Karat Qızıl” sözləri yazılan mağazanın çöl tərəfdən manikenlərin üzərində zinət əşyaların olduğunu görmüşdür. Gecə heç kim olmadığı vaxt oradan oğurluq etmək qərarına gəlmişdir. Saat artıq 20 radələri olmuş, o, mərkəzi bazarın yaxınlığında dayanıb qoğal yemiş və orada yatmışdır. 3 dekabr 2022-ci il tarixdə saat 3 radələrində oyanmış, qapını açanda istifadə etmək məqsədi ilə yerdən 2 ədəd armatur parçası götürmüşdür. O, mağazanın qarşısına gəlmiş, orada müşahidə kamerasının olduğunu görüb ümumi elektrik işıqlarını sayğacdan söndürmüşdür. Bunu o məqsədlə etmişdir ki, kamera onu çəkməsin. Yoldan maşınlar keçdiyi üçün ondan şübhələnməmələri üçün arada sağa-sola piyada hərəkət etmiş, bir müddət sonra üzərində “Karat Qızıl” sözləri yazılan mağazanın qarşısına getmiş və şüşəsini armaturla sındıraraq mağazanın içərisinə daxil olmuşdur. Vitrinlərdə olan sayını bilmədiyi qızıl üzükləri, sırğaları, boyunbağı, bilərzikləri, 2 ədəd qızıl onluqları, 1 ədəd qızıl beşliyi, habelə sayını bilmədiyi qızıl kulonları, habelə gümüş materialdan olan sayını bilmədiyi əşyaları və digər metallardan olan bjuteriya formalı metalları, həmin əşyaların manikenlərini və bjuteriya qablarını oğurlamışdır. O, vitrinin yanında dəmir seyfə yaxınlaşmış, seyfin qapısının açıq olduğunu görmüşdür. O seyfə baxdıqda içində heç nə olmadığını görmüşdür. Oğurladığı qızıl üzükləri, sırğaları, boyunbağı, bilərzikləri və özü ilə gətirdiyi göy rəngli sellofana yığmış, sonra isə oradan çıxıb çantasını qoyduğu yerə getmişdir. Qara rəngli paltarları olan çantasını isə özü ilə götürməmiş, həmin yerdə saxlamışdır. Bundan sonra piyada yolun digər tərəfinə keçib Bakı yoluna tərəf getmiş, ondan şübhələnməmələri üçün əynində olan paltarları dəyişmiş, sonra isə piyada avtovağzala gəlmişdir. Oradan taksi ilə Bakı şəhərinə gəlmiş və Bakı Beynəlxalq Avtovağzalının yanında düşərək və oradakı hosteldə qalmışdır. O, bjuteriyaların bir qismini tanıdığı üçün qızıl-zinət əşyalarından ayırmış, lakin tanıya bilmədiklərini qızıl-zinət əşyaları ilə bir yerdə saxlayıb satıb pul əldə etmək qərarına gəlmişdir. Mağaza sahiblərinin onlara satacaqları əşyaların oğurluq olmalarından şübhələnməmələri üçün zinət əşyalarını bir neçə mağazaya satmaq qərarına gəlmişdir. Bakı şəhərində Gənclik metrosunun yaxınlığındakı mağazalarda tanımadığı satıcılara bir neçə ədəd qızıl-zinət əşyaları satmaq istədiyini demiş, onlar ondan qızılların oğurluq olubolmadığını soruşduqda özünə məxsus olduğunu və anasından ona miras qaldığını, anasının qızıl alverçisi olduğunu demişdir. Mağaza sahibləri qızılları yoxlayıb aralarında bjuteriyaların da olduğunu demiş və bjuteriyaları özünə qaytarmışlar. Boyunbağı və bilərzik başlıqlarını cavan bir oğlana satmış, həmin şəxs ona 1580 manat pul vermişdir. Orada digər bir şəxsə 5 ədəd qızıl kulon, 1 cüt sırğa və 1 ədəd tək sırğa satmış, həmin şəxs ona 1035 manat pul vermiş, bir neçə gün sonra yəni, 4 dekabr 2022-ci il tarixdə də Gənclik metrosunun yaxınlığında başqa mağazalara da xatırlamadığı qızıl-zinət əşyaları satmış və onlar da satdığı əşyaların oğurluq olduğunu bilməmişlər. Təxminən ona sonrakı günlərdə də mağazalar satdığı qızıl müqabilində 2500 manat pul vermişlər. 6 dekabr 2022-ci il tarixdə Gəncə şəhərində univermaqda tanımadığı şəxsə 2 ədəd qızıl onluq satmış, həmin şəxs ona 1400 manat pul vermişdir. O, oğurladığı zinət əşyalarını satmaqla təxminən 6000-7000 manat pul əldə etmişdir. Bjuteriyaları, bjuteriya qablarını və manikenləri heç kim almadığına görə İsmayıllı şəhəri və Bakı şəhəri ərazisində xatırlamadığı yerdə məişət tullantıları atılan qaba atmışdır. Pulların bir hissəsini çay evlərində, restoranlarda yeyibiçməyə xərcləmişdir. 14 dekabr 2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, orada da “Grand House” adlı oteldə iki gecə qalmış və orada da təxminən 10.000 türk lirəsi xərcləmişdir. 17 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmaq üçün bilet almış və Bakı şəhərində Beynəlxalq hava limanında polis əməkdaşları ona İsmayıllı rayon polis şöbəsi tərəfindən “saxla” qoyulduğunu deyib xidməti saxlama yerinə dəvət etmişlər. Təxminən 2-3 saatdan sonra İsmayıllı rayon polis əməkdaşları gələrək onu İsmayıllı RPŞ-nə gətirmiş, o şöbədə olarkən törətdiyi cinayət hadisəsini etiraf etmiş və oğurluq etdiyi mağazanın İsmayıllı şəhər sakini Zərərçəkmiş şəxs məxsus olduğunu bilmişdir. O, oğurluğu tək törətmiş, oğurluq etməsi barədə ona heç kim istiqamət verməmiş, hər hansı formada köməklik göstərməmiş, yaxın münasibətdə olduğu şəxslərin onun oğurluq etmələrindən xəbərləri olmamışdır. Onun oğurladığı qızıl-zinət əşyaları 32424 (otuz iki min dörd yüz iyirmi dörd) manat dəyərində olmamış, belə ki, oğurladığı əşyaları satması nəticəsində ümumilikdə 6000-7000 manat pul əldə etmişdir. Hazırda əməlindən peşmandır. Həbs olunduğu üçün zərərçəkmiş şəxsə vurduğu ziyanlığı ödəyə bilməmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yaşayır. 2017-ci ildən İsmayıllı şəhəri, H.Əliyev prospektində icarə əsasında qızıl-mağazası işlədir. Mağazada anası X5 və atası X1 kimi işləyirlər. Mağazanın içərisində 3 ədəd, çöldə isə 1 ədəd müşahidə kamerası vardır. Hər gün saat 09 radələrində anası Nərminə və atası Qəfər qızıl zinət əşyalarını 3 ədəd idman çantalarında mağazaya gətirib vitrinlərə düzürlər. Lakin müştərilərdən lom kimi aldığı müxtəlif qızıl-zinət əşyalarını isə seyfdə saxlayır. Dəmir seyfi nasaz vəziyyətdə düşdüyündən qapısını bağlamadan bəzi qızıl-zinət əşyalarını seyfdə saxlayır. 02 dekabr 2022-ci il tarixdə saat 17 radələrinə qədər o və atası mağazada olmuş, sonra isə mağazada vitrinlərdən qızıl-zinət əşyalarını, yəni, qızıl-dəstlərini, həm də ayrıca olaraq qızıl-üzükləri, boyunbağıları və bilərzikləri idman çantalarına yığmış, lakin mağazada qapısı açıq qalan dəmir seyfdə 3 ədəd köhnə Rus istehsallı 916 əyarlı, hər biri 8,6 qram çəkidə hər biri 1200 manat dəyərində ümumilikdə 3600 manat dəyərində qızıl onluqlar, 1 ədəd Rus istehsalı 916 əyarlı 8,5 qram çəkidə “imperial” modelli 900 manat dəyərində qızıl kulon, 1 ədəd İtaliya istehsallı 750 əyarlı 8,5 qram çəkidə 700 manat dəyərində qızıl kulon, 1 ədəd İtaliya istehsallı 750 əyarlı 8 qram çəkidə safir qaşlı 900 manat dəyərində qızıl kulon, 1 ədəd Türkiyə istehsallı 585 əyarlı 3,2 qram çəkidə 300 manat dəyərində qızıl kulon, 1 ədəd İtaliya istehsallı, 750 əyarlı 3,2 qram çəkidə 350 manat dəyərində qızıl kulon, 1 ədəd Türkiyə istehsallı 585 əyarlı “N” hərfli 4 qram çəkidə 380 manat dəyərində qızıl kulon, 1 ədəd Türkiyə istehsallı 585 əyarlı “S” hərfli 4,5 qram çəkidə 400 manat dəyərində qızıl kulon, 4 ədəd Türkiyə istehsallı hər biri 585 əyarlı və hər biri 3 qram çəkidə olmaqla ümumilikdə 12 qram çəkidə 1200 manat dəyərində qızıl kulonlar, 4 ədəd Türkiyə istehsallı, 585 əyarlı hər biri 5 qram çəkidə cəmi 20 qram çəkidə olmaqla ümumilikdə 1700 manat dəyərində qızıl kulonları, 8 ədəd Türkiyə istehsallı, 585 əyarlı hər biri 4 qram çəkidə və 400 manat dəyərində olmaqla cəmi 32 qram çəkidə olmaqla ümumilikdə 3200 manat dəyərində qızıl kulonları, 4 ədəd Türkiyə istehsallı, hər biri 585 əyarlı və 2,45 qram çəkidə (firma istehsallı) hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 9.8 qram çəkidə 1000 manat dəyərində qızıl-kulon, 3 ədəd Türkiyə istehsallı hər biri 4 qram çəkidə (firma istehsallı) və 250 manat dəyərində olmaqla cəmi 12 qram çəkidə ümumilikdə 1000 manat dəyərində qızıl-kulonları, 4 ədəd Türkiyə istehsallı hər biri 3 qram çəkidə cəmi 12 qram çəkidə 1100 manat dəyərində qızıl kulonu, habelə əvvəllər istifadə olunmuş vətəndaşlardan aldığım Türkiyə istehsalı olan, 585 əyarlı 9 ədəd hər biri 2,5 qram çəkidə olmaqla 1925 manat dəyərində qızıl üzük və Türkiyə istehsalı olan, 585 əyarlı 9 ədəd hər biri 2,5 qram çəkidə olmaqla 1925 manat dəyərində qızıl sırğaları, Türkiyə istehsalı olan 583 əyarlı sayını dəqiq bilmədiyim 28,2 qram çəkidə 1700 manat dəyərində sep və bilərzik başlıqları, “Belçika” və “Sibir” istehsallı 25.5 karat ümumilikdə 450 ədəd ideal və orta rəng qaşları olan 5300 manat dəyərində brilyant qaşlar, 11 ədəd 916 əyarlı hər biri 0,9 qram çəkidə olmaqla cəmi 9,9 qram çəkidə olmaqla 832 manat dəyərində qızıl dişlər qalmışdır. Qızıl rəfində həmçinin 1 ədəd “Türkiyə” istehsallı qızıl-bilərzik, qızıl üzük və qızıl boyunbağıdan ibarət 24 qram çəkidə 4.2 karat brilyant qaşlı 2800 manat dəyərində qızıl qadın dəsti qalmışdır. Bjuteriya və gümüş vitrinində isə 3 dəst Türkiyə istehsallı hər biri 15 qram olmaqla boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət hər bir dəsti 117 manat olmaqla gümüşdən materialdan olan ümumilikdə cəmi 351 manat dəyərində qadın dəsti, 8 dəst “Çin” istehsallı boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət hər bir dəsti 19 manat olmaqla cəmi 152 manat dəyərində adi metal bjuteriyalar, həmçinin həmin bjuteriyların olduğu 8 ədəd hər biri 20 manat dəyərində 19 sm enində 29 sm hündürlüyündə 160 manat dəyərində bjuteriya manikenləri, 16 ədəd hər biri 7 manat dəyərində 7 sm enində 8 sm uzunluğunda 112 manat dəyərində bjuteriya qabları olmuşdur. Bundan başqa dəmir seyfdə kitabın arasında ona məxsus 100 manatlıq, 20 manatlıq pul əskinaslarından ibarət 1200 manat pulu qalmış, sonra isə atası ilə birlikdə mağazada olan digər qızıl-zinət əşyalarını çantaya yığıb işığı söndürüb yaşadıqları evə getmişlər. Səhər saat 08:15 radələrində o, atası və anası mağazaya gəldikdə mağazanın örtülü vəziyyətdə olduğunu, lakin şüşəsinin sınmış vəziyyətdə olduğunu görmüşlər. Sonra isə seyfə baxdıqda qeyd etdiyi sayda qızıl-zinət əşyalarının seyfdə və vitrinlərdə olmadığını, oğurlandığını müəyyən etmişdir. Dərhal bu barədə ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş və hadisə yerindən əl-barmaq izi götürmüşlər. Baxış zamanı kitabın arasındakı 1200 manat puun oğurlanmadığını görmüş və pullar ona təhvil verilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, ibtidai istintaqın gedişi zamanı təyin edilərək keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1175 nömrəli rəyində 3 ədəd, “Rusiya” istehsalı olan, 916 əyarlı, 8,6 qram çəkidə qızıl onluqların dəyəri 3300 manat qiymətləndirilməsi ilə razı olmamış, həmin onluqların qiyməti faktiki 3600 manat olmuşdur. 1 ədəd “Rusiya” istehsalı olan, 916 əyarlı, 8,5 qram çəkidə, “İmperial” modelli, qızıl kulonun dəyəri 1100 manat, 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 8,5 qram çəkidə, qızıl kulonun dəyəri 935 manat qiymətləndirilməsi ilə razı olmuşdur. 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 8 qram çəkidə, safir qaşları olan, qızıl kulonun dəyərinin 880 manat qiymətləndirilməsi ilə razı olmamış, həmin kulonun qiyməti faktiki 900 manat olmuşdur. 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 3,2 qram çəkidə, qızıl kulonun dəyərinin 272 manat qiymətləndirilməsi ilə razı olmamış, həmin qızıl kulonun qiyməti faktiki 300 manat olmuşdur. 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 3,2 qram çəkidə, qızıl kulonun dəyəri 352 manat qiymətləndirilməsi ilə tam razı olmuşdur. 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə, “N” hərfi formalı, qızıl kulonun qiymətinin 340 manat dəyərində qiymətləndirilməsi ilə razı olmamış, həmin kulonun qiyməti faktiki 380 manat olmuşdur. 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4,5 qram çəkidə, “S” hərfi formalı, qızıl kulonun dəyəri 382,5 manat dəyərində qiymətləndirilməsi ilə razı olmamış, həmin kulonun qiyməti 400 manat olmuşdur. 4 ədəd, “Türkiyə” istehsalı olan, 585 əyarlı, 3 qram çəkidə olmaqla cəmi 12 qram çəkidə qızıl kulonların 1020 manat dəyərində qiymətləndirilməsi ilə razı olmamış, həmin kulonlar hər biri 300 manat dəyərində olmaqla ümumilikdə 1200 manat dəyərində olmuşdur. 4 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 5 qram çəkidə olmaqla cəmi 20 qram çəkidə qızıl kulonların qiymətinin 1700 manat qiymətləndirilməsi ilə razı olmuşdur. 8 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə olmaqla cəmi 32 qram çəkidə qızıl kulonların qiyməti 2720 manat qiymıtləndirilməsi ilə razı olmamış, həmin kulonların hər birinin qiyməti 400 manat olmaqla ümumilikdə 3200 manat dəyərində olmuşdur. 4 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, firma istehsallı, 2,45 qram çəkidə olmaqla cəmi 9,8 qram çəkidə qızıl kulonların qiymətinin 833 manat qiymətləndirilməsi ilə razı olmamış, həmin kulonların qiyməti 1000 manat olmuşdur. 1 ədəd hər biri 916 əyarlı, 0,9 qram çəkidə olmaqla cəmi 9,9 qram çəkidə qızıl dişlərin qiyməti 831,6 manat dəyərində qiymətləndirilməsi ilə razı olmamış, həmin dişlərin qiyməti 832 manat olmuşdur. 8 ədəd 19 santimetr enində, 29 santimetr hündürlüyündə, plasmas bijuteriya manikenlərinin hər biri 10 manat dəyərində, ümumilikdə 80 manat dəyərində qiymətləndirilməsi ilə razı olmamış, həmin manikenlərin hər biri 20 manat dəyərində olmaqla ümumilikdə 160 manat dəyərində olmuşdur. 16 ədəd 7 santimetr enində, 8 santimetr uzunluğunda karton bjuteriya qablarının hər birinin 5 manat dəyərində, ümumilikdə 80 manat dəyərində qiymətləndirilməsi ilə razı olmamış, belə ki, həmin bjuteriyaların hər biri 7 manat olmaqla ümumilikdə 112 manat dəyərində olmuşdur. Qiymətləndirilməsi aparılmayan 3 ədəd Türkiyə istehsallı hər biri 4 qram çəkidə (firma istehsallı) cəmi 12 qram çəkidə qızıl-kulonlar 585 əyarlı olmaqla ümumilikdə 1000 manat dəyərində olmuşdur. 4 ədəd Türkiyə istehsallı hər biri 3 qram çəkidə cəmi 12 qram çəkidə qızıl kulonların hər biri 275 manat dəyərində olmaqla ümumilikdə 1100 manat dəyərində olmuşdur. 9 ədəd hər biri 2,5 qram çəkidə qızıl üzüklər Türkiyə istehsalı olmaqla 585 əyarlı olmuş və 1925 manat dəyərində olmuşdur. 9 ədəd hər biri 2,5 qram çəkidə sırğalar çəkidə Türk istehsallı olmaqla 585 əyarlı olmuş, 1925 manat dəyərində olmuşdur. Ümumilikdə 28,2 qram çəkidə sep və bilərzik başlıqları Türkiyə istehsallı olmaqla 583 əyarlı olmuşdur. 1 ədəd “Türkiyə” istehsallı qızıl-bilərzik, qızıl üzük və qızıl boyunbağıdan ibarət 4.2 karat brilyant qaşlı 2800 manat dəyərində qızıl qadın dəstin, “Belçika” və “Sibir” istehsallı 25.5 karat ümumilikdə 450 ədəd ideal və orta rəng qaşları olan brilyant qaşların qiyməti 5300 manat dəyərində olmuşdur. 3 dəst Türkiyə istehsallı hər biri 15 qram olmaqla boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət 925 əyarlı olmaqla gümüşdən materialdan olan qadın dəstlərinin hər birinin qiyməti 117 manat olmaqla ümumilikdə 351 manat dəyərində olmuşdur. 8 dəst “Çin” istehsallı boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət adi metal bjuteriyaların hər birinin qiyməti 19 manat dəyərində olmaqla 152 manat dəyərində olmuşdur. Ümumilikdə ona 32424 (otuz iki min dörd yüz iyirmi dörd) manat dəyərində maddi ziyan dəymişdir. Hazırda vurulmiş ziyan ona ödənilməmişdir. İbtidai istintaqın gedişində o mülki iddia ilə müraciət edərək ona vurulmuş 31987(otuz bir min doqquz yüz səksən yeddi) manat və ödənilmiş 187(bir yüz səksən yeddi) manat dövlət rüsumunun, cəmi 32174 (otuz iki min bir yüz yetmiş dörd) manat məbləğinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Müvafiq qərarla o, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. O iddiasını müdafiə edir və iddiasının tam şəkildə təmin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəməmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid X14 ifadəsində oğlu Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid2 ifadə verərək göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev küçəsində qızıl-zinət əşyalarının alışı və satışı mağazası işlədir. 4 dekabr 2022-c il tarixdə saat 16 radələrində iş yerində olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs işlətdiyi mağazaya gələrək qızılın alış lom qiyməti soruşduqda o, 583 əyarlı qızılın 1 qramı 56 manata aldığını bildirmişdir. Adil cibindən sellofan paket çıxarıb içərisində boyunbağı və bilərzik olan qızıl keçəcəkləri təqdim edib satmaq istədiyini bildirmiş, o, qızılların kimə məxsus olduğunu soruşduqda o, anasının rəhmətə getdiyini, anasının zərgər olduğunu və həmin qızılların ona anasından qaldığını demişdir. Təqsirləndirilən şəxs satmaq istədiyi qızılları elektron tərəzidə çəkdikdə çəkisinin 28,2 qram, Türkiyə istehsallı olmaqla 583 əyarlı olduğunu demiş, Adildən şəxsiyyət vəsiqəsini verməsini tələb etmiş və vəsiqəsinin surətini çıxarıb təqdim etmiş, o, da bu barədə alış aktı tərtib edib qeydiyyat aparmış və vəsiqənin surətini də akta çap etmiş, bundan sonra isə Təqsirləndirilən şəxs 1580 manat pul vermişdir. Şahid3 ifadə verərək göstərdi ki, Gəncə şəhəri, M.K.Atatürk prospektində yerləşən univermaqda qızıl alışı və satışı ilə məşğul olur. Qazax rayonu Ağköynək kənd sakini, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. 2022-ci ilin dekabr ayıdna dəqiq tarixini xatırlamadığım gündə mağazada olarkən Təqsirləndirilən şəxs univermağa gələrək 2 ədəd qızıl onluq satmaq istədiyini bildirmiş, o, Təqsirləndirilən şəxs həmin qızıl onluqların kimə məxsus olmasını, oğurluq olub-olmamasını soruşduqda o, özünə məxsus olduğunu və bir daha pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmiş, o, Adilə inanıb həmin qızıl onluqları alıb yoxladıqda 916 əyarlı Rus istehsallı, olmasını müəyyən etmiş və elektron tərəzidə çəkdikdə hər birinin 8,6 qram olmasını müəyən etmiş və ona 1400 manat pul vermişdir. Adil bundan sonra oradan çıxıb getmişdir. 18 yanvar 2023-cü il tarixdə işi ilə əlaqədar Bakı şəhərində olarkən arvadı X6 mobil telefonuna zəng edərək İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının həbs edilmiş 1 nəfər şəxsin ifadəsini yerində yoxladıqlarını və dediyinə görə 2 ədəd qızıl onluğu ona satdığını dediyini bildirdikdə o, Səbinəyə həqiqətən də 1 nəfər şəxsin həmin qızıl onluqları ona satdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs ona satdığı qızıl-zinət əşyalarının oğurluq olduğunu bilməmişdir. Cinayət işi üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə baxışı iclasına gələ bilmədiyini və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu Atatürk prosprktində icarə əsasında qızıl-zinət əşyalarının alşı-satışı mağazası işlədir. 4 dekabr 2022-ci il tarixdə günorta saatlarında dəqiq tarixini bilmədiyi saatda sonradan adını bildiyi Təqsirləndirilən şəxs mağazaya gələrək özünə məxsus qızıllar olduğunu və satmaq istədiyini bildirmiş, o, qızılların bir daha oğurluq olub-olmadığını soruşduqda Adil qızılların özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs ona bir tək sırğa, 5 ədəd qızıl kulon. 1 cüt sırğa təqdim etmiş və yoxladıqda 584 əyarlı, 17,9 qram çəkidə olmasını müəyyən etmişdir. Həmin şəxsə bir qramı 58 manatdan olmaqla hesablayaraq ümumilikdə 1035 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs ona satdığı qızıl-zinət əşyalarının oğurluq olduğunu bilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 dekabr 2022-ci -cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsinin baş verdiyi dükan İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşir. 03 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış protokoluna əlavə edilmiş 1 ədəd DVD diskə baxış keçirilərkən görünür ki, Təqsirləndirilən şəxs dükandan oğurluq etməmişdən əvvəl Zərərçəkmiş şəxs işlətdiyi dükanın giriş qapısına yaxınlaşır və elektrik sayğacının cərəyanını ayırır. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 18 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs məxsus dükandan necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev küçəsində və M.K.Atatürk prospektində yerləşən dükanlara satdığı yeri göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı qızıl-zinət əşyalarını Gəncə şəhəri, M.K.Atatürk prospektində yerləşən univermaqda satdığı yeri göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Üzləşdirmədə dindirmə istintaqı hərəkətinin aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı göstərməklə bir daha təsdiq etmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 mart 2023-cü il tarixli 9/1175 nömrəli rəyindən görünür ki, 3 ədəd, “Rusiya” istehsalı olan, 916 əyarlı, 8,6 qram çəkidə qızıl onluqların dəyəri 3300 manat, 1 ədəd “Rusiya” istehsalı olan, 916 əyarlı, 8,5 qram çəkidə, “İmperial” modelli, qızıl kulonun dəyəri 1100 manat, 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 8,5 qram çəkidə, qızıl kulonun dəyəri 935 manat, 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 8 qram çəkidə, safir qaşları olan, qızıl kulonun dəyəri 880 manat, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 3,2 qram çəkidə, qızıl kulonun dəyəri 272 manat, 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 3,2 qram çəkidə, qızıl kulonun dəyəri 352 manat, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə, “N” hərfi formalı, 340 manat dəyərində qızıl kulonu, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4,5 qram çəkidə, “S” hərfi formalı, qızıl kulonun dəyəri 382,5 manat, 4 ədəd, “Türkiyə” istehsalı olan, 585 əyarlı, 3 qram çəkidə olmaqla cəmi 12 qram çəkidə qızıl kulonların qiyməti 1020 manat, 4 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 5 qram çəkidə olmaqla cəmi 20 qram çəkidə qızıl kulonların qiyməti 1700 manat, 8 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə olmaqla cəmi 32 qram çəkidə qızıl kulonların qiyməti 2720 manat, , 4 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, firma istehsallı, 2,45 qram çəkidə olmaqla cəmi 9,8 qram çəkidə qızıl kulonların qiyməti 833 manat, 11 ədəd hər biri 916 əyarlı, 0,9 qram çəkidə olmaqla cəmi 9,9 qram çəkidə qızıl dişlərin qiyməti 831,6 manat, 8 ədəd 19 santimetr enində, 29 santimetr hündürlüyündə, plasmas bijuteriya manikenlərini hər biri 10 manat dəyərində, ümumilikdə 80 manat dəyərində, 16 ədəd 7 santimetr enində, 8 santimetr uzunluğunda karton bjuteriya qablarını hər biri 5 manat dəyərində, ümumilikdə 80 manat dəyərində qiymətləndirilmişdir. 3 ədəd Türkiyə istehsallı hər biri 4 qram çəkidə (firma istehsallı) cəmi 12 qram çəkidə qızıl-kulonlar, 4 ədəd Türkiyə istehsallı hər biri 3 qram çəkidə cəmi 12 qram çəkidə qızıl kulon, 9 ədəd hər biri 2,5 qram çəkidə üzük və 9 ədəd hər biri 2,5 qram çəkidə sırğalardan ibarət cəmi 45 qram çəkidə Türk istehsallı qızıl-zinət əşyaları, ümumilikdə 28,2 qram çəkidə sep və bilərzik başlıqları, 1 ədəd “Türkiyə” istehsallı qızılbilərzik, qızıl üzük və qızıl boyunbağıdan ibarət 4.2 karat brilyant qaşlı 2800 manat dəyərində qızıl qadın dəstin, “Belçika” və “Sibir” istehsallı 25.5 karat ümumilikdə 450 ədəd ideal və orta rəng qaşları olan brilyant qaşlar, 3 dəst Türkiyə istehsallı hər biri 15 qram olmaqla boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət gümüşdən materialdan olan qadın dəstləri, 8 dəst “Çin” istehsallı boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət adi metal bjuteriyaların qiymətləndirilməsi mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-genetik ekspertizasının 02 fevral 2023-cü il tarixli 23/84 nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən qızıl-zinət əşyaları mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 03 (üç) ədəd “Magna” ticarət markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallarında Təqsirləndirilən şəxsan (Qazax RPŞ-nin xx.xx.2016-cı l tarixli, 011-2075-1116№li) məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla). Məhkəmə-daktiloskopik ekspertizasının 14 yanvar 2023-cü il tarixli 23/28 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən vətəndaş X12 icarə əsasında işlətdiyi “Qızıl-zinət” əşyaları mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 08 ədəd şəffa rəngli yapışqan lent kəsiklərini üzərlərində olan əl izlərindən 06 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş X7, Zərərçəkmiş şəxs, X3 və Təqsirləndirilən şəxs adına çıxarılmış daktiloskopik xəritələr müqayisəli tədqiqatın aparılması üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq izi xx.xx.1987-ci ildə İsmayıllı rayonunda anadan olmuş Zərərçəkmiş şəxs sağ əlinin böyük, adsız və sol əlinin şəhadət (02 dəfə) barmaqların əksi ilə və 01 ədəd əl-barmaq izi xx.xx.1990-cı ildə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01mədəd əl-barmaq izi DİN-ninKTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vətəndaş X8, Zərərçəkmiş şəxs, X3 və Təqsirləndirilən şəxs əl əksləri ilə eynilik aşkar edilmədi. Qazax rayon X11 Hüquqi Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon X11 X13 şöbəsində nevroloji qeydiyyatda yoxdur. “Qazax rayon Psixiatriya Xəstəxanası” X18 alınmış xx.xx.2023-cü il tarixli 224 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya Xəstəxanasında psixoloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi dairəsindən alınmış xx.xx.2023-cü il tarixli 3-1-3-37/2-1639/2023 nömrəli məktubla daxil olmuş 2004-cü il tarixli JN:143A nömrəli, 50102018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və atası mərhum X9 ümumi birgə adına Qazax rayonu Ağköynək kəndində 0,08 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz regional filialından alınmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-47290/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs filialdan 3-cü qrup ümumi xəstəlikdən əlilliyə görə 150 manat sosial müavinət (əlilliyin müddəti ömürlükdür) alır. Şahid2 təqdim etdiyi xx.xx.2022-ci il tarixli alış aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 583 əyarlı 28,2 qram çəkidə sep və bilərzik başlıqlarını Şahid2 satmış, sonuncu ona əvəzində 1580 manat pul vermişdir. Şahid1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli alış aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 583 əyarlı 28,2 qram çəkidə sep və bilərzik başlıqlarını Şahid1 satmış, sonuncu ona əvəzində 1035 manat pul vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 333.1, 349.1-ci maddələri ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə cəzamın sonu ilə azadlığa buraxılmışdır. Qazax rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmiş, Qazax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, hazırda məhkumluğu ödənilməmişdir. Müstəntiqin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Müstəntiqin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə mülki cavabdeh kimi tanınmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5 (037)-29/2023 saylı qərarından görünür ki, 2004-cü il tarixli JN-143A nömrəli, 50102018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X10 və iş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs birgə mülkiyyətlərində olan Qazax rayonu Ağköynək kəndində yerləşən 0,08 ha (fərdi yaşayış evi, həyətyanı təyinatlı) olan torpaq sahəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs aid hissəsinin üzərinə həbs qoyulmuşdur. Cinayət işi materiallarında olan Qazax rayonu İcra Hakimiyyəti Başçısının Ağköynək kənd İnzibati Ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli 11-21/30 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olmaqla orada yaşayır, əvvəllər dəfələrlə həbsdə olmuş və yaşadığı kənddə daima mənfi davranışları ilə tanınmışdır. Müstəntiqinin 18 dekabr 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 18 dekabr 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci il tarixdə saat 01:20-də şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(037)-69/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 15 (on beş) gün müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılmanın əvvəli 18 dekabr 2022ci il tarixdən hesablanmışdır. Məhkəmənin 24 fevral 2023-cü il tarixli 4 (037)-5/2023nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixdə başa çatır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətmiş və onun əməllərində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair, yəni Zərərçəkmiş şəxs məxsus mağazadan 32424 manat dəyərində qızılzinət əşyası oğurlamadığını, oğurladığı əşyaları dəyərinin həmin məbləğdən aşağı olduğunu, oğurladığı əşyaları satması nəticəsində təxminən 6000-7000 manat pul əldə etdiyinə dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə saat 19 radələrində İsmayıllı şəhərinin H.Əliyev prospektinə gələrək gecənin düşməsini gözləmiş, 03 dekabr 2022-ci il tarixdə gecə saat 03 radələrində ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra həmin prospektdə yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, sonuncuya məxsus qızıl-zinət əşyalarının satıldığı dükanın yaxınlığına gələrək əvvəlcə həmin ərazini çəkən müşahidə kamerasının olduğunu görüb həmin kameraya işıq sayğacından çəkilmiş elektrik cərəyanını söndürmüş, sonra isə dükanın plastik materialdan olan qapısına yaxınlaşıb həmin qapının şüşəsini özü ilə götürdüyü dəmir parçası ilə vuraraq sındırıb qanunsuz olaraq saxlanc yeri hesab olunan dükana daxil olmuş, öz cinayətkar niyyətini davam etdirərək dükanın içərisində qapısı açıq vəziyyətdə olan dəmir seyfdən və vitrinlərlərdən Zərərçəkmiş şəxs məxsus 3 ədəd hər biri 1200 manat dəyərində, “Rusiya” istehsalı olan, 916 əyarlı, 8,6 qram çəkidə olmaqla cəmi 3600 manat dəyərində qızıl onluqları, 1 ədəd “Rusiya” istehsalı olan, 916 əyarlı, 8,5 qram çəkidə, “İmperial” modelli, 1100 manat dəyərində qızıl kulonu, 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 8,5 qram çəkidə, 935 manat dəyərində qızıl kulonu, 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 8 qram çəkidə, safir qaşları olan, 900 manat dəyərində qızıl kulonu, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 3,2 qram çəkidə, 300 manat dəyərində qızıl kulonu, 1 ədəd “İtaliya” istehsalı olan, 750 əyarlı, 3,2 qram çəkidə, 352 manat dəyərində qızıl klonu, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə, “N” hərfi formalı, 380 manat dəyərində qızıl kulonu, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4,5 qram çəkidə, “S” hərfi formalı, 400 manat dəyərində qızıl kulonu, 4 ədəd hər biri 300 manat dəyərində, “Türkiyə” istehsalı olan, 585 əyarlı, 3 qram çəkidə olmaqla cəmi 12 qram çəkidə ümumilikdə 1200 manat dəyərində qızıl kulonları, 4 ədəd hər biri 425 manat dəyərində, “Türkiyə” istehsalı olan, 585 əyarlı, 5 qram çəkidə olmaqla cəmi 20 qram çəkidə ümumilikdə 1700 manat dəyərində qızıl kulonları, 8 ədəd hər biri 400 manat dəyərində, “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə olmaqla cəmi 32 qram çəkidə ümumilikdə 3200 manat dəyərində qızıl kulonları, 4 ədəd hər biri 250 manat dəyərində, “Türkiyə” istehsalı olan, 585 əyarlı, firma istehsallı, 2,45 qram çəkidə olmaqla cəmi 9,8 qram çəkidə ümumilikdə 1000 manat dəyərində qızıl kulonları, 3 ədəd hər biri “Türkiyə” istehsalı olan, 585 əyarlı, 4 qram çəkidə olmaqla cəmi 12 qram çəkidə ümumilikdə 1000 manat dəyərində qızıl kulonları, 4 ədəd hər biri 275 manat dəyərində, “Türkiyə” istehsalı olan, 585 əyarlı, 3 qram çəkidə olmaqla cəmi 12 qram çəkidə ümumilikdə 1100 manat dəyərində qızıl kulonları, 9 ədəd hər biri “Türkiyə” istehsalı olan, 585 əyarlı, 2,5 qram çəkidə, ümumilikdə 1925 manat dəyərində qızıl üzükləri, 9 ədəd hər biri “Türkiyə” istehsalı olan, 585 əyarlı, 2,5 qram çəkidə, ümumilikdə 1925 manat dəyərində qızıl sırğaları, dəqiq sayı istintaqa məlum olmayan, hər biri “Türkiyə” istehsalı olan, 583 əyarlı, 28,2 qram çəkidə, ümumilikdə 1700 manat dəyərində qızıl sep və bilərzik başlıqlarını, 1 ədəd “Türkiyə” istehsalı olan, 585 əyarlı, qızıl bilərzik, qızıl üzük və qızıl boyunbağıdan ibarət, brilyant qaşlı, 2800 manat dəyərində qızıl qadın dəstini, 450 ədəd Belçika və Sibir istehsalı olan, üzərində 25,5 karat ideal və orta rəng qaşları olan, ümumilikdə 5300 manat dəyərində brilyant qaşları, 11 ədəd hər biri 916 əyarlı, 0,9 qram çəkidə olmaqla cəmi 9,9 qram çəkidə, ümumilikdə 832 manat dəyərində qızıl dişləri, 3 dəst hər dəsti 117 manat dəyərində, “Türkiyə” istehsalı olan, gümüş materialdan hazırlanmış, 15 qram çəkidə, boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət, ümumilikdə 351 manat dəyərində bəzək əşyalarını, 8 dəst hər dəsti 19 manat dəyərində, “Çin” istehsalı olan, boyunbağı, bilərzik, sırğa və üzükdən ibarət, ümumilikdə 152 manat dəyərində adi metal bijuteriyaları, 8 ədəd hər biri 20 manat dəyərində, 19 santimetr enində, 29 santimetr hündürlüyündə, ümumilikdə 160 manat dəyərində plasmas bijuteriya manikenlərini, 16 ədəd hər biri 7 manat dəyərində, 7 santimetr enində, 8 santimetr uzunluğunda, ümumilikdə 112 manat dəyərində karton bijuteriya qablarını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 32424 (otuz iki min dörd yüz iyirmi dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla qəsdən törədilən cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Qazax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmış, hazırda məhkumluğu ödənilməmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin tələbinə əsasən onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyaları çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 18 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 ədəd kağız zərfdə üzəri möhürlənmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus mağazaya baxış zamanı yapışqan lent kəsiyi vasitəsilə götürülmüş əl-barmaq izləri və 1 ədəd kağız zərfdə üzəri möhürlənmiş vəziyyətdə olan 3 ədəd magna markalı siqaret kötükləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza xərci ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə iclasında həm də müəyyən edildi ki, ibtidai istintaqın gedişində Zərərçəkmiş şəxs mülki iddia ilə müraciət edərək ona vurulmuş 31987(otuz bir min doqquz yüz səksən yeddi) manat və ödənilmiş 187(bir yüz səksən yeddi) manat dövlət rüsumunun, cəmi 32174 (otuz iki min bir yüz yetmiş dörd) manat məbləğinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Müstəntiqin xx.xx.2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs iş üzrə mülki cavabdeh kimi tanınmışlar. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Ona görə də məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs təqqsirləndirilən şəxs Təqsirləndirilən şəxs maddi ziyana görə 31987(otuz bir min doqquz yüz səksən yeddi) manat və ödənilmiş 187(bir yüz səksən yeddi) manat dövlət rüsumunun, cəmi 32174 (otuz iki min bir yüz yetmiş dörd) manat məbləğinin mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia təqsirləndirilən şəxsə münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mülki iddianın Təqsirləndirilən şəxs qarşı verilməsi ilə bağlı qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Belə olan halda zərərçəkmiş şəxsin məruz qaldığı maddi ziyana görə təqsirləndirilən şəxs cinayət məsuliyyəti ilə yanaşı, həm də mülki məsuliyyət daşıyır. Ona görə də zərərçəkmiş şəxs ona qarşı mülki iddia verməkdə haqlı olmuşdur. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə sadalanan mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yerilimiş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli bilindiyindən, zərərçəkmiş şəxsin əmlakına vurduğu maddi zərərin əvəzi onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Məhkəmə təqdim edilmiş sübutların məhkəmə istintaqında tədqiqi nəticəsində müəyyən etdi ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə 32174 (otuz iki min bir yüz yetmiş dörd) manat məbləğində maddi zərərə məruz qalmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, sonuncuya məxsus qızıl-zinət əşyalarının satıldığı dükandan Zərərçəkmiş şəxs məxsus qızıl zinət əşyalarını və digər əmlakını oğurlayıb talamaqla sonuncuya ümumilikdə xeyli miqdar təşkil edən 32424 (otuz iki min dörd yüz iyirmi dörd) manat məbləğində maddi ziyan vurmuşdur. İttiham aktında zərərçəkmiş şəxsə dəymiş zərər 32424 (otuz iki min dörd yüz iyirmi dörd) manat məbləğində müəyyən edilmiş, lakin mülki iddiaçı iddia ərizəsində ona dəymiş zərər olaraq 31987(otuz bir min doqquz yüz səksən yeddi) manat və ödənilmiş 187(bir yüz səksən yeddi) manat dövlət rüsumunun, cəmi 32174 (otuz iki min bir yüz yetmiş dörd) manat məbləğini tələb etmişdir. Belə olan halda məhkəmə mülki iddianın məbləğini ittiham aktında göstərilən məbləğlə deyil, iddia ərizəsində mülki iddiaçı tərəfindən tələb edilən məbləğdə təmin edilməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. İş üzrə tədqiq olunmuş təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən də müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin göstərilən məbləğdəki əmlakını oğurlayaraq talamış və həmin məbləğdən məhkəmə hökmü çıxan anadək heç bir ödəniş etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, 31987(otuz bir min doqquz yüz səksən yeddi) manat və ödənilmiş 187(bir yüz səksən yeddi) manat dövlət rüsumu, cəmi 32174 (otuz iki min bir yüz yetmiş dörd) manat məbləğ mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 18 dekabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 ədəd kağız zərfdə üzəri möhürlənmiş vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus mağazaya baxış zamanı yapışqan lent kəsiyi vasitəsilə götürülmüş əl-barmaq izləri və 1 ədəd kağız zərfdə üzəri möhürlənmiş vəziyyətdə olan 3 ədəd magna markalı siqaret kötükləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Zərərçəkmiş şəxs mülki iddia tələbi təmin edilsin. 31987(otuz bir min doqquz yüz səksən yeddi) manat və ödənilmiş 187(bir yüz səksən yeddi) manat dövlət rüsumu, cəmi 32174 (otuz iki min bir yüz yetmiş dörd) manat məbləğ mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar