Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-37/2024 13.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Şəmistan oğlunun iştirakı ilə 13 avqust 2024-cü il tarixdə saat 16:04-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1990-cı ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, İsmayıllı şəhəri M.Əsədov küçəsi ev 39 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olmasına dair tələblərini pozaraq, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi X5 mülkiyyətində və özünün faktiki sahibliyində olan “VAZ-2109 minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsi ilə şəhərin “Kəpənək dairəsi” adlandırılan ərazisi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64cü maddəsinin 1-ci hissəsinin qadağan nişanlarının yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoymasına dair və həmin Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin ötməyə başlamazdan əvvəl sürücünün qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalıdır tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək yol hərəkəti qaydalarını pozub İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsi ilə “3.24. Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı üzrə 50 km/saata qədər məhdudlaşıdırılmış yolda, “Günəşli” inşaat materialları dükanının yaxınlığında təqribən 100-110 km/saat sürətlə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobili ötmə əməliyyatını etmək istəyib əvvəlcə çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmadan ötmək üçün qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdə hərəkətdə olan Şahid1 sürücülük hüququ və etibarnamə əsasında idarə etdiyi, X6 mülkiyyətində olan “VAZ-2106 minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətdə, əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq həmin nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verib təhlükəsiz keçməsini təmin etməli, həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamalı olduğu halda bunu etməyərək ötmə əməliyyatı aparıb qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdə 40-50 km/sürətlə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi “VAZ-2106 minik” markalı avtomobilin hərəkəti üçün təhlükə yaradaraq həmin avtomobillə sonuncunun hərəkət istiqamətində toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ oturacağında sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs Şəmistan oğlunun ənsə nahiyəsinin yarası, hər iki körpücük və sol bazu sümüklərinin qapalı sınıqlarından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, həmçinin “VAZ-2106 minik” markalı avtomobildə sərnişin qismində əyləşmiş X2 qaş qövsünün, alın nahiyəsinin yaraları, sol gözün üst qapağının, sol gözaltı nahiyənin qançırları, sağ saidin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid və “VAZ- 2106 minik” markalı avtomobilin sürücüsü Şahid1 sol bazunun qançırı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almalarına, eləcə də “VAZ-2106 minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi X7 4383 (dörd min üç yüz səksən üç) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri M.Əsədov küçəsi ev 39 ünvanında yaşayır, rəsmi olaraq işsizdir. “Vaz 21093 Minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil qohumuna məxsusdur, həmin avtomobil xx.xx.2022-ci il tarixdən baş etibarnamə əsasında onun istifadəsindədir və o da, həmin avtomobili idarə etməkdən ötrü atası Şirzad Musayevə sürücülük etibarnaməsi vermişdir. Avtomobili bəzən o, bəzən də atası sürür. Lakin onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Mahiyyət üzrə bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 20 radələrində qonşusu Əfqanın oğlu Rahimin əsgərliyə getməsi ilə bağlı təşkil olunmuş məclisə gəlmişdir. Orada tanışı və onunla eyni məhəllədə yaşayan Zərərçəkmiş şəxs görərək onun əyləşdiyi masada əyləşmişdir. Onlar birlikdə yemək yemiş və bir qədər də spirtli içki qəbul etmişlər. Bundan sonra Rahiblə birlikdə məclisdən çıxaraq idarə etdiyi “Vaz 21093 Minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər və hərəkətə başlamışlar. xx.xx.2023-ci il tarixdə saat 22 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektindən üzü M.F.Axundov küçəsi istiqamətində hərəkət etmişlər. Daha sonra isə oradan Ə.Ələkbərzadə küçəsinə daxil olmuşdur. İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində, avtomobili yolun sağ hərəkət hissəsi ilə təxminən 100-110 km/saat sürətlə idarə etmişdir. İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yerləşən “Günəşli” inşaat materiallları mağazaının yaxınlığında hərəkətdə olarkən qarşısında “Kamaz” markalı avtomobil hərəkət etmişdir. Bu zaman o, həmin avtomobili ötüb keçmək qərarına gəlmişdir. Buna görə də, o, xəbərdaredici dönmə siqnalını yandıraraq, lakin qarşı hərəkət zolağının boş olub olmamasına diqqət yetirmədən manevrə başlamışdır. “Kamaz”ı ötsə də, ondan sonra bir neçə nəqliyyat vasitəsi də olmuşdur. Bu zaman 30-35 metr irəlidə yolun sağ hərəkət hissəsi ilə, yəni öz hərəkət istiqamətində hərəkətdə olan, araşdırma zamanı tanıdığı Şahid1 idarə etdiyi “Vaz 21063 Minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təxminən 40-50 km saat sürətlə hərəkətdə olmuşdur. O, qəzadan yayınmaq üçün avtomobili dərhal yolun ehtiyyat hissəsinə yaxın yerə çəkib həmin avtomobilin yanlarından ötüb keçməsini istəmiş, lakin eyni anda “Vaz 21063 Minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili də, hərəkətdə olduğu istiqamətdə sağ hissəyə, yəni onun avtomobili çəkdiyi hissəyə meyillənmişdir. O, həmin vəziyyət anidən yarandığı üçün qəzadan yayına bilməmiş və həmin vaxt aralarında artıq 5 metrdən də az məsafə qalmış və bu zaman toqquşma olmuşdur. Daha sonra olanları huşunu itirdiyi üçün xatırlamır. Ayılanda isə Qəbələ RMX-da olduğunu görmüşdür. Hadisədən əvvəl o, avtomobili təxminən 100-110 km/saat sürətlə idarə etmişdir. Həmin zaman onun idarə etdiyi avtomobildə ondan başqa sərnişin qismində tanışı Zərərçəkmiş şəxs Şəmistan oğlu olmuşdur. Hadisə zamanı o da, sərnişin Zərərçəkmiş şəxs da sərxoş olmuşlar. Belə ki, hadisədən 1-2 saat öncə ikisi də qonşusunun oğlunun əsgərliyə getməsi ilə bağlı təşkil olunmuş məclisdə spirtli içki qəbul etmişlər. O, toqquşma baş verən zaman huşunu itirdiyindən “Vaz 21063 Minik” markalı, **- HB-*** dövlət qeydiyyat nişanlı avtomobildə kimlərin olmasını bilmir. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət əməli törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tam olaraq ödəmişdir. Hadisə nəticəsində özü də həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri almışdır. Bunlar nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, xx.xx.2023-ci il tarixdə saat 20 radələrində qonşusunun oğlunun əsgərliyə getməsi ilə bağlı təşkil olunmuş məclisə olmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs də gələrək yanında əyləşmişdir. Onlar birlikdə yemək yemiş və bir qədər də spirtli içki qəbul etmişlər. Bundan sonra Cavidlə birlikdə məclisdən çıxaraq onun idarə etdiyi “Vaz 21093 Minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və hərəkətə başlamışlar. xx.xx.2023-ci il tarixdə saat 22 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektindən üzü M.F.Axundov küçəsi istiqamətində hərəkət etmişlər. Daha sonra isə oradan Ə.Ələkbərzadə küçəsinə daxil olmuşlar. İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində, Cavid avtomobili yolun sağ hərəkət hissəsi ilə təxminən 100-110 km/saat sürətlə idarə etmişdir. İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yerləşən “Günəşli” inşaat materiallları mağazasının yaxınlığında hərəkətdə olarkən qarşılarında “Kamaz” markalı avtomobil hərəkət etmişdir. Bu zaman Cavid həmin avtomobili ötüb keçmək qərarına gəlmişdir. Buna görə də, o, xəbərdaredici dönmə siqnalını yandıraraq, lakin qarşı hərəkət zolağının boş olub olmamasına diqqət yetirmədən manevrə başlamışdır. “Kamaz”ı ötsə də, ondan sonra bir neçə nəqliyyat vasitəsi də olmuşdur. Bu zaman 30-35 metr irəlidə yolun sağ hərəkət hissəsi ilə, yəni öz hərəkət istiqamətində hərəkətdə olan, araşdırma zamanı tanıdığı Şahid1 idarə etdiyi “Vaz 21063 Minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təxminən 40-50 km saat sürətlə hərəkətdə olmuşdur. Cavid qəzadan yayınmaq üçün avtomobili dərhal yolun ehtiyyat hissəsinə yaxın yerə çəkib həmin avtomobilin yanlarından ötüb keçməsini istəmiş, lakin eyni anda “Vaz 21063 Minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili də, hərəkətdə olduğu istiqamətdə sağ hissəyə, yəni Cavidin avtomobili çəkdiyi hissəyə meyilləndirmişdir. Cavid həmin vəziyyət anidən yarandığı üçün qəzadan yayına bilməmiş və həmin vaxt aralarında artıq 5 metrdən də az məsafə qalmış və bu zaman toqquşma olmuşdur. Daha sonra olanları huşunu itirdiyi üçün xatırlamır. Ayılanda isə İsmayıllı RMX-da olduğunu görmüşdür. Onun bütün müayinə və müalicələrini Cavidin yaxın qohumları etmişlər. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsdən tələbi və şikayəti yoxdur. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri Yaşıl Dərə qəsəbəsində yaşayır, rəsmi olaraq Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edir. “Vaz 21063 Minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil qaynatası X7 məxsusdur, həmin avtomobil 2020-ci il tarixdən onun istifadəsindədir, o, həmin avtomobildən İsmayıllı rayonunda olan zaman istifadə edir, avtomobil idarə etməkdən ötrü sürücülük vəsiqəsi vardır. Mahiyyət üzrə bildirmişdir ki, o, xx.xx.2023-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Vaz 21063 Minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəxsi işi ilə bağlı qaynatası Şahid2, qaynının həyat yoldaşı Şahid3 və qızı X10 ilə və ayıq halda İsmayıllı şəhəri “Kəpənək” dairəsindən İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsi istiqamətində hərəkətdə olmuşdur. İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində, avtomobilini yol sağ hərəkət hissəsi ilə təxminən 40 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olarkən qarşısında 10-12 metr irəlidə yolun sol hərəkət hissəsi ilə, yəni onun hərəkət istiqamətində hərəkətdə olan, araşdırma zamanı tanıdığı İsmayıllı şəhəri M.Əsədov küçəsində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2109 Minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təxminən 100-110 km saat sürətlə hərəkətdə olmuşdur. O, qəzadan yayınmaq üçün avtomobili dərhal yolun sağ hissəsinə çəkib həmin avtomobilin yanından ötüb keçməsini istəmişdir, lakin eyni anda “Vaz 2109 Minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili də, hərəkətdə olduğu istiqamətdə sol hissəyə, yəni onun avtomobili çəkdiyi hissəyə meyillənmişdir. O, həmin vəziyyət anidən yarandığı üçün qəzadan yayına bilməmiş və həmin vaxt aralarında artıq 5 metrdən də az məsafə qalmış və bu zaman toqquşma olmuşdur. Belə ki, avtomobilinin qabaq sol tərəfi həmin digər minik avtomobilin qabaq sol tərəfinə toqquşmuş, toqquşmanın təsirindən avtomobili 1-2 metr də hərəkət etdikdən sonra sağa istiqamətlənərək, avtomobilinin arxa hissəsi yolun sağ hərəkət hissəsinin köməkçi hissəsindəki səkiyə bitişik, ön hissəsi isə yolun sol sağ hərəkət hissəsində olmaqla, yolun sağ hərəkət hissəsində hərəkət istiqamətinə çarpaz prependikulyar halda qalmışdır. O, dərhal avtomobildən düşmüş və xəsarət alan olub olmadığına baxmışdır. Lakin hər kəs salamat olmuşdur. Yalnız onda, ayaq nahiyyəsində bir qədər əziklər olmuşdur. Bir müddət sonra polis əməkdaşları ora gəlib hadisə yerini müayinə etmişlər. O isə İsmayıllı RMX-na müraciət etmişdir. Hadisə zamanı o, avtomobili təxminən 40 km/saat sürətlə idarə etmişdir. Həmin zaman onun idarə etdiyi avtomobildə ondan başqa sərnişin qismində qaynatası Şahid2, qaynının həyat yoldaşı Şahid3 və qızı X10 olmuşdur. O, hərəkətdə olarkən qarşısında 10-12 metr irəlidə yolun sol hərəkət hissəsi ilə, yəni onun hərəkət istiqamətində hərəkətdə olan, araşdırma zamanı tanıdığı İsmayıllı şəhəri M.Əsədov küçəsində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2109 Minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili təxminən 100-110 km saat sürətlə hərəkətdə olmuşdur. O, qəzadan yayınmaq üçün avtomobili dərhal yolun sağ hissəsinə çəkib həmin avtomobilin yanından ötüb keçməsini istəmişdir, lakin eyni anda “Vaz 2109 Minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili də, hərəkətdə olduğu istiqamətdə sol hissəyə, yəni onun avtomobili çəkdiyi hissəyə meyillənmişdir. O, həmin vəziyyət anidən yarandığı üçün qəzadan yayına bilməmiş və həmin vaxt aralarında artıq 5 metrdən də az məsafə qalmış və bu zaman toqquşma olmuşdur. O, ilkin izahatında hadisənin təsirində olduğu üçün, həmçinin dəqiq məsafəni bilmədiyindən 20-25 metr məsafədə görməyini bildirmişdir. Lakin ifadəm yerində yoxlanılan zaman məsafənin 10-12 metr olması aşkar edilmişdir. Hadisə zaman o, spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. O, ümumiyyətlə spirtli içki qəbul etmir. Həmin zaman Vaz 2109 Minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən 100-110 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin zaman Vaz 2109 Minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində, sonradan tanıdığı Zərərçəkmiş şəxs Şəmistan oğlu da olmuşdur. O, hadisə zamanı Vaz 2109 Minik” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs və sərnişin Zərərçəkmiş şəxs hadisə yerində görməmişdir, çünki onları TTY ambulansı ilə İsmayıllı RMX-na aparmışdılar. Lakin xəstəxanada olan zaman hər iksinin gözlərinin axmasından və müayinə üçün xərəkdə yanından aparılan zaman hər ikisindən kəskin spirt qoxusu gəlmişdir. Hadisə baş verən zaman ətrafda kimlərinsə olmasına fikir verməmiş, ancaq yolda hərəkətdə olan çoxsaylı avtomobillər olmuşdur. Lakin hadisədən sonra avtomobildən endikdə ətrafda tanımadığı çoxsaylı şəxslərin də olmasını görmüşdür. Şahidlər X12 və X8 ifadələrində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadələr vermişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 24 iyul 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş verən ərazi İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsidir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 412 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – sol bazunun qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığa Zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 413 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol qaş qövsünün, sol alın nahiyyəsinin yaraları, sol gözün üst qapağının, sol gözaltı nahiyyəsinin qançırları, sağ saidin sıyrıqları; Bu xəsarətlərdən sol qaş qövsünün, sol alın nahiyyəsinin yaraları iti kənarlı əşya (alət), sol gözaltı nahiyyəsinin qançırları, sağ saidin sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 443 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – alın və burun sümüklərinin açıq sınıqları, alın və sağ almacıq nahiyyələrinin cərrahi tikilmiş yarası, burun belinin cərrahi tikişə ehtiyacı olan yarası burunun sıyrığı, sağ gözün üst qapağının qançırı bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadiəsi zamanı törənməsi istisna edilmir, həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 460 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Şəmistan oğlunun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – ənsə nahiyyəsinin yarası, hər iki körpücük və sol bazu sümüklərinin qapalı sınıqları bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadiəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddir. Kompleks Məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-trasoloji ekspertizasının 11 dekabr 2023-cü il tarixli 8/3248-8/3270 nömrəli rəyindən görünür ki,
1. Nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma “VAZ 2109” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi ilə “VAZ 2106” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi arasında təxminən 15- 20 dərəcə bucaq olmuşdur;
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2109” markalı **- SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur;
3. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur;
4. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur;
5. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşıdırılmış yolda 100-110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin(3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur;
6. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən göstərilən təhlükə yaranan anda avtomobillər arasında 20-25 metr məsafənin olması və həmin andan “VAZ 2109” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi 15-20 metr məsafə qət etməsi real hadisə mexanizminə uyğun deyildir. Reallıqda həmin məsafələr daha artıq olmuşdur;
7. İstintaq tərəfindən vəsatətə cavab məktubunda göstərilən təhlükə yaranan anda avtomobillər arasında 20-25 metr məsafənin olması və həmin andan “VAZ 2109” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə real hadisə mexanizminə uyğun olmadığından “VAZ 2106” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını alınması ilə əlaqədar tədqiqat aparılmır;
8. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən sürücülərin izahatlarında göstərdikləri hadisə mexanizmi istintaq tərəfindən müəyyən edilərək göstərilən hadisə mexanizmi ilə ziddiyyət təşkil etmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. Təkrar Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 iyun 2024-cü il tarixli 8/140 nömrəli rəyindən görünür ki,
1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2109” markalı **- SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur;
2. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur;
3. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.
4. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşıdırılmış yolda 100-110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin(3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur;
5. Rəyin tədqiq hissəsində göstərilən səbəblərə görə: a) Hərəkət üçün təhlükə yaranan anda “VAZ 21063 minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 23.3-32 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır; b) Hərəkət üçün təhlükə yaranan anda “VAZ 21063 minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 23.3-32 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Şahid1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 noyabr 2023-cü il tarixli 9/8126 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “X15 Servis mərkəzi” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli 036-23 nömrəli və 035-23 nömrəli arayış məlumatlarına əsasən, 1988-ci il buraxılışlı “VAZ 21063 minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin iyul ayına təmir-bərpa xərci təxminən 4383.00 manat müəyyən edilir. O cümlədən:
1. Dəyişilməli hissələrin qiyməti – 2233.00 manat;
2. Təmir-bərpa işlərinin qiyməti – 2150.00 manat. “X15 Servis mərkəzi” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli 036-23 nömrəli və 035-23 nömrəli arayış məlumatlarına əsasən, 1991-ci il buraxılışlı “VAZ 2109 minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin iyul ayına təmir-bərpa xərci təxminən 2525.00 manat müəyyən edilir. O cümlədən:
1. Dəyişilməli hissələrin qiyməti – 1125.00 manat;
2. Təmir-bərpa işlərinin qiyməti – 1400.00 manat. Hər iki cədvəldə göstərilən ehtiyat hissəsinin (ban hissəsi) hansı hissə nəzərdə tutulduğu məlum olmadığından həmin hissə üzrə tədqiqat aparmaq mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsindən alınmış 27 mart 2024-cü il tarixli 3-13-16/2/2-1001/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin olmaması, xx.xx.2023-cü il tarixdə sözügedən vətəndaşın sürücülük hüququndan məhrum edilənlər kartotekasında qeydiyyatdan keçməməsi, “VAZ 2109 minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin İsmayıllı rayonunun Diyallı kənd sakini X5 əmlakı olması və sözügedən avtomobilə Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan etibarnamənin olması məlumatı qeydə alınmışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-si İsmayıllı rayon Mərkəzi Xəstəxanası “Konsultativ Poliklinika” şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 18-1-47/2- 386/2024 nömrəli məktubundan görünür ki, Musayev X11 RMX-nin Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə “Vaz” 2109 Minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı və “Vaz” 2106 Minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut qismində tanınmış və saxlanılması üçün qanuni sahiblərinə təhvil verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun X18 Filialından alınmış xx.xx.2024-cü il tarixli 33-17-1/2-73556/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin X1 sisteminin Sosial ödənişlər alt sisteminə və Pensiya alt sisteminə əsasən heç bir növ sosial müavinət, təqaüd və pensiya almır. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023cü il tarixli 417 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin yol-nəqliyyat hadisəsi baş verən zaman yüngül dərəcəli sərxoş vəziyyətdə olmuş, spirtli içki qəbul etmişdir. Cinayət işi materiallarındakı sənədlərdən görünür ki, sürücü Şahid1 adına xx.xx.2020-ci il tarixdə 10 il müddətinə “B1”, “B”, “C1” və “C” kateqoriyalı, BC 000309 №-li sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi etibarlı olmuşdur. “Vaz” 21063 Minik” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinə əsasən həmin avtomobil İsmayıllı rayonu İsmayıllı kənd sakini X7 məxsus olmuşdur. Həmin sənədlərdən görünür ki, sürücü Təqsirləndirilən şəxs adına hazırda etibarlı olan sürücülük vəsiqəsi yoxdur. “Vaz” 2109” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinə əsasən həmin avtomobil İsmayıllı rayonu Diyallı kənd sakini X9 məxsus olmuş, Təqsirləndirilən şəxs hadisə baş verən zaman, həmin avtomobilə dair etibarlı halda olmuş, ƏN-Vİİİ № 588157 nömrəli baş etibarnaməsi olmuşdur. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 əməlində Azərbaycan Respublikası CM-in 263-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən həmin hissədə müvafiq material ayrılaraq saxlanılması üçün İsmayıllı rayon prokurorluğunun dəftərxanasına göndərilmişdir. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 15 fevral 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri M.Əsədov küçəsi ev 39 ünvanında qeydiyyatdadır, evlidir, himayəsində 2 azyaşlı uşaqları vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olmasına dair tələblərini pozaraq, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi X5 mülkiyyətində və özünün faktiki sahibliyində olan “VAZ-2109 minik” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsi ilə şəhərin “Kəpənək dairəsi” adlandırılan ərazisi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin qadağan nişanlarının yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoymasına dair və həmin Qanunun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin ötməyə başlamazdan əvvəl sürücünün qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olmasına və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalıdır tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək yol hərəkəti qaydalarını pozub İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsi ilə “3.24. Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı üzrə 50 km/saata qədər məhdudlaşıdırılmış yolda, “Günəşli” inşaat materialları dükanının yaxınlığında təqribən 100-110 km/saat sürətlə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı avtomobili ötmə əməliyyatını etmək istəyib əvvəlcə çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevrin hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olmadan ötmək üçün qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdə hərəkətdə olan Şahid1 sürücülük hüququ və etibarnamə əsasında idarə etdiyi, X6 mülkiyyətində olan “VAZ-2106 minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətdə, əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq həmin nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verib təhlükəsiz keçməsini təmin etməli, həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamalı olduğu halda bunu etməyərək ötmə əməliyyatı aparıb qarşı hərəkət zolağına çıxmış və əks istiqamətdə 40-50 km/sürətlə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi “VAZ-2106 minik” markalı avtomobilin hərəkəti üçün təhlükə yaradaraq həmin avtomobillə sonuncunun hərəkət istiqamətində toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ oturacağında sərnişin qismində oturmuş Zərərçəkmiş şəxs Şəmistan oğlunun ənsə nahiyəsinin yarası, hər iki körpücük və sol bazu sümüklərinin qapalı sınıqlarından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, həmçinin “VAZ-2106 minik” markalı avtomobildə sərnişin qismində əyləşmiş X2 qaş qövsünün, alın nahiyəsinin yaraları, sol gözün üst qapağının, sol gözaltı nahiyənin qançırları, sağ saidin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid və “VAZ- 2106 minik” markalı avtomobilin sürücüsü Şahid1 sol bazunun qançırı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almalarına, eləcə də “VAZ-2106 minik” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi X7 4383 (dörd min üç yüz səksən üç) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan “Vaz” 2109 Minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı və “Vaz” 2106 Minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının ümumi dəyəri olan 428 (dörd yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan “Vaz” 2109 Minik markalı **-SV-*** dövlət qeydiyyat nişanlı və “Vaz” 2106 Minik markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə 428 (dörd yüz iyirmi səkkiz) manat ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: İlqar Hüseynov