Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-38/2020 08.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı oğlunun, Müdafiəçi Müdafiəçi iştirakı ilə, 08 sentyabr 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1975-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(037)-54/2019 nömrəli hökmü ilə 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzəridə çəkilməmiş 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, İsmayıllı şəhəri M.P.Vaqif küçəsi ev 6 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs müəyyən olunmamış vaxtda və naməlum mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 5,39 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri Müşfiq küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 16:30 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibində olan “Argo” markalı siqaret qutusunun içərisində yerləşdirdiyi kibrit qutusunda saxladığı həmin 5,39 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 2020-ci ilin may ayının sonlarında yaşadığı evin küçəsində piyada gedərkən yoldan bir ədəd kibrit qutusu tapmış, diqqətini cəlb etdiyi üçün həmin qutunu götürmüşdür. Qutunu açdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Gələcəkdə istifadə etmək üçün həmin qutunu cibində gizlətmişdir. Bədənində müəyyən ağrıları olduğu üçün toz halında olan dərmanlardan istifadə etmişdir. Buna görə də həmişə üzərində şpris, iynə və flakon olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı şəhərindəki “Köhnə avtovağzal” adlanan yerdə olduğu zaman İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və əməliyyat məlumatı əsasında narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu, bu barədə qərar qəbul olunduğunu bildirib onu şöbəyə dəvət etmişlər. Şöbədə ərizə ilə müraciət etdiyindən ona müdafiəçi təyin olunmuş və həmin gün saat 16:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərinə polis əməkdaşlarının, müdafiəçisinin və dəvət edilmiş iki nəfər hal şahidinin iştirakları ilə şöbənin növbətçi hissənin qarşısında axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki şalvarın sağ cibindən bir ədəd “Argo” markalı siqaret qutusunda bir ədəd kibrit qutusu, bir ədəd şpris, başlığı ilə birlikdə bir ədəd iynə və bir ədəd sınmış dərman şüşəsi aşkar edilmişdir. Kibrit qutusu müdafiəçinin və hal şahidlərinin iştirakı ilə açdıqda içərisində narkotik maddə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkarlanmış narkotik vasitə çəkilmiş və zərflərə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağı vardır, ailəsində ondan başqa işləyən, ailəyə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid, İsmayıllı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X5 ifadə verərək göstərdi ki, İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, qanunsuz olaraq üzərində daşıması barədə şöbəyə əməliyyat məlumatları daxil olmuşdur. Bu səbəbdən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və qərarın icrası ilə əlaqədar xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində o və şöbənin digər əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yerini müəyyən edərək sonuncuya yaxınlaşmışlar. Onlar Mehmanı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın məzmunu ilə tanış etmiş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək şöbəyə dəvət etmişlər. Mehman onlarla birlikdə şöbəyə getmişdir. Şöbədə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmiş və ona müdafiəçi təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda sonra saat 16:20 radələrində dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə şöbənin növbətçi hissəsinin qarşısında sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd “Argo” markalı siqaret qutusu aşkar edilmiş, həmin qutu açıldıqda içərisindən bir ədəd kibrit qutusu, bir ədəd içərisi boş olan iki milliqramlıq şpris, başlığı ilə birlikdə bir ədəd iynə və bir ədəd sınmış halda boş şüşə flakon aşkar edilmişdir. Kibrit qutusunu açdıqda içərində narkotik vasitəyə bənzər quru halda bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin və digər tibbi ləvazimatların nə olması, kimə məxsus olması, haradan əldə etdiyini soruşduqda o, kibrit qutusundakı kütlənin narkotik vasitə olan qurudulmuş marixauna olduğunu, həmin kütləni küçədə gəzərkən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi kibrit qutusu ilə birlikdə çəkilmiş, qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şаhidlər İsmayıllı RPŞ-nin digər əməkdaşları X8, X1 və X2 şahid Müşfiq Soltanov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid X9 ifadə verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı rayon polis şöbəsinin qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olan bir nəfər şəxsin üzərinə axtarış keçiriləcəyini və həmin proses zamanı hal şahidi qismində iştirak etməyini ondan xahiş etmişlər. O, polis əməkdaşları birlikdə rayon polis şöbəsinə getmişdir. Şöbədə digər hal şahidinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə axtarış keçirilmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən onun üzərinə keçirilmiş axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd “Argo” markalı siqaret qutusu aşkar edilmişdir. Siqaret qutusunu içindən isə bir ədəd kibrit qutusu, bir ədəd içərisi boş olan iki milliqramlıq şpris, başlığı ilə birlikdə bir ədəd iynə və bir ədəd sınmış halda boş şüşə flakon aşkar edilmişdir. Kibrit qutusunu açıldıqda quru halda bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin və tibbi ləvazimatların nə olması, kimə məxsus olması soruşulduqda, kibrit qutusundakı kütlənin narkotik vasitə olan qurudulmuş marixauna olduğunu, 2020-ci ilin may ayının sonlarında küçədən tapdığını bildirmişdir. Tibbi ləvazimatlardan isə bədənində ağrılar olduğu zaman istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi kibrit qutusu ilə birlikdə çəkilərək çəkisi müəyyən edilmişdir Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərindən hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə və digər əşyalar götürülərək qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Şаhid X3 şahid Seymur Əliyev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən əynindəki şalvarın cibindən aşkar edilərək götürülmüş... bitki kütləsi...” sözləri yazılmış zərfin içərisindəki bir ədəd kibrit qutusunda, təmiz çəkisi – 5.39 qram olan bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0,006 qramqurudulmuş marixuana sərf olunmuş, qalıq çəki 5,34 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35( otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məcburi ambulator məhkəmə narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 580 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Hal-hazırda apstinensiya əlamətləri (narkotik maddələrin aclığı) olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx xxxx 2020-ci il tarixli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surətindən və İsmayıllı rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdən İsmayıllı rayon İcra və probasiya şöbəsində probasiya qeydiyyatdadır və cəzası xx xxxx 2021-ci il tarixdə sona çatır. Cəzasını çəkməmiş və məhkumluğu ödənilməmişdir. İsmayıllı RMX-nın Publik hüquqi şəxsi Poliklinika şöbəsindən alınmış xx xxxx 2019cu il tarixli 123 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur, xx xxxx 2015-ci il tarixdən isə “narkomaniya” diaqnozu ilə dispanser qeydiyyatındadır. Müstəntiqinin xx xxxx 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:18-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(037)-23/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 3(üç) ay həddində müəyyən edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərarlarından müəyyən edilir ki, cinayət işi üzrə 5,34 qram çəkidə qurudulmuş marixuana, bir ədəd “Argo” markalı siqaret qutusu, bir ədəd boş şpris, bir ədəd başlığı ilə birlikdə iynə, və bir ədəd sınmış halda olan şüşə flakon saxlanılması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. xx xxxx 2020-ci il tarixli 1874 nömrəli arayışdan, AZ seriyalı 493742 və AZ seriyalı 264579 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri M.P.Vaqif küçəsi ev 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailə tərkibi özündən, 1987-ci il təvəllüdlü arvadı X6, 2008 və 2014-cü il təvəllüdlü oğlanları Heydər və İslamdan ibarətdir. Yaşayış yeri üzrə yaşadığı müddətdə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il 06 (altı) ay müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) ay 10(on) gün ona təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, o, xx xxxxxxxx 2019-cu il tarixdə İsmayıllı rayon İcra və probasiya şöbəsində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 16:18-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və barəsində Məhkəmənin xx xxxx 2020-ci il tarixli 4(037)-23/2020 nömrəli qərarı ilə həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu andan hesablanmaqla 3(üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs tutulduğu anadək məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ayını çəkmiş, üzəridə çəkilməmiş 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Təqsirləndirilən şəxs üzərində saxlanılan 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzаsı İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzаsının çəkilməmiş qalan 07 (yeddi) ay 26 (iyirmi altı) gün hissəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən qismən birləşdirməli və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri M.P.Vaqif küçəsi ev 6 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyünə görə o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 5,34 qram çəkidə qurudulmuş marixuana, bir ədəd “Argo” markalı siqaret qutusu, bir ədəd boş şpris, bir ədəd başlığı ilə birlikdə iynə, və bir ədəd sınmış halda olan şüşə flakon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 35 ( otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) ay 10(on) gün ona təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzаsı İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(037)-54/2019 nömrəli hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzаsının çəkilməmiş qalan 07(yeddi) ay 26 (iyirmi altı) gün hissəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən qismən birləşdirsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri M.P.Vaqif küçəsi ev 6 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 5,34 qram çəkidə qurudulmuş marixuana, bir ədəd “Argo” markalı siqaret qutusu, bir ədəd boş şpris, bir ədəd başlığı ilə birlikdə iynə, və bir ədəd sınmış halda olan şüşə flakon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35( otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-38/2020
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-38/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver