Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-38/2021 27.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçilər Abbasov Nəvaid Noruz oğlu və İsmayılov İslam Abduləziz oğlunun iştirakı ilə 27 iyul 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1973-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 17 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx xxxxxx 1989-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum edilməmiş, İsmayıllı şəhəri N.Behdiyev küçəsi, ev 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdə saat 11 radələrində İsmayıllı şəhəri N.Behdiyev küçəsi, 17 saylı ünvanda yerləşən yaşadığı evin qarşısında qonşusu Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,217 qram təşkil edən narkotik vasitə heroini 10 manat pul müqabilində alaraq öz şəxsi istifadəsi üçün əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilib növbətçi hissəsinin qarşısında üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bir ədəd ağ rəngli kağız bükümdə satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əldə edib saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda 0,217 qram çəkidə kustar üsula hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,683 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,081 qram, 0,093 qram, 0,209 qram, 0,217 qram olmaqla kağız və sellofan bükümlərdə qablaşdırmaqla üzərində daşıyaraq saxlamış, 04 mart 2021-ci il tarixdə saat 11 radələrində həmin narkotik vasitə olan heroinin 0,217 qram çəkidə olan hissəsini qonşusu Rövşən Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evin qarşısında 10 manata satmış, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən 04 mart 2021-ci il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki şalvarın sağ cibindən həmin 0,217 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtrış tədbirlərinin davamı olaraq o, 04 mart 2021-ci il tarixdə saat 20 radələrində İsmayıllı rayon Polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın qabaq sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda 03 ədəd kağız bükümlərdə 0,083 qram, 0,081 qram, 0,093 qram, 01 ədəd sellofan bükümdə 0,209 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 04 mart 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evindən çıxıb ərzaq almaq üçün mağazaya gedərkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini və üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları ona birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etdikdə etiraz etməmiş və onlar birlikdə polis şöbəsinə getmişlər. Bundan sonra onun, dəvət olunmuş iki nəfər hal şahidinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə vardırsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, üzərindəki bir bükümdə olan heroini əynindəki qara rəngli şalvarın sağ cibindən çıxararaq təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitəsinin çəkisi müəyyən olunmuş və polis əməkdaşları ondan həmin narkotik vasitəsini haradan əldə etdiyini soruşmuşlar. O, həmin narkotik vasitəni 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs1 10 manata pula aldığını etiraf etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa narkotik vasitə aşkar edilməmişdir. 06 mart 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən ona yaşadığı evə baxış keçirmək istədikləri bildirildikdə o, etiraz etməmiş, və onlar birlikdə yaşadığı evinə getmişlər. Orada polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçisinin iştirakı ilə evinə baxış keçirilmiş, lakin evindən və evin həyətyanı sahəsindən narkotik vasitə aşkar olunmamışdır. Üzərində narkotik vasitə saxladığını ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Ailədə evə gəlir gətirən yeganə şəxs odur, qeyd etdiyi halı cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, 04 mart 2021-ci il tarixdə saat 20 radələrində İsmayıllı şəhəri ərazisində yolun kənarı ilə gedərkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini və üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Polislər ona birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər. O, etiraz etməyərək birlikdə polis şöbəsinə getmişlər. Şöbənin Növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmişdir. Onun, dəvət olunmuş hal şahidlərinin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə vardırsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynindəki şalvarın cibindən içində heroin olan 01 ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisində içərisindən 02 ədəd sellofan bükülü aşkar olunmuşdur. Həmin bükülülərdən biri açıldıqda içərisindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Digər sellofan bükülü də açılmış, həmin bükülünün içərisindən 03 ədəd kağız bükümlərdəki heroin aşkar edilmişdir. Sorğu zamanı o, heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, satış niyyətinin olmadığını, həmin narkotik vasitəsini 28 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərindəki avtomobil bazarının kənarından tapdığını bildirmişdir. Aşkar edilmiş heroin kağız bükülülər ilə birlikdə çəkilərək çəkisi müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilsə də üzərindən başqa narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. 05 mart 2021-ci il tarixdə polis əməkdaşları yaşadığı evinə baxış keçirmək istədiklərini bildirdikdə etiraz etməmişdir. Onun yaşadığı evinə və evin həyətyanı sahəsinə anası Rəsmiyə Quliyevanın iştirakı ilə baxış keçirilmiş, lakin evindən və həyətyanı sahəsindən narkotik maddə aşkar olunmamışdır. 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs2 ondan narkotik vasitə istəmiş, bu zaman o, Sumqayıt şəhərindəki avtomobil bazarının kənarından tapdığı həmin narkotik vasitənin bir bükümünü təmənnasız olaraq Rövşənə vermişdir. O, Rövşənə və başqa kimsəyə narkotik vasitə satmamışdır. Onun təqdim etdiyi narkotik vasitə olan heroini satış məqsədi ilə saxlamamış, ozü mütəmadi həmin vasitədən istifadə etdiyi üçün üzərində saxlamışdır. Narkotik vasitələri hissələrə ayıraraq ayrı-ayrı bükümlərdə saxlamaqda məqsədi isə onları rahat şəkildə üzərində gəzdirmək və ailə üzvərini şübhələndirməmək olmuşdur. Həmin narkotik vasitələri gizlədərək saxladığı barədə heç kimə deməmiş, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid, İsmayıllı rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X15 ifadə verərək göstərdi ki, əməliyyat məlumatı əsasında 04 mart 2021-ci il tarixdə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Rövşən yaşadığı evin yaxınlığındakı küçədən keçərkən özlərini Təqsirləndirilən şəxs2 təqdim etmişlər. Onlar sonuncuya üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyаt tədbirinin кеçirilməsi hаqqındа qərаr qəbul edildiyini bildirmişlər. Onlar Rövşəni həmin qərarla tаnış еdərək üzərində şəхsi ахtаrış аpаrılmаsı məqsədilə İsmayıllı RPŞ-nə getməsini təklif etmişlər. Rövşən etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Şöbənin növbətçi hissəsində Rövşən müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. İki nəfər hal şahidi dəvət edilmiş, onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif olunmuşdur. Rövşən üzərində bir bükümdə narkotik vasitə olan heroin olduğunu bildirərək əynindəki şalvarın cibindən bir ədəd ağ rəngli kağız bükülü çıxararaq təqdim etmişdir. Bükülü açıldıqda içərisində qəhvəyi rəngli, kəskin iyə malik maddə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs2 bükümdə olan maddənin heroin olmasını, şəxsi istifadə etməsi məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Sorğu davam etdirilərkən Rövşən həmin narkotik vasitəni 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs1 10 manata aldığını etiraf etmişdir. Aşkar edilmiş narkotik vasitənin çəkisi müəyyən olunmuş və zərfə qoyularaq qablaşdırılmışdır.Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən əlavə narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təstiq edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs1 İsmayıllı şəhəri N.Behdiyev küçəsində yerləşən yaşadığı evin yaxınlığında olarkən yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Talehi üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, barəsində əməliyyаt tədbirinin кеçirilməsi hаqqındа qərаr qəbul edildiyini bildirərək sonuncunu həmin qərarla tаnış еdərək üzərində şəхsi ахtаrış аpаrılmаsı məqsədilə birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməmiş və birlikdə polis şöbəsinə getmişlər. Şöbənin növbətçi hissəsində Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs kimi tutulmuşdur. İki nəfər şəxs hal şahidi dəvət edilmiş, onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Taleh üzərində narkotik vasitə olan heroin olduğunu bildirərək əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisindən 02 ədəd sellofan bükülü çıxmış, bükülülərdən biri açıldıqda içərisində qəhvəyi rəngli, kəskin iyə malik narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Digər sellofan bükülü açıldıqda içərisində içərisində qəhvəyi rəngli, kəskin iyə malik 03 ədəd ağ rəngli kağız bükümlərdə narkotik vasitəsinə oxşar maddə aşkar edilmişdir. Bükülülərdə olan maddələrin nə olduğu barədə soruşulduqda Təqsirləndirilən şəxs1 maddənin heroin olmasını, ona məxsus olduğunu, şəxsi istifadə etməsi məqsədilə üzərində saxladığını, narkotik vasitələrini 28 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərindəki maşın bazarı ərazisindən tapdığını, heroindən arabir istifadə etdiyi üçün öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bükülülərin çəkiləri müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş, protokolun doğruluğu imzalarla təstiq edilmişdir. 05 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evinə və həyətinə sonuncunun razılığına əsasən valideyininin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı evdən və həyətyanı sahədən narkotik maddə aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. 06 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana sonuncunun razılığı ilə baxış keçirilmiş, baxış zamanı evdən və həyətyanı sahədən narkotik maddə aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş həmin bir ədəd bükümdə heroin narkotik vasitəsini qonşusu Təqsirləndirilən şəxs1 10 manata alması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni haradan əldə etməsi barədə hər hansı bir məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs2 da narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Şаhidlər İsmayıllı RPŞ-nin digər əməkdaşları X10, X11, X4 və X13 şahid Fariz Həsənov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. X2 ifadə verərək göstərdi ki, 04 mart 2021-ci il tarixdə saat 17:10-da İsmayıllı şəhərinin H.Əliyev prospektində piyada gedərkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və şöbədə bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirəcəklərini, onun da həmin prosesdə hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, razılıq vermiş və polis işçiləri ilə birlikdə şöbəyə gedərək növbətçi hissəsinin önündə ona, həmçinin dəvət olunan digər bir nəfər hal şahidinə hüquq və vəzifələriz izah edilmişdir. Sonra isə müdafiəçinin və onların iştirakı ilə əvvəllər tanımadığı Rövşən adlı şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl polislər tərəfindən Rövşənə üzərində narkotik vasitə olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Rövşən üzərində bir bükümdə heroin olduğunu bildirərək əynindəki şalvarın cibindən bir ədəd ağ rəngli kağız büklünü çıxararaq təqdim etmişdir. Bükülü açıldıqda içərisindən qəhvəyi rəngli bir maddə aşkar edilmişdir. Rövşən bükümdə olan maddənin heroin olmasını, şəxsi istifadə etməsi məqsədilə üzərində saxladığını, narkotik vasitəni 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Talehdən 10 manata aldığını etiraf etmişdir. Həmin maddə çəkilərək çəkisi müəyyən olunmuş,zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Rövşənin üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş, protokolun doğruluğu imzası ilə təsdiq etmişdir. Şаhid X8 da şahid Eltac Məlikov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. X1 ifadə verərək göstərdi ki, 04 mart 2021-ci il tarixdə saat 19:50-də İsmayıllı şəhəri H.Əliyev prospektindən piyada gedərkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonra ona polis şöbəsində bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirəcəklərini, onun da həmin prosesdə hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, etiraz etməyərək polis işçiləri ilə birlikdə şöbəyə getmişdir. Şöbənin növbətçi hissəsinin önündə ona və dəvət olunan digər bir nəfər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, sonra isə müdafiəçinin də iştirakı ilə əvvəllər tanımadığı Taleh adlı şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Talehə üzərində narkotik vasitə olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuşdur. Taleh üzərində bir kibrit qutusunun içərisində narkotik vasitə olan heroin olduğunu demiş və əynindəki şalvarın cibindən bir ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisində iki ədəd sellofan bükülü olması məlum olmuşdur. Bükülülərdən biri açıldıqda içərisində qəhvəyi rəngli maddə aşkar edilmiş, digər sellofan bükülü açıldıqda orada da qəhvəyi rəngli 03 ədəd ağ rəngli kağız bükümlərdə maddə aşkar edilmişdir. Taleh iki ədəd sellofan bükülülərdə olan maddələrnin heroin olmasını, maddələrin ona məxsus olduğunu, şəxsi istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitəsini haradan əldə etdiyini barədə soruşulduqda isə Taleh heroini 28 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərindəki maşın bazarı ərazisindən tapdığını, heroindən arada istifadə etdiyi üçün götürüb saxladığını bildirmişdir. Həmin maddələr sellofan bükülü halında elektron tərəzidə çəkilmiş və çəkiləri müəyyən olunmuşdur. Bükülüdəki maddələr elə kibrit qutusu ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Talehin üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa narkotik vasitə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı protokol tərtib olunmuş və protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şаhid X5 da şahid Qabil Hüseynov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: 04 mart 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən ağ rəngli 01 (bir) ədəd kağız bükümdə, heroin narkotik vasitəsinə oxşar maddə aşkar edilərək götürülmüşdür. 04 mart 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən 02 ədəd sellofan bükülülərdə, heroin narkotik vasitəsinə oxşar maddə aşkar edilərək götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsinə dair” 05 mart 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 04 mart 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 01 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə olan heroini qonşusu Təqsirləndirilən şəxs2 İsmayıllı şəhəri N.Mehdiyev küçəsi ev 17 ünvanında, yaşadığı evi yaxınlığında yerləşən küçədə satmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 İsmayıllı şəhəri N.Mehdiyev küçəsini göstərərək bir ədəd bükümdə narkotik vasitə olan heroini həmin küçədə qonşusu Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında 05 mart 2021-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs1 10 manat pul qarşılığında aldığını, Təqsirləndirilən şəxs1 isə həmin heroini qeyd edilən tarixdə və saatda sonuncuya 10 manat pul qarşılığında satdığını bir-birlərinin üzünə qarşı söyləmişlər. Məhkəmə-kimyəvi еkspеrtizаsının 05 mart 2021-ci il tarixli 17/169 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “04.03.2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş ....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi -0.217 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq ümumi təmiz çəkisi 0.167 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir. Məhкəmə-kimyəvi еkspеrtizаsının 05 mart 2021-ci il tarixli 17/170 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “... Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş toz.....” sözləri yazılmış zərfin içərisində, 01 (bir) ədəd kibrit qutusundakı sellofana bükülmüş 03 (üç) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,083 qr., -0,081 qr., -0,093 qr., 01 (bir) sellofan bükümdə təmiz çəkisi -0,209 qr., ümumi təmiz çəkisi – 0.466 qram olan maddələr kustra üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq ümumi təmiz çəkisi 0.386 qram qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir. Məhкəmə-nаrkоlоji еkspеrtizаsının 15 aprel 2021-ci il tаriхli 393 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitəsi olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdə saat 11 radələrində İsmayıllı şəhəri N.Behdiyev küçəsi, 17 saylı ünvanda yerləşən yaşadığı evin qarşısında qonşusu Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,217 qram təşkil edən narkotik vasitə heroini 10 manat pul müqabilində alaraq öz şəxsi istifadəsi üçün əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə saat 12 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilib növbətçi hissəsinin qarşısında üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən həmin bir ədəd ağ rəngli kağız bükümdə satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əldə edib saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda 0,217 qram çəkidə kustar üsula hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası cinayət Prosessual məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 oğluna təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. 16 mart 2021-ci il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İsmayıllı rayon Mərkəzi xəstəxanası X28 tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 02-02-375/21 sаylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı RMX-nın poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli **********0 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Nazirlik yanında Dövlət Sosial Müdafiə X22 Şəxsin 14 saylı regional ərazi filialından heç bir sosial müavinət, təqaüd və pensiya almır. 30 mart 2021-ci il tarixli 809 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı şəhəri N.Behdiyev küçəsi, ev 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, 1961 və 1978-ci il təvəllüdlü bacıları Reyhan və Vəfadan ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Müstəntiqin 15 mart 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, 01 (bir) ədəd kağız bükümdə, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0.167 qram çəkidə narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, 01 (bir) ədəd kibrit qutusundakı sellofana bükülmüş 03 (üç) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış cəmi 0.386 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün İsmayıllı rayon polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Müstəntiqinin 04 mart 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdə saat 17:25-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 06 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 10:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Belə ki, son dövrlərdə Ölkə əraizində bu tip cinayətlərin törədilmə dərəcəsinin kəskin atması, cəmiyyətdə kəskin şəkildə müzakirə və qınağa səbəb olmuş, bu hal isə açıq-aşkar ictimai maraqlara zidd olmaqla, bu tip cinayətlərə daha ağır cəza təyinini zəruri etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının 09 (doqquz) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – 27 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Rövşən Qasımovun həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 müəyyən edilməli və hökmün surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,683 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,081 qram, 0,093 qram, 0,209 qram, 0,217 qram olmaqla kağız və sellofan bükümlərdə qablaşdırmaqla üzərində daşıyaraq saxlamış, 04 mart 2021-ci il tarixdə saat 11 radələrində həmin narkotik vasitə olan heroinin 0,217 qram çəkidə olan hissəsini qonşusu Rövşən Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evin qarşısında 10 manata satmış, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən 04 mart 2021-ci il tarixdə saat 17 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki şalvarın sağ cibindən həmin 0,217 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtrış tədbirlərinin davamı olaraq o, 04 mart 2021-ci il tarixdə saat 20 radələrində İsmayıllı rayon Polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın qabaq sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kibrit qutusunda 03 ədəd kağız bükümlərdə 0,083 qram, 0,081 qram, 0,093 qram, 01 ədəd sellofan bükümdə 0,209 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.2–ci maddəsi ilə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarından da görünür ki, təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərt olmaqla yanaşı narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi də vacib əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməsi Təqsirləndirilən şəxs2 və şаhidlərin ifаdələri, məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizalarının, məhkəmə-narkoloji ekspertizasının rəyləri, şəxsi axtarış protokolu və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai və məhkəmə istintaqında narkotik vasitə olan heroini Rövşən Qasımova pul qarşılığında satmadığını bildirmiş, həmin narkotik vasitəni ona istifadə etmək üçün verdiyini etiraf etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il trarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini Rövşən Qasımova bəxşiş olaraq verdiyini etiraf etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: 04 mart 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən 02 ədəd sellofan bükülülərdə, heroin narkotik vasitəsinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında 05 mart 2021-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 04 mart 2021-ci il tarixdə saat 11 radələrində qonşusu Təqsirləndirilən şəxs1 10 manat pul qarşılığında aldığını, Təqsirləndirilən şəxs1 isə həmin heroini qeyd edilən tarixdə və saatda sonuncuya 10 manat pul qarşılığında satdığını bir-birlərinin üzünə qarşı söyləmişlər. Məhкəmə-kimyəvi еkspеrtizаsının 05 mart 2021-ci il tarixli 17/170 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “... Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş toz.....” sözləri yazılmış zərfin içərisində, 01 (bir) ədəd kibrit qutusundakı sellofana bükülmüş 03 (üç) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,083 qr., -0,081 qr., -0,093 qr., 01 (bir) sellofan bükümdə təmiz çəkisi -0,209 qr., ümumi təmiz çəkisi – 0.466 qram olan maddələr kustra üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq ümumi təmiz çəkisi 0.386 qram qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir. Məhкəmə-nаrkоlоji еkspеrtizаsının 15 aprel 2021-ci il tаriхli 392 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəsi olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 15 mart 2021-ci il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon Mərkəzi xəstəxanası X28 tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 02-02-375/21 sаylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı RMX-nın poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İsmayıllı rayon Mərkəzi xəstəxanası X28 tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 02-02-374/21 sаylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı RMX-nın poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli **********4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Nazirlik yanında Dövlət Sosial Müdafiə X22 Şəxsin 14 saylı regional ərazi filialından heç bir sosial müavinət, təqaüd və pensiya almır. 30 mart 2021-ci il tarixli 808 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı şəhəri N.Behdiyev küçəsi, ev 15 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ailə tərkibi özündən, 1965-ci il təvəllüdlü atası X14, 1962-ci il təvəllüdlü anası X6, 1988 və 1999-cu il təvəllüdlü bacıları Fərqanə və Arzudan ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Müstəntiqinin 04 mart 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 04 mart 2021-ci il tarixdə saat 20:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 4(037)-34/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 mart 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 3(üç) ay həddində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 22 iyun 2019-cu il tarixli 1(037)-38/2021 nömrəli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin sahiblərinin anket məlumatları, habelə həmin nömrələrin hansı İMEİ kodlu telefonlarda işləmələri, həmin nömrələrə 24 fevral 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək daxil olan və bu nömrələrdən çıxan zənglərə dair izahlı qaimələr, SMS mesajlarının yazılı mətnlərini, arayan və aranan zənglərə dair antena məlumatları və əlaqə saxlanılan nömrələrin istifadəçilərinə dair məlumatların "xxxx" MMCdən ələ keçirilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC-dən təqdim edilmiş məlumatların əks olunduğu “CD” diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, 24 fevral 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək olan dövr ərzində günün müxtəlif saatlarında Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı telefon nömrələrindən qarşılıqlı olaraq bir-birilərinə dəfələrlə zənglər olunmuş və müəyyən vaxt hüdudlarında danışıqlar aparılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin və ya aşağı həddə azadlıqdan məhrumetmə cazasının tətbiq edilməsini istisna edir. Belə ki, son dövrlərdə Ölkə əraizində bu tip cinayətlərin törədilmə dərəcəsinin kəskin atması cəmiyyətdə kəskin şəkildə müzakirə və qınağa səbəb olmuş, bu hal isə açıq-aşkar ictimai maraqlara zidd olmaqla, bu tip cinayətlərə daha ağır cəza təyinini zəruri etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq və cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrum etmə cəzasının müddətinin 04 (dörd) il müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı təqsirləndirilən şəxs qismində tutulduğu andan - 04 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən hazırki cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, 01 (bir) ədəd kağız bükümdə, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0.167 qram çəkidə narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, 01 (bir) ədəd kibrit qutusundakı sellofana bükülmüş 03 (üç) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış cəmi 0.386 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 04 mart 2021-ci il tarixdən 06 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 08(səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 27 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 müəyyən edilsin. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 04 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, 01 (bir) ədəd kağız bükümdə, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0.167 qram çəkidə narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, 01 (bir) ədəd kibrit qutusundakı sellofana bükülmüş 03 (üç) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış cəmi 0.386 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 141 (bir yüz qırx bir) manat 04 (dörd) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı –adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-38/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-38/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver