Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-39/2022 03.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 03 noyabr 2022-ci il tarixdə saat 14:51-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1965-ci ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum edilməmiş, işsiz, İsmayıllı rayonunun Buynuz kəndində qeydiyyatda olmaqla orada yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 4(037)-18/2022 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmənin 31 may 2022-ci il tarixli 1(037)-39/2022 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 465 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək sellofan torbanın içərisində İsmayıllı rayonunun Buynuz kəndində yerləşən yaşadığı evə gətirmiş, evin ikinci mərtəbəsindəki otaqda gizlədərək saxlamış, 07 yanvar 2022-ci il tarixdə saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən satış məqsədi ilə saxladığı ümumilikdə təmiz çəkisi 465 qram təşkil edən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun Buynuz kəndində ona məxsus evdə arvadı ilə birlikdə yaşayır. Bəzi vaxtlarda narkotik vasitə olan marixuanadan istifadə edir. 2021-ci ilin sentyabr ayının dəqiq tarixini xatırlamadığı günündə balıq tutmaq üçün yaşadığı kəndin yaxınlığındakı “Göyçay” çayına getmişdir. Çayın qırağındakı meşə sahəsində gəzərkən qarşısıa iki ədəd yabanı şəkildə bitmiş çətənə bitkisi çıxmış və bitkinin hissələrini üzərində olan sellofan bağlamaya yığmışdır. Həmin bitki hisələrini yaşadığı evə gətirərək damda qurutmuşdur. Çətənə bitkilərininin yarpaqları quruduqdan sonra onları həmin sellofan bağlamaya yerləşdirib evin ikinci mərtəbəsindəki otaqda yerləşən kamotun içərisində gizlətmişdir. Arvadı evdə marixuana gizlətdiyini bilməmişdir. 7 yanvar 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısında olarkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamağı və istifadə etməyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunduğunu, həmin yerlərə baxış keçirmək istədiklərini bildirmişlər. O, yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları ondan yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşlar. O yaşadığı evdə şəxsi istifadəsi üçün marixuana saxladığını və təqdim edə biləcəyini demişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı evin ikinci mərtəbəsinə qalxaraq dolabın içərisindən sellofan bağlamada saxladığı marixuananı onlara təqdim etmişdir. O, həmin kütlənin marixuana olduğunu, meşə ərazisindən yabanı şəkildə bitmiş çətənə bitkisinin hissələrindən yığmaqla əldə etdiyini, şəxsi istifadəsi üçün evdə saxladığını demişdir. İçərisində marixuana olan həmin sellofan bağlama çəkilərək kütləsi müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış və imzalarla təsdiq olunduqdan sonra möhürlənib götürülmüşdür. Polis əməkdaşları evin digər otaqlarına və həyətyanı sahəyə baxış keçirsələr də hər hansı narkotik vasitəyə bənzər kütlə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçılarına imzaları ilə təsdiq olunmuşdur. Daha sonra polis əməkdaşları ilə birlikdə İsmayıllı rayon polis şöbəsinə gəlmiş və şöbəndə ona şübhəli şəxs qismində tutulacağı bildirilmişdir. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmiş və müdafəçi ona təqdim edilmişdir. Bundan sonra şöbənin növbətçi hissəsinin qarşısında polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış aparılması haqqında protokol edilmiş, protokol onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. O, evindən aşkar edilmiş marixuananı satış məqsədi ilə saxlamamış, ozü bəzi vaxtlarda həmin vasitədən istifadə etdiyi üçün evində saxlamışdır. Həmin narkotik vasitəni evində gizlədərək saxladığı barədə heç kimə deməmiş, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Narkotik vasitəni heç kimin sifarişi ilə əldə etməmiş və saxlamamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid X3 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonunun Buynuz kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq o və şöbənin digər əməkdaşları 07 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Buynuz kəndində yaşadığı evin qarşısına getmişlər. Eldarın yaşadığı evin qarşısında olduğunu görüb ona yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini göstərib özlərini Eldara təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evə narkotik vasitə saxlaması və istifadə etməsi barədə İsmayıllı RPŞ-nə əməliyyatı daxil olduğunu, daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunduğunu bildirərək Eldarı həmin qərarla tanış etmişlər. Eldar ərizə ilə müraciət edərək yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə yaşadığı evə və həyətyanı sahəyə baxış keçiriləcəyini və fotoşəkillər çəkiləcəyini bildirmiş, Eldar buna etirazının olmadığını bildirmişdir. Eldardan yaşadığı evdə və həyətyanı sahədə narkotik vasitə saxlayıb-saxlamadığı barədə soruşulduqda sonuncu yaşadığı evdə şəxsi istifadəsi üçün marixuana saxladığını və təqdim edə biləcəyini demişdir. Onlar Təqsirləndirilən şəxslə birlkidə onun yaşadığı evin ikinci mərtəbəsinə qalxmışlar. Eldar orta otaqdan dolabın içərisindən bir ədəd sellofan bağlamada saxladığı kütləni təqdim etmişdir. Həmin kütləyə baxdıqda içərisində yaşıl rəngli narkotik vasitəyə bənzər kütlənin olduğunu görərək Təqsirləndirilən şəxs həmin kütlənin nə olması, haradan əldə etdiyini, nə məqsədlə evdə saxladığını soruşulmuşdur. Eldar həmin kütlənin marixuana olduğunu, meşə ərazisindən yabanı şəkildə bitmiş çətənə bitkisinin hissələrindən yığmaqla əldə etdiyini, şəxsi istifadəsi üçün evdə saxladığını bildirmişdir. İçərisində narkotik vasitəyə bənzər kütlə olan sellofan bağlama xüsusi elektron tərəzidə çəkilərək kütləsi müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış və üzəri möhürlənib götürülmüşdür. Evin digər otaqlarına və həyətyanı sahəyə baxış keçirsələr də narkotik vasitəyə bənzər kütlə aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək İsmayıllı RPŞ-nə getməli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Eldar təqdim edilmiş vəkillərin siyahısından müdafiəçi seçmiş və qısa müddət sonra müdafiəçi Eldara təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, saat 20 radələrində İsmayıllı RPŞ-də növbətçi hissəsinin qarşısında məsul növbətçinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Eldarın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış aparılması haqqında protokol tərtib olunmuş, protokol onun və digər iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları Şahid2, Şahid1 və X1 da şahid Fariz Həsənov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. “Yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında” 07 yanvar 2022-ci il tarixli protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və axtarış zamanı aparılmış videoçəkilişin görüntülərindən müəyyən olunur ki, həmin tarixdə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən İsmayıllı rayonunun Buynuz kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və 1 ədəd sellofan bağlamada 475 qram çəkidə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş, videçəkiliş aparılaraq fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 07 yanvar 2022-ci il tarixli protokoldan, protokola əlavə edilmiş fotoşəkillərdən və videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 20:42-dən saat 21:10-a dək olan müddət ərzində İsmayıllı RPŞ-nin inzibati binasında növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 08 yanvar 2022-ci il tarixli 17/20 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs məxsus evə baxış zamanı aşkar edilərək götürülmüş”... sözləri yazılmış sarı rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş obyektdən 0,05 qram tədqiqata sərf edilmiş, qalıq çəkisi 464,95 qram qramdan ibarətdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 05 fevral 2022-ci il tarixli 155 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. Təkrar məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2022-ci il tarixli 501 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. İsmayıllı Rayon Məhkəməsinin “14 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində onun hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olması, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşüb düşməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 avqust 2022-ci il tarixli 2116 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. 17 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış, 25 yanvar 2022-ci il tarixli 15 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin 08 yanvar 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Müstəntiqin “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” barədə 02 mart 2022ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qısmində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə müstəntiqin 07 yanvar 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə müstəntiq tərəfindən tərtib edilmiş həmin protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə saat 20:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 09 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 15:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 4(037)-18/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01(bir) ay 06(altı) gün həddində “həbs” qətimkan tədbiri seçilmiş, həbetmənin əvvəli 02 mart 2022-ci il tarixə 17:30-dan hesablanmaqla həbsdə saxlanılma müddəti 08 aprel 2022-ci il tarixə 17:30-dək müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 4(037)-26/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni 08 aprel 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək uzadılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 1(037)-39/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Buynuz kəndində qeydiyyatda olmaqla orada yaşayır, yaşadığı yer üzrə İsmayıllı rayonu Topçu İƏD-si üzrə nümayəndəliyindən müsbət xarakterizə olunur. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsinə sübut növü kimi üzərindən aşkarlanmış 465 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın saxlanılması əsas götürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı narkotik vasitələrin məhz satış məqsədi ilə saxlaması məhkəmə istintaqında sübuta yetirilməməklə yanaşı, başqa yanaki sübutlar əldə edilmədən, ibtidai istintaq orqanının sadəcə, həmin narkotik vasitələrinin çəkisinin artıq olması əsası ilə satış məqsədinin olması qənaətinə gəlməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan şübhə doğurmayan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi olaraq, nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməli idi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin saxlamasında satış məqsədinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda sözügedən Plenumun qərarına əsasən təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərtdir. Yəni belə halda narkotik vasitənin miqdarı çox olmalıdır. Lakin satış məqsədi digər sübutlarla öz təsdiqini tapmadan, sırf narkotik vasitənin miqdarının çox olması özü-özlüyündə təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün yetərli deyildir. İşin faktiki hallarından müyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsindən aşkar edilərək götürülmüş narkotik vasitə- marixuana onun tərəfindən ayrıayrı hissələrə bölünməmiş, 1 ədəd sellofan torbada aşkar edilərək götürülmüş, təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavabdan da göründüyü kimi Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında müəyyən edilməyən vaxtda və İsmayıllı rayonu Buynuz kəndinin meşə sahəsində dəqiq müəyyən edilməyən yerdən yabanı halda bitmiş 2 ədəd çətənə bitkisini 1 ədəd sellofan torbaya yığıb yaşadığı evə aparmış, sellofan bağlamada olan 465 qram qurudulmuş marixuananı isə öz şəxsi istifadəsi üçün yaşadığı evin quraqlığında daş sütunun üzərində karton qutunun içərisində saxlamış, bu barədə heç kimə məlumat verməmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs evində gizlətdiyi qurudulmuş marixuananı kimlərəsə satması, habelə satış məqsədi ilə saxlaması müəyyən edilməmiş, onun istifadəsində olan mobil nömrəsi məlumatlarına dair çıxarışlara baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən, eləcə də narkotik maddələrin satışını təsdiq edəcək hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş narkotik vasitənin miqdarının çox olması ibtidai istintaq orqanı tərəfindən sonuncunun həmin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmuş, lakin, həmin narkotik vasitənin çəkisinin artıq olmasının məhz hansı əsaslarla satma niyyətini xarakterizə etməsi faktına hüquqi qiymət verilməmiş, təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Həmin hallar və işin digər halları nəzərə alınmadan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bundan başqa, 07 yanvar 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Buna baxmayaraq əməliyyat-təhqiqat qrupu Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitəni kiməsə satmaq istəməsini, həmin gün kiminlə görüşə getməsini, narkotik vasitənin satmaq niyyətinin olub-olmadığını dəqiqləşdirmədən onun olduğu yeri müəyyən edərək evinə getmiş və tutmaqla kifayətlənmişdir. İstintaq orqanı isə onun narkotik vasitəni satması üçün kiminləsə təmasda olması və s. halları araşdırmadan, narkotik vasitənin miqdarının çox olması ilə məhdudlaşaraq onun satış niyyətinin olduğu qənaətinə gəlmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsindən müxtəlif nömrələrə zənglər və mesajlar getdiyi, həmin mobil nömrəyə müxtəlif nömrələrdən zənglərin və mesajların gəldiyi, müxtəlif şəxslər arasında telefon danışıqları aparıldığı qeyd edilsə də, həmin danışıq və məsajların mətnlərində narkotik vasitələrin satışını sübut edəcək mahiyyətli məlumatlar öz əksini tapmamışdır. Bundan başqa, iş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Bu hal da onun narkotik vasitə olan qurudulmuş marixuananın öz istifadəsi üçün saxlamasını şərtləndirən sübut növü kimi qitmətləndirilməlidir. Bundan başqa, hazırki cinayət işinin başlanmasına əsas əməliyyat müvəkkilinin Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahədə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə verdiyi əməliyyat məlumatı olmuş, həm istintaq zamanı, həmdə məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin əməkdaşları ifadələrində yalnız təqsirləndirilən şəxsin yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsinə dair əməliyyat məlumatının daxil olduğunu və həmin məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirdiklərini bildirmişlər. Yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, başqa sübutlarla öz təsdiqini tapmadan Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş narkotik vasitələrin çəkisinin artıq olması özü-özlüyündə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Digər tərəfdən Avropa İnsan Hüquqları Məhkəməsi də bir çox qərarlarında “şübhədən kənar sübut” anlayışına diqqət yetirilməsinin zəruriliyi barədə milli məhkəmələrə tövsiyyə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 465 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib sellofan torbanın içərisində daşıyaraq İsmayıllı rayonunun Buynuz kəndində yerləşən yaşadığı evə gətirib, evin ikinci mərtəbəsinin otağındakı dolabda sellofan torbada gizlədərək 07 yanvar 2022-ci il tarixə kimi saxlamış, həmin tarixdə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq ona ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə saat 20:10-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 15:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli 4(037)-18/2022 saylı qərarı ilə barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmənin 06 aprel 2022-ci il tarixli 4(037)-26/2022 nömrəli qərarı ilə onun həbsdə saxlanılma müddəti 2 ay, yəni 08 aprel 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək uzadılmış, məhkəməsinin 31 may 2022-ci il tarixli 1(037)-39/2022 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı (şübhəli şəxs kimi tutulduğu) andan, yəni 07 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02(iki) gün müddət, 02 mart 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay ay 01(bir) gün müddət cəmi 08 (səkkiz) ay 03(üç) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla 08 (səkkiz) ay 03(üç) gün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzası çəkilmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 464,95 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay 03(üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün, 02 mart 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay 01(bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla cəmi 08 (səkkiz) ay 03(üç) gün müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzası çəkilmiş hesab olunsun. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 464,95 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-39/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-39/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver