Məhkəmə qərarları › İş №1(037)-39/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-39/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-39/2024 09.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 09 iyul 2024-cü il tarixdə saat 17:36-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1971-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Lahıc qəsəbə tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyən, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun Lahıc qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi 7DVD5T3 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 22 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi X4 mülkiyyətində olan “Lada” markalı, “Urban Legend 21214 minik” modelli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolu ilə Göyçay rayonunun Qaraməryəm kəndi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisindən keçən 8-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücünün hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair tələbini pozaraq, piyada Zərərçəkmiş şəxs onun hərəkətdə olduğu yolu soldan sağa doğru keçməyə başladığı anda hərəkət üçün təhlükənin yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkət təhlükəsizliyini təmin etməyərək piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan yolun özünə aid hərəkət zolağında vuraraq sonuncunun sol qasıq sümüyünün sınığı, baş və sol dirsək oynağının yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurulmaya aid bədən xəsarətləri almasına, eləcə də “Lada” markalı, “Urban Legend 21214 minik” modelli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə X5 300 (üç yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Sonuncunun ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə hökm çıxarılanadək zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə imzası notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə-tibbi ekspertizasının 04 mart 2024-cü il tarixli 130 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərsol qasıq sümüyünün sınığı, baş və sol sol dirsək oynağının yaraları küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlıəğa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 3 aprel 2024-cü il tarixli 8/542 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən, X7 21214 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Aərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış 14 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Həmin tələbnamədən eyni zamanda müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edilməmişdir. X2 Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 049-24 nömrəli arayışdan görünür ki, 2023-cü il buraxılışlı Lada markalı, Urban Legend 21214 minik modelli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərək müəyyən olundu ki, avtomobildə yol nəqliyyat hadisəsi zamanı qabaq buferin və abrisovka əzildiyi müəyyən olundu. Avtomobilə səthi baxış zamanı 300,00 manat civarında ziyan dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsindən alınmış 12 iyun 2024-cü il tarixli nömrəli məktubdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemində İsmayıllı rayonu Lahıc qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək etibarlılığı olan BD 954931 nömrəli “B1, B, C1, C” kateqoriyalı xx.xx.2024-cü il tarixdə sözü gedən vətəndaş sürücülük hüququndan məhrum edilənlərin kartotekasında qeydiyyatdan keçməmişdir. İsmayıllı rayon X3 Hüquqi Şəxsindən daxil olmuş 21 may 2024-cü il tarixli 18-1- 47/2-491-2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından alınmış spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin 22 yanvar 2024-cü il tarixli 20 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə sərxoş vəziyyətdə olmamışdır. 22 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisindən keçən hissəsində baş vermişdir. Müstəntiqin 14 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, 22 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi X4 mülkiyyətində olan “Lada” markalı, “Urban Legend 21214 minik” modelli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolu ilə Göyçay rayonunun Qaraməryəm kəndi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən həmin yolun İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisindən keçən 8-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücünün hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair tələbini pozaraq, piyada Zərərçəkmiş şəxs onun hərəkətdə olduğu yolu soldan sağa doğru keçməyə başladığı anda hərəkət üçün təhlükənin yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkət təhlükəsizliyini təmin etməyərək piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan yolun özünə aid hərəkət zolağında vuraraq sonuncunun sol qasıq sümüyünün sınığı, baş və sol dirsək oynağının yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurulmaya aid bədən xəsarətləri almasına, eləcə də “Lada” markalı, “Urban Legend 21214 minik” modelli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə X5 300 (üç yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Sonuncunun ondan şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədimiş, ondan şikayət və tələbini yoxdur və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.2-ci maddəsinə əsasən hazırlıq iclasının keçirilməsi qaydası məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə cinayət prosesi tərəflərinin məhkəmənin hazırlıq iclasının keçirilməsi qaydasına dair təkliflərini nəzərə ala bilər. 299.3. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; Həmin Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişiklilər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.127.3.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Məhkəmə qərara gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut olan Lada markalı, Urban Legend 21214 minik modelli, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 299.3.4, 300.1.7, 344-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına və ona cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab – AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan Lada markalı, Urban Legend 21214 minik modelli, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün qərarın surəti İsmayıllı rayon prokurorluğuna göndərilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar