Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-4/2021 09.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Lətif oğlunun iştirakı ilə 09 fevral 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 23 fevral 1966-cı ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, məhkum edilməmiş, İsmayıllı şəhəri, M.C.Paşayev küçəsi, ev 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Lətif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu x xxxx 2020-ci il tarixdə saat 14:00 radələrində yaşadığı İsmayıllı şəhəri M.C.Paşayev küçəsi ev 5 ünvanında yerləşən evdə keçirilən mərhum anasının yas mərasimində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə vurmuş, sonra mətbəxdən götürdüyü boşqabla baş nahiyəsindən qəsdən bir dəfə vurub sonuncuya alın-təpə nahiyəsinin yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, x xxxx 2020-ci il tarixdə yaşadığı İsmayıllı şəhəri M.C.Paşayev küçəsi ev 5 ünvanında yerləşən evində mərhum anası üçün yas mıərasimi keçirmişdir. Xüsusi karantin rejimi olduğu üçün yas mərasiminə gələnlər çox az sayda olduğundan saat 13:00 radələrində mərasim üçün qurulmuş stolun üstündəki qənd və xurmanı götürüb evə aparmışdır. Böyük qardaşı Nazir bundan əsəbiləşmiş və kobud şəkildə stolun üzərini yığışdırmağı irad tutmuşdur. Nazirin kobud danışığından və əsassız yerə onunla mübahisə etməsindən əsəbiləşərək yumruqla bir dəfə Nazirin sifətindən yavaş zərbə ilə vurmuşdur. Nazirin də onu vurmaq istədiyini görərək həyətdəki qaz sobasının üstündəki boşqabı götürmüş və həmin boşqabla Nazirin baş nahiyəsindən bir dəfə vurmuşdur. Zərbədən sonra Nazirin baş nahiyəsindən qan axmağa başlamışdır. Bu zaman bacısı Qalibə araya girərək onları sakitləşdirmiş və onları aralaşdırmışdır. Nazir hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəng edərək məlumat vermişdir. Bir müddətdən sonra polis əməkdaşları yaşadığı evə gələrək hadisə yerinə baxış keçirmiş və Naziri vurduğu boşqab polis əməkdaşları tərəfindən götürülmüşdür. Əməlindən peşman olmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmış və zərərçəkmişin ondan şikayəti və tələbi yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Nazir Əzimov ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. x xxxx 2020-ci il tarixdə mərhum anasının yas mərasimi olmuş və koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi olduğundan mərasimə çox az sayda adam gəlib-getmişdir. Fərahim isə əvvəlki gün çoxlu miqdarda spirtli içki qəbul etdiyindən gec durmuş və buna görə Fərahimə irad tutmuşdur. Fərahim isə kobud şəkildə ona cavab qaytarmış və bu zəmində aralarında mübahisə yaranmışdır. Fərahim onun sifətindən yumruqla vuraraq yaxasından tutmuş, o Fərahimi özündən kənarlaşdırmaq məqsədi onu itələmişdir. Həmin vaxt Fərahim həyətdəki qaz sobasının üzərindəki boşqabı götürərək başının arxasından həmin boşqabla vurmuşdur. Zərbədən sonra başından qan axmağa başlamış və hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəng edərək məlumat vermişdir. Bundan sonra İsmayıllı RMX-na aparılmış və həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Fərahim sonradan əməlindən peşman olmuş, ondan üzr istəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. X1 ifadə verərək göstərdi ki, Fərahim və Nazir Əzimovlar onun qardaşlarıdır. Fərahim onunla birlikdə bir evdə yaşayır. Fərahim mütəmadi olaraq spirtli içki qəbul edir. x xxxx 2020-ci il tarixdə mərhum anasının yas mərasimi keçirilmişdir. Saat 14:00 radələrində evdə olan zaman həyətdən Nazirin Fərahimlə mübahisə etdiyini eşitmişdir. O həyətə düşdükdə artıq Nazirin baş nahiyəsinin qanamış vəziyyətdə olduğunu görmüşdür. Məlum olmuşdur ki, Fərahim boşqabla Nazirin baş nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 280 nömrəli rəyindən görünür ki, Nazir Əzimovun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-alın-təpə nahiyəsinin yarası iti kənarlı əşya (alət) təsirindən törənmişdir, 09 iyul 2020-ci il tarixdə və qərarda qeyd olunan şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. İsmayıllı rayon X3 Hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 317 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMPnin “Ruhi-Əsəb” kabinetində 20 sentyabr 2017-ci il tarixindən “Alkoqol intoksikasiyası nəticəsində psixi pozuntular” diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxx 2020-ci tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinin idarə etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini dairə etmək iqtidarındadır. “Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair” x xxxx 2020-ci il tarixli 260 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə saat 17:04-də müayinədən keçərkən sərxoş vəziyyətdə olmamışdır. 11 sentyabr 2020-ci il tarixli tələbnamədən və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(037)-24/2020 tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəхslə bаrışdığı və оnа dəymiş ziyаnı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Məhkumluğu yoxdur. Müstəntiqin 19 sentyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 29 sentyabr 2020-ci il tarixli 2901 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.C.Paşayev küçəsi, ev 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, 1968-ci il təvəllüdlü arvadı Əzimova Pərvanə Aldadaş qızı, 1991 və 1993-cü il təvəllüdlü uşaqları Natiq və Vüsalədən ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İşin hallarından və Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onunla barışıq əldə etmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Hazırki vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilməz. Belə ki, həmin maddənin qeyd hissəsinə görə şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş üzrə 11 sentyabr 2020-ci il tarixli tələbnamədən və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(037)-24/2020 tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəхslə bаrışdığı və оnа dəymiş ziyаnı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, müsbət xarakterizə edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan ictimai işlər cəzasının təyin edilməsini, cəzanın 240 (iki yüz qırx) saat müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün icraya yönəldildiyi vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 240 ( iki yüz qırx) saat müddətə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Lətif oğlunun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün icraya yönəldildiyi vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Lətif oğlunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Lətif oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-4/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-4/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver