Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-4/2022 13.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi iştirakı ilə 13 yanvar 2022-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1987-ci ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində dörd azyaşlı uşaqları olan, məhkum olunmamış, İsmayıllı şəhərində (keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 21,49 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək üzərində saxlamış, 7 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, İsmayıllı rayonunun keçmiş Mican kəndindəki küçədə saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilmiş, həmin gün saat 19 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 21,49 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2021-ci ilin avqust ayının sonlarında İsmayıllı rayonu Qəzli kəndinin yaxınlığında yerləşən meşə sahəsinin kənarı ilə piyada hərəkətdə olan zaman yerdə bir ədəd qırılmış vəziyyətdə çətənə bitkisinin hissəsini görmüşdür. Həmin bitki hissəsi təxminən 90 santmetr uzunluğunda və quru halda olmuşdur. O, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün çətənə kolunu tanımış və onun yarpaq hissələrini yığıb üzərində olmuş şəffaf rəngli sellofan torbaya yerləşdirərək cibinə qoymuşdur. Marixuananın görünə biləcəyini ehtimal edərək onu qara rəngli sellofan torbayada qoymuş və yaşadığı evin həyətyanı sahəsinin hasarının künc hissəsində gizlətmişdir. Həmin marixuananı öz istifadəsi üçün saxlamış və marixuanadan təxminən 4- 5 dəfə az miqdarda istifafə etmişdir. 7 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində qurudulmuş marixuananı gizlətdiyi yerdən götürüb cibinə qoyaraq evdən çıxmış, İsmayıllı rayonunun keçmiş Mican kəndinin mərkəzi istiqamətində piyada hərəkətdə olarkən İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polislər narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu, bu barədə əməliyyat məlumatının olduğunu və qərar qəbul olunduğunu bildirib onu İsmayıllı rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, şöbədə müdafiəçi ilə təmin edilmişdir. Həmin gün saat 19 radələrində şübhəli şəxs qismində tutulmuş, sonra isə polis əməkdaşları ona üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. O, üzərində bir ədəd selofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Şöbənin növbətçi hissəsinin qarşısında onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynindəki gödəkçənin sol iç cibindən həmin qara rəngli selofan torba aşkar edilmişdir. Selofan torba açıldıqda içərisindən bir ədəd şəffaf rəngli selofan torba çıxmışdır. Həmin torba da açılmış, bu zaman narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Polis əməkdaşları aşkar edilmiş bitki kütləsinin nə olması, kimə məxsus olması və haradan əldə etdiyi barədə sorğu etmişlər. O, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, İsmayıllı rayonu Qəzli kəndinin yaxınlığında yerləşən meşə sahəsinin kənarından tapdığını, marixuananı öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra qurudulmuş marixuana kütləsi sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuş, sellofan torba bir ədəd zərfə qoyulub qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərinə şəxsi axtarış davam etdirilsə də başqa hər hansı narkotik vasitəyə bənzər kütlə aşkar edilməmişdir. Şəxsi axtarış prosesi videoyazıya alınmış, protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, bundan başqa heç bir yerdə narkotik vasitə saxlamır. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində dörd azyaşlı uşağı vardır, ailəsində ondan başqa işləyib evə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X4 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB -nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 7 sentyabr 2021-ci il tarixdə polis şöbəsinə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxsla İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) rastlaşmışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim etmiş və ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyаt tədbirinin kеçirilməsi hаqqındа qərаr qəbul edildiyini bildirmişlər. Onlar Təqsirləndirilən şəxs həmin qərarla tаnış еtmiş və üzərində şəхsi ахtаrış аpаrılmаsı məqsədilə onlarla İsmayıllı RPŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və könüllü şəkildə onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah edilmiş və şübhəli şəxs kimi tutularaq barəsində protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində bir ədəd selofan torbada qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, bu zaman onun əynində olan gödəkcənin sol cibindən bir ədəd qara rəngli selofan torba aşkar edilmişdir. Selofan torba açıldıqda isə içərisində bir ədəd şəffaf rəngli selofan torba bükülü olması müəyyən olunmuşdur. Həmin sellofan torba da açılmış, bu zaman oradan spesifik qoxusu olan, yaşımtıl rəngli və quru halda bitki kütləsi aşkar olunmuşdur. Kütlənin nə olduğu barədə sorğu edildikdə Təqsirləndirilən şəxs kütlənin qurudulmuş marixuana olmasını, 2021-ci ilin avqust ayında İsmayıllı rayonunun Qəzli kəndində yerləşən meşədən tapdığı çətənə bitkisinin hissələrindən yığaraq şəxsi istifadəsi üçün evində gizlədərək saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə tərəzidə çəkilməklə çəkisi müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də onun üzərindən başqa narkotik maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmaqla protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X2 və X7 da şahid Müşviq Soltanov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında 7 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş videodiskə baxış keçirilmişdir. Diskə baxılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış İsmayıllı rayon Polis şöbəsinin inzibati binasının növbətçi hissəsinin qarşısında keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç cibindən həmin qara rəngli selofan torba aşkar edilir. Selofan torba açıldıqda içərisindən bir ədəd şəffaf rəngli selofan torba çıxır. Həmin torba açıldıqda oradan narkotik vasitəyə oxşar qurudulmuş bitki kütləsi aşkar olunur. Polis əməkdaşları aşkar edilmiş bitki kütləsinin nə olması, kimə məxsus olması və haradan əldə etdiyi barədə Təqsirləndirilən şəxs sual verirlər. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, İsmayıllı rayonu Qəzli kəndinin yaxınlığında yerləşən meşə sahəsinin kənarından tapdığını, marixuananı öz istifadəsi üçün saxladığını bildirir. Qurudulmuş marixuana kütləsi sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunur, sellofan torba bir ədəd zərfə qoyulub qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də başqa hər hansı narkotik vasitəyə bənzər kütlə aşkar edilmir. Məhkəmə-bioloji ekspertizasının 08 sentyabr 2021-ci il tarixli, 17/670 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ ... vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 21.49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2021-ci il tarixli 1379 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. 07 oktyabr 2021-ci il tariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli 02- 02-1845/21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 05 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 21,44 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 07 sentyabr 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə saat 18:40-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 09 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 16:40-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 22 oktyabr 2021-ci il tarixli 2751 nömrəli arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhərində (keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X5, 18 oktyabr 2008, 12 oktyabr 2009, 15 iyun 2011 və 06 avqust 2013-cü il təvəllüdlü uşaqları Əfsanə, Sona, Xədicə və Ehtibardan ibarətdir. Yaşayış üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə saat 18:40-dan 09 sentyabr 2021-ci il tarixdə saat 16:40-dək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilən аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhərindəki (İsmayıllı rayonu keçmiş Mican kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyünə görə o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 21,44 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş Mican kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatlardan sonra təmiz çəkisi 21,44 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-4/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-4/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver