Məhkəmə qərarları › İş №1(037)-4/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-4/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-4/2023 16.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil bürosunun vəkili X5, Zərərçəkmiş şəxs iştirakı ilə 16 mart 2023-ci il tarixdə saat 15:30-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1978-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində biri yetkinlik yaşına çatmamış, biri isə azyaşlı olmaqla iki uşağı olan, məhkumluğu olmayan, ünvan 3ində qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs xx.xx.2009-cu il təvəllüdlü azyaşlı nəvəsi X4 “turner” sindromu xəstəliyindən əziyyət çəkməsini bilib etibardan sui-istifadə və aldatma yolu ilə Rəbiyyə Məmmədovanın xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs nəvəsi Gülnarə Bünyatovanı təqaüdə çıxaracağını və “Nargis” fondunun dəstəyi ilə Almaniya Respublikasında müalicə etdiriləcəyini, bunun üçün əvvəlcədən “Nargis” fonduna 17000 (on yeddi min) manat pul ödəməli olmasını və həmin pulun Gülnarə Bünyatova əməliyyat olunduqdan sonra “Nargis” fondu tərəfindən yenidən özünə qaytarılacağını yalandan deyib aldadaraq etibarından sui-istifadə edib, tamah niyyəti və vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Goradil qəsəbəsi, Goradil Bağları ərazisində yerləşən “Green Store” dükanında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******5328 nömrəli kart hesabına göndərdiyi 540 manat pulu və bunun davamı olaraq xx.xx.2021-ci il tarixdə İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsində yerləşən “Bol” marketdə quraşdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******5328 nömrəli kart hesabına göndərdiyi 500 manat pulu Bakı şəhəri ərazisində müxtəlif yerlərdəki bankomatlarda kart hesabından çıxarmaqla və eləcə də onlayn qaydada hesabından şəxsi ehtiyacları üçün ödənişlər etməklə xərcləyib ələ keçirmiş, bir neçə gün sonra öz cinayətkar niyyətini davam etdirərək Rəbiyyə Məmmədovaya nəvəsi Gülnarə Bünyatovanın təcili əməliyyat etdirilməsi üçün sənədlərinin “Nargis” fondu tərəfindən tezləşdirilməsi üçün fonda 17000 manat pulun ödənilməli olmasını yenidən söyləyib inandıraraq aldadıb, sonuncunun xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış ödəmə terminalından onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******9976 nömrəli kart hesabına göndərdiyi 5000 manat pulu, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış terminaldan onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******9976 nömrəli kart hesabına göndərdiyi 1500 manat pulu və həmin gün Rəbiyyə Məmmədovanın qardaşı X2 ünvan 1 ünvanda yerləşən “Rahat market” adlanan dükanda quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******9976 nömrəli kart hesabına göndərdiyi 1500 manat pulu Bakı şəhəri ərazisində müxtəlif yerlərdəki bankomatlardan kart hesabından çıxarmaqla və onlayn qaydada hesabından şəxsi ehtiyacları üçün ödənişlər etməklə xərcləyib ələ keçirmiş, bir neçə gün sonra o, öz cinayətkar niyyətini davam etdirərək Rəbiyyə Məmmədovaya hesabdakı pulun artırılmasını bildirib inandıraraq sonuncunun xx.xx.2021ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış terminaldan onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******9976 nömrəli kart hesabına göndərdiyi 800 manat pulu və xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış terminaldan onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******9976 nömrəli kart hesabına göndərdiyi 200 manat pulu, sonuncu dəfə isə Rəbiyyə Məmmədovanın xx.xx.2021-ci il tarixdə İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsində yerləşən “Bol market” dükanında quraşdırılmış “E-manat” ödəmə terminalından onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******5328 nömrəli kart hesabına göndərdiyi və xx.xx.2021-ci il tarixdə kart hesabına mədaxil edilmiş 300 manat pulu hesabdan onlayn qaydada şəxsi ehtiyacları üçün ödənişlər etməklə ələ keçirmiş, bununla da o, etibardan sui-istifadə və aldatma yolu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Rəbiyyə Məmmədovanın ümumilikdə xeyli miqdar təşkil edən 10340 (on min üç yüz qırx) manat məbləğində pulunu alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3ində qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşayır. Himayəsində biri yetkinlik yaşına çatmamış, biri isə azyaşlı olmaqla iki uşağı vardır. Əvvəllər özünün təsis etdiyi “Aygün Tahir xeyriyyə cəmiyyətinin” rəhbəri olmuş, bu cəmiyyətin xətti ilə bir xeyli xeyriyyə işləri görmüşdür. Zərərçəkmiş şəxs qohumu Rəyanənin vasitəsilə tanımışdır. 2021-ci ilin may ayında Rəyanə ona zəng edərək, qohumu Zərərçəkmiş şəxs nəvəsinin xəstə olduğunu, iynə-dərman yardımı etmək lazım olduğunu bildirmişdir. O, Rəyanəyə xeyriyyə cəmiyyətinin büdcəsində pul olmadığını, xeyriyyə cəmiyyətinin özü-özünü maliyyələşdirdiyini və bu səbəbdən ona kömək edə bilməyəcəyini bildirmişdir. Bir müddət sonra ona Zərərçəkmiş şəxs zəng edərək, mobil nömrəsinin Rəyanə tərəfindən ona verildiyini bildirmiş və nəvəsi Gülnarə üçün iynə dərman yardımı etmsini xahiş etmişdir. O, Rəyanəyə bildirdiyi qaydada Rəbiyəyə də rəhbəri olduğu xeyriyyə cəmiyətinin büdcəsində pulun olmadığını, bu səbəbdən onlara yardım edə bilməyəcəyini bildirmişdir. Təxminən 5-6 gün sonra Zərərçəkmiş şəxs yenidən onun mobil nömrəsinə zəng edərək hal-əhval soruşmuş və Bakı şəhərindən iynə lazım olduğunu, gələrkən alıb gətirə bilib-bilməyəcəyini soruşmuşdur. O müəyyən səbəblərdən həmin iynəni ala bilməyəcəyini demişdir. Bundan təxminən 4 gün sonra Rəbiyə Bakı şəhərinə gələrək həmin iynələri özü almış və həmin gün ona zəng edərək onu qarşılamağını xahiş etmişdir. O, Rəbiyəni qarşılamış və kirayə yaşadığı evə aparmışdır. O, Rəbiyəyə onlarda qalmağı təklif etmiş, Rəbiyə isə aldığı iynələrin xarab olacağını bildirib təcili olaraq İsmayılı rayonuna getməli olduğunu bildirmişdir. O Rəbiyəni İsmayıllı rayonuna yola salmışdır. Təqribən 7-8 gün sonra Rəbiyyə özü yenidən hal-əhval tutmaq üçün zəng etmiş və Bakı şəhərində yaşayan qardaşı gilə gələcəyini və həmin gün onlara gəlmək istədiyini demişdir. O, da Aygünə nə vaxt istəyirsə evinə gəlməyini demiş, Rəbiyyə 2-3 gün sonra Bakı şəhərinə, onun evinə gəlmişdir. Həmin vaxt Rəbiyə nəvəsi Gülnarəni təqaüdə çıxarmağa və “Nargis” fondunun köməkliyi ilə əməliyyat etdirməyə kömək etməyini xahiş etmişdir. O, rəhbəri olduğu xeyriyyə cəmiyyətinin balansında pulun olmadığını demiş və bu işlərin görülməsi üçün bir qədər pula ehtiyacının olduğunu demişdir. Rəbiyyə ona evdə pulu olduğunu və ona verə biləcəyini bildirdi. O, bununla razılaşmamış və daha sonra isə pulu alacağı təqdirdə bunu yazılı şəkildə edəcəklərini bildirmişdir. İlk öncə o, Rəbiyəyə notariusa gedərək yazılı şəkildə pulu almaq istədiyini bildirmiş, lakin Rəbiyyə buna razı olmamış və tələsdiyini demişdir. O, Rəbiyyəyə “evdə kağız qələm var, elə burda yazaq” deyə bildirərək Rəbiyəyə A4 formatında kağız vermişdir. Rəbiyyə Məmmədova özü-öz xətti ilə ona 10000 (on min) manat borc pul verdiyini və 30 avqust 2021-ci il tarixə qədər vaxt verdiyini yazmışdır. O, əslində həmin pulun Rəbiyədən borc kimi deyil, ələ keçirmək məqsədi ilə alacağını düşünmüşdür. Rəbiyə həmin kağızı yazdıqdan sonra rayona gedib pulu onun kartına vuracağını bildirmişdir. Təqribən 3 gün sonradan ilk dəfə ilk dəfə xx.xx.2021-ci il tarixdə onun adına olan "xxxx"-a aid hesaba göndərdiyi 540 manat, xx.xx.2021-ci il tarixdə onun adına olan "xxxx"-a aid hesaba göndərdiyi 500 manat, xx.xx.2021-ci il tarixdə onun hesab kartına 5000 manat, xx.xx.2021-ci il tarixdə 2 dəfə 1500 manat olmaqla ümumilikdə 3000 manat pulu, xx.xx.2021-ci il tarixdə hesab kartına göndərdiyi 800 manat pulu, xx.xx.2021-ci il tarixdə hesab kartına göndərdiyi 200 manat pulu, xx.xx.2021-ci il tarixdə hesab kartıma 300 manat olmaqla ümumilikdə 10340 manat pulu onun kart hesabına göndərmişdir. O, Rəbiyyənin ona göndərdiyi ümumilikdə 10340 manat pulun bir hissəsinin kart hesabından onlayn qaydada şəxsi ehtiyaclarına ödəniş etmiş, bir hissəsini isə ayrı-ayrı vaxtlarda Bakı şəhərində Nərimanov rayonunda çıxardaraq şəxsi ehtiyaclarına xərcləmişdir. O, Rəbiyyəyə həmin pulu işləri düzələndən sonra qaytaracağını demişdir. Bu məsələnin üstündən 3 ay keçdikdən sonra Rəbiyyə ona zəng edib puldan bir hissəni qaytarmağını istəmiş, lakin buna imkanı olmadığından pulu qaytara bilməmişdir. Rəbiyyə tez-tez ona zəng edib, nalayiq ifadələrlə təhqir edərək, pulu qaytarmağını, əks halda polisə şikayət edəcəyini bildirmiş, o, isə Rəbiyyəyə həmin pulu borc kimi aldığını, bununla bağlı yazılı kağızın olduğunu demişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Rəbiyyə Məmmədova polis şöbəsinə şikayət etmiş və bu barədə araşdırma aparılır. Ona görə də İsmayıllı rayon Polis şöbəsində verdiyi izahat və ifadələrində özünü təqsirli bilməmiş və pulu Rəbiyədən borc kimi götürdüyünü bildirmişdir. Özünü məhkəmə istintaqında təqsirli bilmiş və zərərçəkmiş şəxsə olan borcundan ümumilikdə 2040 manat ödəmişdir. Qalan hissəsini isə ona azadlıqdan məhrumetmə cəzası verilməyəcəyi təqdirdə hissə-hissə ödəməyi öhdəsinə götürür. Onun himayəsində biri yetkinlik yaşına çatmamış, biri isə azyaşlı olmaqla iki uşağı vardır, göstərilənlərin nəzərə alınaraq ona ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhəri, M.İbrahimov küçəsi, ev 23-də yaşamaqla İsmayıllı rayon Mərkəzi Xəstəxanasında xadimə işləyir. 2020-ci ildə 2009-cu il təvəllüdlü nəvəsi X4 gözündə zəiflik yaranması səbəbindən Şəki şəhərinə həkim müayinəsinə aparmış, həkimlər isə onlara nəvəsini Bakı şəhərinə aparmağı məsləhət görmüşlər. Orada xəstəliyi müəyyən etmək üçün müxtəlif analizlər götürülüb, müvafiq cavab almaq üçün Türkiyəyə göndərmiş, bir neçə vaxtdan sonra Türkiyədən gələn analiz nəticələrinə əsasən müəyyən olunmuşdur ki, nəvəsi Gülnarə Bünyatova "turner" xəstəliyindən əziyyət çəkir. Gülnarə 2021-ci ilin fevral ayından etibarən bununla bağlı müalicə alır. 2021-ci ilin may ayının əvvəllərində qohumu Şahid ona zəng edərək, Gülnarənin müalicəsi üçün kömək etmək istəyən bir nəfər qadın olduğunu və həmin şəxsin onun mobil nömrəsini istədiyini bildirmişdir. O, əvvəlcə tərəddüd etsə də Rəyana ona həmin qadını 10 (on) ildir ki, tanıdığını və etibarlı şəxs olduğunu bildirmişdir. O, da razılaşaraq mobil nömrəsini Aygünə verməsini xahiş etmişdir. Həmin ərəfələrdə də o, Bakı şəhərində olmuş, Rəyana ilə danışığı yekunlaşandan dərhal sonra tanımadığı mobil nömrədən ona dəfələrlə zəng gəldiyini görmüş, lakin uyğun olmadığı üçün zəngi aça bilməmişdir. Bir neçə saat sonra zəngi açdıqda həmin şəxs ona özünün xeyriyyəçi jurnalist Təqsirləndirilən şəxs olduğunu bildirmiş və nömrəsini Rəyanədan aldığını demişdir. Aygün ona ilkin olaraq nəvəsi Gülnarəni təqaüdə çıxarmağa və “Nargis” fondunun köməkliyi ilə 17000 manat müqabilində əməliyyat etdirməyə kömək edəcəyini, sonra isə həmin məbləğin onlara qaytarılacağını vəd etmişdir. Rəyanə onun etibarlı adam olduğunu bildirdiyinə görə Aygünə inanmışdır. Aygün ilk öncə təqaüdə çıxarmaq üçün onun hesab kartına 540 (beş yüz qırx) manat pulu göndərməsini istəmiş, o, da Abşeron rayonu, Goradil qəsəbəsi, Goradil bağları, Green Store mağazasından "Emanat" ödəniş terminalı vasitəsilə pulu Aygünün ona hesab nömrəsini göndərdiyi "xxxx" ASC-yə aid bank kartına göndərmişdir. Həmin günün səhəri gün Aygün yenidən ona zəng edərək, Gülnarənin müalicəsi üçün Almaniyadakı həkimlərin biri ilə danışdığını, "Nargis" fondu vasitəsilə Gülnarəni ora aparıb orada əməliyyat elətdirəcəyini demiş, əməliyyatın baş tutması üçün hesabında 17000 (on yeddi) manat pul lazım olmasını demişdir. Əməliyyatdan sonra isə həmin pulu "Nərgiz" fondu tərəfindən qaytarılacağını demişdir. Aygün sənədlərin düzəldilməsi üçün 1000 manat pul lazım olduğunu, ilkin olaraq 500 manatı göndərməyimi istəmiş, o, yenə də Aygünə inanmışdır. xx.xx.2021-ci il tarixdə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən "Bol" marketdə olan "Milliön" ödəniş terminalı vasitəsilə Aygünün ona göndərdiyi karta 500 (beş yüz) manat da göndərmiş, təxminən bir neçə gün sonra o, Aygünün yaşadığı Nərimanov rayonunda yerləşən, dəqiq ünvanı xatırlamadığım mənzilinə getmiş, Aygün ona artıq bütün sənədlərin hazır olduğunu, "Nargiz" fonduna gedərək sənədləri möhürlətdirəcəyini bildirmiş, Aygün ondan şəxsiyyət vəsiqəsinin götürərək, onun qızı X8 və həyat yoldaşı X9 Gülnarənin əməliyyat olunmasına heç bir etirazları olmadığı barədə yazdığı kağızı imzalatdırmış. həmçinin ona 2 ədəd boş A4 vərəqinə imza çəkdirərək ,-"sənin vaxtın yoxdur, sən get, mən özüm doldurub, "Nargiz" fonduna təqdim edəcəm" deyə bildirmişdir. O, da ona inanıb, həmin kağızlara qol çəkmiş, bundan əlavə Aygün ona A4 vərəq təqdim edərək, həmin kağıza Nərgiz fonduna 10000 manat pul verdiyini demiş, lakin aldadaraq borcu ona verdiyini yazdırmışdır. O, Aygünə inandığı üçün onun dediyi kimi yazmış və imzalamış, daha sonra isə yaşadığı İsmayıllı rayonuna qayıtmışdır. xx.xx.2021-ci il tarixdə Aygün yenidən zəng edərək, sənədləri Nargiz fonduna aparacağını, sənədlərin növbə cəhətdən qabağa salınması üçün hesaba 17000 (on yeddi min) manat pul köçürmək lazım olduğu demişdir. O, da xx.xx.2021-ci il tarixdə Kapital Bank ASC-nin İsmayıllı filialından onun göndərdiyi kart hesabına 5000 (beş min) manat pul göndərmiş, xx.xx.2021-ci il tarixdə yenidən Kapital Bank ASC-nin İsmayıllı filialından 1500 (min beş yüz) manat pulu eyni hesaba göndərmişdir. Həmin gün qardaşı X1 ona borc pul verməyini, həmin qadına göndərmək istədiyini demiş və aralarında danışıb razılaşmışlar ki, Ağaməmməd ona borc verdiyi pulu Aygünün hesab karıtna göndərsin. Ağaməmməd həmin gün Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən ev 140 ünvaınında yerləşən Rahat marketdən 1500 (min beş yüz) manat pulu Aygünün ona dediyi hesaba göndərmişdir. xx.xx.2021-ci il tarixdə Kapital Bank ASC-nin İsmayıllı filialından qeyd edilən hesaba 800 (səkkiz yüz) manat pul göndərmiş, xx.xx.2021-ci il tarixdə Aygün ona zəng edərək hesaba yığılacaq pulun az olduğunu, avamlı olaraq pul göndərməyini demiş, o, yenidən X24 ASC-nin İsmayıllı filialından 200 (iki yüz) manat pul göndərmişdir. Aygün ona xarici pasport almalı olduqlarını, avqust ayının 7 sində ilk öncə Moskva şəhərinə gedərək orada bir gün qalıb, Almaniyaya uçacaqlarını bildirmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən "Bol" marketdə olan "E-manat" ödəniş terminalı vasitəsilə həmin hesaba 300 (üç yüz) manat pul göndərmişdir. Aygün ona demişdir ki, xx.xx.2021-ci il tarixdə “Bakıya gəl Almaniyaya uçacağıq”. Aygündən xəbər gəlmədiyi üçün o, xx.xx.2021-ci il tarixdə onunla telefon əlaqəsi saxlamış, Aygün ona həkimlə danışdığını, həkimin əməliyyatı nəvəsinin 16 yaşı tamam olduqdan sonra etmək istədiyini ona demişdir. O, Aygünə narazılığını bildirdikdə, o, “narahat olma fonda ərizə yazacam, pulu sizə qaytaracaq” deyə cavab vermişdir. Bu vaxt o, Aygünün onun etibarından sui-istifadə edərək, onu aldatdığını anlamış və dəfələrlə onunla əlaqə saxlamış, Aygün pulu qaytaracağına söz vermişdir. Aygün yaşadığı ünvanı dəyişdiyi üçün onun yaşayış yerini tapa bilməmiş, onunla əlaqə yaratmaq mümkün olduğu vaxtlar hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən boyun qaçırmışdır. xx.xx.2021-ci il tarixdə Aygünün anası Dilarə ona zəng edərək pulu ona özünün qaytaracağını, Aygünə zəng etməməyi bildirmişdir. Lakin Dilarə də pulu ona qaytarmamışdır. xx.xx.2021-ci il tarixdə Aygünlə telefon əlaqəsi saxladıqda Aygün ona pulunun olmadığını, istədiyi yerə şikayət edə biləcəyini bildirərək, onu nalayiq ifadələrlə təhqir etmiş, ona görə də bu barədə polis şöbəsinə müraciət etmişdir. 2022-ci ilin aprel ayının sonlarında Aygün poçt vasitəsilə ona 540 manat pul göndərmiş, lakin aldadaraq ələ keçirdiyi qalan 9800 manat pulunu qaytarmamışdır. İşin məhkəmə araşdırılması zamanı Aygün ondan aldığı pulun 1500 manat hissəsini qaytarmış, lakin qalan 8000 manat hissəsi qaytarılmamışdır. Ona görə də ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqının gedişində iş üzrə Şahid məhkəmə iclasına məcburi gətirilməsinə dair qərar qəbil edilmiş, lakin İsmayıllı rayon Polis şöbəsi tərəfindən 28 fevral 2023-cü il tarixli 84/2-5306/23 nömrəli məktubla məhkəməyə cavab verilərək Şahid hazırda qeydiyyatda olduğu yer üzrə yaşayış yerində olmadığı, onun yerinin müəyyən olunmadığı səbəbindən məhkəmə iclasına məcburi gətirilməsinin mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən məhkəmə iclasında Şahid ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu Ruşan kəndində yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun uzaq qohumlarıdır. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında dəqiq tarixini bilmədiyi gündə onun yaşadığı evə gələrkən söhbət zamanı xeyriyyə cəmiyyətinin sədri olduğunu və xəstələrə kömək etdiyini demişdir. Rəbiyyənin nəvəsi X4 turner sindromundan əziyyət çəkdiyini bilmişdir. Aygünə inanıb Rəbiyyənin nəvəsinin müalicəsində hər hansı köməklik edəcəyini fikirləşmiş, bu barədə Rəbiyyəyə də məlumat vermiş və mobil nömrəsini Aygünə verəcəyini demişdir. Rəbiyyə etiraz etmədiyi üçün Rəbiyyənin nömrəsini Aygünə vermiş və onlar bir-birilə ilə əlaqə saxlamışlar. Sonradan ona məlum olmuşdur ki, Aygün Rəbiyyəni aldadaraq azyaşı nəvəsinin “nargis” fondu tərəfindən Almaniya Respublikasında müalicə etdiriləcəyi adı ilə ümumilikdə 10340 manat pulunu ələ keçirmişdir. Aygünün Rəbiyyəni aldadacağını bilməmiş, müalicəni xeyriyyə cəmiyyətinin xətti ilə təmənnasız edəcəyini fikirləşib Rəbiyyənin mobil nömrəsini Aygünə vermişdir. “Nargis” fondundan alınmış xx.xx.2022-ci il tarixli 00503/22 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X4 xəstəliyi ilə əlaqədar 2021-ci il tarixindən hazırki vaxta qədər “Nargis” fonduna heç bir müraciət olunmamışdır. Bundan əlavə fondun fəaliyyət prinsipinə əsasən yalnız birbaşa valideyn tərəfindən olunan müraciətlər qeydiyyata alınır və üçüncü şəxslər tərəfindən qəbul olunmur. X4 xəstəliyi ilə bağlı dərman yardımı üçün Aybəniz xanım adından xx.xx.2022-ci il tarixdə fonda müraciət daxil olmuşdur. “Noridtrofin” dərman preparatı “Nargis” fondu tərəfindən alınaraq valideynə göndərilmişdir. Qeyd olunan müraciətdən əvvəl və sonra həmin şəxslə bağlı heç bir yeni müraciət olunmamışdır. Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onu aldadaraq ələ keçirdiyi ümumilikdə 10340 manat puldan 540 manat pulunu qaytarmış, lakin 9800 manat pulunu ödəməmişdir. "xxxx" ASC-dən alınmış Təqsirləndirilən şəxs adına olan “Birkart Umico” növlü 416973******9976 nömrəli kart üzrə çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış terminaldan Təqsirləndirilən şəxs kart hesabına 5000 manat pul köçürülmüş, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış terminaldan Təqsirləndirilən şəxs kart hesabına 1500 manat pul köçürülmüş, xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Rahat market” adlanan dükanda quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 1500 manat pul köçürülmüş, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış terminaldan Təqsirləndirilən şəxs kart hesabına 800 manat pul köçürülmüşdür. "xxxx" ASC-dən alınmış Təqsirləndirilən şəxs adına olan “Birkart Umico” növlü 416973******5328 nömrəli kart üzrə çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə e-manat ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 540 manat pul köçürülmüş, xx.xx.2021-ci il tarixdə million ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına 500 manat pul köçürülmüş, xx.xx.2021-ci il tarixdə Kapital Bank” ASCnin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış terminaldan Təqsirləndirilən şəxs kart hesabına 200 manat pul köçürülmüş, xx.xx.2021-ci il tarixdə emanat ödəmə terminalından Təqsirləndirilən şəxs kart hesabına 300 manat pul köçürülmüş, həmin pul hesaba göndərilməsi xx.xx.2021-ci il tarixdə təsdiqlənmişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına 500 manat pulun və xx.xx.2021-ci il tarixdə 300 manat pulun göndərildiyi yer İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində “Bol market” adlanan mağazadan million ödəmə terminalı, habelə X3 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına göndərdiyi 5000 manat pulun və xx.xx.2021-ci il tarixdə 1500 manat pulun, xx.xx.2021-ci il tarixdə 200 manat pulu göndərildiyi yer İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən "xxxx" ASC-nin filialında yerləşdirilmiş terminaldır. xx.xx.2022-ci il tarixli tələbnamədən və Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli 309-1/005/-184/17 nömrəli məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci l tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkdiyi üçün 27 iyul 2018-ci il tarixdə Göyçay rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İcbari Tibbi Sığorta üzrə X21 ərazi X7 “Göyçay rayon Mərkəzi Xəstəxanası” X17 alınmış xx.xx.2022-ci il tarixli 1434 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. AZ-İİ №385065 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2009-cu il təvəllüdlü olmaqla atası X12, anası isə X6r. Göyçay rayonu İcra Hakimiyyəti Başçısının Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli 267 və 268 nömrəli arayışlardan, xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində qeydiyyatdır, ailə tərkibi özündən və xx.xx.2005 və xx.xx.2009-cu il təvəllüdlü uşaqları Minirə və Zəhradan ibarətdir, ərazidə yaşadığı müddətdə barədində nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxsin ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işi üzrə bu hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2009-cu il təvəllüdlü azyaşlı nəvəsi X4 “turner” sindromu xəstəliyindən əziyyət çəkməsini bilib etibardan sui-istifadə və aldatma yolu ilə Rəbiyyə Məmmədovanın xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs nəvəsi Gülnarə Bünyatovanı təqaüdə çıxaracağını və “Nargis” fondunun dəstəyi ilə Almaniya Respublikasında müalicə etdiriləcəyini, bunun üçün əvvəlcədən “Nargis” fonduna 17000 (on yeddi min) manat pul ödəməli olmasını və həmin pulun Gülnarə Bünyatova əməliyyat olunduqdan sonra “Nargis” fondu tərəfindən yenidən özünə qaytarılacağını yalandan deyib aldadaraq etibarından sui-istifadə edib, tamah niyyəti və vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Goradil qəsəbəsi, Goradil Bağları ərazisində yerləşən “Green Store” dükanında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******5328 nömrəli kart hesabına göndərdiyi 540 manat pulu və bunun davamı olaraq xx.xx.2021-ci il tarixdə İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsində yerləşən “Bol” marketdə quraşdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******5328 nömrəli kart hesabına göndərdiyi 500 manat pulu Bakı şəhəri ərazisində müxtəlif yerlərdəki bankomatlarda kart hesabından çıxarmaqla və eləcə də onlayn qaydada hesabından şəxsi ehtiyacları üçün ödənişlər etməklə xərcləyib ələ keçirmiş, bir neçə gün sonra öz cinayətkar niyyətini davam etdirərək Rəbiyyə Məmmədovaya nəvəsi Gülnarə Bünyatovanın təcili əməliyyat etdirilməsi üçün sənədlərinin “Nargis” fondu tərəfindən tezləşdirilməsi üçün fonda 17000 manat pulun ödənilməli olmasını yenidən söyləyib inandıraraq aldadıb, sonuncunun xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış ödəmə terminalından onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******9976 nömrəli kart hesabına göndərdiyi 5000 manat pulu, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış terminaldan onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******9976 nömrəli kart hesabına göndərdiyi 1500 manat pulu və həmin gün Rəbiyyə Məmmədovanın qardaşı X2 ünvan 1 ünvanda yerləşən “Rahat market” adlanan dükanda quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******9976 nömrəli kart hesabına göndərdiyi 1500 manat pulu Bakı şəhəri ərazisində müxtəlif yerlərdəki bankomatlardan kart hesabından çıxarmaqla və onlayn qaydada hesabından şəxsi ehtiyacları üçün ödənişlər etməklə xərcləyib ələ keçirmiş, bir neçə gün sonra o, öz cinayətkar niyyətini davam etdirərək Rəbiyyə Məmmədovaya hesabdakı pulun artırılmasını bildirib inandıraraq sonuncunun xx.xx.2021ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış terminaldan onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******9976 nömrəli kart hesabına göndərdiyi 800 manat pulu və xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən filialında quraşdırılmış terminaldan onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******9976 nömrəli kart hesabına göndərdiyi 200 manat pulu, sonuncu dəfə isə Rəbiyyə Məmmədovanın xx.xx.2021-ci il tarixdə İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsində yerləşən “Bol market” dükanında quraşdırılmış “E-manat” ödəmə terminalından onun adına olan "xxxx"a aid “Birkart Umico” növlü 416973******5328 nömrəli kart hesabına göndərdiyi və xx.xx.2021-ci il tarixdə kart hesabına mədaxil edilmiş 300 manat pulu hesabdan onlayn qaydada şəxsi ehtiyacları üçün ödənişlər etməklə ələ keçirmiş, bununla da o, etibardan sui-istifadə və aldatma yolu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Rəbiyyə Məmmədovanın ümumilikdə xeyli miqdar təşkil edən 10340 (on min üç yüz qırx) manat məbləğində pulunu alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələsidə nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, mülkiyyət əleyhinə qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını Göyçay rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı ünvan 3i ünvanındakı evini tərk etməmək, Göyçay rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar