Məhkəmə qərarları › İş №1(037)-4/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-4/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-4/2024 13.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 13 avqust 2024-cü il tarixdə saat 12:25-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1974-cü ildə İsmayıllı rayonun Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri M.F.Axundov küçəsi dalan 2, ev 20-də qeydiyyatda olmaqla İsmayılı şəhəri Nizami küçəsi ev 16-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 4 iyul 2023-cü il tarixdə saat 14-15 radələrində İsmayıllı şəhəri, Natəvan küçəsi 23 ünvanında yerləşən, xüsusi mülkiyyət hüququ əsasında X8 məxsus, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi, “Köhnə qaraj” adlandırılan əraziyə gələrək, həmin torpaq sahəsinin xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrinə aid olmadığını bildiyi halda, oradan meşə fonduna daxil olmayan kök üstə yaş vəziyyətdə 1 ədəd diametri 60 santimetr, dəyəri 1400 manat təşkil edən və 1 ədəd diametri 64 santimetr, dəyəri 1600 manat təşkil edən cəmi 2 ədəd çinar ağaclarını özünə məxsus “Tiger” markalı motorlu mişarla qəsdən tamah niyyəti ilə qanunsuz kəsib götürməklə təbiətə ümumilikdə xeyli miqdar təşkil edən 3000 (üç min) manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 23 ildir ki, qanuni şəkildə rəy verilmiş ağacları, eləcə də şəxsi yaşayış evlərində olan ağacları kəsib oduncaqlarını taxta sexlərinə verib müqabilində pul almışdır. xx.xx.2023-cü il tarixdə günorta saat 14 radələrində İsmayıllı rayonunda yaşayan qardaşı Qabil Hüseynovun evindən qayıdarkən yol idarəsinin arxasında, İsmayıllı şəhəri, Natəvan küçəsi 23 ünvanında yerləşən, “Köhnə qaraj” adlanan ərazidən keçərkən orada bir neçə ağac görmüşdür. Qeyd olunan ağaclarla maraqlanmaq üçün yol idarəsinə yaxınlaşmışdır. Həmin idarədə ərazinin X5 xüsusi mülkiyyətdə olduğunu bildirdiklərində adı çəkilən şəxslə əlaqə saxlamaq üçün ev ünvanını soruşmuşdur. O, Eldar Abbasovla telefon əlaqəsi saxlayaraq İsmayıllı şəhəri, Natəvan küçəsi 23 ünvanında yerləşən, “Köhnə qaraj” adlanan ərazinin onun olub-olmamasını soruşmuş və həmin ərazidəki ağacları maraqlanmışdır. Eldar “sabah gələrəm söhbət edərik” deyə cavab vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 10-11 radələrində “Köhnə qaraj” adlanan ərazidə ikisi görüşmüş və o, həmin Ərazinin onun xüsusi mülkiyyətində olub-olmadığını, ərazinin çıxarış sənədinin olub-olmadığını soruşmuşdur. Eldar ərazinin xüsusi mülkiyyətində olduğunu və çıxarış sənədinin də olduğunu qeyd etmişdir. O, Eldardan çinar ağaclarını kəsib götürməklə bağlı razılıq almaq istəmişdir. Eldar Abbasov ağacların kəsilməsi ilə bağlı Ekologiyadan icazə alınıb-alınmamalı olduğunu soruşduqda o, “ərazinin onsuzda xüsusi mülkiyyətində olduğunu və həmin ərazi ilə bağlı çıxarış sənədi olduğunu bildirərək problem yaranmayacağını, eləcə də hər hansı problem yarandığı təqdirdə mən özüm həll edəcəm” deyə cavab vermişdir. Eldar Abbasov həmin ağacları kəsməklə bağlı razılıq vermişdir. Eldar Abbasov ağacların şəklini çəkmək istədikdə o, buna ehtiyac olmadığını qeyd etmişdir. Sonra həmin ağacları kəsib götürməyi müqabilində Eldara 200 (iki yüz) manat verməyi ilə bağlı razılıq əldə etmiş və yerindəcə əlbəəl 200 (iki yüz) manatı Eldara vermişdir. Sonra aralarında başqa söhbət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində isə yanında köməkçisi X14 ilə bərabər həmin ərazidə 2 ədəd çinar ağacını kəsib götürmüşdür, eyni zamanda 1 ədəd qovaq ağacının budaqlarının bir hissəsini kəsib götürmüşdür. O, həmin ağacları özünə məxsus Almaniya istehsalı qara rəngli “Tiger” markalı motopila ilə kəsmişdir. İşi yekunlaşdıran vaxtı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin yerə gəlmişlər. Ağacların kəsilməsinin qanunsuz olduğunu bildirdiklərində o, həmin yerin xüsusi mülkiyyətdə olduğunu və buranın sahibinin də icazəsini aldığını bildirmişdir. Lakin Ekologiya idarəsinin işçiləri bununla bağlı müvafiq araşdırma aparılacağını bildirmişlər. Əlavə olaraq qeyd edir ki, onun kəsdirdiyi ağaclardan biri bioloji inkişafını dayandırmış ağac olmuşdur. Maddi imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilməmişdir. O, 1-ci Qarabağ müharibəsi veteranıdır, hal-hazırda xəstəlikdən əziyyət çəkir. Qeyd etdiyi halların nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2003-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır. 2020-ci ildən etibarən isə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir. Aparıcı məsləhətçi müfəttiş kimi vəzifəsi xidməti ərazidə rəhbərliyin müvafiq sərəncamları əsasında ekoloji pozuntularla bağlı daxil olmuş məlumat və şikayətlərin araşdırılması, mütəmadi olaraq reydlərin keçirilməsi zamanı, ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasına riayət etməkdir. Qeyd etmək istəmişdir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli 0068 saylı sərəncamına, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərinə əsasən, xx.xx.2023-cü il tarixdə 6 saylı RETSİ-nin digər stajor olan məsləhətçi müfəttişləri ilə birgə İsmayıllı şəhəri ərazisində reyd keçirdiyi zaman tərəfindən İsmayıllı şəhəri, Natəvan küçəsi, 23 ünvanında yerləşən “Köhnə qaraj” adlanan ərazidə çinar cinsinə məxsus olan diametri 60 (altmış) sm olan 1 (bir) ədəd və diametri 64 (altmış dörd) sm olan (bir) ədəd, cəmi 2 ədəd yaş ağacın kök hissədən qanunsuz kəsildiyi, eləcə də 1 (bir) ədəd qovaq cinsindən olan ağacın budaqlarının kəsildiyi aşkar edilmişdir. Qeyd edilən ağaclar Təqsirləndirilən şəxs tərəfindən motorlu mişar vasitəsilə kəsilmişdir. Yuxarıda qeyd etdiyi 2 ədəd çinar ağacın kəsilməsi ilə bağlı tərəfindən xx.xx.2023-cü il tarixli 78317 nömrəli akt tərtib edilərək həmin aktda kəsilmiş cəmi 2 (iki) ədəd ağac qeyd edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən dəymiş ziyan hesablanaraq 3000 (üç min) manat olduğu müəyyən edilmişdir. Qeyd edilən “Köhnə qaraj” adlanan ərazinin mülkiyyətinin aydınlaşdırılması məqsədi ilə aparılmış araşdırma zamanı İsmayıllı şəhəri, Cavanşir küçəsi 44 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Xəyyam Rövşən oğlu tərəfindən ona xx.xx.2022-ci il tarixli AR-İİ № 712312 nömrəli etibarnamə ilə verilmiş ərazinin Xəyyam Mənsumovun mülkiyyətində olması ilə bağlı xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışı təqdim tmişdir. Həmçinin, Eldar Abbasov izahatında ağacların Habil adlı şəxs tərəfindən kəsildiyini bildirmişdir. İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, dalan 2, ev 20 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs da izahatında ağacların onun tərəfindən kəsildiyini etiraf edərək olanları inkar etməmişdir.Tərtib etdiyi 78317 nömrəli aktı 6 saylı RETSİ-nə təqdim etmişdir. İdarə tərəfindən də müvafiq tədbirlərin görülməsi ilə bağlı tərtib olunmuş akt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinə göndərilmişdir. Tələbi Təqsirləndirilən şəxs tərəfindən qanuni tədbir görülməsi və idarəyə dəymiş ziyanın tam şəkildə ödənilməsidir. Keçirilmiş reyd zamanı sözügedən ərazidə 04 iyul 2023-cü il tarixdə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs 2 ədəd qanunsuz ağac kəsməsinə görə müvafiq sənədləşmə aparmışdır. Təqsirləndirilən şəxs məlum ərazidən 04 iyul 2023-cü il tarixdə 2 ədəd çinar ağacını kəsib götürmüş və həmin çinar ağacları köküstə, yaş vəziyyətdə və tam formada (gövdə və budaqları olmaqla) olmuşdur. Təqsirləndirilən şəxs həmin ərazidə hazırda köküstə yaş vəziyyətdə olan 3-cü ağacı da kəsmək istəmiş və ağacın üzərinə kəndir bağlamış, ağacı tam kəsməmişdən əvvəl onun budaqlarının bir hissəsini də kəsib götürmüşdür. Lakin onlar hadisə yerinə (İsmayıllı şəhəri Natavan küçəsi 23 ünvanı, el arasında “köhnə qaraj” deyilir) gəlib çıxdıqları üçün Habil həmin ağacı kəsə bilməmişdir. İfadəsinə kəsilmiş 2 ədəd çinar ağaclarının yerini və hissələrini göstərən fotoşəkilləri əlavə etmişdir. Hazırda dəymiş ziyanın ödənilməsini tələb edir, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X4 ifadə verərək göstərdi ki, təxminən 10 ildir qanuni şəkildə rəy verilmiş ağacları, eləcə də şəxsi yaşayış evlərində olan ağacları kəsib oduncaqlarını taxta sexlərinə verib müqabilində pul almışdır. xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində yanında köməkçisi olaraq işlədiyi Təqsirləndirilən şəxs zəng vurub demişdir ki, “bir yerdə ağac var aşıb gedək onu kəsib doğrayaq”. O, pulu olmadığı üçün Habillə razılaşmışdır. Habil bunun müqabilində ona 30 manat pul verəcəyini demişdir. Həmin tarixdə səhər saat 10-11 radələrində İsmayıllı şəhərində “Köhnə qaraj” adlanan ərazidə görüşmüşlər. Təqsirləndirilən şəxs yanında Eldar Abbasovdan ərazinin sonuncunun xüsusi mülkiyyətində olub-olmadığını, ərazinin çıxarış sənədinin olub-olmadığını soruşmuşdur. Eldar Abbasov torpağın xüsusi mülkiyyətində olduğunu və çıxarış sənədinin olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs çinar ağaclarını kəsib götürməklə bağlı razılıq istəmişdir. X11 icazə alınıb-alınmamalı olduğunu soruşduqda Təqsirləndirilən şəxs ona “ərazinin onsuzda xüsusi mülkiyyətində olduğunu və həmin ərazi ilə bağlı çıxarış sənədi olduğunu bildirərək problem yaranmayacağını, eləcə də hər hansı problem yarandığı təqdirdə “mən özüm həll edəcəm” demişdir. Eldar Abbasov ağacları kəsməklə bağlı razılıq vermişdir. Eldar Abbasov ağacların şəklini çəkmək istədikdə Təqsirləndirilən şəxs ehtiyac olmadığını demişdir. Ağacları kəsib götürmək müqabilində Təqsirləndirilən şəxs Eldar Abbasova yerindəcə əlbəəl 200 (iki yüz) manat təqdim etmişdir. Ondan sonra başqa söhbət olmamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində isə ərazidə 2 ədəd çinar ağacı kəsib götürmüş, eyni zamanda 1 ədəd qovaq ağacının budaqlarını kəsib götürmüşlər. Ağacları Habilə məxsus Almaniya istehsalı “Tiger” markalı motopila ilə kəsib doğramışlar. İşi yekunlaşdıran vaxtı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gəlmişlər. Ağacların kəsilməsinin qanunsuz olduğunu bildirdiklərində Təqsirləndirilən şəxs da buranın xüsusi mülkiyyətdə olduğunu və buranın sahibinin də icazəsini aldığını bildirmişdir. Ekologiya işçiləri bununla bağlı araşdırma aparılacağını bildirmişlər. Bundan sonra başqa söhbət olmamışdır. Təqsirləndirilən şəxs yanında sadəcə köməkçi olaraq iştirak etmiş, söhbətləri özü aparmamış, olanlara sadəcə şahid olmuşdur. X2 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, Natəvan küçəsi 23 ünvanında yerləşən, “Köhnə qaraj” adlanan təxminən 39 sot ərazi öz bacısı oğlu X6 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyətindədir. Xəyyam Mənsumov özü İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 35A ünvanında qeydiyyatda olmasına baxmayaraq öz işi ilə əlaqədar Bakı şəhərində yaşayır. Yuxarıda qeyd etiyi ərazi isə Xəyyam Mənsumovdan xx.xx.2022-ci il tarixli AR-İİ № 712312 nömrəli etibarnamə ilə ona verilmişdir. Hazırda həmin ərazinin cavabdehi özüdür. Qeyd edilən ərazi açıq sahədir, orada heç bir obyekt inşa edilməyibdir. Cari ilin iyul ayının 2-si İsmayıllı rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə əlaqə saxlayaraq həmin ərazidə ağac kəsmək istədiyini, onun həmin əraziyə dair sənədlərinin olub-olmadığını soruşmuşdur. Telefon danışığına əsasən həmin əraziyə getmiş və Təqsirləndirilən şəxs onu orada gözləmişdir. Əraziyə gedib Təqsirləndirilən şəxs ilə söhbətləşdiyində Habil ona 2 ədəd çinar ağacını kəsmək istədiyini bildirərək ondan ərazinin sənədlərinin olub-olmadığını soruşmuşdur. O, Ekologiyaya müraciət edib icazə aldıqdan sonra həmin ağacların kəsilməsinin düzgün olacağını demişdir. Lakin, Təqsirləndirilən şəxs ərazinin sənədləri olduqdan sonra ağacların kəsilməsinə “özünün cavabdeh olduğunu və nəsə olsa özünün həll edəcəyini” demişdir. xx.xx.2023-cü il tarixdə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onunla əlaqə saxlayaraq ona etibarnamə ilə verilmiş ərazidən Habil adlı şəxs tərəfindən 2 ədəd ağacın kəsildiyini, digərinin isə budaqlarının kəsildiyini bildirib həmin kəsən adama zəng edərək kəsim işini dayandırmasını tələb etməyini demişlər. O, Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə zəng edib Ekologiyadan icazə olmadığını deyib oradakı ağacları kəsməməsini tapşırmışdır. Daha sonra isə onu 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət etmişlər. Orada ağacların kəsilməsinin qanunsuz olduğunu bildirdiklərində o, hadisəni olduğu kimi demişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. X17 İnkişaf Mərkəzindən alınmış mütəxəssis rəyindən görünür ki, İsmayıllı şəhəri Natavan küçəsi 23 ünvanında kəsilmiş 2 ədəd çinar ağacına baxış keçirilmiş və kəsilmiş iki ədəd çinar ağaclarının kötüyündən çox sayda yaş pöhrələr çıxmışdır. Bioloji inkişaf dövründə (yəni yaş halda) olmayan ağacın kökündən qısa müddətə bu qədər və bu inkişafa malik pöhrələrin çıxması mümkün deyildir. Odur ki, hər iki çinar ağacı bioloji inkişaf dövründə (yəni yaş halda) kəsilmişdir. Azərbaycan Respublikası ETSN-yi 6 saylı ETSİ-dən alınmış mütəxəssis rəyindən görünür ki, İsmayıllı şəhəri Natavan küçəsi 23 ünvanında yerləşən X7 xüsusi mülkiyyətində olan meşə fonduna daxil olmayan kəsilmiş 2 ədəd şərq çinarı cinsinə məxsus ağacların dib kötüklərinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin ağacların dib kötüklərindən uzunluğu-0,80 sm olan çoxlu sayda inkişafda olan pöhrələr çıxmış və pöhrələrdən bilinir ki, qeyd olunan ağaclar kəsilərkən bioloji inkişafda olan ağaclar olmuşdur. Məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2, 7/1392-9/7604 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 iyul 2023-cü il tarixli 78317 nömrəli aktına əsasən İsmayıllı şəhəri Natavan küçəsi 23 ünvanında 2 ədəd diametrləri 60 və 64 sm olmaqla kök hissədən kəsilən ağaclar çinar cinsinə məxsus olması müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 78317 saylı akt və ona əlavə edilmiş hesabat cədvəlinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən İsmayıllı şəhəri Natavan küçəsi 23 ünvanında köküstə 1 ədəd diametri 60 sm və 1 ədəd diametri 64 sm olan çinar ağaclarının kök hissədən kəsilərək məhv olması nəticəsində ( tikinti və abadlaşdırma məqsədi istisna olmaqla) təbiətə dəymiş ziyanın ümumi məbləği 3000,00 (üç min) manat müəyyən edilir. O cümlədən: 1 ədəd diametri 60 sm olan çinar ağacı 1400 manat. 2. 1 ədəd diametri 64 sm olan çinar ağacı 1600 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında ƏMDX DƏDK və RPHŞ-in 9 saylı Qəbələ Ərazi İdarəsindən alınmış cavabdan görünür ki, aparılan araşdırma nəticəsində İsmayıllı şəhəri Natavan küçəsi 23 ünvanında qanunsuz kəsilmiş 2 ədəd “çinar” ağacının yerləşdiyi torpaq sahəsi həyətyanı və ya bağ sahəsinə aid olmadığı müəyyən olunmuşdur. Belə ki, araşdırılması aparılmış 0,393192 ha torpaq sahəsi üzərində yerləşən “əmlak kompleksi kimi müəssisə” yerləşdiyi torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********27-12301 reyestr nömrəli çıxarışla X7 adına qeydiyyata alınmış və həmin “əmlak kompleksi kimi müəssisə” yerləşdiyi torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları”, məqsədli istifadə növü(uqodiyası) sahibkarlıq, mülkiyyət növü xüsusi mülkiyyətdir. Azərbaycan Respublikası ETSN-yi 6 saylı ETSİ-dən alınmış cavabdan görünür ki, 1 ədəd qovaq ağacının budaqlarının kəsilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyan hesablanmır. Ağacların boy artımının dayanmayacaq səviyyədə budanması zamanı təqsirkar şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 253.4-cü maddəsinə əsasən inzibati tədbir görülür. İsmayıllı Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 1(037)-76/2023 nömrəli qərarına əsasən cinayət işi üzrə təkrar məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur: İsmayıllı şəhəri Natavan küçəsi 23 ünvanında çinar cinsinə məxsus olan iki ədəd ağacın Təqsirləndirilən şəxs tərəfindən kəsilən zaman həqiqətən də bioloji inkişafda olubolmaması, kəsildiyi zaman yararlılıq vəziyyəti müəyyənləşdirilsin. Kəsilmiş diametrləri 60 və 64 sm olmaqla çinar cinsinə məxsus olan 2 ədəd kök hissədən ağacların torpaqda qalan kötük hissəsi müayinə olunmaqla kəsildiyi zaman bioloji inkişafı nəzərə alınaraq, hər biri ayrı-ayrılıqda qiymətləri müəyyən edilsin. Həmin qərar əsasında keçirilmiş təkrar məhkəmə-bioloji və məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/95-9/400 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İsmayıllı şəhəri Natavan küçəsi 23 ünvanında 1 ədəd diametri 60 sm və 1 ədəd diametri 64 sm olmaqla iki ədəd ağaclar kəsilən zaman bitki orqanları yararlı olmuş və bioloji inkişafda olmuş, hazırda bitkinin kök sistemi güclü inkişaf edib, üzərində əlavə tumutcuqların hamısı yararlıdır, gövdələrin ətraflarında kök üzərində əlavə tumurcuqlardan başlanğıc götürmüş, üzərindəki yarpaq tumurcuqları inkişaf etmiş və yeni budaqların oduncaq diametrləri 6-7 smdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil edir. Maddi sübut qismində tanınma barədə müstəntiqin qərarından müəyyən edilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs sözügedən ağacları kəsməsini bildirdiyi və təqdim etdiyi 1 ədəd qara rəngli “Tiger” markalı motopila maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına verilmişdir. İsmayıllı rayon X12 X15 Poliklinika şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli PHŞ- 6-47/2-773/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞnin “narkoloji”, “ruhi-əsəb” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası ETSN-yi 6 saylı ETSİ-dən alınmış məktublardan görünür ki, sözügedən ağacların kəsilməsindən ötrü 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və İsmayıllı rayon İcra Hakimiyyətinə heç bir müraciət olunmamışdır. xx.xx.2023-cü il tarixli 2254 nömrəli nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri M.F.Axundov küçəsi dalan 2, ev 20-də qeydiyyatda olmaqla İsmayılı şəhəri Nizami küçəsi ev 16-da yaşayır, ailə tərkibi özündən, arvadından, 2002, 2003 və 2005-ci il təvəllüdlü övladlarından ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə şikayətlər daxil olmuşdur. İsmayıllı rayonu Sulut bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən İsmayıllı rayonu Sulut bələdiyyəsində texniki işçi vəzifəsində işləyir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair ifadə verərək özünü qismən təqsirli hesab etməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsinə dair protokollar, habelə məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşayış yeri üzrə müsbət xarakterizə olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Eyni zamanda təqsirləndirilən şəxsə maddənin sansiyasında olan azadlığın məhdudlaşdırıması cəzasının təyin edilməsi onun ailəsinin həyat şəraitini daha da pisləşdirəcəkdir. Belə ki, təqsirləndirilən şəxsin ailə vəziyyəti, maddi imkanı nəzərə alınmaqla məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyəti onun barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Müstəntiqinin 12 oktyabr 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin MSSK-da saxlanılan İsmayıllı rayonu Polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş 1 ədəd “Tiger” markalı motorlu mişar hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 210 (iki yüz on) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan 210 (iki yüz on) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut - İsmayıllı rayonu Polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş 1 ədəd “Tiger” markalı motorlu mişar hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar