Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-4/2025 25.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 müdafiəçisi- İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi- İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 Sadədin oğlunun iştirakı ilə 25 fevral 2025-ci il tarixdə saat 12:50-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 2001-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, (FİN xxxxxxx) Təqsirləndirilən şəxs3, xx xxxxxxxx 1994-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına seçilmiş, (FİN xxxxxxx) Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1988-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Zarağan kəndində M.Abduyev küçəsi ev 4, mənzil 48-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına seçilmiş, (FİN xxxxxxx) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, xx.xx.2024-cü il tarixdə İsmayıllı şəhər sakini Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq tikintidə istifadə etmək üçün dəmir dirəklər lazım olduğunu və dəmir dirəkləri icarəyə götürmək istədiyini yalandan söyləyib Zərərçəkmiş şəxs inandırmaqla etibarından sui-istifadə edərək aldatmış, sonuncu onun təklifi ilə razılaşdıqdan sonra o, əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində qabaqcadan aralarında olan razılığa və rol bölgüsünə uyğun olaraq Zərərçəkmiş şəxs məxus İsmayıllı şəhəri, Şəhriyar küçəsi, 5 saylı ünvanda yerləşən evə gedib orada olmuş bir ədədinin dəyəri 25 manat təşkil edən cəmi 300 ədəd dəmir dirəkləri özləri ilə gətirdikləri, dövlət qeydiyyat nişanı və sürücüsü müəyyən edilməyən “Ford” markalı avtomobilə yükləyərək qəsdən ələ keçirib Bakı şəhərinə apararaq Təqsirləndirilən şəxs2 göstərdiyi Bakı şəhərinin Binəqədi rayonunun Boksol yolu adlanan ərazisində yerləşən tikinti malları dükanına 2860 manat pul müqabilində satmaqla, əldə etdikləri pulu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 7500 (yeddi min beş yüz) manat məbləğində əmlakı aldatma yolu ilə ələ keçirib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3, xx.xx.2024-cü il tarixdə İsmayıllı şəhər sakini Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq tikintidə istifadə etmək üçün dəmir dirəklər lazım olduğunu və dəmir dirəkləri icarəyə götürmək istədiyini yalandan söyləyib Zərərçəkmiş şəxs inandırmaqla etibarından sui-istifadə edərək aldatmış, sonuncu onun təklifi ilə razılaşdıqdan sonra o, əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində qabaqcadan aralarında olan razılığa və rol bölgüsünə uyğun olaraq Zərərçəkmiş şəxs məxus İsmayıllı şəhəri, Şəhriyar küçəsi, 5 saylı ünvanda yerləşən evə gedib orada olmuş bir ədədinin dəyəri 25 manat təşkil edən cəmi 300 ədəd dəmir dirəkləri özləri ilə gətirdikləri, dövlət qeydiyyat nişanı və sürücüsü istintaqla müəyyən edilməyən “Ford” markalı avtomobilə yükləyərək qəsdən ələ keçirib Bakı şəhərinə apararaq onun göstərdiyi Bakı şəhərinin Binəqədi rayonunun Boksol yolu adlanan ərazisində yerləşən tikinti malları dükanına 2860 manat pul müqabilində satmaqla, əldə etdikləri pulu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 7500 (yeddi min beş yüz) manat məbləğində əmlakı aldatma yolu ilə ələ keçirib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs3, xx.xx.2024-cü il tarixdə İsmayıllı şəhər sakini Zərərçəkmiş şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq tikintidə istifadə etmək üçün dəmir dirəklər lazım olduğunu və dəmir dirəkləri icarəyə götürmək istədiyini yalandan söyləyib Zərərçəkmiş şəxs inandırmaqla etibarından sui-istifadə edərək aldatmış, sonuncu onun təklifi ilə razılaşdıqdan sonra o, əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində qabaqcadan aralarında olan razılığa və rol bölgüsünə uyğun olaraq Zərərçəkmiş şəxs məxus İsmayıllı şəhəri, Şəhriyar küçəsi, 5 saylı ünvanda yerləşən evə gedib orada olmuş bir ədədinin dəyəri 25 manat təşkil edən cəmi 300 ədəd dəmir dirəkləri özləri ilə gətirdikləri, dövlət qeydiyyat nişanı və sürücüsü istintaqla müəyyən edilməyən “Ford” markalı avtomobilə yükləyərək qəsdən ələ keçirib Bakı şəhərinə apararaq Təqsirləndirilən şəxs2 göstərdiyi Bakı şəhərinin Binəqədi rayonunun Boksol yolu adlanan ərazisində yerləşən tikinti malları dükanına 2860 manat pul müqabilində satmaqla, əldə etdikləri pulu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 7500 (yeddi min beş yüz) manat məbləğində əmlakı aldatma yolu ilə ələ keçirib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun yerliləridir, onlarla münasibətləri normal olmuşdur. xx.xx.2024cü il tarixdə Qəbələ şəhərində Ruslan və Turalla birlikdə kafelərdən birində əyləşib söhbət etmişlər. Söhbət əsnasında icarəyə dəmir götürüb satmaq qərarına gəlmişlər. Bu məqsədlə, xx.xx.2024-cü il tarixdə səhər saatlarında o və Tural, Təqsirləndirilən şəxs2 məxsus avtomobilə əyləşərək İsmayıllı rayonuna gəlmişlər. Orada yol üzərində olan tikinti materiallarının satışı mağazasının yanında dayanmışlar. Ruslan avtomobildən enərək mağazaya gedib geri qayıtmışdır. Ona yaxınlıqda dəmir dirək icarəyə verən şəxs olduğunu bildirib həmin adamın mobil nömrəsini götürdüyünü söyləmişdir. Bundan sonra onlar Qəbələ şəhərinə geri qayıtmışlar. Şəhərin girişində olan körpüdə avtomobildən enmişlər, Ruslan isə avtomobili yaxınlıqda saxlamışdır. Bu zaman Ruslan “Ford” lazım olduğunu bildirmişdir. Bundan sonra o, Sadiq adlı şəxslə əlaqə yaradaraq vəziyyəti izah etmiş, dəmir dirəkləri İsmayıllı rayonundan götürüb Bakıya aparmasını xahiş etmişdir. Onlar 200 manat müqabilində razılaşmışlar. Bundan sonra isə Bakı şəhərinə getmək üçün maşın tapmışdır. Bundan sonra isə Ruslan və o, Qaya adlı şəxsə məxsus “Opel” markalı avtomobillə, Tural isə Sadiq adlı şəxsə məxsus “Ford” markalı avtomobillə İsmayıllı rayonuna yola düşmüşlər. Yolda olarkən Ruslan onun mobil telefonunu alaraq dəmir dirəklərin sahibi Cəlal adlı şəxslə danışmışdır. Danışıq zamanı ona İsmayıllı rayonu Qurbanəfəndi kəndində villa tikdirdiyini, orada 2 ədəd hovuz inşa etdirəcəyini, bunun üçün ona 340 ədəd dəmir dirək lazım olduğunu bildirmişdir. Onlar saat 17 radələrində İsmayıllı rayonuna gəlmişlər. Bundan sonra Tural da Sadiq adlı şəxsə məxsus “Ford” markalı avtomobillə gəlib çatmışdır. Daha sonra isə dirəklərin sahibinin izah etdiyi qaydada gedərək ünvanı tapmışlar. Orada onları Cəlalın atası Malik gözləmiş, onlar avtomobildən düşüb onunla salamlaşdıqdan sonra Turalla birlikdə dirəkləri “Ford”a yığmağa başlamışlar. Onlar yığdıqca Cəlalın atası dəmirləri saymışdır. Bir qədər yığdıqdan sonra Ruslan da avtomobildən enərək onlara kömək etməyə başlamışdır. 300 ədəd dirək yığdıqdan sonra isə “Ford”un yük yeri dolmuşdur. Bu zaman Ruslan onun mobil telefonundan Cəlala təkrar zəng edərək 340 ədəd deyil, 300 ədəd dirəklərin yerləşdiyini, qalan dirəkləri sabah gəlib aparacağını bildirib icarə haqqını ödəmək üçün özünə məxsus kart hesabını göndərməsini istəmişdir. Bundan sonra o, Tural və Ruslan Qaya adlı şəxsə məxsus “Opel” markalı avtomobilə əyləşib Bakı şəhərinə doğru hərəkətə başlamışlar. “Ford” da onların arxasınca gəlmişdir. Yol boyu Cəlal bir neçə dəfə onun mobil nömrəsinə zəng etmiş, o isə telefonu danışması üçün Ruslana vermişdir. Ruslan hər dəfə bir bəhanə gətirib gah avtomobilin təkərinin partladığını, gah benzin qurtardığını bildirib pulu göndərəcəyini demişdir. Onlar Bakı şəhərinə çatdıqdan sonra Ruslanın tapdığı, dirəkləri alacaq şəxsin göndərdiyi məkana naviqator vasitəsi ilə getmişlər. Ora çatdıqdan sonra Ruslan və Tural avtomobildən enərək həmin şəxslə görüşüb nəsə danışmışlar. Daha sonra Ruslan yanına gələrək dirəklərdən bir neçəsinin yararsız olduğunu, buna görə də həmin yararsız dirəklərin metal tullantı kimi alınacağını bildirmişdir. O da, etiraz etməmişdir. Bir qədər sonra ikisi də yanına gəlmişlər. Ruslan ona 500 manat pul vermiş və dirəklərin birini 12 manatdan satdığını söyləmişdir. O isə ona bu halda pulun çox olmalı olduğunu bildirmişdir. Ruslan isə ona olan pulun bu olduğunu, özünə və Turala da 500 manat çatdığını bildirmişdir. O isə daha heç nə söyləməmişdir. Bundan sonra Ruslan “Ford” və “Opel” markalı avtomobillərin pulunu verib yola salmışdır. Bundan sonra onlar taksi tutaraq “Şamaxinka” deyilən əraziyə getmişlər. Orada olanda Ruslan icarə haqqı olan 510 manatı Cəlal göndərmək üçün terminala getmişdir. Lakin daha sonra gələrək alınmadığını, özünə məxsus kartı ona verməyini və pulu onun kartına ataraq Cəlalın bildirdiyi kart hesabına köçürəcəyini söyləmişdir. O isə etiraz etməmiş və razılaşmışdır. Bundan sonra Ruslan 510 manat pulu onun kart hesabıma göndərmiş və telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsi ilə Cəlala məxsus kart hesabına atmışdır. Bundan sonra onlar orada olan kafelərdən birində çörək yemiş və geri qayıtmağa hazırlaşmışlar. Orada dayanmış avtomobillərin birinə əyləşmiş və Qəbələ rayonuna qayıtmağa başlamışlar. Qəbələyə çatdıqda isə Ruslan və Tural şəhərin girişində olan körpüdə düşərək Ruslanın avtomobilinə minib getmişlər. O isə yoluna davam edib yaşadığı ünvana gəlmişdir. Daha sonra isə eşitmişdir ki, Cəlal onlardan İsmayıllı RPŞ-nə şikayət etmişdir. Sözügedən cinayət əməlini Ruslan və Turalla birlikdə törətmişdır. Barəsindəki cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan əlavə, o, törətdiyi cinayətə görə vurulmuş ziyanın 25% olaraq özünün payına düşən 626 manat pul vəsaitini X2 müvafiq hesabına ödənilmişdir. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qəbələ rayonu Zarağan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun tanışlarıdır, onlarla münasibəti yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs3 rayon ərazisində olduğu zaman ona yaxınlaşaraq satılıq dəmir olduğunu, ona satmaqda kömək etməyini xahiş etmiş və ona da pul verəcəyini bildirmişdir. O isə etiraz etməmiş və razılaşmışdır. Bundan sonra o, “Lalafo.az” saytında axtarış edərək dəmir dirək alan şəxsləri araşdırmışdır. Onlardan birinə sayt vasitəsi ilə dəmir alıb almadığını soruşmuşdur. Həmin şəxs aldığını bildirdikdə isə qiyməti soruşmuş, o isə, bir ədədini 12 manat alacağını söyləmişdir. O, razılaşdıqdan sonra həmin şəxsin mobil nömrəsini götürüb Rafiqə vermiş və ona dəmir dirəklərin bir ədədini 10 manata alacağını bildirib hər dirəkdə 2 manatının ona qalacağını bildirmişdir. Rafiq isə razılaşmışdır. Bundan təxminən 1 saat sonra Rafiq ona zəng edərək hazır olmağını, gəlib götürəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra Rafiq tanımadığı maşınla gələrək onu evdən götürmüş və onlar İsmayıllı rayonuna gəlmişlər. Orada bir qədər gözlədikdən sonra ağ rəngli “Ford” markalı avtomobil gəlmişdir. Bundan sonra ara məhlələrdən birinə getmişlər. Orada olarkən Rafiq avtomobildən enmiş və gəldikləri evdə ev sahibi ilə görüşüb içəridən dəmir dirəkləri “Ford”a yükləməyə başlamışdır. Bu zaman Rafiqlə birlikdə tanışı Təqsirləndirilən şəxs1 da dirək yüklədiyini görmüşdür. Bir müddət sonra isə Rafiq ona yaxınlaşaraq kömək etməyini xahiş etmişdir. O da avtomobildən enərək ev sahibindən əlcək istəyib dirəkləri yükləməyə kömək etmişdir. 300 ədəd dirək yüklədikdən sonra “Ford”u yük yeri dolmuşdur. Bu zaman Rafiq dirəklərin sahibi Cəlal adlı şəxsə zəng edərək 340 ədəd deyil, 300 ədəd dirəklərin yerləşdiyini, qalan dirəkləri sabah gəlib aparacağını bildirib icarə haqqını ödəmək üçün özünə məxsus kart hesabını göndərməsini istəmişdir. Dirəkləri yüklədikdən sonra onlar təkrar avtomobillərə əyləşmişlər. Bu zaman Tural “Ford” markalı avtomobilə əyləşmişdir. Bu zaman Rafiq Turalı çağıraraq onların olduğu avtomobildə əyləşməsini bildirmişdir. Bundan sonra onlar hərəkətə başlamışlar. “Ford” da onların arxasınca gəlmişdir. Yol boyu Cəlal bir neçə dəfə Rafiqə zəng etmiş, Rafiq hər dəfə bir bəhanə gətirib gah avtomobilin təkərinin partladığını, gah benzin qurtardığını bildirib pulu göndərəcəyini demişdir. Onlar Bakı şəhərinə çatdıqdan sonra o, tapdığı, dirəkləri alacaq şəxsin göndərdiyi məkana naviqator vasitəsi ilə getmişlər. Ora çatdıqdan sonra o və Tural avtomobildən enərək həmin şəxslə görüşüb danışmışlar. Həmin şəxs onlardan şəxsiyyət vəsiqəsi istədikdə isə o, üzərində olmadığı üçün Tural öz şəxsiyyət vəsiqəsini verməli olmuşdur. Bundan sonra isə onlar həmin şəxsin ona bildirdiyi məzmunda yazılı kağız yazaraq imzalamış və alan şəxsə vermişlər. Bundan sonra dirəklər boşaldılmışdır. O, həmin adamdan 2860 manat pul almış, bundan sonra Rafiq “Ford” və “Opel” markalı avtomobillərin pulunu verib yola salmışdır. Bundan sonra onlar həmin ərazidə oturub birlikdə çörək yemişlər. Daha sonra taksi tutaraq “Şamaxinka” deyilən əraziyə getmişlər. Orada olanda Rafiq icarə haqqı olan 510 manatı Cəlal göndərmək üçün terminala getmişdir. Bundan sonra onlar geri qayıtmağa hazırlaşmışlar. Orada dayanmış avtomobillərə yaxınlaşdıqda tanışı olan Cəsarət adlı şəxsi görüb onun avtomobilinə əyləşmiş və Qəbələ rayonuna qayıtmağa başlamışlar. Qəbələyə çatdıqda isə o və Tural şəhərin girişində olan körpüdə düşərək ona məxsus avtomobilə minib evə getmişlər. Barəsindəki cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan əlavə, o, törətdiyi cinayətə görə vurulmuş ziyanın 25% olaraq özünün payına düşən 626 manat pul vəsaitini X2 müvafiq hesabına ödənilmişdir. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. xx.xx.2023-cü il tarixdə Qəbələ rayonunda işdə olduğu zaman ***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmişdir. Həmin şəxs ona İsmayıllı rayonundan 200 ədəd dəmir dirək gətirəcəyini, həmin dirəkləri yükləməkdə kömək edə bilib bilməyəcəyini soruşmuşdur. O, həmin şəxsə yükləmək və boşaltmaq qarşılığında 60 manat zəhmət haqqı demişdir. Onlar razılaşdıqdan sonra həmin şəxs ona İsmayıllı rayonuna gəlməyini, dairəvi yolda düşməyini tapşırmış və yol kənarında ağ rəngli “Ford” markalı avtomobilin gözlədiyini bildirmişdir. O da, yol avtomobillərindən birinə əyləşib İsmayıllı rayonuna gələrək dairəvi yolda düşmüşdür. Yol kənarında olan ağ rəngli ford markalı avtomobilə yaxınlaşmışdır. Avtomobilə əyləşdikdən sonra hərəkətə başlamışlar. Yolda olan zaman Təqsirləndirilən şəxs3 adlı Qəbələ şəhər sakini ona mobil nömrə verərək dəmirlərin sahibinin olduğunu, onunla əlaqə saxlayaraq evin yerini öyrənməyini tapşırmışdır. Həmin zaman Rafiqin səsindən onu iş üçün İsmayıllıya dəvət edən şəxs olduğunu anlamışdır. O, deyiləni etdikdən sonra isə onlar həmin evə getmişlər. O, ora çatanda fordun qarşısında opel markalı avtomobil də olmuşdur. Həmin opel də arxalarınca gəlməyə başlamışdır. Onlar hərəkət edərək göy rəngli darvazanın qarşısında dayanmışlar. Orada onları yaşlı bir kişi gözləyirmiş. Onlar avtomobildən düşərək kişi ilə salamlaşıb həyətə daxil olmuş və orada olan dəmir dirəkləri Rafiqlə birlikdə avtomobilə yığmağa başlamışlar. Yüklədikləri zaman Opek markalı avtomobildən əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 də düşərək onlara kömək etməyə başlamışdır. Onlar ford markalı avtomobilə 300 ədəd dəmir dirək yükləmişlər. Yüklədikdən sonra opel markalı avtomobilə əyləşib Bakı şəhərinə getmişlər. Bakıya çatdıqdan sonra isə tanımadığı ünvanda olan tikinti materialları mağazasına getmişlər. Orada isə o, dəmirləri boşaltmaq üçün avtomobildən enmişdir. Bir qədər sonra isə Ruslan yanına gələrək dəmirləri satmaq üçün şəxsiyyət vəsiqəsi lazım olduğunu, öz şəxsiyyət vəsiqəsinin burda olmadığını bildirib ona məxsus şəxsiyyət vəsiqəsini istəmişdir. O isə Ruslanı tanıdığı üçün şəxsiyyət vəsiqəsini ona vermişdir. Eyni zamanda isə ora gələn mağaza işçisi ondan kağıza dəmirlərin ona məxsus olmasını, oğurluq olmamasını yazmağını istəmişdir. O isə deyilən kağızı yazaraq həmin şəxsə vermişdir. Bundan sonra mağazanın fəhlələri dəmirləri boşaltmağa başlamışdır. Onlar isə oradan çıxıb çörək yeməyə getmişlər. Çörək yeyən zaman isə Təqsirləndirilən şəxs3 ona 30 manat zəhmət haqqı vermişdir. Daha sonra isə onlar şəhərlərarası taksi taparaq Qəbələ rayonuna qayıtmışlar. O da, oradan evinə getmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək bildirmişdir ki, həmin hadisə xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində İsmayıllı rayonunda tanımadığı ünvanda baş vermişdir. Hadisə vaxtı orada o, ev sahibi, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və “Opel“ və “Ford” markalı avtomobildə əyləşmiş 2 nəfər sürücü olmuşdur. O, oraya “Ford” markalı ağ avtomaşınla, Rafiq və Ruslan isə “Opel “ markalı avtomobillə gəlmiş, dəmir dirəklər o, Ruslan və Rafiq tərəfindən “Ford” markalı avtomobilə yüklənmiş və həmin avtomobillə daşınmışdır. Həmin avtomobil “Ford” markalı olmaqla, ağ rəngdə olmuşdur. Lakin hadisə zamanı qaranlıq olduğu üçün dövlət qeydiyyat nişanını görə bilməmişdir. Sürücüsü isə Qəbələ sakini Sadiq Əfəndiyev olmuşdur. Həmin avtomobil “Opel” markalı olmaqla, səhv etmirsə ya qara, ya da badımcanı rəngdə olmuşdur. Lakin hadisə zamanı qaranlıq olduğu üçün dövlət qeydiyyat nişanını görə bilməmişdir. Sürücüsü isə Qəbələ sakini Qaya adlı şəxs olmuşdur. O, həmin dirəklərin qanunsuz yolla ələ keçirilməsindən xəbərdar deyil. Belə ki, Təqsirləndirilən şəxs3 ona zəng edərək İsmayıllı rayonundan 200 ədəd dəmir dirək gətirəcəyini, həmin dirəkləri yükləməkdə kömək edə bilib bilməyəcəyini bildirmiş, dirəkləri Bakı şəhərinə aparacağını söyləməmiş, bu barədə sonradan məlumatı olmuş, o, ora fəhlə kimi gəlmiş və işinin əvəzində isə 30 manat pul alıb geri qayıtmışdır. Onun başına ilk dəfədir ki, belə iş gəlir. Ona görə də tutlmaqdan qorxduğu üçün o məzmunda izahat vermişdir. Əslində isə o, həmin şəxsləri tanıyır. Onlar Qəbələ şəhər sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2dur. Şəxsiyyət vəsiqəsinə gəlincə isə Ruslan yanına gələrək dəmirləri satmaq üçün şəxsiyyət vəsiqəsi lazım olduğunu, öz şəxsiyyət vəsiqəsinin burda olmadığını bildirib ona məxsus şəxsiyyət vəsiqəsini istəmişdir. O isə Ruslanı tanıdığı üçün şəxsiyyət vəsiqəsini ona vermişdir. Eyni zamanda isə ora gələn mağaza işçisi ondan kağıza dəmirlərin ona məxsus olmasını, oğurluq olmamasını yazmağını istəmişdir. O isə deyilən kağızı yazaraq həmin şəxsə vermişdir. Barəsindəki cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan əlavə, o, törətdiyi cinayətə görə vurulmuş ziyanın 25% olaraq özünün payına düşən 626 manat pul vəsaitini X2 müvafiq hesabına ödənilmişdir. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu Cülyan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. “İsmayıllı KMK”-da mühəndis vəzifəsində işləyir. Kirayəyə tikinti materialları da verir. xx.xx.2023-cü il tarixdə saat 16:31-də ***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmişdir. Həmin şəxs ona İsmayıllı rayonu Qurbanəfəndi kəndindən olduğunu, həmin kəndin alt tərəfində 2 ədəd hovuz və 1 ədəd ev tikdirdiyini, həmin tikintidə nəzarətçi olduğunu, tikinti üçün 340 ədəd dəmir dirəklər lazım olduğunu bildirib kirayə verib verə bilməyəcəyini soruşmuşdur. O, ona 1 ədəd dirəyin günlük 10 qəpikdən hesablanacağını, 340 ədəd dirəyin günlük 34 manat kirayə haqqı tutacağını bildirmişdir. Həmin şəxs ona 17 gün lazım olduğunu bildirdikdə isə, kirayə haqqının 578 manat olacağını bildirmişdir. Onlar razılaşdıqdan sonra İsmayıllı rayonu Çayqovuşan kəndində işlədiyi üçün gələ bilmədiyini bildirmiş və ev ünvanını başa salaraq ora getməsini, evdə atasının onları gözləyəcəyini bildirmişdir. Bundan sonra atası Şahid zəng edərək müştəri gələcəyini, 340 ədəd dirək aparacaqlarını bildirərək evin qarşısında onları qarşılamasını və pulu almamış dirəkləri verməməsini söyləmişdir. Bir müddət sonra həmin şəxs ona təkrar zəng edərək göndərdiyi avtomobilə 340 deyil, 300 ədəd dirəyin yerləşdiyini bildirmişdir. O isə etiraz etməmiş və 300 dirək üçün 510 manat kirayə haqqının olacağını bildirmişdir. Həmin şəxs hazırda Bakı şəhərində olduğunu, rayona gəldiyini bildirib pulu göndərməyi üçün kart hesabı istəmişdir. O isə istifadəsində olan “Xalq Bank”a aid 4198-4185-6389-4672 saylı kart hesabını göndərmişdir. Lakin həmin şəxs ona pulu göndərməmişdir. O, həmin şəxsə bir neçə dəfə zəng edəndə ona bir neçə dəqiqəyə göndərəcəyini bildirsə də, göndərməmişdir. Bundan sonra o, həmin şəxsin qeyd etdiyi İsmayıllı rayonu Qurbanəfəndi kəndinə gedərək orada olan tanışlarından həmin kənddə yaşayan dostlarından həmin ərazidə yeni obyekt və ya ev tikilib tikilmədiyini soruşmuşdur. Onlar ona elə bir tikintinin olmadığını bildirdikdə, o, həmin şəxsə və dəmir dirəkləri yükləyən fəhlələrdən birinin ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Özünü Tural kimi təqdim edən həmin şəxs İsmayıllı rayonu Qurbanəfəndi kəndindən olduğunu bildirmişdir. Həmin zaman yanında olan tanışları ləhcəsindən onun kənd sakini olmadığını dediyi anda isə Tural adlı şəxs mobil telefonunu söndürmüşdür. Bundan sonra o, axşam saat 22 radələrində özünü nəzarətçi kimi təqdim edən şəxsə zəng edib harada olduğunu və dərhal dirəklərini geri gətirməsini bildirmişdir. O isə ona yolda olduğunu, rayona gəldiyini, bir neçə dəqiqəyə pulunu atacağını bildirmişdir. Saat 23 radələrində həmin şəxsə verdiyi “Xalq Bank”a aid 4198-4185-6389-4672 saylı kart hesabına 510 manat pul yüklənmişdir. O, həmin şəxsə zəng edib pulu deyil, dirəkləri istədiyini bildirmişdir. O isə ona, dirəkləri növbəti gün nahar vaxtına qədər gətirəcəyini, lakin pulun qaytarmağını istəmişdir. O da, razılaşmışdır. xx.xx.2023-cü il tarixdə həmin şəxsə bir neçə dəfə zəng etsə də, telefonun sönülü olmasını görmüşdür. Bundan sonra dəmir dirəkləri yükləyən özünü Tural kimi təqdim edən şəxsə zəng etdiyində o, əslən Qəbələ rayonundan olduğunu, ona Qurbanəfəndi kəndindən olmasını bildirməsini ona özünü nəzarətçi kimi təqdim edən şəxsin söylədiyini, fəhlə olduğunu, bu işdən heç bir xəbərinin olmadığını bildirmişdir. Bütün bunlardan sonra o, aldadıldığını anlamış və hadisə ilə bağlı polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsinə davam edərək bildirmişdir ki, həmin hadisə xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində ona məxsus İsmayıllı şəhəri Şəhriyar küçəsi ev 5 ünvanında baş vermişdir. Hadisə vaxtı orada atası Şahid, özünü Tural kimi təqdim etmiş fəhlə, tanımadığı 2 nəfər fəhlə və “Opel “ markalı avtomobildə əyləşmiş 1 nəfər başqa şəxs də olmuşdur. Həmin 3 nəfər fəhlə oraya “Ford” markalı ağ avtomaşınla, digər 1 nəfər şəxs isə “Opel “ markalı avtomobillə gəlmiş, dəmir dirəklər fəhlələr tərəfindən “Ford” markalı avtomobilə yüklənmiş və həmin avtomobillə daşınmışdır. Həmin avtomobil “Ford” markalı olmaqla, ağ rəngdə olmuşdur. Lakin hadisə zamanı İsmayıllı rayonu Çayqovuşan kəndində işlədiyi üçün dövlət qeydiyyat nişanı barədə məlumatı yoxdur. O, Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 aprel 2024-cü il tarixli 9/1429 №-li rəyi ilə tanış olmuşdur. Həmin rəylə razıdır. Belə ki, o, İsmayıllı RPŞ-nə etdiyi müraciətində dirəklərin qiymətini aldığı qiymətlə bildirmişdir. Lakin həmin dirəklərin orta istismar müddəti və orta istismar intesivliyi parametrlərinə müvafiq olaraq 1 ədədinin 25 manatdan hesablanmaqla cəmi 7500 manat dəyərləndirilməsi ilə tam razıdır. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, o, onları bağışlamışdır, onun Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində, həmçinin maddi ziyanla bağlı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilməmiş cinayət işi üzrə Şahid ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu Cülyan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Oğlu Cəlal kirayəyə tikinti materialları verir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində zəng edərək İsmayıllı rayonu Qurbanəfəndi kəndindən müştəri gələcəyini, 340 ədəd dirək aparacaqlarını bildirərək evin qarşısında onları qarşılamağını və pulu almamış dirəkləri verməməyini söyləmişdir. O da, bundan sonra idarə etdiyi avtomobillə İsmayıllı şəhəri Şəhriyar küçəsi ev 5 ünvanında yerləşən evinə gedib həyətin giriş qapısının qarşısında dayanıb gözləməyə başlamışdır. Bir qədər sonra ağ rəngli “Ford” markalı avtomobil yanına gəlmişdir. Avtomobildən enən 2- 3 nəfər fəhlələr salamlaşdıqdan sonra o, qapını açmışdır. Bundan sonra onlar giriş qapıdan sol tərəfdə olan quraqlıqda yerə yığılmış halda olan dəmir dirəkləri avtomobilə yığmağa başlamışlar. O, isə onlara nəzarət edərək yığılan dirəkləri sayırmış. Həmin vaxtı “Opel” markalı avtomobil də gəlib yanlarında dayanmış və avtomobildən enib salamlaşaraq həyətə girib fəhlələrə baxmağa başlamışdır. Daha sonra çölə çıxıb avtomobilə oturmuşdur. Bir müddət sonra fəhlələr dəmir dirəkləri yükləyib ona “əmi, 340 ədəd sığışmadı, 300 ədəd yükləyə bildik, özündə qeyd etdin?” deyə bildirmişdir. O isə avtomobilə yığılan dəmir dirəkləri saydığını və 300 ədəd olduğunu bildirmişdir. Bundan sonra onlar sağollaşıb avtomobilə minmişlər. O isə həyətin işıqlarını söndürüb qapını bağlamışdır. Həmin anda “Opel” markalı avtomobilin artıq uzaqlaşdığını görmüşdür. “Ford” markalı avtomobil isə arxa-arxaya hərəkət edərək çıxıb getmişdir. Şahid ifadəinə davam edərək bildirmişdir ki, həmin hadisə xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində oğluna məxsus İsmayıllı şəhəri Şəhriyar küçəsi ev 5 ünvanında baş vermişdir. Hadisə vaxtı orada o, özünü Tural kimi təqdim etmiş fəhlə, tanımadığı 2 nəfər fəhlə və “Opel “ markalı avtomobildə əyləşmiş 1 nəfər başqa şəxs də olmuşdur. Həmin 3 nəfər fəhlə oraya “Ford” markalı ağ avtomaşınla, digər 1 nəfər şəxs isə “Opel “ markalı avtomobillə gəlmiş, dəmir dirəklər fəhlələr tərəfindən “Ford” markalı avtomobilə yüklənmiş və həmin avtomobillə daşınmışdır. Həmin avtomobil “Ford” markalı olmaqla, ağ rəngdə olmuşdur. Lakin hadisə zamanı qaranlıq olduğu üçün dövlət qeydiyyat nişanını görə bilməmişdir. Həmin avtomobil “Opel” markalı olmaqla, ya qara, ya da badımcanı rəngdə olmuşdur. Lakin hadisə zamanı qaranlıq olduğu üçün dövlət qeydiyyat nişanını görə bilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişlər. Təqsirləndirilən şəxs2 isə əvvəllər məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 83cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Şubhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə əsaslı şübhələr olduğundan o, xx.xx.2024-cü il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. Şubhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə əsaslı şübhələr olduğundan o, xx.xx.2024-cü il tarixdə, saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və onlar həmin gün İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanılma yerindən dərhal azad edilmişlər. Qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki,Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Hadisə yerinə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, İsmayıllı şəhər Şəhriyar küçəsi ev 5 ünvanında yerləşən, vət. Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer İsmayıllı şəhəri Şəhriyar küçəsində yerləşən həmin 5 saylı fərdi yaşayış evidir. Belə ki, həmin evin ətrafı mişar daşından hasarla hasarlanmış, girişi isə göy rəngli, iki laylı dəmir darvazadan ibarətdir. Həyətyanı sahədə iki mərtəbəli fərdi yaşayış evi, evin qarşısında isə quraqlıq vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində özünü İsmayıllı rayonu Qurbanəfəndi sakini kimi təqdim etmiş tanımadığı şəxsin zəng edərək həmin kənddə tikinti işi ilə məşğul olduğunu, tikinti üçün kirayə dəmir dirəklər götürmək istədiyini, o, razılıq verdikdə isə saat 17 radələrində dövlət qeydiyyat nişanını bilmədiyi “Ford” markalı avtomobilin yaşadığı ünvana gedərək o, evdə olmadığı zaman atasından 01 ədədinin dəyəri 35 manat olmaqla ümumilikdə 10.500 manat dəyərində 300 ədəd dəmir dirəkləri götürüb apardığını, həmin dirəkləri qaytarmadığını, hazırda həmin şəxsin mobil telefonunu söndürdüyünü bildirmişdir. Baxış zamanı hər hansı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Hadisə yerinə baxış keçirilməsinə dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Boksol yolunda yerləşən tikinti materialları mağazasına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus dəmir dirəklərin satıldığı yer, Bakı şəhəri Binəqədi rayonu Boksol yolunda yerləşən həmin tikinti materialları mağazasıdır. Mağaza yolun sol tərəfində yerləşməklə, təxminən 200 m2 ərazini əhatə edir. Mağazanın qarşısında yerləşən yoldan Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsinə və “Koroğlu” metro stansiyasına hərəkət mümkündür. Baxışda iştirak edən mağazanın müdiri X6 02 ədəd kağızları təqdim edərək xx.xx.2024-cü il tarixdə saat 23 radələrində adları qeyd olunan şəxslərin mağazaya gələrək dəmir satmaq istədiklərini, razılaşdıqdan sonra “Ford” markalı avtomobildə olmuş 255 ədəd dəmir dirəkləri boşaltdıqlarını və həmin dirəkləri 2860 manat müqabilində aldığını bildirmişdir. Baxış zamanı mağazanın video müşahidə kamerası ilə təchiz olunduğu, həmin kameranın yaddaş daşıyıcısının 10 günlük intervalla saxlama qabiliyyəti olduğu müəyyən edildiyi üçün dəmir dirəklərin satılmasına dair görüntülər aşkar edilmədi. Baxış zamanı üzərində, dəmir dirəklərin 2860 manat müqabilində satılmasına dair yazılar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 imzaları, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 mobil nömrələri, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin surəti olan 02 ədəd yazılı kağızlar aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürüləcəkdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa əşya və ya predtmet aşkar edilməmiş və ya götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 aprel 2024-cü il tarixli 9/1429 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən, 300 ədəd 2.20 m uzunluqda, tikintidə beton konsturiksiyası zamanı dayaq kimi istifadə olunan dəmir dirəklərin orta istismar müddəti və orta istismar intesivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar satış qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 7500.00 manat (300x25 manat) müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 iyul 2024-cü il tarixli 9/4536 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən, 300 ədəd 2.20 m uzunluqda, tikintidə beton konsturiksiyası zamanı dayaq kimi istifadə olunan dəmir dirəklərin orta istismar müddəti və orta istismar intesivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar satış qiyməti ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 7500.00 manat (300x25 manat) müəyyən olunur. Odur ki, cinayət işi üzrə Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 iyul 2024-cü il tarixli 9/4536 №-li rəyi sübut kimi qiymətləndirilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Qəbələ rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli 18-1-52/2- 653/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Qəbələ rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Psixoloji” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun 1 saylı X1 alınmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-72492/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 filialdan 80.00 (səksən) manat məbləğində müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Qəbələ rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli 18-1-52/2- 654/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Qəbələ rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Psixoloji” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqin maddi sübut qismində tanınmasına dair qərarından görünür ki, cinayət işi üzrə X4 təqdim etdiyi əşyaya baxış keçirilən zaman götürülmüş, 02 ədəd imzalı yazılı kağızlar maddi subut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan görünür ki, onların törətdikləri cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində manat maddi ziyan vurulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən müştərək qaydada həmin ziyan Zərərçəkmiş şəxs tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən sonunculara qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdıqlarını, ona vurmuş olduğu zyanı ödədiklərini, dövlət nəfinə ödəniş etdiklərini, zərərçəkmiş şəxsin onlardan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və barələrində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında ayrı-ayrılıqda dövlət büdcəsinə ödəniş edilməsi üçün onlara müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vaxt verilmiş və onlar məhkəməyə törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə müvafiq bank qəbzlərini təqdim etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş bank ödənişlərinə dair qəbzlərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq ayrı-ayrılıqda hər biri 626 manat olmaqla ümumilikdə 1878 manat pul vəsaiti X2 müvafiq hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onların cinayət məsuliyyətindən azad edilmələrini təklif etdi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək onlar cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməli və onların barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri ləğv edilməlidir. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd üzərində qeydiyyatlar aparılmış kağızlar cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd üzərində qeydiyyatlar aparılmış kağızlar cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-4/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-4/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver