Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-40/2021 29.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi Müdafiəçi, Zərərçəkmiş şəxs İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 29 iyun 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 21 avqust 1992-ci ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, İsmayıllı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixlı 1(037)- 20/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 9 mart 2021-ci il tarixdə saat 02:00 radələrində İsmayıllı rayonu Cülyan kəndində yerləşən İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin inzibati binasının taxtadan olan pəncərəsinin şüşələrindən birini çıxardaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan otağa daxil olmaqla oradakı masaların üzərində quraşdırılmış, icra nümayəndəliyinin invertarı hesab edilən bir kompüter dəstinə aid bir ədəd 60 manat dəyərində “Samsung” markalı “LS17HAAKBUXSG” model monitoru, bir ədəd üzərində “İntex” sözləri yazılmış 350 manat dəyərində sistem bloku, bir ədəd 10 manat dəyərində klaviaturanı, bir ədəd 7 manat dəyərində “Samsung” markalı siçanı (mouse), bir ədəd 30 manat dəyərində “Mercury Elite 650 Pro” markalı UPS enerji qidalandırıcısını və digər kompüter dəstinə aid bir ədəd 80 manat dəyərində “HP” markalı “V194” model monitoru, bir ədəd 10 manat dəyərində klaviaturanı, bir ədəd 5 manat dəyərində “Molten” markalı siçanı (mouse), bir ədəd 30 manat dəyərində “600 VA” modelli UPS enerji qidalandırıcı cihazını götürüb daxil olduğu pəncərədən çölə çıxararaq aparmaqla qəsdən gizli olaraq talayıb Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə ümumilikdə 582 (beş yüz səksən iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 08 mart 2021-ci il tarixdə saat 18:00 radələrində atasına məxsus avtomobili idarə edərək İsmayıllı rayonu Cülyan kəndinə getmişdir. Orada olarkən İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyin binasında komputerlər olduğunu fikirləşmiş və həmin yerə yaxınlaşmışdır. Binanın mühafizəçisinin olmadığına əmin olduqdan sonra oradan oğurluq etməyi planlaşdırmışdır. İsmayıllı şəhərinə qayıdaraq gecənin düşməsini gözləmiş, gecə, yəni artıq 09 mart 2021-ci il tarixidə saat 02:00 radələrində Cülyan kəndinə qayıdaraq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyin binasına yaxınlaşmışdır. Avtomobili çöl tərəfdə saxladıqdan sonra binanın yerləşdiyi həyətinin açıq olan giriş qapısından həyətə daxil olmuşdur. Binaya yaxınlaşdıqda qapı-pəncərələrin bağlı olduğunu görmüşdür. Cibindəki alışqanın işığını vuraraq pəncərədən otağa baxdıqda otaqda masalarının üzərində komputerlərin olduğunu görmüşdür. Pəncərə şüşəsinin mismarlarını aralayaraq şüşəni yerindən çıxardıb kənara qoymuş və oradan otağa daxil olmuşdur. Otaqdakı iş masalarının üzərinə quraşdırılmış bir komputer dəstinə aid bir ədəd manitoru, bir ədəd prosessoru, bir ədəd klaviaturanı, bir ədəd siçanı və bir ədəd UPS enerji batareyasını bir-birlərindən ayıraraq pəncərənin həmin kiçik hissəsindən çıxartmaqla otaqdan çölə qoymuş, daha sonra otaqdaki digər masadakı komputer dəstinə aid olan bir ədəd manitoru, bir ədəd klaviaturanı, bir ədəd siçanı və bir ədəd UPS enerji batareyasını bir-birindən ayıraraq həmin pəncərədən ehtiyyatla keçirərək çölə qoymuşdur. Komputer dəstinə aid prosessor iri həcmlı olduğundan pəncərədən keçməmiş və həmin prosessoru götürməmişdir. Otağın digər yerlərinə baxsa da başqa qiymətli əşya və ya predmet tapa bilməmiş və pəncərənin həmin hissəsindən çölə çıxmışdır. Çölə çıxartdığı həmin əşyaları idarə etdiyi avtomobilə yerləşdirərək oradan uzaqlaşmışdır. Oğurladığı əmlakları evinə apara bilmədiyi üçün İsmayıllı- Qaraməryəm magistral yolunun yaxınlığındaki Qəzli kənd məzarlığında gizlətmişdir. Həmin gün saat 17:00 radələrində İsmayıllı şəhər ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olduğubildirmi və onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və elə ilkin sorğuda İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyin binasından oğurluq etdiyini, komputerlər və onun digər hissələrini oğurladığını etiraf etmişdir. Oğurluğu tək özü törətmiş, bu hadisədən kiminsə xəbəri olmamış və bu barədə özü də heç kimə bildirməmişdir. Oğurluğu maddi ehtiyaclarına görə törətmiş və etdiyi hərəkətindən peşman olmuşdur. Anası xəstə olmaqla daimi qayğıya və müalicəyə ehtiyacı vardır. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyir. Cülyan kənd icra nümayəndəliyin inzibati binası bir mərtəbədən ibarət olmaqla köhnə tikilidir. 09 mart 2021-ci il tarixdə işə gələn zaman nümayəndəliyin inzibati binasının iş otaqlarından birinin pəncərə şüşəsinin çərçivəsindən çıxarılaraq yerə qoyulduğunu görmüşdür. Otağın qapısını açaraq içəri daxil olmuş, otağının dağınıq olmasını, iş masalarının üzərində olmuş iki dəst Samsung və LG markalı komputerlərinin yerində olmadığını görmüşdür. Otaqdan oğurluq olunduğunu başa düşərək dərhal polisə məlumat vermişdir. Diqqətlə otağı nəzərdən keçirdikdə oradakı masanın üzərində olmuş bir komputer dəstinə aid bir ədəd monitor, bir ədəd prosessor, bir ədəd klavyatura, bir ədəd siçan və bir ədəd UPS enerji batareyasının, digər masanın üzərində olmuş komputer dəstindən isə bir ədəd monitor, bir ədəd klaviyatura, bir ədəd siçan və bir ədəd UPS enerji batareyasının oğurlandığını müəyyən etmişdir. Həmin komputer dəstinə aid prosessor isə yerində olmuşdur. Oğurlanmış əmlak nümayəndəliyin invertarı olmuş, bir dəst komputerin invertar dəyəri təxminən 1400 manat olmuş, digər komputer dəstinə aid bir ədəd monitor təxminən dəyəri 200 manat, bir ədəd klaviyaturanın dəyəri 30 manat, bir ədəd siçanın dəyəti təxminən 15 manat və bir ədəd UPS enerji batareyasının təxminən dəyəri 75 manat olmaqla icra nümayəndəliyinə ümumilikdə 1720 manat maddi ziyan vurulmuşdur. İstintaq zamanı icra nümayəndəliyindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində icra nümayəndəliyinin binasından oğurlanmış əmlakın dəyərinin 10 il işlənməsi nəzərə alınmaqla real bazar qiymətinin 582.00 manat olduğu müəyyən edilmişdir. Oğurlanmış inventar aşkar olunaraq işlək vəziyyətdə qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şаhid qismində dindirilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin mühasibi vəzifəsində işləyən X7 zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid X10 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nın rəisi vəzifəsində işləyir. 09 mart 2021-ci il tarixdə xidmətdə olarkən İsmayıllı rayon Cülyan kənd İƏD üzrə nümayəndəliyindən oğurluq hadisəsi barədə məlumat daxil olmuşdur. İstintaq-əməliyyat qrupunun tərkibində hadisə yerinə gedərək araşdırma aparılmış, hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyin inzibati binasının pəncərəsindən naməlum şəxsin qanunsuz içəri daxil olmaqla oradaki bir masanın üstündə yerləşdirilmiş bir dəst “Samsung” markalı komputer dəstini və digər iş masanın üzərindəki komputer dəstinə aid 01 ədəd monitoru, 01 ədəd klaviyaturanı, 01 ədəd siçanı, 01 ədəd UPS adlı enerji qidalandırıcı batareyasını oğurlamışdır. Oğurluq hadisəsinin baş verdiyi otaq səliqəsiz və dağınıq olmuşdur. İƏD üzrə nümayəndə Zərərçəkmiş şəxs ilə sorğu-sual edilərkən o, hadisə baş verməzdən əvvəlki günü işdən evinə qayıdan zaman otağın qapısını bağladığını, otağın içərisinin isə səliqəli və əşyaların yerində olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə müvafiq əməliyyat-axtarış tədbirləri keçirərək həmin gün saat 17:00 radələrində oğurluq hadisəsinin İsmayıllı rayon Quşencə kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsini aşkar etmişlər. İsrəfil Alizadə şübhəli şəxs qismində yaxalanaraq istintaqa təqdim edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs İsmayıllı RİHB-nın Cülyan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyin inzibati binasından oğurluq hadisəsini törətməsini etiraf etmiş və oğurladığı həmin əşyaları İsmayıllı rayonu Qəzli kəndi ərazisində yerləşən məzarlıqda gizlətdiyini bildirmiş və həmin əşyaları könüllü təqdim etmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. Hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs oğurluq hadisəsini haradan və hansı üsulla törətməsini, binaya və otağa necə daxil olmasını əyani olaraq göstərmişdir. Həmin oğurluq hadisəsi baş verən zaman kimlərin hadisəyə şahid olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyən X12 şahid Rauf Kərimov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. 09 mart 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, oğurluq hadisəsi İsmayıllı rayon Cülyan İƏD üzrə nümayəndəliyin inzibati binasından törədilmiş, həmin binadan bir ədəd “Samsung” markalı monitor, bir ədəd sistem (prosessor) bloku, iki ədəd klaviatura, bir ədəd “Samsung markalı siçan (mouse), bir ədəd UPS enerji qidalandırıcı, bir ədəd “HP” markalı monitor, bir ədəd “Molten” markalı siçan (mouse), bir ədəd “600 VA” modelli UPS enerji qidalandırıcı cihazın oğurlanması müəyyən edilmişdir. Həmin bir ədəd “Samsung” markalı monitor, bir ədəd sistem bloku, iki ədəd klaviatura, iki ədəd siçan (mouse), iki ədəd UPS enerji qidalandırıcı, bir ədəd “HP” markalı monitorun gizli yolla oğurlanması müəyyən edilmiş, həmçinin baxış zamanı oğurluq hadisəsi baş vermiş binanın xidməti otağının qapısından və otağda yerləşmiş masanın üzərindən ekspert-kriminalist tərəfindən cəmi dörd ədəd yararlı əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. 09 mart 2021-ci il tarixli “Təqdim olunmuş əşyalara baxış yerinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Qəzli kəndi ərazisində bir ədəd “Samsung” markalı monitoru, bir ədəd üzərində sistem (prosessor) bloku,iki ədəd klaviatura, iki ədəd siçanları (mouse),iki ədəd UPS enerji qidalandırıcı cihazları və bir ədəd “HP” markalı monitoru təqdim etmiş, həmin bir ədəd “Samsung” markalı monitora, bir ədəd üzərində sistem (prosessor) bloku, iki ədəd klaviaturaya, iki ədəd siçanlara (mouse), iki ədəd UPS enerji qidalandırıcı cihazlara və bir ədəd “HP” markalı monitora baxış keçirilmiş və həmin əşyalar iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 01 aprel 2021-ci il tarixli 011-2819-1221 nömrəli məktubdan görünür ki, 09 mart 2021-ci il tarixdə İsmayıllı rayon Cülyan kənd İƏD üzrə nümayəndəliyin inzibati binasında baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinə baxış keçirilən zaman götürülmüş əl-barmaq izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqatın nəticəsində həmin izlərdən bir ədədin Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağı ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünаslıq еkspеrtizаsının 06 aprel 2021-ci il tаriхli 9/1672 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 8 adda malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 582,00 manat müəyyən edilir. O cümlədən: - bir ədəd “Samsung” markalı “LS17HAAKBUXSG” model monitor – 60,00 manat; - bir ədəd üzərində “İntex” sözləri yazılmış sistem bloku– 350,00 manat; - 2 (iki) ədəd klaviatura– 20,00 manat; - bir ədəd “Samsung markalı siçan (mouse) – 7,00 manat; - bir ədəd “Mercury Elite 650 Pro” markalı UPS enerji qidalandırıcı – 30,00 manat; - bir ədəd “HP” markalı “V194” model monitor – 80,00 manat; - bir ədəd “Molten” markalı siçan (mouse) – 5,00 manat; - bir ədəd “600 VA” modelli UPS enerji qidalandırıcı cihaz – 30,00 manat təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-psixatrik ekspertizasının 17 mart 2021-ci il tаriхli 145 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hazırkı ekspertiza zamanı “yüngül ifadəli dissosiativ konversion pozuntu, özünükəsmələrlə xbt 10 (psixi davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F44.7 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (İsmayıllı MRX PHŞ tərəfindən verilmiş 17.03.2021 -ci il tarixli 02-02-391/21 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda yüngül emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, onda əsəbiliyə və konfliktə meyilli olması, tez qıcıqlanması, xırda qıcığa isterik tipli reaksiya ilə cavab verməsi, hərəkətlərində teatrallıq müşahidə edilməsi, diqqət mərkəzində olmağa çalışması, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs “yüngül ifadəli dissosiativ konversion pozuntu, özünükəsmələrlə xbt 10 (psixi davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F44.7” xəstəlik keçirməsinə baxmayaraq həmin xəstəliyin nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək etmək iqtidarındadır, Təqsirləndirilən şəxs hal-hazırda özü və ətrafdakılar üçün təhlükəli deyildir. 17 mart 2021-ci il tariхli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixlı 1(037)-20/2021nömrəli hökmünün surətindən və İsmayıllı rayon İcra və probasiya şöbəsinin 29 iyun 2021-ci il tarixli 90/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixlı 1(037)- 20/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün surəti və hökmün icrasına dair müvafiq göstəriş icra edilməsi üçün 21 aprel 2021-ci il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsində icrata qəbul edilmiş, məhkum Təqsirləndirilən şəxs cəzasını çəkməmişdir. İsmayıllı rayon X8 X11 Şöbəsindən alınmış 17 mart 2021-ci il tarixli 02-02-391/21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2012-ci il tarixdən “yüngül ifadəli dissosiativ-kommersion pozuntusu (yüngül ifadəli isterik nevroz) özünü kəsmələrlə” F.44.7 diaqnozu ilə İsmayıllı RMX-nın poliklinika şöbəsininin “Ruhi-Əsəb” kabinetində, 01 iyun 2019-cu tarixdən “narkomaniya diaqnozu ilə “Narkoloji” kabinetdə dispanser qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun 14 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli **********3 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik yanında Dövlət Sosial Müdafiə X15 Şəxsin 14 saylı regional ərazi filialından 29 yanvar 2013-cü il tarixdən 31 yanvar 2021-ci il tarixə qədər İİ qrup əlilliyə görə sosial müavinət almışdır. Əlilliyin müddəti bitdiyi üçün hal-hazırda filialdan heç bir növ pensiya və sosial müavinət almır. İsmayıllı rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli 02-02- 392/21 nömrəli məktubdan və məktubla daxil olmuş məlumat blankından görünür ki, Təqsirləndirilən şəxs Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəsinə dair məlumatda 13 iyun 2016-cı il tarixdə onun “kəskin ifadə olunmuş dissosiativ konversion pozuntusu emosional iradi pozuntu ilə özünü kəsmələr” diaqnozu ilə İİ qrup əlillik qərəcəsi təyin edilmiş və yüngül işlərdə işləyə bilməsi qeyd olunması qiymətləndirilərək təyinat verilmiş, əlillik və sağlamlıq imkanlarının məhdudlaşmasının 13 yanvar 2021-ci il tarixdə bitməsi qeyd olunmuşdur. 9 Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 17 may 2021-ci il tarixli qərarından görünür ki, bir ədəd zərfə qoyulmuş əl-barmaz izləri, bir ədəd “Samsung” markalı “LS17HAAKBUXSG” model monitor, bir ədəd üzərində “İntex” sözləri yazılmış sistem bloku, iki ədəd klaviatura, bir ədəd “Samsung markalı siçan (mouse), bir ədəd “Mercury Elite 650 Pro” markalı UPS enerji qidalandırıcı, bir ədəd “HP” markalı “V194” model monitor, bir ədəd “Molten” markalı siçan (mouse), 01 ədəd “600 VA” modelli UPS enerji qidalandırıcı cinayət işi üzrə maddi sübut qismində tanınmiş və saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmiş, əl-barmaz izləri isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 09 mart 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 09 mart 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdə saat 20:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 4(037)-11/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 09 mart 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 3(üç) ay həddində müəyyən edilmişdir. 02 aprel 2021-ci il il tarixli 194 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası X13, anası X2 ibarətdir. Yaşadığı yer üzrə nümayəndəliyə barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Göyçay rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş tibbi sənədlərin surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs anası X1 ön kəllə çuxurunda qalınlığı 17 mm-ə çatan subaraxniodal genişlənmə (subaraxniodal kista) aşkar olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni növ cinayət əməlini törətməyə görə məhkum olunmasını onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixlı 1(037)-20/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, X6 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası onun islah olunması üçün kifayət etməməklə, cəzanın məqsədinə uyğun deyildir. Ona görə də məhkəmə, X6 yenidən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini də cəzanın məqsədi və təqsirləndirilən şəxsin islah olunması baxımından məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1,66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İsmayıllı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixlı 1(037)-20/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 09 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar - saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmiş bir ədəd “Samsung” markalı “LS17HAAKBUXSG” model monitor, bir ədəd üzərində “İntex” sözləri yazılmış sistem bloku, iki ədəd klaviatura, bir ədəd “Samsung markalı siçan (mouse), bir ədəd “Mercury Elite 650 Pro” markalı UPS enerji qidalandırıcı, bir ədəd “HP” markalı “V194” model monitor, bir ədəd “Molten” markalı siçan (mouse), 01 ədəd “600 VA” modelli UPS enerji qidalandırıcının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, bir ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmiş əl-barmaz izləri isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İsmayıllı Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixlı 1(037)-20/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 09 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar - saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilmiş bir ədəd “Samsung” markalı “LS17HAAKBUXSG” model monitor, bir ədəd üzərində “İntex” sözləri yazılmış sistem bloku, iki ədəd klaviatura, bir ədəd “Samsung markalı siçan (mouse), bir ədəd “Mercury Elite 650 Pro” markalı UPS enerji qidalandırıcı, bir ədəd “HP” markalı “V194” model monitor, bir ədəd “Molten” markalı siçan (mouse), 01 ədəd “600 VA” modelli UPS enerji qidalandırıcının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - bir ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmiş əl-barmaz izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı- adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN- **********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-40/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-40/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver