Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-40/2023 11.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 11 iyul 2023-cü il tarixdə saat 15:25-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 23 avqust 1999-cu ildə Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Saatlı rayonunun Xanlarkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 60-da kirayədə yaşayan, barəsində hazırki cinayət işi üzrə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli nömrəli qərarına əsasən barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs faktiki ər-arvad münasibətlərində olub birlikdə yaşadığı X1 ilə birlikdə 28 avqust 2022-ci il tarixdə sonuncunun İsmayıllı rayonunun Topçu kəndində yaşayan əmisi Zərərçəkmiş şəxs yaşadığı evə qonaq gəlmiş və 3 gün müddətində həmin evdə qonaq kimi qalıb istirahət etdikdən sonra xx.xx.2022-ci il tarixə, saat 16-17 radələrində qonaq olduqları evi tərk edərkən evin həyətinin ortasına qoyulmuş stolun üzərində Zərərçəkmiş şəxs məxsus, içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan, istifadəyə yararlı, android tipli, 130 manat dəyərində “Realme C 11” markalı mobil telefonun olmasını görüb tamah niyyəti ilə həmin telefonu oğurlamaq qərarına gəlmiş, bu niyyətlə o, masanın yanında heç kəsin olmamasından istifadə edib həmin mobil telefonu götürərək cibinə qoymaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 140 manat ziyan vurmaqla oğurluq etmiş, oğurladığı həmin mobil telefonu Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Blackbery” adlanan telefon dükanında sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda Bakı şəhərindən istintaqla müəyyən edilməyən yol avtomaşını ilə İsmayıllı rayonunun Topçu kəndinin giriş hissəsinə gələrək avtomaşından düşmüş, təxminən saat 03 radələrində həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus evin yanına piyada gələrək, hamının yatmış olmasından istifadə etməklə əvvəlcə saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə saxlanc yeri hesab olunan evə qanunsuz daxil olub evin ikinci mərtəbəsinə qalxaraq Zərərçəkmiş şəxs oğlu Şahid1 yataq otağına keçib orada stulun üzərindən Zərərçəkmiş şəxs məxsus olmaqla Şahid1 tərəfindən istifadə edilən, içərisində 15 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan, istifadəyə yararlı, göy rəngli, android tipli, 32 GB yaddaşa malik, 160 manat dəyərində “Samsung Galaxy A3S” markalı mobil telefonu götürərək qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 175 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş, oğurladığı həmin mobil telefonu Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Naroki” adlanan telefon dükanında sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Saatlı rayonu Xanlarkənd kəndində qeydiyyatda olsa da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X6 küçəsi ev 60-da kirayədə yaşamışdır. Təxminən bir ildir qeyri rəsmi olaraq əslən İsmayıllı rayonunun Topçu kəndindən olan Hədiyyə adlı qadınla birlikdə yaşayır. Onların faktiki nikahlarından bir azyaşlı uşağı vardır. 2022-ci ilin avqust ayının 28-də Hədiyyə ona kəndə əmisi Aydının evinə birlikdə qonaq getməyi təklif etmiş və onlar həmin gün Hədiyyənin əmisi Zərərçəkmiş şəxs evinə gəlmişdir. Təxminən 3 gün orada qalıb istirahət etmiş və xx.xx.2022-ci il tarixdə saat 16 -17 radələrində onlar Bakıya qayıtmaq istəmişlər. Getməyə yol pulu olmadığından həyətdə stolun üstündə olan Aydına məxsus “Realme C11” markalı mobil telefonunu götürmüşdür. O, həmin telefonu Bakı şəhərində satıb yol pulunu vermək məqsədi ilə heç kimin xəbəri olmadan götürmüş və cibinə qoymuşdur. Daha sonra onları Aydının arvadının qardaşı İldırım Əsədov idarə etdiyi avtomobili ilə İsmayıllı şəhərindəki avtovağzala gətirmiş və avtovağzaldan tanımadığı bir avtomaşınla 50 manat yolpulu müqabilində Sumqayıt şəhərinə getmişlər. İldırımın avtomaşını ilə yolda gələrkən zəng etmək adı ilə İldırımdan telefonunu alaraq Aydının zəng edib telefonla bağlı İldırıma nəsə deyə bilməməsi üçün sonuncunun telefonunu “pilot” rejiminə qoymuşdur. Daha sonra isə İldırımın telefonunu özünə qaytarmışdır. O, Hədiyyəni və azyaşlı oğlunu Sumqayıt şəhərində qaldıqları evə düşürmüş, ardınca özü həmin avtomaşınla Bakı şəhərinə gəlib “20 yanvar” metrostansiyasının yanında düşmüşdür. Sürücüyə özünə məxsus mobil telefonunu satıb pulunu verəcəyini demişdir. “Blackberyy” adlı mağazaya yaxınlaşıb telefonunu pula ehtiyacı olduğu üçün satdığını demişdir. Mağaza satıcısı olan Azər adlı şəxs onun şəxsiyyət vəsiqəsinin surətini çıxararqaq telefonun imey kodunu, mobil nömrəsini yazmış və ona həmin kağıza imza etdirmişdir. O, telefonu Azərə 95 manata satmış və sürücünün pulunu verdikdən sonra evə gəlmişdir. Qalan pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan bir neçə gün keçmiş, maddi vəziyyəti yaxşı olmadığı üçün yenə həmin evə gedib evdən Aydının oğlu Aslanın mobil telefonunu oğurlamağı fikirləşmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə tanımadığı yol avtomaşınlarının biri ilə İsmayıllı rayonu Topçu kəndinə gəlib kəndin girişində düşmüş və piyada Aydının evinə gəlmişdir. Bu zaman saat artıq 02-03 radələri olmuş, Aydının həyətinin giriş qapısının açıq olduğunu görüb gizlincə həyətə daxil olmuşdur. Həyətdə heç kim olmamış, o, pilləkənlə yuxarı qalxıb plastik qapıdan içəri daxil olmuşdur. Ağ plastik qapı da açıq olmuşdur. Ardınca isə Aslanın yataq otağına daxil olub sonuncunu yatmış vəziyyətdə, mobil telefonun isə şarjda olmasını görmüşdür. O, gizlincə Aslana məxsus “Samsung Galaxy A3S” markalı mobil telefonu götürüb evdən çıxmışdır. Bu zaman onu heç kim görməmişdir. O, piyada kənddə çıxarkən sonradan adını bildiyi həmin kənd sakini Toğrul adlı şəxsə rast gəlmiş və Toğrul ondan kim olduğunu soruşmuşdur. O, Toğrula Aydının qohumu və Hədiyyənin əri olduğunu demişdir. Daha sonra tanımadığı bir avtobusa əyləşib Bakı şəhərinə gəlmiş və oğurladığı həmin mobil telefonu əvvəlki telefonu satdığı mağazanın yaxınlığında olan “Naroki telecom” adlanan mağazaya 85 manata satmış və pulunu şəxsi ehtiyacları üçün xərcləmişdir. Başqa heç bir cinayət əməli törətməmiş və bu barədə hər hansı şəxsə məlumat verməmişdir. Törətdiyi əməllərinə görə çox peşmandır. Zərərçəkmiş şəxs vurulmuş ziyanı ödəmiş, onunla barışıq əldə etmişdir. Himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 28 avqust 2022-ci il tarixdə uzun müddət görüşmədiyi Sumqayıt şəhərində yaşayan qardaşı Firidunun qızı Hədiyyə yaşadığı evə həyat yoldaşı kimi təqdim etdiyi Kənan adlı şəxs və 2 yaşında azyaşlı oğlu ilə birlikdə qonaq gəlmişlər. Onlar üç gün onun evində qonaq qalmış və xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qayını İldırım Əsədovun avtomobili ilə İsmayıllı şəhər avtovağzalına yola salmışdır. Bundan az müddət sonra arvadı ona mobil telefonunun oğurlandığını məlumat vermişdir. O, telefonunun oğurlamağına görə Kənandan şübhələnmiş və İldırıma zəng edərək həmin şəxsləri geri qaytarmaq və telefonunu götürmək istəmişdir. İldırıma zəng edərkən zənglərinin əngəlləndiyini görmüşdür. Buna görə də İldırımla əlaqə saxlaya bilməmişdir. Təxminən bir saatdan sonra İldırım qayıtmış və İldırımdan zənglərinə cavab verməməsinin səbəbini soruşmuşdur. İldırım bu zaman telefonuna baxaraq həqiqətən də onun zənglərinin bloklandığını görmüşdür. Bu zaman İldırım ona bildirmişdir ki, yolda gedərkən Kənan onun mobil telefonunu zəng etmək adı ilə almış və bu zaman nömrəni bloka atmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında işdə olarkən oğlu Aslan zəng edərək ona verdiyi “Samsung Galaxy A03s” markalı mobil telefonunun olmadığını və evə oğru girdiyini bildirmişdir. Eyni zamanda evə gələrkən oğlu Aslan Kənandan şübhələndiyini demişdir. Səhəri gün həmkəndlisi Toğrul xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində Kənanı kənddə gördüyünü, hara getdiyini soruşan zaman “guya onun mənim evimdən gəldiyini və mənim onu Bakı şəhərinə yola saldığımı” demişdir. O, bundan sonra mobil telefonlarını oğurlayan şəxsin Kənan olmasına əmin olmuşdur. Kənanı qonaq gələrkən tanımış və həmin vaxtı normal münasibəti olmuşdur. Bundan sonra isə Kənanı görməmişdir. Oğurlanmış telefonlardan biri “Realme C 11” markalı mobil telefon istifadə olunsa da istifadəyə yararlı, boz rəngli, android tipli, 8 GB yaddaşa malik, 255 manat dəyərindədir. Digər “Samsung Galaxy A3S” markalı mobil telefonu da eyni qaydada istifadə olunsa da istifadəyə yararlı, göy rəngli, android tipli, 32 GB yaddaşa malik, 326 manat dəyərindədir. İbtidai istintaqın gedişatında ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə uzun müddətdir görmədiyi, özünün deməsinə görə Sumqayıt şəhərində yaşayan əmisi qızı Hədiyyə onların yaşadıqları evə həyat yoldaşı kimi təqdim etdiyi Kənan adlı şəxs və 2 yaşında azyaşlı uşağı ilə birlikdə qonaq gəlmişlər. Həmin şəxslər onların evində 3 gün müddətində qalmış və xx.xx.2022-ci il tarixdə saat 17 radələrində dayısı X2 rayon avtovağzalına yola salınmışlar. Bundan az müddət sonra anası İradə atasına Aydına telefonunun oğurlandığını məlumat vermişdir. Atası İldırıma zəng edərək həmin şəxsləri geri qaytarmaq istəsə də İldırıma zəng edərkən zənglərinin bloklandığını görmüşdür. İldırım qayıtdıqdan sonra atası İldırımdan zənglərinə cavab verməməsinin səbəbini soruşmuşdur. İldırım bu zaman telefonuna baxaraq həqiqətən də atasının nömrəsinin bloka atıldığını görmüşdür. Eyni zamanda İldirim demişdir ki, yolda gedərkən Kənan onun telefonunu zəng etmək adı ilə almış və bu zaman nömrəni bloka atmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 01-02 radələrində yaşadığı evə gələrək öz yataq otağına keçib yatmışdır. Bu zaman evdə anası olmuş, atası Aydın isə işdə olmuşdur. Yatarkən istifadəsində olan “Samsung Galaxy A03s” markalı mobil telefonunu da yanına qoymuşdur. Səhər saat 07-08 radələrində yuxudan oyandıqda telefonunun yanında olmadığını görüb bu barədə anasından soruşmuşdur. Anası telefonunun yerini bilmədiyini demişdir. Günorta saatlarına qədər telefonunu axtarsa da tapa bilməmiş və həmkəndlisi Toğrulla rastlaşmışdır. Toğrul ona gecə saatlarında kənddə özünü “Kənan” adı ilə təqdim edən bir nəfər şəxsə rast gəldiyini və həmin şəxs Aydının qohumu olduğunu və onun evindən gəldiyini demişdir. Atasına zəng vurub bu barədə məlumat vermişdir. Atası İsmayıllı RPŞ-nə gedərək baş vermiş hadisələr barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus oğurlanmış “Samsung” markalı mobil telefonu ona atası Zərərçəkmiş şəxs alıb vermişdir. Şahid X4 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsidir. Zərərçəkmiş şəxs qardaşı Firidun isə uzun müddətdir Rusiya Federasiyasında yaşayır. Firidunun qızı Hədiyyə uzun müddətdir Bakı və Sumqayıt şəhərlərində yaşadığı üçün əlaqələri olmamışdır. 28 avqust 2022-ci il tarixdə Hədiyyə birlikdə yaşadığı Kənan adlı şəxs və azyaşlı oğlu ilə birlikdə Aydının evinə qonaq gəlmişdir. Bu zaman Kənanla tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində bacısının evinə getmişdir. Həmin vaxtı Kənan və Hədiyyə hazırlaşmış, bacısı İradə də onlara köməklik etmişdir. Onlar birlikdə həyətdən çıxarkən Kənan fındıq ağacından fındıq yığmaq adı ilə geri qayıtmışdır. Lakin o, Hədiyyə və İradə onun idarə etdiyi avtomaşınına tərəf getmişlər. Az sonra Kənan da gəlmişdir. Bundan sonra Hədiyyə ilə bacısı İradə ilə sağollaşmışlar. Onlar onun avtomaşınına əyləşmişlər. O, avtomobilini İsmayıllı rayonu avtovağzal istiqamətində sürməyə başlamışdır. Yolda gedərkən Kənan zəng etmək adı ilə onu mobil telefonunu almış və bir neçə dəqiqə sonra zəng edə bilmədiyini deyib telefonunu geri qaytarmışdır. O, Kənangili avtovağzalda düşürmüş və Kənan yol pulunu Aydının verəcəyini demişdir. Ardınca Aydına zəng edib bu barədə məlumat vermiş və Aydın buna etiraz etməmişdir. Bir saat sonra kəndə qayıtmış və Aydın Kənanın və Hədiyyənin ona məxsus mobil telefonu oğurladıqlarını demişdir. Aydın onun zənglərinə niyə cavab vermədiyini soruşmuş, bu zaman o, telefonuna baxarkən Kənanın Aydının zənglərini əngəllədiyini görmüşdür. Bundan sonra bacısı İradə telefonun sonuncu dəfə həyətdə stolun üzərində olduğunu, Kənanın həyətdən çıxarkən fındıq qoparmaq adı ilə geri qayıtdığını və bu zaman telefonu oğurladığını demişdir. Növbəti gün avtovağzala gedərək Kənangili Bakı şəhərinə aparan taksini tapıb Kənangili hansı ünvana aparmasını soruşmuşdur. Tanımadığı həmin şəxs Kənanı və ailə üzvlərini ilk olaraq Sumqayıt şəhərinə apardığını, Kənanın pulu olmadığı üçün telefonunu sataraq yol pulunu verəcəyini, ardınca Kənanı tək Bakı şəhərinə “20 yanvar” metrosunun yaxınlığına telefon mağazalarının yaxınlığına gətirdiyini, Kənanın xatırlamadığı bir mağazaya girib telefonunu sataraq geri qayıtdığını və daha sonra yol pulunu verib getdiyini demişdir. Bundan başqa bir iki həftə sonra eşitmişdir ki, Kənan 2-ci dəfə də Aydının evinə gizli olaraq gələrək 1 ədəd də mobil telefon oğurlamışdır. Kənan xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində kənddən çıxarkən həmkəndlisi Toğrul görmüşdür. Şahid2 ifadə verərək göstərdi ki, yaşadığı kənddə avtotəmir sexində işləyir. Zərərçəkmiş şəxs həmkəndlisidir. Aslan da Aydının oğludur. Hər ikisi ilə normal münasibəti vardır. Aslan onun təmir sexinin yanında yerləşən tikinti materialları mağazasında işləyir. xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində sexində avtomaşın mühərriki düzəldib sexin yanında yerləşən bulaqda əlini yuyarkən bir nəfər tanımadığı şəxsin kənddən piyada çıxdığını görüb ona yaxınlaşmışdır. O, həmin şəxsin haradan gəldiyini və nə lazım olduğunu soruşmuşdur. Adının “Kənan” olduğunu bildirən həmin şəxs Aydının qohumu olduğunu və Bakıdan gəldiyini, həmin zaman isə artıq Bakıya qayıtdığını demişdir. O, Kənana nəsə kömək lazım olub olmamasını soruşmuşdur. Kənan ona “cəmi 5 manat pulum var, mənə köməy et gedim” demişdir. Bundan az sonra yoldan keçən dövlət qeydiyyat nişanı yadında qalmayan “Mersedes” markalı avtomaşını saxladıb, sürücü ilə danışmış və Kənanı Bakı şəhərinə yola salmışdır. Səhəri gün Aslanla görüşərkən sonuncu ona gecə yaşadığı evdən “Samsung” markalı mobil telefonunun oğurlanmasını demişdir. O da Aslana gecə baş verənləri danışmışdır. Aslan bundan sonra atasına zəng vurub bu barədə məlumat vermiş və ona demişdir ki, “mənim mobil telefonumu Kənan oğurlamışdır”. Kənanın əlində həmin vaxtı “Samsung” markalı mobil telefon görsə də telefonun oğurluq olmasını bilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə ekspertiza rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 fevral 2023-cü il tarixli 9/73 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd boz rəngli, “Realme C 11” markalı, RMX 3231 model, **********99312 və **********99304 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin avqust və sentyabr ayları üçün olan orta bazar qiyməti təxminən 130 manat, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədəd göy rəngli, “Samsung Galaxy A3” markalı, android tipli, 32 GB yaddaş tutumuna malik mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayı üçün olan orta bazar qiyməti nəzəri qaydada təxminən 80 manat müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 fevral 2023-cü il tarixli 9/1435 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-A037F/DS” (Galaxy A03s) model, **********1736 İMEİ kodlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayı üçün olan orta bazar qiyməti təxminən 160 manat müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat təşkil edir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 sentyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. “Əşyanın tanınmaya təqdim etmə barədə” 23 dekabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkildən görünür ki,oğurlanmış 2 ədəd mobil telefonlar Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs ona təqdim edilmiş 4 ədəd mobil telefon içərisindən ona məxsus “Realme C11” markalı və Samsung Galaxy A3s” markalı mobil telefonları tanımışdır. “Əşyanın tanınmaya təqdim etmə barədə” 15 fevral 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkildən görünür ki,oğurlanmış 2 ədəd mobil telefonlar Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və Zərərçəkmiş şəxs ona təqdim edilmiş 4 ədəd mobil telefon içərisindən ona məxsus Samsung Galaxy A3s” markalı mobil telefonu tanımışdır. “İfadənin yerində yoxlanılması barədə” 15 fevral 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları İfadənin yerində yoxlanılması barədə istintaq hərəkəti keçirilərkən bir daha təsdiq etmişdir. Müstəntiqin “Maddi sübut kimi tanınma haqında” 31 mart 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə “Realme C11” markalı və Samsung Galaxy A3s” markalı mobil telefonlar maddi sübut qismində tanınmış və Zərərçəkmiş şəxs məsul saxlancına verilməsi nəzərə alınmışdır. Azərcel və Baksel MMC-nin İsmayıllı filialından alınmış arayışdan görünür ki, “sim” operatoruna məxsus ***-***-**-** saylı mobil nömrənin 2022-ci ilin sentyabr ayı üçün pərakəndə satış qiyməti 10 manat, “cin” operatoruna məxsus ***-***-**-** saylı mobil nömrənin 2022-ci ilin sentyabr ayı üçün pərakəndə satış qiyməti 15 manat təşkil etmişdir. Saatlı RMX-sı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-65/2-20/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Saatlı RMX-nın Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs faktiki ərarvad münasibətlərində olub birlikdə yaşadığı X1 ilə birlikdə 28 avqust 2022-ci il tarixdə sonuncunun İsmayıllı rayonunun Topçu kəndində yaşayan əmisi Zərərçəkmiş şəxs yaşadığı evə qonaq gəlmiş və 3 gün müddətində həmin evdə qonaq kimi qalıb istirahət etdikdən sonra xx.xx.2022-ci il tarixə, saat 16-17 radələrində qonaq olduqları evi tərk edərkən evin həyətinin ortasına qoyulmuş stolun üzərində Zərərçəkmiş şəxs məxsus, içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan, istifadəyə yararlı, android tipli, 130 manat dəyərində “Realme C 11” markalı mobil telefonun olmasını görüb tamah niyyəti ilə həmin telefonu oğurlamaq qərarına gəlmiş, bu niyyətlə o, masanın yanında heç kəsin olmamasından istifadə edib həmin mobil telefonu götürərək cibinə qoymaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 140 manat ziyan vurmaqla oğurluq etmiş, oğurladığı həmin mobil telefonu Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Blackbery” adlanan telefon dükanında sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda Bakı şəhərindən istintaqla müəyyən edilməyən yol avtomaşını ilə İsmayıllı rayonunun Topçu kəndinin giriş hissəsinə gələrək avtomaşından düşmüş, təxminən saat 03 radələrində həmin kənddə yaşayan Zərərçəkmiş şəxs məxsus evin yanına piyada gələrək, hamının yatmış olmasından istifadə etməklə əvvəlcə saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə saxlanc yeri hesab olunan evə qanunsuz daxil olub evin ikinci mərtəbəsinə qalxaraq Zərərçəkmiş şəxs oğlu Şahid1 yataq otağına keçib orada stulun üzərindən Zərərçəkmiş şəxs məxsus olmaqla Şahid1 tərəfindən istifadə edilən, içərisində 15 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan, istifadəyə yararlı, göy rəngli, android tipli, 32 GB yaddaşa malik, 160 manat dəyərində “Samsung Galaxy A3S” markalı mobil telefonu götürərək qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 175 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmiş, oğurladığı həmin mobil telefonu Bakı şəhərində “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Naroki” adlanan telefon dükanında sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməklə onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: DİN-inin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Kursk şəhərinin Promışlennıy Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin 3-cü hissəsinin A bəndi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı həmin hökmün Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzinlənməsinə və yaxud tanınmasına dair qərar qəbul edilməməsi barədə müvafiq sorğular verilmiş, müvafiq məhkəmə orqanı tərəfindən həmin sorğuya verilmiş cavabdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsindəki Rusiya Federasiyası Kursk şəhərinin Promışlennıy Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmamış, Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzimlənməmişdir. Odur ki, həmin hökmün Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzinlənməsinə və yaxud tanınmasına dair qərar qəbul edilmədiyindən həmin məhkumluq residivin müəyyən olunması zamanı nəzərə alınmır və Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Müstəntiqin 14 fevral 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli nömrəli qərarından görünür ki, həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. Saatlı rayon İcra Hakimiyyəti başçısının Nabatkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 63 nömrəli arayıdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Saatlı rayonunun Xanlarkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 60-da kirayədə yaşayır, ailə tərkibi özündən, atası, anası və qardaşından ibarətdir, barəsində nümayəndəliyə şikayət xarakterlı müraciət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tamamilə ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəməyə təqdim edilmiş Saatlı rayon İcra Hakimiyyəti başçısının Nabatkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 63 nömrəli arayıdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Saatlı rayonunun Xanlarkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 60-da kirayədə yaşayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhəri ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 60 ünvanındakı evini tərk etməmək, bu müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 1 ədəd “Realme C 11” markalı və 1 ədəd “Samsung Galaxy A03S” markalı mobil telefonların sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları ilə bağlı məhkəmə məsrəfi 100 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhəri ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 60 ünvanındakı evini tərk etməmək, bu müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablansın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut olan 1 ədəd “Realme C 11” markalı və 1 ədəd “Samsung Galaxy A03S” markalı mobil telefonların sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-40/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-40/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver