Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-40/2024 03.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs İsmayıllı rayonu Zərnava bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 03 sentyabr 2024-cü il tarixdə saat 12:20-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1973-cü ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, İsmayıllı rayonunun Zərnava kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə qanunsuz ağac kəsmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2022-ci ilin avqust ayının 5-dən 15nədək olan müddətdə, dəqiq tarixi məlum olmayan vaxtda İsmayıllı rayonunun Kəlfərəc kəndinin ərazisində yerləşən, “Bərzə” və “Qaçayın biçənəkləri” adlanan, İsmayıllı rayonunun Zərnava bələdiyyəsinin mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan əraziyə gəlib oradan qabaqcadan əlbir olduğu Şahid1 əvvəlcədən seçdiyi fıstıq cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 2 ədəd, fıstıq cinsindən olan, diametri 32 santimetr, dəyəri 300 manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan, diametri 40 santimetr, dəyəri 400 manat təşkil edən 2 ədəd və ağcaqayın cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 1 ədəd ağacları, yəni cəmi 7 (yeddi) ədəd yaş kök üstə ağaclarını göstərmiş, Şahid1 isə vahid niyyətlə əhatə olunan qəsdlə özünə məxsus motorlu mişarla həmin ağacları qanunsuz kəsib götürməklə İsmayıllı rayonunun Zərnava bələdiyyəsinə ümumilikdə xeyli miqdar təşkil edən 2030 (iki min otuz) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayır. Şahid1 onun həmkəndlisi olmaqla münasibətləri normal olmuşdur. X12 İ Qarabağ müharibəsində şəhid olmuşdur. Buna görə anası X8 rayon İcra Hakimiyyəti Başçısının qəbuluna getmiş, rayon rəhbərliyinin tapşırığı ilə İsmayıllı rayon Meşə idarəsinin müdiri anasının adına meşəqırma bileti vermişdir. Anası da həmin bileti ona vermişdir. Biletin icrası üzərində Füzuli müəllimin adına yazılmışdır. O, bileti götürəndə Fizuli idarədə olmuşdur. Bileti götürəndən təxminən 4-5 gün sonra Füzuli, o və keçmiş meşə gözətçisi Xamis üçü birlikdə meşəyə getmişlər. Füzuli odunu kəsəcəyi yeri və oradakı ağacları ona göstərmişdir. 2022ci ilin avqust ayının əvvəllərində yaşadığı kənddə olarkən Şahid1la rastlaşmış, sonuncuya odun gətirmək üçün bileti olduğunu və meşəyə gedib kəsmiyini xahiş etmişdir. Durasan da onunla razılaşmış və onlar səhərsi gün saat 07-08 radələrində yola çıxmışlar. Durasan özünə məxsus motopilasını və ləvazimatlarını götürmüşdür, lakin motopilaya benzini və yağı özü almışdır. O, piyada, Durasan isə öz atı ilə meşəyə getmişlər. Onlar Fuzulinin ona göstərdiyi yerə getmiş və həmin yerdə Füzuli ona göstərdiyi 6 ədədi fıstıq və 1 ədədi isə ağcaqayın olmaqla ümumilikdə 7 ədəd ağacı Durasana kəsdirmişdir. Durasan həmin ağacları kəsib doğramış, bu zaman Milli parkın işçisi Natiq və keçmiş meşəbəyi Xamis yanılarına gəlmişlər. Onlardan nə etdiklərini və kimdən icazə aldıqlarını soruşmuşlar. O, bildirmişdir ki, onun bileti var, o, icazəni də Füzulidən almışdır. Xamis narazılıq etməsə də, Natiq etiraz etdiyi üçün o, Füzuliyə zəng vurub vəziyyəti ona izah etmiş və Füzuli ona razılıq vermişdir. Natiq də bundan sonra heç nə demədən Xamislə birgə çıxıb getmişlər. O, odunları topladıqdan sonra Sirac və Elsəvərə zəng edib köməyə çağırmışdır. Sirac, özünə məxsus “Ural” markalı avtomaşını ilə eləcə də, yeznəsi Elsəvər, bir də tanışı İldırım gəlmişlər. Onlar odunu Siracın maşınına yükləmiş və onun yaşadığı ünvana gətirmişlər. O, ağacların kəsildiyi həmin yerin Zərnava bələdiyyəsinə aid olmasını bilməmişdir. O, başqa heç bir yerdən qanunsuz ağac kəsməmişdir. Ona ağacların kəsilməsi üçün rəsmi bilet verildiyi üçün, həmçinin ağacların kəsiləcəyi yeri şəxsən meşəbəyi Şahid5 tərəfindən göstərildiyi üçün özünü təqsirli hesab eləmir. Əlavə olaraq bildirir ki, ağaclar şəhid ailəsinin qış tədarükü üçün kəsilmiş, həmin ağacların kəsilməsində ayrı bir niyyət güdülməmişdir. Eyni zamanda bildirir ki, tam qanuni əsaslarla, rəsmi dövlət təşkilatının səlahiyyətli şəxsi tərəfindən göstərilmiş ərazidən kəsilmişdir. Ona görə də özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs İsmayıllı rayonu Zərnava bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2015-ci ildən hazıradək İsmayıllı rayon Zərnava kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Onun bələdiyyə sədri vəzifəsində işləməyi ilə əlaqədar olaraq həyat yoldaşı X3 onun işlərinə köməklik edir. 2022-ci ilin avqust ayında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin adını xatırlamadığı əməkdaşı ona zəng edərək bildirmişdir ki, bələdiyyəyə məxsus torpaq sahəsinə bitişik ərazidən vələs cinsindən olmaqla 82 ədəd, fıstıq cinsindən olmaqla 98 ədəd, palıd cinsindən olmaqla 4 ədəd, qoz cinsindən olmaqla 1 ədəd, gilas cinsindən olmaqla 1 ədəd, ağcaqayın cinsindən olmaqla 8 ədəd, cəmi 194 ədəd ağacların kəsilməsi müəyyən edilmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin adını xatırlamadığım əməkdaşı mənə zəng edərək bildirdi ki, bələdiyyəyə məxsus torpaq sahəsinə bitişik ərazidən fısdıq cinsindən 71 ədəd, vələs cinsindən 43 ədəd, palıd cinsindən 15 ədəd, ağcaqyın cinsindən 3 ədəd, qoz cinsindən 3 ədəd, armud cinsindən 3 ədəd, gilas cinsindən 2 ədəd, göyrük cinsindən 1 ədəd, yemişan cinsindən 2 ədəd olmaqla ümumilikdə 143 ədəd yaş köküstə ağacların kəsilməsi müəyyən edilmişdir. O, bu barədə əri Haqverdiyə dedikdən sonra Haqverdi həmin şəxslə əlaqə saxlamış və o, Haqverdidən həmin ərazinin bələdiyyə ərazisi olubolmamasını soruşduqda Haqverdi həmin torpaq sahəsinin bələdiyyə ərazisi olmadığını bildirmişdir. Həmin ərazilər meşə fondu torpaqları ilə həmsərhəd olduğundan ərazilərin dəqiq sərhədlərinin müəyyən olunması bəzi vaxtlarda çətinlik törədir. Sonradan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi dairəsinə sorğu verilib ağacların kəsildiyi ərazinin Zərnava bələdiyyəsinin ərazisi olması müəyyən edilmişdir. Qeyd olunan ərazinin bələdiyyə ərazisi olması barədə hər hansı məlumatı olmamışdır. Sonradan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində, daha sonra isə İsmayıllı RPŞ-də araşdırma aparılmışdır. Araşdırma zamanı isə ağacların bir hissəsinin kənd sakini Şahid1 tərəfindən kəsilməsi, həmin ağacların 7 ədədinin isə Təqsirləndirilən şəxs göstərişi ilə kəsilməsi məlum olmuşdur. Zərnava bələdiyyəsinin yetərli büdcəsinin olmaması səbəbi ilə yaşıllıqların mühafizəsi ilə heç bir vəsait ayrılmamışdır. O, Zərnava Bələdiyyəsinin sədri vəzifəsinə seçildikdən sonra dəfələrlə bələdiyyə mülkiyyətinin müəyyən olunmasından ötrü hazırda tam adını xatırlamadığı aidiyyəti kadastr və reyestrlə məşğul olan qurumlara telefonla zəng edib müraciət etmiş, lakin hazıradək ona cavab verilməmişdir. Ona görə də, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi aparılmamışdır. İsmayıllı rayon Zərnava bələdiyyəsinə aid torpaq sahəsindən Təqsirləndirilən şəxs göstərişi ilə Şahid1 tərəfindən 7 ədəd ağacların kəsilməsi nəticəsində bələdiyyəyə 2030 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs vurduğu zərəri maddi imkansızlığından ödəyə bilməmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayır. 2022-ci ilin avqust ayının 5-dən 15-dək olan müddət ərzində yaşadığı kənddə qonşusu və kirvəsi olan X7 ilə rastlaşmış, bu zaman Rəfail ona bildirmişdir ki, meşə idarəsindən qışda yandırmağa odun üçün bilet almış, vaxtı varsa həmi odunun gətirilməsinə köməklik etsin. Rəfail şəhid qardaşı olduğu üçün, eyni zamanda qohumu olduğundan Rəfaillə razılaşmış və ertəsi gün saat 07 radələrində Rəfaillə birlikdə “Bərzə” deyilən əraziyə getmişlər. O, özü ilə motopilasını və motopilaya aid ləvazimatlarını götürmüşdür. “Bərzə” deyilən əraziyə çatmışlar, Rəfail ona həmin ərazidən ağac kəsəcəyini bildirmişdir. Bu zaman Şahdağ Milli parkının işçisi Natiq və meşəbəyi Xamis onların yanına gəlmişlər. Həmin şəxslər onlardan nə etdiklərini və kimdən icazə aldıqlarını soruşmuşlar. Rəfail bildirmişdir ki, onun bileti var, o, icazəni də meşəbəyi Füzulidən almışdır. Xamis narazılıq etməsə də Natiq etiraz etdiyi üçün Rəfail Füzuliyə zəng edərək danışmış və Füzuli ona razılıq vermişdir. Natiq bundan sonra heç nə demədən Xamislə birgə çıxıb getmişlər. Bundan sonra Rəfail ona kəsəcəyi ağacları göstərmiş və o, ardıcıllıqla 7 ədəd ağacı kəsmişdir. Kəsdiyi ağacların 6 ədədi fıstıq, 1 ədədi isə ağcaqayın olmuşdur. O, ağacları kəsdikdən sonra doğramış, Rəfail də doğradığı hissələri toplamağa başlamışdır. Rəfail həmin ərəfədə kiməsə zəng vurmuş və az müddət sonra ora Rəfayilin köməklik etmək məqsədi ilə çağırdığı həmkəndliləri gəlmişlər. Onlar Rəfaillə birgə odunu maşına yükləmişlər. Daha sonra odunu Rəfailin yaşadığı ünvana gətirib tökmüşlər. O, gördüyü işin müqabilində Rəfaildən hər hansı məbləğdə pul almamışdır. Şahid7 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Sərdəhar kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun tanışıdır, onunla münasibətləri normal olmuşdur. 2022-ci ilin avqust ayının əvvəllərində “Şahdağ Milli Parkı”nın İsmayıllı rayon bölməsində mühafizə yegeri vəzifəsində işləyən Şahid4 ilə əraziyə çıxmış, bu zaman İsmayıllı rayonunun Kəlfərəc kəndinin ərazisində yerləşən, “Bərzə” və “Qaçayın biçənəkləri” adlanan yerdə səs eşitdiklərindən həmin yerıə getmişlər. Onlar orada İsmayıllı rayon Zərnava kənd sakinləri Şahid1 və Təqsirləndirilən şəxs görmüşlər. Həmin şəxslər oradan 6 ədədi fıstıq və 1 ədədi isə ağcaqayın olmaqla ümumilikdə 7 ədəd ağacı kəsmiş və doğramışlar. O və Natiq onlardan nə etdiklərini və kimdən icazə aldıqlarını soruşmuşlar.Bu zaman Təqsirləndirilən şəxs onun biletinin olduğunu və icazəni də meşəbəyi Füzuli Nadirovdan aldığını bildirmişdir. Natiq Füzuliyə zəng vurub vəziyyəti ona izah etmiş və Füzuli Fəfayilin dediklərini təsdiq etmişdir. Bundan sonra onlar birgə çıxıb getmişlər. Şahid4 məhkəməyə verdiyi ifadəsində Şahid7 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Şahid5 ifadə verərək göstərdi ki, 2000-ci ildən Şamaxı RMTM-nin müxtəlif vəzifələrində işləmiş, bu hadisə zamanı isə meşəbəyi vəzifəsində işləmişdir. Ona təhkim olunmuş ərazi 9000 ha olmuşdur. Həmin ərazi İsmayıllı rayonu Aşağı Cülyan kəndindən başlayıb Sulut çayına qədər davam edir. Ərazisinə daxil olan 9 dolaya hər dolaya 1 nəfər olmaqla 9 nəfər meşə gözətçisi ona tabe olmuş və onun əraziyə nəzarət etməyinə köməklik etmişlər. Təqsirləndirilən şəxs tanımış, belə ki onun qardaşı İ Qarabağ müharibəsi şəhididir. Rəfayilin anası Nərgiz Fərəcova hər il İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının qəbulunda olmaqla onlara ödənişsiz odun gətirmək üçün bilet verilir. 2022-ci ilin avqust ayında da həqiqətən rayon rəhbərinin tapşırığı ilə Nərgiz Fərəcovanın adına bilet verilmiş və icrası ona tapşırılmışdır. Rəfayil İsmayıllı rayonu Xanagah kəndində yerləşən iş yerindən bileti götürərkən o, orada olmamışdır. O, bileti aldıqdan bir neçə gün sonra ona mobil telefonla zəng vurub bilet aldığını və buna görə də odununu istəmişdir. O, isə Rəfayilə odunun meşəyə aid olan “qırma sahəsi”ndən gətirməsini təklif etmişdir. Çünki hər il meşənin ərazisindən kənd camaatının qışda yandırması və odunla təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti tərəfindən təxminən 10-15 ha civarında meşə sahəsi ayrılır. Həmin meşə sahəsi dedikdə daha yaşlı, xəstə, köküstə qurumuş və zəif inkişaf etmiş ağaclar olan ərazi nəzərdə tutulur. 2022-ci ildə də sözügedən “qırma sahəsi” meşəbəyisi olduğu Talıstan meşəbəyliyinin 8A saylı dolayın 33-cü kvartalında ayrılmışdır. Həmin yer el arasında “Kəlfərəc bərzəsi” kimi tanınır. O da, Rəfayilə məsləhət görmüşdür ki, gedib həmin ərazidən odununu gətirsin. Lakin Rafayil ona cavabında demişdir ki, həmin ərazi ona uzaqdır və maşın da odunu baha gətirir. O da, Rəfayilə maddi köməklik edə biləcəyini və odunu dediyi “Kəlfərəc bərzəsi” adlanan ərazidən gətirməsini xahiş etmişdir. Rəfayil ona cavabında demişdir ki, “mən hər il “Bərzə və Qaçayın biçənəkləri” adlanan ərazidən odunumu aparmışam, bu il də həmin yerdə aparacam”. O isə Rəfayilə ardınca demişdir ki, “Bərzə və Qaçayın biçənəkləri” adlanan ərazi meşə fondu torpaqlarına aid deyildir, ona nəzarət etmir. 2022-ci ilin sentyabr ayının axırında və noyabr ayının əvvələrində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özünün dediyi ərazidən ağac qıraraq aparmış, həmin ərazi isə İsmayıllı rayonu Zərnava bələdiyyəsinə məxsus ərazi olmuşdur. Rəfayil ağacları həmkəndlisi Durasana kəsdirəndə və odunu aparanda o, orada olmamış və görməmişdir. Rəfayilə də “Bərzə və Qaçayın biçənəkləri” deyilən ərazidən odun kəsəcəyi yeri və kəsəcəyi ağacları göstərməmişdir. Şahid6 ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisi, eyni zamanda qaynıdır, onunla münasibətləri normal olmuşdur. 2022-ci ilin avqust ayında dəqiq xatırlamadığı günündə evdə olduğu zaman, qaynı Təqsirləndirilən şəxs ona zəng “Qaçayın biçənəyi” adlanan ərazidə doğranmış ağac olduqlarını, onun da gəlib həmin odunları maşına yükləməkdə kömək etməyini xahiş etmişdir. O da razılaşmışdır. Bundan sonra həmkəndlisi Şahid2lə birlikdə Rəfayilin ona bildirdiyi əraziyə getmişdir. Bundan sonra o, doğranmış ağacları Siracın “Ural” markalı avtomobilinə yükləməyə başlamışlar. Odunu maşına yüklədikdən sonra isə hamısı birlikdə maşına minərək Rəfayilin anasının həyətinə gəlib odunu ora boşaltmışlar. Şahid X9 məhkəməyə verdiyi ifadəsində Şahid6 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Şahid3 Rəfayil oğlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxs Rəfail Fərəcov onun atasıdır. 2022-ci ilin avqust ayında dəqiq xatırlamadığı günündə atasının meşədən odun doğrayaraq nənəsinə gətirdiyi barədə məlumatı vardır. Lakin o özü isə universitetə hazırlaşdığından dərsləri ilə məşğul olmuş, meşəyə getməmiş, motorlu mişar üçün yağ və benzin aparmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. 24 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə İsmayıllı rayon Zərnava kəndində yerləşən meşəlik ərazidə baş verməsi, hadisənin baş verdiyi yerin düzənlik və təpəlik relyefə malik sahədən ibarət olması, hadisənin baş verdiyi yerin Zərnava kəndindən təxminən 4 km məsafədə olması, kənddən həmin əraziyə torpaq örtüyə malik yolun olması müəyyən edildi. Baxış zamanı ərazidə diametri 08 santimetr olan 01 ədəd, diametri 12 santimetr olan 03 ədəd, diametri 16 santimetr olan 02 ədəd, diametri 20 santimetr olan 01 ədəd, diametri 28 santimetr olan 02 ədəd, diametri 32 santimetr olan 01 ədəd, diametri 40 santimetr olan 02 ədəd olmaqla cəmi 12 ədəd fıstıq cinsindən ağacların, diametri 20 santimetr olan cəmi 01 ədəd, diametri 24 santimetr olan cəmi 01 ədəd, diametri 28 santimetr olan 01 ədəd olmaqla cəmi 03 ədəd ağcaqayın cinsindən ağacların, diametri 60 santimetr olan cəmi 01 ədəd qoz cinsindən ağacın, diametri 12 santimetr olan cəmi 01 ədəd vələs cinsindən ağacın, diametri 24 santimetr olan cəmi 01 ədəd göyrük cinsindən ağacın, diametri 16 santimetr olan cəmi 02 ədəd yemişan cinsindən ağacın, diametri 12 santimetr olan cəmi 01 ədəd armud cinsindən ağacların kəsilməsi aşkar edildi. Baxışda iştirak edən 6 saylı RETSİ-nin əməkdaşı Nəriman Cırıyev və Famil Məmmədov aşkar edilmiş ağacların kəsilməsinin təxminən 1 il öncəyə təsadüf etdiyini bildirdi. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və yaxud predmet aşkar edilmədiyindən götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2- 572/2023 nömrəli məktubda qeyd edilmişdir ki, İsmayıllı rayonu Kəlfərəc kəndində yerləşən “Bərzə” və “Qaçayın biçənəkləri” adlanan ərazidən kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə, kateqoriyası “kənd təsərrüfat təyinatlı”, uqodiyası kolluq ərazi olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 75467 saylı ziyan aktına əsasən tərtib edilən “Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması” Cədvəlindən görünür ki, İsmayıllı rayon Zərnava kəndində yerləşən meşəlik ərazidən, 1 ədəd 8 sm diametrdə 1-i 100 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 100 manat, 15 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 1800 manat, 11 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 1650 manat, 15 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 2700 manat, 12 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 2400 manat, 15 ədəd 28 sm diametrdə 1-i 250 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 3750 manat, 4 ədəd 32 sm diametrdə 1-i 300 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 1200 manat, 3 ədəd 36 sm diametrdə 1-i 350 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 1050 manat, 2 ədəd 40 sm diametrdə 1-i 400 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 800 manat, 4 ədəd 44 sm diametrdə 1-i 600 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 2400 manat, 1 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 120 manat, 2 ədəd 36 sm diametrdə 1-i 350 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 700 manat, 1 ədəd 48 sm diametrdə 1-i 800 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 800 manat, 1 ədəd 32 sm diametrdə 1-i 300 manatdan olmaqla qoz ağacının kəsilməsi nəticəsində 300 manat, 1 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla gilas ağacının kəsilməsi nəticəsində 180 manat, 1 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 120 manat, 2 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 300 manat, 2 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 360 manat, 1 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 200 manat, 2 ədəd 28 sm diametrdə 1-i 250 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 500 manat, 14 ədəd 8 sm diametrdə 1-i 100 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 1400 manat, 17 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2040 manat, 18 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2700 manat, 15 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2700 manat, 11 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2200 manat, 12 ədəd 28 sm diametrdə 1-i 250 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 3000 manat, 6 ədəd 32 sm diametrdə 1-i 300 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 1800 manat, 4 ədəd 40 sm diametrdə 1-i 400 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 1600 manat, 1 ədəd 44 sm diametrdə 1-i 600 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 600 manat olmaqla cəmi 194 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan miqdarı cəmi 39470 (otuz doqquz min dörd yüz yetmiş) manat təşkil etmişdir. Kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1017; 9/5343 nömrəli rəyindən görünür: - Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası ETSN yanında X2 Xidmətinin xx.xx.2022-ci il tarixli 75467 nömrəli və xx.xx.2022-ci il tarixli 75506 nömrəli aktlarına əsasən (Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəllərinə əsasən) 1 və 2 nömrəli Cədvəllərdə cinsi, sayı, diametri göstərilmiş ümumilikdə 337 (194+143) ədəd ağac kəsilmiş və ya məhv edilmişdir. - Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası ETSN yanında X2 Xidmətinin xx.xx.2022-ci il tarixli 75467 nömrəli və xx.xx.2022-ci il tarixli 75506 nömrəli aktlarında kəsilmiş və ya məhv edilmiş ağacların dəqiq olaraq hansı tarixdə və hansı ərazidə kəsilməsi və bioloji inkişafda olub olmaması barədə heç bir məlumat verilmədiyindən qərarda göstərilmiş “ 1. 2022-ci ilin iyun ayından sentyabr ayınadək olan müddət ərzində İsmayıllı rayonun Zərnava bələdiyyəsinə məxsus meşə fonduna aid olmayan “Bərzə və Qaçayın” adlanan ərazidə köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 194 (bir yüz doxsan dörd) ədəd kəsilmiş ağacların növü müəyyən edilsin. 2. 2022-ci ilin oktyabr və noyabr aylarında İsmayıllı rayonun Zərnava bələdiyyəsinə məxsus meşə fonduna aid olmayan “Bərzə və Qaçayın” adlanan ərazidə köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 143 (bir yüz qırx üç) ədəd kəsilmiş ağacların növü müəyyən edilsin.” sualları üzrə tədqiqat işləri aparılmadı. - Ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası ETSN yanında X2 Xidmətinin xx.xx.2022-ci il tarixli 75467 nömrəli və xx.xx.2022-ci il tarixli 75506 nömrəli aktlarına və ona əlavə edilmiş hesablama cədvəllərinə əsasən ümumilikdə 337 (194+143) ədəd ağacların köküstə yaş halda qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi miqdarı 73230.00 (39470.00+33760.00) manat müəyyən edilir. Kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1017; 9/5343 nömrəli rəyinin təsviri əsaslandırıcı hissəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən 1 ədəd fıstıq cinsindən, diametri 20 santimetr olan ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 180 manat, 2 ədəd fıstıq cinsindən, diametri 28 santimetr olan ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 500 manat, 1 ədəd fıstıq cinsindən, diametri 32 santimetr olan ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 300 manat, 2 ədəd fıstıq cinsindən, diametri 40 santimetr olan ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 800 manat və 1 ədəd ağcaqayın cinsindən, diametri 28 santimetr olan ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 250 manat, yəni cəmi 2030 manat məbləğində ziyan dəymişdir. Müstəntiqin 30 dekabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə hazırki cinayət işindən İsmayıllı rayonunun Kəlfərəc kəndinin ərazisində yerləşən, “Bərzə” və “Qaçayın biçənəkləri” adlanan, İsmayıllı rayonunun Zərnava bələdiyyəsinin mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan ərazidən vələs cinsindən olan, diametri 8 santimetr, dəyəri 100 manat təşkil edən 1 ədəd, vələs cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 21 ədəd, vələs cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 27 ədəd, vələs cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 20 ədəd, vələs cinsindən olan, diametri 24 santimetr, dəyəri 200 manat təşkil edən 15 ədəd, vələs cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 20 ədəd, vələs cinsindən olan, diametri 32 santimetr, dəyəri 300 manat təşkil edən 7 ədəd, vələs cinsindən olan, diametri 36 santimetr, dəyəri 350 manat təşkil edən 6 ədəd, vələs cinsindən olan, diametri 40 santimetr, dəyəri 400 manat təşkil edən 3 ədəd, vələs cinsindən olan, diametri 44 santimetr, dəyəri 600 manat təşkil edən 4 ədəd, palıd cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 2 ədəd, palıd cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 3 ədəd, palıd cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 1 ədəd, palıd cinsindən olan, diametri 24 santimetr, dəyəri 200 manat təşkil edən 4 ədəd, palıd cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 1 ədəd, palıd cinsindən olan, diametri 32 santimetr, dəyəri 300 manat təşkil edən 1 ədəd, palıd cinsindən olan, diametri 36 santimetr, dəyəri 350 manat təşkil edən 5 ədəd, palıd cinsindən olan, diametri 40 santimetr, dəyəri 400 manat təşkil edən 1 ədəd, palıd cinsindən olan, diametri 48 santimetr, dəyəri 800 manat təşkil edən 1 ədəd, qoz cinsindən olan, diametri 32 santimetr, dəyəri 300 manat təşkil edən 2 ədəd, qoz cinsindən olan, diametri 36 santimetr, dəyəri 350 manat təşkil edən 1 ədəd, gilas cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 1 ədəd, gilas cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 1 ədəd, gilas cinsindən olan, diametri 40 santimetr, dəyəri 400 manat təşkil edən 1 ədəd, armud cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 2 ədəd, ağcaqayın cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 2 ədəd, ağcaqayın cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 2 ədəd, ağcaqayın cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 2 ədəd, ağcaqayın cinsindən olan, diametri 24 santimetr, dəyəri 200 manat təşkil edən 1 ədəd, ağcaqayın cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan, diametri 8 santimetr, dəyəri 100 manat təşkil edən 14 ədəd, fıstıq cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 20 ədəd, fıstıq cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 28 ədəd, fıstıq cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 20 ədəd, fıstıq cinsindən olan, diametri 24 santimetr, dəyəri 200 manat təşkil edən 22 ədəd, fıstıq cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 20 ədəd, fıstıq cinsindən olan, diametri 32 santimetr, dəyəri 300 manat təşkil edən 18 ədəd, fıstıq cinsindən olan, diametri 40 santimetr, dəyəri 400 manat təşkil edən 3 ədəd, fıstıq cinsindən olan, diametri 44 santimetr, dəyəri 600 manat təşkil edən 4 ədəd, fıstıq cinsindən olan, diametri 48 santimetr, dəyəri 800 manat təşkil edən 1 ədəd, yəni cəmi 67920 manat (37440 manat və 30480 manat olmaqla) dəyərində 316 (187 ədəd və 129 ədəd olmaqla) ədəd ağacın naməlum şəxs və ya şəxslər tərəfindən qanunsuz kəsilib götürülməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. 05 mart 2024-cü il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X6 X11 Poliklinika şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 18-1- 47/2-329/2024 nömrəli arayışdan görünür ki, Fərəcov X1 mərkəzi rayon xəstəxanasının Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Nevroloji” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun X13 Filialından alınmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-56548/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin Sosial ödənişlər alt sisteminə əsasən heç bir növ sosial müavinət, təqaüd və pensiya almır. İsmayıllı RİHB-nin Zərnava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Zərnava kəndində qeydiyyatda olmaqla orada yaşayır, evlidir, iki övlad atasıdır, yaşadığı müddət ərzində müsbət xarakterizə olmuş, barəsində İsmayıllı RİHB-nin Zərnava kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. 004837 nömrəli “Şəhid ailəsi üzvünün” vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X5 şəhid anasıdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsinə dair protokollar və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini ona kəsilən ağaclar üçün rəsmi dövlət təşkilatından müvafiq icazə biletinin olması, həmçinin həmin təşkilatın səlahiyyətli nümayəndəsinin ( meşəbəyi Şahid5) ağacların kəsiləcəyi yeri ona göstərdiyi ilə əsaslandırır. Məhkəmə araşdırılması zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ağacları kəsdirdiyi yer Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti tərəfindən “qırma sahəsi” kimi ayrılmış Talıstan meşəbəyliyinin 8A saylı dolayın 33-cü kvartalı yox, “Bərzə və Qaçayın biçənəkləri” adlanan meşə fondu torpaqlarına aid olmayan İsmayıllı rayonu Zərnava bələdiyyəsinə məxsus ərazi olmuşdur. Bundan əlavə, “qırma sahəsi” kimi ayrılmış sahədən daha yaşlı, xəstə, köküstə qurumuş və zəif inkişaf etmiş ağacların kəsilməsinə icazı verildiyi halda Təqsirləndirilən şəxs tamamilə bioloji inkişafda olan ağacları kəsdirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən X4 anası Nərgiz Fərəcovaya verilmiş meşə məhsullarının buraxılış orderinin surətindən müəyyən olunur ki, qış odunu tədarükü məqsədi ilə meşə sahələrinin xüsusi ayrılmış hissələrindən yalnız qırıntı (töt-töküntü) oduncağı aparılmasına icazə verilmişdir. Cinayət işi materiallarında yaş kökü üstə ağaclarının kəsilməsinə icazə verilməsinə dair heç bir icazə sənədi mövcud deyildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İ Qarabağ Müharibəsi şəhidi Cəsarət Fərəcovun qardaşı olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa məhkəmə törədilmiş əməlin ictimati təhlükəlilik dərəcəsinə də diqqət çəkməklə qeyd edir ki, Təqsirləndirilən şəxs ağacları heç bir maddi marağı olmadan, şəhid anası olan anasının qış odunu tədarükü məqsədi ilə kəsmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Zərnava kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə ekspertiza xərci , maddi sübut və müsadirə edilməli əmlak yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı rayon Zərnava kəndində yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-40/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-40/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver