Məhkəmə qərarları › İş №1(037)-41/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-41/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-41/2023 01.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxsin hüquqi varisi X6 və Zərərçəkmiş şəxs iştirakı ilə 01 iyun 2023-cü il tarixdə saat 12:57-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1958-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, dul, himayəsində iki İ qrup əlil övladları olan, məhkum olunmamış, İsmayıllı rayonu Soltankənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində BD953970 seriya və nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, özünə məxsus mexaniki nəqliyyat vasitəsi olan “Kia Sorento minik” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonunun İvanovka kəndinin ərazisindən keçən quru vəziyyətdə olan asfaltbeton yolda həmin kənd istiqamətində təxminən saatda 70-80 kilometr sürətlə hərəkətdə olarkən, yolun döngə hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair tələblərinə riayət etməyərək, yəni “Kia Sorento minik” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamaqla, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməklə, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunacaq şəkildə yerinə yetirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək yol hərəkəti qaydalarını pozmuş və avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirərək avtomobilin hərəkət hissəsindən sağ tərəfə çıxıb aşmasına yol vermiş, nəticədə o, ehtiyatsızlıqdan avtomobilində sərnişin qismində əyləşmiş arvadı X4 başın, bədənin sıyrıq və qançırları, sağ gicgah-təpə nahiyəsinin hematoması, sağ göz almasının və sağ gözətrafı yumşaq toxumanın yaraları, burun sümüyü, döş sümüyü, sağdan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları, baş beyinə və onun qişaları altına qansızmalarla müşayiət edilən kəllə əsası sümüyünün xətti sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq, almış olduğu travma kompleksi nəticəsində baş-beyinə və onun qişaları altına qansızmadan hadisə yerində ölməsinə, avtomobilində sərnişin qismində əyləşmiş qayınının arvadı Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün sınığı və bağın qopması, başın hematoması və sağ gözaltı nahiyənin qançırı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, həmçinin, avtomobilində sərnişin qismində əyləşmiş qızı X3 hər iki bazunun qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən bədən xəsarətləri almasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 27 oktyabr 2022-ci il tarixdə saat 11-12 radələrində o, arvadı Fatma Abdullayeva, qızı Mətanət Abdullayeva, eləcə də qonşusu və qaynı arvadı olan Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi əsasında onun idarə etdiyi özünə məxsus “Kia Sorento minik” markalı Az **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla alış-veriş üçün İsmayıllı şəhəri Kolxoz bazarına üçün gəlmişdir. Həmin günü saat 16 radələrində onlar yaşadığı kəndə geri qayıdarkən avtomaşını özü idarə etmiş, arxa sağ oturacaqda qohumu Nübar, arvadı Fatma arxa sol oturacaqda, qızı Mətanət isə qabaq sağ oturacaqda əyləşmişdir. İvanovka kəndinə çatmağa cox az qalmış, həmin kəndə aid əkin sahələrinin arasında yerləşən döngəli asfalt yolla təxminən 70-80 km/s sürətlə hərəkətini davam etdirmişdir. Bu zaman onun gözünə günəş şüası düşdüyü üçün qarşısına çıxan döngəni görməkdə çətinlik çəkmiş və o, artıq dönərkən yolun kənarında təxminən 60 sm hündürlüyündə olan beton dirəyə arxa təkəri dəyməsi nəticəsində avtomaşını aşmışdır. Dəqiq xatırlamadığı üçün avtomaşının 2 dəfə yuvarlanaraq əkin sahəsinin içərisinə düşməsi yadına gəlir. Sonda isə avtomaşını düz dayanmışdır. O və qızı təhlükəsizlik kəmərlərini taxdığı üçün avtomaşından yerə düşməmiş, lakin xəsarət almışlar. Ancaq arvadı və qohumu Nübar kəmər taxmadıqları üçün avtomaşından yerə düşmüş və onlar daha çox xəsarət almışlar. O, həmin vaxtı hadisənin şokunu yaşadığından hadisə yerinə gələn tanımadığı şəxs 103 xidmətinə zəng vurub TTY avtomaşınını çağırmış və az bir müdət sonra həmin avtomaşın gələrək onları İsmayıllı RMX-nə aparmışdır. Qəza zamanı özü, Nübar və qızı Mətanət müxtəlif dərəcəli bədən xəsarətləri almışlar, arvadı Fatma isə xəsarətləri ağır olduğundan ölmüşdür. Baş vermiş hadisədən çox peşman olmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. O, ilk dəfədir ki, cinayət əməli törədir, etdiyi əməl ehtiyatsızlığından baş vermiş və hadisə nəticəsində arvadı həyatını itirmişdir. Arvadının ölümündən sonra onların birgə nikahlarından anadan olmuş, hər ikisi İ qrup əlil olan 28 iyun 1982-ci il təvəllüdlü İlhamə və 01 sentyabr 1992-ci il təvəllüdlü Ayşən adlı qızları onun himayəsində qalmışdır. Onlar özlərini idarə etmək iqtidarlarında deyillər. İlhamə və Ayşən daimi qulluğa möhtacdır. Arvadının ölümündən sonra əlil uşaqlarının qayğısını özü çəkir. Ona həbslə bağlı olan cəza veriləcəyi təqdirdə övladlarının həyat şəraiti kəskin pisləşə bilər. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəхsin hüquqi vаrisi Aftandil Ələkbərov ifadə verərək göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs onun bacısı Fatma Abdullayevanın əri olmuşdur. Bundan əlavə onlar həm də yaxın qonşu olmuşlar.Zərərçəkmiş şəxs arvadıdır. Baş vermiş hadisə günü, 27 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində o, İsmayıllı rayonu İvanovka kəndində olmuş və bacısı qızı Mətanət ona zəng vuraraq qəzaya düşdüklərini və kömək lazım olduğunu demişdir. O, dərhal hadisə yerinə getmiş və ora çatdıqda Fazilin idarə etdiyi özünə məxsus “Kia Sorento minik” markalı Az **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya uğramasını, avtomobildə sərnişin kimi oturmuş bacısı Fatma Abdullayevanın, bacısı qızı Mətanət Abdullayevanın, eləcə də arvadı Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almasını görmüşdür. Bacısı Fatma hadisə yerində ölmüşdür. Bir müddətdən sonra TTY avtomaşını gələrək xəsarət almış şəxsləri və bacısının meyitini İsmayıllı RMX-nə aparmışdır. Özü də İsmayıllı RMX-nə getmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 27 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində o, qonşusu və baldızının əri Təqsirləndirilən şəxs, baldızı Fatma Abdullayeva, baldızının qızı X8 idarə etdiyi “Kia Sorento” markalı Az ** EV *** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı şəhəri Kolxoz bazarına gəlmişlər. Saat 16 radələrində yaşadıqları kəndə geri qayıdarkən Fazil avtomobilin sükanı arxasında, o avtomobilin arxa sağ oturacağında, Fatma arxa sol oturacaqda, Mətanət isə qabaq sağ oturacaqda əyləşmişlər. İsmayıllı rayonu İvanovka kəndinə çatmağa az qalmış qəflətən avtomobilin hansısa maneəyə toxunmasını və yuvarlanmasını görmüşdür. Daha sonra nə baş verməsinı xatırlamır. Bir müddətdən sonra ayılməş və özünün əkin sahəsində yerdə olmasını görmüşdür. Bundan bir müddət sonra hadisə yerinə TTY avtomaşını gəlmiş, onu və avtomobildə olmuş digər şəxsləri İsmayıllı RMX-nə gətirmişlər. RMX-də ona tibbi yardım göstərilmiş və orada ona məlum olmuşdur ki, baldızı Fatma qəza zamanı ölmüşdür. Hal hazırda müalicə olunaraq tam sağalmışdır. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, 27 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində o, atası Təqsirləndirilən şəxs, anası Fatma Abdullayeva, dayısının yoldaşı Zərərçəkmiş şəxs atasının idarə etdiyi “Kia Sorento” markalı Az **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı şəhəri Kolxoz bazarına gəlmişlər. Saat 16 radələrində onlar yaşadıqları kəndə geri qayıdarkən atası fazilin idarə etdiyi avtomobil qəflətən yoldan çıxaraq yuvarlanmış və əkin sahəsinin içərisinə düşmüşdür. Avtomobildə olanların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bundan az müddət sonra hadisə yerinə TTY avtomaşını gəlmiş və onları İsmayıllı RMX-nə gətirmişlər. Xəstəxanada olarkən anası Fatmanın qəza zamanı dünyasını dəyişdiyi məlum olmuşdur. Onun xəsarətləri isə yüngül olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri İsmayıllı rayonu İvanovka kəndi ərazisində əkin sahəsində yerləşən döngəli asfalt yoldur. Baxış məlum yerdə İvanovka kəndi istiqamətində keçirilmişdir. Hadisə yeri kənarlarında yəni, quru vəziyyətdə asfalt yolun kənarında işıq dirəkləri yoxdur. Hadisə baş vermiş yolun eni 7 metrdir, tək düz xətt hərəkət hissəsini ikiyə bölür. Bir hərəkət hissəsinin eni 3,5 metrdir. Yol düz ağ tək xətlə ayrılmaqla hər iki tərəfə hərəkət nəzərdə tutulmuşdur. Yolun sağ və sol kənarları əkin sahəsidir. Yolun kənarında 60 sm hündürlüyündə olmaqla yalnız beton dirəklər vardır. İvanovka kəndi istiqamətində nəzərdə tutulmaqla yolun sağ kənarında yerləşən əkin sahəsinin içərisində yoldan 27 metr məsafədə önü İsmayıllı şəhəri istiqamətində “Kia Sorento” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomaşın dayanmışdır. Yolun sağ kənarında yerləşən ortası qırmızı, kənarları isə ağ rəngli beton dirək qırılmış və hissələrə ayrılmışdır. Dirəkdən yalnız 1 ədəd armatur əyilmiş vəziyyətdə qalmışdır. Həmin beton dirəkdən avtomaşına 49 metr məsafə vardır. Dağılmış beton dirəkdən avtomaşına əkin sahəsinin içərisində avtomaşının hərəkət trayektoriyası müşahidə olunur. Belə ki, əkin sahəsi qazılmışdır. Avtomaşının müxtəlif yerlərindən o cümlədən banından zədə alması avtomaşının bir və ya bir neçə dəfə yuvarlanması və sonda adi qaydada dayanması qənaətinə gəlməyə əsas verir. Avtomaşın içərisində və yerdə müxtəlif ərzaq məhsulları qırıntılar vəs müşahidə olunmuşdur. Avtomaşında hər hansı əsaslı yükün olmadığı müəyyən edilmişdir. Avtomaşın qabaq, arxa, sağ və sol, eləcə də içərisindən müxtəlif yerlərdən zədə almışdır. Hadisə zamanı təhlükəsizlik şarları da açılmışdır. Meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit X7- təşrih masası üzərində arxası üstə uzadılmışdır. Meyitin əynində tünd göy rəngli yun sviter, üzərində ağ rəngli dairəvi naxışları olan tünd göy rəngli don, qəhvəyi rəngli mayka, qara rəngli liftçik, açıq qəhvəyi və boz rəngli üst-üstə geyinilmiş 02 ədəd trusik, qara rəngli finka, qara göy rəngli corablar vardır. Paltarlar zədəsizdirlər. Meyit qadın cinslidir, düzgün bədən quruluşlu, yaxşı qidalıdır. Baxış zamanı aşkar edilmiş xüsusatlar eyniylə protokolda öz əksini tapmışdır. Avtomaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının markası “Kia Sorento minik”dir, tünd boz metallik rənglidir, dövlət qeydiyyat nişanı AZ ** EV ***-dır və avtomaşın öz adınadır. Baxış zamanı avtomaşının qabaq buferdə, qabaq kapotda, abrsovkada, alt və üst panellərdə, sağ tərəf farada, sağ qabaq və arxa qapılarda, sol qabaq qapıda, hava şarlarında, kapotun pelesləri və zamokunda, arxa kapotunda, alın şüşəsi və damında, arxa şüşə və arxa buferdə vəs. yerlərində əzilmələr müşahidə olunmuşdur. Avtomaşına baxış zamanı üzərində və içərisində qanabənzər ləkələr müşahidə olunmuş və avtomaşının tormoz əyləc sistemi işlək vəziyyətdə aşkar edilmişdir. Meyitin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 meyitində aşkar edilmiş xəsarətlər – başın, bədənin sıyrıq və qançırları, sağ gicgah –təpə nahiyyəsinin hematoması, sağ göz almasının və sağ gözətrafı yumşaq toxumanın yaraları, burun sümüyü, döş sümüyü, sağdan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların qapalı yerdəyişən sınıqları, baş beyinə və onun qişaları altına qansızmalarla müşayət edilən kəllə əsası sümüyünün xətti sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində mərhum F.X.Abdullayevada əmələ gəlməsi mümkündür, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2. X1 ölümünə səbəb almış olduğu travma kompleksi nəticəsində baş beyinə və onun qişaları altına qansızma olmuşdur. Canlı şəxsin məhkəm-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ körpücük sümüyünün sınığı və bağın qopması, başın hematoması və sağ gözaltı nahiyyənin qançırı - küt əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan, sağlamlığa Az ağır zərərvurmaya aiddir. Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əlinin İ barmağının yarası küt əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa Yüngül zərərvurmaya aiddir. Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər – hər iki bazunun qançırları küt əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığa Zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. Məhkəmə yol-nəqliyyat ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Sorento markalı ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə 27 oktyabr 2022-ci il tarixli 438 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik, narkoloji və nevroloji kabinetlərdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə verilmiş və 30 mart 2028-ci il tarixədək etibarlılıq müddəti olan BD 953970 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman sürücülük hüququ olmuşdur. BD 269510 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Sorento” markalı Az **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. İsmayıllı rayon Polis şöbəsinin DYPB-nin rəisinin 11 noyabr 2022-ci il tarixli raportundаn görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən 30 mart 2028-ci il tarixədək etibarlı olan BD 953970 nömrəli B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, son bir il ərzində o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməmişdir. 31 oktyabr 2022-ci il tarixli 212 və 213 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Soltankənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, hər ikisi İ qrup əlil olan 28 iyun 1982ci il təvəllüdlü İlhamə və 01 sentyabr 1992-ci il təvəllüdlü Ayşən, 30 sentyabr 1998-ci il təvəllüdlü digər qızı Mətanətdən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış 25 may 2023-cü il tarixli arayışlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qızları - 28 iyun 1982-ci il təvəllüdlü İlhamə və 01 sentyabr 1992-ci il təvəllüdlü Ayşən uşaq serebral iflicinin qalıq əlamətləri diaqnozu ilə birinci dərəcəli əlil kimi kənar şəxsin qulluğuna ehtiyacı vardır. Müstəntiqin maddi sübut kimi tanınma qərаrındаn görünür ki, cinаyət işi üzrə qəzаlı vəziyyətdə оlаn “Kia Sorento” markalı Az **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmış və sahibi Təqsirləndirilən şəxs təhvil vеrilmişdir. Müstəntiqin 19 aprel 2023-cü il tаriхli qərаrındаn görünür ki, Təqsirləndirilən şəxs bаrəsində “bаşqа yеrə gеtməmək hаqqındа iltizаm” qətimkаn tədbiri sеçilmişdir. 04 noyabr 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, Zərərçəkmiş şəxs vurulmuş ziyanın tamamilə ödənilməsini, himayəsində iki 1-ci qrup əlil olan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, ..qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin xarakterini dərk edərək ictimai təhlükəli əmələ yol verdiyini bilmiş, zərərçəkmiş şəxslərə qarşı törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi ilk vaxtdan etibarən islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş çinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 25-ci bəndində qeyd olunur ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Təqsirləndirilən şəxs bаrəsində Cinаyət Məcəlləsinin 70-ci mаddəsinin tətbiq edilməsi eyni zаmаndа BMT-nin həbs edilmə ilə bаğlı olmаyаn tədbirlərə dаir stаndаrt minimаl qаydаlаrın (Tokio qаydаlаrı) 1.2-ci mаddəsinə uyğun olаrаq ədаlət mühаkiməsinin həyаtа keçirilməsində, xüsusən məhkumlаrlа dаvrаnmаdа ictimаiyyətin dаhа fəаl iştirаk etməsini təmin etmək, hаbelə məhkumlаrdа cəmiyyət qаrşısındа məsuliyyət hissini inkişаf etdirməyə yаrdım göstərmək məqsədini dаşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi olaraq etiraf etmiş, əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxsin hüquqi varisi Aftandil Ələkbərov və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs vurulmuş zərəri ödəmişdir. Təqsirləndirilən şəxsin əvvəllər məhkumluğu olmamışdır. Ailəsində yeganə gəlir gətirən şəxsdir, himayəsində iki 1-ci qrup əlil olan iki uşaqları vardır, yaşadığı yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən hallar mövcuddur, cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları nəzərə almaqla və qeyd olunan qanunvericilik aktlarını rəhbər tutaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini - ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, onun üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut – qəzаlı vəziyyətdə оlаn “Kia Sorento minik” markalı Az ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – qəzаlı vəziyyətdə оlаn “Kia Sorento minik” markalı Az ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar