Məhkəmə qərarları › İş №1(037)-42/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-42/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-42/2021 27.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun iştirakı ilə Müdafiəçi, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə 27 iyul 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1965-ci ildə İsmayıllı rayonu Minkə kəndində anadan olmuş, ailəli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri vəzifəsində işləmiş, İsmayıllı şəhəri İ.Binyətov küçəsi ev 14 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2021ci il tarixli 1(037)-42/2021 nömrəli qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri vəzifəsində işləyərkən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə X1 ona meşə ərazisindən torpağın faydalı üst münbit qatından satın alınmasında köməklik göstərilməsi ilə bağlı 2020-ci ilin dekabr ayında etdiyi müraciətlə əlaqədar, Eldar Şıxaliyevə özünün bələdiyyə sədri işləməsi ilə əlaqədar rayonun yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək qeyd edilən səlahiyyətli vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətə, yəni meşə torpağının satışına icazə verilməklə digər aidiyyəti qurumların buna mane olmasının qarşısının alınmasına görə birbaşa yolla özü vasitəsilə bir yük avtomobili meşə torpağına görə 550 manat məbləğində maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını İsmayıllı rayonu ərazisində görüşləri zamanı Eldar Şıxaliyevə bildirib, onun razılığını almaqla sövdələşərək, həmin adla ümumilikdə 11 yük avtomobili torpaq satışı müqabilində razılaşdıqları puldan 2.750 manat pulu Eldar Şıxaliyevdən 1 aprel 2021-ci il tarixdə İsmayıllı rayonu ərazisində “Avtovağzal” adlandırılan yerin yaxınlığında, 3.300 manatı isə 16 aprel 2021-ci il tarixdə İsmayıllı rayonu ərazisində yerləşən “Orman” restoranında alaraq, vahid niyyətlə cəmi 6.050 (altı min əlli) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmuş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Eldar Şıxaliyevin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə sonuncunu təhrik etmiş, həmin hərəkətləri nəticəsində cinayətdən xəbərsiz olan tanışı Şahid2 tərəfindən İsmayıllı rayonu Keyvəndi kəndi ərazisində “Korbulaq” adlanan ərazidən meşə fonduna məxsus torpaq sahəsi qazılaraq torpağın üst münbit qatının daşınması nəticəsində ümumilikdə 4.433,52 manat (dörd min dörd yüz otuz üç manat əlli iki qəpik) dəyərində meşə massivinə aid torpaq sahəsinin üst münbit qatının götürülməsi ilə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, 15 yanvar 2020-ci il tarixdən İsmayıllı rayon Keyvəndi bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Keyvəndi bələdiyyəsinin ərazisinə Minkə, Keyvəndi, Şəbyan, Bəhliyan, Bilistan və Pirəbilqasım kəndləri daxildir. 2020-ci ilin dekabr ayında özünü Şahid1 kimi təqdim edən şəxs ona zəng edərək Bakı şəhərində bağ sahələrinə satmaq üçün meşə torpağı lazım olduğunu bildirmişdir. Bu barədə maraqlanıb Eldara məlumat verəcəyini bildirmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində yenidən Eldar ona zəng vurub torpaq məsələsi ilə maraqlanmışdır.O, tanışı Şahid2 bu barədə məlumat vermiş, Hikmətlə məsləhətləşdikdən sonra Eldara “KAMAZ” markalı avtomaşınla bir yük meşə torpağının 550 manata olduğunu bildirmişdir. Eldar razılaşaraq onunla görüşmək istədiyini bildirmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində Eldara İsmayıllı şəhərində yerləşən “Avtovağzal”ın yaxınlığında çayxanada görüşməyi təklif etmişdir. Eldar ora Əli adlı bir şəxslə gəlmiş və söhbət zamanı Eldar beş maşın torpağın pulu olaraq 2750 manat pul gətirdiyini bildirmişdir. Pulu Eldardan almış və ona pulu Şahid2 adlı “KAMAZ” sürücüsünə verəcəyini və torpağı Hikmətin təşkil edəcəyini bildirmişdir. Hikmətlə Minkə kəndində görüşərək Eldadan aldığı 2750 manat pulun 2200 manatını ona vermiş və Eldar adlı şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. İki-üç gün sonra Eldar Hikmətlə əlaqə saxlayıb Keyvəndi kəndi ərazisində yerləşən meşə fonduna aid torpaq sahəsindən altı maşın torpaq aparmışdır. Eldar bir maşın torpağın pulunu borclu qalmışdır. Bir müddət sonra Eldar ona yenə də zəng vurub beş “Kamaz” avtomaşını torpaq istədiyini bildirmişdir. Bu dəfə isə onlar İsmayıllı Qəbələ yolunun kənarında yerləşən “Orman” kafesində görüş təyin etmişlər. 16 aprel 2021-ci il tarixdə saat 15 radələrində Eldarla həmin kafedə görüşmüşdür. Eldarın yanında bu dəfə də Əli adlı həmin şəxs olmuşdur. Eldar köhnə borcu olaraq 550 manatı və bu dəfə aparılacaq beş “KAMAZ” avtomaşını meşə torpağına görə 2750 manat, cəmi 3300 manat pulu ona vermişdir. O, tanışı Hikmətə zəng edərək Eldara torpaq təşkil etməsi barədə məlumat vermək istəyərkən hüquq mühafizə orqanlarının əməkdaşları onu saxlamışlar. O, hər bir maşın yükü meşə torpağı üçün Eldarla 550 manata danışmış, həmin məbləğədən hər maşın yükü torpağa görə Hikmətə 440 manat vermiş, bir maşın meşə torpağının satışında 110 manat qazancı olmuşdur. Hikmətə konkret olaraq hardansa torpaq yığması barədə göstəriş verməmişdir. Heç kəslə torpağın daşınması ilə bağlı sövdələşmə aparmamış, sürücü Hikmət özü yaranacaq problemləri həll edəcəyini bildirmişdir. Hesab edir ki, heç bir halda qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməmiş, heç kimi aldatmamış, etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədi olmamışdır. Bu məsələlərdə heç bir vəzifəli şəxslə sövdələşməmiş, heç bir şəxsə hansısa məbləğdə pul verməmişdir. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə dəymiş ziyanı tamamilə ödəmişdir. Özünü təqsirli saymır və ona bəraət verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun cinayət əməli törətməməsi, təqsirli olmaması barədə söylədikləri özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, “Video görüntülərə və səs yazılarına dair CD disklərdəki media fayllarına baxış keçirilməsi haqqında” protokollar, məhkəmə iclasında həmin disklərdəki videogörüntülərə və səs yazılarına keçirilmiş baxışlar və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadə verərək göstərdi ki, hadisə baş verən yer İsmayıllı rayonu Minkə kəndi ərazisində, kəndin əsas yolundan sağ tərəfdə çöllük ərazisində yerləşir. Həmin ərazi çöllük olmaqla yer qara torpaqdan ibarətdir. Həmin qazıntı yerinə baxdıqda müəyyən edilmişdir ki, həqiqətən də torpağın üst münbit qatı qazılmış və həmin qazılmış ərazinin təxminin ölçüsü 4-6 metrdir. Həmin ərazidən bir qədər yuxarıda da təxminən eyni ölçüdə torpağın üst münbit qatının qazıldığı yer müəyyən edilmişdir. Bu əməllərin törədilməsi nəticəsində təbiətə 4433,52 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. Şahid X4 ifadə verərək göstərdi ki, o, traktor sürücüsüdür. 2020-ci ilin sonlarında İsmayıllı rayonu Keyvəndi kəndinə gedərək meşə torpağı almaq istəmişdir. Kənd sakinləri ona bələdiyyəs sədri Təqsirləndirilən şəxs mobil nömrəsini vermiş, onunla əlaqə saxlayıb meşə torpağı almaq istədiyini bildirmişdir. Akif ona bir yük “KAMAZ” avtomaşını meşə torpağının 600 manata olduğunu bildirmiş, sövdələşdikdən sonra bir maşın meşə torpağını 550 manata razılaşmışlar. Söhbət zamanı Akif tanış sürücülər vasitəsilə yükün Bakı şəhərinə çatdırılacağını bildirmişdir. Təqsirləndirilən şəxs belə qanunsuz işlərlə məşğul olduğunu görüb onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, orada Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin ifşa olunması üçün ona müvafiq qaydada işarələnmiş pul vəsaiti vermişlər. 2021-ci ilin aprel ayının əvvələrində Əli adlı tanışı ilə birlikdə Akiflə İsmayıllı şəhəri “Avtovağzal” adlanan ərazidə görüşmüşdür. Danışıqlarında Akifə ona 100 maşın meşə torpağı lazım olduğunu demişdir. İlkin olaraq beş “KAMAZ” avtomaşını meşə torpağı üçün ona 2750 manat pul vermiş, Akif torpağı Hikmət adlı sürücü vasitəsilə deyilən ünvana çatdıracağını bildirmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs Hikmət adlı sürücü vasitəsilə ona beş “KAMAZ” avtomaşını meşə torpağı göndərmiş, əlavə bir “KAMAZ” avtomaşını da torpaq göndərilməsini xahiş edərək növbəti görüşdə həmin yükün pulunu verəcəyini demişdir. Akifə 100 “KAMAZ“avtomaşını meşə torpağı alacağını bildirdiyinə görə sonuncu onunla mütəmadi telefon əlaqəsi saxlamışdır. 16 aprel 2021-ci il tarixdə Akiflə əlaqə saxlayıb növbəti 5 “KAMAZ” avtomaşını torpağın daşınması ilə bağlı görüşmək istədiyini bildirmişdir. Akif İsmayllı-Qəbələ yolunda yerləşən “Orman” restoranında görüşməyi təklif etmişdir. O, bu dəfə də Əli adlı tanışı ilə Təqsirləndirilən şəxsla görüşmüşdür. Söhbət zamanı əvvəldən borclu qaldığı bir “KAMAZ” avtomaşını torpağın və əlavə beş “KAMAZ” avtomaşını torpağın pulunu, cəmi 3300 manat pulu Akifə vermişdir. Həmin vaxt Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmışdır. Şаhid Şahid5 da şahid Eldar Şıxəliyev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxsla həmkəndlidir. Eldar Şıxaliyevi əvvəllıər tanımamışdır. 2021-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs ona Eldar və Əli adlı tanışlarının meşə torpağı almaq istədiyini bildirmişdir. O, Şamaxı-İsmayıllı avtomagistral yolunun çəkilişi ilə bağlı yolda yolun genişləndirilməsi ilə əlaqədar meşə ərazisinin bir hissəsi qazıldığından oradan çıxan torpağı daşıyıb sata biləcəyini güman etmişdir. Akiflə bir bir “KAMAZ” avtomaşını meşə torpağını 440 manata danışmışdır. 2021ci ilin aprel ayında İsmayıllı rayonu Minkə kəndi ərazisində “Korbulaq” adlanan ərazidən beş “KAMAZ” avtomaşını meşə torpağını Azad adlı ekskavator sürücüsü vasitəsilə avtomobilinə yüklətdirib Bakı şəhərində Füzuli adlı şəxsin Novxanı qəsəbəsində yerləşən bağ evinin qarşısına boşaltmışdır. Yükün çatdırılması ilə bağlı Əli adlı şəxslə telefon əlaqəsi saxlamışdır. Torpağın daşınmasında eyni zamanda ona Şamaxı rayonu Qaravəlli kəndindən olan Vidadi adlı “KAMAZ” avtomaşını sürücüsü də köməklik etmiş və ona hər reysə görə ödəniş etmişdir. Ümumilikdə altı “KAMAZ” avtomaşını meşə torpağını “Kor Bulaq” adlanan ərazidən yığıb Bakı şəhərində Novxanı qəsəbəsində Təqsirləndirilən şəxs vasitəsilə tanıdığı Əli adlı şəxsin dediyi əraziyə boşaltmışdır. Şahid4 ifadə verərək göstərdi ki, özünə məxsus “KAMAZ” avtomobili ilə ayrı-ayrı yerlərə yük daşıyır. 2021-ci iin aprel ayının əvvəllərində tanışı Şahid2 meşə torpağına müştəri olduğunu, İsmayıllı rayonu Minkə kəndinin yaxınlığında yerləşən meşə sahəsindən torpaq daşınacağını bildirmişdir. Hikmət hər “KAMAZ” avtomaşınına görə ona 300 manat pul verəcəyini demişdir. Hikmətdən yerin kimə məxsus olmasını soruşmuş, Hikmət yerin sahibi ilə danışdığını və torpağın daşınması ilə bağlı problem yaşanmayacağını bildirmişdir. O, razılaşmış və üç dəfə Hikmətlə birlikdə İsmayıllı rayonu Minkə kəndi ərazisindən idarə etdiyi yük avtomobilinə torpaq yüklədib Bakı şəhərində Novxanı qəsəbəsində Hikmətin dediyi ünvana apararaq boşaltmışdır. Hikmət ona hər reysə görə 300 manat pul vermişdir. Şahid3 ifadə verərək göstərdi ki, özünə məxsus ekskavatorla sifarişləri yerinə yetirir. 2021-ci ilin aprel ayında İsmayıllı rayon sakini olan tanışı Şahid2 İsmayıllı rayonu Minkə kəndinin yaxınlığında yerləşən meşəlik tərəfdən meşə torpağının avtomobillərə yükləmək lazım olduğunu demişdir. Hər avtomobilin yüklənməsini 40 manata danışıb Hikmətlə razılaşmış və üç dəfə onun avtomobilinə, üç dəfə də tanımadığı bir sürücünün yük avtomobilinə torpaq yükləmişdir. Şahid2 ona torpağın qazılması və daşınması ilə bağlı icazə aldığını demiş, ancaq Hikmətin konkret olaraq kimdən icazə aldığını bilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında 3 ay müddətə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişinin aparılması, güdülməsi, poçt göndərişlərinin yoxlanılmasının, habelə iş, yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə zəruri halda baxış əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilmişdir. 16 aprel 2021-ci il tarixli “Pul vəsaitlərinin təqdim edilməsi” və “Şəxsin üzərinə “RX- 500” markalı xüsusi texniki avadanlığın quraşdırılmasına dair” protokollardan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin əməliyyatçısı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətindən götürülmüş 33 ədəd 100 manatlıq əskinaslardan ibarət C36686673, C55517312, C94720939, A73960902, C87521019, D06859373, D19792590, C87521026, C52882241, A86549538, A02941163, A53113885, A24955350, A83816068, A85204705, D04173441, A44034871, A47261445, A69050317, B07392527, C35357925, C47541087, C41844465, C44735170, A82988043, A64846761, C53832973, A18634339, C53359743, A67277876, C60420068, C86486640, A97982545 seriyalı əskinazlar X2 təqdim edilmişdir. Həmin pulun X2 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədilə sonuncunun paltarına “RX-500” markalı xüsusi texniki avadanlıq quraşdırılmışdır. 16 aprel 2021-ci il tarixli “İsmayıllı rayonunun Keyvəndi bələdiyyəsinin inzibati binasına baxış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə İsmayıllı rayonunun Keyvəndi bələdiyyəsinin inzibati binasına baxış keçirilərkən Təqsirləndirilən şəxs könüllü şəkildə şalvarının sağ cibindən 100 manatlıq əskinaslardan ibarət olan qatlanmış pulları çıxarıb təqdim etmiş, həmin pulu hansı məqsədlə alması barədə sual verildikdə Təqsirləndirilən şəxs qeyd olunan pulu Kamaz sürücüsünə torpaq daşıması üçün verəcəyi səbəbindən aldığını bildirmişdir. Pul əskinasları sayılarkən ümumilikdə 33 ədəd 100 manatlıq əskinaslar olmaqla 3300 manat pul olduğu müəyyən edilmiş, həmin əskinazların üzərinə xüsusi işıq vasitəsi ilə baxıldıqda əskinazlardan 5 ədəd 100 manatlıq pul əskinaslarının (A64846761; A82988043; C44735170; A18634339; C********) üzərinə “rüşvət 2021” sözlərinin yazılması müəyyən edilmişdir. İş üzrə əhəhmiyyə kəsb etdiyindən qeyd olunan pul əskinazları yığılaraq götürülüb qablaşdırılmışdır. 16 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsinə dair” protokoldan görünür ki,qeyd olunan ərazi İsmayıllı rayonu Minkə kəndi ərazisində, kəndin əsas yolundan sağ tərəfdə çöllük ərazisində yerləşir. Həmin ərazi çöllük olmaqla yer qara torpaqdan ibarətdir. Baxışda iştirak edən yük avtomobili sürücüsü Şahid2 Niyaz oğlu qeyd olunan ərazidə olan iki ayrı yerləşən qazıntı yerlərini göstərərək bildirmişdir ki, bələdiyyə sədri Təqsirləndirilən şəxs göstərişi əsasında həmin yerdən torpağın üst münbit qatının qazılaraq ona məxsus yük avtomobilinə yüklənib hər maşını 440 manata daşınmışdır. Qeyd olunan qazıntı yerinə baxdıqda müəyyən edilmişdir ki, həqiqətən də torpağın üst münbit qatı qazılmış və həmin qazılmış ərazinin təxminin ölçüsü 4-6 metrdir. Həmin ərazidən bir qədər yuxarıda da təxminən eyni ölçüdə torpağın üst münbit qatının qazıldığı yer müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid2 həmin ərazidən də Təqsirləndirilən şəxs göstərişi ilə öz şəxsi avtomaşını ilə torpaq daşıdığını bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 9 saylı Regional Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin texniki X5 iştirakı ilə tərtib edilmiş 19 aprel 2021-ci il tarixli aktdan görünür ki, ismayıllı rayonu Keyvəndi kənd sakini Şahid2 rayonun “Korbulaq” adlanan ərazidən torpağın üst münbit qatının qazıb daşıdığı yer X9 məxsus ərazidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 47 nömrəli məktubdan görünür ki, Şahid2 tərəfindən İsmayıllı rayonu Keyvəndi kəndi ərazisində yerləşən “Korbulaq” adlı ərazidən torpağın üst münbit qatının qazılması nəticəsində təbiətə 4433,52 manat ziyan vurulmuşdur. İsmayıllı rayonu Keyvəndi kənd bələdiyyəsinin 15 yanvar 2020-ci il tarixli iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri vəzifəsinə seçilmişdir. Sənədlərin məhkəmə-texniki ekspertizasının 29 aprel 2021-ci il tarixli 5/414 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 33 ədəd 100 manatlıq əskinaslar olmaqla 3300 manat-C36686673, C55517312, C94720939, A73960902, C87521019, D06859373, D19792590, C87521026, C52882241, A86549538, A02941163, A53113885, A24955350, A83816068, A85204705, D04173441, A44034871, A47261445, A69050317, B07392527, C35357925, C47541087, C41844465, C44735170, A82988043, A64846761, C53832973, A18634339, C53359743, A67277876, C60420068, C86486640, A97982545 pul əskinazları poliqrafiq çap üsulu ilə hazırlanmışdır, fiziki kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmuşdur və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil edir. A64846761; A82988043; C44735170; A18634339; C53832973 əskinasların üzərində luminisent qələmlə yazılmış mavi rəngdə “rüşvət 2021” sözləri yazılmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 73(yetmiş üç) manat təşkil edir. “Video görüntülərə və səs yazılarına dair CD diskdəki 01.4.MP4 media fayla məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, İsmayıllı şəhərində yerləşən çayxanada Təqsirləndirilən şəxs, Eldar Şıxaliyev və Şahid5 arasında Bakı şəhərində Novxanı qəsəbəsində bağ sahəsinə tökülməsi üçün meşə torpağının alınması ilə bağlı söhbət aparılır. Söhbət zamanı Eldar Şıxaliyev Təqsirləndirilən şəxs 1 “KAMAZ” yük avtomobili meşəı torpağının qiyməti ilə bağlı razılığa gəlir və Təqsirləndirilən şəxs ona əvvəlcə bir “KAMAZ” meşə torpağının 600 manata başa gələcəyini bildirir, lakin Eldar Şıxaliyev ona çox torpaq lazım olduğunu bildirdikdə və qiyməti aşağı salmağı xahiş etdikdən sonra Təqsirləndirilən şəxs onunla 550 manata razılaşır. Belə olan halda Eldar Şıxaliyev ona 5 “KAMAZ” torpağın qiymətinin 2750 manat olduğunu bildirib əvvəlcədən Təqsirləndirilən şəxs 2750 manat pul sayıb verir və növbəti reyslərə görə onunla əlaqə saxlayıb mütamadi olaraq pulu gətirib verəcəyini deyir. “Video görüntülərə və səs yazılarına dair CD diskdəki 16.4.MP4 fayla məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, açıq hava şəraitində İsmayıllı şəhərində yerləşən çayxanada Təqsirləndirilən şəxs, Eldar Şıxaliyev və Şahid5 arasında Bakı şəhərində Novxanı restoranda Təqsirləndirilən şəxs, Eldar Şıxaliyev və Şahid5 arasında Bakı şəhərində Novxanı qəsəbəsində bağ sahəsinə tökülməsi üçün meşə torpağının alınması ilə bağlı söhbət aparılır. Söhbət zamanı Eldar Şıxaliyev Təqsirləndirilən şəxs 5 KAMAZ meşə torpağının pulunu verdiyini, lakin 1 KAMAZ sonradan əlavə göndərildiyinə görə 550 manat borclu qaldığını və əlavə 5 KAMAZ da meşə torpağı istədiklərini bildirir. Təqsirləndirilən şəxs da meşə torpağı təşkil edə biləcəyini bildirdikdən sonra Eldar Şıxaliyev ona 3300 manat pul sayıb verir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra bir daha özü də sayır və 3300 manat olduğunu görür və əlavə 5 “KAMAZ” da torpaq göndərəcəyini deyir. Video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs torpağın daşınması və Bakı şəhərində deyilən ünvana çatdırılmasını təmin edəcəyini və hər hansı problem yaranarsa özünün həll edəcəyini bildirir. “Video görüntülərə və səs yazılarına dair CD diskdəki Ses 006m4 media fayla məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, orada Təqsirləndirilən şəxs, Eldar Şıxaliyev və Şahid5 arasında danışıq aparılır. Danışığın məzmunundan görünür ki, Bakı şəhərinə meşə torpağı daşınması ilə bağlı söhbət edilir. Söhbət zamanı Təqsirləndirilən şəxs Eldar Şıxaliyevə bildirir ki, 100 yük avtomobili meşə torpağının daşınmasına görə rayon icra hakimiyyətinin başçısının, polis rəisinin və digər aidiyyəti qrumların məlumatı və razılığı olmalıdır. Əvvəllər belə işləri asanlıqla həll etmək olurdusa indi bu məsələ çətinləşibdir. Bu məsələləri ucuz qiymətə həll etmək olmur. Qeyd edilən danışıqda iştirak edən Eldar Şıxaliyev və Şahid5 meşə torpağının daşınması ilə bağlı danışıb onlara bir söz deyilməsini Təqsirləndirilən şəxs bildirir. Təqsirləndirilən şəxs da öz növbəsində maraqlanıb bu barədə onlara məlumat verəcəyini deyir. Müstəntiqin 24 may 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxsla Eldar Şıxaliyev arasında olan danışıqlara dair səs yazıları və videogörüntüləri əks etdirən CD disklər və Təqsirləndirilən şəxs üzərindən baxış keçirilərkən götürülmüş 5 ədəd 100 manatlıq - A64846761; A82988043; C44735170; A18634339; C53832973 pul əskinazları cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Müstəntiqinin 24 may 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Şahid2, Şahid4 və Şahid3 hərəkətləri Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmadığından və onların Təqsirləndirilən şəxs tərətdiyi cinayət əməllərində iştirakları olmadığından barələrində cinayət təqibinə xitam verilmişdir. 03 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 27 aprel 2021-ci il tarixli 1021 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri İ.Binyətov küçəsi ev 14 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1975-ci il təvəllüdlü arvadı X3, 1994 və 1995ci il təvəllüdlü uşaqları Asif və Günaydan ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterzə olunur. Müstəntiqinin 16 aprel 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 16 aprel 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdə saat 20:20-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2021-ci il tarixli 4(001)- 359/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 aprel 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 02(iki) ay həddində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 1(037)-42/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. "xxxx" ASC-nin İsmayıllı rayon filialı tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs təbiətə vurduğu 4433,52 manat ziyanı müvafiq hesaba tamamilə ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 32.4,312.1-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 32.4,312.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş cərimə cəzasının təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il qərarına əsasən əlavə cəza müstəqil olaraq tətbiq oluna bilməz, o, əsas cəzaya birləşdirilir və onun fərdiləşdirilməsi vasitəsi kimi çıxış edir. Buna görə də bu cəza əsas cəzadan mahiyyətcə fərqlənir. Əlavə cəza əsas cəzadan ağır ola bilməz. Məhz bu səbəbdən də qanunverici CM-in 46.3-cü maddəsində cəza növlərindən ən yüngülü olan cərimə cəzasına ondan daha ağır olan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə olaraq təyin edilməsini nəzərdə tutmamışdır. CM-in 58.1-ci maddəsinin mənasına görə isə CM-in 46.3-cü maddəsinin müddəaları cəza təyin edilərkən mütləq nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 42 və 46.3-cü maddələrinin tələbləri baxımından müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası əlavə cəza kimi cərimə cəzasına təyin edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını məqsədəuyğun hesab edir və qərara gəlir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona əlavə cəza təyin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 32.4,312.1-ci maddələri ilə 4000 (dörd min) manat miqdarda cərimə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarda cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 6000 (altı min) manat miqdarda cərimə cəzasına məhkum edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat miqdarda cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 8000 (səkkiz min) manat miqdarda cərimə cəzası yüngülləşdirilməli və üzərində qəti olaraq 4000 (dörd min) manat miqdarda cərimə cəzası saxlanılmalıdır. Təyin edilən cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxsla Eldar Şıxaliyev arasında olan danışıqlara dair səs yazıları və videogörüntüləri əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən baxış keçirilərkən götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 5 ədəd 100 manatlıq - A64846761; A82988043; C44735170; A18634339; C53832973 pul vəsaitinin Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 73 (yetmiş üç) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 308.1 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə 4000 (dörd min) manat miqdarda cərimə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarda cərimə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 6000 (altı min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 aprel 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 8000 (səkkiz min) manat miqdarda cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 4000 (dörd min) manat miqdarda cərimə cəzası saxlanılsın. Təyin edilmiş cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxsla Eldar Şıxaliyev arasında olan danışıqlara dair səs yazıları və videogörüntüləri əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar-Təqsirləndirilən şəxs üzərindən baxış keçirilərkən götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 5 ədəd 100 manatlıq - A64846761; A82988043; C44735170; A18634339; C53832973 pul vəsaitinin Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 73 (yetmiş üç) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar