Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-42/2023 22.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 22 iyun 2023-cü il tarixdə saat 15:38-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1997-ci ildə İsmayıllı rayon Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, İsmayıllı rayon Qubaxəlilli kəndində qeydiyyatda olmaqla İsmayıllı rayon Diyallı kəndində yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 4(037)-8/2023 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 7,11 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 1,32 qram, 0,56 qram, 0,78 qram, 1,04 qram, 0,99 qram, 0,72 qram, 0,44 qram, 0,75 qram olmaqla ayırıb kağız bükümlərdə qablaşdıraraq 23 fevral 2023-cü il tarixə kimi üzərində daşımaqla saxlamış, qeyd olunan tarixdə saat 19 radələrində İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə edildiyi üçün İsmayıllı-Qəbələ avtomobil yolu ilə İsmayıllı şəhərinin H.Əliyev prospektinin kəsişməsində, yolun kənar hissəsində yerləşən sərnişin dayanacağında saxlanılmış və İsmayıllı rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan tünd qara rəngli cins şalvarın sol yan cibindən, üzərində “Winchester” sözləri yazılmış tünd göy rəngli siqaret qutusunda, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, 9 ədəd gümüşü və qızılı rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 1,32 qram, 0,56 qram, 0,78 qram, 1,04 qram, 0,99 qram, 0,72 qram, 0,44 qram, 0,75 qram olmaqla ümumi təmiz çəkisi 7.11 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, valideyinləri ilə birlikdə İsmayıllı rayon Diyallı kəndində yaşayır, fərdi əməklə məşqul olmaqla dolanışığını təmin edir. 23 fevral 2023-cü il tarixdə saat 19 radələrində İsmayıllı- Qəbələ avtomobil yolu ilə İsmayıllı şəhər H.Əliyev prospektinin kəsişməsində, yolun kənar hissəsində yerləşən sərnişin dayanacağının yanında olarkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamağından şübhələndiklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini, bu səbəbdən də üzərinə şəxsi axtarış keçirəcəklərini bildirərək onu İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞ-nə gəlmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şöbənin Növbətçi Hissəsinin qarşısında üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya, vasitə və predmetlər vardırsa təqdim etmək təklif olunmuşdur. O, üzərində heç bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya, vasitə və predmetlər olmadığını bildirmişdir. Buna baxmayaraq onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş, şöbənin növbətçi hissəsində polislərin və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı əynində olan tünd qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd üzərində “Winchester” sözləri yazılmış tünd göy rəngli siqaret qutusu aşkar edilmiş, həmin siqaret qutusu açıldıqda isə içərisində 07 ədəd gümüşü, 02 ədəd qızılı rəngli olmaqla cəmi 09 ədəd bükülü olması müəyyən olmuşdur. Bükülülər açıldıqda açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması məlum olmuşdur. Sorğu zamanı o, həmin 09 ədəd bükülülərdə narkotik vasitənin qurudulmuş marixuana olmasını, özünə məxsus olduğunu, şəxsi istifadə etmək məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Həmçinin polis əməkdaşları ona həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqları zaman o, həmin 09 ədəd bükülülərdə aşkar edilmiş qurudulmuş marixuana narkotik vasitəsini saxlanılmazdan əvvəl, yəni 2022-ci ilin yay aylarında, dəqiq tarixini xatırlamadığı gündə, yaşadığı İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən meşə sahəsinə getdiyi zaman, meşənin içərisində qarşısına çıxan 01 ədəd yabanı halda narkotik tərkibli çətənə bitkisindən yığaraq qurudub hazırladığını bildirmişdir. O, əvvəllər də qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etdiyi üçün tapdığı həmin çətənə bitkisinin yarpaqlarını sonra qurudaraq istifadə etməyindən ötrü yığaraq cibinə qoymuş, həyətinə apararaq orada kimsənin görmədiyi yerdə yığaraq qurutmuş, bu barədə heç kimə bildirməmiş, valideyinlərinin də bundan xəbəri olmamışdır. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana bükülülərlə birlikdə xüsusi elektron tərəzidə çəkilmiş, bükümlərin ayrı-ayrılıqda və ümumilikdə çəkiləri müəyyən edilmişdir. Şəxsi axtarış zamanı əynində olan digər paltarlar və geyim əşyalarında cinayət xarakterli hər hansı əşya, predmet, iz, habelə narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir.O, narkotik vasitələrin satışı ilə məşğul deyil və narkotik vasitə satan şəxsləri tanımır və heç vaxtı belə şəxslərlə cinayət əlaqəsində olmamışdır. Bildirmək istəyir ki, o, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır, o, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır, narkomaniya xəstəliyindən əzab çəkdiyi üçün narkotik vasitələrdən istifadə edir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində aşkarlanmış narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Gənc olmasının və ailə vəziyyətinin nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonu Diyallı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatına malik olduğundan 23 fevral 2023-cü il tarixdə bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq almışdır. Dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs İsmayıllı-Qəbələ avtomobil yolu ilə İsmayıllı şəhər H.Əliyev prospektinin kəsişməsində, yolun kənar hissəsində yerləşən sərnişin dayanacağının yanında olarkən onunla rastlaşmış, yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmiş, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərarla onu tanış edib və üzərində şəxsi axtarış aparılması məqsədilə bizimlə İsmayıllı RPŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və könüllü şəkildə şöbəyə gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və şübhəli şəxs kimi tutularaq barəsində protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə üzərinə şəxsi axtarış keçiriləcəyi, həmin proses zamanı isə videoçəkiliş aprılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs onlara üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Buna baxmayaraq onlar Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynindəki tünd qara rəngli cins şalvarının sol yan cibindən, 01 ədəd üzərində “Winchester” sözləri yazılmış tünd göy rəngli siqaret qutusu aşkar edilmiş, siqaret qutusu açıldıqda isə içərisində 07 ədəd gümüşü, 02 ədəd qızılı rəngli olmaqla cəmi 09 ədəd bükülü olması müəyyən olmuşdur. Bükülülər açıldıqda açıldıqda içərisində yaşımtıl rəngli, quru halda, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuana olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 01 ədəd üzərində “Winchester” sözləri yazılmış tünd göy rəngli siqaret qutusunda narkotik vasitənin qurudulmuş marixuana olmasını, özünə məxsus olduğunu, şəxsi istifadə etmək məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Həmçinin onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqları zaman o, həmin 01 ədəd sellofan torbada aşkar edilmiş qurudulmuş marixuana narkotik vasitəsini saxlanılmazdan əvvəl, yəni 2022-ci ilin yay aylarında, dəqiq tarixini xatırlamadığı gündə, yaşadığı İsmayıllı rayonu Diyallı kəndi ərazisində yerləşən meşə sahəsinə getdiyi zaman, meşənin içərisində qarşısına çıxan 01 ədəd yabanı halda narkotik tərkibli çətənə bitkisindən yığaraq qurudub hazırladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana bükülülərlə birlikdə xüsusi elektron tərəzidə çəkilmiş, bükümlərin 1.16 qram, 1.21 qram, 1.60 qram, 0.68 qram, 0.96 qram, 0.87 qram, 0.94 qram, 0.69 qram və 0.56 qram olmaqla ümumilikdə çəkisinin 8.69 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı əynində olan digər paltarlar və geyim əşyalarında cinayət xarakterli hər hansı əşya, predmet, iz, habelə narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəsini haradan əldə etməsi barədə hər hansı bir məlumat əldə olunmamış, həmçinin sonuncunun narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması və ya başqa şəxslərlə birlikdə narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. O, məhkəmə-bioloji ekspertizasının rəyi ilə tanış olmuş, aşkar edilmiş 01 ədəd üzərində “Winchester” sözləri yazılmış tünd göy rəngli siqaret qutusunun içərisində, 07 ədəd gümüşü, 02 ədəd qızılı rəngli olmaqla cəmi 09 ədəd bükülülərdə olmuş qurudulmuş marixuana bükülülər ilə birlikdə çəkilmiş, ona görə də çəkisi ekspertiza rəyində göstəriləndən artıq olmuşdur. Məhkəmə iclasında digər şahidlər - İsmayıllı RPŞ-nin əməkdaşları olan X4, X1, X2 və X3 da şahid Taleh Ağayev ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: Məhkəmə-bioloji ekspertizasının 24 fevral 2023-cü il tarixli 17/213 nömrəli rəyi ilə müəyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “ xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik tərkibli bitki kütləsi...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 09 (doqquz) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0.51 qr., 1.32 qr., 0.56 qr., 0.78 qr., 1.04 qr., 0.99 qr., 0.72 qr., 0.44 qr., 0.75 qr., ümumi təmiz çəkisi – 7.11 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqat obyektindən ekspertiza tədqiqatına ümumilikdə 0,45 qram (hər obyekdən 0,05 qram olmaqla) sərf edilmiş, marixuananın qalıq çəkisi 6,66 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 26 aprel 2022-ci il tarixli 713 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəxsi axtarış keçirilməsi barədə 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, göstərilən tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olmuş tünd qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd üzərində “Winchester” sözləri yazılmış tünd göy rəngli siqaret qutusu aşkar edilmiş, siqaret qutusu açıldıqda isə içərisində 07 ədəd gümüşü, 02 ədəd qızılı rəngli olmaqla cəmi 09 ədəd bükülü olması müəyyən olmuşdur. Bükülülər açıldıqda açıldıqda içərisində yaşımtıl rəngli, quru halda, spesifik iyə malik, narkotik vasitəyə bənzər bitki kütləsinin olması məlum olmuş, aşkar edilmiş aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana bükülülərlə birlikdə xüsusi elektron tərəzidə çəkilmiş, bükümlərin 1.16 qram, 1.21 qram, 1.60 qram, 0.68 qram, 0.96 qram, 0.87 qram, 0.94 qram, 0.69 qram və 0.56 qram olmaqla ümumilikdə çəkisinin 8.69 qrama bərabər olmuş, 01 ədəd zərfə qoyulub qablaşdırılaraq ekspertiza tədqiqatına təqdim edilməsi məqsədilə götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmaqla protokol tərtib olunmuşdur. Baş İnformasiya-Kommunikasiya İdarəsindən +**********18 saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hansı abonentlərə zənglər edilməsi, hansı anten dairələrində aktiv olmaları və nömrələr arasında hansı müddətə danışıqlar olması barədə daxil olmuş 01 ədəd CD diskə baxış keçirilmiş və həmin disk cinayət işinin materialına əlavə edilmişdir. Baxış zamanı Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx.xx.2023-cü il tarixli 20/1-2946m nömrəli məktub ilə daxil olmuş bir ədəd dairəvi formada və CD formatında olan disk komputerə salındıqdan sonra diskdə 6 ədəd faillər olması məlum oldu, həmin fayılların nəzər yetirdikdə isə dörd ədədinin hər biri “excel” formatında, bir ədədi “HTML Document” formatında və bir ədədi “pdf Document” formatında olmuşdur. Həmin faillər bir-bir açıldığı zaman isə içərisində, +**********18 nömrəli mobil nömrənin məxsusluğu, həmin nömrəyə daxil olan çıxan zənglər, həmin zənglərin müddəti və tarixləri, zənglərin statistikası, hansı anten dairələrində istifadə olunması və abunəçilər haqqında məlumatlar qeyd olunması müəyyən olundu. Həmin diskdə olan məlumatlardan görünür ki, +**********18 saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə, saat 00:00-dan xx.xx.2023-cü il tarixə, saat 00:00-dək bir çox abonentlərə zənglər edilməsi, müxtəlif anten dairələrində aktiv olması və nömrələr arasında danışıqlar olması qeydə alınmışdır. Həmçinin baxış zamanı müəyyən olunmuşdur ki, +**********18 saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsindədir. Diskə baxış zamanı iş üçün əhəmiyət kəsb edən hər hansı bir məlumat olması müəyyən edilməmişdir. Baxış zamanı həmin məlumatlar “HP laserJet P1102” markalı printerdən istifadə edilməklə çap edilməklə çap edilərək protokola əlavə edilmişdir. İsmayıllı RMX PHŞ-si tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli PHŞ-6-47/2- 224/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın poliklinika şöbəsininin “Ruhi-Əsəb”, Narkoloji və Nevroloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Müstəntiqinin 24 fevral 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçının 23 fevral 2023-cü il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçı tərəfindən tərtib edilmiş həmin protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə saat 22:35-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 25 fevral 2023-cü il tarixli, 4(037)-6/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 4(037)-8/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İsmayıllı RİHB-nin Qubaxəlilli kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Qubaxəlilli kəndində qeydiyyatdadır, subaydır, müsbət xarakterizə olunur. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsinə sübut növü kimi üzərindən aşkarlanmış “Winchester” sözləri yazılmış tünd göy rəngli siqaret qutusunda saxladığı təmiz çəkisi 7,11 qram təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 1,32 qram, 0,56 qram, 0,78 qram, 1,04 qram, 0,99 qram, 0,72 qram, 0,44 qram, 0,75 qram olmaqla ayırıb kağız bükümlərdə qablaşdırılmış tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, yəni sözügedən narkotin vasitənin bükümlərə bölünərək saxlanılması əsas götürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin məhz satış məqsədi ilə onun tərəfindən bükümlərə bölünməsi məhkəmə istintaqında sübuta yetirilməməklə yanaşı, başqa yanaki sübutlar əldə edilmədən, ibtidai istintaq orqanının sadəcə, həmin narkotik vasitələrinin bir neçə hissəyə bölərək kağız bükümlərdə saxlamasında satış məqsədinin olması qənaətinə gəlməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan şübhə doğurmayan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi olaraq, nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməli idi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin saxlamasında satış məqsədinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin ayrıayrı hissələrə bölünərək 9 ədəd bükümlərdə qablaşdırıb saxlanılması ibtidai istintaq orqanının sonuncunun həmin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmuş, lakin ibtidai istintaqın gedişində əməliyyat tapşırıqları verilməsinə baxmayaraq təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Həmin hallar və işin digər halları nəzərə alınmadan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 9 ədəd gümüşü və qızılı rəngli kağız bükümlərdə qablaşdırılmaqla çəkilərinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 1,32 qram, 0,56 qram, 0,78 qram, 1,04 qram, 0,99 qram, 0,72 qram, 0,44 qram, 0,75 qram olması müəyyən edilmişdir. Göründüyü kimi, bu hal - yəni narkotik vasitə olan qurudulmuş marixuananın müxtəlif çəkilərdə bülkümlərlə qablaşdırılması həmin vasitənin satış üçün hazırlanması ehtimalını istisna edir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsindən müxtəlif nömrələrə zənglər və mesajlar getdiyi, həmin mobil nömrəyə müxtəlif nömrələrdən zənglərin və mesajların gəldiyi, göstərilən müdətlərdə çoxsaylı şəxslərlə telefon danışıqları aparıldığı qeyd edilsə də, həmin danışıq və məsajların mətnlərində narkotik vasitələrin satışını sübut edəcək mahiyyətli məlumatlar öz əksini tapmamışdır. Bundan başqa, iş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Nаrkotik vasitələrdən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Bu hallar da onun narkotik vasitə olan marixuananın öz istifadəsi üçün saxlamasını şərtləndirən sübut növü kimi qitmətləndirilməlidir. Məhkəmə, hesab edir ki, başqa mötəbər sübutlarla öz təsdiqini tapmadan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin ayrı-ayrı hissələrə bölünərək 09 ədəd bükümlərdə saxlanılması özü-özlüyündə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Digər tərəfdən Avropa İnsan Hüquqları Məhkəməsi də bir çox qərarlarında “şübhədən kənar sübut” anlayışına diqqət yetirilməsinin zəruriliyi barədə milli məhkəmələrə tövsiyyə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 7,11 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 1,32 qram, 0,56 qram, 0,78 qram, 1,04 qram, 0,99 qram, 0,72 qram, 0,44 qram, 0,75 qram olmaqla ayırıb kağız bükümlərdə qablaşdıraraq 23 fevral 2023-cü il tarixə kimi üzərində daşımaqla saxlamış, qeyd olunan tarixdə saat 19 radələrində İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılmış və İsmayıllı rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan tünd qara rəngli cins şalvarın sol yan cibindən, üzərində “Winchester” sözləri yazılmış tünd göy rəngli siqaret qutusunda, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, 9 ədəd gümüşü və qızılı rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,51 qram, 1,32 qram, 0,56 qram, 0,78 qram, 1,04 qram, 0,99 qram, 0,72 qram, 0,44 qram, 0,75 qram olmaqla ümumi təmiz çəkisi 7.11 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş ağırlaşdırıcı hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətini, cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdırılan halların olmamasını və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və işin digər faktilki hallarını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3(üç) ay 29(iyirmi doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 7(yeddi) ay 28(iyirmi səkkiz) gün müddət ona təyin ediləcək аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayon Diyallı kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2– ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,66 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3(üç) ay 29(iyirmi doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 7(yeddi) ay 28(iyirmi səkkiz) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 10(on) ay 2(iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 10(on) ay 2(iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayon Diyallı kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,66 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-42/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-42/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver