Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-42/2024 24.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 24 oktyabr 2024-cü il tarixdə saat 11:52-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1984-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, İsmayıllı şəhəri 30A kvartalda qeydiyyatında olmaqla İsmayıllı şəhəri Şıxəli Qurbanov küçəsi ev 8-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdar təşkil edən 6,63 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı İsmayıllı şəhəri, Şıxəli Qurbanov küçəsi, 8 saylı evə gətirib həmin evin yataq otağında şkafın üst siyirməsində bir ədəd sellofan bükümdə gizlədərək saxlamış, 17 aprel 2024-cü il tarixdə saat 21 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həmin ünvanda yerləşən evinə Təqsirləndirilən şəxs razılığı ilə baxış keçirilərkən evin yataq otağında şkafın üst siyirməsində gizlədərək saxladığı bir ədəd sellofan bükümdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 6,63 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, 30A kvartal ünvanında qeydiyyatda olmaqla qardaşı ilə birlikdə müvəqqəti olaraq İsmayıllı şəhəri, Şıxəli Qurbanov küçəsi ev 8 ünvanında kirayə yaşayır. Subaydır. Rəsmi olaraq heç bir yerdə işləməsə də ev təmiri ustasıdır. Atası 23 noyabr 2023-cü il tarixdə vəfat etdikdən sonra mərhuma məxsus çantasında 3 ədəd giliz və 5 ədəd patron olduğunu görmüş və giliz və patronları yadigar kimi saxlamaq üçün öz çantasına qoymuşdur. Atasının həmin patronları haradan əldə etməsi barədə məlumatı olmamışdır. 17 aprel 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən qapı döyülmüş və qapını açdıqda bir neçə nəfər şəxsin qapının qarşısında olduğunu görmüşdür. Onlar öz xidməti vəsiqələrini göstərib İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Yaşadığı evdə narkotik vasitə və döyüş sursatları saxlaması barədə onlarda əməliyyat məlumatı olduğunu və bu barədə qərar qəbul olunduğunu bildirib onu həmin qərarla tanış etmiş və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O, buna etirazının olmadığını demiş və bu barədə ərizə yazmışdır. Yaşadığı evə baxış keçirilməzdən əvvəl evdə hər hansı bir narkotik vasitə, qanunla qadağan olunmuş əşya saxlayıb-saxlamadığı soruşulmuşdur. Müsbət halda təqdim etməyi ona təklif olunmuşdur. O, evdə narkotik vasitə olmadığını demişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirmişlər, sonuncular onun yaşadığı evin yataq otağına daxil olmuş, oradan bir ədəd sellofan bükümlə çıxaraq bükümdəkinin nə olduğunu soruşmuşlar. O, həmin bükümdən xəbərinin olmadığını, onun içində nə olmasını bilmədiyini demiş, bu zaman ciddi təzyiqlərə, təhdidlərə məruz qalmışdır. Əks təqdirdə onun üzərindən daha böyük miqdarda narkotik vasitə aşkar olunacağını demişlər. Çıxılmaz vəziyyətdə qalaraq həmin bükülünü özünə məxsus olduğunu və bükümün içərisindəki kütlənin öz istifadəsi üçün saxladığı marixuana olduğunu demişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 6,83 qram olması müəyyən edilmiş, zərfdə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Zərfin üzəri iştirakçılar və həmçinin özü tərəfindən imzalanmışdır. Daha sonra isə polis əməkdaşları plastik qabda çətənə bitkisinin toxumlarını təqdim edərək əvvəlki qaydada həmin toxumların da ona məxsus olmasını tədsdiq etməsini demişlər. O son dərəcə qorxduğundan çətənə bitkisinin toxumlarının da özünə məxsus olmasınə demişdir. Həmin bitki toxumları da zərfdə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Zərfin üzəri iştirakçılar və həmçinin özü tərəfindən imzalanmışdır. Bundan sonra isə ona məxsus idman çantasının cibində saxladığı 5 ədəd müxtəlif çaplı patronu, 3 ədəd gilizi və 1 ədəd qatlanan cib bıçağının kimə məxsusluğu barədə ondan sorğu olunmuşdur. O, həmin əşyaların özünə məxsus olduğunu və atasından yadigar kimi saxladığını bildirmişdir. Həmin əşyalar 1 ədəd zərfdə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Zərfin üzəri iştirakçılar və həmçinin özü tərəfindən imzalanmışdır. Bundan sonra Polis əməkdaşları onu özləri ilə birloikdə polis şöbəsinə aparmışlar. Şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin köməyindən istifadə etmək hüququnun olduğu izah olunmuşdur. O, maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi təyin olunmağını istəmişdir. Bir qədər sonra onun seçdiyi müdafiəçisi Müdafiəçi polis şöbəsinə gəlmişdir. Hüquq və vəzifələri bir daha izah olunmuş və üzərində şəxsi axtarış aparılacağı ona bildirilmişdir. O, buna etiraz etməmiş, müdafiəçisinin və digər polis əməkdaşlarının iştirakı ilə İsmayıllı rayon polis şöbəsinin inzibati binasında, növbətçi hissənin qarşısında videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Üzərindən hər hansı bir qanunla qadan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Ona İsmayıllı rayon Polis şöbəsində edilmiş təzyiq və təhdidlərlə bağlı müdafiəçisinə və prokurorluğa müraciət etməmişdir. Polislərin onun evində axtarış apardıqları gün onun yaşadığı evdə narkotik vasitə olmamış, ona fiziki təzyiq olunduğundan qorxaraq polis əməkdaşlarının təqdim etdiyi sellofan bükülünün özünə məxsus olduğunu demişdir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. X2 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı şəhəri 30A kvartalda qeydiyyatda olmaqla İsmayıllı şəhəri Şıxəli Qurbanov küçəsi ev 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda qanunsuz döyüş sursatı saxlaması barədə ona məlumat daxil olduğundan raportla İsmayıllı RPŞ-nin rəisinə məruzə etmişdir. İsmayıllı RPŞ-nin rəisinin əmrinə əsasən əməliyyat-istintaq qrupu yaradılaraq 17 aprel 2024-cü il tarixdə saat 21 radələrində o, qrupun digər üzvləri birlikdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri Şıxəli Qurbanov küçəsi ev 8 ünvanının qapısını döymüşlər. Təqsirləndirilən şəxs qapını açdıqda xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, eləcə də qanunsuz döyüş sursatı saxlamasında şübhəli olduğunu, buna görə də yaşadığı ünvana baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını demiş və bu barədə İsmayıllı RPŞ-nə ərizə yazmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməzdən əvvəl evdə hər hansı bir narkotik vasitə, qanunla qadağan olunmuş əşya saxlayıbsaxlamadığı barədə soruşulmuş və müsbət halda təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və döyüş sursatı saxladığını demiş və təqdim etmək istədiyini qeyd etmişdir. Ardınca Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan termonun üst siyirməsində saxladığı bir ədəd sellofan bükümdəki marixananı təqdim etmişdir. Həmin bitki kütləsinin nə və kimə məxsus olduğunu Təqsirləndirilən şəxs soruşduqda sonuncu həmin bitki kütləsinin “nəşə” olduğunu və özünə məxsus olduğunu demişdir. Aşkar edilmiş bitki kütləsi elektron tərəzidə çəkilmiş və həmin bitki kütləsinin 6,83 qram olması müəyyən edilmişdir. Həmin bitki kütləsi 1 ədəd kağız zərfdə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Zərfin üzəri bütün iştirakçılar və həmçinin özü tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yataq otağında olan taxtın üstündəki matrasın altında 1 ədəd plastik qabda saxladığı çətənə bitkisinin toxumlarını təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bitki toxumlarının özünə məxsus olduğunu və əkmək üçün saxladığını demişdir. Həmin bitki toxumları da 1 ədəd zərfdə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Zərfin üzəri iştirakçılar və həmçinin özü tərəfindən imzalanmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs özünə məxsus idman çantasının cibində saxladığı 5 ədəd müxtəlif çaplı patronu, 3 ədəd gilizi və 1 ədəd qatlanan cib bıçağını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin əşyalar 1 ədəd zərfdə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Zərfin üzəri bütün iştirakçılar və həmçinin özü tərəfindən imzalanmışdır. Daha sonra baxış məlum evin digər otaqlarında davam etdirilmişdir. Qeyd etdiklərindən əlavə məlum ünvandan başqa hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs Polis şöbəsinə dəvət etmiş və sonuncu onlarla birlikdə polis şöbəsinə gəlmişdir. PŞ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçinin köməyindən istifadə etmək hüququnun olduğu izah olunmuşdur. Təqsirləndirilən şəxs maddi imkanının zəif olduğu üçün dövlət hesabına müdafiəçi təyin olunmağını istəmişdir. İsmayıllı rayonunda və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil Müdafiəçi seçmişdir. Bir qədər sonra Müdafiəçi polis şöbəsinə gəlmişdir. Hüquq və vəzifələri izah olunmaqla sonuncuya üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Müdafiəçisinin və digər polis əməkdaşlarının iştirakı ilə İsmayıllı rayon polis şöbəsinin inzibati binasında, Növbətçi hissənin qarşısında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Fərahimin üzərindən hər hansı bir qanunla qadan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə protokol tərtib olunmuş, bütün iştirakçılar və özü imza etmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı mötəbər məlumat əldə etməmiş, bir rayon sakini kimi əvvəllər tanısa da, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, baş polis leytenanatı X4 ifadəsində X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Yaşayış yerinə baxış keçirilməsi barədə” 17 aprel 2024-cü il tarixli protokoldan və həmin axtarışın görüntülərini əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri Şıxəli Qurbanov küçəsi ev 8 ünvanında yataq otağında termonun üst siyirməsindən 1 ədəd sellofan bükümdə 6,83 qram çəkidə qurudulmuş marixuana aşkar edilmiş və 1 ədəd kağız zərfə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə bioloji ekspertizasının 18 aprel 2024-cü il tarixli 17/372 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlə” yazısı, , adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 6,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar edilmiş toxumlar” yazısı, , adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd plastik qabda təmiz çəkisi 0,30 qram olan bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə balllistik ekspertizasının 26 aprel 2024-cü il tarixli 17/373 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 1 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərüfat – məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. -tədqiqata təqdim edilmiş, 02 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 5,45X39 mm kalibrli olmaqla həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74” (AK-74M, AKS-74, AKS-74U) markalı avtomat silahlarda, RPK-74, (RPKS-74) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır- istifadəyə(atəşə) yararsızdırlar. -tədqiqata təqdim edilmiş, 02 ədəd giliz 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, AKS-74 avtomatlarda, RPK-74 markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir- gilizləridir. -tədqiqata təqdim olunmuş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli işarəverici səsverici tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. -tədqiqata təqdim edilmiş, 02 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 6,2X52 mm kalibrli olmaqla, həmin kalibrə malik “WİNCHESTER” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır- istifadəyə yararsızdırlar.-tədqiqata təqdim edilmiş, 01 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “SAKO” konstruksiyalı yivli odlu ov silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronduristifadəyə yararsızdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 60(altmış) qəpik təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası X1 ambulator məhkəmə narkoloji ekspertizasının 29 iyun 2024-cü il tarixli 1143 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Maddi sübut kimi tanınma haqqında” 13 mart 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitənin-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığı və digər predmetlər cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlara qiymət verərək hesab edir ki, bu xüsusatlar təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 27-ci bəndində qeyd edilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərə və aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Həmin Qərarın 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsinə, yəni 17 aprel 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən onlar tərəfindən fiziki zor tətbiqinə məruz qalmasını göstərdiyindən öz təşəbbüsü əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilməsi barədə qərar qəbul etmiş, tibbi müayinənin təşkili və aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi şəxsi İsmayıllı rayon şöbəsinin rəhbərliyinə tapşırılmış, məhkəmə-tibb ekspertinin qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoymuşdur;
1. Təqsirləndirilən şəxs bədən səthində, daxili orqanlarında 17 aprel 2024-cü il tarixdən hazırki vaxta qədər olan dövrə uyğun gələ bilən və fiziki zorakılıq əlamətlərini əks etdirən xəsarət, zədə (qançır, sıyırıq və s.) vardırmı və ya xəsarət, zədə əlamətlərinin qalması müəyyən edilirmi ?
2. Əgər vardırsa, onların yerinə yetirilmə üsulu və vasitələri, o cümlədən döymə, işgəncə vermə və ya fiziki zorakılıq əlamətlərinə uyğun gəlirmi ? Həmin xəsarətlər onun daxili orqanlarına sirayət etmişdirmi ?
3. Əgər Təqsirləndirilən şəxs bədən nahiyyəsinə hər hansı xəsarət yetirilmişsə, həmin xəsarətin yetirilmə tarixi 17 aprel 2024-cü il tarixə uyğun gəlirmi? Həmin qərar əsasında keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi şəxsi İsmayıllı rayon şöbəsinin 26 sentyabr 2024-cü il tarixli 404 nömrəli rəyiundən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthində, eləcə də başında xəsarət və xəsarətin izləri (qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı zor tətbiq edildiyi barədə məhkəməyədək icraatı aparan orqan qarşısında hər hansı bir vəsatət qaldırmamış, eyni zamanda bu barədə istər prokurorluq orqanlarına istərsə də məhkəməyə hər hansı ərizə verilməmiş, hətta barəsindəki cinayət işinin ibtidai istintaqı zamanı müdafiəçisinə bu barədə məlumat verməmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı isə məhkəmənin təşəbbüsü ilə keçirilmiş məhkəmə tibbi ekspertizası zamanı isə Təqsirləndirilən şəxs bədən səthində, eləcə də başında xəsarət və xəsarətin izləri (qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdiyi xüsusatlara tənqidi yanaşır və bu halı özünü məsuliyyətdən yayındırmaq kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdar təşkil edən 6,63 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı İsmayıllı şəhəri, Şıxəli Qurbanov küçəsi, 8 saylı evə gətirib həmin evin yataq otağında şkafın üst siyirməsində bir ədəd sellofan bükümdə gizlədərək saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdar təşkil edən 6,63 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı İsmayıllı şəhəri, Şıxəli Qurbanov küçəsi, 8 saylı evə gətirib həmin evin yataq otağında şkafın üst siyirməsində bir ədəd sellofan bükümdə gizlədərək saxlamış, 17 aprel 2024-cü il tarixdə saat 21 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həmin ünvanda yerləşən evinə Təqsirləndirilən şəxs razılığı ilə baxış keçirilərkən evin yataq otağında şkafın üst siyirməsində gizlədərək saxladığı bir ədəd sellofan bükümdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 6,63 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyindən alınmış arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri 30A kvartalda qeydiyyatında olmaqla İsmayıllı şəhəri Şıxəli Qurbanov küçəsi ev 8-də yaşayır, subaydır, barəsində inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon Mərkəzi Xəstəxanasından alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Ruhi-Əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il saat 23:15-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 aprel 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 12:50-dən İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,58 qram olan qurudulmuş marixuana və çətənə bitkisi toxumları, habelə 1 ədəd kağız zərfdə qablaşdırılmış turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 (bir) ədəd kağız paketə qablaşdırılmış 6 ədəd patron və 2 ədəd giliz xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat 15 (on beş) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il saat 23:15-dən 19 aprel 2024-cü il saat 12:50-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri, Şıxəli Qurbanov küçəsi ev 8 ünvanındakı evi tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan, 02 ədəd kağız zərfdə tədqiqatdan sonrakı vəziyyətdə- təmiz çəkisi – 6,58 qram olan qurudulmuş marixuana və çətənə bitkisi toxumları, habelə 1 ədəd kağız zərfdə qablaşdırılmış turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd kağız paketə qablaşdırılmış 6 ədəd patron və 2 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan olan 65 (altmış beş) manat 15 (on beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: İlqar Hüseynov