Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-43/2024 10.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili X1 iştirakı ilə 10 sentyabr 2024-cü il tarixdə saat 10:30-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1993-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, İsmayıllı şəhəri Q.Aslanov küçəsi ev 39 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək olan müddətdə müxtəlif vaxtlarda İsmayıllı şəhəri Mərkəzi bazarın qarşısında yerləşən “Oba” market İsmayıllı-1 mağazasına gələrək mağazanın kassasının boş olduğu zaman ətrafda kimsənin olmamasına əmin olduqdan sonra kassanın arxa tərəfində yerləşən siqaret vitrinindən 01 ədədinin dəyəri 4.50 manat təşkil edən, cəmi 90 manat dəyərində 20 ədəd “Sobranie göy nazik” markalı, 01 ədədinin dəyəri 4.50 manat təşkil edən, cəmi 45 manat dəyərində 10 ədəd “Sobranie ağ” markalı, 01 ədədinin dəyəri 4.20 manat təşkil edən, cəmi 42 manat dəyərində 10 ədəd “Kent-4” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 78 manat dəyərində 30 ədəd “Magna boz nazik” markalı, 01 ədədinin dəyəri 4 manat təşkil edən, cəmi 160 manat dəyərində 40 ədəd “Winston nazik” markalı, 01 ədədinin dəyəri 3.60 manat təşkil edən, cəmi 252 manat dəyərində 70 ədəd “LD Compact” markalı, 01 ədədinin dəyəri 2.90 manat təşkil edən, cəmi 29 manat dəyərində 10 ədəd “Want ağ” markalı, 01 ədədinin dəyəri 2.90 manat təşkil edən, cəmi 58 manat dəyərində 20 ədəd “Want nano” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 26 manat dəyərində 10 ədəd “Keno boz” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 26 manat dəyərində 10 ədəd “Keno Royal” markalı siqaretləri qəsdən gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 806 (səkkiz yüz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, İsmayıllı şəhəri Q.Aslanov küçəsi ev 39 ünvanında qeydiyyatda olmaqla ünvan 1r, işsizdir. Maddi durumu aşağı olduğundan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə 23 mart 2024-cü il tarixdə İsmayıllı şəhəri ərazisində gəzərək mərkəzi bazarın qarşısında yerləşən “Oba” marketə daxil olmuşdur. Mağazada bir qədər duraraq nə oğurlaya biləcəyini düşünmüşdür. Bu zaman kassanın boş olmasını görüb oraya yaxınlaşmış və kassanın arxa tərəfində olan vitridən iki ədəd siqaret bloklarını götürüb gödəkcəsinin yaxasında gizlədərək mağazadan çıxmışdır. Həmin siqaretlərdən bir qismini özü çəkmiş, qalanlarını isə İsmayıllı şəhəri ərazisində yerləşən “Ucuz Market” adlı mağazada sataraq əldə etdiyi pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Bu hadisədən bir müddət sonra o, “Oba” marketdə gördüyü siqaretlərin qalanını da oğurlamağı qərarlaşdırmışdır. Bu məqsədlə 26 mart 2024-cü il tarixdə İsmayıllı şəhəri ərazisində gəzərək mərkəzi bazarın qarşısında yerləşən “Oba” marketə daxil olmuşdur. Daha sonra kassaya yaxınlaşmış və kassanın arxa tərəfində olan vitridən xatırlamadığı sayda müxtəlif markalı siqaret bloklarını götürüb gödəkcəsinin yaxasında gizlədərək mağazadan çıxmışdır. Həmin siqaretlərin bir qismini özü çəkmiş, qalanlarını isə İsmayıllı şəhəri ərazisində yerləşən “Ucuz Market” adlı mağazada və xatırlamadığı mağazalarda sataraq əldə etdiyi pulu öz maddi ehtiyaclarına sərf etmişdir. O, həmin mağazadan oğurluğu tək törətmiş, ona heç kim köməklik etməmiş və yanında kimsə olmamış, onu kimsə görməmiş, həmçinin ondan kimsə şübhələnməmişdir. O, həmin mağazadan bir neçə dəfə oğurluq etmiş, lakin hər dəfə oğurluq edəndə sərxoş vəziyyətdə olmuşdur. Ona görə də oğurluq etdiyi günləri və nə qədər oğurluq etdiyini tam xatırlamır. O, siqaretlərdən başqa həmin mağazadan və ayrı bir yerdən heç nə oğurlamamışdır. Maddi imkanı olmadığından vurmuş olduğu ziyanı ödəyə bilməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs “Oba Market MMC”-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin avqust ayından etibarən “Oba Market MMC”-də bölgə müdiri vəzifəsində işləyir. 26 mart 2024-cü il tarixdə İsmayıllı rayonunda yerləşən 1 nömrəli mağazada siqaret məhsullarının sayında əskiklik müəyyən edilmiş, mağazanın kamera görüntülərinə baxıldıqda isə naməlum şəxsin 26 mart 2024-cü il tarixədək olan müddətdə, təxminən 10 gün ərzində müxtəlif markalı siqaretlər oğurlaması aşkar edilmişdir. Bu barədə mağaza müdiri polis şöbəsinə ərizə ilə müraciət etmiş, araşdırma zamanı sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs mağazadan 01 ədədinin dəyəri 4.20 manat təşkil edən, cəmi 42 manat dəyərində 10 ədəd “Kent-4” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 78 manat dəyərində 30 ədəd “Magna boz nazik” markalı, 01 ədədinin dəyəri 4.50 manat təşkil edən, cəmi 90 manat dəyərində 20 ədəd “Sobranie göy nazik” markalı, 01 ədədinin dəyəri 4.50 manat təşkil edən, cəmi 45 manat dəyərində 10 ədəd “Sobranie ağ” markalı, 01 ədədinin dəyəri 4 manat təşkil edən, cəmi 160 manat dəyərində 40 ədəd “Winston nazik” markalı, 01 ədədinin dəyəri 3.60 manat təşkil edən, cəmi 252 manat dəyərində 70 ədəd “LD Compact” markalı, 01 ədədinin dəyəri 2.90 manat təşkil edən, cəmi 29 manat dəyərində 10 ədəd “Want ağ” markalı, 01 ədədinin dəyəri 2.90 manat təşkil edən, cəmi 58 manat dəyərində 20 ədəd “Want nano” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 26 manat dəyərində 10 ədəd “Keno boz” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 26 manat dəyərində 10 ədəd “Keno Royal” markalı siqaretlər oğurladığı müəyyən edilmişdir. O, həmin oğurluq hadisəsinin necə baş verdiyini görməmişdir. Törədilmiş oğurluq hadisəsi nəticəsində “Oba Market MMC”-yə ümumilikdə 806 manat maddi ziyan dəymişdir. Şikayət və tələbi mağazadan oğurluq etmiş Təqsirləndirilən şəxs adlı şəxsin barəsində qanuni tədbir görülməsindən və dəymiş maddi ziyanın qaytarılmasından ibarətdir. Şahid2 ifadəsində göstərmişdir ki, o, “Oba” market İsmayıllı-1 filialının administratoru vəzifəsində işləyir. 26 mart 2024-cü il tarixdə keçmiş bölgə müdirinin tapşırığı əsasında administratoru olduğu “Oba” market İsmayıllı-1 filialındakı mağazada siqaretlərin sayımını həyata keçirmişdir. Bu zaman siqaretlərin sayında əskiklik olması aşkar edilmişdir. Bundan sonra mağazada olan müşahidə kameralarına baxış keçirmişdir. Bu zaman 26 mart 2024cü il tarixdə tanımadığı bir nəfər şəxsin gələrək kassanın boş olduğu vaxtda kassanın arxa tərəfində olan vitrindən sayını və markasını müəyyən edə bilmədiyi qədər siqaret götürərək əynində olan və yaxası yarımçıq halda bağlanmış gödəkcəsinin içərisinə qoyaraq mağazadan uzaqlaşdığını görmüşdür. O, kamera qeydlərinə baxmağa davam etdikdə isə həmin şəxsin təxminən 10 gün ərzində mütəmadi olaraq mağazaya gəlib eyni qaydada siqaret oğurladığını görmüşdür. O, bu barədə dərhal bölgə müdirinə və mağazanın tərkibində olduğu “Veysəloğlu” şirkətinin X5 məlumat vermişdir. Onlar icazə verdikdən sonra isə dərhal hadisə barədə polisə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək mağazaya baxış keçirmişlər. Kamera görüntülərinə baxış keçirilən zaman isə hadisənin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. Mağazadan oğurlanmış siqaretlər 01 ədədinin dəyəri 4.20 manat təşkil edən, cəmi 42 manat dəyərində 10 ədəd “Kent-4” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 78 manat dəyərində 30 ədəd “Magna boz nazik” markalı, 01 ədədinin dəyəri 4.50 manat təşkil edən, cəmi 90 manat dəyərində 20 ədəd “Sobranie göy nazik” markalı, 01 ədədinin dəyəri 4.50 manat təşkil edən, cəmi 45 manat dəyərində 10 ədəd “Sobranie ağ” markalı, 01 ədədinin dəyəri 4 manat təşkil edən, cəmi 160 manat dəyərində 40 ədəd “Winston nazik” markalı, 01 ədədinin dəyəri 3.60 manat təşkil edən, cəmi 252 manat dəyərində 70 ədəd “LD Compact” markalı, 01 ədədinin dəyəri 2.90 manat təşkil edən, cəmi 29 manat dəyərində 10 ədəd “Want ağ” markalı, 01 ədədinin dəyəri 2.90 manat təşkil edən, cəmi 58 manat dəyərində 20 ədəd “Want nano” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 26 manat dəyərində 10 ədəd “Keno boz” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 26 manat dəyərində 10 ədəd “Keno Royal” markalı siqaretlər olmuşdur. Baş vermiş hadisə nəticəsində mağazaya ümumilikdə 806 manat maddi ziyan dəymişdir. Şahid1 ifadəsində göstərmişdir ki, o, İsmayıllı şəhərində yerləşən “Ucuz” marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti yoxdur. Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayı ərzində bir neçə dəfə işlədiyi mağazaya gələrək başqa yerdən aldığı, lakin çəkə bilmədiyi siqaretləri ona satmaq istədiyini bildirmiş, o isə bunun mümkün olmayacağını bildirmişdir. Bu zaman Emin həmin siqaretləri spirtli içki və yeyinti məhsulları ilə dəyişmək istədiyini bildirmişdir. O, Emini tanıdığı üçün etiraz etməmiş və ondan qeyd etdiyi vaxtlarda markalarını dəqiq xatırlamadığı siqaretləri alaraq əvəzində pivə, araq, kolbasa, çörək, pendir kimi yeyinti məhsulları vermişdir. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı siqaretlər oğurluq olmuşdur. Emin özü isə bu barədə ona heç nə deməmişdir. Eminin həmin siqaretləri haradan və ya kimdən əldə etməsini, oğurlamasını bilməmiş və bu barədə məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs ona satdığı siqaretlərin sayını dəqiq xatırlamır, amma həmin siqaretlərin içərisində “LD Compact” və “Kent-4” markalı siqaretlər olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 27 mart 2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, hadisənin baş verdiyi yer İsmayıllı şəhəri Mərkəzi bazarın qarşısında yeləşən “Oba” market İsmayıllı-1 adlı mağazadır. Belə ki, həmin mağazanın girişi bir laylı şüşə qapıdan ibarətdir. Mağazadan içəri daxil olduqda sol tərəfdə kassanın, qalan hissələrdə isə vitrinlərin olması müəyyən edildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilmədivə götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edildi. “İfadənin yerində yoxlanılması haqqında” 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini haradan, hansı üsulla və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2024-cü il tarixli 9/3419 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən siqaretlərin 2024-cü ilin aprel ayına olan orta bazar qiymətləri ümumi dəyəri nəzəri qaydada təxminən 782.00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat (əlli) manat təşkil edir. Müstəntiqin sübutların qiymətləndirilməsi haqında 28 iyul 2024-cü il tarixli qərarından müəyyən edilir ki, həmin qərara əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2024-cü il tarixli 9/3419 nömrəli rəyi və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi arasında ziddiyyət yarandığından sonuncuya dəymiş ziyanın məbləği onun ifadəsində qeyd etdiyi 806 manat olması əsas götürülmüşdür. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən alınmış xx.xx.2024-cü il tarixli 18-1-47/2- 498/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, cinayət işinə əlavə edilmiş hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 234.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 07 ay 02 gün müddətinə azadlığln məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 07 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya Qərarının 2.4-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Q.Aslanov küçəsi ev 39 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, subaydır, yaşadığı müddət ərzində mənfi xarakterizə olunmuşdur. Müstəntiqinin 27 mart 2024-cü il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 29 mart 2024-cü il tarixdə saat 17:00-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək olan müddətdə müxtəlif vaxtlarda İsmayıllı şəhəri Mərkəzi bazarın qarşısında yerləşən “Oba” market İsmayıllı-1 mağazasına gələrək mağazanın kassasının boş olduğu zaman ətrafda kimsənin olmamasına əmin olduqdan sonra kassanın arxa tərəfində yerləşən siqaret vitrinindən 01 ədədinin dəyəri 4.50 manat təşkil edən, cəmi 90 manat dəyərində 20 ədəd “Sobranie göy nazik” markalı, 01 ədədinin dəyəri 4.50 manat təşkil edən, cəmi 45 manat dəyərində 10 ədəd “Sobranie ağ” markalı, 01 ədədinin dəyəri 4.20 manat təşkil edən, cəmi 42 manat dəyərində 10 ədəd “Kent-4” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 78 manat dəyərində 30 ədəd “Magna boz nazik” markalı, 01 ədədinin dəyəri 4 manat təşkil edən, cəmi 160 manat dəyərində 40 ədəd “Winston nazik” markalı, 01 ədədinin dəyəri 3.60 manat təşkil edən, cəmi 252 manat dəyərində 70 ədəd “LD Compact” markalı, 01 ədədinin dəyəri 2.90 manat təşkil edən, cəmi 29 manat dəyərində 10 ədəd “Want ağ” markalı, 01 ədədinin dəyəri 2.90 manat təşkil edən, cəmi 58 manat dəyərində 20 ədəd “Want nano” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 26 manat dəyərində 10 ədəd “Keno boz” markalı, 01 ədədinin dəyəri 2.60 manat təşkil edən, cəmi 26 manat dəyərində 10 ədəd “Keno Royal” markalı siqaretləri qəsdən gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 806 (səkkiz yüz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət əməli olmaqla qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən hallar mövcud deyildir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməsə də onun əvvəllər də cinayət törətməsi, cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə və üzərindən məhkumluğun götürülməsinə baxmayaraq yenidən cinayət törətməsi, yaşayış yeri üzrə mənfi xarakterizə edilməsi, vurulmuş ziyanı ödəməməsi onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir və və cəza təyin edərkən nəzərə alır. Göründüyü kimi təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan cəzanın təyini onun islah olunması üçün, dolayısı ilə də cəzanın məqsədinə nail olmaq üçün kifayət etmir. Məhkəmə cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdırılan halın olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə saat 20:30-dan 29 mart 2024-cü il tarixə saat 17:00-adək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut və müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təqsirləndirilən şəxs X3 27 mart 2024-cü il tarixdə saat 20:30-dan 29 mart 2024-cü il tarixə saat 17:00adək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2(iki) gün müddət ona təyin edilmiş 8(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 7(yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. İş üzrə ekspertiza xərci olan olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-43/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-43/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver