Məhkəmə qərarları › İş №1(037)-44/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-44/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-44/2022 28.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 28 iyun 2022-ci il tarixdə saat 17:30-da İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1974-cü ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Təqsirləndirilən şəxs satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,874 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxlamış, 06 aprel 2022-ci il tarixdə, saat 14 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında yerləşən evinin qarşısında saxlanılıb, İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 15 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ cibində "Magna" siqaret qutusunun içərisində, qızılı-ağ rəngli kağız bükümün içərisində saxladığı 0,874 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla yaşayır. Avtomobil təmiri ilə məşğuldur. Sonuncu dəfə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə azadlığa çıxmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında İsmayıllı rayonunun ərazsində "Əyriçay" çayının kənarında olarkən dəqiq xatırlamadığı yerdə 1 ədəd qızılı kağız bükülü görmüş, diqqətini cəlb etdiyinən qızılı kağızı açdıqda içərisində az miqdarda heroin olduğunu görüb və hərdən heroin istifadə etdiyi üçün heorini tanımışdır. İstədikdə istifadə etmək üçün həmin bükülünü götürmüş və fikirləşmişdir ki, istidə etsin. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində yaşadığı evin qarşısında dayandığı zaman İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu, bu barədə əməliyyat məlumatının olduğunu və qərar qəbul olunduğunu bildirib, onu İsmayıllı rayon polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ona üzərində hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməyini bildirdikdə o, əynindəki qara rəngli cins şalvarın sağ cibində "Magna" siqaret qutusunun içində saxladığı qızılı ağ kağız bükümü təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin nə olması, kimə məxsus olması, haradan əldə edilməsi soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni 05 aprel 2022-ci il tarixdə "Əyriçayın" kənarından xatırlamadığı yerdən tapdığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. İsmayıllı rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməklə onları qanunsuz olaraq üzərində saxlayır. Buna görə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi haqqında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 06 aprel 2022-ci il tarixdə saat 14 radələrində o və İsmayıllı RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X1 Məmmədovun İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında dayandığını görmüşlər. Yaxınlaşıb Təqsirləndirilən şəxs özlərini təadim etdikdən sonra Təqsirləndirilən şəxs əməliyyat tədbirinijn keçirilməsi haqqında qərarla tanış edib narkotik vasitələrdən istifadə etməklə onları qanunsuz olaraq üzərində saxlamaqda şübhəli olunduğunu bildirərək, onlarla birlikdə İsmayıllı RPŞ-nə getməsin itəklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmiş, qısa müddət sonra İsmayıllı rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda sonra polis şöbəsində həmin gün saat 15 radələrində İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsinin qarşısında onun üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt İsmayıllı RPŞ-nin NH-nin məsul növbətçisi, polis mayoru X2 şəxsi axtarışda iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində boz rəngli uzunqol jaket, qara rəngli cins şalvar və qara rəngli ayaqqabı olmuş, ona üzərində hər hansı narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən "Magna" siqaret qutusunu çıxararaq təqdim etmişdir. Magna siqaret qutusunun içərisinə baxıldıqda içərisində parlaq qızılı rəngli kağız bükümün içərisindən qəhvəyi rəngli, toz şəkilli narkotikə bənzər kütlə olduğu aşkarlanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin nə olması, kimə məxsus olması, haradan əldə etdiyini soruşulduqda o, kağız bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni xx.xx.2022-ci il tarixdə İsmayıllı rayonu ərazisində yerləşən "Əyriçay" çayının kənarından, xatırlamadığı yerdən tapdığını, həmçinin mütəmadi olaraq istifadə etdiyini və hazırda da istifadə etməkdə olduğunu bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə bükümlə birlikdə xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin 1,19 qram olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də, onun üzərindən hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər kütlə olan kağız büküm götürülərək qablaşdırılmış və şöbənin 74 saylı zərflər möhürü ilə möhürlənmişdir. Sonda protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı X4 və İsmayıllı RPŞ-nin NH-nin məsul növbətçisi, polis mayoru X2 eyni məzmunlu ifadələr verərək şahid X8 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Şəxsi axtarış aparılması və götürmə haqqında” 06 aprel 2022-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, İsmayıllı RPŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qara rəngli cins şalvarın sağ cibində "Magna" siqaret qutusunun içərisində, qızılı-ağ rəngli kağız bükümün içərisində saxladığı 0,874 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/316 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,874 qram olan maddə kustar üsul ilə hazırlanmış narkotik vasitə - heroindir. Qeyd edilən məhkəmə-kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən, heroinin təmiz çəkisi 0,874 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq- 0,824 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi GəncəŞəhər Səhiyyəİdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məcburi ambulator məhkəmə narkoloji ekspertizasının 13 aprel 2022-ci il tarixli 490 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olanheroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İsmayıllı rayon X7 X9 Şöbəsindən alınmış 11 aprel 2022-ci il tarixli 02-02-341/22 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika Şöbəsinin "Ruhi-Əsəb" və "Nevroloji" kabinetdə dispanser qeydiyyatda yoxdur. Lakinxx.xx.2019-cu il tarixdən "Narkoloji" kabinetdə narkotik aludəçisi dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 145.2.1-ci və 145.2.8-ci maddələri ilə təqsirləndirilərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə AR Məhkəməsinin xx.xx.2001ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3 və 66-cı maddələri ilə təqsirləndirilərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının yerdə qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, yəni Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,874 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etməklə və üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə, saat 14 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında yerləşən evinin qarşısında saxlanılıb, İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 15 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ cibində "Magna" siqaret qutusunun içərisində, qızılı-ağ rəngli kağız bükümün içərisində saxladığı satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,874 qram olan, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, görə İ siyahısı” və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddalərin İ siyahısı” ilə müəyyən edilmiş, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs İsmayıllı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum olunmasına baxmayaraq, yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən 01 (bir) il 06(altı) müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddii rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 28 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 müəyyən edilməli və hökmün surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəuri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub İsmayıllı RPŞ-də məsul saxlanca verilmiş 01(bir) ədəd zərfdə üzəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin 2 №-li möhürü ilə möhürlənmiş tədqiqatdan sonra ümumi təmiz çəkisi 0,824 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - heroin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza xərci ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 28 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 müəyyən edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 0,824 qram təşkil edən kustar üsul ilə hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 71(yetmiş bir) manat 94(doxsan dörd) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı - adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar