Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-44/2024 27.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Şikayət verən şəxs X1, Barəsində şikayət verilən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə 27 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Rəfail Dadaşov xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Rəhman Piriyevin barəsində xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə olan şikayəti icraata qəbul edilməsini və onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qərarə ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rəhman Piriyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 maddəsi ilə xüsusi ittiham qaydasında Rəfail Dadaşovun şikayəti məhkəmə icraatına qəbul edilmiş və işin açıq məhkəmə baxışı İsmayıllı Rayon Məhkəməsinin binasında 27 avqust 2004-cü il tarixə, saat 11:10-a təyin edilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı Rəfail Dadaşov ərizə təqdim edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rəhman Piriyevi bağışladığını, onunla barışdığını, ona qarşı tələb və şikayətinin olmadığını bildirərək xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rəhman Piriyev xüsusi ittihamçı Rəfail Dadaşovla barışdığını bildirmiş və ona qarşı olan xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə); Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2,39.1.9, 344-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-44/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-44/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver