Məhkəmə qərarları › İş №1(037)-44/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-44/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-44/2025 04.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə 04 sentyabr 2025-ci il tarixdə saat 14:44-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1979-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2024-cü ilin mart ayında, dəqiq tarixi müəyyən edilməyən vaxtda İsmayıllı şəhərinin ərazisində təsadüfən rastlaşdığı tanışı Zərərçəkmiş şəxs2 ilə söhbət edərkən sonuncunun “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan oğlu X2 xidmət etdiyi hərbi hissənin yüksək dağlıq ərazidə yerləşən postlarında xidmət etməsini istəmədiyini öyrənib, bundan istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib öz cinayətkar niyyətini həyata keçirmək üçün sonuncuya yalandan Bəhruz adlı qohumunun Azərbaycan Respublikası Müdafiə Nazirliyində məsul vəzifədə işlədiyini, bu işi həll edə biləcəyini, bu barədə qohumu ilə danışacağını söyləmiş, bir neçə gün sonra, dəqiq tarixi müəyyən edilməyən gündə, o, Zərərçəkmiş şəxs2 və sonuncunun arvadı Zərərçəkmiş şəxs1 ilə görüşərək Bəhruz adlı qohumu ilə danışdığını, işin alınması üçün 2000 (iki min) manat pul lazım olduğunu, həmin məbləğdə pulu qohumunun kart hesabına göndərdikdən sonra məsələnin həllini tapacağını yalandan deyib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 inandıraraq aldatmış, daha sonra o, öz cinayətkar niyyətini davam etdirib xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2la birlikdə İsmayıllı şəhəri, M.Orucov küçəsi, 23 saylı ünvanda yerləşən “Qala” marketin qarşısına gedərək, həmin gün saat 21:33 radələrində pulu marketdə quraşdırılmış “e-Manat” ödəniş terminalı vasitəsilə Bəhruz adlı qohumunun kart hesabına göndərəcəyi görüntüsü yaradaraq, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus cəmi 2000 (iki min) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 qəsdən aldatma yolu ilə alıb ələ keçirərək özünün borclu olduğu X1 məxsus "xxxx" ASC-yə aid 4169-7385- 6478-5594 saylı kart hesabına göndərməklə şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Nurəddin Məmmədov ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ondan şikayəti və tələbləri yoxdur. Barəsində olan cinayət işi üzrə hökm çıxarılanadək zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan **********5 saylı ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 21:33-də son 4 rəqəmi **5594 olan kart hesabına “e-Manat” ödəniş terminalı vasitəsilə 2000 (iki min) manat mədaxil olmuşdur. İsmayıllı rayon X3 Hüquqi Şəxsindən daxil olmuş 03 aprel 2025-ci il tarixli 18-1- 47/2-366/25 nömrəli arayışdan görünür ki, X4 RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. İsmayıllı RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli 591 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, ünvan 1 ünvanda yaşayır. Yaşadığı İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə müsbət xarakterizə olunur. 11 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmin tələbnamədən eyni zamanda müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrinə əsasən əvvəllər cinayət məsuliyyətindən azad edilməmişdir. Müstəntiqin 12 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, 2024-cü ilin mart ayının dəqiq tarixi müəyyən edilməyən günündə İsmayıllı şəhər sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib öz cinayətkar niyyətini həyata keçirmək üçün sonuncuya yalandan Bəhruz adlı qohumunun Azərbaycan Respublikası Müdafiə Nazirliyində məsul vəzifədə işlədiyini, bu işi həll edə biləcəyini, bu barədə qohumu ilə danışacağını söyləmiş, bir neçə gün sonra o, Rəfail və sonuncunun arvadı Fərqanə ilə görüşərək qohumu ilə danışdığını, işin alınması üçün 2000 (iki min) manat pul lazım olduğunu, həmin məbləğdə pulu qohumunun kart hesabına göndərdikdən sonra məsələnin həllini tapacağını yalandan deyib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 inandıraraq aldatmış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus cəmi 2000 (iki min) manat məbləğində pulu Zərərçəkmiş şəxs2 qəsdən aldatma yolu ilə alıb ələ keçirərək özünün borclu olduğu X1 məxsus "xxxx" ASC-yə aid 4169-7385-6478-5594 saylı kart hesabına göndərməklə şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ondan şikayət və tələbləri yoxdur. Barəsində olan cinayət işi üzrə hökm çıxarılanadək zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlarla barışıq əldə edərək vurulmuş ziyanı ödədimiş, ondan şikayət və tələbləri yoxdur və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73-1.1-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci mаddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Məhkəmə qərara gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışdığından və оnlarа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə ekspertiza xərci, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 305-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar