Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-45/2023 03.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 03 avqust 2023-cü il tarixdə saat 15:50-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1988-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, məhkum edilməmiş, İsmayıllı rayonunun Lahıc qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ərazisində, yaşayış məntəqələrindən kənarda yerləşən X4 məxsus mövsümi fəaliyyət göstərən “Nurlan” adlanan kafeyə hava xətti ilə çəkilmiş, dövlət və ya ictimai əhəmiyyət daşımayan, hər hansı elektrik şəbəkəsinin balansında olmayan, Əli Mahmudlunun şəxsi vəsaiti hesabına alınıb çəkilmiş aliminium materialdan olmaqla üzəri izolyasiyasız, 4 damarlı, hər damarının diametri 3 millimetr olan, 1 metrinin dəyəri 3 manat təşkil edən, hər biri 500 metr olmaqla cəmi 1000 metr uzunluğunda 2 xətt elektrik naqillərini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə o, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində həmin kafenin yaxınlığına gəlib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra elektrik dirəyinə qalxaraq 500 metr uzunluğunda olan həmin aliminum materialdan elektrik naqillərinin birini özü ilə gətirdiyi kəlbətinlə kəsib götürərək yaxınlıqda gizlətməklə, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində isə öz cinayətkar niyyətini davam etdirib yenidən həmin kafenin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yenidən elektrik dirəyinə qalxaraq 500 metr uzunluğunda olan həmin aliminum materialdan elektrik naqilinin ikincisini özü ilə gətirdiyi kəlbətinlə kəsib götürərək yaxınlıqda gizlətməklə vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talamış və xx.xx.2023-cü il tarixdə taladığı cəmi 1000 metr uzunluğunda həmin elektrik naqillərini qəsəbə ərazisinə gələn istintaqla şəxsiyyəti müəyyən edilməyən metal alışı ilə məşğul olan şəxsə satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, vahid niyyətlə əhatə olunan qəsdlə Əli Mahmudluya 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, İsmayıllı rayonu Lahıc qəsəbəsində və yaşayır, arvadı vəfat etmiş və himayəsində iki azaşlı övladı vardır. X5 əvvəllər tanımamışdır. Lakin, Əli adlı şəxsə məxsus İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində “Nurlan” adlanan kafenin olduğunu bilmişdir. Hazırki vaxta qədər Əli ilə heç bir münasibəti olmamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Həmin kafe Lahıc qəsəbəsi ərazisində yerləşən yaşayış məntəqələrindən təxminən 1 kilometr aralıda yerləşir. Kafe uzun müddət fəaliyyət göstərməmişdir. 2 mart 2023-cü il tarixdə saat 15 radələrində kafenin qarşısından keçərkən kafeni 11 ədəd dəmir dirəklərlə elektrik xətti ilə təmin etmək məqsədi ilə çəkilmiş aliminium materialdan olan iki bir-birinə parelel elektrik xətlərini görmüşdür. Kafenin uzun müddət fəaliyyət göstərmədiyini, maddi vəziyyətinin pis olduğunu fikirləşərək həmin elektrik xətlərini 2 dəfəyə oğurlayıb sonra isə satıb pul əldə etmək fikrinə düşmüşdür. Sərxoş vəziyyətdə olduğundan həmin gün saat 23 radələrində kafenin qarşısına gəlmiş, elektrik dirəklərində olan bir-birindən təxminən 50-60 sm aralıda 4 damarlı üstü izolyasiyasız, 3 mm diametrli elektrik naqillərinin Lahıc qəsəbəsi istiqamətindən təpəlik ərazi ilə kafeyə gəldiyini görmüşdür. Həmin elektrik xətti dövlət və ictimai əhəmiyyətli elektrik xətti olmamışdır. O, elektrik naqilinin bir hissəsini həmin gün kəsib oğurlamağı, digər hissəsini səhəri günü kəsib oğurlamağı fikirləşmişdir. Niyyəti ümumilikdə hər iki elektrik xəttində olan naqilləri oğurlamaq olmuş, həmin vaxt elektrik dirəyinə çıxaraq özümlə gətirdiyi kəlbətinlə təxminən 500 metr məsafədə aliminum elektrik naqillərini kəsmiş və yaxınlıqda olan çökəkliyə qoyaraq üzərinə başqa şəxlər tərəfindən oğurlanmasın deyə “təbiətin İsmayıllıya verdiyi gözəlliyə qıymayın, yol kənarına zibil atmayın” sözləri olan lövhəni də qoymuşdur. Bundan sonra evə çıxıb getmiş, səhəri gün, yəni 03 mart 2023-cü il tarixdə gecə saat 23 radələrində sərxoş vəziyyətdə yenidən həmin kafenin yaxınlığına gedərək yol kənarında kafenin yaxınlığına gedərək digər elektrik dirəyində olan təxminən 500 metr uzunluğunda elektrik naqilini də kəsmiş və lövhənin alt hissəsində gizlətmişdir. 4 mart 2023-cü il tarixdə saat 14 radələrində Lahıc qəsəbəsində “Sama körpü” adlanan restoranın qarşısında dayanan zaman markasını və dövlət qeydiyyat nişanını bilmədiyi ağ rəngli “VAZ-2106” markalı avtomobilin qəsəbə ərazisinə metal almağa gələn tanımadığı şəxslərə özünə məxsus aliminium naqillər olduğunu və satmaq istədiyini demiş, bundan sonra həmin avtomobilə minərək elektik naqillərini oğurlayaraq saxladığı yerə getmiş və orta yaşlı kişi həmin naqillərin bir daha kimə məxsus olmasını, oğurluq olub-olmamasını soruşduqda o, həmin naqillərin oğurluq olmadığını özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs ona aliminium naqilin 1 kiloqramını 2 manata aldığını demiş və elektrik naqillərini çəkdikdən sonra 81 kq olduğunu bildirmiş, ona 162 manat pul vermişdir. Sonra isə oradan çıxıb yaşadığı evə gəlmiş, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, oğurluğu tək törətmiş, ona heç kim köməklik etməmişdir. Bir müddətdən sonra kənddə olarkən polis əməkdaşları gəlmiş, onun oğurluqda şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və oğurluq etdiyini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti içkili olduğu üçün törətmişdir. Himayəsində iki azyaşlı uşağı var, arvadı xəstəlikdən vəfat etmişdir. Hadisədən sonra zərərçəkmiş şəxs Əli Mahmudlu ilə barışıq əldə etməyə çalışmış, lakin maddi imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilməmişdir. Hazırda yeni işə düzəlmiş, əmək haqqısını aldıqca zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyəcəkdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ifadə verərək göstərdi ki, o, Bakı şəhəri, yasamal rayonu İnşaatçılar prospekti, məhəllə 494, ev 20, mənzil 35-də yaşayır. İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində ona məxsus “Nurlan” adlanan kafe vardır. Həmin kafe mövsümi olaraq fəaliyyət göstərir və kafeni işlətmək istəyən şəxslərə icarəyə verir. Bir neçə il bundan əvvəl kafeyə öz şəxsi vəsaiti hesabına 11 ədəd elektrik dirəkləri ilə qoşa xətt olmaqla 4 damarlı, hər biri 3 mm diametrli olmaqla 1000 metr elektrik xətti çəkmiş, həmin xətt dövlət və ya ictimai əhəmiyyətli olmamışdır. Sonuncu dəfə Bakı şəhərindən 2022-ci ilin sentyabr ayında Lahıc qəsəbəsində gələrkən kafeyə çəkilmiş elektrik xəttinin yerində olduğunu görmüşdür. 2022-ci il ərzində kafe ümumiyyətlə işlədilməmişdir. 04 mart 2023-cü il traixdə Lahıc qəsəbə sakini, Şahid mobil telefonuna zəng edərək kafesinə 11 ədəd dirək vasitəsi ilə çəkdiyi aliminum materialdan olan elektrik xətlərinin oğurlandığını bildirmişdir. 09 mart 2023-cü il tarixdə Lahıc qəsəbəsinə kafesinin olduğu yerə gəlmiş, orada 11 dirək vasitəsi ilə çəkdiyi ikili elektrik xəttinin, yəni hər biri xətt 500 metr olmaqla ümumilikdə 1000 metr uzunluğunda elektrik xəttinin oğurlandığını müəyyən etmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, müəyyən edilmişdir ki, həmin elektrik xətti Lahıc qəsəbə sakini, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Ona vurulmuş ziyan ödənilməmiş, təqsirləndirilən şəxs onunla barışıq əldə etməmişdir. İfadəsində göstərdiyi halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayır, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayış məntəqələrindən kənarda “Nurlan” adlanan kafenin olduğunu və mövsümi işlədiyini bilmiş, tez-tez həmin kafenin qarşısından keçmişdir. Mövsümlə əlaqədar həmin kafedə hazırda heç kim olmur və fəaliyyət göstərmir. 27 fevral 2023-cü il tarixdə kafenin qarşısından keçmiş və kafenin elektrik xətlərinin yerində olduğunu görmüşdür. Bundan sonra 03 mart 2023-cü il tarixdə günorta saatlarında həmin kafenin qarşısından keçən zaman kafeyə gedən 2 qoşa xəttli elektrik naqilinin 1 xəttinin dirəklərindən kəsilmiş vəziyyətdə olduğunu və naqillərin bir hissəsinin olmadığını, kafenin yaxınlığında olan çökəkliyə yığıldığını, üzərinə lövhənin örtüldüyünü görmüşdür. Fikirləşmişdir ki, hansısa elektrik ustası həmin naqilləri bərpa işləri üçün kəsib həmin yerə yığmışdır. 4 mart 2023-cü il tarixdə saat 16 radələrində həmin kafenin qarşısından yenidən keçən zaman digər elektrik xəttinin də dirəklərdən kəsilmiş vəziyyətdə olduğunu, 1 gün əvvəl gördüyü elektrik naqilinin də yerində olmadığını görmüş, daha sonra həmin kafenin sahibini tapıb bu barədə məlumat vermək qərarına gəlmiş və qəsəbə sakinlərindən kafenin sahibinin Əli Mahmudlu olduğunu və mobil nömrəsini öyrəndikdən sonra Əliyə zəng edərək bu barədə məlumat vermişdir. Əli də bu barədə məlumatının olmadığını, naqillərin kim tərəfindən kəsildiyini bilmədiyini və hazırda Bakı şəhərində olduğunu, gəldikdən sonra bu barədə maraqlanacağını bildirmişdir. Sonradan eşitmişdir ki, Əli Mahmudlu 09 mart 2023-cü il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisinə gələrək özünə məxsus kafeyə öz şəxsi vəsaiti hesabına çəkdiyi 1000 metr elektrik naqilinin oğurlandığını müəyyən etmiş və polisə bu barədə məlumat vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: İfadənin yerində yoxlanılması haqqında 06 aprel 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində yerləşən X4 məxsus “Nurlan” adlanan kafeyə çəkilmiş elektrik xətlərini oğurladığı yeri göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 09 mart 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 məxsus oğurluq hadisəsinin baş verdiyi yer İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində yerləşir və həmin yerə baxış zamanı 1 ədəd 40 sm uzunluğunda alüminium elektrik naqili tədqiqat üçün nümunə kimi götürülmüşdür. X9 Təchizatı və Satışı idarəsi X2 alınmış xx.xx.2023-cü il tarixli 26/14 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində yerləşən X8 məxsus “Nurlan” adlanan kafeyə çəkilmiş hava elektrik xətti Şəbəkənin balansında deyil. Abonentlər şəbəkənin balans mənsubiyyəti qoşula nöqtəsindən hesab olunur. Odur ki, həmin elektrik xətti abonentin balansında olduğundan heç bir dövlət və ictimai əhəmiyyət daşımır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2771 nömrəli rəyindən görünür ki, ekspetiza tədqiqatına təqidm edilmiş nümunə əsasında 01 metr 4 damarlı, hər damarının diametri 3 mm olan, üzəri izolyasiyasız, alüminium elektrik kabelinin hazırki vəziyyətdə, istifadədə olması nəzərə alınmaqla 2023-cü ilinm mart ayına olan orta bazar qiyməti təxminən 2,40 manat, 100 metri 2400.00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. "xxxx" ASC-dən alınmış xx.xx.2023-cü il tarixli 14 nömrəli arayışdan görünür ki, əvvəllər istifadə edilmiş 4 çıxıntılı, 3 mm diametrli, üzəri izoliyasiyasız, aliminum materialdan olan 1 (bir) metr uzunluğunda elektrik xəttinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 3 (üç) manat, 1000 (min) metr uzunluğunda elektrik xəttinin xx.xx.2023 və xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti təxminən 3000 (üç min) manat təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ərazisində, yaşayış məntəqələrindən kənarda yerləşən X4 məxsus mövsümi fəaliyyət göstərən “Nurlan” adlanan kafeyə hava xətti ilə çəkilmiş, dövlət və ya ictimai əhəmiyyət daşımayan, hər hansı elektrik şəbəkəsinin balansında olmayan, Əli Mahmudlunun şəxsi vəsaiti hesabına alınıb çəkilmiş aliminium materialdan olmaqla üzəri izolyasiyasız, 4 damarlı, hər damarının diametri 3 millimetr olan, 1 metrinin dəyəri 3 manat təşkil edən, hər biri 500 metr olmaqla cəmi 1000 metr uzunluğunda 2 xətt elektrik naqillərini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə o, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində həmin kafenin yaxınlığına gəlib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra elektrik dirəyinə qalxaraq 500 metr uzunluğunda olan həmin aliminum materialdan elektrik naqillərinin birini özü ilə gətirdiyi kəlbətinlə kəsib götürərək yaxınlıqda gizlətməklə, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində isə öz cinayətkar niyyətini davam etdirib yenidən həmin kafenin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yenidən elektrik dirəyinə qalxaraq 500 metr uzunluğunda olan həmin aliminum materialdan elektrik naqilinin ikincisini özü ilə gətirdiyi kəlbətinlə kəsib götürərək yaxınlıqda gizlətməklə vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talamış və xx.xx.2023-cü il tarixdə taladığı cəmi 1000 metr uzunluğunda həmin elektrik naqillərini qəsəbə ərazisinə gələn istintaqla şəxsiyyəti müəyyən edilməyən metal alışı ilə məşğul olan şəxsə satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, vahid niyyətlə əhatə olunan qəsdlə Əli Mahmudluya 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ərazisində, yaşayış məntəqələrindən kənarda yerləşən X4 məxsus mövsümi fəaliyyət göstərən “Nurlan” adlanan kafeyə hava xətti ilə çəkilmiş, dövlət və ya ictimai əhəmiyyət daşımayan, hər hansı elektrik şəbəkəsinin balansında olmayan, Əli Mahmudlunun şəxsi vəsaiti hesabına alınıb çəkilmiş aliminium materialdan olmaqla üzəri izolyasiyasız, 4 damarlı, hər damarının diametri 3 millimetr olan, 1 metrinin dəyəri 3 manat təşkil edən, hər biri 500 metr olmaqla cəmi 1000 metr uzunluğunda 2 xətt elektrik naqillərini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə o, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində həmin kafenin yaxınlığına gəlib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra elektrik dirəyinə qalxaraq 500 metr uzunluğunda olan həmin aliminum materialdan elektrik naqillərinin birini özü ilə gətirdiyi kəlbətinlə kəsib götürərək yaxınlıqda gizlətməklə, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində isə öz cinayətkar niyyətini davam etdirib yenidən həmin kafenin yaxınlığına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yenidən elektrik dirəyinə qalxaraq 500 metr uzunluğunda olan həmin aliminum materialdan elektrik naqilinin ikincisini özü ilə gətirdiyi kəlbətinlə kəsib götürərək yaxınlıqda gizlətməklə vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talamış və xx.xx.2023-cü il tarixdə taladığı cəmi 1000 metr uzunluğunda həmin elektrik naqillərini qəsəbə ərazisinə gələn istintaqla şəxsiyyəti müəyyən edilməyən metal alışı ilə məşğul olan şəxsə satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, vahid niyyətlə əhatə olunan qəsdlə Əli Mahmudluya 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.1-ci maddəsi ilə düzgün tövsif olunuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İsmayıllı RİHB-nın Lahıc qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli 197 və 198 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Lahıc qəsəbəində qeydiyyatda olmaqla ailə tərkibi özündən, xx.xx.2013 və xx.xx.2015-ci il təvəllüdlü övladları Mehdi və Rəsuldan ibarətdir, arvadı vəfat etmişdir, yaşadığı müddət ərzində mənfi xarakterizə olunmuş, barəsində kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə dəfələrlə müraciətlər daxil olmamışdır. İsmayıllı rayon X10 Hüquqi Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6-47/2- 313/2023 nömrəli arayışdan görünür ki, Əliyev X6 RMX-nın poliklinika şöbəsinin “ruhi-əsəb” və “nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Zərərçəkmiş şəxs X1 təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış ona məxsus “Nurlan” adlanan kafeyə çəkilmiş 1000 metr uzunluqda elektrik naqilindən 150 metr hissəsi həmin elektrik naqilindən çəkilib bərpa edilməklə ona dəymiş 450 manat ziyan ödənilmişdir. Lakin hazırda oğurlanmış digər 850 metr elektrik naqilinə görə ona dəymiş 2550 manat maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə saat 19:05-da şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 12 mart 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 10:55-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 04 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Lahıc qəsəbəsindəki evi tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan, istifadəyə yararsız 1 ədəd sellofan bağlamada 40 sm uzunluğunda 4 damarlı, hər damarının diametri 3 mm olan alüminium elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdən 12 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 2 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Lahıc qəsəbəsindəki evi tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan, istifadəyə yararsız 1 ədəd sellofan bağlamada 40 sm uzunluğunda 4 damarlı, hər damarının diametri 3 mm olan alüminium elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-45/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-45/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver