Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-46/2021 27.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə 27 iyul 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2002-ci il tarixdə İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, İsmayıllı rayonu Gəraybəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan 13 avqust 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 2020-ci ilin may ayında “whatsapp” sosial şəbəkə proqramı vasitəsilə tanış olaraq ailə qurmaq qərarına gəlmiş, 09 dekabr 2020-ci il tarixdə aralarında olan söhbət zamanı ona qoşulub qaçması barədə Zərərçəkmiş şəxs ilə əvvəlcədə razılaşaraq 10 dekabr 2020-ci il tarixdə saat 10 radələrində taksi ilə Zərərçəkmiş şəxs yaşadığı Şəki rayonu Cəyirli kəndində yerləşən evinə gedərək Zərərçəkmiş şəxs götürərək İsmayıllı şəhəri ünvan 1 ünvanda yerləşən xalası Əfsanə Cavadovanın yaşadığı evə gətirmiş, Zərərçəkmiş şəxs ilə həmin evin bir otağında intim münasibətində olmağa qərar vermiş, bu məqsədlə qəsdən zor tətbiq etmədən, onun üçün aşkar surətdə on altı yaşına çatmamış Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə toxunaraq və sair bu kimi hərəkətlər edərək, habelə cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil edib 3-5 dəqiqə ərzində sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla, Zərərçəkmiş şəxs qarşı arxa keçəcəyin sfinktorunun bir qədər boşalması, şüavari və boylama büküşlərin bir qədər hamarlaşmasından ibarət xəsarətlərlə nəticələnmiş seksual xarakterli hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2020-ci il may ayında sinif yoldaşı Aytac onu “whatsapp” proqramındakı qrupa daxil etmiş, həmin qrupda maraqlı videolar və şəkillər paylaşılmışdır. 2020-ci ilin may ayında o, həmin qrupdakı Şəki rayonu Cəyirli kəndindən olan Nərminə ilə tanış olmuş, bir müddət Nərminə ilə həmin qrupda söhbət etdikdən sonra “whatsapp” proqramının şəxsi bölməsində ikisi ayrılıqda yazışmağa və danışmağa başlamışlar. Bir müddət sonra onlar bir-birlərinə bağlanmış və qarşılıqlı olaraq bir-birilərini sevməyə başlamışlar. Onlar yazışmağa və danışmağa baxmayaraq heç vaxt görüşməmişlər. Nərminəni sevdiyi üçün ona evlənmək istədiyini demişdir. Nərminə də onunla evlənmək istədiyini bildirmişdir. 2020-ci ilin dekabr ayında Nərminə ilə danışarkən onu qaçırmaq istədiyini demiş, Nərminə onun fikrinə etiraz etməmişdir. 09 dekabr 2020-ci il tarixdə Nərminəyə ertəsi günü yaşadığı Şəki rayon Cəyirli kəndinə gələcəyini və onu qaçıracağını bildirmişdir. Nərminə onunla razılaşmışdır.10 dekabr 2020-ci il tarixdə səhər tezdən Ağsu rayonundan olan Səbuhi adlı taksi sürücüsünə zəng edərək onu Şəki rayonuna aparmağı xahiş etmişdir. Az sonra Səbuhi gəlmiş və onlar birlikdə Şəki rayonuna yola düşmüşlər. Saat 10 radələrində Şəki rayonunun Cəyirli kəndinə çatmışlar. Nərminənin yaşadığı evi taparaq evin yaxınlığına getmiş və Nərminəyə məlumat vermişdir. Bir azdan Nərminə gəlib avtomobilə əyləşmiş və onlar İsmayıllı rayonuna gəlmək üçün yola çıxmış və saat 12 radələrində İsmayıllı şəhərinə çatmışlar. Taksinin yol haqqını verərək İsmayıllı şəhərində yaşayan xalası Əfsanə Cavadovanın evinə getmişlər. Xalası onları qəbul edərək xoş münasibət göstərmişdir. Saat 14 radələrində xalasına söhbət edəcəklərini deyərək Nərminə ilə həmin evin giriş hissədəki otağa keçmişlər. O, Nərminə ilə otaqda tək qalmış, söhbət zamanı Nərminəni qucaqlamış, yanağından və dodağından öpmüşdür. Nərminə də onu qarşılıq verərək öpüşmüşlər. Onlar bir qədər öpüşdükdən sonra Nərminəyə otaqda olan çarpayının üzərinə üzü üstə uzanmağını demiş, Nərminə də uzandıqdan sonra o Nərminənin üzərinə uzanmış və qucaqlaşmağa başlamışlar. O, Nərminə ilə cinsi əlaqədə olmaq istədiyini bildirmiş və Nərminə də etiraslandığı üçün onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Nərminə onun köməkliyi ilə əyninində olan şalvarı və alt paltarını çıxartmış, sonra isə o da öz şalvarını və tumanını çıxardaraq Nərminənin üzərinə uzanmışdır. Nərminənin bakirəliyini pozmamaqdan ötrü ona qeyri təbi yolla cinsi əlaqədə olmağı təklif etmiş, Nərminə də onunla razılaşmışdır. O, cinsi orqanını Nərminənin arxa keçəcək nahiyyəsinə daxil edərək Nərminə ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Belə formada onlar 3-5 dəqiqə cinsi əlaqədə olmuşlar. Sonra o, cinsi əlaqəni bitirmiş və paltarlarını geyinmişdir. Bundan sonra isə onlar həmin otağı tərk edərək qonaq otağına keçmişlər. Bir qədər keçmiş atası Faiq xalasının evinə gəlmiş, atası onunla və Nərminə ilə söhbət etdikdən sonra Nərminənin atası Behbud Paşayevə zəng edib baş verənlər barədə məlumat vermişdir. Həmin günu saat 18 radələrində polis əməkdaşları gəlib onu və Nərminəni Şəki şəhərinəki polis şöbəsinə aparmışlar. Şöbədə verdikləri izahatlarında evlənmək məqsədilə qaçdığını bildirmişlər. Sonra isə Nərminə öz evinə, o isə öz evinə qayıtmışlar. Daha sonra onun valideynləri Nərminənin evinə elçi getmiş, onlar nişanlanmışlar. Nərminənin 18 yaşı tamam olduqdan sonra toy edərək evlənəcəklər. O, Zərərçəkmiş şəxs ilə sonuncunun könüllü istəyi və razılığı ilə qeyri təbii yolla cinsi əlaqədə olmuş, Nərminəyə hər hansı bir hədə və yaxud zor tətbiq etməmişdir. Nərminənin 15 yaşının olmasını bilmiş, görüşdüyü zaman onun 16 yaşa keçdiyini bilmişdir. O, törətdiyi cinayət əməlini etiraf edib əməlindən peşman olmuşdur. Nərminə ilə tanış olduğu vaxtdan onunla ailə qurmaq niyyətində olmuş və hal-hazırda da nişanlıdırlar. Onlar barışmışlar. Qeyd etdiyi halların cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, hazırda Şəki rayon Cəyirli kənd orta məktəbinin 10-cu sinif şagirdidir. 2020-ci il may ayında rəfiqəsi Dilarə ona “whatsapp” proqramında qızlar üçün qrup açıldığını, həmin qrupda maraqlı videoların və şəkillərin paylaşıldığnı deyib həmin qrupa daxil olmağı təklif etmişdir. Həmin qrupa daxil olmuş və orada İsmayıllı rayonundan olan Ülvi ilə tanış olmuşdur. Bir müddət Ülvi ilə həmin qrupda söhbət etdikdən sonra “whatsapp” proqramının şəxsi bölmədə danışmağa başlamışlar. Ülvi ilə söhbət zamanı onu sevdiyini və evlənmək istədiyini demiş, o da Ülvini sevdiyini və onunla evlənmək istədiyini demişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində söhbət zamanı Ülvi onunla evlənmək məqsədi ilə onu qaçıracağını demiş, Ülvini sevdiyi üçün onun təklifinə razı olmuşdur. 10 dekabr 2020-ci il tarixdə saat 10 radələrində Ülvi onun yaşadığı evin yaxınlığında olduğunu demişdir. O, anası və atasına yalandan qonşuya gedəcəyini deyib evdən çıxmış və bir qədər kənarda üzərində taksi işarəsi olan tanımadığı avtomobilin yanında Ülvinin onu gözləməsini görmüşdür. Ülvinin yanına gedərək avtomobilə könüllü olaraq əyləşmiş və birlikdə İsmayıllı şəhərində gəlmişlər. Saat 12 radələrində İsmayıllı şəhərinə çatmış və oradan Ülvinin İsmayıllı şəhərində yaşayan xalasının evinə getmişlər. Ülvinin xalası onları mehribanlıqla qəbul etmiş, onlarla söhbət etmişdir. Həmin evdə nahar etdikdən sonra saat 14 radələrində o, həmin evin otaqlarından birinə keçmiş, Ülvi də həmin otağa gəlmişdir. Ülvi ilə söhbət etmiş, onu qucaqlamış, yanağından və dodağından öpmüşdür. Həmin vaxt o da Ülvini öpmüş və Ülvinin elədiklərinə qarşılıq vermişdir. Bir qədər öpüşdükdən sonra Ülvi onun üzü üstə yatağa uzanmağını istəmişdir. O, otaqdakı çarpayının üzərinə üzü üstə uzanmış, Ülvi də onun üstünə uzanmış və onu qucaqlamağa başlamışdır. Ülvi çox ehtiraslanmış və onunla qeyri təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, Ülviyə etiraz bildirməmiş və köməkli şəkildə onun şalvarını çıxartmışlar. Ülvi də öz şalvarını və alt paltarını çıxararaq Ülviyə cinsi əlaqədə olmaq istədiyini demişdir. Bundan sonra Ülvi öz cinsi orqanını onun arxa keçəcəyinə daxil etmiş və onunla cinsi əlaqədə olmuşdur. Təxminən 3-5 dəqiqə cinsi əlaqədə olduqdan sonra əlaqəni bitirmişlər və paltarlarını geyinmişlər. Onlar bir yerdə otaqdan çıxıb qonaq otağına keçmişlər. Bir müddət sonra Ülvinin atası Faiq həmin evə gəlmiş və onunla söhbət etmişdir. Faiq onun atasına zəng edib baş verənlər barədə məlumat vermişdir. Həmin gün saat 18 radələrində polis əməkdaşları gələrək onu və Ülvini Şəki rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində olduğu zaman Ülvi ilə könüllü olaraq evlənmək məqsədilə qaçdığını demişdir. Bundan sonra isə valideynləri ilə birlikdə evinə getmişdir. Ülvi ilə yenə də danışmağı davam etdirmiş, bir-birlərini sevdiyi üçün nişanlanmışlar. Onun 18 yaşı tamam olduqdan sonra onlar toy edərək evlənəcəklər. O, Təqsirləndirilən şəxs ilə könüllü olaraq evlənmək məqsədilə qaçmış, Ülvi ona zor tətbiq etməmişdir. Ülvi onun istəyi və könüllü razılılğı ilə onunla qeyri-təbi yolla cinsi əlaqədə olmuş, bununla bağlı ona zor tətbiq etməmişdir. Ülvi onunla yalnız bir dəfə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Başqa hərəkətə isə yol verməmişdir. O, Ülvi ilə barışmışdır, hazırda onlar nişanlıdırlar. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə yekun qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Şahid Abdurzaqov Faiq Mütəllim oğlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 10 dekabr 2020-ci il tarixdə saat 14 radələrində İsmayıllı şəhərində yaşayan baldızı Əfsanə Cavadova ona zəng edərək oğlu Ülvinin qız qaçırdığını, hazırda evində olduqlarını bildirmişdir. O, baldızının evinə getmiş, oğlunun yanında bir qız olmasını görmüşdür. Qızla bir qədər söhbət edərək kim olması barədə maraqlanmış, məlum olmuşdur ki, Ülvinin qaçırdığı qız Şəki şəhəri Cəyirli kənd sakini Zərərçəkmiş şəxs Behbud qızıdır. O, Nərminənin atası Behbuda zəng edərək baş verənlər barədə danışmışdır. Ülvi ona Nərminə ilə 2020-ci ilin may ayında “whatsapp” proqramı vasitəsilə tanış olduqlarını, bir-birlərini sevdiklərini, bu səbəbdən də evlənmək məqsədilə birlikdə qərara qələrək qaçdıqlarını bildirmişdir. Nərminə də Ülvi ilə könüllü şəkildə öz razılığı ilə və sevdiyi üçün evlənməkdən ötrü qoşulub qaçdıqlarını bildirmişdir. Bir qədər keçmiş polis əməkdaşları gələrək oğlu Ülvini və Nərminəni Şəki şəhərində yerləşən polis şöbəsinə aparmışlar. Orada Ülvidən və Nərminədən izahatlar alınmış, onlar bir daha könüllü olaraq evlənmək məqsədilə qaçdıqlarını bildirmişdirlər. Bundan sonra isə hərə evinə qayıtmışdır. Sonradan onlar Nərminənin evinə getmiş, valideyinlərin ümumi razılığı ilə Nərminəni oğlu Ülviyə istəmiş və onları nişanlamışlar. Nərminənin 18 yaşı tamam olduqdan sonra toy edərək Nərminəni evinə gəlin gətirəcəklər. X4çırdıqdan sonra təbii və yaxud qeyri təbii yolla cinsi əlaqədə olması barədə məlumatı yoxdur. Bu barədə araşdırma zamanı bilmişdir. Şahid X7 ifadə verərək göstərdi ki, onun qızı Zərərçəkmiş şəxs 13 avqust 2005-ci il tarixdə anadan olmuşdur. Nərminə Şəki rayon Cəyirli kənd orta məktəbin 10-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 10 dekabr 2020-ci il tarixdə saat 10 radələrində Nərminə qonşuya gedəcəyi deyərək evdən çıxmışdır. Nərminə getdikdən iki saat keçməsinə baxmayaraq geri qayıtmamış və həmin qonşuya getmişdir. Orada Nərminənin olmadığını biləndən sonra Nərminənin evdən qaçmasını düşünərək dərhal polisə məlumat vermişdir. Nahar fasiləsində özünü İsmayıllı rayon sakini Faiq kimi təqdim edən şəxs ona zəng edərək Nərminənin oğlu Ülvi tərəfindən evlənmək məqsədilə qaçırıldığını, hazırda qızının İsmayıllı şəhərində olduğunu bildirmişdir. O, bu məlumatı da dərhal polisə demişdir. Həmin gün polis əməkdaşları qızını İsmayıllı rayonundan götürərək Şəki rayonu Sarıca polis bölməsinə gətirmişlər, müvafiq araşdırma aparıldıqdan sonra Nərminəni ona təhvil vermişlər və evlərinə qayıtmışlar. Qızının özünün könüllü istəyi ilə evlənmək məqsədilə qaçmasını araşdırma zamanı bilmişdir. Ülvinin ailəsi onun evinə gələrək aralarında olan razılıqdan sonra Nərminəni Ülviyə nişanlamış, hazırda qızı Nərminə ilə Ülvi nişanlıdır. Onun 18 yaşı tamam olduqdan sonra evləndirəcəklər. Araşdırma zamanı bilmişdir ki, Ülvi Nərminəni qaçırdıqdan sonra İsmayıllı şəhərindəki xalasının evində ilk dəfə olaraq qızı ilə qarşılıqlı razılıq əsasında, qızının könüllü istəyi ilə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Hazırda Ülviyə qarşı şikayət və tələbi yoxdur. Şahid ifadə verərək göstərdi ki, özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 09 dekabr 2020-ci il tarixdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onu Şəki şəhərinə aparıb-gətirməsini xahiş etmiş və onun telefon nömrəsini götürmüşdür. Ertəsi gün səhər tezdən Ülvi ona zəng etmiş və İsmayıllı rayonunun Gəraybəyli kəndində yol kənarında dayandığını bildirmişdir. O, Ağsu şəhərindən gələrək Ülvini götürmüş və Şəki şəhərinə yola düşmüşlər. Saat 10 radələrində Şəki rayonunun Cəyirli kəndinə çatmışlar. Ülvi bir nəfərlə telefonda danışaraq evin yerini soruşurmuş və avtomobili Ülvinin dediyi evin qarşısına sürmüşdür. Bir qədər gözlədikdən sonra sonradan adının Nərminə olduuğunu bildiyi qız gəlib Ülvi ilə görüşmüş və avtomobilə əyləşmişdir. Onlar İsmayıllı rayonuna yola düşmüş, saat 12 radələrində İsmayıllı şəhərinə çatmışlar. “Kəpənək dairəsi” adlı yerin yaxınlığında yerləşən binanın yanında Ülvigili bir qadın qarşılamış, Ülvi və Nərminə avtomobildən düşüb getmişlər. Ülvi onun danışdıqları kimi 100 manat yol pulunu Gəraybəyli kəndinin girəcəyində atası Faiq tərəfindən veriləcəyini demiş, o, Ülviyə inanaraq evinə yola düşmüşdür. Orada isə onu heç kim qarşılamamış, Gəraybəyli kəndinə gedərək Ülvinin atasını tapmış və Ülvinin ona dediklərini atasına xatırladaraq ondan pulunu tələb etmişdir. Faiq isə kobud və təhqiramiz ifadələrlə onu təhqir edərək bir daha Ülvinin və onun adını çəkəcəyi təqdirdə onu şərləyəcəyini bildirmişdir. Daha sonra aparılmış araşdırma zamanı bilmişdir ki, Ülvi həmin qızı evlənmək üçün qaçırmış və Nərminənin 16 yaşı tamam olmamışdır. Nərminənin 16 yaşının tamam olmadığını və Ülvinin Nərminəni nə məqsədlə İsmayıllı şəhərinə gətirməsini bilməmiş, onların qohum olmalarını başa düşmüşdür. 17 mart 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs 13 avqust 2005-ci il tarixdə anadan olmuşdur. 13 sentyabr 2002-ci il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2002-ci il tarixdə anadan olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 18 dekabr 2020-ci il tarixli 532 saylı rəyindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və qərarın təsviri hissəsində qeyd olunanlara əsasən, qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlmişdir:
1. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır.
2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, onunla təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamət və xəsarətlər aşkar edilmədi.
3. Zərərçəkmiş şəxs arxa keçəcəyin sfınktoru bir qədər boşalmışdır, şüavari və boylama büküşlər bir qədər hamarlaşmışdır ki, bu da onunla qeyri təbii yolla cinsi əlaqədə olma əlaməti kimi qiymətləndirilir, arxa keçəcək ətrafında hər-hansı bir çapıq toxuması olmadığına görə, qeyri təbii yolla cinsi əlaqədə olmanın müddətini təyin etmək mümkün deyildir, lakin qərarın təsviri hissəsində qeyd olunan 10 dekabr 2020 tarixdə əmələ gəlməsi mümkündür. Məhkəmə-psixiatrik ekspertizasının 19 aprel 2021-ci il tarixli 210 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÜZVİ EMOSİONAL LƏBİL (ASTENİK) POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F06.6 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkərlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Kompleks Məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 19 aprel 2021ci il tarixli 209/63 saylı rəyindən görünür ki, (Spilberger, Xanin, Hans və Sibella Ayzenq, USK, LD, Lüşer testlərinə əsasən) onda neqativ əhval ruhiyyə, daxilində kəskin narahatlıq hissləri keçirməsi aşkar olunur, əhval-ruhiyyəsi qaneedicidir. Həmçinin analiz və sintez müayinələri aşağıdakı nəticələri vermişdir: Verbal qiymət - 66 VQ; Qeyri-verbal qiymət - 70 RQ, Ümumi qiymət - 88 ZQ-dır ki, bu da intellektin orta səviyyəsinə uyğun gəlir. Şəxsiyyəti tərəfindən Zərərçəkmiş şəxs aşağıdakılar aşkar olunur: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Yuxarıda göstərilənləri nəzərə alaraq ekspert psixoloq kimi aşağıdakı nəticəyə gəlinmişdir:
1. Zərərçəkmiş şəxs əqli inkişafda geri qalma və ya ləngimə halları yoxdur.
2. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq və düzgün ifadə vermək qabiliyyətindədir.
3. Zərərçəkmiş şəxs baş vermiş hadisələri qavramaq, mahiyyətini anlamaq onları yadda saxlamaq qabiliyyətindədir. 15 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. 08 aprel 2021-ci il tarixli 52 və 53 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Gəraybəyli kəndində qeydiyyatda oolmaqla orada yaşayır, ailə tərkibi özündən, 1977-ci il təvəllüdlü atası Abdurzaqov Faiq Mütəllim oğlu, 1978-ci il təvəllüdlü anası Abdurzaqova Əminə Namət qızı və 2015-ci il təvəllüdlü bacısı Səmadan ibarətdir, yaşadığı müddət ərzində ərazidə müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin Gəraybəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon Mərkəzi xəstəxanası X9 tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli 02-02-578/21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın PHŞ-in poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 07 aprel 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 07 aprel 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdə saat 16:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 09 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 15:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 06 (altı) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdən 09 aprel 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 27 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 müəyyən edilməli və hökmün surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 07 aprel 2021-ci il tarixdən 09 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 27 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 müəyyən edilsin. İş üzrə maddi sübut,ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov