Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-46/2023 20.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 20 iyun 2023-cü il tarixdə saat 14:59-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1961-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, İİİ qrup əlil, məhkum edilməmiş, İsmayıllı rayonunun Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməyən, təyinatı dəyişdirilməmiş, tiyəsinin uzunluğu 146 millimetr, dəstəyin uzunluğu 124 millimetr olmaqla ümumi uzunluğu 270 millimetr təşkil edən, qatlanmayan, soyuq silah hesab edilən 1 ədəd süngü bıçağını qəsdən qanunsuz olaraq əldə edib dəqiq tarixləri istintaqa məlum olmayan müxtəlif vaxtlarda, o cümlədən 2023-cü ilin yanvar ayında İsmayıllı rayonunun Basqal qəsəbəsinin ərazisində üzərində daşıyaraq gəzdirmiş və yaşadığı İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən evində gizlədərək, habelə bıçağın paslanmaması və sıradan çıxmaması üçün mütəmadi olaraq təmizləyib sazlığını təmin edərək 02 fevral 2023-cü il tarixədək qanunsuz saxlamış, göstərilən tarixdə saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən evində olan otaqdakı pəncərənin qarşısından soyuq silah hesab edilən 1 (bir) ədəd süngü bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun Basqal qəsəbəsində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə orada yaşayır. İİİ qrup əlil olmaqla pensiya alır. Atası Əlibrahim 1983-cü ildə dünyasını dəyişdikdən sonra ona atasından 1 ədəd süngü bıçaq yadigar qalmış, atasına da həmin bıçaq öz atasından yadigar qalmışdır. O, həmin süngü bıçağını yaşadığı evdə yadigar kimi saxlamışdır. Əvvəllər meşəbəyi işlədiyi üçün meşəyə gedərkən vəhşi heyvanların hücumundan qorunmaq üçün həmin bıçağı üzərində götürmüş, bıçağı kiməsə xəsarət yetirmək üçün saxlamamışdır. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının dəqiq tarixi xatırlamadığı günündə həmin bıçağı götürüb üzərində gəzdirmiş və bıçağın paslanmaması və saz vəziyyətdə qalması üçün mütəmadi olaraq həmin bıçağa qulluq göstərmişdir. 02 fevral 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən polis əməkdaşlarının qapını döyərək onu çağırdıqlarını görmüş, onlar öz xidməti vəsiqələrini göstərib İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını, yaşadığı evdə, evin həyətyanı sahəsində və həyətyanı sahədəki yardımçı tikililərdə qanunsuz olaraq silah saxlamağı barədə onlara əməliyyat məlumatı daxil olduğu üçün bu barədə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarı göstərib yaşadığı evə, evin həyətyanı sahəsinə və həyətyanı sahədəki yardımçı tikililərə baxış keçiriləcəyini bildirmişlər. O, baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, polis əməkdaşları ona hal şahidləri iştirak etmədiyinə görə videoçəkilişlə yaşadığı evə, evin həyətyanı sahəsinə və həyətyanı sahədəki yardımçı tikililərə baxış keçiriləcəyinibildirmişlər. O buna da etirazının olmadığını demiş və bu barədə ərizə təqdim etmişdir. Bundan sonra videoçəkilişlə baxış keçirilən zaman polis əməkdaşları ondan yaşadığı evdə, evin həyətyanı sahəsində və ya həyətyanı sahədəki yardımçı tikililərdə qanunsuz silah saxlayıb saxlamadığını soruşduqda o, polis əməkdaşlarına yaşadığı evdə süngü bıçaq saxladığını və könüllü şəkildə təqdim edə biləcəyini demişdir. O, polis əməkdaşları ilə birlikdə evin ikinci mərtəbəsinə qalxmış və oradakı otaqda pəncərənin qarşısında saxladığı 1 ədəd süngü bıçağı onlara təqdim etmişdir. Onun təqdim etdiyi süngü bıçağı 1 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənərək götürülmüş və iştirakçılar tərəfindən üzəri imzalarla təsdiq edilmişdir. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Onun həmin süngü bıçağı saxlamaqda heç bir cinayətkar niyyəti olmamış, həmin bıçaq atasından yadigar olduğu üçün xatirə məqsədi ilə onları özündə saxlamışdır.Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. İİİ qrup əlildir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nın əməliyyat müvəkkilidir. İsmayıllı rayonunun Basqal qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qaunsuz olaraq silah əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmiş, əməliyyat-təhqiqat qrupu yaradılmış, qrupun tərkibinə o, təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X11, RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X8, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X9, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X2, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X6 daxil edilmişlər. 02 fevral 2023-cü il tarixdə saat 18 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən evinə gedərək qapını döymüş və Bəhmanı çağırmışlar. Bəhman qapının qarşısına yaxınlaşmış, onlar öz xidməti vəsiqələrini göstərib İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını, sonuncunun yaşadığı evdə, evin həyətyanı sahəsində və həyətyanı sahədəki yardımçı tikililərdə qanunsuz olaraq silah saxlamağı barədə onlara əməliyyat məlumatı daxil olduğu üçün bu barədə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarı göstərib yaşadığı evə, evin həyətyanı sahəsinə və həyətyanı sahədəki yardımçı tikililərə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, onlar sonuncuya hal şahidləri iştirak etmədiyinə görə videoçəkilişlə yaşadığı evinə, evin həyətyanı sahəsinə və həyətyanı sahədəki yardımçı tikililərə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Videoçəkilişlə baxış keçirilən zaman onlar Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və ya həyətyanı sahədəki yardımçı tikililərdə qanunsuz silah saxlayıb saxlamadığını soruşduqda sonuncu yaşadığı evdə qanunsuz süngü bıçaq saxladığını və könüllü şəkildə təqdim edə biləcəyini demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə evin ikinci mərtəbəsinə qalxmış və oradakı otaqda pəncərənin qarşısında saxladığı bıçağı onlara təqdim etmişdir. Onlar Bəhmandan bıçağı haradan əldə etdiyini, nə məqsədlə evində saxladığını soruşduqda, sonuncu, həmin bıçağın mərhum atasından yadigar qaldığını və suvenir kimi evində saxladığını bildirmişdir. Təqdim edilmiş bıçaq 1 ədəd zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getmiş və izahatı alınaraq sərbəst buraxılmışdır. Şahid - İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X9 şahid İsmayıl Muradov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini də iş üzrə sübut növləri kimi qəbul edir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən evidir. Videoçəkilişlə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsinə qalxmış və oradakı otaqda pəncərənin qarşısında saxladığı bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bıçağın mərhum atasından yadigar qaldığını və suvenir kimi evində saxladığını bildirmişdir. Təqdim edilmiş bıçaq 1 ədəd zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə-ballistik ekspertizasının 27 fevral 2023-cü il tarixli 17/191 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir, süngü bıçaqdır, soyuq silah hesab edilir, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir, təyinatı dəyişdirilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 60 (altmış) qəpik təşkil edir. Müstəntiqin 03 aprel 2023-cü il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə 1 (bir) ədəd kağız paketə qablaşdırılmış, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla soyuq silah hesab edilən 1 ədəd süngü bıçağı cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. Müstəntiqin 27 aprel 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 22 fevral 2023-cü il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X7 Hüquqi Şəxsiindən alınmış 18 may 2023-cü il tarixli PNŞ-6-47/2- 417/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi poliklinikasının “Narkoloji” və “Psixiatriya” kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış sosial arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlil kimi 150 manat müavinət alır. 06 fevral 2023-cü il tarixli 34 və 35 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X3, övladları Dəmir, Səhərnaz və Səlmidən ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Basqal qəsəbəsindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd kağız paketə qablaşdırılmış, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla soyuq silah hesab edilən 1 ədəd süngü bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 60 (altmış) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonunun Basqal qəsəbəsindəki evi tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd kağız paketə qablaşdırılmış, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla soyuq silah hesab edilən 1 ədəd süngü bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 60 (altmış) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-46/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-46/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver