Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-46/2024 03.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs iştirakı ilə 03 oktyabr 2024-cü il tarixdə saat 12:44-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 20 avqust 1992-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 xx xxxx 1993-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 ilə birlikdə 2024-cü ilin fevral ayının əvvəllərində, dəqiq tarixi müəyyən edilməyən vaxtda, saat 22 radələrində İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin ətrafı mişar daşı ilə hasarlanmış vəziyyətdə olan həyətyanı sahəsinin qarşısına gəlmiş, evdə və ətrafda heç kəsin olmamasına tam əmin olduqdan sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə evin mişar daşlarından ibarət hasarının üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətyanı sahəsinə daxil olub həyətyanı sahədə yerləşən tikiliyə yaxınlaşaraq, həmin tikilinin divarına söykənmiş halda olan 01 ədəd, dəyəri 350 manat təşkil edən dəmir darvazanı, 04 ədəd hər birinin dəyəri 150 manat təşkil etməklə cəmi 600 manat dəyərində dəmir pəncərə məhəccərlərini, 01 ədəd dəyəri 60 manat təşkil edən dəmir oturacağı, 05 ədəd hər birinin dəyəri 5 manat təşkil etməklə cəmi 25 manat dəyərində dəmir dam örtüklərini, 01 ədəd dəyəri 40 manat təşkil edən dəmir sütunu, 02 top hər birinin dəyəri 30 manat təşkil etməklə cəmi 60 manat dəyərində metal torları, həmçinin saxlanc yeri hesab olunan həmin tikilinin giriş qapısını fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq tikilinin içərisinə daxil olub oradan 10 ədəd hər birinin dəyəri 8 manat təşkil etməklə cəmi 80 manat dəyərində dəmir dam örtüklərini, 03 ədəd hər birinin dəyəri 60 manat təşkil etməklə cəmi 180 manat dəyərində dəmir manqalı, 01 ədəd dəyəri 30 manat təşkil edən kiçik ölçülü dəmir manqalı, 10 ədəd hər birinin dəyəri 2 manat təşkil etməklə cəmi 20 manat dəyərində dəmir beli, 01 ədəd dəyəri 50 manat təşkil edən dəmir sobanı, 01 ədəd dəyəri 50 manat təşkil edən dəmir kürəni, 01 ədəd dəyəri 20 manat təşkil edən dəmir sacı, 02 ədəd hər birinin dəyəri 5 manat təşkil etməklə cəmi 10 manat dəyərində dəmir sac altını, 01 ədəd dəyəri 10 manat təşkil edən dəmir lomu, 01 ədəd dəyəri 15 manat təşkil edən dəmir kvaltı və 01 ədəd dəyəri 300 manat təşkil edən dəmir su çənini götürüb özləri ilə aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1900 (min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əlbir olduğu Təqsirləndirilən şəxs2lə birlikdə 2024-cü ilin fevral ayının əvvəllərində, dəqiq tarixi müəyyən edilməyən vaxtda, saat 22 radələrində İsmayıllı rayonunun Topçu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin ətrafı mişar daşı ilə hasarlanmış vəziyyətdə olan həyətyanı sahəsinin qarşısına gəlmiş, evdə və ətrafda heç kəsin olmamasına tam əmin olduqdan sonra o, Təqsirləndirilən şəxs2lə birlikdə evin mişar daşlarından ibarət hasarının üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətyanı sahəsinə daxil olub həyətyanı sahədə yerləşən tikiliyə yaxınlaşaraq, həmin tikilinin divarına söykənmiş halda olan 01 ədəd, dəyəri 350 manat təşkil edən dəmir darvazanı, 04 ədəd hər birinin dəyəri 150 manat təşkil etməklə cəmi 600 manat dəyərində dəmir pəncərə məhəccərlərini, 01 ədəd dəyəri 60 manat təşkil edən dəmir oturacağı, 05 ədəd hər birinin dəyəri 5 manat təşkil etməklə cəmi 25 manat dəyərində dəmir dam örtüklərini, 01 ədəd dəyəri 40 manat təşkil edən dəmir sütunu, 02 top hər birinin dəyəri 30 manat təşkil etməklə cəmi 60 manat dəyərində metal torları, həmçinin saxlanc yeri hesab olunan həmin tikilinin giriş qapısını fiziki güc tətbiq edib açmaqla qanunsuz olaraq tikilinin içərisinə daxil olub oradan 10 ədəd hər birinin dəyəri 8 manat təşkil etməklə cəmi 80 manat dəyərində dəmir dam örtüklərini, 03 ədəd hər birinin dəyəri 60 manat təşkil etməklə cəmi 180 manat dəyərində dəmir manqalı, 01 ədəd dəyəri 30 manat təşkil edən kiçik ölçülü dəmir manqalı, 10 ədəd hər birinin dəyəri 2 manat təşkil etməklə cəmi 20 manat dəyərində dəmir beli, 01 ədəd dəyəri 50 manat təşkil edən dəmir sobanı, 01 ədəd dəyəri 50 manat təşkil edən dəmir kürəni, 01 ədəd dəyəri 20 manat təşkil edən dəmir sacı, 02 ədəd hər birinin dəyəri 5 manat təşkil etməklə cəmi 10 manat dəyərində dəmir sac altını, 01 ədəd dəyəri 10 manat təşkil edən dəmir lomu, 01 ədəd dəyəri 15 manat təşkil edən dəmir kvaltı və 01 ədəd dəyəri 300 manat təşkil edən dəmir su çənini götürüb özləri ilə aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1900 (min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. 2024-cü ilin fevral ayının dəqiq tarixi xatırlamadığı günündə, axşam saatlarında Təbrizlə birlikdə yaşadıqları İsmayıllı rayonu Topçu kəndi ərazisində gəzməyə başlamışlar. Bir qədər gəzdikdən sonra kəndin stadionunun yanında yerləşən evin yanına gəlmiş, işıqlar yanmadığını gördükdə orada heç kimin olmadığına əmin olmuşlar. Ətrafa diqqət yetirərək kimsənin olmadığına əmin olduqdan sonra evin həyətinin mişar daşından olan hasarına yaxınlaşmış və hasardan tullanaraq həyətə daxil olmuşlar. Bir qədər ətrafa göz gəzdirib oğurlaya biləcəkləri əşyalar olub-olmadığına fikir vermiş, bu zaman həyətdə olan tövlənin divarına söykənmiş halda olan 01 ədəd 2 laylı dəmir darvaza, 4 ədəd dəmir barmaqlıqlar olmasını görərək həmin əşyaları Təbrizlə birlikdə hasardan çölə tullamışlar. Darvazanı çölə atan zaman hasarın daşlarından bir neçəsi darvazanın hasara dəyməsindən yaranan zərbənin təsirindən yerindən çıxıb tökülmüş, həmin vaxtı hasarın dibində 1 ədəd təkər diski olmasını görüb onu da hasardan çölə atmış, bundan sonra ətrafa göz gəzdirib oğurlaya biləcəkləri başqa əşyalar olub olmadığına fikir vermişlər. Bu zaman həyətdə olan tövlənin içərisinə girərək orada 2 ədəd dəmir manqal, manqalların içərisində dəmir bel, 1 dəmir soba olmasını görərək onları da Təbrizlə birlikdə hasardan çölə tullamışlar. Bundan sonra gəldikləri yolla geri qayıdaraq həyətdən çıxmışlar. Bu zaman o, “UAZ” markalı avtomobili olan həmkəndlisi Şahid2 zəng edərək, həmin yerə gəlməyini, burada dəmir tullantılar olduğunu, avtomobili ilə kəndin çıxışına qədər aparmağını istəmişlər. Kənan 30 manat yol haqqı istədikdən sonra razılaşmış, bundan sonra o, yeznəsi Samir adlı şəxsə zəng edib dəmir tullantılar olduğunu, “Qazel” markalı avtomobili ilə rayon mərkəzinə aparmağını istəmişdir. Samir 30 manat yol haqqı istədikdən sonra razılaşmış, bir müddət sonra Şahid2 idarə etdiyi “UAZ” markalı avtomobili ilə yanlarına gəlmiş, Təbrizlə o, həmin dəmir əşyaları Kənanın avtomobilinə yüklədikdən sonra hərəkətə başlamışlar, kəndin çıxışına çatdıqları zaman Samirin onları gözlədiyini görmüşlər. Onlar avtomobildən düşərək Təbrizlə birlikdə Kənanın avtomobilində olan dəmir əşyaları Samirin avtomobilinə yüklədikdən sonra hərəkətə başlamışlar. Yolda olan zaman o, rayon sakini Daşqın adlı şəxsə zəng edərək dəmir əşyalar olduğunu, satmaq istədiyini bildirmiş, Daşqın razılaşdıqdan sonra onlar rayona çatıb Ə.Ələkbərzadə küçəsində yerləşən dəmir məmulatların satışı məntəqəsinə gəlmişlər. Dəmir əşyaların bir hissəsini ona satıb qarşılığında 200 manat pul almışlar. Bundan sonra İsmayıllı şəhəri N.Gəncəvi küçəsinə gələrək dəmir məmulatlarının satışı mağazasının qarşısına gəlmişlər. Orada o, mağazanın üzərinə yapışdırılmış kağızda qeyd edilən mobil nömrənin sahibi Lətifə adlı qadına zəng edərək dəmir əşyalar olduğunu, satmaq istədiyini bildirmişdir. Lətifə ilə razılaşdıqdan sonra mağazanı tanımadığı oğlan açmış, dəmir əşyaların qalanını ona satıb qarşılığında 100 manat pul almışlar. Bundan sonra İsmayıllı şəhəri H.Əliyev prospektinin baş tərəfində avtomobildən enib Samirə 30 manat pul verdikdən sonra yoldan keçən avtomobillərdən birinə əyləşərək kəndə qayıtmışlar. Növbəti gün Kənana da 30 manat yol haqqını verdikdən sonra qalan 240 manat pulu aralarında bərabər şəkildə bölmüşlər. Törətdikləri bu hadisədən təxminən 10 gün sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuş, orada Təqsirləndirilən şəxs1 ilə törətdiyi oğurluq əməlini etiraf etmişdir. Oğurladıqları əmlaklar sahibinə təhvil verilmiş, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. O, gəncdir, işləyərək ailəsinə qazanc gətirən şəxsdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun həmkəndlisi olmaqla münasibətləri normal olmuşdur. 2024-cü ilin fevral ayının dəqiq tarixi xatırlamadığı günündə, axşam saatlarında Təbrizlə birlikdə yaşadıqları İsmayıllı rayonu Topçu kəndi ərazisində gəzməyə başlamış, bir qədər gəzdikdən sonra kəndin stadionunun yanında yerləşən evin yanına gəlmişlər. İşıqlar yanmadığını gördükdə orada heç kimin olmadığını düşünmüş, çünki, kənddə bir çox evin sahiblərinin evlərinə ancaq yay aylarında dincəlmək üçün gəldiyini, qalan vaxtlarda isə evlərin boş olduğunu bilirdilər. Ətrafa diqqət yetirərək kimsənin olmadığına əmin olduqdan sonra evin həyətinin mişar daşından olan hasarına yaxınlaşmış və hasardan tullanaraq həyətə daxil olmuşlar. Bir qədər ətrafa göz gəzdirib oğurlaya biləcəkləri əşyalar olub olmadığına fikir vermişlər. Bu zaman həyətdə olan tövlənin divarına söykənmiş halda olan 01 ədəd 2 laylı dəmir darvaza, 4 ədəd dəmir barmaqlıqlar olmasını görərək götürüb Təbrizlə birlikdə hasardan çölə tullamışlar, darvazanı çölə atan zaman hasarın daşlarından bir neçəsi darvazanın hasara dəyməsindən yaranan zərbənin təsirindən yerindən çıxıb tökülmüşdür. Həmin vaxt hasarın dibində 1 ədəd təkər diski olmasını görüb onu da hasardan çölə atmış, bundan sonra ətrafa göz gəzdirib oğurlaya biləcəkləri başqa əşyalar olub olmadığına fikir vermiş, bu zaman həyətdə olan tövlənin içərisinə girərək orada 2 ədəd dəmir manqal, manqalların içərisində dəmir bel (lapatka), 1 dəmir soba olmasını görərək götürüb Təbrizlə birlikdə hasardan çölə tullamışlar. Bundan sonra gəldikləri yolla geri qayıdaraq həyətdən çıxmışlar, bu zaman Təbriz “UAZ” markalı avtomobili olan həmkəndlisi Şahid2 zəng edərək, həmin yerə gəlməyini, burada dəmir tullantılar olduğunu, avtomobili ilə kəndin çıxışına qədər aparmağını istəmişdir. Kənan 30 manat yol haqqı istədikdən sonra razılaşmışlar. Bundan sonra Təbriz qaynı Samir adlı şəxsə zəng edib dəmir tullantılar olduğunu, “Qazel” markalı avtomobili ilə rayon mərkəzinə aparmağını istəmişdir. Samir 30 manat yol haqqı istədikdən sonra razılaşmışlar. Bir müddət sonra Şahid2 idarə etdiyi “UAZ” markalı avtomobili ilə yanına gəlmiş, Təbrizlə o, həmin dəmir əşyaları Kənanın avtomobilinə yüklədikdən sonra hərəkətə başlamış, Kəndin çıxışına çatdıqları zaman Samirin onları gözlədiyini görmüşlər. Onlar avtomobildən enib Təbrizlə birlikdə Kənanın avtomobilində olan dəmir əşyaları Samirin avtomobilinə yüklədikdən sonra hərəkətə başlamışlar. Yolda olan zaman Təbriz rayon sakini Daşqın adlı şəxsə zəng edərək dəmir əşyalar olduğunu, satmaq istədiyini bildirmiş, Daşqın razılaşdıqdan sonra onlar rayona çatıb Ə.Ələkbərzadə küçəsində yerləşən dəmir məmulatların satışı məntəqəsinə gəlmiş, dəmir əşyaların bir hissəsini ona satıb qarşılığında 200 manat pul almışlar. Bundan sonra İsmayıllı şəhəri N.Gəncəvi küçəsinə gələrək dəmir məmulatlarının satışı mağazasının qarşısına gəlmişlər. Orada Təbriz mağazanın üzərinə yapışdırılmış kağızda qeyd edilən mobil nömrənin sahibi Lətifə adlı qadına zəng edərək dəmir əşyalar olduğunu, satmaq istədiyini bildirmiş, Lətifə ilə razılaşdıqdan sonra mağazanı tanımadığı oğlan açmış, dəmir əşyaların qalanını ona satıb qarşılığında 100 manat pul almışlar. Bundan sonra İsmayıllı şəhəri, H.Əliyev prospektinin baş tərəfində avtomobildən enib Samirə 30 manat pul verdikdən sonra yoldan keçən avtomobillərdən birinə əyləşərək kəndə qayıtmışlar, növbəti gün Kənana da 30 manat yol haqqını verdikdən sonra qalan 240 manat pulu aralarında bərabər şəkildə bölmüşlər. Törətdikləri bu hadisədən təxminən 10 gün sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuş, orada Təqsirləndirilən şəxs1 ilə törətdiyi oğurluq əməlini etiraf etmişdir. Oğurladıqları əmlaklar sahibinə təhvil verilmiş, Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. O, gəncdir, işləyərək ailəsinə qazanc gətirən şəxsdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, ünvan 1 ünvanında yaşayır. İsmayıllı rayonu Topçu kəndində fərdi yaşayış evi vardır. Hər ay bir dəfə evinə gələrək baş çəkir. 12 fevral 2024-cü il tarixdə növbəti dəfə evinə gəlib baş çəkmiş, evdə hər şey qaydasında olmuşdur. 29 fevral 2024-cü il tarixdə anası Mahirə Qədirova evə baş çəkmiş, həmin gün anası ona zəng edərək həyətə və həyətdə olan tövləyə kiminsə daxil olduğunu, ona məxsus dəmir əşyaların oğurlandığını, oğurluq edən şəxslərin həyətin hasarını dağıtdıqlarını bildirmişdir. O, anasına heç nəyə əl vurmamasını tapşırmışdır. 03 mart 2024-cü il tarixdə özü İsmayıllı rayonu Topçu kəndində yerləşən evinə gəlmişdir. Həyətin mişar daşından olan hasarının 2 sırasının dağıldığını görmüş, bundan sonra qapını açıb həyətə daxil olmuş, həyətdə gəzərkən tövlə kimi istifadə olunmuş tikilinin divarına söykənmiş halda olan 01 ədəd dəmir darvazanın, 04 ədəd dəmir pəncərə məhəccərlərinin, 01 ədəd dəmir oturacağın, 05 ədəd dəmir dam örtüklərinin, 01 ədəd dəmir sütunun, 02 top metal torların yerində olmadığını görmüşdür. Daha sonra həmin tikilinin içərisinə girib baxdıqda oradan da, 10 ədəd dəmir dam örtüklərinin, 03 ədəd iri ölçülü dəmir manqalın, 01 ədəd kiçik ölçülü dəmir manqalın, manqalın içərisində olmuş 10 ədəd dəmir belin, 01 ədəd dəmir sobanın, 01 ədəd dəmir kürənin, 01 ədəd dəmir sacın, 02 ədəd dəmir sac altının, 01 ədəd dəmir lomun, 01 ədəd dəmir kvaltın və 01 ədəd dəmir su çəninin yerində olmadığını görmüşdür. Bundan sonra o, hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Araşdırma zamanı evindən oğurluq edən şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu məlum olmuşdur. İbidai istintaqın gedişində ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər onunla barışıq etmişlər. Onun təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır və əlvan və qara metalların alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 onun tanışıdır. 2024-cü ilin fevral ayının əvvəllərində, dəqiq tarixi xatırlamadığı gündə axşam radələrində Təbriz ona zəng edərək özünə məxsus dəmir əşyalarını ona satmaq istədiyini demiş, bir qədər sonra Təbriz tanımadığı iki nəfər şəxslə birlikdə Ford markalı avtomobillə işlətdiyi əlvan və qara metal qəbulu məntəqəsdinə gəlmişlər. Təbriz satdığı metalların özünə məxsus olduğunu, yaşadığı evin həyətindən gətirdiyini, pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, o, Təbrizlə razılaşmış, sonuncudan dəmir darvaza, dəmir pilləkən, barmaqlıqlar və digər xatırlamadığı dəmir əşyaları almış və ona bunun müqabilində təxminən 500-600 manat pul vermişdir. Sonradan polis əməkdaşları mağazasına gəlib həmin Təbriz adlı şəxsin ona oğurluq əşyaları satdığını bildirildikdə o, bundan məlumatının olmadığını demiş və Təbrizdən aldığı 4 ədəd dəmir barmaqlığı, 1 ədəd dəmir darvazanı və 1 ədəd dəmir pilləkəni polisə təqdim etmişdir. Digər əşyaları isə tanımadığı şəxslərə satmışdır. Şahid2 ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Topçu kəndində yaşayır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənd sakini olaraq tanıyır, onun həmin şəxslərlə arasında heç bir düşmənçiliyi və ədavəti olmayıb. O, etibarnamə əsasında idarə etdiyi UAZ markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı kəndə kənd sakinlərinə yük daşımaqda köməklik göstərir və bunun qarşılığında ona 10-15 manat pul verirlər. 2024-cü ilin fevral ayının xatırlamadığı günündə həmkəndlisi Təqsirləndirilən şəxs2 ona zəng etmiş və özünə məxsus dəmir tulantılarını kəndin çıxışına aparmağı xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2lə razılaşmış və onun dediyi yerə gəlmişdir. Həmin yerə çatdıqda orada digər həmkəndlisi Təbriz Maxtarılının da olduğunu görmüşdür. O, onlardan həmin dəmir qırıntılarının haradan və kimdən aldıqlarını soruşduqda həmin şəxslər ona dəmir parçaları onların özlərinə məxsus olduğunu bildirmişlər. O sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyinə görə idarə etdiyi UAZ markalı avtomaşınla rayon ərazisinə çıxa bilmədiyindən kəndin çıxışında həmin yükləri Samir adlı şəxsin idarə etdiyi Qaz markalı yük maşınına yükləmişlər. Bunun müqabilində o, Təbrizdən 30 manat pulu aldıqdan sonra yaşadığı evə geri dönmüşdür. O, həmin dəmir parcalarının oğuluq yolu ilə əldə olunmasını bilməmişdir. Şahid3 ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Cülyan kəndində yaşayır. Təqsirləndirilən şəxs2 onun qaynıdır. Təqsirləndirilən şəxs1 isə İsmayıllı rayon Topçu kənd sakini olaraq tanıyır. O, etibarnamə əsasında Ford markalı 99GX634 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir və həmin avtomaşınla yük daşımaqla məşğul olur. 2024-cü ilin fevral ayının xatırlamadığı günündə qaynı Təqsirləndirilən şəxs2 ona zəng etmiş və özünə məxsus dəmir tulantılarını rayona aparmağı xahiş etmişdir. O, Təbrizlə razılaşmış və onun dediyi ünvana, İsmayıllı rayon Topçu kəndinə gəlmişdir. Həmin yerə çatdıqda orada Təbriz Muxtarılının da olduğunu görmüşdür. O, həmin şəxslərdən dəmir qırıntılarının haradan və kimdən aldıqlarını soruşduqda onlar, dəmir parcaları onların özlərinə məxsus olduğunu bildirmişlər. Həmin vaxt qeyd olunan yük UAZ markalı avtomaşının yük yerindən onun idarə etdiyi avtomaşına yükləmişlər. O, həmin dəmir parcalarını İsmayıllı rayonuna Daşqın adlı şəxsə məxsus dəmir qəbulu sexinə gətirmiş və ora boşaltmışdır. O, həmin dəmir parcalarının oğuluq yolu ilə əldə olunmasını bilməmişdir. Məhkəmə iclasına çağırılmış Şahid4 1-ci qrup əlil, gəzmək imkanları məhdud olduğundan məhkəmə iclasına gələ bilməmişdir. Bu səbəbdən məhkəmə istintaqında Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı İsmayıllı şəhəri, N.Gəncəvi küçəsində yerşəşən dükanında əlvan və qara metalların alqı-satqısı ilə məşğul olur. 2024-cü ilin fevral ayının dəqiq tarixi xatırlamadığı günündə bir nəfər tanıdmadığı şəxs mobil nömrədən istifadəsində olan mobil telefonuna zəng etmiş, həmin şəxs onun nömrəsini İsmayıllı şəhəri, N.Gəncəvi küçəsində yerləşən ona məxsus əlvan və qara metal qəbulu məntəqəsinin lövhəsindən götürdüyünü və özünə məxsus dəmir əşyalar satmaq istədiyini bildirmişdir. O, qardaşı oğlu Altaya zəng edərək metal qəbulu məntəqəsini açmağı və ora gələn müştərilərdən dəmir əşyaların oğurluq olub-olmadığını soruşub almağını, çəkisinə uyğun pulunu verməyini xahiş etmişdir. Bir qədər sonra Altay ona zəng edərək, dəmir əşyaları qəbul etdiyini və bunun müqabilində həmin şəxslərə 100 manat pul verdiyini demişdir. Sonradan polis əməkdaşları mağazasına gəlib həmin şəxsin ona oğurluq əşyaları satdığı bildirmiş, o isə bundan məlumatının olmadığını demişdir. Həmin əşyaları tanımadığı şəxslərə satdığı üçün onları polis əməkdaşlarına təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. 05 mart 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmi protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsinin baş verdiyi ev İsmayıllı rayonunun Topçu kəndində yerləşir. 08 mart 2024-cü il tarixli “Təqdim etmə, baxış keçirmə və götürmə” barədə protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurlayaraq ona satdığı 1 ədəd dəmir darvazanı, 1 ədəd dəmir pilləkəni və 4 ədəd dəmir barmaqlıqları təqdim etmiş, təqdim edilmiş əşya götürülərək bu barədə “Samsung” markalı smartfonla fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. 29 avqust 2024-cü il tarixli “Maddi sübutun təhvil verilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim etdiyi ərizə əsasında iş üzrə maddi sübut olan 1 ədəd dəmir darvaza və 4 ədəd dəmir barmaqlıqlar saxlanmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 avqust 2024-cü il tarixli 9/3212 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 13 adda malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1695 manat müəyyən olunur.Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. 5 adda mallar barədə kifayət qədər məlumat (texniki ölçüləri və sair) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir;
1. Təxminən 12 il istifadə olunmuş, 5 pilləli, 0.90 m x 1.45 m ölçülü, qalın dəmirdən hazırlanmış 01 ədəd dəmir pilləkən- 50 manat;
2. Təxminən 9 il istifadə olunmuş, 2.50 m x 3.00 m ölçüdə 01 ədəd dəmir darvaza -350 manat;
3. Təxminən 9-11 il istifadə olunmuş, 2.50 m x 2.50 m ölçüdə 04 ədəd dəmir pəncərə məhəccərləri – 1 ədədinin qiyməti 150 manat olmaqla, 4 ədədinin qiyməti ümumilikdə 600 manat;
4. Təxminən 8 il istifadə olunmuş 3 m uzunluqda 1 ədəd dəmir oturacaq- 60 manat;
5. Təxminən 15-20 il istifadə olunmuş, 1.50 m x 1.20 m ölçüdə 03 ədəd dəmir manqal-1 ədədinin qiyməti 60 manat olmaqla, 3 ədədinin qiyməti ümumilikdə 180 manat;
6. Təxminən 15-20 il istifadə olunmuş, 0.50 m x 0,60 m ölçüdə 01 ədəd kiçik ölçülü dəmir manqal - 30 manat;
7. Təxminən 5 il istifadə olunmuş 10 ədəd dəmir bel – 1 ədədinin qiyməti 2 manat olmaqla, 10 ədədinin qiyməti 20 manat;
8. Təxminən 15 il istifadə olunmuş 0.60 m x 1.30 m ölçüdə 01 ədəd dəmir soba – 50 manat;
9. Təxminən 15-16 il istifadə olunmuş, 01 ədəd dəmir sac – 20 manat;
10. Təxminən 15-16 il istifadə olunmuş, 0.50 sm ölçülü 02 ədəd dəmir sac altı – 1 ədədinin 5 manat olmaqla 2 ədədinin qiyməti ümumilikdə 10 manat;
11. Təxminən 15 il istifadə olunmuş, orta ölçülü 01 ədəd dəmir lom – 10 manat;
12. Təxminən 15-16 il istifadə olunmuş, orta ölçülü 01 ədəd dəmir kvalt – 15 manat;
13. Təxminən 8 il istifadə olunmuş, 0.80m x 1.50 m x 2.00 m ölçülü, 500 litr ttumlu 01 ədəd dəmir su çəni – 300 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 aprel 2024-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Topçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli 85 və 86 nömrəli arayışlardan, xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İsmayıllı rayonunun Topçu kəndində qeydiyyatda olmaqla yaşayırlar, yaşadıqları müddət ərzində onlar müsbət xarakterizə olunmuş, barələrində İsmayıllı RİHB-nin Topçu kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı RMX-nin PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-47/2-480/24 nömrəli arayışdan görünür ki, Babayev X1 RMX-nin Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. İsmayıllı RMX-nin PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-47/2-482/24 nömrəli məktubdan görünür ki, Muxtarlı X2 RMX-nin Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. “Şübhəli şəxs qismində tutulma” barədə 05 mart 2024-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 mart 2024-cü il tarixdə saat 21:45də şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxs qismində tutulma” barədə 05 mart 2024-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 mart 2024-cü il tarixdə saat 16:45də şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 07 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 19:25-da İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Müstəntiqin 07 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 17:00-da İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işində bu hal mövcud deyildir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmələrini, onunla barışıq əldə etmələrini, yaşadıqları yer üzrə müsbət xarakterizə olunmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətlərini, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsi əsaslı və ədalətlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonunun ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Topçu kəndində yerləşən evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonunun ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Topçu kəndində yerləşən evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 1 ədəd dəmir darvaza və 4 ədəd dəmir barmaqlıqların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi :
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 05 mart 2024-cü il saat 21:45-dən 07 mart 2024-cü il saat 19:25-dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 1(bir) il 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Topçu kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın.
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 05 mart 2024-cü il saat 19:15-dən 07 mart 2024-cü il saat 17:00-dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 1(bir) il 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Topçu kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın.
İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan 1 ədəd dəmir darvaza və 4 ədəd dəmir barmaqlıqların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: İlqar Hüseynov