Məhkəmə qərarları › İş №1(037)-46/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-46/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-46/2025 13.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Zahid qızının, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 13 noyabr 2025-ci il tarixdə saat 16:16-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-nin İsmayıllı filialında poçtalyon işləyən, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonu, Köhnədaxar kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 37 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs Zahid qızı ilə birgə yaşadığı İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 8 saylı ünvanda yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əsəbiləşərək əl zərbələri ilə, habelə evdəki taxta stulla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vurub zərbələr endirərək, sonuncuya sağ əlin İİİ barmağının əsas falanqasının yerdəyişməyən qapalı sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, habelə sol gicgah-təpə nahiyəsinin şişkinliyi (hematoması), hər iki bazunun, sol əlin arxa səthinin, sağ əlin İİİ barmağının arxa səthinin və sol baldırın qançırları, sol baldırın sıyrığı, sağ əlin İİİ barmağının ovuc səthinin qansızması kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə hökm çıxarılanadək zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 8 ünvanıdır. xx.xx.2025-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi taxta stula baxış keçirilmiş və götürülmüşdür. xx.xx.2025-ci il tarixli, 261 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sol gicgahtəpə nahiyəsinin şişkinliyi (hematoması), hər iki bazunun, sol əlin arxa səthinin, sağ əlin İİİ barmağın arxa səthinin və sol baldırın qançırları, sol baldırın sıyrığı, sağ əlin İİİ barmağın ovuc səthinin qansızması və sağ əlin İİİ barmağının əsas falanqasının yerdəyişməyən qapalı sınığı bərk-küt əşya (alət) təsirindən törənmişdir, Zərərçəkmiş şəxs qeyd etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. xx.xx.2025-ci il tarixli, 83/06 saylı əlavə məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərsol gicgah-təpə nahiyəsinin şişkinliyi (hematoması), hər iki bazunun, sol əlin arxa səthinin, sağ əlin İİİ barmağın arxa səthinin və sol baldırın qançırları, sol baldırın sıyrığı, sağ əlin İİİ barmağın ovuc səthinin qansızması və sağ əlin İİİ barmağının əsas falanqasının yerdəyişməyən qapalı sınığı bərk-küt əşya (alət) təsirindən törənmişdir, Zərərçəkmiş şəxs qeyd etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Bu xəsarətlər dərəcəsinə görə ayrı-ayrılıqda, İİİ barmağının əsas falanqasının yerdəyişməyən qapalı sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya və sol gicgah-təpə nahiyəsinin şişkinliyi (hematoması), hər iki bazunun, sol əlin arxa səthinin, sağ əlin İİİ barmağn arxa səthinin və sol baldırın qançırları, sol baldırın sıyrığı, sağ əlin İİİ barmağın ovuc səthinin qansızması isə istər birlikdə, istərsə də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. xx.xx.2025-ci il tarixli maddi sübutun təhvil verilməsi barədə protokoldan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd taxta stul saxlanıması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 8 ünvanında yerləşən fərdi yaşayış evində hadisə baş verən yeri göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2025ci il tarixli, 1699 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu, Köhnədaxar kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, ev 37 ünvanında yaşayır, yaşadığı müddət ərzində barəsində yazılı və şifahi şikayət daxil olmamışdır. İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış 22 sentyabr 2025-ci il tarixli 18-1- 47/2-1144/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti müəyyən edilmədiyindən, barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən müvafiq material ayrıca icraata ayrılaraq, saxlanılması üçün İsmayıllı rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Həmin tələbnamədən eyni zamanda müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrinə əsasən əvvəllər cinayət məsuliyyətindən azad edilməmişdir. Müstəntiqin 16 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs Zahid qızı ilə birgə yaşadığı İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 8 saylı ünvanda yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əsəbiləşərək əl zərbələri ilə, habelə evdəki taxta stulla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vurub zərbələr endirərək, sonuncuya sağ əlin İİİ barmağının əsas falanqasının yerdəyişməyən qapalı sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti, habelə sol gicgah-təpə nahiyəsinin şişkinliyi (hematoması), hər iki bazunun, sol əlin arxa səthinin, sağ əlin İİİ barmağının arxa səthinin və sol baldırın qançırları, sol baldırın sıyrığı, sağ əlin İİİ barmağının ovuc səthinin qansızması kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs ondan şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə hökm çıxarılanadək zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək vurulmuş ziyanı ödədimiş, ondan şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Məhkəmə qərara gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Cavanşir Səmədovun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan 1 (bir) ədəd taxta stulun sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ekspertiza xərci, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.7, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd taxta stulun sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci, mülki iddia və müsadirə edilməsi təklif olunan əmlak yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar