Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-47/2023 04.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 04 iyul 2023-cü il tarixdə saat 14:21-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1983-cü ildə İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla uşağı olan, orta təhsilli, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Qubaxəlilli kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonunun Aşağı Cülyan kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixə keçən gecə, dəqiq saatı müəyyən edilməyən vaxtda idarə etdiyi özünə məxsus “Vaz 21074” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən "xxxx" MMC-yə məxsus anbarın qarşısına gəlmiş, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra anbarın plastik materialdan olan qapısına yaxınlaşıb qapını fiziki güc tətbiq edərək açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan anbara daxil olub oradan ilkin olaraq hər birinin çəkisi 50 kiloqram, bir kisəsinin dəyəri 89 (səksən doqquz) manat təşkil edən cəmi 10 kisə "xxxx" MMC-yə məxsus “Apaviva” firmasının istehsalı olan yüksək dərəcəli ammafos gübrəsini götürüb idarə etdiyi avtomobilinə yükləyərək yaşadığı İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən evinin həyətinə aparıb boşaltmaqla, sonra isə yenidən həmin yerə qayıdaraq hər birinin çəkisi 50 kiloqram, bir kisəsinin dəyəri 89 (səksən doqquz) manat təşkil edən cəmi 11 kisə "xxxx" MMC-yə məxsus “Apaviva” firmasının istehsalı olan yüksək dərəcəli ammafos gübrəsini götürüb idarə etdiyi avtomobilinə yükləyərək yaşadığı İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən evinin həyətinə aparıb boşaltmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq "xxxx" MMC-yə ümumilikdə 1869 (min səkkiz yüz altmış doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, İsmayıllı rayonunun Qubaxəlilli kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə İsmayıllı rayonunun Aşağı Cülyan kəndində yaşayır. Fermaların birində çobanlıq edərək dolanır. 07 mart 2023-cü il tarixdə yaşadığı evdə spirtli içki qəbul edərək vəziyyətə düşmüş, həmin gün saat 22 radələrində özünə məxsus Vaz 2107 markalı avtomobillə qardaşının İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində yerləşən fermasına getmək üçün evdən çıxmış, ora gedib bir qədər oturduqdan sonra isə evinə qayıtmaq üçün yola çıxmış, evə qayıdarkən yolun sol tərəfində Claas Agro MMC-yə məxsus anbarın qarşısında avtomobili saxlamışdır. İçkinin təsiri altında olduğu üçün oradan oğurluq etmək qərarına gəlmişdir. Anbarın otaqlarının birində kisələrin olduğunu görmüş, anbarın plastik materialdan olan qapısını əli ilə güc verərək açmış və anbara daxil olmuşdur. Orada sayını bilmədiyi qədər gübrə kisələri olmuşdur. O, avtomobili arxaya verərək anbarın qapısının qarşısında saxlamış və kisələri bir-bir avtomobilə yükləmişdir. İlkin olaraq 10 kisəni avtomobilə yerləşdirmiş və yaşadığı evə gedərək oğurladığı gübrə kisələrini boşaltmışdır. Yenidən həmin anbara qayıdaraq eyni qaydada ora daxil olmuş, oradan 11 kisə gübrəni götürüb avtomobilinə yerləşdirərək evə gəlmişdir. Anbarda sayını bilmədiyi qədər gübrə qalmış, lakin o, həmin yerə qayıtmamışdır. Həmin 11 kisə gübrəni də gətirib həyətə boşaltmış, gübrəni boşaldarkən arvadı Elnarə Gülmalıyeva bunu görmüş və həmin kisələrin nə olduğunu, haradan əldə etdiyini soruşmuşdur. O arvadına həmin kisələrin gübrə olduğunu demiş və Claas Agro MMC-dən aldığını bildirmişdir. Arvadı ona inanmamış və oğurluq etdiyini bilərək gübrələri aparıb qaytarmağını xahiş etmişdir. O, sərxoş vəziyyətdə olduğu üçün buna məhəl qoymamış, səhəri gün saat 10 radələrində arvadı onun qardaşı Habil Gülmalıyevə zəng edərək onun haradansa gübrə əldə etdiyini bildirmiş və bu məsələ ilə maraqlanmağını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Habil onların evinə gələrək nə baş verdiyini soruşmuş və onun oğurluq etdiyini bilərək onu danlamışdır. Habil dərhal yük maşını çağıraraq oğurlanmış gübrə kisələrini qazelə yükləmiş və Class Aqro MMC-də gözətçisi işləyən Şahid yanına gedərək həmin kisələri Rasimə təhvil vermişdir. Rasim bu barədə Claas Agro MMC-nin icraçı direktoru Zərərçəkmiş şəxs zəng vurub demişdir. Səhəri gün həyətdə olarkən polis əməkdaşları evinə gəlmiş, onun oğurluqda şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və oğurluq etdiyini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti içkili olduğu üçün törətmişdir. Himayəsində bir azyaşlı uşağı var. Hadisədən sonra zərərçəkmiş şəxs Claas Agro MMCnin icraçı direktoru Zərərçəkmiş şəxs barışıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, iki ilə yaxındır ki, "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində çalışır, Şirkətin İsmayıllı rayonunun Qubaxəlilli kəndində əkin sahələri mövcuddur. Həmin kənddə şirkətə məxsus anbar kimi istifadə etdikləri tikilidə şirkətə məxsus gübrə kisələri, toxumlar, təsərrüfatda istifadə edilən avadanlıqlar, aqreqatlar saxlanılmış və orada saxlanılan əşyalara görə cavabdehliyi özü daşımışdır. Həmin anbarın mühafizəçisi Şahid olmuşdur. 14 yanvar 2023-cü il tarixdə o, anbardakı əmlakı sayıb Şahid təhvil vermiş və Bakı şəhərinə qayıtmışdır. 07 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixə keçən gecə, saat 02:45-də Şahid ona zəng edərək anbardan oğurluq edildiyini bildirmişdir. Rasimdən oğurluq hadisəsinin necə baş verdiyini soruşmuş, bu zaman Rasim anbarın qapısının sındırıldığını deyərək anbardan 21 kisə 50 kiloqramlıq ammafos gübrəsinin oğurlandığını bildirmişdir. Rasimdən həmin yerdə şübhəli kimisə görüb görmədiyini soruşduqda sonuncu ona həmin vaxt anbarın ətrafında Qubaxəlilli kənd sakini Təqsirləndirilən şəxs gördüyünü bildirmişdir. O, dərhal Seymura zəng vuraraq, bu barədə soruşmuş, Seymur isə oğurluq etmədiyini, gecə vaxtı qardaşıgildən gəldiyini bildirərək etdiyi əməlini etiraf etməmişdir. Səhəri gün o, özü anbara gələrək oradan 21 kisə 50 kiloqramlıq ammafos gübrəsinin oğurlandığını müəyyən etmiş və bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir müddət sonra Seymurun qardaşı Habil anbara gələrək əvvəl 19 kisə gübrəni, daha sonra isə digər 2 kisə gübrəni gətirib təhvil vermişdir. Zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş, onun maddi ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid ifadə verərək göstərdi ki, təxminən bir ilə yaxındır ki, "xxxx" MMC-də gözətçi vəzifəsində çalışır. İşlədiyi şirkətin İsmayıllı rayonunun Qubaxəlilli kəndində əkin sahələri mövcuddur. Həmin kənddə şirkətə məxsus anbar kimi istifadə edilən tikili var. Tikilidə şirkətə məxsus gübrə kisələri, toxumlar, təsərrüfatda istifadə edilən avadanlıqlar, aqreqatlar saxlanılır. 14 yanvar 2023-cü il tarixdə o, anbarı Zərərçəkmiş şəxs təhvil almış, həmin vaxt anbarda 12 kisə arpa toxumu, 86 kisə 50 kiloqramlıq ammafos gübrəsi, 20 qutu yarpaq gübrəsi, 2 qutu “izabyon” yarpaq gübrəsi, 16 tonluq dərman səpən aparat, 4 qutu traktor yağı, 10 litr traktor antifrizi və xatırlamadığı digər əşyalar olmuşdur. 07 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixə keçən gecə, saat 01 radələrində o, mühafizə etdiyi ərazini gəzərkən anbarın yaxınlığında avtomobilin hərəkət etdiyini görmüşdür. O, tez traktora əyləşib anbara tərəf getmiş, anbarın yaxınlığına çatanda İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini Təqsirləndirilən şəxs avtomobilin yüklü olduğunu görmüş, lakin avtomobilin içərisində kimlərin olduğunu görməmişdir. O, həmin avtomobilə saxlama işarəsini versə də həmin şəxs avtomobili saxlamayaraq sürüb getmişdir. O, tez anbara getmiş və anbarın qapısının açıq olduğunu görmüşdür. Anbara daxil olduqda oradan ammafos gübrələrinin oğurlandığını müəyyən etmişdir. Yenidən traktora əyləşib Seymurun yaşadığı evə gedərək Seymuru çağırmış, bu zaman Seymurun arvadı qapıya çıxaraq Seymurun yatdığını bildirmişdir. O, sonuncuya Seymurun onlara məxsus anbardan gübrə oğurladığını demişdir. Sonra isə Claas Agro MMC-nin icraçı direktoru Zərərçəkmiş şəxs zəng edərək hadisə barədə məlumat vermiş, səhəri gün Seymurun qardaşı Habil gələrək oğurlanmış ammafos gübrələrini anbara təhvil vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: İfadənin yerində yoxlanılması haqqında 22 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən anbardan necə oğurluq etdiyini göstərməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş "xxxx" MMC-yə məxsus anbar İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşir. Təqdim etmə, baxış keçirmə və götürmə barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs "xxxx" MMC-nin İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən anbardan oğurlanmış 21 kisə 50 kiloqramlıq ammafos gübrələrini təqdim etmiş, təqdim edilmiş 21 kisə gübrə götürülərək bu barədə protokol tərtib edilmişdir. Maddi sübutun təhvil verilməsi haqqında 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi ərizə əsasında iş üzrə maddi sübut olan 21 kisə “Apaviva” firmasının istehsalı olan yüksək dərəcəli ammafos gübrəsi saxlamasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/300 nömrəli rəyindən görünür ki, 07 mart 2023-cü il tarixdə İsmayıllı rayonunun Qubaxəlilli kəndində "xxxx" MMC-yə məxsus anbarda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd kağız parçasının üzərində yapışdırılmış 02 ədəd şıffaf yapışqanlı lent kəsikləri üzərində olan əl izlərindən 02 ədəd əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izləri xx.xx.1983-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük və orta barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2134 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 1 kisə 50 kiloqramlıq ammafos gübrəsinin 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 89,0 manat, 21 kisə 50 kiloqramlıq ammafos gübrəsi ümumilikdə 1869 (21 kisə x 89 man) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 mart 2023-cü il tarixdən 08 mart 2023cü il tarixə keçən gecə, dəqiq saatı müəyyən edilməyən vaxtda idarə etdiyi özünə məxsus “Vaz 21074” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən "xxxx" MMC-yə məxsus anbarın qarşısına gəlmiş, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra anbarın plastik materialdan olan qapısına yaxınlaşıb qapını fiziki güc tətbiq edərək açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan anbara daxil olub oradan ilkin olaraq hər birinin çəkisi 50 kiloqram, bir kisəsinin dəyəri 89 (səksən doqquz) manat təşkil edən cəmi 10 kisə "xxxx" MMC-yə məxsus “Apaviva” firmasının istehsalı olan yüksək dərəcəli ammafos gübrəsini götürüb idarə etdiyi avtomobilinə yükləyərək yaşadığı İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən evinin həyətinə aparıb boşaltmaqla, sonra isə yenidən həmin yerə qayıdaraq hər birinin çəkisi 50 kiloqram, bir kisəsinin dəyəri 89 (səksən doqquz) manat təşkil edən cəmi 11 kisə "xxxx" MMC-yə məxsus “Apaviva” firmasının istehsalı olan yüksək dərəcəli ammafos gübrəsini götürüb idarə etdiyi avtomobilinə yükləyərək yaşadığı İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən evinin həyətinə aparıb boşaltmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq "xxxx" MMC-yə ümumilikdə 1869 (min səkkiz yüz altmış doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 07 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixə keçən gecə, dəqiq saatı müəyyən edilməyən vaxtda idarə etdiyi özünə məxsus “Vaz 21074” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən "xxxx" MMC-yə məxsus anbarın qarşısına gəlmiş, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra anbarın plastik materialdan olan qapısına yaxınlaşıb qapını fiziki güc tətbiq edərək açmaqla qanunsuz olaraq saxlanc yeri hesab olunan anbara daxil olub oradan ilkin olaraq hər birinin çəkisi 50 kiloqram, bir kisəsinin dəyəri 89 (səksən doqquz) manat təşkil edən cəmi 10 kisə "xxxx" MMC-yə məxsus “Apaviva” firmasının istehsalı olan yüksək dərəcəli ammafos gübrəsini götürüb idarə etdiyi avtomobilinə yükləyərək yaşadığı İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən evinin həyətinə aparıb boşaltmaqla, sonra isə yenidən həmin yerə qayıdaraq hər birinin çəkisi 50 kiloqram, bir kisəsinin dəyəri 89 (səksən doqquz) manat təşkil edən cəmi 11 kisə "xxxx" MMC-yə məxsus “Apaviva” firmasının istehsalı olan yüksək dərəcəli ammafos gübrəsini götürüb idarə etdiyi avtomobilinə yükləyərək yaşadığı İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən evinin həyətinə aparıb boşaltmaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq "xxxx" MMC-yə ümumilikdə 1869 (min səkkiz yüz altmış doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3 -cü maddəsi ilə düzgün tövsif olunuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə razılıq əldə etməsini və vurulmuş ziyanı tam aradan qaldırmasını, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı RİHB-nın Qubaxəlilli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 150 nömrəli arayışdan və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Qubaxəlilli kəndində qeydiyyatda olmaqla ailə tərkibi özündən, arvadı, xx.xx.2006, xx.xx.2008 və xx.xx.2017-ci il təvəllüdlü övladlarından ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən verilmiş 23 may 2023-cü il tarixli PHŞ-6-47/2-433/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş ziyan tamamilə ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 10 mart 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 18:40-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 04 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəməyə təqdim edilmiş İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Qubaxəlilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 254 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Qubaxəlilli kəndində qeydiyyatda olsa da ailəsi ilə birlikdə fərdi heyvandarlıqla məşğul olduğu üçün il ərzində İsmayıllı rayonunun Aşağı Cülyan və Dəxər kəndlərinin ərazisində yaşayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonunun Aşağı Cülyan və Dəxər kəndlərinin evlərini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 21 kisə “Apaviva” firmasının istehsalı olan yüksək dərəcəli ammafos gübrələrinin zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə saat 18:30-dan 10 mart 2023-cü il tarixə saat 18:40-a dək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Aşağı Cülyan və Dəxər kəndlərindəki evlərini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 21 kisə “Apaviva” firmasının istehsalı olan yüksək dərəcəli ammafos gübrələrinin zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-47/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-47/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver