Məhkəmə qərarları › İş №1(037)-47/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-47/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-47/2024 22.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 22 oktyabr 2024-cü il tarixdə saat 14:48-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1986-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, RMS Global MMC-də mühasib vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, fərdi identifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə saat 07 radələrində Qaraməryəm- İsmayıllı-Şəki yolunun İsmayıllı rayon ərazisindən keçən 45-ci kilometrliyində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi Honda CRV markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı,avtomobilin idarə olunması ilə əlaqədar hər hansı çətinlik olduğu halda avtomobili idarə etməməli və avtomobili öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyib “X3” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili idarə edərkən sükan arxasında yuxulamasına görə avtomobili qarşı sol hərəkət zolağına çıxararaq qarşıdan əks istiqamətdə, yəni İsmayıllı rayon istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi BMW 525 markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun hərəkət zolağında toqquşmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin (qamış və incik) açıq qəlpəli sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, qəzaya uğradığı Honda CRV **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil atasına məxsusdur. Sürücülük vəsiqəsi vardır. Həftəsonları Bakı şəhərindən İsmayıllı rayonuna gəlir. Adəti üzrə 17 iyun 2024-cü il tarixdə gecə saatlarında Bakı şəhərindən atasına məxsus həmin avtomobillə İsmayıllı rayonuna getməkdən ötrü yola çıxmışdır. Avtomobili özü idarə etmiş və tək olmuşdur. İsmayıllı rayonuna daxil olduqdan sonra Qalacıq kənd istiqamətində hərəkətdə olmuşdur. Yolda təmir getdiyinə görə yol çınqıllı olduğundan avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etmişdir. İsmayıllı rayonu Buynuz kənd ərazisində olan zaman onu qəflətən yuxu tutmuş və avtomobilin idarə etməsini itirdiyindən avtomobil yolun sol tərəfinə istiqamətlənmişdir. Bu zaman əks hərəkət zolağında İsmayıllı rayonu istiqamətində hərəkətdə olan BMW markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qəzadan sonra bir qədər gec özünə gəlmiş, hadisəyə görə həmin yerə toplaşmış şəxslər ona avtomobildən düşməkdə köməklik etmişdir. BMW markalı avtomobildə olan şəxslərin xəsarətləri olduğuna görə onlar İsmayıllı RMX-na aparılmışlar. Özü də xəsarət aldığı üçün İsmayıllı RMX-na getmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, özü isə tamamilə sağlam olmuş, sərxoş olmamışdır. Hazırda əməlindən peşmandır. Həmin cinayəti ehtiyatsızlıq üzündən, bilmədən törətmişdir. Hadisədən sonra xəsarət almış Zərərçəkmiş şəxs bütün müalicə xərclərini ödəmiş, onunla barışıq əldə etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı tələbi və şikayəti yoxdur. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin usta işləməklə ailəsinin dolanışığını təmin edir. Özünə məxsus BMW 525 markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili sürücülük vəsiqəsi olmaqla baş etibarnamə əsasında idarə edir. 17 iyun 2024-cü il tarixdə dostu Qafur və qardaşı Səidlə birlikdə özünə məxsus avtomobil ilə Bakı şəhərinə işləmək üçün getməli olmuşdur. Həmin gün səhər saat 05 radələrində yaşadığı kənddən yola çıxmışdır. Avtomobili özü idarə etmiş, Qafur ön oturacaqda, Səid isə arxa oturacaqda əyləşmişlər. Yolun İsmayıllı rayonu Buynuz kənd ərazisindən keçən hissəsində avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmiş, həmin vaxt hava tam açılmamış, yol quru və kələ kötürlü, hava şəraiti isə dumansız və yağıntısız olmuşdur. Qarşı hərəkət zolağında Honda markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə doğru gəlməsini görmüşdür. Bu vaxt həmin avtomobil yolun kələ-kötürlü olmasına görə yoldakı daşlardan yayınmasını düşünmüş, lakin Honda markalı avtomobilin üzərinə gəlməkdə davam etməsini görmüşdür. O, toqquşmamaq üçün avtomobili bacardığı qədər yolun sağ tərəfinə istiqamətləndirmiş, lakin aralarında məsafə az qaldığına görə qəzanın qarşısını ala bilməmiş və yolun ona aid hərəkət hissəsinin tam sağ kənarında Honda markalı avtomobil onun idarəsində olan avtomobilinin ön hissəsindən dəymişdir. O, xəsarət aldığından təcili yardıma zəng etmiş, təcili yardım avtomobili gəlib onu və dostu Qafuru İsmayıllı RMX-na aparmışlar. Qəza zamanı sağ ayağı sınmış və əməliyyat olunması üçün onu Bakı şəhərinə aparmışlar. Hadisədən sonra adını sonradan bildiyi Honda markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona və avtomobilinə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışıq əldə etmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Fəxrinin özünə məxsus BMW 525 markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 17 iyun 2024-cü il tarixdə dostu Qafur ilə birlikdə qardaşı Fəxrinin idarə etdiyi BMW 525 markalı avtomobili ilə işləmək üçün Bakı şəhərinə getməli olmuşdur. Həmin gün səhər saat 05 radələrində yaşadığı kənddən Fəxriyə məxsus qeyd etdiyim avtomobil ilə yola çıxmışdır. Avtomobili Fəxri idarə etmiş, Qafur ön oturacaqda, o, isə arxa oturacaqda əyləşmişdir. Yolun İsmayıllı rayonu Buynuz kəndi ərazisindən keçən hissəsində onların avtomobili təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən qarşı hərəkət zolağında Honda markalı avtomobilin üzərilərnə doğru gəlməsini görmüşdür. Həmin vaxt hava tam açılmamış, yol quru və kələ kötürlü, hava şəraiti isə dumansız və yağıntısız olmuşdur. Honda markalı avtomobil yolunun dəyişmədən üzərilərinə gəldiyi üçün Fəxri qəzanın qarşısını ala bilməmiş və yolun sağ kənarında onların əyləşdikləri avtomobil ilə Honda markalı avtomobil toqquşmuşdur. Sonradan məlum olmuşdur ki, Honda markalı avtomobilin sürücüsü yatdığı üçün qəflətən avtomobili sürətləndirib üzərilərnə gəlmiş və qəza baş vermişdir. Hadisədən sonra o, avtomobildən düşmüş, Fəxri və Qafur xəsarət aldıqları üçün təcili yardıma zəng etmişlər. Az sonra təcili yardım avtomobili gəlib Qafuru və Fəxrini İsmayıllı RMX-na aparmışlar. Fəxrinin xəsarəti daha ağır olduğundan onu Bakı şəhərinə aparmışlar. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayon ərazisindən keçən 45-ci kilometrliyidir, yolun hərəkət hissəsinin eni 21.30 metr, yolda təmir işləri getdiyinə görə yol çiyini yoxdur, avtomobillərin hərəkəti iki tərəflidir, yol düzdür, çınqıl, daşdır. Hadisə zamanı yol üzəri quru, hava aydın olmuşdur. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Hadisə yeri yaşayış məntəqəsi daxilində deyildir. Lakin yolda təmirişləri getdiyinə görə sürət həddi 50 km/saatdır. Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin təyini haqqında 24 may 2022-ci il tarixli 168 və 169 saylı tibbi müayinə aktından görünür ki, Honda markalı **-GR- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə baş verən zaman spirtli içki qəbul etməmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-dən daxil olmuş məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-ci il tarixədək etibarlı olan) AF 710677 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bğalı məlumat qeydə alınmamışdır. Məhkəmə tibbi ekspertizasının 08 iyul 2024-cü il tarixli 296 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar olunan xəsarətlər sağ baldır sümüklərinin(qamış və incik) açıq qəlpəli sınığı bərk küt əşya təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1759 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizası rəyindən müəyyən edilir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Honda CRV markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X3” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə kimyəvi ekspertizasının 08 iyul 2024-cü il tarixli 2174/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər(həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid( çətənə bitkisindən alınan və təbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 17 iyun 2024-cü il tarixdə saat 07 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayon ərazisindən keçən 45-ci kilometrliyində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi Honda CRV markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı,avtomobilin idarə olunması ilə əlaqədar hər hansı çətinlik olduğu halda avtomobili idarə etməməli və avtomobili öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyib “X3” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili idarə edərkən sükan arxasında yuxulamasına görə avtomobili qarşı sol hərəkət zolağına çıxararaq qarşıdan əks istiqamətdə, yəni İsmayıllı rayon istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi BMW 525 markalı **- UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun hərəkət zolağında toqquşmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin (qamış və incik) açıq qəlpəli sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişiklilər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.127.3.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, istintaqında həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onlarla barışıq əldə etmiş, ona vurulmuş ziyanı tam şəkildə ödəmiş, ona görə də onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 29 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “X4” tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli 1889 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs tibb xidməti ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatda yoxdur. X1 Sistemi vasitəsi ilə sorğulanaraq müvafiq dövlət təşkilatından alınmış 14 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, arvadı X2, xx.xx.2011-ci il tarixdə doğulmuş Məsumə, xx.xx.2013-ci il tarixdə doğulmuş Duyğu və xx.xx.2014-ci il tarixdə doğulmuş Əli adlı üç azyaşlı uşağından ibarətdir. "xxxx" MMC tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hal-hazıradək həmin MMC-də baş mühasib vəzifəsində işləyir, iş yeri üzrə müsbət xarakterizə olunur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Ona görə də məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsi üçün onun yalnız sağlamlığına az ağır və ağır zərər vurulmuş zərərçəkmiş şəxslə və ya şəxslərlə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi kifayətdir. Bundan sonra həmin şəxsin cinayət əməlləri ilə yanaşı həmçinin, inzibati xətanın tərkibini də yaradan əməlləri törətməsi, yəni yol hərəkəti qaydalarının pozması nəticəsində digər zərərçəkmiş şəxslərin əmlakına ziyan vurulması və ya sağlamlığına yüngül zərər, habelə dərəcəsi təyin olunmayan xəsarətlər yetirilməsi müəyyən edilərsə, cinayət məsuliyyətindən azad edilmiş şəxs yalnız inzibati xətanın tərkibini yaradan əməllərə görə inzibati məsuliyyətə cəlb edilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübutlar olan, istintaq zamanı müvafiq qaydada götürülmüş və saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş Honda CVR markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs təhvil verilmiş BMW 525 markalı **-UP-***dövlət qeydiyyat nişanlı avtomobillərin müfafiq olaraq sahiblərinə qaytarılmaları nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 128 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 manat məhkəmə məsrəfləri tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına və onlara cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübutlar - Honda CVR markalı **-GR-*** dövlət qeydiyyat nişanlı və BMW 525 markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün qərarın surəti İsmayıllı rayon prokurorluğuna göndərilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar