Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-48/2021 27.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə 27 iyul 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1986-cı ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 1(037)-48/2021 nömrəli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxx 1991-cı il tаriхdə Balakən rayonu Qullar kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndaşı, subay, оrtа təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Balakən rayonu Qullar kəndində qeydiyyatda оlmaqla həmin ünvanında yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 1(037)-48/2021 nömrəli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 10 aprel 2021-ci il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı-Şamaxı avtomobil yolunun kənarında yerləşən saxlanc yeri hesab olunan çadırın içərisinə qanunsuz daxil olaraq oradan cəmi 20 manat dəyərində iki ədəd 0,5 kiloqramlıq şüşə qabda bal-qoz qarışığı məsullarını qəsdən gizli olaraq talayıb həmin yerdən uzaqlaşmış, daha sonra, 11 aprel 2021-ci il tarixdə saat 06 radələrində öz cinayətkar niyyətlərini davam etdirərək yenidən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab olunan həmin çadırın yanına gələrək yenidən ora qanunsuz daxil olaraq bir kiloqramının dəyəri 20 manat olmaqla cəmi 780 manat dəyərində 39 kiloqram çəkidə bal və qoz qarışığı məhsulunu, bir ədədinin dəyəri 0,2 manat olmaqla cəmi 60 manat dəyərində 300 ədəd yumurtanı, bir ədədinin dəyəri 7 manat olmaqla cəmi 98 manat dəyərində 14 ədəd 0,5 kiloqramlıq süşə qablarda müxtəlif növ mürəbbələri və cəmi 12 manat dəyərində iki ədəd 0,5 kiloqramlıq şüşə qabda bəhməzi qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 970 (doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 11 aprel 2021-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 məxsus olmaqla İsmayıllı-Şamaxı avtomobil yolunun kənarında yerləşən ərzaq dükanının qarşısına gəlib qapısını dəmir parçası ilə sıxıb açaraq saxlanc yeri olan dükana qanunsuz daxil olmuş, dükanın qapısının yanında olan rəfdən Zərərçəkmiş şəxs1 adına olan 10 manat dəyərindəki “Paşa Bank”a aid bir ədəd plastik kartı, 6 ədəd 5 manatlıq, 12 ədəd 2 manatlıq, 12 ədəd 3 manatlıq, 3 ədəd 10 manatlıq “Sim”, 14 ədəd 3 manatlıq və 6 ədəd 5 manatlıq “Cin” danışıq kartlarını, masanın digər hissəsindəki 1 ədəd sellofan torbada cəmi 50 manat məbləğində qəpiklərdən ibarət dəmir pulları, vitrinlərdən 1 ədəd dəyəri 33 manat olan 750 qramlıq, 2 ədəd hər birinin dəyəri 20 manat olan viskiləri və 5 ədəd hər birinin dəyəri 5 manat olan 350 qramlıq, 10 ədəd hər birinin dəyəri 4 manat olan 250 qramlıq “Redbull” enerji içkilərini, 15 ədəd hər birinin dəyəri 1,2 manat olan “Kitkat” adlı şokolad məsullarını, 30 ədəd qutuda hər birinin dəyəri 3,9 manat olan nazik, 30 ədəd qutuda hər birinin dəyəri 3,9 manat olan qalın və 10 ədəd qutuda hər birinin dəyəri 3,7 manat olan kompakt “Sobranie” markalı, 7 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan nazik “№1”, 20 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan nazik “№4”, 8 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan qalın “№4”, 9 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan qalın “№8” və 10 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan kompakt “Kent” markalı, 28 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan nazik və 10 ədəd qutuda hər birinin dəyəri 2,8 manat olan kompact “Davidoff” markalı, 15 ədəd qutuda hər birinin dəyəri 3,4 manat olan nazik və 20 ədəd qutuda hər birinin dəyəri 3,4 manat olan qalın “Winiston” markalı, 8 ədəd qutuda hər birinin dəyəri 2,9 manat olan kommact “LD” markalı, 9 ədəd qutuda hər birinin dəyəri 2,5 manat olan nazik “Winchester” markalı siqaretləri qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1166,9 manat (min yüz altmış altı manat doxsan qəpik) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 10 aprel 2021-ci il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı-Şamaxı avtomobil yolunun kənarında yerləşən saxlanc yeri hesab olunan çadırın içərisinə qanunsuz daxil olaraq oradan cəmi 20 manat dəyərində iki ədəd 0,5 kiloqramlıq şüşə qabda bal-qoz qarışığı məsullarını qəsdən gizli olaraq talayıb həmin yerdən uzaqlaşmış, daha sonra, 11 aprel 2021-ci il tarixdə saat 06 radələrində öz cinayətkar niyyətlərini davam etdirərək yenidən Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab olunan həmin çadırın yanına gələrək yenidən ora qanunsuz daxil olaraq bir kiloqramının dəyəri 20 manat olmaqla cəmi 780 manat dəyərində 39 kiloqram çəkidə bal və qoz qarışığı məhsulunu, bir ədədinin dəyəri 0,2 manat olmaqla cəmi 60 manat dəyərində 300 ədəd yumurtanı, bir ədədinin dəyəri 7 manat olmaqla cəmi 98 manat dəyərində 14 ədəd 0,5 kiloqramlıq süşə qablarda müxtəlif növ mürəbbələri və cəmi 12 manat dəyərində iki ədəd 0,5 kiloqramlıq şüşə qabda bəhməzi qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 970 (doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 11 aprel 2021-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 məxsus olmaqla İsmayıllı-Şamaxı avtomobil yolunun kənarında yerləşən ərzaq dükanının qarşısına gəlib qapısını dəmir parçası ilə sıxıb açaraq saxlanc yeri olan dükana qanunsuz daxil olmuş, dükanın qapısının yanında olan rəfdən Zərərçəkmiş şəxs1 adına olan 10 manat dəyərindəki “Paşa Bank”a aid bir ədəd plastik kartı, 6 ədəd 5 manatlıq, 12 ədəd 2 manatlıq, 12 ədəd 3 manatlıq, 3 ədəd 10 manatlıq “Sim”, 14 ədəd 3 manatlıq və 6 ədəd 5 manatlıq “Cin” danışıq kartlarını, masanın digər hissəsindəki 1 ədəd sellofan torbada cəmi 50 manat məbləğində qəpiklərdən ibarət dəmir pulları, vitrinlərdən 1 ədəd dəyəri 33 manat olan 750 qramlıq, 2 ədəd hər birinin dəyəri 20 manat olan viskiləri və 5 ədəd hər birinin dəyəri 5 manat olan 350 qramlıq, 10 ədəd hər birinin dəyəri 4 manat olan 250 qramlıq “Redbull” enerji içkilərini, 15 ədəd hər birinin dəyəri 1,2 manat olan “Kitkat” adlı şokolad məsullarını, 30 ədəd qutuda hər birinin dəyəri 3,9 manat olan nazik, 30 ədəd qutuda hər birinin dəyəri 3,9 manat olan qalın və 10 ədəd qutuda hər birinin dəyəri 3,7 manat olan kompakt “Sobranie” markalı, 7 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan nazik “№1”, 20 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan nazik “№4”, 8 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan qalın “№4”, 9 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan qalın “№8” və 10 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan kompakt “Kent” markalı, 28 ədəd qutuda hər birinin dəyəri 3,6 manat olan nazik və 10 ədəd qutuda hər birinin dəyəri 2,8 manat olan kompact “Davidoff” markalı, 15 ədəd qutuda hər birinin dəyəri 3,4 manat olan nazik və 20 ədəd qutuda hər birinin dəyəri 3,4 manat olan qalın “Winiston” markalı, 8 ədəd qutuda hər birinin dəyəri 2,9 manat olan kommact “LD” markalı, 9 ədəd qutuda hər birinin dəyəri 2,5 manat olan nazik “Winchester” markalı siqaretləri qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1166,9 manat (min yüz altmış altı manat doxsan qəpik) məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2lə 2021-ci ilin aprel ayının əvvəllərində tanış olmuş, arasıra görüşüb söhbət etmişlər.10 aprel 2021-ci il tarixdə Məhəmmət ona valideyinlərinə baş çəkmək üçün Balakən rayonuna gedəcəyini demiş, o, da Məhəmmətə Balakən rayonuna getmək istədiyini bildirmişdir. Onlar Məhəmmətə məxsus avtomobilə əyləşərək Balakən rayonuna yola düşmüşlər. Bakı-Şamaxı-Qəbələ-Şəki avtomobil yolu ilə hərəkətdə olarkən İsmayıllı rayon ərazisindən keçən hissəsində yol kənarında bal məsulları satılan yeri görmüşdür. Məhəmmətə bal alacağını bildirmiş və avtomobildən düşərək bal almaq üçün yol kənarında qurulmuş çadıra yaxınlaşmışdır. Bu zaman Məhəmmət də maşından düşərək ora yaxınlaşmışdır. Orada kimsə olmadığından o, palatkadan içəri keçərək iki yarım kiloqramlıq şüşə bankalarda bal-qoz qarışığını götürərək avtomobilə tərəf getmiş və həmin ballardan birini Məhəmmətə verərək avtomobilə əyləşmişdir. Məhəmmətə balı həmin çadırda heç kimin olmamasından istifadə edərək oğurladığını demişdir. Onlar Balakən rayonuna getmişlər. Məhəmmət tanışı Aysun Yusifovaya zəng edərək evlərinin yaxınlığında küçədə olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Aysun gəlmiş və Məhəmmət onu Aysuna tanış etmişdir. Məhəmmət orada Aysunla bir qədər söhbət etdikdən sonra çıxıb getmişlər. Aysun Bakı şəhərinə qayıdan zaman onu da aparmağını xahiş etmiş, Məhəmmət Bakı şəhərinə qayıtdığı zaman Aysunu aparacağını bildirmişdir. Saat 22-23 radələrində Məhəmmət Aysunu da götürmüş və onlar birlikdə Bakıya yola düşmüşlər. 11 aprel 2021-ci il tarixdə saat 06 radələrində İsmayıllı rayon ərazisindən keçərkən həmin bal satılan yerdən yenidən bal məsulları oğurlamağı və Bakı şəhərində satmağı planlaşdırmış və bu barədə Məhəmmətə bildirmişdir. Məhəmmət onunla razılaşmış və avtomobili həmin yerdə yol kənarında saxlamışdır. Birlikdə həmin çadırdan təxminən 30-40 ədəd yarim kiloqramlıq bal, bal-qoz qarışığı və mürəbbələr götürərək bir ədəd iri sellofan torbaya yığıb avtomobilin arxa yük yerinə yığmışlar. Sonra onlar avtomobilə əyləşərək hərəkətə başlamış, təxminən 1-2 kliometr getdikdən sonra Məhəmmətə avtomobili saxlamağını bildirmişdir. Məhəmmət Basqal yazılan yerdə mağazaları keçib avtomobili yol kənarında saxlamışdır. Onlar maşından düşərək 200 metr arxada olan mağazalar tərəfə getmişlər. Ətrafda heç kimin olmadığını görmüş və mağazanın arxa tərəfində keçərək oradan bir metr uzunluqda olan üç ədəd dəmir parçalarını götürərək mağazanın önünə gəlmişdir. Dəmir parçaları ilə mağazanın qapısının bağlanan hissəsini sıxıb aralamaqla açmışlar və onlar içəri daxil olmuşlar. Mağazanın salon hissəsinə daxil olduqda orada qapının yanına qoyulmuş masanın daxılından topa şəkildə 2,3,5 və 10 manatlıq sim və cin danışıq kartları, bir ədəd paşa banka aid plastik kart, masanın digər rəfindən isə təxminən 50 manat məbləğdə qəpikləri götürmüşdür. Mağazanın vitrinindən müxtəlif çeşiddə siqaretlər, 2-3 ədəd viski və 10-15 ədəd redbull enerji içkiləri, bir neçə “kitkat” şokoladlarını götürərək iki ədəd iri sellofan torbalara dolduraraq mağazadan çıxmışlar. Oğurladıqları həmin ərzaqları Məhəmmətin avtomobilin salon hissəsinə yığmış və avtomobilə əyləşərək yollarına davam etmişlər. Bir müddətdən sonra Bakı şəhərinə çatmış və o, 20 Yanvar dairəsi yaxınlığında avtomobildən düşərək mağazadan oğurladıqları əşyalarla dolu iki ədəd torbanı özü ilə götürmüş, bal məsullarını isə avtomobildə saxlamışdır. Məhəmmətə 12 ədəd yarım kiloqramlıq şüşə bankalarda bal, bal və qoz qarışığı, bəhməz və mürəbbə məsulları ayırıb vermişdir. Bir qədər sonra onlar zəngləşib görüşmüşlər. Məhəmmətə oğurladıqları məsullarını satacağını demiş, lakin sata bilmədiyindən özləri istifadə etmişlər. Sonradan Məhəmmətin polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmiş, bu səbəbdən də ehtiyatlanmışdır. 18 may 2021-ci il tarixdə Bakı şəhəri ərazisində polis əməkdaşları karantin qaydalarına əməl edilməsi ilə bağlı onu saxlayıb şəxsi məlumatlarını yoxladıqları zaman axtarışda olmağı məlum olmuş və barəsində İsmayıllı RPŞ-yə məlumat verilmişdir. Onu İsmayıllı RPŞ-nə gətirmişlər. O, Məhəmmətlə birlikdə oğurluq hadisələrini törətdiklərini etiraf etmişdir. Mağazadan oğurladığı bir ədəd Paşa Banka aid plastik kartdan istifadə etməmiş, plastik kartı Bakı şəhərində xatırlamadığı yerdə yerə atmışdır. Məhəmmətlə törətdikləri oğurluq hadisələrində Aysun Yusifovanın hər hansı rolu olmamışdır. Barələrindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduqları ziyanı tam olaraq ödəmişlər. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2021-ci ilin aprel ayının əvvəllərində Bakı şəhərində Valeh adlı şəxslə tanış olmuşdur. 10 aprel 2021-ci il tarixdə o, Balakən rayonuna xəstə valideyininin yanına gəlmək istəmiş, həmin vaxt Valeh onun da Balakən rayonuna getmək istədiyini bildirmişdir. Onlar birlikdə ona məxsus olan avtomobilə əyləşərək yola çıxmışlar. Avtomobili özü idarə etmiş, Valeh isə ön oturacaqda əyləşmişdir. Yolun İsmayıllı rayon ərazisindən keçən hissəsində Valeh ondan avtomobili saxlamasını və bal alacağını bildirmişdir. Valeh avtomobildən düşərək bal almaq üçün yol kənarında qurulmuş çadıra yaxınlaşmışdır. Özü də maşından düşərək həmin çadıra tərəf getmişdir. Orada kimsə olmadığından Valeh palatkadan içəri keçərək iki yarım kiloqramlıq şüşə bankalarda bal-qoz qarışığını götürərək avtomobilə tərəf getmiş, həmin ballardan birini ona vermişdir. Valeh ona balı həmin çadırda heç kimin olmamasından istifadə edərək oğurladığını demiş, bundan sonra onlar avtomobilə əyləşərək Balakən rayonuna getmişlər. Rayona çatdıqdan sonra o, tanışı Aysun Yusifovaya zəng edərək evlərinin yaxınlığında küçədə olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Aysun gəlmiş və Aysunu Valehlə tanış etmişdir. Aysunla bir qədər söhbət etdikdən sonra onlar ayrılmışlar. Aysun Bakı şəhərinə qayıdan zaman onu da aparmağını xahiş etmiş, o, Aysuna onu da aparacağını bildirmişdir. Saat 22-23 radələrində Aysunu da götürmüş və Valehlə zəngləşərək birlikdə Bakıya yola düşmüşlər. 11 aprel 2021-ci il tarixdə saat 06 radələrində İsmayıllı rayon ərazisindən keçərkən həmin bal satılan yerdən keçərkən Valeh yenidən bal məsulları oğurlamağı və Bakı şəhərində satmağı təklif etmişdir. O, Valehlə razılaşmış və avtomobili həmin yerdə yol kənarında saxlamışdır. Onlar avtomobildən düşərək həmin bal çadırına yaxınlaşmışlar. Birlikdə həmin çadırdan təxminən 30-40 ədəd yarim kiloqramlıq bal, bal-qoz qarışığı və mürəbbələr götürərək bir ədəd iri sellofan torbaya yığıb avtomobilin arxa yük yerinə yığmışlar. Sonra onlar avtomobilə əyləşərək hərəkətə başlamış, təxminən 1-2 kliometr getdikdən sonra Valeh ona avtomobili saxlamağını bildirmişdir. O, Basqal yazılan yerdə mağazaları keçib avtomobili yol kənarında saxlamışdır. Onlar maşından düşərək 200 metr arxada olan mağazalar tərəfə getmişdir. Ətrafda heç kimin olmadığını görmüşlər və Valeh mağazanın arxa tərəfində keçərək oradan bir metr uzunluqda olan üç ədəd dəmir parçalarını götürərək mağazanın önünə gəlmişdir. Dəmir parçaları ilə mağazanın qapısının bağlanan hissəsini sıxıb aralamaqla açmış və onlar içəri daxil olmuşlar. Mağazanın salon hissəsinə daxil olduqda orada qapının yanına qoyulmuş masanın daxılından topa şəkildə 2,3,5 və 10 manatlıq sim və cin danışıq kartları, bir ədəd paşa banka aid plastik kart, masanın digər rəfindən isə təxminən 50 manat məbləğdə qəpikləri götürmüşdür. Mağazanın vitrinindən müxtəlif çeşiddə siqaretlər, 2-3 ədəd viski və 10-15 ədəd redbull enerji içkiləri, bir neçə “kitkat” şokoladlarını götürərək iki ədəd iri sellofan torbalara dolduraraq mağazadan çıxmışlar. Oğurladıqları həmin ərzaqları avtomobilin salon hissəsinə yığmış və avtomobilə əyləşərək yollarına davam etmişlər. Bir müddətdən sonra Bakı şəhərinə çatmış və Valeh 20 Yanvar dairəsi yaxınlığında avtomobildən düşərək mağazadan oğurladıqları əşyalarla dolu iki ədəd torbanı özü ilə götürmüş, bal məsullarını isə avtomobildə saxlamışdır. Valeh ona 12 ədəd yarım kiloqramlıq şüşə bankalarda bal, bal və qoz qarışığı, bəhməz və mürəbbə məsulları ayırıb vermişdir. Bir qədər sonra onlar zəngləşib görüşmüşlər. Valeh ona oğurladıqları məsullarını satacaqlarını demiş, lakin sata bilmədiklərindən həmin məhsulları özləri istifadə etmişlər. Sonradan o, polis əməkdaşları tərəfindən saxlanılmışdır.O, Valehlə birlikdə oğurluq hadisələrini törətdiklərini etiraf etmişdir.Valehlə törətdikləri oğurluq hadisələrində Aysun Yusifovanın hər hansı rolu olmamış, Valehlə birlikdə bal və bəhməz məhsullarını balonlarda çadırdan sərbəst şəkildə avtomobilə yığdıqları üçün Aysun həmin məhsulların ozlərinə məxsus olmasını zənn etmişdir. Barələrindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduqları ziyanı tam olaraq ödəmişlər. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri onların etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs2 ifаdə verərək göstərdi ki, İsmayıllı rayon Bizlan kəndində İsmayıllı-Şamaxı avtomobil yolunun kənarında həyətyanı sahəsində arıçılıqla məşğul olur. Həmin sahədə bal və kənd təsərrüfatı məsulları satmaqdan ötrü çadır qurmuşdur. Orada rəflər düzəldərək bal və kənd təsərrüfatı məsullarını satır. Adətən səhər saat 09-10 radələrində həmin çadırı açır, saat 19-20 radələrində isə çadırın ətrafını örtərək evinə gedir. 11 aprel 2021-ci il tarixdə saat 10 radələrində çadırın ön hissəsinin açıq olmasını görmüş, lakin söküntü və çadırın yırtılma yerlərini görməmişdir. Çadırın içərisinə daxil olduğu zaman şüşə bankalardakı bal məsullarının, müxtəlif növ mürəbbələrin və kardon qutuda toyuq yumurtaların olmadığını görərək oradan oğurluq edildiyini başa düşmüşdür. Oradan bir kiloqramının dəyəri 20 manat olmaqla 800 manat dəyərində 40 kiloqram çəkidə bal və qoz qarışığı məhsulları, bir ədədinin dəyəri 7 manat olmaqla 98 manat dəyərində 14 ədəd yarım kiloqramlıq süşə qablarda müxtəlif növ mürəbbələr, bir ədəd yarım kiloqramlıq şüşə qabda qiyməti 12 manat olan bəhməz və bir ədədinin dəyəri 0,2 manat olmaqla 60 manat dəyərində 300 ədəd toyuq yumurtası oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində isə ona ümumilikdə 970 manat maddi ziyan vurulmuşdur. 14 aprel 2021-ci il tarixdə İsmayıllı RPŞ-nə bu barədə şikayət etmişdir. Aparılan istintaq zamanı məlum olmuşdur ki, oğurluq edənlər Məhəmmət və Valeh adlı şəxslərdir. O, Məhəmmət və Valehi əvvəllər tanımamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 970 manat maddi ziyan vurulmuşdur. İbtidai istintaqın gedişində təqsirləndirilən şəxslər ona vurulmuş ziyanı tamamilə ödəmişlər. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifаdə verərək göstərdi ki, yaşadığı İsmayıllı rayon Bizlan kəndində özünə məxsus mağazası vardır. Mağaza İsmayıllı-Şamaxı avtomobil yolunun kənarında yerləşir. Mağazada onunla birlikdə oğlu Zaur da satıcı kimi işləyir. 11 aprel 2021-ci il tarixdə saat 07 radələrində Zaurla birlikdə mağazaya gəlmiş, bu zaman onlar mağazanın qapısının sındırılmış və açıq vəziyyətdə olmasını görmüşlər. Mağazanın içərisinə nəzər yetirən zaman oradan simsim və cin danışıq kartlarının, bir ədəd onun adına olan Paşa Banka aid plastik kartın, bir ədəd sellofan torbada saxladığı qəpiklərdən ibarət pulun, həmçinin vitrinlərdə müxtəlif çeşiddə siqaret məmulatlarının, spirtli və enerli içkilərinin, şokolad məsullarının yerində olmadığını görərək mağazadan oğurluq olmasını başa düşmüşdür. Bu barədə dərhal 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Mağazadan ümumi 192 manat dəyərində olan 6 ədəd 5 manatlıq, 12 ədəd 2 manatlıq, 12 ədəd 3 manatlıq, 3 ədəd 10 manatlıq simsim, 14 ədəd 3 manatlıq və 6 ədəd 5 manatlıq cin danışıq kartlar, ona məxsus olan Paşa Banka aid 01 ədəd plastik kartı, 01 ədəd sellofan torbada 50 manat qəpiklərdən ibarət pul, 138 manat dəyərində 01 ədəd qiyməti 33 manat olan 750 qramlıq, 02 ədəd hər birinin qiyməti 20 manat olan iki ədəd viskilər və 05 ədəd hər birinin qiyməti 5 manat olan 350 qramlıq, 10 ədəd hər birinin qiyməti 4 manat olan 250 qramlıq Redbull enerji içkiləri, 15 ədəd hər birinin qiyməti 1.2 manat olan “Kitkat” adlı şokoladlar, 30 ədəd qutuda hər birinin qiyməti 3.90 manat olan nazik, 30 ədəd qutuda hər birinin qiyməti 3.90 manat olan qalın və 10 ədəd qutuda hər birinin qiyməti 3.70 manat olan kompakt Sobranie markalı, 07 ədəd qutuda hər birinin qiyməti 3.60 manat olan nazik № 1, 20 ədəd qutuda hər birinin qiyməti 3.60 manat olan nazik № 4, 08 ədəd qutuda hər birinin qiyməti 3.60 manat olan qalın № 4, 09 ədəd qutuda hər birinin qiyməti 3.60 manat olan qalın № 8 və 10 ədəd qutuda hər birinin qiyməti 3.60 manat olan kompakt kent markalı, 28 ədəd qutuda hər birinin qiyməti 3.60 manat olan nazik və 10 ədəd qutuda hər birinin qiyməti 2.80 manat olan kompact Davidoff markalı, 15 ədəd qutuda hər birinin qiyməti 3.40 manat olan nazik və 20 ədəd qutuda hər birinin qiyməti 3.40 manat olan qalın Winiston markalı, 08 ədəd qutuda hər birinin qiyməti 2.90 manat olan kommact LD markalı, 09 ədəd qutuda hər birinin qiyməti 2.50 manat olan nazik Winchester markalı siqaretləri oğurlanmış, hadisə nəticəsində ona ümumilikdə 1156 manat 90 qəpik dəyərində maddi ziyan vurulmuşdur. Aparılan istintaq zamanı məlum olmuşdur ki, mağazasından oğurluq edənlər Valeh və Məhəmmət adlı şəxslərdir. Onları əvvəllər tanımamışdır. İbtidai istintaqın gedişində təqsirləndirilən şəxslər ona vurulmuş ziyanı tamamilə ödəmişlər. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şаhid X6 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. X2 ifadə verərək göstərdi ki, Məhəmməti təxminən bir ildir tanıyır. 10 aprel 2021-ci il tarixdə Məhəmmət ona zəng edərək Balakən rayonunda olduğunu və görüşmək istədiyini bildirmişdir. Məhəmmətə evdə olduğunu demiş, bu zaman Məhəmmət ona yaşadığı evin yaxınlığında küçədə olduğunu demişdir. Evdən çıxaraq Məhəmmətin olduğu yerə getmiş, Məhəmmətlə görüşüb orada bir qədər söhbət etmişdirlər. Məhəmmətin idarə etdiyi avtomobilin ön sağ oturacağında tanımadığı bir şəxsin bal yeməsini görmüş, avtomobilin arxa oturacağında bankalarda bal olmasını görmüşdür. Məhəmmət həmin şəxsin dostu Valeh olmasını bildirmişdir. Bir qədər söhbət etdikdən sonra Məhəmmət Bakı şəhərinə qayıdacağını demiş, o, Məhəmmətə onu da özü ilə aparmasını xahiş etmişdir. Məhəmmət razılaşmış və onlar çıxıb getmişlər. Həmin gün saat 23 radələrində Məhəmmət ona zəng edərək hazırlaşmağını bildirmişdir. Az sonra Məhəmmət gəlmiş və o avtomobilin ön oturacağında, Valeh isə arxa oturacaqda əyləşərək Bakı istiqamətində yola düşmüşlər. 11 aprel 2021-ci il tarixdə saat 06 radələrində İsmayıllı rayonu ərazisindən keçərkən Məhəmmət avtomobili ətrafında bal yeşikləri olan ağ rəngli qurulmuş çadırın yanında saxlamışdır. Məhəmmət ilə Valeh avtomobildən düşərək həmin çadırdan yarım kiloqramlıq şüşə bankalarda olan balları, bal məsullarını, mürəbbələri və bəhməzləri daşıyaraq avtomobilə yığmışlar. Məhəmmət və Valeh təxminən 30-40-ədəd bankalarda olan balları və bəhməzləri sərbəst şəkildə avtomobilə yığırmışdır. Sonra onlar hər ikisi əyləşmiş və Bakı istiqamətində hərəkətə başlamışlar.1-2 kliometr yol qət etdikdən sonra Valeh Məhəmmətə avtomobili bir qədər irəlidə saxlamasını bildirmişdir. Məhəmmət avtomobili yol kənarında saxlamışdır. Valeh maşından düşərək avtomobilin arxa yük yerindən bir ədəd ucu qarmaq şəkilli bir metr uzunluğunda dəmir parçası götürərək orada olan mağazaların birinə yaxınlaşmışdır. Məhəmmət də maşından düşmüş, o isə maşında qalmışdır. O, Məhəmmətin və Valehin mağazanın bağlı qapılsını açmağa çalışdığını görmüşdür. Onlar yarım saatdan sonra avtomobilə qayıdaraq iki ədəd sellofan torbalarda dəqiq saylarını bilmədiyi qədər müxtəlif növ siqaret qutuları, simsim və cin danışıq kartları, kitkat şokoladları, birinin üzərində 40 manat və digərinin üzərində 20 manat yazılmış bir neçə ədəd viski, bir ədəd sellofan torbada qəbiklərdən ibarət pullar və bir neçə Redbul adlı enerji içkilərini avtomobilə qoymuşlar. Məhəmməd avtomobili idarə edərək Bakı şəhərinə gəlmişlər. Abşeron rayonu Xırdalan dairəsində Valeh avtomobildən düşərək getmişdir. Məhəmmət isə onu bacısı Rəvanənin evinin yaxınlığına aparmışdır. Avtomobildən düşdüyü zaman Məhəmmət ona 5 ədəd yarım kiloluq süşə bankada bal və 1 ədəd yarım kiloqramlıq bankada bəhməz verərək bacısına pay verdiyini bildirmişdir. O, həmin məhsulları bacısının evinə aparmışdır. O, Məhəmmətin və Valehin törətdikləri oğurluq hadisələrinə şahid olsa da, özü oğurluq etməmiş, həmin şəxslərlə birlikdə oğurluq hadisəsini törətməyi qabaqcadan razılaşmamış, onların bal və bəhməz məhsullarını balonlarda çadırdan sərbəst şəkildə avtomobilə yığmaqlarından həmin məhsulların onlara məxsus olmasını zənn etmişdir. 13 aprel 2021-ci il tarixdə Məhəmmətlə birlikdə Məhəmmətin avtomobilində Bakı şəhəri ərazisində gəzərkən polis əməkdaşları tərəfindən saxlanılmış və polis bölməsinə dəvət olunmuşdurlar. Orada Məhəmmət və Valehin oğurluq etdiklərini etiraf etmişdir. 11 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi İsmayıllı rayonunun Bizlan kəndində Zərərçəkmiş şəxs1 məxsus, İsmayıllı-Şamaxı avtomobil yolunun Bizlan kəndinin ərazisindən keçən hissəsində, yol kənarında yerləşən ərzaq dükanının törədilmişdir. Mağazadan “Paşa Bank”a aid 1 ədəd plastik kartın, həmin rəfdən 6 ədəd 5 manatlıq, 12 ədəd 2 manatlıq, 12 ədəd 3 manatlıq, 3 ədəd 10 manatlıq “Sim”, 14 ədəd 3 manatlıq və 6 ədəd 5 manatlıq “Cin” danışıq kartlarının, həmin masanın digər çəkməcə hissəsində olmuş 1 ədəd sellofan torbada 50 manat məbləğində qəpiklərdən ibarət dəmir pulların, içki vitrinindən 1 ədəd 750 qramlıq, 2 ədəd 500 qramlıq viski spirtli içkilərinin və 5 ədəd 350 qramlıq, 10 ədəd 250 qramlıq “Redbull” enerji içkilərinin, digər vitrindən 15 ədəd “Kitkat” adlı şokolad məsullarının, tütün vitrinindən isə 30 ədəd qutuda nazik, 30 ədəd qutuda qalın və 10 ədəd qutuda kompakt “Sobranie” markalı, 7 ədəd qutuda nazik “№1”, 20 ədəd qutuda nazik “№4”, 8 ədəd qutuda qalın “№4”, 9 ədəd qutuda qalın “№8” və 10 ədəd qutuda kompakt “Kent” markalı, 28 ədəd qutuda nazik və 10 ədəd qutuda kompact “Davidoff” markalı, 15 ədəd qutuda nazik və 20 ədəd qutuda qalın “Winiston” markalı, 8 ədəd qutuda kommact “LD” markalı, 9 ədəd qutuda nazik “Winchester” markalı siqaretlərin oğurlandığı müəyyən edilmişdir. Baxış zamanı divara söykənmiş vəziyyətdə qoyulmuş və dükanın qapısının açılmasından ötrü istifadə edilmiş 03 ədəd ling formalı dəmir parçaları aşkar edilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən həmin əşyalar götürülmüşdür. Baxış zamanı mağazanın giriş qapısı, salon hissədə masa və vitrin üzərindən 04 ədəd əl-barmaq izləri aşkar edilmiş, 01 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. 14 aprel 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi İsmayıllı rayonunun Bizlan kəndində Zərərçəkmiş şəxs2 məxsus, İsmayıllı-Şamaxı avtomobil yolunun Bizlan kəndinin ərazisindən keçən hissəsində, yol kənarında yerləşən bal və kənd təsərrüfatı məsullarının satılması üçün qurulmuş çadırda baş vermişdir. Hadisənin baş verdiyi çadırın ətrafı göy rəngli palatka ilə, dam örtüyü isə siferlə örtülmüşdür, çadırın ön hissəsi ilə dəmir sancaqlar vasitəsilə göy rəngli palatka ilə örtülür. Baxış zamanı bir və yarım kiloqramlıq dəmir qapaqlı şüşə bankarda olmuş 40 kiloqram çəkidə bal və qoz qarışığı məhsulların, 14 ədəd yarım kiloqramlıq dəmir qapaqlı süşə qablarda müxtəlif növ mürəbbələrin, bir ədəd yarım kiloqramlıq dəmir qapaqlı şüşə qabda bəhməzin və 300 ədəd toyuq yumurtasının oğurlandığı müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya vasitə, eləcədə əl-barmaq izləri aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. 15 aprel 2021-ci il tarixli “Təqdim etdiyi əşyalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X5 tərəfindən 04 ədəd yarım kiloqramlıq dəmir qapaqlı şüşə bankalarda bal və bal-qoz qarışığı məhsullarını, 01 ədəd bir kiloqramlıq dəmir qapaqlı şüşə bankada bəhməz və 01 ədəd yarım kiloqramlıq dəmir qapaqlı şüşə bankada mürəbbə təqdim edilmiş, həmin əmlak iş üçün əhəmiyyət kəsb etdiyindən və maddi sübut hesab olunduğundan götürülmüşdür. Həmçinin həmin tarixdə X1 Əmrəliyevin ona pay verdiyi və bacısı evində saxladığı 02 ədəd yarım kiloqramlıq dəmir qapaqlı şüşə bankalarda bal, 03 ədəd yarım kiloqramlıq dəmir qapaqlı şüşə bankalarda bal-qoz qarışığı və 01 ədəd yarım kiloqramlıq dəmir qapaqlı şüşə bankada bəhməz məsullarını təqdim etmiş, həmin əmlak iş üçün əhəmiyyət kəsb etdiyindən və maddi sübut hesab olunduğundan götürülmüşdür. Təqdim etdilmiş əşyalara baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyun 2021-ci il tаriхli 9/3589 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və edilməyən malların 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2288.40 (iki min iki yüz səksən səkkiz manat 40 qəpik) manat müəyyən edilir. Həmin malları ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində qeyd olunan Paşa banka aid 1 ədəd plastik kartın əldə olunmasına görə ödənilən məbləğ 10 manat, 6 ədəd 5 manatlıq, 12 ədəd 2 manatlıq, 12 ədəd 3 manatlıq, 3 ədəd 10 manatlıq “Sim”, 14 ədəd 3 manatlıq və 6 ədəd 5 manatlıq “Cin” danışıq kartlarını cəmi 192 manat, 1 ədəd 750 qramlıq viski spirtli içkinin dəyəri 33 manat, 2 ədəd 500 qramlıq viski spirtli içkilərini hər birinin dəyəri 20 manat olmaqla cəmi 40 manat, 5 ədəd 350 qramlıq “Redbull” enerji içkilərini hər birinin dəyəri 5.30 manat olmaqla cəmi 26.5 manat, 10 ədəd 250 qramlıq “Redbull” enerji içkilərini hər birinin dəyəri 4 manat olmaqla cəmi 40 manat, 15 ədəd “Kitkat” adlı şokolad məsullarının hər birinin dəyəri 1,20 manat olmaqla cəmi 18 manat, 30 ədəd qutuda nazik “Sobranie” markalı siqaretin hər birinin dəyəri 3,90 manat olmaqla cəmi 117 manat, 30 ədəd qutuda qalın “Sobranie” markalı siqaretin hər birinin dəyəri 3,90 manat olmaqla cəmi 117 manat, 10 ədəd qutuda kompakt “Sobranie” markalı siqaretin hər birinin dəyəri 3,70 manat olmaqla cəmi 37 manat, 7 ədəd qutuda nazik “№1”, 20 ədəd qutuda nazik “№4”, 8 ədəd qutuda qalın “№4”, 9 ədəd qutuda qalın “№8” kent markalı siqaretlərin hər birinin dəyəri 3,60 manat olmaqla cəmi 158.4 manat, 10 ədəd qutuda kompakt “Kent” markalı siqaretlərin hər birinin dəyəri 3,60 manat olmaqla cəmi 36 manat, 28 ədəd qutuda nazik “Davidoff” markalı siqaretlərin hər birinin dəyəri 3,60 manat olmaqla cəmi 100.8 manat, 10 ədəd qutuda kompact “Davidoff” markalı siqaretlərin hər birinin dəyəri 2,80 manat olmaqla cəmi 28 manat,15 ədəd qutuda nazik və 20 ədəd qutuda qalın “Winiston” markalı siqaretlərin hər birinin dəyəri 3.40 manat olmaqla cəmi 119 manat, 8 ədəd qutuda kommact “LD” markalı siqaretlərin hər birinin dəyəri 2.90 manat olmaqla cəmi 23.2 manat, 9 ədəd qutuda nazik “Winchester” markalı siqaretlərin hər birinin dəyəri 2.50 manat olmaqla cəmi 22.5 manat, 40 kiloqram çəkidə bal və qoz qarışığı məhsulun bir kiloqramı 25 manat olmaqla cəmi 1000 manat, 14 ədəd yarım kiloqramlıq dəmir qapaqlı şüşə qablarda müxtəlif növ mürəbbələrin hər hirinin dəyəri 7.00 manat olmaqla cəmi 98 manat, 2 ədəd yarım kiloqramlıq dəmir qapaqlı şüşə qablarda bəhməzin hər hirinin dəyəri 6.00 manat olmaqla cəmi 12 manat, 300 ədəd toyuq yumurtasının bir ədədinin dəyəri 0.20 manat olmaqla cəmi 60 manat göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. 05 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası Moskva şəhəri İzmaylov rayon Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 3-cü hissəsinin “B” bəndi ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 31/83 nömrəli məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs1 barəsində hər hansı bir cinayət işi və ya material olmamışdır. Moskva şəhəri İzmaylov rayon Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli hökmü Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Bu səbəbdən də, Bakı Ağır Cinayətlər Məhkəməsində həmin hökmün Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzinlənməsinə və yaxud tanınmasına dair qərar qəbul edilməsi müəyyən edilməmişdir. 05 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 27 sentyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Balakən Rayon Məhkəməsindən 14 iyun 2021-ci il tarixli 1(019)-28/2021 nömrəli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Balakən rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Şəki rayon Məhkəməsinin 29.08.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhtudlaşdırılması cəzasına məhkum edilmiş, 25 sentyabr 2020-ci il tarixdə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. 09 iyun 2021-ci il tarixli 565 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində yerin inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. Salyan rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli 1074 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin “Narkoloji” və “Psixiatrik” kabinetlərində qeydiyyatda qeydiyyatda yoxdur. 07 iyun 2021-ci il tarixli 477 və 478 nömrəli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Balakən rayonu Qullar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində yerin inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. Balakən rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 05 iyun 2021-ci il tarixli 53 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Balakən rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin “Narkoloji” və “Psixiatrik” kabinetlərində qeydiyyatda qeydiyyatda yoxdur. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli qərarından görünür ki, X3 əməllərində hər hansı bir cinayətin tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177,194.1 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. 19 may 2021-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 19 may 2021-ci il tarixdə saat 06:50də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 4(037)-22/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 may 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 02 (iki) ay 07(yeddi) gün həddində müəyyən edilmişdir. 04 may 2021-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 04 may 2021-ci il tarixdə saat 01:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 4(037)-20/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 04 may 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 02 (iki) ay 22(iyirmi iki) gün həddində müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 1(037)-48/2021 nömrəli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbirləri “ev dustaqlığı” qətimkan tədbirləri ilə əvəz edilmiş və onlar dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişlər. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəmələrini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası Moskva şəhəri İzmaylov rayon Məhkəməsinin hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 3-cü hissəsinin “B” bəndi ilə təqsirli azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və cəzasının sonu ilə azad olunmasına baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsində həmin hökmün Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzinlənməsinə və yaxud tanınmasına dair qərar qəbul edilmədiyindən həmin məhkumluq residivin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmə və saxlama cinayətini törətməyə görə əvvəllər məhkum olunması, məhkumluğu ödənilmədən yenidən qəsdən oğurluq cinayətini törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, ailə vəziyyətlərini, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini, onlara təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının hər birinə ayrı-ayrılıqda 01 (bir) il 06(altı) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 19 may 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 01(bir) ay 24 (iyirmi dörd) gün və 13 iyul 2021-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 14 (on dörd) gün, cəmi 02 (iki) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) ay 16 (on altı) gün ona təyin edilən 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Salyan rayonu və Şirvan şəhəri ərazisində çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Salyan rayonu Qarabağlı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə Salyan rayonu və Şirvan şəhəri ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 04 may 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) ay 09 (doqquz) gün və 13 iyul 2021-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 14 (on dörd) gün, cəmi 02 (iki) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 05 (beş) ay 16 (on altı) gün ona təyin edilən 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış 01 (bir) il 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Balakən rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Balakən rayonu Qullar kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə Balakən rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübutlar – İsmаyıllı rayon Polis şöbəsində saxlanılan 02 ədəd torbalarda qablaşdırılmış, “07 ədəd yarım kiloqramlıq bankalarda bal və bal-qoz qarışığı, 02 ədəd yarım kiloqramlıq bankalarda bal, 02 ədəd yarım kiloqramlıq bankada bəhməz və 01 ədəd yarım kiloqramlıq bankada mürəbbə məhsulları hökm qanuni qüvvəyə minəndən sonra sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə maddi sübutlar – İsmаyıllı rayon Polis şöbəsində saxlanılan 01 ədəd sellofan torbada qablaşdırılmış, içərisində olan 03 ədəd ling formalı dəmir parçalarından ibarət əşyalar hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 19 may 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 01(bir) ay 24 (iyirmi dörd) gün və 13 iyul 2021-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 14 (on dörd) gün, cəmi 02 (iki) ay 08 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) ay 16 (on altı) gün ona təyin edilən 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Salyan rayonu və Şirvan şəhəri ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Salyan rayonu Qarabağlı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə Salyan rayonu və Şirvan şəhəri ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 04 may 2021-ci il tarixdən 13 iyul 2021-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) ay 09 (doqquz) gün və 13 iyul 2021-ci il tarixdən 27 iyul 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 14 (on dörd) gün, cəmi 02 (iki) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 05 (beş) ay 16 (on altı) gün ona təyin edilən 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış 01 (bir) il 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Balakən rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı Balakən rayonu Qullar kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə Balakən rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübutlar – İsmаyıllı rayon Polis şöbəsində saxlanılan 02 ədəd torbalarda qablaşdırılmış, “07 ədəd yarım kiloqramlıq bankalarda bal və bal-qoz qarışığı, 02 ədəd yarım kiloqramlıq bankalarda bal, 02 ədəd yarım kiloqramlıq bankada bəhməz və 01 ədəd yarım kiloqramlıq bankada mürəbbə məhsulları hökm qanuni qüvvəyə minəndən sonra sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübutlar – İsmаyıllı rayon Polis şöbəsində saxlanılan 01 ədəd sellofan torbada qablaşdırılmış, içərisində olan 03 ədəd ling formalı dəmir parçalarından ibarət əşyalar hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-48/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-48/2021
27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver