Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-48/2023 06.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 06 iyul 2023-cü il tarixdə saat 15:09-da İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1961-ci ildə İsmayıllı rayonu Sulut kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, ailəli, оrtа təhsilli, işləməyən, məhkum еdilməmiş, İsmayıllı rayonu Sulut kəndində qeydiyyatda olmaqla orada yaşayan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 18 radələrində aralarında ailəməişət zəminində yaranmış mübahisə zamanı birgə yaşadıqları İsmayıllı rayon Sulut kəndindəki evin yataq otağında oğlu Zərərçəkmiş şəxs saxsı çayniklə baş, habelə əl və yumruqla sinə nahiyəsindən vurmaqla döyərək sonuncuya qəsdən, ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan yarası, sol qulaq nahiyəsinin səthi yarası, sol qulaq seyvanının sıyrıqları, sol qulaq nahiyəsinin və döş qəfəsinin qançırları ilə müşayiət olunan, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, oğlu Sabir 2014-cü ildə hazırda birgə yaşadığı X6 ilə ailə quraraq onunla eyni evdə yaşayırlar. Sabir Sevillə ailə qurduqdan sonra ailə-məişət problemlərinin həllində, xüsusən də heyvanlara baxmaq, ot gətirmək kimi işlərdə ona kömək etməmiş, buna görə Sabirə irad bildirdikdə anası, yəni arvadı Mahirə Sabirə tərəf çıxaraq “işini özün gör, Sabir yaxşı edir” kimi sözlərlə onunla söz-söhbət yaratdığından Mahirə ilə də münasibətləri soyumuşdur. Arvadı ilə 2019-cu ildə faktiki ayrılmışlar. Hazırda o, Mahirə ilə eyni evdə, lakin ayrıca otaqda tək yaşayır. O, fəhləlik edir, özü yemək bişirir, pal-paltarını da özü yuyur. 26 may 2023-cü il tarixdə saat 18 radələrində İsmayıllı rayon Sulut kəndi ərazisində fəhləlik edib evə gəlmişdir. Həmin vaxt Sabir, Mahirə və gəlini Sevil də evdə olmuşlar. O, öz otağına keçərək bir gün qabaqdan aldığı ətdən bişirdiyi yeməklə evdə olan arağından 150 qram içmiş, bir qədər sərxoş olmuşdur. Həmin vaxt eyvandan Sabirin onun barəsində “hamıya deyəcəm, sənə heç kim iş gördürməsin” deyə danışdığını eşitdikdə əsəbiləşmiş, Sabirə otağından irad bildirmişdir. Sabir isə yenə eyni sözü təkrar etdiyindən eyvana çıxmışdır. Bu zaman Sabir üstünə hücum çəkib onu yumruqla xatırlamadığı sayda vurmuş, Mahirə və Sevil araya girib sağ və sol qolundan tutmuş, o dartınıb aralanaraq öz otağına girmiş, qapını arxadan bağlamaq istədikdə Sabir otağına girib sinəsindən yumruqla xatırlamadığı sayda vurmuş, əsəbiləşdiyi üçün həmin otaqdakı qaz balonu işlə işləyən sobanın üstündən sağ əli ilə içi boş olan saxsı çayniki götürüb Sabiri həmin çayniklə başının arxa tərəfindən bir dəfə vurmuşdur. O, doğma oğlu olan zərərçəkmiş şəxslə barışmağa cəhd etmiş, oğlu isə aşkar surətdə onunla ədavət aparacağını bildirərək onunla bağışmağı rədd etmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, doğma atası olan Təqsirləndirilən şəxs həmişə içki içmiş,evdə yersiz söz-söhbət yaratmışdır. Belə söz-söhbətə görə 2019-cu ildən bəri anası X4 atasından faktiki ayrılmış, eyni evdə yaşasalar da, atası evdə ayrıca otaqda tək yaşayır. O, və atası fəhlə, anası Mahirə və arvadı Sevil isə evdardır. Atası ilə onların yemək-içməkləri ayrıdır, aralarında mehribançılıq yoxdur. 26 may 2023-cü il tarixdə saat 18 radələrində evdə olarkən arvadı Sevil evin eyvanında çörək bişirmiş, anası Mahirə isə evin qarşısında həyətdə təmizlik işləri görmüşdür. Bu zaman atası Müsdəqim içkili halda salamsız-kəlamsız evə gəlib, öz qaldığı otağa keçib əyləşmiş, heç bir səbəb olmadan onun ünvanına xoşagəlməz və təhqiramiz ifadələr işlətməyə başlamışdır. O, “sakit ol, evdə qadın xeylağı var” deməklə atasından, anasından və arvadından utanıb ədəbsiz danışmamasını istəsə də, atası sözünə məhəl qoymamışdır. Bu zaman o, atası Müsdəqimə növbəti dəfə “ayıbdır, ədəbli ol!, məcbur eləmə ki, gəlib səninlə mübahisə edim!” deyə irad bildirdikdə atası “gəlməyən belə-belə olsun” deyə təhqiramiz söz işlətdiyindən əsəbiləşmiş, ikilikdə sözlə irad bildirmək üçün atasının otağına daxil olmuşdur. Lakin o, otağına daxil olub yaxınlaşmaq istədikdə atası Müsdəqim evin pəncərəsinin qarşısından çayniki götürüb sağ əli ilə başının arxa tərəfindən bir dəfə vurmuşdur. Nəticədə çaynik sınmış, başının arxa və boyun tərəfinə xəsarət yetirmişdir. O daha sonra 102 xidmətinə məlumat verməklə İsmayıllı rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Tələbi Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada daha ciddi cəza verilməsi xahiş edir. X1 ifadə verərək göstərdi ki, əri Təqsirləndirilən şəxs içkiyə aludəçi olduğundan evdə yersiz söz-söhbət yaratmış, ona görə 2019-cu ildən bəri ərindən faktiki olaraq ayrılmışdır. Onlar eyni evdə yaşasalar da, Təqsirləndirilən şəxs ayrıca otaqda tək yaşayır. 26 may 2023-cü il tarixdə saat 18 radələrində evdə olarkən gəlini Sevil evin eyvanında çörək bişirmiş, özü isə həyətdə təmizlik işləri görmüşdür. Bu zaman Müsdəqim içkili halda evə gəlib öz qaldığı otağa keçmiş, heç bir səbəb olmadan oğlu Sabirin ünvanına xoşagəlməz və təhqiramiz ifadələr işlətməyə başlamışdır. Sabir, “sakit ol, evdə qadın xeylağı var” desə də Təqsirləndirilən şəxs ona məhəl qoymamışdır. Bu zaman o, atası Müsdəqimə “ayıbdır, ədəbli ol!, məcbur eləmə ki, gəlib səninlə mübahisə edim!” deyə irad bildirdikdə Təqsirləndirilən şəxs çox təhqiramiz söz işlətmiş və evin pəncərəsinin qarşısından çayniki götürüb Sabirin başının arxa tərəfindən bir dəfə vurmuşdur. X2 ifadə verərək X1nın ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: Məhkəmə-tibbi ekspertizasının 27 may 2023-cü il tarixli 269 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan yarası, sol qulaq nahiyəsinin səthi yarası, sol qulaq seyvanının sıyrıqları, sol qulaq nahiyəsinin və döş qəfəsinin qançırları küt alət (əşya) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. 26 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs ilə birgə yaşadığı İsmayıllı rayon Sulut kəndindəki fərdi yaşayış evinin yataq otağında baş vermişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxsin ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs Sabit Musayevin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işi üzrə bu hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 18 radələrində aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı birgə yaşadıqları İsmayıllı rayon Sulut kəndindəki evin yataq otağında oğlu Zərərçəkmiş şəxs saxsı çayniklə baş, habelə əl və yumruqla sinə nahiyəsindən vurmaqla döyərək sonuncuya qəsdən, ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan yarası, sol qulaq nahiyəsinin səthi yarası, sol qulaq seyvanının sıyrıqları, sol qulaq nahiyəsinin və döş qəfəsinin qançırları ilə müşayiət olunan, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələsidə nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığa yüngül zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlini səmimi etiraf etməsi, etdiyi əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunnması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Baş Əməliyyat İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı rayon X5 X7 şöbəsindən alınmış 05 iyun 2023-cü il tarixli PHŞ/-6-47-2- 472/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX PHŞ-nin Poliklinika şöbəsinin "Narkoloji", "Ruhi-Əsəb" və "Nevroloji" kabinetlərində dispanser qeydiyyatda yoxdur. İsmayıllı RİH başçısının Sulut kənd İƏD üzrə nümayəndəliyindən alınmış 01 iyun 2023-cü il tarixli 53 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Sulut kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi özündən, arvadı X4 və oğlu Zərərçəkmiş şəxs ibarətdir, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Nəzərə alınmalıdır ki, cinayət hadisəsinin baş verməsinə səbəb zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasındakı ailə məişət zəminindəki mübahisə olmuş və bunun nəticəsində zərərçəkmiş şəxs doğma atası olan təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir etmişdir. Bu hal isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olmamış və həmin cinayətləri hadisələrin təsadüfi axarı zəminində törətmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Sulut kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Cinayət işi üzrə maddi sübutlar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Sulut kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs оğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs оğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-48/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-48/2023
06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver