Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-48/2024 17.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə 17 dekabr 2024-cü il tarixdə saat 17:43-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 27 avqust 1997-ci ildə İsmayıllı rayonunun Tağlabiyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Tağlabiyan kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdən 19 mart 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-də tam maddi məsul şəxs kimi satış nümayəndəsi vəzifəsində işlədiyi dövrdə, Zərərçəkmiş şəxs MMC ilə arasında bağlanmış 02 avqust 2022-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndinə əsasən şirkətin müştərilərinə satılmış məhsulların satışından əldə edilən maddi vəsaiti (pul və sair) müştərilərdən təhvil alaraq şirkətin xəzinəsinə təhvil verməklə mədaxil etməli olduğu halda, Zərərçəkmiş şəxs MMC ilə Şahid1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli malların alqı-satqısına dair müddətsiz bağlanmış müqavilə əsasında, məhsulların pulunun 7-14 gün ərzində verilməsi şərti ilə şirkətin əməkdaşları tərəfindən İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 15 saylı ünvanda Şahid1 1 ədəd xx.xx.2024-cü il tarixli və 2 ədəd xx.xx.2024-cü il tarixli qaimələrə imza etdirilməklə təhvil verilmiş endirim olunduqdan sonra dəyəri 11624,77 manat təşkil edən “ACE” adlı müxtəlif çeşidli yuyucu vasitələrin pulunu, yəni cəmi xeyli miqdar təşkil edən 11624,77 manat məbləğində vəsaiti öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2024-cü il tarixdə, axşam saatlarında, dəqiq saatı məlum olmayan vaxtda İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 15 saylı ünvanda Şahid1 alıb məhsulların satışından əldə edilən ona etibar edilmiş xeyli miqdar təşkil edən maddi vəsaiti şirkətin kassasına köçürməyərək əldə etdiyi həmin pulu öz şəxsi ehtiyaclarına sərf etməklə talayıb Zərərçəkmiş şəxs MMCyə cəmi 11624,77 (on bir min altı yüz iyirmi dörd manat yetmiş yeddi qəpik) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla mənimsəmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdən 2024-cü ilin fevral ayının əvvəllərinədək Zərərçəkmiş şəxs MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. Satış nümayəndəsi olaraq vəzifəsi İsmayıllı, Ağsu, Qəbələ və Şamaxı rayonlarında yerləşən marketləri gəzərək həmin dükanlara şirkətin məhsullarını təklif etmək, şirkətlə alqı-satqı müqaviləsi olan mağaza sahibləri sifariş verdikdə sifarişləri sistemə işləmək, şirkətlə alqı-satqı müqaviləsi olmayan müştərilərin isə ilk öncə müqavilə bağlamasını təşkil etmək, müqavilə bağlandıqdan sonra isə həmin müştərinin sifarişlərini sistemə işləməkdən və sairdən ibarət olmuşdur. Şirkətin məhsulları nağd, köçürmə və nisyə formasında müştərilərə satılmışdır. Mallar müştərilərə verilən zaman pul verildikdə ödəniş nağd sayılmışdır. Müştəri malları qəbul etdikdən sonra pulu bank vasitəsi ilə ödədikdə ödəniş köçürmə ilə ödənmiş hesab olunmuşdur. Məhsullar nisyə verildikdə isə müştərilər məhsulların ödənişini 7 və ya 14 gün ərzində ödəmişlər. O, mağazaları gəzib müştərilərin istəyinə əsasən onların adından sifarişləri vermiş və nisyə verilmiş malların pulunu müştəridən alaraq şirkətin hesabına köçürmüşdür. Şirkət plan üzrə aylıq olaraq müəyyən məbləğdə satışı həyata keçirəcəkləri təqdirdə onlara əlavə əmək haqqı vermişdir. Plan üzrə satışı həyata keçirmədikləri halda isə aylıq əmək haqqı almışlar. Həmçinin aylıq planda konkret olaraq malların çeşidlərindən asılı olaraq satmalı olduqları miqdar göstərilmişdir. Aylıq olaraq plan təxminən 50000-60000 manat olmuşdur. Bəzən planı doldurub əlavə əmək haqqı almaq üçün müəyyən məbləğdə malları müştəri tərəfindən alınmış kimi qeyd edib həmin malları özü götürmüş, daha sonra götürdüyü malları dəyərindən aşağı qiymətə satmışdır. Nəticədə əlavə olaraq əlavə əmək haqqı almış və həmin pulu aşağı qiymətə satdığı malların pulunun üstünə qoyub şirkətə ödəmişdir. Bəzən malları özünə götürdüyü zaman sata bilməmiş və ya daha ucuz satmışdır. Buna görə şirkətə borcu yaranmışdır. Müştərilər nisyə verilmiş malların pulunu tez verən zaman şirkətdən götürüb aşağı qiymətə satdığı malların puluna ödəmişdir. Daha sonra başqa müştəridən aldığı pulu nisyə kimi qeyd edib pulunu almış olduğu şəxsin adına köçürmüşdür. Bu formada borcları ötürərək növbəti aya saxlamışdır. 2024-cü ilin yanvar ayınadək bu formada işləməklə artıq şirkətə 3500 manat borcu yaranmışdır. Həmin ay da şirkətdən bonus olaraq pul almaq üçün 1500 manat dəyərində malları özü götürərək satılmış kimi qeyd etmişdir. Həmin malları da sata bilmədiyi üçün yaşadığı evin həyətində saxlamışdır. Daha sonra həmin malların hamısını az-az ayrı-ayrı şəxlərə satmışdır. Faktiki olaraq həmin malların pulunu ödəmişdir. Şahid1 şirkətlə müqavilə bağlayaraq şirkətə məxsus məhsulları alaraq satışını həyata keçirir. Vüqarı işə girdiyi vaxtdan tanımış və ondan sifarişləri götürərək sistemə işləmişdir. Həmçinin nisyə mallar alan zaman ondan məhsulların pulunu alıb şirkətə köçürmüşdür. 2024-cü ilin yanvar ayının təxminən 28-i və 30-u tarixlərində Vüqardan endirimsiz qiyməti 14428,34 manat, endirimli qiyməti 11624,77 manat olan “ACE” adlı təmizlik vasitəsi olan məhsulların sifarişini götürmüş, 30 və 31 yanvar 2024-cü il tarixlərdə elektron qaimə ilə həmin məhsulların hamısı şirkətin işçiləri tərəfindən Vüqara təhvil verilmişdir. Vüqar da həmin məhsulları nisyə şəklində götürərək 14 gün ərzində pulları ödəyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Vüqar ona zəng edərək aldığı məhsulların pulunun hazır olduğunu deyib gəlib pulu götürməsini istəmiş, o da Vüqarın İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 15 saylı ünvanda yerləşən anbar kimi istifadə etdiyi evinə gedib 11624,77 manatı Vüqardan almışdır. Təxminən ayın 12-si bir neçə müştərinin adında olan, əvvəldən qalmış 3500 manatı və həmin vaxt götürdüyü, fərqli-fərqli müştərilərin adında olan 1500 manatı müştərilərin ödəməsi kimi qeyd edib ümumilikdə 5000 manat pulu şirkətin kassasına ödəmişdir. Qalan 6624,77 manatı da özündə saxlamışdır ki, pul tapıb Vüqarın adından olan borcu bağlayar, lakin borcları olduğu üçün qalan 6624,77 manat pulu şəxsi ehtiyacları üçün istifadə edərək borclarına ödəmişdir. xx.xx.2024-cü il tarixdə şirkətdən yoxlama gələn zaman Vüqardan pulu alması aşkar olunmuş, o da həmin pulun özündə olduğunu deyib ödəyəcəyini bildirmişdir. Bir gün sonra isə artıq pul tapmadığına görə pulları xərclədiyini bildirmiş, həmçinin bununla bağlı izahat yazıb malların pulunu alaraq xərclədiyini bildirmişdir. O, faktiki olaraq şirkətə məxsus malların satışından əldə olunmuş 11624,77 manat vəsaiti mənimsəyərək öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, barəsindəki cinayət işinin ibtidai istintaqın gedişində vurulmuş ziyanın 6000 manat hissəsini ödəmiş, qalan 5624,77 manat hissəsinin ödənilməsi ilə bağlı isə zərərçəkmişlə razılığa gələ bilməmişdir. O, barəsindəki cinayət işi məhkəməyə göndərilməmişdən öncə hər ay 500 manat ödəmək şərti ziyanı ödəmək təklifini irəli sütmüş, lakin zərərçəkmiş bu təkliflə də razılaşmamışdır. Hesab edir ki, zərərçəkmiş bu təklifi ilə razılaşmış olsaydı hazırda onun vurduğu ziyanın cüzi bir hissəsi qalmış olacaqdı. Cinayət işinin məhkəmə istintaqı zamanı da dəfələrlə zərərçəkmişlə barışıq əldə etməyə cəhd etmiş, bu məqsədlə valideyni ilə zərərçəkmiş şəxsin Bakı şəhərində yerləşən ünvanına getmiş, lakin bütün cəhdlərinə baxmayaraq onunla Zərərçəkmiş şəxs MMC-nin səlahiyyətli şəxsləri görüşməkdən imtina etmişlər. Zərərçəkmiş şəxsin nümayəndəsi isə ondan 5624,77 manat pulu bütöv şəkildə tələb etdiyindən onun həmin məbləği ödəməyə imkanı olmamışdır. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin ona qarşı olan mülki iddiasını isə qismən qəbul edir. İddianın həmin nidssədə təmin olunmasına etirazı yoxdur. Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs MMC şirkəti ilə müqavilə bağlayaraq həmin şirkətin hüquq və qanuni maraqlarının müdafiəsini həyata keçirir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus məhsulları sataraq əldə etdiyi 11624,77 manat vəsaiti mənimsəmiş və şirkətin kassasına mədaxil etməmişdir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin ibtidai istintaqın gedişində vurulmuş ziyanın 6000 manat hissəsini ödəmiş, qalan 5624,77 manat hissəsini isə ödəməmişdir. Təqsirləndirilən şəxs ötən müttət ərzində Zərərçəkmiş şəxs MMC ilə barışığa cəhd etməmiş, vurduğu ziyanın qalan hissəsini ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs dəfələrlə vaxt verilməsinə baxmayaraq ona vurulmuş ziyanı ödəməyə heç bir təşəbbüs göstərməmişdir. Ona görə də mülki iddianın təmin olunmaqla cəmi 5702 (beş min yeddi yüz iki) manat 17 (on yeddi) qəpik məbləğin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş daha ağır cəza verilməsini xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, 2022-ci ilin təxminən yanvar ayından Zərərçəkmiş şəxs MMC-də satış meneceri kimi işləyir. Şirkətin İsmayıllı rayonunda 2 nəfər satış nümayəndəsi var. Satış nümayəndələri İsmayıllı rayonu ərazisində olan marketləri gəzərək şirkətin məhsullarını market sahiblərinə təqdim edərək alqı-satqısını təklif edir. Müştərilər məhsulları sifariş vermək istədiyi zaman satış nümayəndələri bu barədə şirkətə bildirir. Şirkət də həmin market sahibləri ilə alqı-satqı müqaviləsi bağlayır. Satış nümayəndələri market sahiblərindən götürdüyü sifarişləri sistemə işləyir. Şirkət də həmin malları müştərilərə göndərir. Müştərilər aldığı məhsulların ödənişini nağd, köçürmə və kredit vasitəsi ilə həyata keçirir. Müştərilər məhsulu aldığı zaman pulunu nağd formada vermək istədikdə birbaşa olaraq malı gətirən şəxsə pulu təqdim edir. Köçürmə ilə ödədikdə birbaşa hesaba köçürür. Kredit dedikdə isə müştəri məhsulu aldıqdan 7 və ya 14 gün ərzində məhsulun pulunu ödəyir. Satış nümayəndələri kreditlə verilmiş məhsulun pulunu müştəridən alaraq birbaşa kassaya köçürür. Müştərilərə məhsullar satılan zaman bəzən müştərilərə müəyyən faizli güzəştlər tətbiq edilir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək şikrətin İsmayıllı rayonu üzrə satış nümayəndəsi işləmişdir. Natiq satış nümayəndəsi olaraq ərazidə olan mağazaları gəzib müştərilərin sifarişini götürərək sistem üzrə müştərilərə malları sifariş vermiş, müştərilərə kreditlə verilmiş malların pulunu alaraq kassaya ödəmişdir. İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən Şahid1 şirkətin müştərisidir. Müqavilə əsasında Vüqara şirkətin məhsulları satılır. Natiq digər müştərilər kimi Vüqardan da sifariş götürərək məhsullar sataraq Vüqardan aldığı pulu şirkətin balansına ödəmiş, lakin Natiq Şahid1 xx.xx.2024-cü il tarixli C014 XTMS882 nömrəli 1 ədəd və xx.xx.2024-cü il tarixli, C014 XTMS882 nömrəli 2 ədəd elektron faktura ilə kreditlə satılmış, endirimsiz qiyməti 14,428,34 manat, endirimli qiyməti 11624,77 manat təşkil edən 4536 ədəd 1 litrlik, 700 ədəd 2 litrlik ACE adlı təmizləyici vasitələrin ödənişi olan 11624,77 manat pulu bir neçə gün sonra Vüqardan alaraq şəxsi ehtiyyacları üçün xərcləmişdir. O, Natiqdən pulu niyə şirkətin kassasına köçürmədiyini soruşan zaman Natiq həmin pulu şəxsi ehtiyyacları üçün xərclədiyini bildirmişdir. Natiq üzləşmə aparılan zaman da həmin malların pulunu Vüqardan alaraq şəxsi ehtiyaclarına xərclədiyini bildirmiş və üzləşmə aktında malları qəbul edib pulunu aldığını öz imzası ilə təsdiq etmişdir. Natiqin həmin malları təhvil verməsi barədə fakturalar, üzləşmə aktı və digər sənədlər şikayət ərizəsinə əlavə edilmişdir. Şahid1 ifadə verərək göstərdi ki, o, 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs MMC ilə müqavilə bağlayıb təmizlik vasitələrini şirkətdən alaraq satışını həyata keçirir. Sifarişləri həmin şirkətin satış nümayəndələri vasitəsi ilə verir, sifarişlərin pulunu nağd və nisyə formasında ödəyir. Məhsullar gələn zaman həmin məhsulu gətirmiş şəxsə ödəniş etdikdə nağd forma sayılır. Nisyə formasında isə məhsulların pulunu 14 gün ərzində verir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin İsmayıllı rayonu üzrə satış nümayəndəsi olmuşdur. O sifarişləri Natiqə vermiş, Natiq də sifarişləri yazdığı gündən 2 gün sonra sifarişlər gəlmişdir. Məhsulları nağd alan zaman pulu birbaşa malı gətirmiş şəxsə vermiş, nisyə olan zaman isə pulu Natiqə vermiş, Natiq də pulu aldıqdan sonra şirkətin kassasına köçürmüşdür. 2024-cü ilin yanvar ayının təxminən 28-i və 30-u tarixlərində Natiqə təmizləyici vasitə olan “ACE” məhsullarından sifariş vermiş, Natiqə sifariş verdiyi malların endirimsiz qiyməti 14428,34 manat, endirimli qiyməti 11624,77 manat olmuşdur. Həmin məhsulları 2024-cü ilin yanvar ayının son günləri şirkətin nümayəndəsindən təhvil almışdır. Malları sifariş verən zaman Natiqə malları nisyə götürdüyünü, həmişəki kimi pulu 14 gün ərzində verəcəyini demiş, təxminən 2024-cü ilin fevral ayının 11-i Natiqə zəng edib pulun hazır olduğunu deyib gəlib pulu götürə biləcəyini bildirmiş, Natiq də gələcəyini demişdir. Natiq onun İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 15 saylı ünvanda yerləşən anbarına gəlmiş, o da anbarın qarşısında, maşında şirkətdən götürdüyü malların pulu olan 11624,77 manat pulu Natiqə vermişdir. Təxminən 2 gün sonra şirkətdən audit yoxlması gəlib onun adında borc olduğunu bildirmiş, o da borcunun hamısını Natiqə verdiyini deyib pulu Natiqdən almalarını bildirmişdir. Həmin vaxt aktda da pulun Natiqə verilməsini qeyd etmişlər, o da bununla bağlı imza etmişdir. Daha sonra Natiqə zəng etsə də, zənglərini açmamışdır. Sonradan Natiqin şirkətə məxsus olan ondan aldığı 11624,77 manat pulu xərcləyərək şirkətə köçürmədiyini öyrənmişdir. Qeyd etdiyi kimi şirkətdən aldığı məhsulların ümumi dəyəri olan 11624,77 manat pulu Natiqə vermiş, Natiq özü də bunu təsdiq etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini də iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 11624,77 manat məbləğində pulu verdiyi yer İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 15 saylı ünvandır. xx.xx.2024-cü il tarixli, XT10004659 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxsn direktoru - satıcı Elnur Ramaznovla alıcı Şahid1 arasında malların alqısatqısına dair müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, müştəri Şahid1 Natiq Məmədliyə 11624,77 manat ödəniş etdiyini bildirərək imza etmiş, Təqsirləndirilən şəxs öz imzası ilə həmin ödənişi qəbul etdiyini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxsn (VÖEN:**********, SUN: **********1) direktoru - işəgötürən X7 ilə işçi - Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmış, işəgötürən və işçi tərəfindən müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs vəzifəsi satış nümayəndəsi olmuşdur. Müqavilənin 3-cü bəndinə əsasən, işçinin şirkətin müştərilərinə satılmış məhsulların satışından əldə edilən maddi vəsaiti (pul və sair) müştərilərdən təhvil alaraq şirkətin xəzinəsinə təhvil verməklə mədaxil etdirmək vəzifəsi vardır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 11 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının Auditorlar palatası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 074 saylı icazə əsasında fəaliyyət göstərən, sərbəst auditor X4 Zərərçəkmiş şəxs MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 074/13 saylı müqaviləyə əsasən, Cəmiyyətin satış nümayəndəsi Təqsirləndirilən şəxs xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixə kimi mal-pul dövriyyəsinin auditini aparılması ilə bağlı tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 13 nömrəli audit rəyindən görünür ki, Cəmiyyətin satış nümayəndəsi Təqsirləndirilən şəxs maddi məsuliyyətində (hesabında) xx.xx.2024-cü il tarixə 11624,77 (on bir min altı yüz yetmiş yeddi manat) manat ehtimal olunan çatışmazlıq aşkar olunmuşdur. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/711 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktının kserosurətində Zərərçəkmiş şəxs MMC-nin “Satış Nümayəndəsi” qrafasında əks olunmuş imza və “Təqsirləndirilən şəxs” yazıları, xx.xx.2024-cü il tarixli izahatın kserosurətində əks olunmuş əlyazma mətn və “İmza” qrafasında əks olunmuş imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 140 (bir yüz qırx) manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/5382 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi istintaq orqanının məktubunda qeyd edilənləri nəzərə alaraq təqdim edilmiş mövcud iş materiallarında olan (e-fakturalar və s.) sənədlərə əsasən cəmiyyət üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində 11624,77 manat məbləğində satış pulunun çatışmazlığının olduğu müəyyən edilir. Lakin yaranmış çatışmazlığın kimin hesabında olması hüquqi xarakter daşıdığından həmin istintaq orqanı tərəfindən qiymət verilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Qanunçuluq” Vəkil Bürosundan daxil olmuş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2013-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. X1r. MMCnin əvvəlki hüquqi ünvanı AZ1029, ünvan 2akı şəhəri, Xətai rayonu 8 noyabr, ev 25E, Bakı ağ şəhər ofislər binası, 7-ci mərtəbədir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdən 19 mart 2024-cü il tarixədək olan müddət ərzində tam maddi məsul şəxs kimi satış nümayəndəsi vəzifəsində işlədiyi dövrdə, cəmi xeyli miqdar təşkil edən 11624,77 manat məbləğində vəsaiti öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin kassasına köçürməyərək əldə etdiyi həmin pulu öz şəxsi ehtiyaclarına sərf etməklə talayıb Zərərçəkmiş şəxs MMC-yə cəmi 11624,77 (on bir min altı yüz iyirmi dörd manat yetmiş yeddi qəpik) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla mənimsəyib talaması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdən 19 mart 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-də tam maddi məsul şəxs kimi satış nümayəndəsi vəzifəsində işlədiyi dövrdə, Zərərçəkmiş şəxs MMC ilə arasında bağlanmış 02 avqust 2022-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndinə əsasən şirkətin müştərilərinə satılmış məhsulların satışından əldə edilən maddi vəsaiti (pul və sair) müştərilərdən təhvil alaraq şirkətin xəzinəsinə təhvil verməklə mədaxil etməli olduğu halda, Zərərçəkmiş şəxs MMC ilə Şahid1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli malların alqı-satqısına dair müddətsiz bağlanmış müqavilə əsasında, məhsulların pulunun 7-14 gün ərzində verilməsi şərti ilə şirkətin əməkdaşları tərəfindən İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 15 saylı ünvanda Şahid1 1 ədəd xx.xx.2024-cü il tarixli və 2 ədəd xx.xx.2024-cü il tarixli qaimələrə imza etdirilməklə təhvil verilmiş endirim olunduqdan sonra dəyəri 11624,77 manat təşkil edən “ACE” adlı müxtəlif çeşidli yuyucu vasitələrin pulunu, yəni cəmi xeyli miqdar təşkil edən 11624,77 manat məbləğində vəsaiti öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2024-cü il tarixdə, axşam saatlarında, dəqiq saatı məlum olmayan vaxtda İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi, 15 saylı ünvanda Şahid1 alıb məhsulların satışından əldə edilən ona etibar edilmiş xeyli miqdar təşkil edən maddi vəsaiti şirkətin kassasına köçürməyərək əldə etdiyi həmin pulu öz şəxsi ehtiyaclarına sərf etməklə talayıb Zərərçəkmiş şəxs MMC-yə cəmi 11624,77 (on bir min altı yüz iyirmi dörd manat yetmiş yeddi qəpik) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla mənimsəmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif olunuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, təqsirkara etibar edilmiş özgə əmlakını talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxsə vurulmuş 11624,77 (on bir min altı yüz iyirmi dörd manat yetmiş yeddi qəpik) manat məbləğində maddi ziyanın 6000 manat hissəsinin ödəməsini, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Tağlaiyan kədində qeydiyyatda olmaqla İsmayıllı şəhər ərazisində (keçmiş İsmayıllı kəndi) ünvanında müvəqqəti yaşayır, ailəlidir, ailə tərkibi həyat yoldaşı - xx.xx.1999-cu il təvəllüdlü X5 və qızı - xx.xx.2022-ci il təvəllüdlü X2 ibarətdir. Barəsində nümayəndəliyə yazılı və şifahi müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX PHŞ-nin Poliklinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza təyin edərkən öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini məhz məhdud məsuliyyətli cəmiyyətdə satış nümayəndəsi vəzifəsində işləyərkən, kifayət qədər az müddət ərzində vəzifəsindən sui–istifadə edərək, xidməti vəzifələrini icra edərkən qanunun məsuliyyət müəyyən edən normalarının tələblərini kobud şəkildə pozmaqla qəsdən törətmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin dövlət və yerli özünüidarə orqanlarında, kommersiya qurumlarında vəzifədə saxlanılması və ya onun yenidən bu tipli vəzifəni tutması hüququndan məhrum edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyalarında əlavə cəza kimi müəyyən müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmasa da məhkəmə onun cinayət əməllərini Zərərçəkmiş şəxs MMC-də tam maddi məsul şəxs kimi satış nümayəndəsi vəzifəsində işlədiyi dövrdə törətdiyini nəzərə alaraq müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını məqsədəuyğun hesab etmir və qərara gəlir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə əlavə cəzası da təyin edilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il il tarixdə saat 15:30-də şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 28 avqust 2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 15:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun həbsdə saxlanıldığı müddət 2 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 4 gün müddət, təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətdə dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonun İsmayıllı kəndində) yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut və müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 240 (iki yüz qırx) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 240 (iki yüz qırx) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə iclasında həm də müəyyən edildi ki, məhkəmə istintaqın gedişində Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbli ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi nəticəsində Zərərçəkmiş şəxs MMC-yə dəymiş 5624 (beş min altı yüz iyirmi dörd) manat 77 (yetmiş yeddi) qəpik maddi ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 77 (yetmiş yeddi) manat, cəmi 5701 (beş min yeddi yüz bir) manat 77 (yetmiş yeddi) qəpik məbləğinin təqsirləndirilən şəxsdən alınaraq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 təqdim etdiyi mülki iddia tələbi barədə iddia ərizəsi qəbul edilmiş, Zərərçəkmiş şəxs MMC mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə2 Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi nəticəsində cəmi 5701 (beş min yeddi yüz bir) manat 77 (yetmiş yeddi) qəpik məbləğinin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi tələbinə dair mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisə cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəalarının müvafiq olaraq tətbiq edilməsi yolu ilə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə sadalanan mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yerilimiş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli bilindiyindən, zərərçəkmiş şəxsə vurduğu maddi zərərin əvəzi onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, 5624 (beş min altı yüz iyirmi dörd) manat 77 (yetmiş yeddi) qəpik maddi ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 77 (yetmiş yeddi) manat 40 (qırx) qəpik, cəmi 5702 (beş min yeddi yüz iki) manat 17 (on yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 46-cı maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il saat 15:30-dan 28 avqust 2024-cü il saat 15:00-a şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 3(üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonun İsmayıllı kəndində) yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 240 (iki yüz qırx) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs MMC-nin mülki iddia tələbi təmin edilsin. 5624 (beş min altı yüz iyirmi dörd) manat 77 (yetmiş yeddi) qəpik maddi ziyan məbləği və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 77 (yetmiş yeddi) manat 40 (qırx) qəpik, cəmi 5702 (beş min yeddi yüz iki) manat 17 (on yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. İş üzrə maddi sübut yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-48/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-48/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver