Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-49/2021 13.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakı ilə 13 avqust 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1987-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum edilməmiş, subay, işləməyən, İsmayıllı şəhəri S.Ə.ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkanı tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 13 dekabr 2020-ci il tarixdə saat 12 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etdiyi Zərərçəkmiş şəxs4 məxsus “JAC HFC 1061K yük” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri S.Ə.Şirvani küçəsi ilə İsmayıllı şəhəri A.Səhhət küçəsi istiqamətində saatda 70 km sürətlə hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə - yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaları, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçıları, onların nəqliyyat vasitələri və başqa əmlakına zərər vurmamalarına riayət etməyərək idarə etdiyi avtomobili yolun hərəkət hissəsindən çıxararaq Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin divarına çırpmış, nəticədə ehtiyatsızlıqdan avtomobilin sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 sağ baldır sümüklərinin (qamış və incik) qapalı-qəlpəli sınıqları və boyun nahiyəsinin və sağ topuğun sıyrıqları ilə müşayiət olunan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də “JAC HFC 1061K yük” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs4 və avtomobilin evin divarına çırpılması ilə əlaqədar həmin evin mülkiyyətçisi Zərərçəkmiş şəxs3 maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə bir yerdə İsmayıllı şəhəri ərazisindəki avtomobil təmiri sexində elektrik işləyir. 13 dekabr 2020-ci il tarixdə saat 10 radələrində evdə olduğu zaman tanışı Zərərçəkmiş şəxs2 idarə etdiyi “JAC HFC 1061K” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yanına təmirə gətirmişdir. O Mehmana avtomobili yaşadığı evin həyətinə salmağı xahiş etmişdir. Mehman avtomobili həyətə salaraq getmişdir. O avtomobilin kondisionerin borusundan su axdığını görmüş və həmin yeri təmir etdirmək üçün İsmayıllı şəhəri Kərpiczavod adlanan əraziyə getməyi qərara almışdır. Özü avtomobilin sükanı arxasına əyləşmiş, Vüsal isə sərnişin oturacağına əyləşmişdir. Avtomobili işə salaraq Kərpiczavod adlanan yerə getmiş və oradan ehtiyat hissəsi götürərək evinə qayıtmaq üçün yola düşmüşdür. Şirvani küçəsi ilə A.Səhhət küçəsi istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs3 yaşadığı evə təxminən 200 metr məsafə qalmış əyləci basmışdır. Bu zaman əyləc sisteminin işləmədiyini görərək avtomobili saxlamağa çalışmışdır. Avtomobil isə daha da sürətlənmiş və Şirvani küçəsi ilə A.Səhhət küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin divarına çırpılmışdır. Sərnişin Vüsalın xəsarət aldığını görmüş və avtomobildən enərək Vüsalı avtomobildən çıxartmışdır. Hadisə yerinə təcili yardım çağırılmış və İsmayıllı RMX-nın əməkdaşları gələrək Vüsalı xəstəxanaya aparmışlar. Avtomobildə Vüsaldan başqa sərnişin olmamışdır. Avtomobili idarə edərkən tam ayıq və sağlam olmuşdur. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Sonuncuların ondan şikayət və tələbləri yoxdur. Ailəsində ondan başqa işləyib gəlir əldə edən şəxs yoxdur. Qeyd etdiyi halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxslə brlikdə avtomobil elektriki işləyir. Əvvəllər sexdə işləsələr də karantin rejimi ilə əlaqədar olaraq bir müdət Şahinin yaşadığı evin həyətində işləmişlər. 13 dekabr 2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi “JAC HFC 1061K” yük markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şahinin yanına gələrək avtomobili təmir etməyi xahiş etmişdir. Şahin avtomobilə baxdıqdan sonra avtomobildəki nasazlığı aradan qaldıracağını demiş və Mehmandan avtomobili həyətə salmağı xahiş etmişdir. Mehman avtomobili həyətə salaraq getmişdir. Onlar avtomobilin kondisionerin borusundan su axdığını görmüş və həmin hissəni təmir etmək üçün avtomobillə “Kərpiczavod” adlanan əraziyə getmişlər. Avtomobili Şahin idarə etmiş, həmin yerə çatdıqdan sonra ehtiyat hissəni götürərək Şahinin yaşadığı evə qatıtmaq üçün yola düşmüşlər. Sükan arxasında Şahin, sərnişin oturacağında isə özü əyləşmişdir. Şirvani küçəsi ilə A.Səhhət küçəsi istiqamətində hərəkətdə olarkən oradakı Zərərçəkmiş şəxs3 yaşadığı evə təxminən 200 metr məsafə qalmış Şahin avtomobilin əyləc sisteminin işləmnədiyini demiş və avtomobili saxlamağa çalışmışdır. Lakin avtomobil daha da sürətlənmiş və A.Səhhəti küçəsinə çatdıqda Şahin avtomobili sola tərəf istiqamətləndirməyə çalışmışdır. Bu zaman avtomobil tamamilə idarəetmədən çıxmış və həmin yerdəki Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin divarına çırpılmışdır. Hadisədən sonra ayaqlarının sıxıldığını görmüşdür. Şahin avtomobildən düşərək onun yanına gəlmiş və köməyə gəlmiş şəxslərin köməyi ilə o avtomobildən çıxarılmışdır. Sonra isə İsmayıllı RMX-nın əməkdaşları gələrək onu xəstəxanaya aparmışlar. Xəstəxanada onun hər iki ayağından xəsarət alması məlum olmuşdur. Şahin onun müalicə xərclərini ödəmiş və müalicə olunaraq tamamilə sağalmışdır. Hazırda səhhəti normaldır. Ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. O, Təqsirləndirilən şəxslə barışmış və sonuncudan şikayət və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, hadisə nəticəsində avtomobilin çırpıldığı ev ona məxsusdur. Evə bitişik hissədə yardımçı tikili olan mətbəx və hamam tikilmişdir. 13 dekabr 2020-ci il tarixdə saat 12 radələrində evin həyətyanı sahəsinin divarına zərblə nəyinsə dəydiyini eşidib dərhal evdən küçəyə çıxmışdır. Bu zaman yük avtomobilinin evin divarına çırpıldığını görmüşdür. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərnişin tərəfdə əyləşmiş Zərərçəkmiş şəxs1 adlı şəxsi avtomobildən çıxarmağa çalışmışdır. Baş vermiş hadisə nəticəsində yaşadığı evə bitişik hissədə yerləşən mətbəx və hamam yararsız hala düşmüşdür. Evin hamam və mətbəx hissəsinin yenidən bərpası üçün hazırki bazar qiymətləri nəzərə alınmaqıa 3600 (üç min altı yüz) manat tələb olunur. Həmin xərcin ödənilməsi iş üzrə yekun qərar qəbul edildikdən sonra sığorta təşkilatı tərəfindən ona ödəniləcəyi barədə razılaşmışlar. Ödəniləcək ziyanlığın məbləğindən asılı olaraq mülki qaydada iddia qaldırıb qaldımayacağı barədə həmin ödənişdən sonra qərar verəcəkdir. Hazırki vəziyyətdə Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, hadisə nəticəsində qəzaya uğramış “JAC HFC 1061K” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomоbil ona məxsusdur. Həmin avtomobil barəsində Zərərçəkmiş şəxs2 etibarnamə vermişdir. 13 dekabr 2021-ci il tarixdə Mehman ona zəng edərək avtomobili təmir etmək üçün Şahin adlı ustaya verdiyini, lakin sonuncunun avtomobili idarə edən zaman qəzaya uğradığını və nəticədə avtomobilin zədələndiyini demişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Şahindən şikayət və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdir ki, “Azersun” şirkətinin İsmayıllı rayon filialı üzrə sürücü işləyir. Həmin şirkətin işləri ilə bağlı idarə etdiyi “JAC HFC 1061K yük” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs4 mülkiyyətindədir. Onun həmin avtomobilin idarə edilməsinə dair 29 avqust 2023-cü il tarixə kimi etibarlılıq müddəti olan etibarnaməsi vardır. 13 dekabr 2020-ci il tarixdə saat 10 radələrində idarə etdiyi “JAC HFC 1061K” markalı avtomobilin kondisioner sisteminin işləmədiyini görüb avtomobili tanışı olan avtomobil ustası Şahinin işlədiyi evin həyətindəki sexinə sahəsinə aparmışdır. Şahin avtomobildəki nasazlığı aradan qaldıracağını demişdir. Həmin gün saat 12 radələrində Şahinin “JAC HFC 1061K yük” markalı avtomobillə yaşadığı evin yaxınlığında qəza etdiyi barədə məlumat almışdır. O dərhal hadisə yerinə getmiş və avtomobilin S.Ə.Şirvani küçəsindəki yaşayış evinin divarına çırpıldığını görmüşdür. Məhkəmə-tibbi ekspertizasının 12 yanvar 2021-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı aşkar olunan xəsarətlər - sağ baldır sümüklərinin (qamış və incik) qapalı-qəlpəli sınıqları (əməliyyatdan sonrakı vəziyyət), boyun nahiyəsinin və sağ topuğun sıyrıqları bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 13 dekabr 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 2 fevral 2021-ci il tarixli 8/2354 nömrəli rəyindən görünür ki, JAC HFC 1061K markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası İsmayıllı regional avto servisdən əldə olunmuş 15 dekabr 2020-ci il tarixli 03 nömrəli məktubdan belə məlum olur ki, hadisə baş verən zaman JAC HFC 1061K markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz, sükan idarəetmə və digər sistemlərində nasazlıq olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 3 iyun 2021-ci il tarixli 10/4184 nömrəli rəyindən görünür ki, İsmayıllı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evinə yol-nəqliyyat nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmirtikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 525.00 məbləğində müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 iyul 2021-ci il tarixli 9/4093 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “İsmayıllı rayon avtoservis mərkəzi” tərəfindən 05 iyul 2021-ci il tarixdə verilmiş 029 nömrəli qüsur aktında olan dəyişilməli ehtiyyat hisssələri və təmir-bərpa işləri barədə məlumatlarına əsasən təzə avto hissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı JAC HFC 1061K yük markalı ** FV *** dövlət qeydiyyat nişanlı zədələnmiş nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən günə, yəni 13 dekabr 2021-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 4080,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 2900,00 manat, təmir-bərpa işlərinin qiyməti – 1180,00 manat. Tədqiq edilən 2008-ci il buraxılışlı JAC HFC 1061K yük markalı ** FV *** dövlət qeydiyyat nişanlı zədələnmiş nəqliyyat vasitəsinin 13 dekabr 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu təxminən 2750,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti 1570,00 manat, təmir işlərinin qiyməti 1180,00 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. 11 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X2 Hüquqi Şəxsdən alınmış 30 iyun 2021-ci il tarixli 115 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə 13 dekabr 2020-ci il tarixli 538 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs 13 dekabr 2020-ci il tarixdə saat 14:10-da ayıq olmuşdur. BDYPİ-nə bilavasitə tabe olan Ağsu Regional Qİ və TBŞ-dən daxil olmuş 15 dekabr 2021-ci il tarixli 016-312-2100-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmamış və o sürücülük hüququndan məhrum edilməmişdir. “JAC HFC 1061K” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs4 mülkiyyətindədir və Təqsirləndirilən şəxs adına etibarnamə yoxdur. Həmin avtomobil barəsində Zərərçəkmiş şəxs2 adına 04 iyul 2017-ci il tarixdən 29 avqust 2023-cü ilədək qüvvədə olan etibarnamə mövcuddur. 29 iyun 2021-ci il tarixli 119 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri S.Ə.ünvan 1 ünvanda yaşayır, ailə tərkibi özündən , 1958-ci il təvəllüdlü atası X3 və 1963-cü il təvəllüdlü anası X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Müstəntiqin 12 iyul 2021-ci il tаriхli qərаrındаn görünür ki, Təqsirləndirilən şəxs bаrəsində “polisin nəzarəti altına vermə” qətimkаn tədbiri sеçilmişdir. Müstəntiqin 14 iyul 2021-ci il tаriхli qərаrındаn görünür ki, cinаyət işi üzrə “JAC HFC 1061K” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmışdır. Müstəntiq tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tаriхli protokoldan görünür ki, cinаyət işi üzrə maddi sübut qismində tanınmış “JAC HFC 1061K” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Zərərçəkmiş şəxs4 məsul saxlancına verilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyul 2021-ci il tаriхli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razı olmadığını, buna görə də yol-nəqliyyat hadisəsi ilə bağlı ona dəymiş maddi ziyanın ümumilikdə 525 manat məbləğində deyil, 3600 manat məbləğində hesablanmasını istəmiş və bununla bağlı olaraq Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan 3600 manat məbləğində hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə cəzanın təyin edilməsini - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 2 (iki) il müddətə və cərimə cəzasının 6000 (altı min) manat miqdarında müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təyin edilən cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 200 (iki yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan “JAC HFC 1061K” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təyin edilmiş cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilsin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan “JAC HFC 1061K” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-49/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-49/2021
13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver