Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-49/2022 28.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri X1, Təqasirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, 28 iyul 2022-ci il tarixdə saat 17:44-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxx 1974-cü ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, İsmayıllı rayonun Qalınçaq kəndində qeydiyyatda olmaqla orada yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli 1(037)-49/2022 nömrəli qərarı ilə barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi 558ROLB Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2022-ci ilin mart ayında İsmayıllı rayonunun Qalınçaq kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində divara asmış bir ədəd dəmir vedrənin içərisindəki torpağa həmin çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib su verməklə və sair üsullarla aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə ümumilikdə xeyli miqdar təşkil edən 11 (on bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmiş, 11 aprel 2022-ci il tarixdə saat 16 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq kultivasiya etdiyi 6 santimetrdən 9 santimetrədək hündürlüklərdəki yaş halda, ümumi təmiz çəkisi 2.26 qram təşkil edən xeyli miqdarda cəmi 11 (on bir) ədəd, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, bəzən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 11 aprel 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən həyətin giriş qapısının döyüldüyünü eşitmişdir. Qapını açdıqda orada polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları özlərini təqdim edərək onların İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları olmasını bildirmiş, onun qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğunu, bu barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini deyərək yaşaşdığı evə baxış keçirəcəklərini bildirmişlər. O, yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş və bu barədə ərizə yazmışdır. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah olunmuş və baxışın videoçəkiliş aparılmaqla baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişdən istifadə etməklə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı ondan yaşadığı evdə və yaxud evin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli bitkilərin və ya digər qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuşdur. O, həyətyanı sahəsində yerləşən evinin divarından asdığı vedrənin içərisində çətənə bitkisi əkdiyini bildirərək həmin yeri polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları və mütəxəssis tərəfindən həmin vedrəyə baxış keçirildikdə vedrənin içində torpaqda əkib-becərdiyi cəmi on bir ədəd çətənə bitkisi aşkar olunmuşdur. Aşkar olunan bitkilərin nə olduğu və hansı məqsədlə yetişdirdiyi soruşulduqda, o, həmin vedrədə olan bitkilərin narkotik tərkibli olan çətənə bitkiləri olmasını, özünə məxsus olduğunu, gələcəkdə qurudub şəxsi istifadə etmək məqsədilə əkib-becərdiyini, satış niyyətinin olmadığını bildirmişdir. Narkotik tərkibli bitkilərin toxumlarını haradan əldə etdiyini soruşduqları zaman o, bitkilərin toxumlarını 2021-ci ilin sentyabr ayının tarixini xatırlamadığı günündə İsmayıllı rayon Qalınçaq kəndi ərazisində yerləşən meşə sahəsində olarkən yabanı halda bitmiş bir ədəd çətənə bitkisinin üzərindən yığdığını, öz istifadəsi üçün əkib-becərmək məqsədilə saxladığını bildirmişdir. 2022-ci ilin mart ayında həyətdə dəmir vedrədə münbit torpaq hazırlayaraq həmin toxumları torpağa əkmiş, toxumlar inkişaf etməyə başladıqda isə dibini alaq otundan təmizləyərək, dibinə üzvi maddələr, duzlu su verərək yetişdirməyə başlamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar edilmiş 01 ədəd dəmir vedrə, içərisində olan 11 ədəd çətənə bitkisi ilə birlikdə götürülmüş və bir ədəd sellofan torbaya qoyulub qablaşdırılaraq üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Sonra polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçirəcəklərini bildirərək onu özləri ilə birlikdə İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞ-nə gəlmişdir. Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə video kamera vasitəsilə çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Keçirilən şəxsi axtarış zamanı hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzasi ilə təsdiq etmişdir. Yaşadığı evdə narkotik vasitə əkdiyini ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində azyaşlı uşağı vardır, ailəsində ondan başqa işləyib evə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. X2 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin NMQ -nin baş əməliyyat müvəkkili vəifəsində işləyir. İsmayıllı rayonu Qalınçaq kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələr əkib becərməsi barədə əməliyyat məlumatı olmuşdur. 11 aprel 2022-ci il tarixdə bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Tədbirlə əlaqədar əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi həyətə yaxınlaşaraq giriş qapısını döymüşlər. Təqsirləndirilən şəxs qapını açdıqda ona özlərini təqdim etmişlər. Onlar Zaura həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə əkib becərməkdə şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini bildirərək həmin qərarla onu tanış edərək həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və bu haqda ərizə yazmışdır. Onlar Təqsirləndirilən şəxs həyətyanı sahədə və orada olan yardımçı tikililərdə narkotik tərkibli bitkilər olub olmadığını, əgər varsa könüllü surətdə təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli bitkilər olduğunu və onlara təqdim edə biləcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs və aqronomun iştirakı ilə və videoçəkiliş həyata keçirməklə baxış keçirməyə başlamışlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin sağ tərəfində yerləşən divardan asdığı içərisində narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştillərini əkdiyi dəmir vedrəni onlara təqdim etmişdir. Vedrəyə baxış zamanı, içərisində 11 ədəd çətənə (kannabis) bitkisinin ştilləri aşkar edilmiş, həmin ştillər əkildiyi vedrə ilə birlikdə 01 ədəd sellofan bağlamada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokolun düzgünüyünü imzaları ilə təsdiq etmişlər. Baxış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini ilə əlaqədar olaraq onlarla birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Zaur etiraz etməmiş və onlarla birlikdə İsmayıllı RPŞ-nə getmişdir. Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmiş, sonra isə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı zaurun üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. Şаhid qismində dindirilmiş X6, X10, X3 və X4 da şahid Fariz Həsənov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə-bioloji ekspertizasının 12 aprel 2022-ci il tarixli, 17/33 nömrəli rəyindən görünür ki, - tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “... vətəndaş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş maddi sübut...” sözləri yazılmış sellofan torbanın içərisindəki, 01 (bir) ədəd dəmir vedrədə torpağa əkilmiş vəziyyətdə olan, uzunluqları 6 sm-dən 9 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 2.26 qram olan bitki ştilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin ştilləridir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 06 may 2022-ci il tarixli 606 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-ostofadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. 20 aprel 2022-ci il тariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli 02-02- 348/22 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 13 aprel 2022-ci il tarixli qərarından görünür ki, ümumi təmiz çəkisi 2,26 qram qram təşkil edən 11 (on bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləri və 01 ədəd sellofan torbada qablaşdırılmış iç-içə qoyulmaqla bir vedrə kimi istifadə edilmiş çətənə bitkilərinin ştilləinin əkildiyi 02 ədəd dəmir vedrələr maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 11 aprel 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 11 aprel 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdə saat 18:35-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 13 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 16:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 1(037)-49/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. 20 may 2022-ci il tarixli 813 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Qalınçaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, arvadı X7 və xx.xx.2006-cı il təvəllüdlü və xx.xx.2008-ci il təvəllüdlü uşaqları Günel və Arazdan ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün və 05 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün, cəmi 26 (iyirmi altı) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonunun Qalınçaq kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 2.26 qram olan, 11 (on bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləri və 01 ədəd sellofan torbada qablaşdırılmış iç-içə qoyulmaqla bir vedrə kimi istifadə edilmiş çətənə bitkilərinin ştilləinin əkildiyi 02 ədəd dəmir vedrələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 aprel 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün və 05 iyul 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 24 (iyirmi dörd) gün, cəmi 26 (iyirmi altı) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 01 (bir) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonunun Qalınçaq kəndindəki evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 2.26 qram olan, 11 (on bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləri və 01 ədəd sellofan torbada qablaşdırılmış iç-içə qoyulmaqla bir vedrə kimi istifadə edilmiş çətənə bitkilərinin ştilləinin əkildiyi 02 ədəd dəmir vedrələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-49/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-49/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver