Məhkəmə qərarları › İş №1(037)-49/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-49/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-49/2023 12.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 12 sentyabr 2023-ci il tarixdə saat 17:32-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri, N.Behdiyev küçəsi, ev 13-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Etibar Təqsirləndirilən şəxs sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə yaşadığı və paylı mülkiyyətçi olduğu, JN-1622F Kod-40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında nənəsi X3 məxsus İsmayıllı şəhəri, N.Behdiyev küçəsi, 13 saylı ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinə bitişik olan 0,06 hektar torpaq sahəsinin İsmayıllı bələdiyyəsinin mülkiyyətində olduğunu və həmin torpaq sahəsinin İsmayıllı bələdiyyəsinə müraciət edilmədən və bələdiyyənin razılığı olmadan alqı-satqısının qeyrimümkün olduğunu bildiyi halda, torpaq almaq istəyən Zərərçəkmiş şəxs Rəsul oğluna yaşadığı həyətyanı sahəyə bitişik olmaqla İsmayıllı şəhər bələdiyyəsinin mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini və faktiki olaraq paylı mülkiyyətçi olduğu 0,02 hektar torpaq sahəsini, yəni orada olan yarımtikili də daxil olmaqla ümumilikdə 0,05 hektar torpaq sahəsini 15500 manata satdığını yalandan deyib aldatmaqla sonuncudan beh kimi 200 manat, İsmayıllı bələdiyyəsində sənədləşmə işini həll etmək üçün isə ilkin ödəniş kimi 6000 manat pul verməli olmasını bildirib inandıraraq, bu məqsədlə, vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin noyabr ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə İsmayıllı şəhəri, N.Behdiyev küçəsində Zərərçəkmiş şəxs beh kimi 200 manat və bunun davamı olaraq öz cinayətkar niyyətini davam etdirib bir neçə gün sonra İsmayıllı şəhəri, N.Behdiyev küçəsində 2021-ci ilin noyabr ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs 6000 manat pulu alıb ələ keçirməklə öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 6200 (altı min iki yüz) manat məbləğində pulunu alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İsmayıllı şəhəri, N. Behdiyev küçəsi ev 13 ünvanında nənəsi Solmaz Həsənovanın adına onun və digərlərinin paylı mülkiyyəti olmaqla 0,06 ha torpaq sahəsi vardır. Yaşadığı evin həyətyanı sahəsində əlavə olaraq 0,06 ha torpaq sahəsi də vardır. Torpaq sahəsinin nənəsi Solmaz Həsəsnovanın adına olan hissəsində yaşayış evləri vardır. Həmin evdə o, nənəsi Solmaz və atası Ehtiram yaşayırlar. Pula ehtiyacı olduğundan 2021-ci ilin iyul-avqust ayında həyətyanı torpaq sahəsinin təxminən 0,05 ha hissəsini satmaq qərarına gəlmişlər. Nənəsi Solmaz və atası Ehtiram da buna razılıq vermişdir. Tanışı Şahid2 evi satmaq istədiyini və maraqlanan olarsa ona xəbər etməsini demişdir. 2021-ci ilin noyabr ayında dəqiq tarixini xatırlamadığım gündə Şahid2lə adını sonradan bildiyim Zərərçəkmiş şəxs Rəsul oğlu yaşadığı ünvana gəlmiş və Habillə tanış olmuş, Habil ona torpaq satıb-satmadığımı soruşduqda o, Habilə həyətyanı sahədən 0,05 ha torpaq satmaq istədiyimi bildirmiş, Habil torpağın sotunu hansı qiymətə satdığını soruşduqda o, Habilə torpağın 0,01 ha-nı 4000 manata satdığını bildirmişdir. Habil qiymətin yuxarı olduğunu bildirdikdə atası Ehtiramla danışıb bir qədər aşağı yəni torpağın hər sotunu 3500 manatdan olmaqla satmaq istədiyini ona demiş, o, həyətyanı sahədən satmaq istədiyi torpaq sahəsinin 0,03 ha-nın İsmayıllı şəhər bələdiyyəsinin mülkiyyətində olduğunu və həyətyanı sahədə zəbt olunmuş kimi olduğunu bilmişdir. İsmayıllı bələdiyyəsində sənədləşmə işində çətinlik olacağını və müəyyən rüsumların olacağına görə əlavə xərclərin olmasını nəzərə alıb Habilə torpağın hər sotunu 2900 manatdan satdığını, həyətyanı sahənin yuxarı hissəsində dam örtüklü hissəyə görə yarımtikili hissə də daxil olmaqla həmin tikiliyə görə 1000 manat olmaqla ümumilikdə 15500 manata satdığını bildirmişdir. Habil bildirmişdir ki, bu barədə öz fikrini ona bildirəcəkdir. Habil istifadəsində olan mobil nömrəni, o, isə istifadəsində olan mobil nömrəsini Habilə vermişdir. Habillə danışarkən ona torpağın sənədləşməsi üçün torpağın ümumi 15500 manat hissəsindən ona sənədləşmə işinə və s. xərclərə görə ilkin ödəniş olaraq təxminən 10000 manat pul verməyini xahiş etmiş, Habil ona beh kimi 200 manat, sənədləşmə işinə görə isə 6000 manat pul verə biləcəyini demişdir. O, Habilə qalan 4000 manatı 1 ay gün ərzində, torpağı 15 yanvar 2022-ci il tarixə qədər sənədləşdirdikdən sonra qalan 5300 manat pulu isə birlikdə gedib torpağı sənədləşdirdikdən sonra verməsini bildirmiş, Habil beh olaraq mənə 200 manatı gətirib verə biləcəyini demiş, Habil getdikdən 2-3 saat sonra gəlmiş və ona İsmayıllı şəhəri, N.Behdiyev küçəsində 200 manat pul vermişdir. Habil qalan 6000 manat pulu 1 həftə ərzində gətirib mənə verə biləcəyini demiş, Habil təxminən 1 həftə sonra abil idarə etdiyi “Reno megan” markalı avtomobillə yaşadığım küçəyə yəni, İsmayıllı şəhəri, N.Behdiyev küçəsinə gəlmiş və o, da qapıya çıxıb Habillə salamlaşmış və avtomobilin qabaq oturacağında əyləşmişdir. Habil ona qarışıq əlli və yüz manatlıq əskinaslardan ibarət 6000 manat pulu da çıxarıb vermiş və o, da pulu almış, aldığı 6000 manat pulla İsmayıllı bələdiyyəsində hər hansı sənədləşmə işinə xərcləməmişdir. Həmin pulu şəxsi ehtiyaclarıma xərcləmiş, lakin, İsmayıllı bələdiyyəsinə hər hansı yazılı və şifahi müraciət etməmiş və sənədləşmə istiqamətində hər hansı iş görməmişdir. Çünki fikirləşmişdir ki, torpağın zəbt hissəsinin sənədləşdirilməsi çətin olacaq. 15 yanvar 2022-ci il tarixədək torpağın sənədləşməsi üçün hər hansı iş görməmişdir və Habil demişdir ki, bələdiyyə torpağı sənədləşdirmir. Habil sonradan ona torpağın sənədlərinin qaydasında olmadığını əsas gətirib verdiyi 6200 manat pulu ona verməsini bildirdikdə o, Habilə maddi imkanının olmadığını, ona verdiyi pulları şəxsi ehtiyaclarıma xərclədiyini, tez bir zamanda torpağı başqasına sata bilərsə borcunu qaytaracağını bildirmişdir. 2021-ci ilin mart ayında eşitmişdir ki, Habil ərizə ilə polis şöbəsinə müraciət etmiş və bu barədə araşdırma aparılır. Habil ondan pullarını istəsə də maddi imkanı olmadığından onun pulunu qaytara bilməmişdir. Barəsindəki cinayət işinin məhkəmə zamanı zərərçəkmiş şəxslə barışmış, ona vurduğu ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Bundan əlavə, o, “KapitalBank”ın İsmayıllı rayon filialında törətdiyi cinayətə görə vurulmuş ziyanın 25% olaraq 1550 manat pul vəsaitini X1 müvafiq hesabına ödənilmişdir. Ona görə də barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İİ qrup hərbi əlil olmaqla prezident təqaüdçüsüdür. 2021-ci ilin noyabr ayında özünə İsmayıllı şəhəri ərazisində torpaq axtarmışdır. 2021-ci ilin noyabr ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı şəhəri, M.Orucov küçəsi ilə hərəkətdə olarkən əvvəllər tanışı Şahid2 görüb onunla salamlaşıb kefəhval etmiş, söhbət zamanı Tərlana yaxın ərazidə kiminsə torpaq sahəsi satıb-satmaması barədə məlumatının olub-olmamasını soruşduqda Tərlan ona demişdir ki, “Təqsirləndirilən şəxs yaxın ərazidə yaşayır və həyətyanı sahələrindən torpaq sahəsi satırlar, gedib birlikdə maraqlana bilərik”. Tərlan onun avtomobilinə əyləşmiş və birlikdə yaxın ərazidə İsmayıllı şəhəri, N.Behdiyev küçəsində bir evin qarşısında Tərlan avtomobilini saxlamağını demişdir. Tərlan maşından düşüb ev sahibini çağırmış, ilk olaraq Etibarın atası Ehtiram qapıya çıxmış və Tərlan ona torpaq sahəsini almaq üçün qapıya müştəri gəldiyini demiş, bu zaman Ehtiram həmin işlərə oğlu Etibarın baxdığını və onu çağıracağını bildirmiş, qısa müddət sonra Etibar gəlmiş və onunla görüşmüşdür. O, əvvəllər nə Ehtiramı və nə də oğlu Etibarı tanımış, onlarla aralarında heç bir, ədavət, düşmənçilik olmamışdır. O, Etibara torpağın sotunu hansı qiymətə satdığını dedikdə Etibar ona həyətində 0,13 ha torpaq sahəsi olduğunu, 0,05 ha torpaq sahəsi satdığını, satdığı torpaq sahəsindən 0,03 ha torpaq sahəsinin İsmayıllı şəhər bələdiyyəsinin mülkiyyətində olduğunu, hazırki vaxta qədər həyətində zəbt kimi qaldığını, torpağın sotunu 2900 manata satdığını bildirmişdir. Söhbət zamanı Etibar ona bildirmişdir ki, 0,05 ha orpağı 14500 manata, əlavə olaraq yarımtikiliyə görə 1000 manat daxil olmaqla ümumilikdə 15500 manata satır. Həmin ona verəcəyim pulla zəbt hissəni də özü bələdiyyəyə müraciət edərək alqı-satqı edəcəyini, lakin ona sənədləşmə üçün beh verməyini, yekunda alqı-satqı etdikdən sonra behin pulunu ümumi puldan çıxacağını demişdir. O, Etibara istifadəsində olan mobil nömrəsini, Etibar isə öz istifadəsində olan mobil nömrəsini ona vermişdir. Etibar ona torpağın ümumi 15500 manat hissəsindən ona sənədləşmə işlərini həll etmək üçün və habelə ilkin ödəniş kimi 10000 manat pul verməyini xahiş etmiş, o, Etibara hal-hazırda həmin məbləğdə pulunun olmadığını, imkan etdikcə tapıb verəcəyimi demişdir. O, Etibara hal-hazırda ilkin ödəniş kimi vermək üçün 10000 manat pulunun olmadığını dedikdə Etibar, hal-hazırda torpağın bələdiyyə tərəfindən sənədləşdirilməsi üçün ona beh və əlavə olaraq imkan edib torpağın sənədləşdirilməsi və ilkin ödəniş üçün 6000 manat pul verməyini, qalan 1 ay ərzində 4000 manat ona verməyini, qalan 5300 manat pulu isə alqı-satqıdan sonra ona verməyini demişdir. Etibar ona həmin torpaq sahəsini başqa adamların da istədiyini, başqa şəxslərə satmamağı üçün ona 200 manat beh verməsini demişdir. O, Etibara 200 manat beh verəcəyini demiş, Etibarla sağollaşıb ayrılmış və bir neçə saat sonra 200 manat behi gətirib verəcəyini demişdir. Tərlanı İsmayıllı şəhəri ərazisində yaşadığı evin yanında düşürtmüş və 200 manat əskinaslarını dəqiq xatırlamadığım pulu İsmayıllı şəhəri, N.Behdiyev küçəsində yaşadıqları evin qarşısında Etibara vermişdir. Söhbət zamanı Etibara qalan 6000 manat pulu isə 7-10 gün ərzində tapıb ona verəcəyini demişdir. 2021-ci ilin noyabr ayında dəqiq tarixini xatırlamadığı gündə o, idarə etdiyim “Reno megan” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, N.Behdiyev küçəsinə yaşadığı evin qarşısına getmiş, Etibara yaşadığı evdən çölə çıxdıqdan sonra o, avtomobilində 100 və 50 manatlıq əskinaslardan ibarət 6000 manat pulu Etibara vermişdir. Etibar bir daha onu əmin edərək 15 yanvar 2022-cü il tarixinə qədər artıq torpağın zəbt hissəsinin İsmayıllı bələdiyyəsi tərəfindən sənədləşdirəcəyini və ona alqı-satqı edəcəyini, qalan 9300 manat pulu isə alqı-satqı edərkən ona verməsini bildirmişdir. 2021-ci ilin noyabr ayından 15 yanvar 2022-ci il tarixədək Etibarla bir neçə dəfə İsmayıllı şəhəri ərazisində görüşüb söhbət edib sənədləşmənin hansı mərhələdə olduğunu soruşsa da o, bir neçə dəfə bələdiyyə müraciət etdiyini, sənədləşmə işlərinin getdiyini bildirmişdir. 15 yanvar 2022-ci il tarixdən sonra yenidən Etibarın mobil telefonuna zəng edib və onunla görüşərək hansı səbəbdən torpağın sənədləşməsini etməməsini soruşduqda o, İsmayıllı bələdiyyənin torpaq sahəsini zəbt etməkdən imtina etdiyini deyib əvvəlki dediyi sözdən dönərək o, artıq ona satacağı torpaq sahəsi əgər sənədləşdirilmiş olsa belə torpaq sahəsinin sotunu 2900 manat deyil, 3500 manatdan satacağını demişdir. O, isə Etibarın artıq onu aldatdığını və dediyi sözə əməl etməyini görüb belə olan halda ona verdiyi 6200 manat pulunu özümə qaytarmasını demiş, Etibar da torpağı başqa müştərilərə satıb onun 6200 manat pulunu verəcəyini demişdir. 26 mart 2022-ci il tarixədək Etibara dəfələrlə zəng edib pulumu qaytarmasını desə də o, müxtəlif bəhanələr gətirib pulumu qaytarmaqdan yayınmış, o, da Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və bu barədə ərizə ilə müraciət etmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, 2021-ci ilin noyabr ayında İsmayıllı şəhəri ərazisində çay içərkən tanışı Zərərçəkmiş şəxs ona yaxınlıqda satlıq torpaq olubolmamasını soruşduqda o, Habilə yaxınlıqda eşitdiyinə Təqsirləndirilən şəxs torpaq satdığını bildirmiş, Habil ona demişdir ki, eşitdiyinə görə həmin şəxs torpağı baha satır. Qərara almışlar ki, Habillə birlikdə getsinlər və o, Etibarla danışsın. Etibar satmaq istədiyi İsmayıllı bələdiyyəsinin mülkiyyətində 0,03 ha torpaq sahəsini və əlavə olaraq sənəd daxilində olan 0,02 ha torpaq sahəsini göstərmiş, onlar bir-biri ilə torpaq sahəsinin qiyməti barədə söhbət etmiş, torpağın qiymətini yarımtikili ilə birlikdə ümumilikdə 15200 manata alqı-satqı barədə danışaraq razılığa gəlmişlər. Etibar ilkin olaraq beh kimi 200 manat, torpağın sənədləşdirilməsi üçün isə ona 6000 manat pul verməsini demiş və bir-birilərinə mobil telefon nömrələrini də vermişlər. Habil pulu düzəldib gətirib Etibara verəcəyini demiş, sonra isə Habillə oradan çıxıb getmiş və Habil onu yaşadığı evin yaxınlığında düşürtmüş, bir neçə gün sonra eşitmişdir ki, Etibar İsmayıllı şəhəri, N.Behdiyev küçəsində beh olaraq Habildən 200 manat pul almış, əlavə olaraq torpağın sənədləşməsi üçün isə 6000 manat pul almış, sonra isə ona torpaq satmamış və onun pulunu qaytarmamışdır. Şahid1 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, N. Behdiyev küçəsi ev 13 ünvanında anası X2 adına JN-1622F Kod-40701004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə 0,06 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində yaşayış evləri vardır. Bundan başqa 1963-cü ildən məskunlaşdığımız həmin torpaq sahəsi ilə yanaşı 0,06 ha hazırda İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi vardır. Lakin hazırki vaxta qədər İsmayıllı bələdiyyəsi və digər hər hansı qurum tərəfindən torpaq sahəsinin zəbt olunması barədə hər hansı bildiriş və məlumat verilməmişdir. Həmin evdə o, anası Solmaz və oğlum Etibar yaşayırlar. Oğlu Etibar pula ehtiyacı olduğu üçün 2021-ci ilin iyul-avqust ayında həyətyanı torpaq sahəsinin təxminən 5 sot hissəsini satmaq qərarına gəlmiş, anası Solmaz və o, da buna razılıq vermişlər. Etibar evlərinin yaxınlığında yaşayan Şahid2 evi satmaq istədiyini və maraqlanan olarsa bizə xəbər etməyini bildirmişdi. 2021-ci ilin noyabr ayında dəqiq tarixini xatırlamadığım gündə Tərlanla adını sonradan bildiyi Zərərçəkmiş şəxs Rəsul oğlu yaşadığı ünvana gəlmiş və onlar Habillə tanış olmuşlar. O, onların söhbətinə müdaxilə etməmiş, Habil oğlu Etibara torpaq satıbsatmadığını soruşduqda Etibar ona həyətyanı sahədən 0,05 ha torpaq satmaq istədiyini bildirmiş, sonradan bilmişdir ki, Habil torpağın sotunu hansı qiymətə satdığını soruşduqda Etibar ona torpağın 0,01 ha-nı 4000 manata satdığını bildirmiş, Habil qiymətin yuxarı olduğunu bildirdikdə Etibar torpağın hər sotunu 3500 manatdan olmaqla sata biləcəyini demişdir. Etibar həyətyanı sahədən satmaq istədiyi torpaq sahəsinin 0,03 ha-nın İsmayıllı şəhər bələdiyyəsinin mülkiyyətində olduğunu və həyətyanı sahədə zəbt olunmuş kimi olduğunu bilmişdir. Sənədləşmə işində çətinlik olacağını və müəyyən rüsumların olacağına görə əlavə xərclərin olmasını nəzərə alıb Etibar torpağın hər sotunu 2900 manatdan satdığını, həyətyanı sahənin yuxarı hissəsində dam örtüklü hissəyə görə yarımtikili hissə də daxil olmaqla həmin tikiliyə görə 1000 manat olmaqla ümumilikdə 15500 manata satdığını bildirmiş və o, bu söhbətdə onların yanında olmasa da bu barədə ona demişdir. Habil Etibara həyətyanı sahədə olan yarımtikiliyə görə endirim etməsini bildirdikdə Habil ona 300 manat da güzəşt edib 15200 manata ümumilikdə həyətyanı sahələrini satdıqlarını bildirmişdir. Habil torpaq sahəsini yarımtikili daxil olmaqla alacağını tam əminliklə bildirmiş, həmin gün Etibar Habillə torpağın ümumi 15200 manat hissəsindən ona təxminən 10000 manat pul verməsini xahiş etmiş, Habil Etibarla görüşmüş, Etibarın ona dediyinə görə Habil ona beh kimi 200 manat, sənədləşmə üçün isə 6000 manat pul verə biləcəyini demiş, qalan 4000 manatı 20 gün ərzində, torpağı sənədləşdirdikdən sonra qalan 5000 manat pulu isə birlikdə gedib torpağı sənədləşdirdikdən sonra verəcəyini bildirmiş, Habil beh olaraq çıxarıb ona 200 manat da pul vermiş və ilkin olaraq söz verdiyi 6000 manat pulu isə bir neçə gündən sonra ona gətirib verəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra 2021-ci ilin noyabr ayında dəqiq tarixini xatırlamadığım gündə Habil idarə etdiyi “Reno megan” markalı avtomobillə yaşadığı küçəyə yəni, İsmayıllı şəhəri, N.Behdiyev küçəsinə gəlmiş, avtomobildə ona 6000 manat pulu da çıxarıb vermiş və o, da pulu almışdır. Etibar həmin pulları özü şəxsi ehtiyaclarına xərcləmişdir, Etibar Habillə tez-tez görüşmüş, lakin pulu şəxsi ehtiyaclarına xərclədiyindən həmçinin torpağın bir hissəsi bələdiyyə mülkiyyətində olduğu üçün sənədləşməsində çətinliklər yaranmışdır. Habil sonradan pulun qalan hissəsini verməyə imkanının olmadığını bildirmiş, o, başa düşmüşdür ki, Habil torpağın sənədləşməsində çətinlik yarandığını görüb torpağı almaq fikrindən daşınmış və buna görə də danışdığımız kimi torpağa görə əlavə pulu verməkdən imtina etmişdir. Habil buna görə də hər dəfə ondan torpağın sənədlərinin qaydasında olmadığını əsas gətirib verdiyi 6200 manat pulu ona verməyini bildirdikdə Etibar ona maddi imkanının olmadığını, ona verdiyi pulları borcuna ödədiyini, tez bir zamanda torpağı başqasına sata bilərsə borcunu qaytaracağını bildirmişdir. 2021-ci ilin mart ayında eşitmişdir ki, Habil ərizə ilə polis şöbəsinə müraciət etmişdir. 24 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X5 Konsultativ Poliklinika şöbəsindən 22 dekabr 2022-ci il tarixli PHŞ/647-2-2022-611 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqin 04 may 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 1365 saylı arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, N.Behdiyev küçəsi, ev 13-də qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və 1963-cü il təvəllüdlü atası Şahid1 Etibar oğlundan ibarətdir, yaşayış yerində yaşadığı müddətdə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 6200 (altı min iki yüz) manat məbləğində manat maddi ziyan vurulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin ziyan Zərərçəkmiş şəxs tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən sonuncuya qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu zyanı ödədiyini, dövlət nəfinə ödəniş etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışdığını, ona vurmuş olduğu zyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi üçün ona müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs vaxt verilmiş və o, məhkəməyə törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə sənəd təqdim etmişdir. “KapitalBank”ın İsmayıllı rayon filialının 12 sentyabr 2023-cü il tarixli 31641 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq onun adından 1550 manat pul vəsaiti X1 müvafiq hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar