Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-49/2024 24.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 24 oktyabr 2024-cü il tarixdə saat 11:53-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1989-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə saat 16 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-cü hissəsinin 8-ci bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olmasına dair və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-cü hissəsinin 6-cı bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli olmasına dair tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və təhlükəsizlik kəmərini taxmadan idarə etdiyi tanışı Şahid Ələddin oğluna məxsus sedan tipli “VAZ-2106 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonunun Quşencə kəndinin ərazisindən keçən hissəsində, İsmayıllı şəhəri istiqamətində, öz hərəkət yolunda saatda 50-60 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbə riayət etməyərək hərəkətdə olduğu vaxt hərəkət üçün təhlükə yarada biləcəyini dərk etdiyi halda diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırıb əks hərəkət zolağı ilə nəqliyyat vasitələrinin yaxınlaşmasını nəzərə almayaraq təhlükəsizlik kəmərini taxmaq istəyərkən idarəetməni itirərək qarşı sol hərəkət zolağına çıxıb yol hərəkəti qaydalarını pozmuş və əks hərəkət zolağı ilə hərəkətdə olan X3 idarə etdiyi sonuncuya məxsus sedan tipli “VAZ-21011 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin avtomobilin hərəkət zolağında toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Vaz 21011 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ bazu sümüyünün qəlpəli yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına, habelə “VAZ 21011 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşını zədələməklə Ayaz Abulova 3260 (üç min iki yüz altmış) manat məbləğində, “VAZ 2106 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Şahid 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, o, 07 aprel 2022-ci il tarixdə saat 16 radələrində Göyçay rayonunun Qaraməryəm kəndindən İsmayıllı şəhərinə gələrkən tanışı Şahid məxsus “Vaz 21-06 minik” markalı Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmişdir. Həmin vaxtı o, İvanovka kəndinə dönən yoldan çıxıb İsmayıllı şəhəri istiqamətində Qaraməryəm- İsmayıllı Şəki magistral yolu ilə təxminən 50-60 kms saat sürətlə hərəkət etmişdir. Tanışı Emin sərxoş vəziyyətdə olmuş və öz avtomaşınında qabaq sağ oturacaqda əyləşmişdir. Avtomaşında ikisindən başqa heç kim olmamışdır. Təxminən 25-30 metr məsafə qət etmiş və hərəkətinə davam etmişdir. Bu zaman o, avtomaşında təhlükəsizlik kəmərini taxmamışdır. Yol gedə-gedə o, öz təhlükəsizlik kəmərini taxmaq istədikdə yolda qarşı hərəkət hissəsinə çıxmış və qəflətən qarşıdan gələn “Vaz 21-011 minik” markalı Az **-BS- *** dövlət qeydiyyat nişanlı avtomaşınla onun yolunda toqquşmuş və toqquşma nəticəsində o, yolun sağında yerləşən xəndəyə düşmüşdür. Qəza zamanı o, sərxoş vəziyyətdə olmuş və sürücülük vəsiqəsi də olmamışdır. Qəzadan sonra toqquşduğu avtomobildəki şəxslər də müxtəlif dərəcəli bədən xəsarəti almışlar. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət əməli törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tam olaraq ödəmişdir. Hadisə nəticəsində özü də müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Himayəsində iki azyaşlı uşağı vardır, ailəsində işləyərək evə gəlir gətirən tək şəxsdir, bunlar nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Ayaz Abulovun “Vaz-21-011 minik” markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Eyni zamanda oğlunun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi də vardır. 07 aprel 2022-ci il tarixdə saat 16 radələrində oğlu həmin avtomaşını ilə yaşadığı İvanovka kəndinə Şəki-İsmayıllı- Qaraməryəm magistral yolu ilə təxminən 50-60 km saat sürətlə hərəkət etmişdir. Avtomaşında özü və nəvəsi Abil Abulov olmuşdur. Hərəkət zamanı qarşı tərəfdən İsmayıllı şəhəri istiqamətində gələn “Vaz 21-06 minik” markalı Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşın öz hərəkət zolağını tərk edərək oğlunun üzərinə gəldiyi üçün oğlu Ayaz idarə etdiyi avtomaşını sol tərəfə döndərməyə cəhd etmişdir. Ancaq həmin “Vaz 21-06 minik” markalı avtomaşınla oğlunun idarə etdiyi “Vaz 21-011 minik” markalı avtomaşın oğlunun hərəkət zolağında toqquşmuşdur. Oğlu avtomaşınını cüzi olaraq sola döndərdiyi üçün onlar üzbəüz toqquşmamışdır. Hadisə nəticəsində oğlu və azyaşlı nəvəsi xəsarət almasalar da özü xəsarət almışdır. Hadisədən sonra “Vaz 21-06 minik” markalı Az **-BE- *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs olduğunu bilmiş, Təqsirləndirilən şəxs sonradan ona dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsdən tələbi və şikayəti yoxdur. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. Şahid X8 ifadə verərək göstərdi ki, özünə məxsus “Vaz 21-011 minik” markalı Az **- BS-*** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. 07 aprel 2022-ci il tarixdə saat 13-14 radələrində o, anası Zərərçəkmiş şəxs və azyaşlı qardaşı oğlu Abil Abulov şəxsi işləri ilə bağlı İsmayıllı şəhərinə gəlmişlər. Həmin gün saat 16 radələrində onlar işlərini bitirdiklərindən evlərinə qayıtrmaq üçün İsmayıllı şəhərindən yaşadıqları İvanovka kəndinə Şəki-İsmayıllı-Qaraməryəm magistral yolu ilə həmin yolun İsmayıllı rayonun Quşencə kəndindən keçən hissəsi ilə təxminən 50-60 km saat sürətlə hərəkət etmişdir. Bu zaman qarşı hərəkət hissəsindən İsmayıllı şəhəri istiqamətində gələn “Vaz 21-06 minik” markalı Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşın öz hərəkət zolağını tərk edərək onun üzərinə gəldiyi üçün o, idarə etdiyi avtomaşınını sol tərəfə döndərməyə cəhd etmişdir. Ancaq həmin “Vaz 21-06 minik” markalı avtomaşınla onun idarə etdiyi avtomaşını özünə məxsus hərəkət zolağında toqquşmuşlar. O, avtomaşınını cüzi olaraq sola döndərdiyi üçün onlar üzbəüz toqquşmamışlar. Hadisə zamanı o, hər hansı bədən xəsarəti almasa da anası sağ qolundan xəsarət almışdır. Azyaşlı qardaşı oğlu Abil Abulov da heç bir bədən xəsarəti almamışdır. Hadisə zamanı “Vaz 21-06 minik” markalı avtomaşında sürücü və bir nəfər sərnişin olmuşdur. Hadisə yerinə az sonra TTY avtomaşını gəlmiş və anasını İsmayıllı RMX-nə aparmışlar. RMX-da anasına tibbi yardım göstərilmişdir. Əlavə olaraq qeyd edir ki, hadisənin qarşısını almaqdan ötrü idarə etdiyi avtomaşının tormoz əyləcini bassa da əzanın qarşısını ala bilməmişdir. Həmin vaxtı hərəkət etdiyi asfalt yol yaş vəziyyətdə olmuşdur. Qəza törətmiş qarşı “Vaz 21-06 minik” markalı avtomaşın həm də sürətlə hərəkət etmişdir. Hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Şahid Ələddin oğlu ifadə verərək göstərdi ki, İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs xeyli müddət əvvəl tanımış və normal münasibəti olmuşdur. Onun özünə məxsus qara rəngli “Vaz 21-06 minik” markalı Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşını olmuşdur.07 aprel 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng vurub Göyçay rayonu Qaraməryəm qəsəbəsinə aparmağını xahiş etmişdir.O, Murada məxsus metal əşyaları İsmayıllı şəhəri “Kəpənək” adlı əraziyə apardıqdan sonra ikisi Qaraməryəm qəsəbəsinə balıq yeməyə getmişlər. Onlar həmin qəsəbədə “Nar bağı” deyilən kafedə yemək yemiş və spirtli içki içmişlər. Saat 13-14 radələrində kafedən çıxıb yola düşmüşlər. Kafedən çıxarkən Murad avtomaşınını idarə etmək üçün ona verməsini xahiş etmişdir. Razılıq verməsə də Murad təkrarən xahiş etmiş və o, avtomaşınını sürmək üçün Murada vermişdir. Özü avtomaşında qabaq sağ oturacaqda əyləşmişdir. Murad ona məxsus avtomaşınla İsmayıllı rayonu istiqamətində deyil, Göyçay rayonu istiqamətində hərəkət etmiş və Göyçay rayonu Bığır kəndi ərazisində “Bığırbaşı” deyilən yerdən İsmayıllı rayonu Mollaisaqlı kəndi yoluna dönərək həmin yolla hərəkətə davam etmişdir. Onlar həmin kənddən keçib Hacıhətəmli kəndinə, ardınca digər kəndləri də keçib sonuncu kənd olan İvanovka kəndindən keçib həmin kəndin sonunda yerləşən adını bilmədiyi yanacaq doldurma məntəqəsindən sola İsmayıllı şəhəri istiqamətinə dönmüşdür. Murad ona məxsus avtomaşınla 80-90 km saat sürətlə hərəkət etmişdir. Yol yaş vəziyyətdə olmuşdur. Murad təhlükəsizlik kəmərini bağlamamışdır. Qaraməryəm-İsmayıllı Şəki magistral yolunun İsmayıllı rayonu Quşencə kəndi ərazisindən keçən hissəsində Murada avtomaşını yavaş sürməyini və kəmərini bağlamasını demişdir. Murad hərəkəti yavaşlayıb təhlükəsizlik kəmərini bağlamaq istədikdə yolda qarşı hərəkət hissəsinə çıxmış və qəflətən qarşıdan gələn qırmızı rəngli “Vaz 21-011 minik” markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Vaz 21-011 minik” markalı avtomaşının yolunda toqquşmuşdur. Toqquşma nəticəsində Muradın sürdüyü ona məxsus “Vaz 2106 minik” markalı avtomaşın yolun sağında yerləşən xəndəyə düşmüşdür. “Vaz 21-011 minik” markalı AZ **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə yolun ona məxsus hərəkət hissəsinə keçib yola perpendikulyar vəziyyətdə dayanmışdır. Qəza nəticəsində o, Murad və digər avtomaşında olan şəxslər xəsarət almışlar. Az sonra hadisə yerinə TTY avtomaşını gəlmiş və onları İsmayıllı RMX-nə aparmışdır. RMX-da tibbi yardım almışlar. Avtomaşınına dəymiş ziyanı Təqsirləndirilən şəxs ödəməyə söz versə də hazırkı vaxtadək ödəməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi yeri Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonu Quşencə kəndində keçən hissəsidir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə yolun hərəkət hissəsinin ümumi eni 6,9 metrdir. Sağ və sol hərəkət hissəsinin eni 3,45 metr olmaqla bərabərdir. Yol ikitərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Toqquşma yerindən yolun sağ kənarınadək olan məsafə 1,4 metrdir. Baxış zamanı yolun sağ və sol hərəkət hissələrinin kənarında bütöv sarı xətlərin, hadisə baş verdiyi yerdə isə yolun hərəkət hissəsində qırıq-qırıq üfüqi nişanlanma xətlərinin olması müşahidə edilmişdir. Yol asfalt beton örtüklü olmaqla yaş vəziyyətdə olmuşdur. Hadisə yaşayış məntəqəsi daxilində baş verməmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə əlavə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 07 aprel 2022-ci il tarixdə saat 16 radələrində İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan tanışı İsmayıllı şəhər sakini Şahid Ələddin oğlu ilə birlikdə Qaraməryəm- İsmayıllı-Şəki magistral yolu ilə həmin yolun İsmayıllı rayonu Quşencə kəndi ərazisindən keçən hissəsi ilə İsmayıllı şəhəri istiqamətində təxminən 50-60 km saat sürətlə hərəkətdə olarkən qarşı hərəkət hissəsinə keçmiş, nəticədə həmin hərəkət hissəsində İsmayıllı rayonu İvanovka kəndi istiqamətində hərəkətdə olan həmin kənd sakini X3 özünə məxsus olmaqla idarə etdiyi “Vaz 21-011 minik” markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla sonuncunun hərəkət hissəsində toqquşmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs və başqaları müxtəlif bədən xəsarətləri aldıqlarından tibbi yardım almaq üçün İsmayıllı RMX-nə müraciət etmişlər. Baxışda iştirak edən “Vaz 21-06 minik” markalı Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs və “Vaz 21-011 minik” markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X8 ikisi birlikdə bildirmişlər ki, ilkin araşdırma zamanı toqquşma yeri olaraq göstərilmiş yerin düzgün olmadığını, toqquşma yerinin “Vaz 21-011 minik” markalı avtomaşının hərəkət hissəsi olduğunu bildirirək həmin yeri birlikdə təqdim etmişlər. Toqquşma yeri təqdim edildikdən sonra həmin yerin həqiqətən də “Vaz 21-011 minik” markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət hissəsi olduğu, həmin yerin qırıq-qırıq xətdən 1,4 metr, sağ sarı xətdən isə 2,1 metr, bundan başqa İsmayıllı rayonu İvanovka kəndi istiqamətində götürdükdə yolun sağ tərəfində yerləşən baş yol nişanından 19 metr, “İvanovka, Qaraməryəm” yazılmış məlumatverici nişandan isə 43,5 metr, “Vaz 21-011 minik” markalı avtomaşından 2 metr, Vaz 2106 markalı avtomaşından isə təxminən 17 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən “Vaz 21-06 minik” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində canlı etibarnamə əsasında İsmayıllı şəhər sakini olan tanışı Şahid Ələddin oğluna məxsus “Vaz 2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş halda və sürücülük hüququ olmadığı halda Qaraməryəm-İsmayıllı-Şəki magistral yolu ilə İsmayıllı şəhəri istiqamətində təxminən 50- 60 km/s sürətlə idarə edərkən yol gedə-gedə təhlükəsizlik kəmərini taxmaq istədiyindən qarşı hərəkət hissəsinə keçmiş, nəticədə həmin yolda İsmayıllı rayonu İvanovka kəndi istiqamətində hərəkət edən həmin kənd sakini X3 idaər etdiyi “Vaz 21-011 minik” markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, toqquşma nəticəsində isə özü və digərləri xəsarət aldıqları üçün İsmayıllı RMX-nə müraciət edərək tibbi yardım almışlar. “Qəzalı avtomaşınlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Ayaz Abulovun idarə etdiyi avtomaşın “Vaz 21-011 minik” markalı, qırmızı parlaq rəngli, Az **- BS-*** dövlət qeydiyyat nişanlı avtomaşındır və avtomaşın öz adınadır. Baxış zamanı “Vaz 21-011 minik” markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq yəhər(kapot), abrisovka, qabaq bufer, sol qabaq fara, alt və üst panel, radyator, mühərrik hissəsi, dövlət nömrə nişanında və digər hissələrində əzilmələr müşahidə olunmuşdur. Avtomaşına baxış zamanı üzərində qanabənzər ləkələr müşahidə olunmamışdır. Avtomaşının sükanlı idarə etmə, tormoz əyləc və digər sisteminin işlək vəziyyətdə olması aşkar edilmişdir. Həmçinin, baxış zamanı Şahid bildirmişdir ki, sözügedən hadisə zamanı özü avtomaşını idarə etməsə də özünə məxsus “Vaz 2106 minik” markalı Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşını hadisə zamanı tanışı qabaq yəhər (kapot), abrisovka, qabaq bufer, sol qabaq fara, alt və üst panel, radyator, sağ qabaq qapı, damın üstü, sağ və sol klıklar, avtomaşının dövlət nömrə nişanı və digər hissələrində əzilmələr müşahidə olunmamışdır. Avtomaşına baxış zamanı üzərində qanabənzər ləkələr müşahidə olunmamışdır. Avtomaşının sükanlı idarə etmə, tormoz əyləc və digər sisteminin işlək vəziyyətdə olması aşkar edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 167 nömrəli rəyindən görünür ki, Şahid Ələddin oğlunun məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində, eləcə də başında xəsarətin hər hansı bir obyektiv əlaməti (qançır, sıyrıq. yara və s.) aşkar edilməmişdir. Şahid xx.xx.2022-ci il tarixdə İsmayıllı RMX-da boyun əzələlərinin gərilməsi" diaqnozu oyulmuşdur. Qoyulmuş diaqnoz xəsarətin obyektiv əlamətləri (qançır, sıyrıq. yara və s.) ilə əsaslandırılmadığından həmin diaqnoz sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 168 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərbaşın yarası, sağ bazunun sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 693 nömrəli rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarətin, eləcə də baş nahiyəsində hər-hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar ediməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 692 nömrəli rəyindən görünür ki, 2017-ci il təvəllüdlü X5 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarətin, eləcə də baş nahiyəsində hər-hansı bir obyektiv əalməti (qançır, sıyrıq, yara və s.) aşkar ediməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 260 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sağ bazu sümüyünün qəlpəli yerdəyişən sınığı küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 0.04.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aiddir. Komisyon təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/3707 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ 2106 minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 2106 minik” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 2106 minik” markalı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 2106 minik” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 21011 markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərin texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. AC №189690 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ-21-06 minik” markalı Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid Ələddin oğluna məxsusdur. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin QİS 1 saylı Səyyar Asan xidməti tərəfindən xx.xx.2014-cü ıl tarixdə verilmiş AC 412142 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şahid Ələddin oğlunun xx.xx.2024-cü il tarixədək etibarlılıq müddəti olan BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Qeyd edilən “Vaz-2106 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək PDS********** nömrəli müqavilə əsasında sığortalı olmuşdur. BD №262333 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ-21011" markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. Ağsu RQİ və TBŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş ÄB 784031 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman xx.xx.2022-ci il tarixədək etibarlılıq müddəti olan BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Qeyd edilən "VAZ- 21011' markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək PAT********** nömrəli müqavilə əsasında sığortalı olmuşdur. İsmayıllı RPŞ-nin DYPB-dən təqdim edilmiş raportdan görünür ki, İsmayıllı rayonu İvanovka kəndi sakini X3 adında AB 784031 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi aşkar olunmuş və İsmayıllı şəhəri Babək küçəsi dalan 2, ev 6-da qeydiyyatda olan Təqsirləndirilən şəxs adında sürücülük vəsiqəsi aşkar edilməmişdir. Son 1 il ərzində Təqsirləndirilən şəxs barəsində heç bir inzibati xəta aşkar edilməmişdir. “İsmayıllı Avto servis” tərəfindən tərtib olunmuş qüsur aktı məlumatlarına əsasən “Vaz 21-011” minik markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci 3260,0 (üç min iki yüz altmış) manat olması müəyyən edilmişdir. “X6 servis” tərəfindən tərtib olunmuş qüsur aktı məlumatlarına əsasən “Vaz 21-06” markalı Az **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcinin 3420,0 (üç min dörd yüz iyirmi) manat olması müəyyən edilmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən xx.xx.2022ci il tarixli, 102 və 103 saylı tibbi müayinə protokolarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid Ələddin oğlu həmin yol-nəqliyyat hadisəsi baş verən zaman yüngül dərəcəli sərxoş vəziyyətdə olmuş, spirtli içki qəbul etmişlər. Ağsu RQİ və TBŞ-dən təqdim edilmiş məktubdan görünür ki, İsmayıllı rayonu İvanovka kəndində qeydiyyatda olan X3 adına xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibarlılığı olan AB 784031 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi olması müəyyən edilmiş, lakin İsmayıllı şəhəri Babək küçəsi dalan 2, ev 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs adına hər hansı sürücülük vəsiqəsi olmaması müəyyən edilmiş, bundan başqa xx.xx.2022-ci il tarixdə sözügedən hər iki vətəndaş sürücülük hüququndan məhrum edilənlərin kartotekasında qeydiyyatdan keçməmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-si İsmayıllı rayon Mərkəzi Xəstəxanası “Konsultativ Poliklinika” şöbəsindən alınmış məktubdan görünür ki, Əkbərov X2 RMX-nin Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə “Vaz 21-011” minik markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılması üçün qanuni sahibinə təhvil verilmişdir. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Əkbərov X2 şəhəri ünvan 1 ünvanda yaşayır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə saat 16 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-cü hissəsinin 8-ci bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olmasına dair və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-cü hissəsinin 6-cı bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli olmasına dair tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və təhlükəsizlik kəmərini taxmadan idarə etdiyi tanışı Şahid Ələddin oğluna məxsus sedan tipli “VAZ-2106 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonunun Quşencə kəndinin ərazisindən keçən hissəsində, İsmayıllı şəhəri istiqamətində, öz hərəkət yolunda saatda 50-60 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbə riayət etməyərək hərəkətdə olduğu vaxt hərəkət üçün təhlükə yarada biləcəyini dərk etdiyi halda diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırıb əks hərəkət zolağı ilə nəqliyyat vasitələrinin yaxınlaşmasını nəzərə almayaraq təhlükəsizlik kəmərini taxmaq istəyərkən idarəetməni itirərək qarşı sol hərəkət zolağına çıxıb yol hərəkəti qaydalarını pozmuş və əks hərəkət zolağı ilə hərəkətdə olan X3 idarə etdiyi sonuncuya məxsus sedan tipli “VAZ-21011 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin avtomobilin hərəkət zolağında toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Vaz 21011 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ bazu sümüyünün qəlpəli yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına, habelə “VAZ 21011 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşını zədələməklə Ayaz Abulova 3260 (üç min iki yüz altmış) manat məbləğində, “VAZ 2106 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Şahid 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə saat 16 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-cü hissəsinin 8-ci bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olmasına dair və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-cü hissəsinin 6-cı bəndinin mexaniki nəqliyyat vasitəsinin sürücüsünün konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli olmasına dair tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və təhlükəsizlik kəmərini taxmadan idarə etdiyi tanışı Şahid Ələddin oğluna məxsus sedan tipli “VAZ-2106 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonunun Quşencə kəndinin ərazisindən keçən hissəsində, İsmayıllı şəhəri istiqamətində, öz hərəkət yolunda saatda 50-60 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbə riayət etməyərək hərəkətdə olduğu vaxt hərəkət üçün təhlükə yarada biləcəyini dərk etdiyi halda diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırıb əks hərəkət zolağı ilə nəqliyyat vasitələrinin yaxınlaşmasını nəzərə almayaraq təhlükəsizlik kəmərini taxmaq istəyərkən idarəetməni itirərək qarşı sol hərəkət zolağına çıxıb yol hərəkəti qaydalarını pozmuş və əks hərəkət zolağı ilə hərəkətdə olan X3 idarə etdiyi sonuncuya məxsus sedan tipli “VAZ-21011 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin avtomobilin hərəkət zolağında toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Vaz 21011 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ bazu sümüyünün qəlpəli yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına, habelə “VAZ 21011 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşını zədələməklə Ayaz Abulova 3260 (üç min iki yüz altmış) manat məbləğində, “VAZ 2106 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Şahid 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan “Vaz 21-011” markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının ümumi dəyəri olan 85(səksən beş) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan “Vaz 21-011” markalı Az **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə 85 (səksən beş) manat ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-49/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-49/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver