Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-5/2021 04.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğlu və Zərərçəkmiş şəxs2 iştirakı ilə 04 fevral 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1982-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum edilməmiş, subay, işləməyən, Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkanı tədbiri seçilmiş Təqsirləndirilən şəxs Qarabala oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 13:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etdiyi Qızılgül Pənahovanın müliyyətində olan “VAZ 21074 MİNİK” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Əhən kəndindən Lahıc qəsəbəsi istiqamətində hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edəcək formada avtomobilin idarə olunması ilə əlaqədar tormozlama, manevr etmə və sair kimi hərəkətləri vaxtında yerinə yetirməli olduğu halda bunları etməməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət təhlükəsizliyinə riayət edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək idarəetməni itirmiş, avtomobil öz hərəkət zolağından sola istiqamətlənərək rayonun Lahıc qəsəbəsinin ərazisində yerləşən “Ximran körpüsü” adlandırılan körpünün sol tərəfində yerləşən çay yatağına aşmış, nəticədə o, ehtiyatsızlıqdan avtomobilin ön sərnişin oturacağında əyləşmiş sərnişin Kamil Məmmədovun sol incik sümüyünün yerdəyişən sınığı, sağ gözün ağlı qişasına qansızma, burunun sıyrığı, hər iki gözaltı nahiyənin qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid bədən xəsarətləri almasına və idarə etdiyi “VAZ 21074 MİNİK” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi Zərərçəkmiş şəxs2 467 (dörd yüz altmış yeddi) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, anası Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2107” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan mülki etibarnamə əsasında idarə edir. 26 may 2020-ci il tarixdə saat 13:00 radələrində o, həmin avtomobillə İsmayıllı rayonu lahıc qəsəbəsinə getmək üçün yola çıxmış və yoldan Zərərçəkmiş şəxs1 adlı həmyerlisini sərnişin kimi avtomobilinə götürmüşdür. Avtomobili saatda 50 km/sürətlə İsmayıllı rayonu ərazisində “Dəmirçi yol” deyilən hissəsindən keçən asfalt örtüklü yolda idarə etməklə İsmayıllı rayonu Lahıc qəsəbəsinə gələrkən yoldakı körpüyə çatmağa az qalmış avtomobilin qarşısına qəfil it çıxmışdır. Həmin vaxt o idarə etməni itirmiş və avtomobil körpüdən aşmışdır. Hadisə zamanı avtomobildə sərnişin kimi əyləmiş Zərərçəkmiş şəxs1 xəsarət almış, həmçinin avtomobilə maddi ziyan dəymişdir. Özü isə xəsarət almamışdır. Avtomobildə Kamildən başqa sərnişin olmamışdır. Avtomobili idarə edərkən tam ayıq və sağlam olmuş, avtomobildə heç bir nasazlıq olmamışdır. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la barışıq əldə etmiş, onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Sonuncuların ondan şikayət və tələbləri yoxdur. Ailəsində ondan başqa işləyib gəlir əldə edən şəxs yoxdur. Qeyd etdiyi halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, 26 may 2020ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsinə getmək qərarına gəlmiş və bu məqsədlə Şamaxı rayonunun Dəmirçi kəndinə gəlmişdir. Həmin kənd yolunda Lahıc qəsəbəsinə gedən avtomobil gözləmiş və saat 13:00 radələrində sonradan tanıdığı Elnur Pənahovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə əyləşmişdir. Avtomobildə ondan və sürücü Elnurdan başqa heç kim olmamışdır. Elnur avtomobillə Lahıc qəsəbəsi istiqamətində hərəkətdə olarkən yoldakı körpüyə təxminən 6 metr qalmış avtomobilin qarşısına qəfil it çıxmışdır. Bu zaman Elnur idarəetməni itirmiş və avtomobil beton körpünün üzərindən aşmışdır. Baş vermiş hadisə zamanı o, sol ayağından, burun, göz və gözaltı nahiyyələrindən xəsarət almışdır. Elnurun özü isə xəsarət almamışdır. Elnur təcili yardıma zəng etmiş və İsmayıllı RMX-nın TTYŞ əməkdaşları gələrək ona köməklik göstərmişlər. Daha sonra isə onu Şamaxı RMX-na gətirmişlər. Elnur onun müalicə xərclərini ödəmiş və müalicə olunaraq tamamilə sağalmışdır. Hazırda səhhəti normaldır. Ona vurulmuş ziyan təqsirləndirilən şəxs Elnur Pənahov tərəfindən ödənilmişdir. O, Elnur Pənahovla barışmış və sonuncudan şikayət və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, ona məxsus “VAZ-2107” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Təqsirləndirilən şəxs idarə etmişdir. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Elnur həmin avtomobillə Şamaxı rayonundan İsmayıllı rayonunun Lahıc qəsəbəsinə getmək üçün yola çıxmışdır. Həmin gün axşam tərəfi Elnur ona zəng edərək bildirmişdir ki, idarə etdiyi avtomobili İsmayıllı rayonu Lahıc qəsəbəsində körpüdən aşırmışdır. Hadisə nəticəsində avtomobilinə sərnişin kimi götürdüyü Şamaxı şəhər sakini Kamil adlı şəxs xəsarət almış, avtomobil isə əzilərək maddi ziyan dəymişdir. Avtomobilə dəymiş maddi ziyanla bağlı Elnurdan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 25 may 2020-ci il tarixli 01207 nömrəli alkotester müayinəsi protokolundan müəyyən edilir ki, “VAZ-2107” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtоmоbilin sürücüsü Təqsirləndirilən şəxs həmin tarixdə alkotester müayinəsindən keçirilərkən spirtli içki qəbul etməmişdir. Ağsu Regional Qİ və TBŞ-nin xx xxxxxxx 2020-ci il tarixli 016-312-1749-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur. “VAZ-2107” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomaşın Zərərçəkmiş şəxs2 adına qeydiyyatdadır və Təqsirləndirilən şəxs adına həmin avtomobilə aid Sabibarad “Asan” xidmət mərkəzindən 2548 nömrəli reyesterlə qeydiyyatdan keçmiş, etibarlılıq müddəti 26 aprel 2019-cu il tarixdən 26 aprel 2020-ci il tarixədək olan etibarnamə verilmişdir. Məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 195/03 nömrəli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı aşkar olunan xəsarətlər-sol incik sümüyünün yerdəyişən sınığı, sağ gözün ağlı qişasına qansızma, burunun sıyrığı, hər iki gözaltı nahiyənin qançırları bərk-küt əşya(alət) təsirindən törənmişdir, 26 may 2020-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/3067 nömrəli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş “Xəzər-Lada” tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən nəzəri hesablama yolu ilə 2005-ci il buraxlışlı “Vaz 21074” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol nəqliyyat hdisəsi zamanı təxminən 467,0 manat madi ziyan dəymişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1304 nömrəli rəyi ilə müəyyən edilir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, VAZ-2107 markalı, 90GL532 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Elhur Pənahov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. 22 sentyabr 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Elvin Mirzəyev əvvəllər məhkum olunmamışdır. 22 sentyabr 2020-ci il tarixli 2818 və 2820 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və 1955-ci il təvəllüdlü anası Zərərçəkmiş şəxs2dan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AD 236202 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-2101 markalı “Vaz 21074” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 məxsusdur. Müstəntiqin 17 sentyabr 2020-ci il tаriхli qərаrındаn görünür ki, cinаyət işi üzrə qəzаlı vəziyyətdə оlаn “Vaz 21074” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmışdır. Müstəntiq tərəfindən tərtib edilmiş 31 oktyabr 2020-ci il tаriхli protokoldan görünür ki, cinаyət işi üzrə maddi sübut qismində tanınmış “Vaz 21074” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Zərərçəkmiş şəxs2 məsul saxlancına verilmişdir. Müstəntiqin 22 sentyabr 2020-ci il tаriхli qərаrındаn görünür ki, Təqsirləndirilən şəxs bаrəsində “polisin nəzarəti altına vermə” qətimkаn tədbiri sеçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə növündə cəzanın təyin edilməsini - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 2 (iki) il müddətə və cərimə cəzasının 6000 (altı min) manat miqdarında müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təyin edilən cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan “VAZ-21074” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Qarabala oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təyin edilmiş cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilsin. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs Qarabala oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan “VAZ-21074” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Qarabala oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-5/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-5/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver