Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-5/2022 11.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində X2 Üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli şəxsin müdafiəçisi Müdafiəçi Novruz oğlunun və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə 11 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş xx.xx.1982-ci ildə İsmayıllı rayonu Vaşa kəndində anadan olmuş, subay, işsiz, əvvələr məhkum edilməmiş, İsmayıllı şəhəri, İ.Bünyadov küçəsi, ev 18 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, səhiyyə orqanlarına bildirilməklə qohumlarının nəzarəti altına vermə növündə təhlükəsizlik tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18.04.2021-ci il tarixdə, saat 11 radələrində yaşadığı İsmayıllı şəhəri, İ.Bünyadov küçəsi, 18 saylı ünvanda yerləşən evini tərk edərək piyada İsmayıllı şəhərinin Cavanşir küçəsi istiqamətində hərəkət edib həmin küçədə yerləşən telefon aksesuarları və digər elektron əşyaların satışı ilə məşğul olan dükanın qarşısına gəlmiş və həmin dükana daxil olub orada işləyən Şahid3 1 ədəd CD diskə müxtləlif növ mahnıları köçürməsini xahiş edib dükandan çölə çıxaraq Şahid3 CD diskə mahnıları köçürməsini gözləmiş, yəni həmin gün saat 11:40-dək İsmayıllı şəhəri ərazisində, insanların çoxluq təşkil etdiyi yerlərdə, o cümlədən telefon aksesuarları və digər elektron əşyaların satışı ilə məşğul olan dükanda olmaqla koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin gün, saat 11:40-da o, İsmayıllı şəhərinin Cavanşir küçəsində telefon aksesuarları və digər elektron əşyaların satışı ilə məşğul olan dükanın qarşısında saxlanılaraq koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olması müəyyən edilməklə X6 Stansiyasına təhvil verilmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-cü maddəsində nəzərdə tutulan cinayəti anlaqsız vəziyyətdə törətmişdir. Məhkəmə iclasında dindirilmiş anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qeyri səlist və məzmunu anlaşılmayan ifadə vermiş bu səbəbdən məhkəmə onun dindirilməsinin davam etdirilməməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında özünün razılığı ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə bildirdi ki, Bəhruz onun qardaşıdır və doğuşdan psixi pozuntuları olmaqla, əqli cəhətdən öz hərəkətini dərk edə bilmir. Bacardıqları qədər ona nəzarət edirlər. O, işlədiyi üçün bəzən qardaşına lazımı qaydada nəzarət edə bilmir. Qardaşının koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olması barədə məlumatı olsa da, bunu tam dərk etməyərək, evi tərk etmişdir. Ona görə də göstərdiklərini və qardaşının hazırki vəziyyətini nəzərə alaraq onun barəsində müvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə o və digər DYPB-nin əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Həmin siyahıda COVİD-19 infeksiyasına yoluxan xəstələrin ad, soyad, ata adları, şəxsiyyət vəsiqələrinin nömrələri, qeydiyyatda olduqları ünvanlar və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar öz əksini tapmışdır. 18 aprel 2021-ci il tarixdə saat 11 radələrində İsmayıllı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə ərazidə xidmət apararkən COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin siyahısında olan Təqsirləndirilən şəxs Cavanşir küçəsində yerləşən telefon aksesuarlarının satışı ilə məşğul olan dükandan çıxdığını görüb sonuncunu saxlamışlar. Bununla bağlı o İsmayıllı RPŞ-nin rəhbərliyinə məlumat vermişdir. Sonra ona Covid-19 infesiyasına yoluxduğunu və yaşadığı evi tərk etməli olmadığı halda evi tərk etdiyini bildirmişlər. O da polis əməkdaşlarının dediklərini təsdiq etmişdir. Baxış bitdikdən sonra bu barədə protokol tərtib olunmuş və o da digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs TTYS-nın həkimlərinə təhvil verilmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş şahid İsmayıllı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis baş leytenantı Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən telefon aksesuarları və digər elektronik əşyaların satışı ilə məşğul olan dükanda işləyir. Dükan ona məxsusdur və həmin dükanda tək satıcı odur. Hər gün saat 08 radələrində saat 18 radələrinə kimi işdə olur. 18 aprel 2021-ci il tarixdə təxminən saat 11 radələrində Bəhruz adlı şəxs dükana daxil olaraq ondan 1 ədəd CD-ə mahnı yazmağı xahiş etmişdir. O Bəhruzdan hansı növ mahnıları yazmağını istədiyini soruşduqda Bəhruz müxtəlif növ mahnıları yazmağını ondan xahiş etmişdir. O Bəhruza təxminən 10-15 dəqiqə sonra sifarişinin hazır olacağını bildirmişdir. Həmin o da, Bəhruz da tibbi maskadan istifadə edirmişlər. Bundan sonra Bəhruz dükandan çıxıb dükanın qarşısında dayanmış və bir neçə dəqiqə sonra İsmayıllı RPŞ-nin əməkdaşları Bəhruza yaxınlaşmışlar. Həmin vaxt o dükanın içərisində iş gördüyü üçün nə baş verdiyini bilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə İsmayıllı şəhəri, Cavanşir küçəsində baş vermişdir. İş materiallarına əlavə olunmuş İsmayıllı rayon X3 hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs 08.04.2021-ci il tarixdə test nümunəsi götürülmüş, testin nəticəsi 09.04.2021-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) cavablandırılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.07.2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs 14 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X4 alınmış məhkəmə-tibbi ekspertizasının 30 aprel 2021-ci il tarixli 455/KEŞ nömrəli rəyindən görünür ki, 08.04.2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş İsmayıllı rayon X3 Hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsindən alınmış 19 may 2021-ci il tarixli 90 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri, İ.Binyətov küçəsi, ev 18 ünvanında qeydiyyatda olmaqla orada yaşayan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RMP-nin narkoloji və nevroloji kabinetlərində qeydiyyat yoxdur, lakin 26.10.2000-ci il tarixindən “ruhi-əsəb” kabinetdə “anadangəlmə ağıl zəifliyinin imbesillik dərəcəsi. Uşaq srebral iflicinin qalıq əlamətləri” diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatriya ekspertizasının 04.06.2021-ci il tarixli 287 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzunmüddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertizası şöbəsinə göndərilməsi zəruridir. İş materilarına əlavə edilmiş, ambulator məhkəmə-psixiatriya ekspertizasının 04.06.2021-ci il tarixli 287 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzunmüddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertizası şöbəsinə göndərilməsi zəruridir. İş materiallarına əlavə edilmiş 5 iyul 2021-ci il və 06 iyul 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 5 iyul 2021-ci il tarixdə stasionar məhkəməpsixiatrik ekspertizası təyin edilmiş və 6 iyul 2021-ci il tarixdə İsmayıllı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə psixiatrik ekspertizasının keçirilməsi məqsədi ilə onun Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” PHŞ-nin stasionar ekspertiza şöbəsinə yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. İş materilarına əlavə edilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X5 daxil olmuş 12.07.2021-ci il tarixli 89 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “orta dərəcəli əqli gerilik (imbesilik dərəcəsində oliqofreniya” formasında xroniki psixi patologiyadan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətlərini dərk etmək və təsvirini vermək iqtidarına malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Lakin sualın digər hissəsinə gəldikdə Təqsirləndirilən şəxs hazırda anlaqlı olubolmaması məsələsini həll etmək olmaz. Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədə bilər. Hər hansı cianyət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkun deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki müayinə zamanı “orta dərəcəli əqli gerilik (imbesillik dərəcəsində oliqofreniya)” formasında psixi patologiya müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi pozuntudan əziyyət çəkdiyi üçün hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırda anlaqlı olub-olmaması 3-cü sualda artıq cavablandırılmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəldiyi xroniki psixi patologiya hal-hazırda davam etdiyinə görə onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmədiyi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olduğu nəzərə alınaraq həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi psixi patologiya ifadəli olmaqla onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmişdir. İş materiallarına əlavə edilmiş qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 avqust 2021-ci il tarixdə təkrar stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və 5 avqust 2021-ci il tarixdə İsmayıllı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının keçirilməsi məqsədi ilə onun Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” PHŞ-nin stasionar ekspertiza şöbəsinə yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X5 daxil olmuş 16.08.2021-ci il tarixli 104 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “orta dərəcəli əqli gerilik (imbesilik dərəcəsində oliqofreniya” formasında xroniki psixi patologiyadan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına deyildir. Lakin Təqsirləndirilən şəxs görmüş olduğu hadisələri qismən də olsa yadda saxlaya və onları qısa formada təsvir edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Lakin sualın digər hissəsinə gəldikdə Təqsirləndirilən şəxs hazırda anlaqlı olubolmaması məsələsini həll etmək olmaz. Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədə bilər. Hər hansı cianyət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkun deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki müayinə zamanı “orta dərəcəli əqli gerilik (imbesillik dərəcəsində oliqofreniya)” formasında psixi patologiya xas əlamətlər müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi patologiya hal-hazırda davam etdiyinə görə onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmədiyi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olduğu nəzərə alınaraq həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Artıq əvvəlki suallar cavablandırılarkən qeyd edildiyi kimi, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi psixi patologiya ifadəli olmaqla onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmişdir. İş materiallarına əlavə edilmiş qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 5 oktyabr 2021-ci il tarixdə təkrar stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və 6 oktyabr 2021-ci il tarixdə İsmayıllı rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının keçirilməsi məqsədi ilə onun Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” PHŞ-nin stasionar ekspertiza şöbəsinə yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X5 daxil olmuş 25.10.2021-ci il tarixli 35/4 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən, yəni 18 aprel 2021-ci il tarixdə yaşadığı evi tərk edərkən orta dərəcəli əqli gerilikdən əziyyət çəkmişdir. Orta dərəcəli əqli gerilik kəmağallığın uşaqlıqdan nəzərə çarpan inkişaf geriliyi və şəxsin yaşlı dövrlərində müxtəlif yardım növlərinə möhtac olması ilə səciyyələnən bir formasıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçübbiçmək və hərəkətlərinə hesabat vermək iqtidarında deyildir. Təqsirləndirilən şəxs görmüş olduğu hadisələri mexaniki olaraq yadda saxlaya bilsə də, hadisələri düzgün qavrayaraq qiymətləndirmək, dolğun təsvir etmək iqtidarına malik deyildir. Cinayət işi materiallarında Təqsirləndirilən şəxs qarşı edilmiş hər hansı qanunazidd hərəkətlər təsvir olunmadığından həmin hərəkətlərə münasibətini qiymətləndirmək mümkün deyildir. Sualda Təqsirləndirilən şəxs qarşı edilmiş ümumiyyətlə hər hansı hərəkət nəzərdə tutulursa, həmin hərəkətin konkretləşdirilməsi tələb olunur. Belə bir hərəkət konkretləşdiriləcəyi təqdirdə, onun qiymətləndirilməsi mümkün olan bilər.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi orta dərəcəli əqli gerilik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da orta dərəcəli əqli gerilikdən əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar olunan orta dərəcəli əqli gerilik nəticəsində özünə və başqa şəxslərə zərər yetirməsi təhlükəsi olduqca azdır. Bununla yanaşı Təqsirləndirilən şəxs somatogen (koronavirus infeksiyasına yoluxması) və psixogen (düşdüyü situasiya ilə əlaqədar) neqativ amillərin təsirindən emosional sferasında pisləşmə yaranmışdır. BU halda Təqsirləndirilən şəxs davaranışı üzərində nəzarəti tam həyata keçirə bilmədiyindən onun psixi vəziyyəti ambulator şəraitdə dinamik müşahidə və medikamentoz korreksiya tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Səhiyyə Nazirliyinin “Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzi” X5 daxil olmuş 12.07.2021-ci il tarixli 87 nömrəli və 16.08.2021-ci il tarixli 104 nömrəli rəylərə əsasən Qanuni nümayəndə oğlunun özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməməsi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olması deyildikdə, həmin psixi pozuntunun onun özünə və ya başqa şəxslərə az da olsa, zərər yetirilmə təhlükəsi yaratması kimi başa düşülür. Səhiyyə Nazirliyinin “Məhkəmə Pisixiatrik Ekspertiza Mərkəzi” X5 daxil olmuş 12.07.2021ci il tarixli 87 nömrəli və 16.08.2021-ci il tarixli 104 nömrəli rəylərə əsasən Qanuni nümayəndə oğlunun özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməməsi, həmçinin başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyü ehtimalının həddən ziyadə az olması deyildikdə, həmin psixi pozuntunun onun özünə və ya başqa şəxslərə az da olsa, zərər yetirilmə təhlükəsi yaratması kimi başa düşülür. Azərbaycan Respublikası Səhiyyə Naziri tərəfindən təsdiqlənmiş “İctimai təhlükəli əməl törətmiş psixi pozuntulu şəxslər barəsində məcburi və başqa tibbi xarakterli tədbirlərin tətbiq edilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də göstərilir ki, “ictimai təhlükəli əməl törətmiş ağır psixi pozuntulu şəxslər barəsində məcburi və başqa tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsində əsas məqsəd göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin tövsiyyə edilməsi onun orta dərəcəli əqli gerilik nəticəsində hərəkətlərinin qanunazidd olmasını başa düşməməsi, neqativ təbiətli amillərin təsirindən emosional gərginlik keçirərək qeyriadekvat davranması, əhvali-ruhiyyə fonunun dəyişkən olub enməyə meyilli olması ilə izah olunur. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar kənar şəxslərin köməyinə ehtiyacının olması onun psixi vəziyyətinə neqativ təsir göstərməsi səbəbindən Təqsirləndirilən şəxs stasionar şəraitdə müalicə olunması tövsiyyə edilmir. Medikamentoz və psixoterapevtik-reabilitasiya tədbirlərinin ambulator şəraitdə etdirilməsində güdülən başlıca məqsəd psixi vəziyyətin yaxşılaşdırılmasından, habelə onun tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınmasından ibarətdir. İş materiallarına əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin 21 avqust 2021-ci il tarixli qərarından görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi ilə bağlı cinayət prosesi üzrə icraat həyata keçirildiyi an üçün cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və həmin tarixdə qardaşı Qanuni nümayəndə onun qanuni nümayəndəsi kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə tördilməsini sübuta yetirilmiş hesab etdikdə məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyinə görə o, Cinayət Məcəlləsinin 21, 93.1.1., 95.0.1 və 97.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməli, barəsindəki stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən ona məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346- 348, 384 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut, mülki iddia və digər məhkəmə xərcləri yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-5/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-5/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver