Məhkəmə qərarları › İş №1(037)-5/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-5/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-5/2023 19.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində X3 Üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət işinin materialları, habelə zərərçəkmiş şəxsin ifadələri tədqiq olunaraq müəyyən edilmişdir ki, məhkəməyədək icraat zamanı ibtidai araşdırmanı həyata keçirən İsmayıllı RPİ-nin İB-nin müstəntiqi X4 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin aşağıda qeyd edilən tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.3.8-cı maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı halda cinayət işi qeyd edilən tələblərə uyğun olmamış və zərərçəkmiş şəxsi cinayət prosessual məcəlləsinin məhkəməyədək icraat materialları ilə tanış olmasına dair hüquqları pozulmuşdur. Belə ki, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs yazılı vəsatət və izahat verərək Azərbaycan dilində latın qrafikalı əlifba ilə yazıb-oxumağı bacarmadığını, zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə tərəfindən yazıların Azərbaycan dilində kiril qrafikalı əlifba ilə yazıldığını, müstəntiq tərəfindən tərtib olunmuş 05 dekabr 2022-ci il tarixli «zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında» protokola formal olaraq imza etdiyini, azərbaycan dilində latın qrafikalı əlifba ilə yazıboxumağı bacarmadığı üçün cinayət işinin yekununda istintaq materialları ilə tanış olması məqsədi ilə ona şərait yaradılmadığını, həmin cinayət işi üzrə tərtib edilmiş ittiham aktının kiril qrafikalı əlifba ilə nüsxəsinin ona təqdim edilmədiyini bildirməklə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. İstintaq materiallarından da göründüyü kimi zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə kompyuter vasitəsi ilə çap edilmiş dindirmə protokollarının sonunu Zərərçəkmiş şəxs Azərbaycan dilinin kiril qrafikalı əlifbası ilə təsdiq etmişdir. Göründüyü kimi ibtidai istintaq dövründə cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət işi üzrə Azərbaycan dilinin latın və kiril qrafikalı əlifbaları ilə sərbəst yazıb-oxumağı bacaran mütəxəssisin təyin edilməsi təmin edilməmiş, zərərçəkmiş şəxslə aparılan bütün istintaq hərəkətlərində, o cümlədən zərərçəkmiş şəxsi xx.xx.2022-ci il tarixdə cinayət işinin materialları ilə tanış edərkən mütəxəssisin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Müvafiq yazı qrafikasını bilməyən şəxslərin prosessual vəziyyəti dili bilməyən şəxslərin prosessual vəziyyəti ilə eyni qiymətləndirilməməlidir. Lakin qrafikanı bilməyən şəxslərin hüquqlarının təminatı cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının təminatından az olmamalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası ərazisində cinayət mühakimə icraatı dövlət dilində aparıldığı zaman Azərbaycan dilini bilən, lakin latın qrafikalı əlifbada oxumaq bacarığı olmayan şəxsin prosessual statusu CPM-in 26.2-ci maddəsində nəzərdə tutulan “cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçıları” ifadəsi ilə ehtiva olunmur və həmin şəxsə göstərilən prosessual kömək tərcümə prosesi olmadığından praktikada ona tərcüməçi deyil, mütəxəssis təyin edilir. Bununla latın qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilməyən şəxslərin cinayət təqibi üzrə materiallarla tanış ola bilməsi üçün cinayət prosesində mütəxəssisin iştirakının təmin edilməsi təcrübəsi formalaşmışdır. Azərbaycan Respublikası CPM-in 96.1-ci maddəsinə əsasən, mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Məsələn, yetkinlik yaşına çatmamış zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidin dindirilməsində iştirak etmiş müəllim mütəxəssis hesab olunur. Mütəxəssis cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər. Azərbaycan Respublikası CPM-in qeyd olunan normalarının mənasına görə mütəxəssisin vəzifəsi xüsusi bilik və bacarığından istifadə edərək cinayət prosesinin həyata keçirilməsinə kömək göstərməkdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 87.6.10-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq huququ vardır. Göründüyü kimi, qeyd olunanlar zərərçəkmiş şəxsin hüquqları və sübutların yoxlanılması və qiymətləndirilməsinə dair CPM-nin tələblərinin kobud pozuntuları ilə bağlı olduğundan CPM-nin 303.1-ci maddəsinin ifadə etdiyi mənada məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur. CPM-nin 303.3.8-ci maddəsinə əsasən 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət prosessual qanunvericiliyin kobud qanun pozuntusudur və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs və ya şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqı aparan İsmayıllı RPİ-nin İB-nin müstəntiqi X4 CPM-in 85.3-cü maddəsi ilə üzərinə düşən vəzifələri icra etməmişdir. Dövlət ittihamçısı vəsatətin təmin edilməyərək, işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs vəsatətə münasibət bildirərək vəsatətin təmin olunub olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə zərərçəkmiş şəxsin vəsatətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, təqsirləndirilən şəxsin və dövlət ittihamçısının vəsatətə münasibətlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İsmayıllı rayon prokuroruna qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Мəcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Cinayət işi öyrənilərkən iş üzrə ibtidai istintaq zamanı CPM-in sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinə dair tələblərinin pozulması müəyyən olunmuşdur ki, həmin pozuntular məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin edilməsini mümkünsüz edir. Azərbaycan Respublikası Cinayət Prosessual Мəcəlləsinin 85.2.1-ci maddəsinə əsasən, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, həmin Məcəllənin 85.2.14-cü maddəsinə əsasən isə bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək müstəntiqin vəzifəsidir. Həmin Məcəllənin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını, toplanmış sübutların eyni qaydada yoxlanılmasını, bir-biri ilə müqayisə edilib təhlil olunmasını və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün sübutların qanunu rəhbər tutub öz daxili inamına uyğun düzgün qiymətləndirilməsinin həyata keçirilməsini müstəntiqin vəzifəsi kimi müəyyən etmişdir. Bu vəzifə törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxılması və cinayət işi üzrə ilkin araşdırmanın başlamasından iş üzrə yekun qərarın qəbul edilməsi, ittiham aktının tərtib edilib işin aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsinədək olan müddətdə müstəntiqin əsas tutmalı olduğu qanuni tələbdir. Cinayət işinin öyrənilməsi zamanı iş üzrə ibtidai istintaq aparan müstəntiq tərəfindən qeyd edilən tələblərə riayət olunmadığı müəyyən olunmuşdur. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Мəcəlləsinin 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Məhkəmə qərara gəlir ki, cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, məhkəməyədək icraatın etiraz edilməli və ya özüözünə etiraz etməli olan şəxs tərəfindən aparılması kimi və digər kobud qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Мəcəlləsinin 303.3.1 və 303.3.3-cü maddələrinin tələblərinə müvafiq olaraq cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 306.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutuluş qərarlar çıxarmaqla yanaşı, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5, 303, 306-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İsmayıllı rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Sədrlik edən: İlqar Hüseynov Sədrlik edən : Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar