Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-5/2024 03.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 müdafiəçisi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 müdafiəçisi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs1 müdafiəçisi – Qəbələ rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə 03 sentyabr 2024-cü il tarixdə saat 17:43-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1967-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum edilməmiş, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Muxtarov” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, xx xxxxxxxx 1987-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 11, mənzil 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələri, xx xxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, “Muxtarov” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarətim altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 21-22 radələrində, dəqiq saatı müəyyən edilməyən vaxtda oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə sərnişin qismində əyləşdiyi kürəkəni Təqsirləndirilən şəxs2 idarə edərək “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin S.Vurğun küçəsi ilə İsmayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkətdə olduğu vaxt işıqforun yaxınlığında hərəkətdə olan “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ilə bir-birilərinin hərəkətinə işıqfora qədər olan məsafədə təhlükə yaratmaları səbəbindən Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını yandırıb-söndürərək qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 avtomobilini saxlamasına işarə etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 avtomobilinin qarşı hissəsini qəsdən Zərərçəkmiş şəxs1 avtomobilinin qarşısına verib saxlayaraq o və Təqsirləndirilən şəxs2 maşının pəncərəsindən Zərərçəkmiş şəxs1 baxıb kobud formada irad bildirərək sonuncuya səhvini başa salacaqlarını bildirdikdə, Zərərçəkmiş şəxs1 həmin şəxslərin onunla mübahisəni davam etdirmək istədiklərini görüb oradan uzaqlaşaraq “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib təxminən 70-80 metr məsafədə İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən işlətdiyi “Halal kafe” adlanan kafenin yaxınlığında saxlamış, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında sonuncunun idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 təqib edərək işlətdiyi kafenin qarşısına gəlib avtomobildən düşərək sonuncunun üzərinə getdikdə, Zərərçəkmiş şəxs1 onun sinə nahiyəsindən yumruqla vurub özünü müdafiə etməsini görüb bunu cüzi səbəb kimi bəhanə etməklə, o, əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə özlərinin şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai yer hesab olunan həmin prospektdə, habelə orada və yaxınlıqdakı ictimai iaşə obyektlərində digər şəxslərin olmasına əhəmiyyət verməyərək həmin obyektlərin normal fəaliyyətinin və ictimai asayişin uzun müddətə pozulmasına, ətrafda olan şəxslərin hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs1la yüksək səslə zor tətbiq edilməsi hədəsi ilə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs3 xüliqanlıq niyyəti ilə qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vurub zor tətbiq etməklə sonuncuya burun sümüyünün az yerdəyişən sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ ayağına sol ayağı ilə vurub idman fəndi tətbiq edərək sağ çiyni üstə yerə yıxıb sifət nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər iki gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ani anda halsız düşüb huşunu itirərək yerə yıxılıb köməksiz vəziyyətdə olmasını aşkar surətdə görüb yaxınlaşaraq öz şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə sonuncunun sağ çiyin nahiyəsindən və sağ dirsək nahiyəsindən bir neçə dəfə qəsdən təpiklə zərbələr vuraraq Zərərçəkmiş şəxs1 sağ dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, həmin vaxt o, bir qrup şəxs halında törətdikləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib ümumi niyyətdən kənara çıxaraq digərlərinin qəsdi ilə əhatə olunmayan hərəkətlər etməklə, istintaqla müəyyən edilməyən mənbədən əldə edib əlinə götürdüyü baltadan silah qismində istifadə edərək uca səslə nalayiq ifadələr işlədib dava edən şəxsləri aralaşdırmağa çalışan şəxsləri balta ilə vuracağını deyərək yaxınlaşmamaları üçün zor tətbiq etməklə hədələyərək, habelə, həmin yerə səs-küyü eşidib kömək etmək üçün gələn və yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 təpiklə vuran Təqsirləndirilən şəxs3 tutub aralaşdırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 sol qolundan silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq edib sonuncuya sol dirsək oynağının qançırı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, sonra isə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən qəsdən bir dəfə və təpiklə sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq zor tətbiq etməklə sonuncuya sağ bud nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 21-22 radələrində, dəqiq saatı müəyyən edilməyən vaxtda qayınatası Təqsirləndirilən şəxs1 və qayını Təqsirləndirilən şəxs3 birlikdə sərnişin qismində əyləşdikləri özünün idarə etdiyi “VAZ-2170” markalı **-VR- *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin S.Vurğun küçəsi ilə İsmayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkətdə olduqları vaxt işıqforun yaxınlığında hərəkətdə olan “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ilə bir-birilərinin hərəkətinə işıqfora qədər olan məsafədə təhlükə yaratmaları səbəbindən o, idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını yandırıb-söndürərək qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 avtomobilini saxlamasına işarə etmiş, bundan sonra o, avtomobilinin qarşı hissəsini qəsdən Zərərçəkmiş şəxs1 avtomobilinin qarşısına verib saxlayaraq o və Təqsirləndirilən şəxs1 maşının pəncərəsindən Zərərçəkmiş şəxs1 baxıb kobud formada irad bildirərək sonuncuya səhvini başa salacaqlarını bildirdikdə, Zərərçəkmiş şəxs1 həmin şəxslərin onunla mübahisəni davam etdirmək istədiklərini görüb oradan uzaqlaşaraq “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib təxminən 70-80 metr məsafədə İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən işlətdiyi “Halal kafe” adlanan kafenin yaxınlığında saxlamış, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında onun idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 təqib edərək işlətdiyi kafenin qarşısına gəlib avtomobildən düşərək sonuncunun üzərinə getdikdə, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 sinə nahiyəsindən yumruqla vurub özünü müdafiə etməsini görüb bunu cüzi səbəb kimi bəhanə etməklə, o, əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə özlərinin şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai yer hesab olunan həmin prospektdə, habelə orada və yaxınlıqdakı ictimai iaşə obyektlərində digər şəxslərin olmasına əhəmiyyət verməyərək həmin obyektlərin normal fəaliyyətinin və ictimai asayişin uzun müddətə pozulmasına, ətrafda olan şəxslərin hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs1la yüksək səslə zor tətbiq edilməsi hədəsi ilə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlamış, həmin hərəkətlərin davamı olaraq Təqsirləndirilən şəxs3 əsaslı səbəb olmadan, öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vurub zor tətbiq etməklə sonuncuya burun sümüyünün az yerdəyişən sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ ayağına sol ayağı ilə vurub idman fəndi tətbiq edərək sağ çiyni üstə yerə yıxıb sifət nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər iki gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, o, Zərərçəkmiş şəxs1 ani anda halsız düşməklə huşunu itirərək yerə yıxılıb köməksiz vəziyyətdə olmasını aşkar surətdə görüb yaxınlaşaraq xuliqanlıq hərəkətlərini davam etdirib öz şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə sonuncunun sağ çiyin nahiyəsindən və sağ dirsək nahiyəsindən bir neçə dəfə qəsdən təpiklə zərbələr vuraraq Zərərçəkmiş şəxs1 sağ dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə bir qrup şəxs halında qərəzli xuliqnlıq hərəkətləri etmiş, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında törətdikləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib ümumi niyyətdən kənara çıxaraq onun və Təqsirləndirilən şəxs3 qəsdi ilə əhatə olunmayan hərəkətlər etməklə, istintaqla müəyyən edilməyən mənbədən əldə edib əlinə götürdüyü baltadan silah qismində istifadə edərək uca səslə nalayiq ifadələr işlədib dava edən şəxsləri aralaşdırmağa çalışan şəxsləri balta ilə vuracağını deyərək yaxınlaşmamaları üçün zor tətbiq etməklə hədələyərək, habelə, həmin yerə səs-küyü eşidib kömək etmək üçün gələn və yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 təpiklə vurduğunu görüb sonuncunu tutub aralaşdırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 sol qolundan silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq edib sonuncuya sol dirsək oynağının qançırı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, sonra isə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən qəsdən bir dəfə və təpiklə sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq zor tətbiq etməklə sonuncuya sağ bud nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə, saat 21-22 radələrində, dəqiq saatı müəyyən edilməyən vaxtda atası Təqsirləndirilən şəxs1 ilə birlikdə sərnişin qismində əyləşdiyi yeznəsi Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmyıllı şəhərinin S.Vurğun küçəsi ilə İsmayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkətdə olduğu vaxt işıqforun yaxınlığında hərəkətdə olan “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 bir-birilərinin hərəkətinə işıqfora qədər olan məsafədə təhlükə yaratmaları səbəbindən Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-2170” markalı **- VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını yandırıb-söndürərək qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs1 avtomobilini saxlamasına işarə etmiş, bundan sonra Təqsirləndirilən şəxs2 avtomobilinin qarşı hissəsini qəsdən Zərərçəkmiş şəxs1 avtomobilinin qarşısına verib saxlayaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maşının pəncərəsindən Zərərçəkmiş şəxs1 baxıb kobud formada irad bildirərək sonuncuya səhvini başa salacaqlarını bildirdikdə, Zərərçəkmiş şəxs1 həmin şəxslərin onunla mübahisəni davam etdirmək istədiklərini görüb oradan uzaqlaşaraq “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib təxminən 70-80 metr məsafədə İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən işlətdiyi “Halal kafe” adlanan kafenin yaxınlığında saxlamış, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında sonuncunun idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 təqib edərək işlətdiyi kafenin qarşısına gəlib avtomobildən düşərək sonuncunun üzərinə getdikdə, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 sinə nahiyəsindən yumruqla vurub özünü müdafiə etməsini görüb bunu cüzi səbəb kimi bəhanə etməklə, o, əlbir olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə özlərinin şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai yer hesab olunan həmin prospektdə, habelə orada və yaxınlıqdakı ictimai iaşə obyektlərində digər şəxslərin olmasına əhəmiyyət verməyərək həmin obyektlərin normal fəaliyyətinin və ictimai asayişin uzun müddətə pozulmasına, ətrafda olan şəxslərin hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək Zərərçəkmiş şəxs1la yüksək səslə zor tətbiq edilməsi hədəsi ilə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt o, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən vurub zor tətbiq etməklə sonuncuya burun sümüyünün az yerdəyişən sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ ayağına sol ayağı ilə vurub idman fəndi tətbiq edərək sağ çiyni üstə yerə yıxıb sifət nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər iki gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ani anda halsız düşüb huşunu itirərək yerə yıxılıb köməksiz vəziyyətdə olmasını aşkar surətdə görüb yaxınlaşaraq öz şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə sonuncunun sağ çiyin nahiyəsindən və sağ dirsək nahiyəsindən bir neçə dəfə qəsdən təpiklə zərbələr vuraraq Zərərçəkmiş şəxs1 sağ dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında törətdikləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib ümumi niyyətdən kənara çıxaraq onun və Təqsirləndirilən şəxs2 qəsdi ilə əhatə olunmayan hərəkətlər etməklə, istintaqla müəyyən edilməyən mənbədən əldə edib əlinə götürdüyü baltadan silah qismində istifadə edərək uca səslə nalayiq ifadələr işlədib dava edən şəxsləri aralaşdırmağa çalışan şəxsləri balta ilə vuracağını deyərək yaxınlaşmamaları üçün zor tətbiq etməklə hədələyərək, habelə, həmin yerə səs-küyü eşidib kömək etmək üçün gələn və yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 onun təpiklə vurduğunu görüb tutub aralaşdırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 sol qolundan silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq edib sonuncuya sol dirsək oynağının qançırı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, sonra isə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən qəsdən bir dəfə və təpiklə sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq zor tətbiq etməklə sonuncuya sağ bud nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Muxtarov” adlanan ərazidə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 onun kürəkənidir. 5 dekabr 2022-ci tarixdə nəvəsinin, yəni İlhamın oğlunun ad günü olmuş, ona görə də oğlu Ağaxan onunla birlikdə ona məxsus “VAZ-21074” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə qızının yaşadığı İsmayıllı şəhəri, H. Əliyev prospekti ev 11, mənzil 5 ünvanına gəlmişlər. Nəvəsinin ad günü üçün “Bazar store” mağazasından tort almaq istədiyindən kürəkəni Təqsirləndirilən şəxs2 məxsus VAZ-2170 markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında, oğlu Ağaxan avtomobilin qabaq oturacağında, İlham isə sükan arxasında əyləşərək sözügedən mağazaya tərəf yola düşmüşlər.İlham avtomobili idarə edərək İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə üzü yuxarı qalxmış və S.Vurğun küçəsində hərəkətini davam etdirib “Dost market” adlanan mağazanın arxası ilə yuxarı istiqamətdə getmək istəmişdir. Sonra isə istiqamətini dəyişib yenidən svetofora tərəf getmişdir. İlham svetoforun qadağanedici işarəsinin olduğunu görüb svetoforun qarşısında yolun sağ tərəfindən sağa dönmə işığını yandırıb avtomobili saxlamış, sol tərəfdə isə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Saypa” markalı avtomobilin dayandığını görmüş, bu zaman Nahid soldan sağa doğru hərəkət istiqamətini dəyişib onların hərəkətinə təhlükə yaratmışdır. Nahid təxminən 50-60 metr qarşıda avtomobilinin yolun sağ hərəkət hissəsinə istiqamətləndirib sonra isə yenidən sükanı sola döndərib İlhamın hərəkət yoluna doğru avtomobili istiqamətləndirib avtomobilinin hərəkət yolunda saxlamış, maşının pəncərəsini aşağı salmış, sağ tərəfdən Ağaxan da pəncərəni aşağı salmışdır. Nahid demişdir ki, “niyə işığı yandırıb-söndürürsən, problem var?”. İlham da ona cavabında “rayon adamıyam, məni tanımırsanki?, qonaqlarımdı” demişdir. Bu vaxt o, arxa pəncərəni endirmiş və Nahidə “a bala bu hərəkətdi, belə maşın sürürlər, indi biz sənə maşın sürməyi öyrədək” demişdir. Nahid isə ona kobud şəkildə “əcəb edirəm, sən mənə maşın sürməyi öyrədəcəksən, sür gəl dalımca gedək söhbət edək” demişdir. Nahid maşını sürərək qarşıya doğru irəliləyib təxminən 70-80 metr qarşıda “Halal” adlı işlətdiyi kafeyə getmiş, İlham da maşından düşüb həmin istiqamətdə getməyə başlamışdır. O, da hər hansı hadisənin baş verməməsi üçün Nahidin maşını saxladığı istiqamətdə getmişdir. Oğlu Ağaxan da maşını sürüb yaxınlıqlarına gəlmiş və avtomobildən təxminən 10-15 metr əvvəldə saxlamışdır. O, Nahidin maşınını saxladığı yerə gəlmiş və maşının içərisində Nahidin maşında olmadığını görmüşdür. “Halal kafe” adlanan kafenin qarşısındakı pilləkənlə qalxarkən Nahid əlində balta ilə kafedən çölə çıxaraq onun üzərinə tərəf gəlmiş və yüksək səslə “İsmayıllıda heç kim at oynada bilməz, mənim qabağımda heç kim at oynada bilməz” sözlərini demişdir. Nahid sağ əlində baltanın sapını tutaraq, balta əlində ola-ola yumruqla onun çiyin nahiyəsindən vurmuş, o, pilləkəndən arxası üstə yerə yıxılmışdır. Sonradan bilmişdir ki, Nahid balta ilə onun əlindən baltanı almaq istəyən kürəkəni İlhamın sağ əl nahiyəsindən vurmuşdur. Həmin vaxt Nahidin işlətdiyi kafedən 15- 20 nəfər tanımadığı şəxslər çölə çıxmışar. Oğlu Ağaxan yaxınlaşıb Nahidin ayağına badalaq vurub yerə yıxmış və sonra ona yaxınlaşıb səhhəti barədə soruşmuşdur. O, səhhətində narahatlıq olmadığını deyərək ayağa qalxmışdır. Oğlu Ağaxan baltanı ona vermiş, sonra isə o, əsəbiləşdiyindən yerdə uzanılmış vəziyyətdə olan Nahidin sağ bud nahiyəsindən 1-2 dəfə vurmuşdur. Orada olan şəxslərin Nahidin tanışları olmasından və çox olduqları üçün onları döyüb ağır xəsarət yetirəcəklərindən, öldürə biləcəklərindən ehtiyatlanıb onlara yaxınlaşmaq istəyən şəxsləri qorxutmaq üçün “yaxınlaşmayın, vuraram” deyə bildirmişdir. Həmin vaxt ona yaxınlaşan orta yaşlı bir kişi ona demişdir ki, “ağsaqqal narahat olma”. O, isə əlindəki baltanın sapını onun qoluna toxundurub kənarlaşmasını bildirmişdir. Nahid yerdən ayağa qalxıb “Saypa” markalı maşınına əyləşib oradan çıxıb getmişdir. Bu zaman bir qədər əvvəl baltanı qoluna toxundurduğu şəxs yaxınlaşmış ondan baltanı istəmişdir. Kürəkəni İlham da baltanı ona verməyini, Nahiddən şikayət etməməyi bildirdiyi üçün baltanı həmin şəxsə vermişdir. Bundan sonra isə o, İlham və Ağaxan yaşadıqları evə gəlmişlər. Nahidin onu vurmasından sorna səhhətində ciddi narahatlıqlar yaranmış, aprel ayında həkim müayinəsindən keçərkən infarkt keçirməsi müəyyən edilmişdir. O, ona elan edilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, özünü müdafiə etmiş, əslində Zərərçəkmiş şəxs1 törətdiyi xuliqanlıq cinayətinin qarşısını almışdır. İfadəsində qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını, Zərərçəkmiş şəxs1 onlara qarşı olan mülki iddiasının isə rədd edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhəri, H.Əliyev prospekti ev 11, mənzil 5-də yaşayır, evlidir, himayəsində üç azyaşlı övladı vardır. Özünə məxsus “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik etməklə dolanır. 5 dekabr 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evə gedərkən qayınatası Aqil və qaynı Ağaxanın onun evinə qonaq gəldiyini görmüşdür. Onun övladının ad günü olduğu üçün birlikdə gedib tort almağa qərar vermişlər. O, qayınatası Aqilə və qaynı Ağaxana “oturun maşınıma gedək bazar tərəfə tort alıb gələk” demişdir. Bundan sonra qayınatası Aqil ona məxsus avtomobilin arxa oturacağında, qaynı Ağaxan isə qabaq oturacaqda əyləşmişlər. O, İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə üzü yuxarı “Bazar Store” mağazasına getmiş, İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən svetoforun qadağanedici işarəsinin olduğunu görüb svetoforun qarşısında dayanmışdır. Sol tərəfdə isə isə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və soldan sağa doğru hərəkət istiqamətini dəyişib hərəkətini ondan qabaqda davam etdirərək bu hərəkəti ilə onun hərəkətinə təhlükə yaratdığını görüb arxadan avtomobilin işığını yandırıb söndürərək ehtiyatlı sürməsinə işarə vermişdir. Nahid təxminən 20-30 metr qarşıda avtomobilinin yolun sağ hərəkət hissəsinə istiqamətləndirib onun bərabərinə çatmış, bu zaman yenidən sükanı sola döndərib avtomobilinin qarşısında və birbaşa hərəkət yolunda saxlamışdır. Həmin vaxt o da avtomobilinin hərəkətini dayandırmış və pəncərəni aşağı salıb Nahidə “bu necə maşın sürməydi?” demişdir. Nahid də ona “mən belə sürürəm, əcəb eliyirəm” deyə cavab vermişdir. Bundan sonra aralarında söz mübahisəsi yaranmış, lakin maşından yerə düşməmişlər. Qayınatası Aqil arxa pəncərəni açıb “Nahidə sakit, səbrli ol, sən nə istəyirsən ay bala sür yolunu get, bu necə maşın sürməydi?”deyə bildirmiş, Nahid qayınatası Aqilə “sən mənə maşın sürməyi öyrədirsən?” deyə cavab verib işlətdiyi kafenin yanına gəlməyini və orada söhbət etmək istədiyini demişdir. Nahid qabaqda maşını sürüb işlətdiyi kafenin qarşısına getmiş, o da Nahidin nəyə görə mübahisə etməsinin səbəbini bilmək üçün onun arxasınca getmişdir. Nahid maşından düşüb işlətdiyi kafeyə daxil olmuşdur. Həmin vaxt kafenin içərisində 10- 15 nəfər adam olmuşdur. Lakin çöl qaranlıq olmuş, yer isə yaş olmuşdur. Nahid qısa müddət sonra sağ əlində balta ilə kafedən çölə çıxmış, bu zaman kafedə olan tanımadığı şəxslər də çölə çıxmışlar. O və qayınatası da maşından yerə düşmüş, Nahid sağ əlində balta ilə yaxınlaşıb qışqıraraq “başınızı əzəcəm” deyib baltanı yuxarı qaldırıb, eyni zamanı sol yumruğunu Aqilə tərəf atıb balta ilə Aqilin sol çiyin nahiyəsindən, yumruqla da sol çiyin nahiyəsindən vurmuş və Aqil yerə yıxılmışdır. Qaynı Ağaxan avtomobildən düşüb onlara yaxınlaşmış və Nahidin əlindən baltanı almaq istəyərkən Nahid baltanı ona tərəf atmışdır. Baltanın xatırlamadığı sapı və ya dəmir hissəsi, yəni kəsici olmayan hissəsi sağ əlinin çeçələ barmağına dəymiş və həmin barmağından xəsarət almışdır. O, baltanı Nahidin əlindən almaq üçün 2-3 dəfə cəhd etmişdir. Ağaxan yaxınlaşıb “sən atamı vurdun” deyərək Nahidin ayağından badalaq vurub yerə yıxmış, Aqili yerdən ayağa qaldırmışdır. Aqil baltanı Nahidin əlindən almış və Nahid yerdə olarkən Aqil Nahidin sağ bud nahiyəsindən təpiklə vurmuşdur. Nahid aralaşıb öz avtomaşının sükanı arxasına oturub aralaşmış, o, Aqil və Ağaxan hadisə yerində 5 dəqiqə gözləmişlər. Qayınatası Aqil əlindəki baltanı götürüb polis şöbəsinə gətirib təhvil vermək istəsə də o, Aqilə Nahidlə eyni rayonda yaşadığını, şikayət etməməsini demişdir. Bu zaman qayınatası Aqil baltanı səsküyə kafedən çölə çıxan tanımadığı bir şəxsə verib kafeyə təhvil verməyini demiş, bundan sonra oradan çıxıb yaşadıqları evə gəlmişlər. Sonradan Nahidin polisə şikayət etməyini eşitmişdir. O, ona elan edilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, özünü müdafiə etmişdir. İfadəsində qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını, Zərərçəkmiş şəxs1 onlara qarşı olan mülki iddiasının isə rədd edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 yeznəsidir. 5 dekabr 2022-ci tarixdə bacısı oğlununun, yəni İlhamın oğlunun ad günü olmuşdur. Həmin gün o və atası Aqil atasına məxsus avtomobillə İsmayıllı şəhərinə gəlmişlər. Onlar uşağın ad gününə tort almaq üçün İlhama məxsus “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yola çıxmışlar. Atası arxa oturacaqda, o isə qabaq oturacaqda əyləşmiş, İlham isə avtomobili idarə etmişdir. Onlar İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə üzü yuxarı qalxmış və S.Vurğun küçəsində hərəkətini davam etdirib svetoforun qarşısında yolun sağ tərəfindən sağa dönmə işığını yandırıb avtomobili saxlamışdır. Sol tərəfdə isə isə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Saypa” markalı avtomobilin dayandığını və soldan sağa doğru hərəkət istiqamətini dəyişib hərəkətinə təhlükə yaratdığını görmüşdür. Nahid təxminən 50-60 metr qarşıda avtomobilinin yolun sağ hərəkət hissəsinə istiqamətləndirib sonra isə yenidən sükanı sola döndərib İlhamın hərəkət yoluna doğru avtomobili istiqamətləndirib avtomobilinin hərəkət yolunda saxlayaraq İlhamın hərəkətini məhdudlaşdırmışdır. Nahid maşının pəncərəsini aşağı salmış, İlham maşının şüşəsini aşağı salaraq “qaqaş bu necə maşın sürməkdi, məni tanımırsanki?”. Nahid isə kobud şəkildə bildirmişdir ki, “əcəb edirəm, sən mənə maşın sürməyi öyrədəcəksən?”. Bu zaman atası Aqil şüşəni aşağı salaraq Nahidə “ay bala bu nə hərəkətdi, belə maşın sürürlər, indi biz sənə maşın sürməyi öyrədək?” demişdir. İlham Nahidi rayon sakini tanıdığından onu sakitləşdirmək və mübahisə etməməsi üçün maşının sükanı arxasından düşüb ona tərəf getmiş, lakin Nahid isə atasına nalayiq şəkildə cavab qaytarmış və demişdir ki, “arxamca gəlin maşını saxlayıb söhbət edək”. Bundan sonra İlham piyada Nahidin maşının getdiyi istiqamətdə getmişdir. O, sükan arxasına keçib Nahidin maşını sürdüyü istiqamətdə maşını idarə etmiş, bu zaman Nahid maşını sürərək qarşıya doğru irəliləyib təxminən 50-60 metr qarşıda sonradan onun işlətdiyini bildiyi “Halal kafe” adlanan kafenin yaxınlığında saxlamışdır. İlham piyada gəldiyi üçün o, İlhamdan tez Nahidin kafesinə çatmışdır. Nahidin avtomobilindən təxminən 10-15 metr irəlidə maşını saxlamış, Nahid maşından düşən kimi qaça-qaça “Halal kafe” adlanan kafeyə daxil olaraq təxminən 20-30 saniyə sonra əlində balta ilə çıxaraq atası Aqilin üzərinə tərəf gələrək “sizin başınızı kəsərəm” demişdir. Bu zaman kafedən Nahidin arxasınca 15-20 nəfər tanımadığı şəxslər çıxmışar. Atası da bu zaman kafenin qarşısındakı səkidə olmuşdur. Atası Nahidin əlindəki baltanı görüb “a bala balta nədi?” dedikdə Nahid əlindəki balta ilə atasının baş nahiyəsinə zərbə endirmiş, lakin atası geriyə çəkildiyindən zərbədən yayınmış və balta ona dəyməmişdir. Bu zaman Nahid hər iki yumruğu ilə atasının sinəsindən zərbə ilə vurub onu yerə yıxmışdır. İlham Nahidin əlindən baltanı almaq istədikdə Nahid balta ilə ona tərəf zərbə vurmuş, İlham özünü qorumaq üçün əlini baltanın qarşısına aparmış və balta İlhamın sağ əlinə dəymiş, bunu gördükdə o, maşından düşüb Nahidə tərəf yaxınlaşmış və Nahidin balta ilə onun üstünə hücüm çəkərək bir daha “sizin başınızı kəsərəm” deyərək üzərinə şığımışdır. Bu zaman o, Nahidi qabaqlayaraq özünü müdafiə edib əllərindən tutub sağ ayağına badalaq vurmuş və o, yerə yıxılmışdır. Bu zaman Nahidin əlindəki balta da yerə düşmüş, o, baltanı əlinə götürmüş və atasına tərəf yaxınlaşmışdır. Atasını yerdən qaldırmış, bu zaman İlham da yaxınlaşaraq atası ilə maraqlanıb səhhətinin necə olduğunu soruşmuşdur. Atası ayağa qalxıb baltanı ondan istəmiş, o da baltanı atasına vermişdir. Aqil əsəbiləşdiyindən Nahidə yaxınlaşıb 1-2 dəfə Nahidin sağ bud nahiyəsindən təpiklə vurmuşdur. Bundan sonra kafedən çıxmış bir şəxs Aqildən baltanı istəmiş, Aqil də baltanı həmin şəxsə vermişdir. Nahid də yerdən ayağa qalxaraq avtomobilinə tərəf getmiş və avtomobilə əyləşərək çıxıb getmişdir. Onlar da təxminən 5 dəqiqə sonra İlhamın avtomobilinə əyləşərək evə getmişlər. Atası balta ilə nə Nahidi, nə də Elxan adlı şəxsi vurmamış və ümumiyyətlə heç kimə xəsarət yetirməmişdir. O, ona elan edilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, özünü müdafiə etmişdir. İfadəsində qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını, Zərərçəkmiş şəxs1 onlara qarşı olan mülki iddiasının isə rədd edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 5 dekabr 2022-ci il tarixdə saat 20 radələrində şəxsi işi ilə əlaqədar İsmayıllı şəhəri, H.Əliyev prospekti ilə idarə etdiyi “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə mərkəzi bazar istiqamətində hərəkətdə olmuş və işlətdiyi “Halal” adlanan kafeyə getmişdir. Həmin vaxt S.Vurğun küçəsinə doğru keçib hərəkətini davam etdirdikdə “VAZ-2170” markalı avtomobilin işıqfordan əvvəlki üzü yuxarı yola doğru getmək istədiyini, sonra isə fikrini dəyişib yenidən işıqfora doğru getdiyini, avtomobilinin qarşısını onun avtomobilinin qarşısına verib hərəkətinə ciddi maneçilik törətməsini görüb onun qanunsuz hərəkətinə məhəl qoymayıb hərəkətinə davam edərək qarşıda işıqfordan sağa dönmək istəmişdir. Bu zaman “VAZ- 2170” markalı avtomobilin sürücüsü işıqfora doğru hərəkətini davam etdirərək onu soldan sağa sıxışdırmağa, yəni hərəkətinə mane olub hərəkətii məcburi saxlatdırmağa çalışdığını görmüşdür. Yenə də yoluna davam edib getdikdə “VAZ-2170” markalı avtomobilin sürücüsünün arxadan işıqları yandırıb söndürdüyünü və maşınını onun maşınına tərəf sıxıb hərəkətini məhdudlaşdırdığını görüb maşınını işıqfordan təxminən 30-40 metr qabaqda yolun hərəkət hissəsinin sağ kənarında saxlamışdır. Həmin vaxt “VAZ-2170” markalı avtomobilin sürücüsü də hərəkətini davam etdirib maşınının qabaq hissəsinə verib hərəkətini məhdudlaşdırıb saxlamışdır. O, maşınının pəncərəsini aşağı salmış və baxdıqda həmin avtomobilin sahibi Təqsirləndirilən şəxs2 avtomobilin qabaq sağ oturacağında əyləşmiş vəziyyətdə olduğunu, sükan arxasında isə İlhamın qayını, adını sonradan bildiyi Ağaxanın olduğunu görmüşdür. O, İlhama baxaraq “deyəsən saxlamaqda məqsədin səhvinizi başa düşüb üzr istəməydir” demişdir. Bu zaman maşının arxa oturacağında sağ tərəfindən pəncərənin aşağı endiyini və bir nəfər orta yaşlı kişinin ona baxıb “indi mən səni başa salaram” dediyini eşitmişdir. Onlar hər üçü maşından yerə düşmüşlər. O, həmin şəxslərin hərəkətlərindən və danışıqlarından sərxoş olduqlarını hiss etmişdir. Onun yeganə variantı sağ tərəfə dönüb oradan uzaqlaşmaq olmuş belə də etmişdir. O, avtomobilini İsmayıllı şəhəri, H.Əliyev prospektində icarə əsasında işlətdiyi çayxananın yaxınlığında saxlamış, maşından düşdükdə həmin avtomobilin də maşınının yaxınlığına gəlib saxladığını, az əvvəl gördüyü hər üç şəxsin yəni İlham, Ağaxan və Aqilin onun üstünə gəldiklərini görmüşdür. İlk öncə Aqilin oğlu Ağaxan yumruqla sifətindən burun nahiyəsindən vurmuş, müvazinətimi saxlamağa çalışsa da yerə yıxılmışdır. Bundan sonra İlham və Aqil də Aağxanla birlikdə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrindən, ayaq, sifət və qarın nahiyəsindən vuraraq onu döyməyə başlamışlar. Qəflətən Aqilin əlində taxta tutacaqlı balta görmüş, səs-küyə yoldan keçən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2, habelə ətraf mağazalardan adlarını xatırlamadığı təxminən 15-20 nəfər yaxınlaşıb onları sakitləşdirməyə və aralaşdırmağa çalışsalarda Aqil əlindəki balta ilə onları ondan aralaşdırmaq istəyən şəxsləri vuracağı ilə hədələmiş və həmin şəxslərin üstünə qışqırmışdır. Buna görə də ora toplaşmış şəxslər onları aralaşdırmağa tam cürət edə bilməmişdir. Yerdə uzanıqlı vəziyyətdə yıxılıb qaldığı zaman İlham təpiklə çiyin nahiyəsindən güclü zərbə ilə vurmuş və çiyin nahiyəsindən ciddi xəsarət aldığını hiss etmişdir. Bununla yanaşı Aqil də təpiklə onun sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq döymüşdür. İlhamın qayınatası Aqil əlində balta ilə ona yaxınlaşaraq ayağından vuraraq ona xəsarət yetirmişdir. Onlar hər üçü onu nalayiq ifadələrlə təhqir etmişlər. Həmin şəxslərin onu döymələri ümumilikdə 20-25 dəqiqə davam etmiş, bunun isə səbəbi Aqilin əlindəki balta ilə heç kəsi yaxın qoymaması olmuşdur. Sonradan bilmişdir ki, Aqil balta ilə onu vurarkən onları aralaşdırmağa çalışan Elxanın qoluna dəyərək xəsarət yetirmişdir. Həmin yerə yaxınlaşan tanımadığı şəxslər onları sakitləşdirib baltanı Aqilin əlindən almışlar. Ora toplaşan tanımadığı şəxslər onu yerdən qaldırb əlinə və üzünə su vurub “Saypa” markalı avtomobilə əyləşdirmişlər. O, da avtomobili idarə edib İsmayıllı rayon mərkəzi xəstəxanasına gəlmiş və xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir, onunla barışıq əldə edilməmişdir. Ona görə də təqsirləndirilən şəxslərə qanuni cəzalarının verilməsini xahiş edir. Bundan əlavə o, məhkəmə istintaqının gedişində təqsirləndirilən şəxslərə qarşı mülki iddia tələbli ilə məhkəməyə müraciət etmişdir. Ona görə də mülki iddiasının təmin edilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmələri nəticəsində ona dəymiş 9000 (doqquz min) manat maddi, 8000 (səkkiz min) manat mənəvi zərər və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat məbləğinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, boş vaxtlarında Nahidə məxsus İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Halal kafe” adlanan kafeyə gedib orada çay içir. Təqsirləndirilən şəxs2, həminçinin onun qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. 05 dekabr 2022-ci il tarixdə saat 21 radələrində İsmayıllı şəhər H.Əliyev prospekti ilə üzü yuxarı piyada hərəkətdə olan zaman mərkəzi bazarın qarısında “Qala cərgəsi” adlanan yerdə Nahidin işlətdiyi “Halal kafe” adlanan kafedən təxminən 15-20 metr aşağıda səs-küy gəldiyini, bir neçə şəxslərin dava etdiklərini görmüşdür. Bir qədər tələsik şəkildə həmin yerə yaxınlaşmış, tam yaxınlaşdıqda Zərərçəkmiş şəxs1 yerdə uzanılı vəziyyətdə olduğunu, ətrafda Nahidin mağazasının yaxınlığında mağaza işlədən adlarını bilmədiyi və üzdən tanıdığı şəxslərin olduğunu, İlham və Ağaxan adlı şəxslərin Nahidi yerdə yumruq və təpiklə vurduqlarını görmüşdür. Ağaxanı Nahidi vurmamaq və davanı sakitləşdimək üçün arxa tərəfdən onu tutub özünə tərəf çəkdikdə qəflətən sol əlinin üst hissəsindən hansısa alətlə vurulduğunu hiss etmiş, qolunun həmin nahiyəsindən bərk ağrınmışdır. Geriyə çevrildikdə adını sornadan bildiyi Aqil adlı orta yaşlı şəxsin əlində balta olduğunu görmüşdür. Aqil ona və digərlərinə Nahidin ünvanına nalayiq ifadə işlədib demişdir ki, “qoy vursunlar”. Aqil danışdığına və qışqırdığına görə verdiyi nəfəsindən sərxoş olduğunu hiss etmişdir. Aqil əlindəki balta ilə yerdə uzanılı vəziyyətdə Nahidin sağ ayaq nahiyəsinə bir neçə dəfə balta ilə vurmaq istəmiş, balta asvalta dəymiş və qaranlıq olduğu üçün baltanın dəmir kəsici hissəsinin asvaltla sürtünməsindən qığılcım çıxmışdır. Həmin vaxt baltanın Nahidin sağ bud nahiyəsinə dəydiyini görmüş, orada olan tanımadığı şəxslər Aqilin əlindəki baltanı almağa çalışmışlar. Aqil isə onları itələmiş və əlindəki baltanı heç kimə vermək istəməmişdir. Orada olan şəxslərdən kimsə Aqilin əlindən baltanı almış, İlhamı, Aqili və Ağaxanı sakitləşdirmişlər. O və toplaşan şəxslər yerdə uzanılı vəziyyətdə olan Nahidi ayağa qaldıraraq üzünə su vurmuş, bu zaman İlham, Ağaxan və Aqil xatırlamadığı bir maşına oturub çıxıb getmişlər. Nahid maşınına oturub İsmayıllı rayon Mərkəzi Xəstəxanasına getmiş, o, Nahidin qardaşına zəng edib kafenin qarşısına gəlməyini demiş və baş vermiş hadisə barədə ona demişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir, onunla barışıq əldə edilməmişdir. Ona görə də təqsirləndirilən şəxslərə qanuni cəzalarının verilməsini xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, H.Əliyev prospektində ayaqqabı mağazası işlədir. Zərərçəkmiş şəxs1 tanıyır, onunla münasibəti yaxşıdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanımır, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. 05 dekabr 2022-ci il tarixdə saat 21 radələrində işlətdiyi mağazanın içərisində olmuş, bu zaman işlətdiyi mağaza ilə üzbəüz İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Halal kafe” adlanan kafenin qarşısında qarışıqlıq olduğunu və səs-küy olduğunu görmüşdür. Mağazadan çıxıb həmin yerə getdikdə 20-30 nəfər şəxsin orada olduğunu, Nahidin yerdə olduğunu, adını sonradan bildiyi İlham və Ağaxan adlı şəxsin təpiklə Nahidi vurduqlarını görmüşdür. Adını sonradan bildiyi Aqil adlı şəxsin isə əlində baltanı tutaraq “heç kəs yaxınlaşmasın” deyərək nalayiq ifadələr işlətdiyini eşitmişdir. Nahid yerdə olan zaman adını sonradan bildiyim Aqil adlı şəxs İlham və Ağaxan ondan aralaşdırmaq istəyən Zərərçəkmiş şəxs2 sol qolundan balta ilə vurmuş və balta aşağı istiqamətlənib yerdə olan Nahidin ayaq nahiyəsindən də dəymişdir. Nahidin sifəti qan içində olmuşdur. Nahid özü “Saypa” markalı avtomobilə əyləşərək çıxıb getmişdir. Bundan sonra İlham, Aqil və Ağaxan da “Vaz-21070” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək çıxıb getmişlər. O, ifadəsində həmçinin göstərmişdir ki, baltanı kimin haradan götürdüyünü, baltanın kimə məxsus olmasını bilmir. Hadisədən xeyli vaxt keçdiyindən dəqiqliklə xatırlamır, ibtidai istintaq orqanına verdiyi ifadəsini tam təsdiq edir. Şahid4 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, N.Şalbuzov küçəsində yaşayır. 5 dekabr 2022-ci il tarixdə saat 21 radələrində özünə məxsus Hyundai Elantra markalı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən Nahid adlı şəxsə məxsus “Halal kafe” adlanan kafeyə çay içmək üçün gəlmişdir. O, kafenin qarşısında avtomobilini saxlayıb kafenin içərisinə daxil olmuşdur. Kafenin içərisində çay içən zaman o kafenin qarşısından səs-küy eşidib çıxdıqda Zərərçəkmiş şəxs1 döyülmüş vəziyyətdə yerə yıxıldığını görmüşdür. Hava qaranlıq olduğundan konkret olaraq kimin kimi nə ilə, necə vurduğunu görməmişdir. Həmin şəxslərin avtomobilinə toxunub zədə yetirməməsi üçün avtomobilini təxminən 30-40 metr arxaya sürərək yoldan kənarda saxlayıb düşmüş və dava baş verən istiqamətdə getdikdə Zərərçəkmiş şəxs1 sifət nahiyəsində xəsarət olduğunu və yerdə uzanıqlı vəziyyətdə qaldığını görmüşdür. O, Nahidə yaxınlaşdıqda artıq onu heç kim vurmamış, Nahid səki tərəfdə yerdə uzanmış vəziyyətdə qalmışdır. O və həmin yerə gələn tanımadığı şəxslər Nahidə yardım göstərmiş, Nahid avtomobilinə əyləşib oradan getmiş, o, da avtomobilinə əyləşib oradan çıxıb getmişdir. O, mübahisə zamanı orada olan şəxslərin kiminsə əlində balta görməmişdir. Şahid1 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, H.Əliyev prospektində icarə əsasında “Nar mobile” mağazası işlədir. Həmin mağazanın sol tərəfində Zərərçəkmiş şəxs1 işlətdiyi “Halal kafe” adlanan kafe vardır. Onun mağazası ilə Nahidin işlətdiyi kafe yanaşıdır. 5 dekabr 2022-ci il tarixdə 21 radələrində o, iş yerində arxa otaqda işləyərkən qəflətən çöl tərəfdən səs-küy, dava-dalaş səsinin gəldiyini eşitmiş, mağazadan çölə çıxdıqda əvvəllər tanımadığı bir nəfər orta yaşlı şəxsin əlində balta olduğunu, iki nəfər cavan şəxslərin isə ayaqüstə olan Zərərçəkmiş şəxs1la əlbəyaxa olduqlarını, Nahidə yumruq və təpik atdıqlarını görmüşdür. Ətrafda təxminən 10-15 nəfər şəxs olmuş, həmin vaxt əvvəllər tanıdığı Elxan adlı şəxs araya girib dalaşan şəxsləri aralaşdırmağa çalışmışdır. O, Nahidi, Aqili, Ağaxanı və İlham adlı şəxsləri ayaq üstə dalaşarkən görmüşdür. Orada olan tanımadığı şəxslər onları aralaşdırmışlar. Bundan sonra Nahid özü “Saypa” markalı avtomobilinə əyləşərək çıxıb getmişdir. Bundan sonra hadisə yerində dayanmayıb işlətdiyi mağazaya daxil olmuş və bundan sonra nə baş verdiyini bilməmişdir. Hadisə yerində olan şəxslərdən baltanı kimin haradan götürdüyünü, baltanın kimə məxsus olmasını bilmir. Şahid3 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, İ.Həsənov küçəsi ev 9-da yaşayır. "xxxx" MMC-nin satış təmsilçisi işləyir. 5 dekabr 2022-ci il tarixdə saat 21 radələrində İsmayıllı H.Əliyev prospekti ilə piyada rayon ərazisində gəzmiş, çay içmək istədiyi üçün həmin yerdə yerləşən “Halal kafe” adlanan kafeyə daxil olmuş və stol arxasında oturub çay içməyə başlamışdır. “Halal kafe” adlanan kafeni işlədən Zərərçəkmiş şəxs1 əvvəllər üzdən tanımış və aralarında hər hansı münasibət olmamışdır. Saat 22 radələrində kafedə çay içərkən kafenin qarşısından səs-küy gəldiyini eşitmişdir. Çölə çıxdıqda kafenin qarşısında rayonda taksi sürücüsü kimi tanıdığı İlham, həmçinin yanında olan 2 nəfər tanımadığı şəxslərin Nahidlə dalaşdıqlarını, bir-biriləri ilə dartışdıqlarını görmüşdür. Ətrafda səs-küyə tanımadığı şəxslər toplaşmış, Nahid və digər şəxslər bir-biriləri ilə dartışa-dartışa kafedən 10-15 metr qabağa getmişlər. Nahidin yerdə uzanılmış vəziyyətdə olduğunu, digər şəxslərin isə ona təpik atdıqlarını görmüşdür. Nahidi kimin vurduğunu dəqiq bilmir, çünki uzaqda olmuş, qəflətən ara sakitləşmişdir. O da yaxınlaşmış və köməklik edib Nahidi yerdən ayağa qaldırmışlar. Bundan sonra Nahid “Saypa” markalı avtomobilinin sükanı arxasında əyləşib oradan çıxıb getmiş, bundan sonra İlham və onunla olan iki nəfər şəxs də “Vaz-21170” markalı avtomobilə əyləşib oradan çıxıb getmişlər. Nahidə köməklik edərkən onun qanı əlinə dəydiyi üçün əlini yumaq üçün kafenin içərisinə daxil olmuş, bu zaman üzdən tanıdığı Elxan adlı şəxsin sol qolunun xəsarət almış vəziyyətdə olduğunu görmüş, bu zaman Elxan ona demişdir ki, aralaşdırmaq istəyərkən onu da balta ilə vurmuşlar. Bundan sonra o, da kafedən çıxıb yaşadığı evə getmişdir. Kafedə olarkən Zərərçəkmiş şəxs1 kafeyə daxil olaraq əlinə balta götürdüyünü, Nahidin əlində balta olmasını görməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. “Üzləşdirmədə dindirmə” istintaq hərəkətinin keçirilməsinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzrə qarşı göstərməklə bir daha təsdiq etmişdir. “Üzləşdirmədə dindirmə” istintaq hərəkətinin keçirilməsinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzünə qarşı göstərməklə bir daha təsdiq etmişdir. “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Əsgərov X2 şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs1 ilə aralarında baş verdiyi mübahisə və dava yerini göstərməklə istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Qəribov X4 şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs1 ilə aralarında baş verdiyi mübahisə və dava yerini göstərməklə istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında dava İsmayıllı şəhəri, H.Əliyev prospektində “Halal” adlanan kafenin qarşısında baş vermişdir. “Müşahidə kamerasına baxış” protokolundan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospektində X1 işlətdiyi velosiped dükanının yaddaş bazasına baxış keçirilmiş və müəyyən edilmişdir ki, müşahidə kamerasının yaddaş bazası yeni çəkilişin başlandığı vaxtdan maksimum 1 ay müddətində saxlanılır. Müşahidə kamerasının yaddaş bazasında xx.xx.2022-ci il tarixə aid hər hansı görüntünün olması müəyyən edilməmişdir. Hadisə yerinin yaxınlığında olan dükan, aptek və s. obyektlərdə xx.xx.2022-ci il tarixdə hadisəni qeydə alan müşahidə kamerasının olması müəyyən edilməmişdir. “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İsmayıllı şəhəri, H.Əliyev prospektində X1 işlətdiyi mağazanın müşahidə kamerasının xx.xx.2022-ci il tarixdə qeydə aldığı görüntülərə baxış keçirilmiş, müəyyən edilmişdir ki, videoçəkiliş 3 dəqiqə 56 saniyədir. Görütüdə bir qrup şəxsin bir-birilə əlbəyaxa olması görünür, lakin həmin şəxslərin kimliyi və əllərində hər hansı alət olması açıq-aydın görünmür. Ətrafda müxtəlif şəxslər vardır. Müəyyən edilmişdir ki, 2 dəqiqə 14 saniyədən sonra Zərərçəkmiş şəxs1 “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib hadisə yerindən uzaqlaşıb gedir. Bundan sonra isə Təqsirləndirilən şəxs2 Vaz-21070 markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə oradan uzaqlaşıb gedir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 664 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşakr edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması ilə müşayiət edilən burun sümüyünün və sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasının qansızması, burun tənəffüsünün travmatik pozulması, sol gicgah nahiyəsinin, sağ budun, sağ dirsək oynağının sıyrıqları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin, burun belinin, sağ qulağın qançırları bərk-kütə əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 680 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- sol dirsək oynağının qançırı küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. Əlavə məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 664/04 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətqapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət ediləın burun sümüyünün və sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasına qansızması, burun tənəffüsünün travmatik pozulması, sol gicgah nahiyəsinin, sağ budun, sağ dirsək oynağının sıyrıqları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin, burun belinin, sağ qulağın qançırları bərk-küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Bu xəsarətlərdən dərəcəsinə görə ayrı-ayrılıqda, sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı, eləcə burun tənəffüsünün travmatik pozulması və burun belinin qançırı, burun sümüyünün az yerdəyişən sınığı ilə müşayiət edildiyindən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya, qapalı kəllə-beyin travması, hər iki gözün ağlı qişasına qansızması, sol gicgah nahiyəsinin, sağ budun, dağ dirsək oynağının sıyrıqları, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin, sağ qulağın qançırları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Vət. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində kəsilmiş və çapılmış xəsarət (lər) aşkar edilməmişdir. Bununla belə, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, demək olar ki, onun ayaq nahiyəsində, başın və bədənin digər nahiyələrində aşkar edilmiş xəsarətlər müxtəlif tipli bərk-küt əşya (alət) ilə, yəni, yumruq, təpik və ola bilsin baltanın küpü, eləcə də sapı ilə də yetirilə bilərdi. Təkrar məhkəmə tibbi ekspertizasının xx.xx.2023-ci il tarixli T 505/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün böyük qabarının qopa xarakterli sınığı, qapalı kəllə-beyin travması ilə müşayiət edilmiş burun sümüyünün sınığı, burun tənəffüsünün travmatik pozulması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər ik gözün ağlı qişasına qansızma, burun belinin, sağ qulağın qançırları, sol gicgah nahiyəsinin, sağ budun, sağ dirsək oynağının sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk-lüt əşyanın (əşyaların) təsirindən törənmişdir, yəni xx.xx.2022ci il tarixdə yetirilə bilərdi, dərəcəsinə görə sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı, burun sümüyünün az yerdəyişən sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin qançırı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, qapalı kəllə-beyin travması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər ik gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol gicgah nahiyəsinin, sağ budun, sağ dirsək oynağının sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində olan xəsarətlərdə xəsarət yetirən bərk küt əşyanın (əşyaların) individual xüsusiyyətləri əks olunmadığından hansı xəsarətin konkret hansı bərk küt əşya ilə yetirilməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Belə ki, xəsarətlər ayrıayrılıqda yumruqla, təpiklə baltanın iti olmayan hissələri ilə vurulan zərbələr nəticəsində yarana bilərdilər. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində kəsilmiş və çapılmış xəsarət (lər) aşkar edilməmişdir. Sağ bazu sümüyünün böyük qabarının qopma xarakterli sınığı öz boyu hündürlüyündən yıxılan zaman deyil, daha çox bərk küt əşya ilə vurma nəticəsində yaranmağa uyğun gəlir. xx.xx.2022-ci tarixli hadisədən öncə Zərərçəkmiş şəxs1 gözünün görmə qabiliyyəti haqqında hər hansı tibbi sənəd olmadığından bu haqda fikir söylənməsi mümkün deyildir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11, “İsmayıllı rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6-47/2-272/2023 nömrəli arayışdan görünür ki, Əsgərov X2 RMX-nın “Narkoloji”, “Ruhi əsəb” və “Nevroloji” kabinetlərdə qeydiyyatda yoxdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11, “Şamaxı rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6-72/2-476/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Şamaxı RMX-nın “Ruhi əsəb”, “nevroloji” və “narkoloji” kabinetlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” X8 alınmış xx.xx.2023-cü il tarixli 4769 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müalicədə olmayıb və qeydiyyatda yoxdurlar. “Şübhəli şəxs qismində tutulma” barədə 07 iyun 2023-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 iyun 2023-cü il tarixdə saat 19:10da şübhəli şəxs qismində tutulmuşdur. “Tutulmuş şəxsin azad edilməsi və şübhəli şəxs qismində iştirakına xitam verilməsi” haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 09 iyun 2023-cü il tarixdə saat 16:00-da İsmayıllı RPŞ-nin MSY-dən azad edilmiş və şübhəli şəxs qismində iştirakına xitam verilmişdir. “Şübhəli şəxs qismində tutulma” barədə 09 iyun 2023-cü il tarixli qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 09 iyun 2023-cü il tarixdə saat 17:30da şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 10 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o həmin gün saat 12:45-də İsmayıllı RPŞ-nin MSY-dən azad edilmişdir. Müstəntiqin 18 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 cinayət işi üzrə Zərərçəkmiş şəxs1 bədəninin üzərindəki xəsarətlərin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 İsmayıllı Rayonu Mərkəzi X6 Şəxsindən alınmış məhkəmə-tibbi ekspertizasının həm ilkin, həm də əlavə və təkrar rəylərinin kifayət qədər səthi rəylər olduğu, hadisənin törənmə üsulu və şəraiti ilə uzlaşmadığını bildirərək komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə vəsatətlə müraciət etdiyindən İsmayıllı Rayon Məhkəməsinin “Məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi haqqında” 21 may 2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Komisyon ekspertizanın qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur: 1). xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 ayaq nahiyəsində və bədənin digər nahiyələrində olan xəsarətlər balta ilə (baltanın hansı hissəsi ilə) yetirilmiş zərbə nəticəsində yarana bilərdimi? 2). Zərərçəkmiş şəxs1 bədən səthi üzərindəki xəsarətlərin müddəti, xarakteri, lokalizasiyası, yetirilmə mexanizmi, yetirilmə ardıcıllığı və ayrı-ayrılıqda ağırlıq dərəcəsi müəyyən edilsin. 4). Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərdən hansı təpiklə, eləcə də yumruqla yetirilmiş zərbə nəticəsində və ya qəsdən yerdən badalaq vurulması ilə müşayiət edilən onun hündürlükdən öz çəkisi üzərində yerə çırpılması nəticəsində yarana bilərdimi? 5). Zərərçəkmiş şəxs1 bədəni üzərində “sağ budun sıyrığı” kimi bədən xəsarəti balta ilə (baltanın hansı hissəsi ilə) yetirilmiş zərbə nəticəsində yarana bilərdimi, həmin nahiyədə olan kəsilmiş xəsarət vardırmı? 6). Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün böyük qabarının qopma xarakterli sınığı, qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət ediləın burun sümüyünün və sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınıqları, hər iki gözün ağlı qişasına qansızması kimi xəsarətlərini aldıqdan sonra “Saypa” markalı avtomobili (avtomoblin sürətlər qutusunun mexaniki və ya avtomat olması nəzərə alınmaqla) idarə etməklə xəstəxanaya getmək iqtidarında ola bilərdimi? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 tərəfindən ayrəlmən ekspert komissiyası tərəfindən aparılmış ekspertizasının 09 iyul 2024cü il tarixli T397/2024 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün böyük qabarının qopma xarakterli sınığı, qapalı kəllə-beyin travması, burun tənəffüsünün travmatik pozulması və burun belinin qançırı ilə müşayiət edilmiş burun sümüyünün az yerdəyişən sınığı, hər ik gözün ağlı qişasına qansızma, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, sağ qulağın qançırları, sol gicgahın, sağ budun, sağ dirsək oynağının sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk-lüt əşyanın (əşyaların) təsirindən törənmişdir, yəni xx.xx.2022-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə sağ bazu sümüyünün böyük qabarının qopma xarakterli sınığı, qapalı kəllə-beyin travması, burun tənəffüsünün travmatik pozulması və burun belinin qançırı ilə müşayiət edilmiş burun sümüyünün az yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthində olan xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Bu xəsarətlər ayrı-ayrılıqda yumruqla, təpiklə, baltanın iyi olmayan hissələri ilə vurulan zərbələr nəticəsində yarana bilərdilər. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində kəsilmiş və çapılmış xəsarət (lər) aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər həyati-vacib orqanların zədələnməsi ilə müşayət olunmadığından, xəsarətlər yetirildikdən sonra onun saatlarla ölçülən zaman kəsiyində sərbəst hərəkət edib rahat formada avtomobil idarə etməsi mümkündür. Məhkəmə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətmələri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməməsinə dair ifadələrinə münasibət bildirərək qeyd edir ki, onların ifadələri özlərini məsuliyyətdən yayınma kimi qiymətləndirilir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdikləri ifadələri zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkətlərinin keçirilməsinə dair protokollar, məhkəmə-tibbi ekspertizanın rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 balta ilə vurmadığını, həmin baltanın Zərərçəkmiş şəxs1 əlində olduğunu və balta ilə onların üzərinə hücum etdiyini bildirmişdir. Bu hal isə nə cinayət işinin ibtidai istintaqı zamanı, nə də ki məhkəmə istintaqında təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs1 ifadəsində kafedən əlinə balta götürmədiyini, həmin baltanın Aqilin əlində olduğunu, baltanın küp hissəsi ilə ayaq nahiyəsindən vurduğunu, təpik və yumruqla isə bədəninin müxtəlif nahiyələrindən vurduğunu bildirmişdir. İş üzrə üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı da göstərmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 da ifadəsində Təqsirləndirilən şəxs1 balta ilə onun sol qolundan vurduğunu bildirmiş, ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı da göstərmişdir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Şahid4, Şahid2, Şahid3, Şahid1 ifadələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təpiklə Zərərçəkmiş şəxs1 döydüklərini, habelə hadisə zamanı Nahidin kafeyə girmədiyini, kafedən balta götürmədiyini, Nahidin əlində balta görmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs1 müdafiəsi üçün gətirdiyi dəlillər hadisə yerinə baxış protokolu, dindirmə protokolları, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri və digər sübutlarla tam təkzib edilmişdir. O cümlədən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Bu hal da nə cinayət işinin ibtidai istintaqı zamanı, nə də ki məhkəmə istintaqında təsdiqini tapmamışdır. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 ifadələrində Təqsirləndirilən şəxs2 təpiklə onun sağ çiyin nahiyəsindən vurub xəsarət yetirdiyini, həmçinin yumruq və təpiklə də bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirdiyini bildirmişdir. İş üzrə üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı da göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərdən sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi bədən xəsarəti sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Bundan başqa iş üzrə dindirilmiş şahidlərin bir qismi ifadələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təpiklə Zərərçəkmiş şəxs1 döydüklərini, göstərmişlər. Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi dəlillər hadisə yerinə baxış protokolu, dindirmə protokolları, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri və digər digər sübutlarla tam təkzib edilmişdir. O cümlədən, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Bu hal da nə cinayət işinin ibtidai istintaqı zamanı, nə də ki məhkəmə istintaqında təsdiqini tapmamışdır. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 ifadələrində Təqsirləndirilən şəxs3 yumruqla onun sifət nahiyəsindən vurub xəsarət yetirdiyini, həmçinin yumruq və təpiklə də bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirdiyini bildirmişdir. İş üzrə üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı da göstərmişdir. Bundan başqa iş üzrə dindirilmiş şahidlər ifadələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təpiklə Zərərçəkmiş şəxs1 döydüklərini göstərmişlər. Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi dəlillər hadisə yerinə baxış protokolu, dindirmə protokolları, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri və digər sübutlarla tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirlərinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətmələri məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilmiş, hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, işsizdir, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Muxtarov” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayır, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən müsbət xarakterizə olunur. Arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 orta təhsillidir, evlidir, himayəsində üç azyaşlı uşağı vardır, işsizdir, İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 11, mənzil 5-də qeydiyyatda olmaqla orada yaşayır, İsmayıllı Mənzil İstiması Sahəsindən müsbət xarakterizə olunur. Arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ali təhsillidir, subaydır, işsizdir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, “Muxtarov” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşayır, Şamaxı rayon icra Hakimiyyəti Başçısının Şamaxı şəhəri, İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən müsbət xarakterizə olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs1 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə qanunda nəzərdə tutulmuş az ciddi cəza növlərinin təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsinə də münasibət bildirərək qeyd edir ki, onun törətdiyi əməlin ictimai təhlükəliliyi hazırki vəziyyətdə sözügedən maddələrin tətbiqini istisna etməklə bunun üçün əsaslar da mövcud deyildir. Belə ki, istər müstəsna hallar, istərsə də təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasınının mümkünlüyü məsələsini müzakirə edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 03 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 müəyyən edilməli və qərarın surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 və cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini məqsədəuyğun sayır. O cümlədən məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə iclasında həm də müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 1(037)-5/2024 nömrəli qərarı əsasında Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmələri nəticəsində ona dəymiş 9000 (doqquz min) manat maddi, 8000 (səkkiz min) manat mənəvi zərər və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat məbləğinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq ona ödənilməsi barədə mülki iddia ərizəsi qəbul edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə mülki cavabdehlər qismində tanınmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi və mənəvi zərəri cavabdehlərdən tələb etməsinə baxmayaraq bu halları təsdiq edən heç bir sübutu iddia ərizəsinə əlavə etməmiş, əlavə olaraq da ayrılıqda məhkəməyə təqdim etməmişdir. Belə olan halda, sözügedən mülki iddia tələbinin əlavə araşdırma zərurəti yarandığından hazırki cinayət işi ilə birlikdə baxılması məqsədmüvafiq deyildir. Ona görə də zərçəkmiş şəxsə hazırki iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmə hüququ izah edilməklə baxılmamış saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 müəyyən edilsin və qərarın surəti həmin Müəssisəyə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrinə əsasən 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 07 iyun 2023-cü il tarixdə saat 19:10-dan 09 iyun 2023-cü il tarixə saat 16:00-adək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 5(beş) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 4(dörd) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 4(dörd) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 11, mənzil 5 ünvanındakı evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 4(dörd) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 09 iyun 2023-cü il tarixdə saat 17:30-dan 10 iyun 2023-cü il tarixə saat 12:45-ədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 1(bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 2(iki) gün müddət ona təyin edilən 4(dörd) il 6(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 4(dörd) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 4(dörd) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Bakı şəhəri ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində, “Muxtarov” adlanan ərazidə yerləşən fərdi yaşayış evini tərk etməmək, bu müddətdə Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzanın icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı ona dəymiş 9000 (doqquz min) manat maddi, 8000 (səkkiz min) manat mənəvi zərər və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu, cəmi 17141 (on yeddi min bir yüz qırx bir) manat məbləğinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə ekspertiza xərci, maddi sübut və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-5/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-5/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver