Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-5/2025 25.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 25 fevral 2025-ci il tarixdə saat 15:43-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1964-cü ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli A-0851/6 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 1-41/2003 nömrəli hökmü ilə ona təyin edilmiş cərimə cəzasının ödənilməyən hissəsi, yəni 820 manat cərimə hissəsi yeni hökmlə təyin edilmiş cəza ilə tamamilə toplanılaraq müstəqil icra edilməsi hökm olunmuş, İsmayıllı rayonunun Basqal qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edib özündə saxlamış, bu məqsədlə o, 2024-cü ilin may ayının ortalarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində təxminən 3 metr enində 4,5 metr uzunluğunda torpaq sahəsini kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə gətirib orada qəsdən qanunsuz olaraq çətənə bitkisinin toxumlarını əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək, ümumilikdə xeyli miqdar təşkil edən 4 (dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 3405 qram təşkil edən, xeyli miqdarda, yəni 4 (dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır, işsizdir, subaydır. Əvvəllər məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təxminən 20 ildən artıqdır ki, arabir narkotik vasitə olan marixuanada istifadə edir. 2023-cü ilin sentyabr ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində yerləşən meşəlik sahədə olduğu zaman qarşısına yabanı halda bitmiş 1 ədəd çətənə bitkisi çıxmış, o, narkotik vasitələrdən istifadə etdiyindən gələcəkdə istifadə etmək üçün çətənə bitkisi əkib becərmək məqsədi ilə həmin yabanı bitkinin toxumlarını yığaraq özündə saxlamışdır. 2024-cü ilin may ayının ortalarında həmin bitkinin toxumlarını əkib çətənə bitkisi yetişdikdən sonra həmin bitkiləri qurudaraq marixuana əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə də 2024-cü ilin may ayının ortalarında dəqiq xatırlamadığı gündə özünə məxsus İsmayıllı rayonu Basqal kəndində yerləşən həyətyanı sahəsində təxminən 3 metr enində 4.50 metr uzunluğunda göyərti və digər bostan bitkiləri əkdiyi ərazini təmizləyərək əkin üçün yer hazırlayıb çətənə bitkisinin toxumlarını əkmişdir. Bir müddət sonra torpaqdan bitkilər çıxmağa başlamış, o, arabir əkdiyi bitkilərə peyin və digər gübrələr verməklə qulluq etmişdir. Bitkiləri eyni vaxtda əkməsinə baxmayaraq 3 ədədi zəif inkişaf etmiş, biri isə yaxşı inkişaf etmişdir. 20 iyul 2024-cü il tarixdə saat 18 radələrində həyət qapısının döyüldüyünü eşitmiş, qapını açdıqda polis əməkdaşlarını görmüş, polis əməkdaşları ona özlərini təqdim etmiş və onların İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları ona narkotik tərkibli çətənə bitkiləri əkib-becərməkdə şübhəli olduğunu, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunduğunu və onun iştirakı ilə həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. O, etiraz etməmiş, bu barədə ərizə yazmış və elə oradaca etiraf edərək narkotik tərkibli bitkiləri əkib-becərdiyini bildirmişdir. Polis əməkdaşları onun, aqronomun iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirəcəklərini bildirdikdə o, etirazının olmadığını bildirmişdir. Videçəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı həyətyanı sahəsində olan çətənə bitkilərini əkdiyi yeri polis əməkdaşlarına göstərmiş, torpaqdan əkmiş olduğu 04 ədəd bitki çıxarılaraq 01 ədəd sintetik kisəyə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılaraq protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, o, polis əməkdaşları və mütəxəssis həmin protokolun doğruluğunu imzaları ilə təstiq etmişlər. Daha sonra polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçiriləcəyini, bununla əlaqədar olaraq onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməyərək onlarla birlikdə İsmayıllı RPŞ-nə gəlmişdir. Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər. Bundan sonra onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmiş, həmçinin polis əməkdaşları ona şəxsi axtarış prosesini video kamera vasitəsilə qeydə alacağını demiş, o, etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuş, o, üzərində hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Şöbənin növbətçi hissəsinin qarşısında üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o, da protokolun doğruluğunu iştirakçılar kimi imzası ilə təsdiq etmişdir. O, bir daha qeyd edir ki, narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkmiş, satış məqsədi olmamışdır. Narkotik tərkibli bitkiləri əkdiyini, ümumiyyətlə həmin vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. Hazırda əməlindən peşmandır. Əvvəllər ağır cinayət törətdiyinə görəməhkum olunasına baxmayaraq cəza çəkdiyi müddətdə tam islah olunmuş, cəzadan azad olunduqdan sonra doğulduğu qəsəbəyə qayıdaraq orada yaşamış, qəsəbənin ictimai işlərində fəal iştirak etməklə tamamilə islah olunduğunu bir daha sübut etmişdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş, həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. X4 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. İsmayıllı rayonu Basqal qəsəbə sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkibbecərməsi barədə əməliyyat məlumatı daxil olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və 20 iyul 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. RAYON Polis şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı X9, RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis kapitanı X2 və RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X1 və ondan ibarət əməliyyat-istintaq qrupu yaradılmış, qərarın icrası ilə əlaqədar baxış zamanı mütəxəssis qismində iştirak etmək üçün X16 X5 sektorunun müdiri X12 dəvət edilmişdir. 20 iyul 2024-cü il tarixdə saat 18 radələrində o və adlarını qeyd etdiyi şəxslər İsmayıllı rayonu Basqal qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs məxsus evin qapısını döymüş və sonuncu qapıya çıxdıqda onlar ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli çətənə bitkiləri əkibbecərməkdə şübhəli olduğunu, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbiri qərarını göstərib yaşadığı həyətyanı sahəyə videoçəkilişlə baxış keçirəcəklərini bildirmiş, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə videoçəkilişlə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə də təqdim etmişdir. Baxış iştirakçılarına baxış keçirilməmişdən əvvəl hüquq və vəzifələri izah olunmuş, baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahədə hər hansı narkotik tərkibli çətənə bitkiləri əkib becəmişdirsə təqdim etməsi bildirildikdə o, çətənə bitkilərini əkdiyi yeri göstərmiş və polis əməkdaşlarının, aqronom Paşa Məmmədovun iştirakı ilə həmin yerə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahənin eni 3 metr, uzunluğu 4.5 metr olan hissəsində çətənə bitkilərinə bənzər bitkilər aşkar edilmişdir. Həmin yerdə nizamsız şəkildə kiçik çalalar düzəldilməklə içərisi yumşaldılaraq əkilmiş bitkilərin olması məlum olmuş, həmin bitkilərin dibləri alaq otlarından təmizlənmiş və su verildiyi üçün torpaq hissəsi nəm halda olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirərək orada əkdiyi bitkilər narkotik tərkibli çətənə bitkiləridir. Həmin bitkilərin toxumlarını təxminən 6-7 ay öncə İsmayıllı rayonu Basqal kəndində yerləşən meşəlik sahədə qarşısına çıxan yabanı halda bitmiş çətənə bitkisindən yığaraq əldə etmiş, həmin toxumları gətirib özündə saxlamış, təxminən 2024-cü ilin may ayının əvvəllərində, əkin sahəsində torpağı yumşaldaraq kiçik çalalar düzəltmiş və torpaqda əkmişdir. Bitkilər inkişaf etdiyi zaman diblərini təmizləyərək gübrədən ibarət üzvi maddələr və su verərək yetişdirmişdir. Aqronom bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkilərinə bənzəyir, bitkilərə aqrotexniki qaydada qulluq göstərilmiş, belə ki, dibləri alaq otlarından təmizlənmiş, yumşaldılmış, vaxtaşırı su və gübrə verilmişdir. Buna görə də həmin yerdə narkotik tərkibli bitkilərin inkşafı üçün əlverişli şərait yaranmışdır. Həmin ərazidə 01 ədəd bel aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin əşyanın ona məxsus olmasını, beldən toxumları əkmək üçün yer düzəltmək və daha sonra diblərini boşaltmaq üçün istifadə etdiyini bildirmişdir. Baxış zamanı həmin bitkilər torpaqdan çıxarılmış, sayılmış, 04 ədəd bitki olması və ölçülərinin 0.44 metrdən 3,26 metr hündürlüyə qədər müxtəlif ölçülərdə olması müəyyən edilmişdir. Sonra həmin bitkilər bir ədəd torbaya qoyulmuş, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra narkotik tərkibli bitkilər əkilən yerdən torpaq nümunəsi bir ədəd ağ rəngli sellofan torbaya qoyulmuş, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmçinin 01 ədəd bel də torbaya qoyularaq götürülmüş, bu barədə protokol tərtib edilmiş, o, da tərtib olunmuş protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gəlmiş və şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, şəxsi axtarış aprılması barədə protokol tərtib edilərək həmin proses zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin İTB-nin xidmət üzrə inspektoruş polis kapitanı X7 və İsmayıllı RPŞ-nin İTB-nin sahə polis nəfəri X6 eyni məzmunlu ifadə verərək X8 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Həyətyanı sahəyə və fərdi yaşayış evinə baxış keçirilməsi” 20 iyul 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən həyətyanı sahədən 1 ədəd sintetik kisədə 4 ədəd narkotik tərkibli çətənə bitki kolları, 1 ədəd sellofan bağlamada torpaq nümunəsi və 1 ədəd sintetik kisədə bel qablaşdırılaraq götürülmüşdür. Aqronom-mütəxəssis, X16 X5 Sektorunun müdiri vəzifəsində işləyən X12 tərəfindən verilmiş rəydən görünür ki, onun və polis əməkdaşlarının iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədə torpaq sahəsində 4 (dörd) ədəd çətənə bitkisinə bənzər bitkilər aşkar edilmiş, həmin həyətyanı sahədə olan narkotik tərkibli bitkiyə oxşar bitkilərin ölçülərinin 44 sm, 49 sm, 50 sm və 326 santimetrədək müxtəlif hündürlüklərdə olması müəyyən edilmiş, əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitkilərə aqrotexniki qaydada qulluq (dibləri alaq otlarından təmizlənmiş, su verilmiş) göstərilmişdir. Məhkəmə-bioloji ekspertizasının 21 iyul 2024-cü il tarixli 3-16-16/2-17/646 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilmiş 04 ədəd narkotik tərkibli bitkilərə oxşar bitkilər.”..yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik bağlamanın içərisindəki uzunluqları 44 sm-dən 326 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri-3405 qram olan 04 (dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Paşa Məmmədovun xx.xx.2024-cü il tarixli rəyinə əsasən, çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Qeyd edilən ekspertiza rəyinin qeyd hissəsinə əsasən, çətənə bitkilərinin ümumi təmiz çəkisi-3405 qram olmuş. tədqiqata 0,80 qram (hər obyektdən 0,20 qram) sərf edilmiş, qalıq 3404,20 qramdır. Təqdim olunmuş 4 (dörd) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdıırlmış kağızda “Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən götürülmüş torpaq nümunəsi”.yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisində torpaq nümunəsində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli (kannabis) bitkisinin yetişməsini mümkün edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2024-cü il tarixli 1563 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 21 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş 1 ədəd sintetik kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 3404,20 qram olan 4 ədəd çətənə bitkiləri, 1 ədəd sellofan bağlamada qablaşdırılmış torpaq nümunəsi, Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş, üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək kisədə qablaşdırılmış 1 ədəd bel maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan 04(dörd) ədəd çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə və kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edib özündə saxlamış, bu məqsədlə o, 2024-cü ilin may ayının ortalarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində təxminən 3 metr enində 4,5 metr uzunluğunda torpaq sahəsini kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə gətirib orada qəsdən qanunsuz olaraq çətənə bitkisinin toxumlarını əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək, ümumilikdə xeyli miqdar təşkil edən 4 (dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, onun qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 3405 qram təşkil edən, xeyli miqdarda, yəni 4 (dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış 27 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidi məbləğinin 800 (səkkiz yüz) misli miqdarında cərimə cəzasına məhkum edilmiş, bundan sonra Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 17 avqust 2006-cı il tarixli A-0851/06 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə ona təyin edilmiş şərti maliyyə vahidinin 800 misli miqdarında cərimə cəzası Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 17 avqust 2006-cı il tarixli A-0851/06 nömrəli hökmü ilə təyin edilmiş cəza ilə tamamilə toplanaraq müstəqil icra edilməsi hökm olunmuşdur. xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmiş, 2021-ci il tarixdə məhkumluğu ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan (cərimə cəzası) cəza təyin edilmiş cinayətlərə görə məhkum olduğundan onun əməlində cinayətlərin residivi də müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində olan Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 17 avqust 2006-cı il tarixli A-0851/06 nömrəli hökmün ödənilməyən cərimə cəzasına dair hissəsi ilə bağlı icra vəziyyəti, o cümlədən Təqsirləndirilən şəxs barəsində həmin illərdə qəbul edilmiş amnistiya aktının tətbiq edilib edilmədiyi barədə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinə, Azərbaycan Respublikası Bakı və Gəncə Ağır Cinayətlər Məhkəmələrinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə sorğular edilmişdir. Həmin sorğular əsasında məhkəməyə daxil olmuş cavablardan müəyyən edilmişdir ki, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 17 avqust 2006-cı il tarixli A-0851/06 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan mərhumetmə cəzasına və 820 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 21 aprel 2015-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmiş, həmin tarixədək ona heç bir amnistiya aktı tətbiq edilməmiş və 820 manat cərimə cəzasından cəmi 60 manat tutulma aparılmışdır. Hökmün ödənilməmiş qalan cərimə cəzasına dair hissədə göstərişin icra edilməsi üçün müvafiq icra orqanına göndərilib-göndərilməməsi barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmənin gedişində Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 8 may 2007-ci il tarixli Qərarının Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli A-0851/6 nömrəli hökmü ilə əsas cəza kimi təyin edilmiş 820 manat cərimə hissəsində ona tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan məsələ ilə bağlı, habelə Təqsirləndirilən şəxs ərizəsinə münasibətdə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli A-0851/6 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və müstəqil icra edilməsi hökm olunmuş, hal-hazıradək ödənilməmiş 820 manat cərimə cəzasına dair hissədə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 8 may 2007-ci il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs həmin cəzadan azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etməyə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-ci maddəsinin tətbiqinə gəldikdə isə məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-ci maddəsi tətbiq ediləcəyi halda sonuncunun məhkumluğu ödənilməmiş hesab edildiyindən onun vəziyyətini ağırlaşdıracaqdır. Belə ki, Təqsirləndirilən şəxs tətbiq olunmalı amnistiyanın tətbiq edilməməsi onun vəziyyətini ağrlaşdırmaqla yanaşı, CM-nin 80-ci maddəsinin də tətbiqini istisna edir, əks yanaşma cinayət və cinayət prosessual qanununun prinsiplərinə və cəzanın məqsədlərindən bəhs edən qanun müddəalarına ziddir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımının başlanma anına münasibət bildirərək qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs hazırki hökm ilə eyni anda Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli A-0851/6 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və müstəqil icra edilməsi hökm olunmuş, hal-hazıradək ödənilməmiş 820 manat cərimə cəzasına dair hissədə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 8 may 2007-ci il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edildiyindən, məhkumluğun ödənilmə müddətinin axımı indiki vaxtdan deyil, amnistiya aktının tətbiq edilməli olduğu vaxtdan, yəni 2007-ci il tarixdən və ya CM-nin 80-ci maddəsinin tətbiq edilməli olduğu vaxtdan yəni, 2013-cü il tarixdən hesablanmalıdır, əks yanaşma məhkumun vəziyyətini ağırlaşdıracaqdır ki, bu isə onun təqsiri olmadan həm amnistiya aktının, həm də ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etməyə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin tətbiq edilməməsində məhkumun vəziyyətini əsassız olaraq ağırlaşdırma ilə nəticələnəcəkdir ki, bu hal isə cinayət və cinayət prosessual qanunvericiliyin prinsiplərinə ziddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. İsmayıllı RİHB-nin Basqal qəsəbə İƏD üzrə nümayəndəliyindən alınmış 21 avqust 2024-cü il tarixli 98 və 99 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır, subaydır, ailə tərkibi özündən ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı rayonu Basqal qəsəbə İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X11 Hüquqi Şəxsindən alınmış xx.xx.2024-cü il tarixli 18-1-47/2- 1029/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il tarixdə saat 21:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 iyul 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 15:05-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan 1 ədəd zərfdə üzəri möhürlənmiş vəziyyətdə olan Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş 1 ədəd sintetik kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 3404,20 qram olan 4 ədəd çətənə bitkiləri, 1 ədəd sellofan bağlamada qablaşdırılmış torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, İsmayıllı rayonu Polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş, üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək kisədə qablaşdırılmış 1 ədəd bel hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli A-0851/6 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və müstəqil icra edilməsi hökm olunmuş, hal-hazıradək ödənilməmiş 820 manat cərimə cəzasına dair hissədə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 8 may 2007-ci il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilsin və Təqsirləndirilən şəxs həmin cəzadan azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 iyul 2024-cü il saat 21:35-dən 22 iyul 2024-cü il saat 15:05dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 3(üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 1 ədəd zərfdə üzəri möhürlənmiş vəziyyətdə olan Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş 1 ədəd sintetik kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 3404,20 qram olan 4 ədəd çətənə bitkiləri, 1 ədəd sellofan bağlamada qablaşdırılmış torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayonu Polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilmiş, üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək kisədə qablaşdırılmış 1 ədəd bel hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə ekspertiza xərci olan olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-5/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-5/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver